Məhkəmə qərarları › İş №1(3-8)-105/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-105/2026

04.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-105/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X8 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim G.H.Kamilli) ## ###### 1985-ci ildə Quba rayonu, Ağbil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Quba Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 1(027)—***/**** saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Quba rayonu, Ağbil kəndində qeydiyyatda olan və yaşayan, ## ####### 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə cəzasının bir günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli ## ###### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməsi, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, ##.##.2017-ci il tarixdən hesablanmaqla, övladları, ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100,00 manat olmaqla cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Orucova (Məmmədova) Aysel Nemət qızının xeyrinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-****/**** saylı, ## ### 2017-ci il tarixli qətnaməsini və həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 190,00 manat olmaqla cəmi 380,00 manat sabit pul məbləğində alimentin tutularaq Orucova (Məmmədova) Aysel Nemət qızının xeyrinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)- ****/**** saylı, ## #### 2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilməsinə, yenidən izahatı alınıb cinayət məsuliyyəti barədə ##.##.2025-ci il, tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, ilkin təqdimat verilən ##.##.2021-ci il tarixdən sonuncu təqdimat verilən ##.##.2025-ci il tarixədək 11520,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Orucova (Məmmədova) Aysel Nemət qızının xeyrinə ödəməmiş, ona maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq, qəsdən icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. APELLYASIYA PROTESTININ DƏLILLƏRI : Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün, Təqsirləndirilən şəxs cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə dəyişdirilməsini xahiş etməklə apellyasiya protestini onunla əsaslandırmışdır ki, işin baxılmasında dövlət ittihamçısı qismində iştirak edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməklə 02 il 06 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə məhkum edilməsi barədə Quba rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli hökmü cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsası ilə dəyişdirilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Iş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla ##.##.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Iş materiallarında olan Quba Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Iş materiallarında olan Quba rayon Icra və probasiya şöbəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs icra sənədini tam icra etmək üçün yeni müddət təyin edilib 10 gün vaxt verilməklə ona, icra tələbini göstərilən müddətdə ödəmədiyi halda Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Iş materiallarında olan Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası IXM-nin 313- 1.1-ci maddəsinə münasibətdə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin şərh edilməsi ilə əlaqədar ##.##.2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 306-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin qərəzli olaraq icra etmədiyi hallarda yaranır. Azərbaycan Respublikası IXM-nin 313-1.1-ci maddəsində (köhnə redaksiyada) nəzərdə tutulmuş məhkəmə və digər qərarların icrası ilə bağlı tələblərin yerinə yetirilməməsi barədə inzibati xətanın despozisiyası ##.##.2015-ci il tarixdə təsdiq edilmiş və ##.##.2016-cı il tarixdə qüvvəyə minmiş yeni IXM-nin 528.1-ci maddəsində öz əksini tapmışdır. Yuxarıda qeyd olunan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını ##.##.2022-ci il tarixdə çəkib qurtardıqdan sonra Quba Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və 10 gün vaxt verilməklə ona, icra tələbini göstərilən müddətdə ödəmədiyi halda Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs az ağır cinayət törətməklə təqsirli bilinərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəzanın ## ###### 2022-ci il tarixdə çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs hazırki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edildikdən və CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edildikdən sonrada qərəzli olaraq məhkəmə qərarını icra etməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin ##.##.2021-cı il tarixli hökmünə əsasən məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyinə (götürülmədiyinə) görə onun əməllərində cinayətin residivi vardır. Buna baxmayaraq, məhkəmə əsassız olaraq Təqsirləndirilən şəxs cinayətlərin residivinə görə cəza təyin etməmiş və cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etməmişdir. Beləliklə, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olması nəzərə alınmaqla və cəzaçəkmə müəsissəsinin növü düzgün müəyyən edilməməklə məhkəmə tərəfindən cinayət qanunu normasının düzgün tətbiq edilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin dəlillərini müdafiə edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündə məhkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanın onun əvvəllər də eyni əmələ görə məhkum edilməsi və məhkumluğunun ödənilməməsi səbəbindən təyin edilmiş cəzanın şəxsiyyətinə uyğun olmadığını nəzərə alıb, apellyasiya protestinin təmin edilməklə birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasına audio-video yazı aparılmaqla “Whatsapp” vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz edərək protestin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da əlavə etdi ki, o, zərərçəkmiş şəxsə ödənişlər etmişdir. Bundan əvvəl tutulduqda zərərçəkmiş şəxsə ev vermiş və aliment ödənişi məsələsində razılıq əldə etmişlər. Onların ailəsinə məxsus gilas bağları yoxdur. Hazırkı işlə bağlı ailəsi tərəfindən zərərçəkmiş şəxsə 2.000 manat məbləğində pul təklif olunmuş, lakin zərərçəkmiş şəxs həmin məbləği qəbul etməyərək bütün borcu birdəfəlik ödənilməsini tələb etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya protestinə etiraz edərək protestin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da əlavə etdi ki, törədilən cinayət uzanan cinayət deyil, davam edən cinayətdir. Birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, təqsirləndirilən şəxsin bildirdikləri əsassızdır. Əgər ödəniş edibsə, buna dair qəbz təqdim etməlidir. Ödəniş etmədiyi üçün qəbz təqdim edə bilmir. Etdiyi ödənişləri isə icra məmuru vasitəsilə etmişdir. Təqsirləndirilən şəxsin və ailəsinin maddi imkanı yaxşıdır. Təqsirləndirilən şəxs tərəfindən ona verilmiş müddət ərzində heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs tutulmazdan əvvəl ailəsinə məxsus gilas bağları 50.000 manata satılmışdır. Bu səbəbdən, təqsirləndirilən şəxsin hazırda mövcud olan borcunu ödəmək üçün maddi imkanının olduğunu hesab edir. Təqsirləndirilən şəxsin ailəsi tərəfindən ona 2.000 manat məbləğində təklifin edilməmiş, əgər ona 2.000 manat təklif olunsaydı, həmin məbləği qəbul edərdi. Göstərilənlərə əsasən apellyasiya protestinin təmin olunmasını xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR : Аzərbаycаn Respublikаsının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1ci mаddəsinə əsasən apellyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız apellyasiya şikаyətinin və yа apellyasiya prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi apellyasiya instаnsiyаsı məhkəməsi tərəfindən apellyasiya şikаyətinin və apellyasiya prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlillərində və ittiham tərəfinin çıxışında göstərilən hallarla bağlı CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya protestinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparılmadan cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməməli, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan ittihama dair qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi təsdiq olunduğundan məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət ittihamçısı apellyasiya protestində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsi üzrə məhkumluğu ödənilmədiyindən onun hazırkı əməlində cinayətin residivi mövcuddur və buna görə də ona CM-nin 65.2-ci maddəsinin tələblərinə uyğun daha ağır cəza təyin edilməli, cəzaçəkmə müəssisəsinin növü isə ciddi rejimli müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Belə ki, iş materiallarından göründüyü kimi, həm ## ###### 2021-ci il tarixli hökm, həm də hazırkı ittiham eyni məhkəmə qətnamələrinin icrası üzrə yaranmış aliment öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlıdır. Birinci hökm çıxarıldıqdan sonra da həmin icra sənədləri üzrə icraat davam etdirilmiş, təqsirləndirilən şəxsə münasibətdə icra tədbirləri həyata keçirilmiş, sonradan aliment məbləği artırılmış, yeni icra hərəkətləri aparılmış, inzibati məsuliyyət tədbirləri tətbiq edilmiş və növbəti təqdimat əsasında hazırkı cinayət təqibi başlanmışdır. Iş üzrə şahid qismində dindirilmiş icra məmurlarının ifadələrindən də görünür ki, icra sənədləri üzrə məcburi icra tədbirləri fasiləsiz davam etdirilmiş, borclunun öhdəlikləri eyni icra münasibəti çərçivəsində mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsində müdafiəçi haqlı olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsə aid edilən əməl yeni və ayrıca baş vermiş cinayət hadisəsi deyil, məhkəmə aktının icra edilməməsi ilə bağlı davam edən xarakter daşıyan hüquqazidd davranışın nəticəsidir. Cinayət hüququ nəzəriyyəsinə və formalaşmış məhkəmə təcrübəsinə görə davam edən cinayət eyni niyyətlə vahid məqsədə yönəlmiş və müəyyən müddət ərzində davam edən hüquqazidd davranışdan ibarət olur. Belə hallarda cinayətkar davranışın ayrı-ayrı mərhələləri yeni müstəqil cinayət hadisəsi kimi deyil, vahid cinayət əməlinin davamı kimi qiymətləndirilir. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında vurğulanır ki, “...Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2008-ci il ## ###### tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Cinayət hüququnda inzibati preyudisiya Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il # ####### tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərara əsasən Cinayət Məcəlləsinin 306cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Inzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Inzibati Xətalar Məcəlləsinin 313-1.l-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, məhkəmə qərarlarının icra edilməməsi uzanan cinayətdir. Uzanan cinayət müəyyən cinayət tərkibinin uzun müddət ərzində fasiləsiz olaraq həyata keçirilməsində ifadə olunur və cinayət əməlinin törədilməsi ilə bitmir...”. Dövlət ittihamçısının mövqeyinə görə Təqsirləndirilən şəxs ##.##.2021-ci il tarixli Quba Rayon Məhkəməsinin hökmünə əsasən CM-nin 306.1-ci maddəsi ilə 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, həmin cəzanı ## ###### 2022-ci il tarixdə çəkib qurtarmış olsa da, hazırki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməklə CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edildikdən sonrada qərəzli olaraq məhkəmə qərarını icra etmədiyindən ##.##.2021-ci il tarixli hökmə əsasən məhkumluq ödənilməmiş və ya götürülmədiyindən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi vardır. Lakin Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında göstərilir ki, məhkəmə qərarını icra etməmə uzanan cinayətdir. Yəni hüquqi mahiyyət etibarilə söhbət bir-birindən tam ayrılmış müstəqil davranışlardan deyil, eyni öhdəliyin yerinə yetirilməməsinin davam etməsindən gedir. Həmin qərarda həmçinin göstərilmişdir ki, barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə qərarının icrasından yayınma eyni hüquqi öhdəliyin yerinə yetirilməməsində ifadə olunan davamlı və uzanan xarakterli hüquqazidd davranışdır. Hazırkı iş üzrə həm əvvəlki məhkumluğun, həm də hazırkı ittihamın əsasını eyni aliment öhdəliyinin icra edilməməsi təşkil etmişdir. Təqsirləndirilən şəxs tərəfindən yeni müstəqil məhkəmə aktının icra edilməməsi deyil, əvvəlki icra münasibətinin davam etdirilməsi müəyyən edilmişdir. Bu səbəbdən dövlət ittihamçısının həmin halları cinayətlərin residivi kimi qiymətləndirməsi və cəzanın residiv qaydalarına əsasən ağırlaşdırılmalı olması barədə dəlili Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyi ilə uzlaşmır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin davranışı əvvəlki məhkumluğa əsas olmuş icra sənədlərinin icrasından yayınma ilə bilavasitə bağlı olmuş, eyni hüquqi öhdəliyin yerinə yetirilməməsində ifadə edilmiş, buna görə də həmin davranışın ayrıca yeni qəsdən cinayət kimi qiymətləndirilməsi və bu əsasla cinayətin residivinin mövcud hesab edilməsi üçün kifayət qədər hüquqi əsaslar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi “...Qanunverici “Icra haqqında” Qanunun 82ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “Icra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin müddəaları davam etdirən “Icra haqqında” Qanunun 82.3-cü maddəsinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göstərilən maddələrin məzmunundan göründüyü kimi, məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, icra xidmətinin rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, göstərilən hüquqi tənzimləmə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2008-ci il tarixli Qərarında da əks olunmuşdur. Qərarda göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur...”. X4 o da vurğulanır ki, “... Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“Icra haqqında” Qanunun 82.3-cü maddəsi)...”. Hazırkı cinayət işinin materiallarından müəyyən edildiyi kimi, Azərbaycan Respublikasının Baş icra məmuru Vidadi Məmmədovun imzaladığı ##.##.2025-ci il tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsinə dair məsələyə baxılması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional ədliyyə Idarəsinin müstəntiqi R X3 tərəfindən ##.##.2025-ci il tarixdə Quba rayon Icra və Probasiya şöbəsində toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilməsi və istintaq aparılması qərara alınmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2021-ci il tarixli Quba Rayon Məhkəməsinin hökmünə əsasən CM-nin 306.1-ci maddəsi ilə 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, həmin cəzanı ## ###### 2022-ci il tarixdə çəkib qurtardıqdan sonra hazırki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilsə də, sonrakı dövrdə də məhkəmə qərarının icrasını tam olaraq həyata keçirmədiyindən Təqsirləndirilən şəxs barəsində yenidən IXM-nin 528.1ci maddəsilə tərtib edilmiş inzibati protokol üzrə ##.##.2025-ci il tarixdə qərar qəbul edilməklə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmiş, ##.##.2025-ci il tarixində cinayət məsuliyyətinə cəlb olunması haqqında rəsmi xəbardalıq edilməsinə baxmayaraq borclu tərəfindən məhkəmə qətnaməsi icra edilmədiyindən Azərbaycan Respublikasının Baş icra məmurunun ##.##.2025-ci il tarixli təqdimat əsasında Xaçmaz Regional ədliyyə Idarəsinin müstəntiqinin ##.##.2025-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. Beləliklə, cinayət işinin başlanılması üçün təqdimat verildiyi ##.##.2025-ci il tarixinə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs olduğundan protest müəllifinin iddiasına görə sonuncunun əməllərində cinayətin residivi halının olması müəyyən edilmir, ona görə də protestin qeyd edilən dəlili əsaslı hesab edilə bilməz. Dövlət ittihamçısının cəzaçəkmə müəssisəsinin növünün düzgün müəyyən edilməməsinə dair dəlili də əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi CM-nin 56-cı maddəsinin tələblərini tətbiq edərək təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Iş materiallarında təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən məhkumluğunun olmaması nəzərə alındıqda kollegiya həmin nəticəni düzgün hesab edir. Bundan əlavə, birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxsin əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə cəzanın sosial ədalətin bərpası, məhkumun islah olunması və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməli olmasını nəzərə almışdır. Apellyasiya baxışı zamanı da protestdə göstərilən hallardan başqa birinci instansiya məhkəməsinin cəza təyin etmə zamanı nəzərə almadığı hər hansı yeni hal müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin maddi imkanlarının olması barədə mülahizələri iş materiallarında mötəbər sübutlarla təsdiq edilməmiş, son məhkəmə iclasında tərəflərin bu məsələyə dair verdikləri bir-birinə zidd izahatlar isə protestin əsaslandırılması üçün kifayət hesab edilə bilməz. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs aliment ödənişləri ilə bağlı müəyyən ödənişlər etdiyini, zərərçəkmiş şəxslə razılıq əldə etməyə çalışdığını bildirmiş, sonuncu məhkəmə iclasında isə ailəsinin zərərçəkmiş şəxsə 2.000 manat məbləğində pul təklif etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs həmin xüsusatlarla razılaşmasa da, bu izahatlar təqsirləndirilən şəxsin aliment öhdəliyini tamamilə inkar etmədiyini və onun icrası istiqamətində müəyyən təşəbbüslər göstərdiyini təsdiq edən hallar kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin hökmündə cəzanın növünün və həddinin təyin olunması zamanı qanunun normalarına, məhkəmə təcrübəsinə və ədalət prinsiplərinə riayət olunmuş, təyin edilmiş cəza nə yüngül, nə də sərt olmaqla törədilmiş əmələ adekvatdır və cəzanın məqsədlərinə tam cavab verir. Belə ki, CM-nin 306.1-ci maddəsinə əsasən iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Cəza təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun və onun islah olunması məqsədinə cavab verməklə törətmiş olduğu cinayət əməlinə adekvat hesab edilir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və ittiham tərəfinin apellyasiya məhkəmə baxışında çıxışının təqsirləndirilən şəxsə ağır cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş çəzanın cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Ona görə də apellyasiya protesti təmin edilmədən birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 cinayət işinin materialları ilə tanış olub, məhkəmə proseslərində iştirak etdiyi cəmi 6 (altı) iş saatına görə ödənilməli olan 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397-399, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 66 (altmış altı) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar