Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-103/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X8 ibarət tərkibdə, Hacıyevə Aytəkin Qurban qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi İskəndərov Süleyman Səttar oğlunun, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina olunmasına dair Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi İskəndərov Süleyman Səttar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim Quliyev Xıdır İnqilab oğlu) Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı xüsusi ittiham qaydasında verdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin qeyd edilən qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi İskəndərov Süleyman Səttar oğlu apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 1(5-126)-7/2026 nörməli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun qızı X1 ilə ailə qurmuş, bu nikahdan ##.##.2022-ci ildə Mədinə adlı bir övladları olmuşdur. Onlar Rusiya Federasiyasında yaşamışlar və qızı uşaqla birlikdə hazırda da Rusiyada yaşayır. Aralarındaki nikah 2023-cü ildə ləğv edilmişdir. Bundan sonra Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs uşağı bəhanə edərək Xaçmaz rayonunun Üçgün kəndindəki evinə gələrək səs-küy qaldırır, onu və ailə üzvlərini nalayiq küçə söyüşləri ilə söyüb təhqir edir. Onun səsləndirdiyi ifadələri etik baxımdan yazmaq mümkün deyil. Son vaxtlar isə telefon vasitəsilə də həmin təhqirlərini və nəlayiq söyüşlərini, şəxsiyyət alçaltma hərəkətlərini davam etidirir, onu və ailə üzvlərini doğrayacağı ilə hədələyir.Onun təhqiləri və hədərlərinə dözməyən həyat yoldaşı X2 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Qeyd edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əvvəllərdə evli olmuş, Rusiyada yaşayarkən yaşadığı həyat yoldaşını qəsdən öldürmüş və ##.##.2010-cü il tarixli hökmlə 14 il müddətinə azadlıqdan məhrum edilmişdir. Yəni onun üçün adam öldürmək çətin məsələ deyil. Özü də dəfələrlə açıq şəkildə onu və ailə üzvlərini öldürəcəyi ilə hədələmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs etdiyi cinayət xarakterli hərəkətlər ondan başqa bütün ailə üzvlərinə və yaxınlarına məlumdur. Eşidənlər şok effekti yaşayırlar. Nəhayət Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qanun qarşısında cavab verməlidir ki, hərəkətlərinə bir dəfəlik son qoysun. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyini etiraf etmişdir. Lakin məhkəmə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun ünvanına özünün dediyi kimi “nalayiq ifadələri” harada və kimlərin yanında deməsini yəni, onu camaatın gözü qarşısında ətrafdaki şəxslərində eşitdiklərini bilərəkdən məhkəmədə deməmişdir. Məhkəmə özüdə məsələni tam aydınlaşdırmaq üçün Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müvafiq suallar verməmiş, məsələyə çox səthi yanaşmışdır. İctimai yerdə yəni evinin qabağında hamının eşidəcəyi tərzdə ünvanına nalayiq ifadələrsöyüşlər söyülməsi bir başa onun təhqir olunması anlamına gəlir.Bundan başqa sosial şəbəkələr əsasəndə Whatsapp vasitəsi ilə ona ünvanlanmış yazılası mümkün olmayan ifadələri bütün ailə üzvləri və bütün yaxınları öz gözləri ilə görmüşlər. Bu hallar şəxsi cinayət məsuliyyətinə cəlb etməsi üçün kifayət edir. Məhkəmə qeyd edilən plenum qərarına istinad etsə də Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu və ailə üzvlərini doğrayacağı barədə hədələrinə əhəmiyyət verməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi İskəndərov Süleyman Səttar oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, şikayət verməsinin səbəbi odur ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bacısı ilə qızına telefon vasitəsilə hədə-qorxu gəlmiş, həmçinin əxlaqsız söyüşlərlə təhqir etmişdir. Şikayəti müdafiə edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə dair ona zəmanət versə, o, heç şikayəti müdafiə etməzdi. Lakin onun tərəfindən bu cür addım atılmır. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs çıxış edərək bildirdi ki, düzgün hərəkət etmədiyini başa düşərək buna görə üzr istəmiş və hərəkətindən peşmandır. Xüsusi ittihamçı anası qədər sevmişdir. Lakin iki ildir ki, övladından xəbər tuta bilmir. Belə ki, övladı üçün zəng etdikdə onu bəhanə edərək zəng etdiyini bildirirlər. Halbuki o, övladını çox sevir. Arvadı ilə münaqişəsiz, könüllü şəkildə ayrılmışlar. Lakin qayınanası Xüsusi ittihamçı onların birlikdə yaşamasına icazə verməyib. Əsəbindən bu hərəkəti etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, materialdan görünür ki, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini onunla əsaslandırmışdır ki, Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun ünvanına dediyi təhqir xarakterli ifadələr kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmadığından CM-nin 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törətdilməsi istisna olunur. Konkret olaraq hazırki halda ərizəçinin müdafiə hüququ cinayəthüquqi müstəvidə deyil, mülki hüquqi məsuliyyətin yaranması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli * saylı qərarının 5-ci bəndinə böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək və apellyasiya şikayətinin dəlillərini rədd edərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozisiyasına əsasən, təhqir — yəni şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaltması cinayət məsuliyyətinə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıldığı təqdirdə səbəb olur. Lakin hazırkı iş üzrə qeyd olunan halların mövcudluğunu və qanunla müəyyən edilmiş bu tövsifedici əlamətləri təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etməkdən imtina etmişdir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina olunmasına dair Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.6, 302.1.7, 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi İskəndərov Süleyman Səttar oğlu tərəfindən apellyasiya şikayəti təmin olunmasın. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina olunmasına dair Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ###### 2026- cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-103/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-103/2026
28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver