Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-106/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X11 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5 və X3 vəkili - fərdi qaydada fəaliyyət göstərən vəkil nümayəndə2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli, # #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi müdafiəçi4 və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında (videokonfrans əlaqə sistemi vasitəsilə) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, # #### 2026-cı il tarixli hökmü ilə (hakimlər Ilham Cəfərzadə (sədrlik edən), Nahid Mirzəyev və Nurəddin Hüseynli) Təqsirləndirilən şəxs (## ###### 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, ev 6, mənzil 33-də qeydiyyatda olmaqla Abşeron rayonu, Fatmayı kəndi, T.Şahbazi küçəsi 30, bağ evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və həbsdə olduğu 11 (on bir) ay 20 (iyirmi) gün müddət və ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və həbsdə olduğu 03 (üç) ay 20 (iyirmi) gün müddət, yəni cəmi 01 (bir) il 03 (üç) ay 10 (on) gün müddətin bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 07 (yeddi) il 02 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddətin cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcının ## ###### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, zərərçəkmiş şəxs (müki iddiaçı) X3 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, 183.690 (yüz səksən üç min altı yüz doxsan) manatın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (müki iddiaçı) X3 ödənilməsi, zərərçəkmiş şəxs (müki iddiaçı) zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, 272750 (iki yüz yetmiş iki min yeddi yüz əlli) manatın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (müki iddiaçı) zərərçəkmiş şəxs5 ödənilməsi, zərərçəkmiş şəxs (müki iddiaçı) zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, 489936,03 (dörd yüz səksən doqquz min doqquz yüz otuz altı manat üç qəpik) manat məbləğində maddi ziyan, 800 (səkkiz yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumillikdə 490736,03 (dörd yüz doxsan min yeddi yüz otuz altı manat üç qəpik) manatın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (müki iddiaçı) zərərçəkmiş şəxs4 ödənilməsi, zərərçəkmiş şəxs (müki iddiaçı) zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, 174000 (yüz yetmiş dörd min) manat məbləğində maddi ziyan, ödənilmiş dövlət rüsumu üçün 596 (beş yüz doxan altı) manat, ümumillikdə 174596 (yüz yetmiş dörd min beş yüz doxsan altı) manatın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 (müki iddiaçı) ödənilməsi qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı zərərçəkmiş şəxs3 Türkiyə Respublikasının “xxxx” şirkətindən sümüklərin yağa və una çevrilməsi üçün avadanlıq alıb gətirəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə ünvan 2 saylı ünvanda yerləşən “xxxx” şirkətlər qrupunun inzibati binasında hissə-hissə olmaqla ##.##.2015-ci ildə 400.000 avro, ##.##.2015-ci ildə 400.000 avro, ##.##.2015-ci ildə 80.000 avro, ##.##.2015-ci ildə 220.000 avro, ##.##.2015-ci ildə 80.000 avro və ##.##.2016-cı ildə 270.000 avro və 2016-cı ilin yanvar ayının ortalarında 50000 avro olmaqla cəmi 1.500.000 avro pulu alıb həmin puldan 1.303.745 avrosunu “xxxx” ASC-də “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin bank hesabına qoyduqdan sonra, həmin vaxt mövcud olan məzənnəyə görə 230.924 manat təşkil edən 203.745 avro pulunu yenidən çıxarıb nağdlaşdıraraq “xxxx” şirkətinin bank hesabına köçürmədən və eyni zamanda həmin vaxt mövcud olan məzənnəyə görə 223.279 manat təşkil edən 197.000 avro pulu bank hesabına qoymadan ümumilikdə 400.745 avro pulu ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı zərərçəkmiş şəxs5 Türkiyə Respublikasının “xxxx” şirkətindən kömür qablaşdırma avadanlığı alıb gətirəcəyinə dair yalan vədlər verib aldadaraq etibarından sui-istifadə etməklə ## #### 2016-cı il tarixdə sonuncunun tapşırığı ilə tanışı şahid4 ünvan * saylı ünvanda yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin * saylı filialında zərərçəkmiş şəxs5 təsisçisi olduğu FX X10 Cəmiyyətin bank hesabına qoyduğu həmin günün məzənnəsi ilə 157.692 manat təşkil edən 102.000 ABŞ dolları pulu sonradan “xxxx” şirkətinin bank hesabına köçürmədən nağdlaşdıraraq ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı zərərçəkmiş şəxs5 Türkiyə Respublikasında istehsal olunan “Meyjoy” enerji içkilərinin oradan alınıb Rusiya Federasiyasında satılması və əldə olunacaq gəlirin bölünməsinə dair yalan vədlər verib onu aldadaraq etibarından sui-istifadə etməklə 2016-cı ilin oktyabr ayının təxminən ortalarında sonuncunun Bakı şəhəri, Nizami rayonu, *** saylı ünvanda yerləşən Sapphire Plazaə biznes mərkəzindəki ofisində hissə-hissə olmaqla həmin vaxt mövcud olan məzənnəyə görə 76.656 manat təşkil edən 48.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı zərərçəkmiş şəxs5 Banqladeş Respublikasından banan meyvəsi alınıb Rusiya Federasiyasında satılması və əldə olunacaq gəlirin bölünməsinə dair yalan vədlər verib onu aldadaraq etibarından suiistifadə etməklə 2016-cı ilin noyabr ayının təxminən ortalarında sonuncunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən xxxx ticarət mərkəzindəki ofisində hissəhissə olmaqla həmin vaxt mövcud olan məzənnəyə görə 84.770 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədi ilə tanışı “xxxx” firmasının təsisçisi zərərçəkmiş şəxs4 Azərbaycan Respublikasının müxtəlif rayonlarında yetişən mövsümi meyvələrin alınıb Rusiya Federasiyasında satılması və əldə olunacaq gəlirin bölünməsinə dair yalan vədlər verib onu aldadaraq etibarından sui-istifadə etməklə sonuncunun tapşırığı ilə tanışı və təsisçisi olduğu firmada təsisçinin köməkçisi vəzifəsində işləyən şahid6 tərəfindən nağd şəkildə verilmiş ## ######## 2016-cı il tarixdə həmin günün məzənnəsi ilə 67.580,36 manat təşkil edən 41.200 ABŞ dolları, ## ######## 2016-ci il tarixdə həmin günün məzənnəsi ilə 109.501,505 manat təşkil edən 67.150 ABŞ dolları, ## ####### 2016- cı il tarixdə həmin günün məzənəssi ilə 80.350,12 manat təşkil edən 50.200 ABŞ dolları, ## ####### 2016-cı il tarixdə həmin günün məzənnəsi ilə 99.812,5 manat təşkil edən 62.500 ABŞ dolları, ## ####### 2016- cı il tarixdə həmin günün məzənnəsi ilə 38.520,135 manat təşkil edən 23.850 ABŞ dolları və ## ###### 2016-cı il tarixdə həmin günün məzənnəsi ilə 94.171,41 manat təşkil edən 55.100 ABŞ dolları olmaqla cəmi həmin vaxt mövcud olan məzənnəyə görə 489.936,03 manat təşkil edən 300,000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirmiş və bununla da o, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 Türkiyə Respublikasından meyvə qurutma avadanlıqları gətirməsinə dair yalan vədlər verib onu aldadaraq etibarından sui-istifadə etməklə 2016-ci ilin payız aylarında Qaradağ rayonu, xxxx ticarət mərkəzində yerləşən ofisdə sonuncudan həmin günün məzənnəsi ilə 183.690 manat təşkil edən 117000 ABŞ dolları pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs X3 183.690 manat məbləğdə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərmək məqsədi ilə zərərçəkmiş şəxs1 Dubaydan Moskvaya “Toyota” markalı avtomobillərin ehtiyat hissələri gətirərək yaxşı gəlir əldə edəcəklərinə dair vəd verib aldatmaqla atası şahid2 vasitəsi ilə 2021-ci ilin may ayında Abşeron rayonu, Fatmayı kəndində 30.000 ABŞ dolları, 2021-ci ilin avqust-sentyabr ayları ərzində 20.000 (iyirmi min) ABŞ dolları, 2021-ci ilin noyabr ayında 40.000 (qırx min) ABŞ dollarını, 2021-ci ilin dekabr ayında 30.000 (otuz min) ABŞ dolları olmaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə 204000 manat olan 120.000 (yüz iyirmi min) ABŞ dollarını vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 204000 manat məbləğdə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin # #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökm qanunsuz və əsassız olmaqla bərabər həm də maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, irəli sürülmüş ittihamı qəbul etmir və heç bir dələduzluq cinayəti törətməmişdir. Lakin birinci instansiya məhkəməsi cinayət işində olan və kifayət qədər araşdırılması tələb olunan faktları araşdırmadan və açıq aydın görünən ziddiyyətləri aradan qaldırmadan barəsində ittiham hökmü çıxarmışdır.Bundan sonra məhkəmədə müdafiəsi üçün gətirdiyi dəlillərə məhəl qoyulmamış, verdiyi çoxsaylı vəsatətlər təmin olunmamışdır. O, iş adamıdır. Yaranmış mübahisələr və anlaşılmazlıqlar mülki xarakterli olmasına baxmayaraq, məhkəmə bunlara məhəl qoymamışdır. Ondan şikayət edən zərərçəkmiş şəxslər məhkəməyə gəlməmişlər. Onların məhkəməyə gətirilməsini birinci instansiya məhkəməsi təmin etməmişdir.Həmin zərərçəkmiş şəxslərin nümayəndələri ilə məhkəmə öz araşdırmasını yekunlaşdırmışdır. Halbuki, onun kifayət qədər əsaslı sualları olmuşdur. O, heç kimə qarşı dələduzluq etmədiyi halda, hər bir fəaliyyəti müqavilə və rəsmi sənədlərlə tənzimləndiyi halda onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə hökm çıxarılması olduqca absurddur. Nə istintaq zamanı, nə də məhkəmə araşdırılması zamanı əsas şikayətçi ilə üzləşməmişdir. Belə olan halda ədalətli məhkəmə araşdırılması hüququndan söhbət gedə bilməz. Hökmdən həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, # #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökm əsassız və qanunsuz olaraq qəbul edilmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi vəsatətlərin heç birinə (kompleks və ya əmtəəşünaslıq ekspertizası, sənədlərin tələb edilməsi, zərərçəkmiş statusuna xitam, iş üzrə icraata xitam və prokurorluğa qaytarma, əlavə izahat və maliyyə sənədlərinin tədqiqi və s.) məhkəmə tərəfindən məzmunlu və motivli münasibət bildirilməməsi və onların təmin edilməməsi (habelə hökmün təsviri-əsaslandırıcı hissəsində bu rəddin səbəblərinin göstərilməməsi) CPM-in cinayət prosesinin vəzifələri (məs., hərtərəfli, tam, obyektiv araşdırma) kimi fundamental tələblərini, məhkəmənin ərizə və vəsatətlərə baxmaq borcunu, sübutların toplanması, təqdim edilməsi, yoxlanılması və qiymətləndirilməsi mexanizmini, xüsusi bilik tələb edən məsələlər üzrə ekspertizanın (xüsusən də mübahisəli kommersiya əməliyyatları, idxal/avadanlığın dəyəri və faktiki mövcudluğu) təyini zərurətini pozur. Bu pozuntular işin mahiyyəti üçün “formal” deyil. Məhz həmin sübutların toplanmaması və tədqiq edilməməsi nəticəsində ziyanın real həcmi, avadanlıqların faktiki idxalı, istifadəsi, tərəflər arasında mülkikommersiya münasibətinin olub-olmaması, ən əsası isə CM-in 178-ci maddəsi üzrə zəruri element olan aldatma-etibardan sui-istifadə niyyəti (əmlakı əldə edərkən ilkin qəsd) etibarlı sübutlarla müəyyən edilməmişdir. Bu isə apellyasiya instansiyasında hökmün ləğvi üçün CPM 399–402 və xüsusilə 400.2.1 (mühüm halların təsdiq/təkzibi üçün şəxslərin dindirilməməsi, sənədlərin tələb edilməməsi) kontekstində tipik əsas yaradır. Hüquqi tövsif baxımından, dələduzluğun AR CM-in 178-ci maddəsi üzrə yalnız o halda mümkün olduğu vurğulanır ki, təqsirləndirilənin niyyəti əmlakı qəbul etdiyi anda öhdəliyin icrasına deyil, əmlakı əvəzsiz və qanunsuz ələ keçirməyə yönəlmiş olsun. Məhz bu “ilkin niyyət” elementi iş materiallarında müdafiənin irəli sürdüyü tədqiqat vasitələri ilə (DGK sənədləri, bank/SWIFT araşdırmaları, ekspertiza və s.) sübuta yetirilmədən hökm çıxarılması CPM 28.5-in (mülahizəyə əsaslanmama, mötəbər sübutların məcmusu) tələbini də praktiki olaraq pozur. Hökmdə bir sıra sənəd və protokollara istinad olunsa da, müdafiə tərəfinin vəsatətlərinin mahiyyəti göstərir ki, birinci instansiyada aşağıdakı mühüm sübutlar ya ümumiyyətlə toplanmayıb, ya yoxlanılmayıb, ya da elmi biliklə qiymətləndirilməyib: - idxal bəyannamələri (DGK) və avadanlıqların faktiki idxalı/miqdarı; - avadanlıqların bazar dəyəri, hal-hazırkı texniki vəziyyəti, amortizasiya və istifadəsi (müstəqil qiymətləndirmə və/ya ekspertiza); - bank köçürmələri, SWIFT, xarici ödənişlər, şirkətlərarası hesablaşmaların tam izi (xüsusilə mülki iddianı yoxlamaq üçün); - tərəflər arasında razılaşmaların hüquqi təbiəti (ortaq/agentlik/kommersiya müqaviləsi vs. ilkin dələduzluq qəsdi) üzrə müstəqil araşdırma. Bu çatışmazlıqlar CPM-in 28.5-ci maddəsi və sübutetmənin tamlığına dair müddəalar kontekstində kritikdir. Məhkəmə özü də hökmündə “mülahizələrə əsaslana bilməz, uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” prinsipini qeyd etsə də, müdafiənin tələb etdiyi sübut mexanizmlərini işə salmadan yekun nəticəyə gəlib. Müdafiə tərəfinin tələb etdiyi ekspertizalar (kompleks maliyyə-əməliyyat ekspertizası və/ya əmtəəşünaslıq/qiymətləndirmə ekspertizası) “xüsusi bilik” tələb edən halların müəyyən edilməsi üçün nəzərdə tutulmuş AR CPM-in 264-cü maddəsindəki mexanizmi ilə birbaşa uzlaşır. Ekspertiza xüsusi bilik tələb olunduqda cinayət təqibi üçün əhəmiyyətli halların müəyyən edilməsi məqsədi ilə aparılır. Müdafiə təşəbbüsü ilə və onun hesabına ekspertiza mexanizmləri AR CPM-in 269.2-ci maddəsində də tanınır. Bu işdə avadanlıq iddiaları (idxal, miqdar, texniki vəziyyət, bazar dəyəri, istifadə) xüsusi bilik tələb edir. Zərərin real həcmi (məs., Fərid epizodunda 30.000 ABŞ dolları dəyərində avadanlığın qaytarılması faktı) məhkəmənin özü tərəfindən də qismən qəbul edilir. Belə olan halda, ekspertiza olmadan “tam mənimsəmə” və “külli ziyan” nəticəsi mübahisəli qalır. Bu səbəbdən ekspertiza və sənəd tələb edilməsi vəsatətlərinin təmin edilməməsi, eyni zamanda apellyasiyada hökmün ləğvi üçün AR CPM-in 399.1.1 və 400.2.1-ci maddələrindəki (mühüm halları təsdiq/təkzib üçün sənədlərin tələb edilməməsi) meyarları ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsi isə müdafiənin “işin kommersiya xarakteri”, “xərclər edilmişdir”, “avadanlıq gətirilmiş və ya istifadə edilmişdir”, “müştəri riskləri ilə əlaqəli itki” kimi arqumentlərini əsasən “müdafiə xarakterli ifadə” sayaraq, onların iş materialları ilə təsdiq tapmadığını bildirir. Problem ondadır ki, həmin təsdiq edilməli mexanizmlər (DGK sənədləri, bank/SWIFT araşdırması, ekspertiza) məhz müdafiə vəsatətlərinin predmetidir. Məhkəmə həmin alətləri işə salmadan “təsdiq tapmayıb” nəticəsinə gəlirsə, bu, Plenum Qərarının tələb etdiyi “niyyətin vaxtı və məzmunu” üzrə araşdırma standartını faktiki olaraq yerinə yetirmir. Bu işdə müdafiənin təqdim etdiyi yazılı izahatlar, xərclər, idxal sənədləri, ekspertiza ehtiyacı barədə arqumentlər ya ümumiyyətlə hökmdə ayrıca müzakirə olunmur, ya da “müdafiə xarakterli ifadə” kimi ümumi cümlə ilə kənara qoyulur. Bu isə Plenum Qərarının tələb etdiyi “nəyə görə bir sübut mötəbərdir, digəri niyə rədd edilir” standartına uyğun deyil. Müdafiənin Nofəl epizodu üzrə statusa xitam vəsatəti (real ziyanın olmaması, avadanlığın mövcudluğu/istifadəsi kimi iddialar) məhz CPM-in 87.5-ci mexanizmini hərəkətə gətirməyə yönəlmişdir. Vəsatət təmin edilmədən qalırsa və ya motivsiz rədd edilirsə, bu, zərərçəkmiş institutunun prosessual “filtr” funksiyasını sıradan çıxarır və ittihamın subyekt - maddi baza hissəsini təsirləndirə bilir. Birinci instansiya məhkəməsi müdafiə tərəfindən təqdim edilmiş vəsatətlərin heç birini təmin etməmiş, hökmün təsviri-əsaslandırıcı hissəsində bu vəsatətlərin səbəbli rəddini göstərməmiş, bununla AR CPM-in 28.4.3, 8.0.3, 19.4, 143–146, 264, 28.5-ci və əlaqəli maddələrin normalarını pozmuşdur. Iş üzrə ziyanın real həcmi, avadanlıq iddialarının faktiki əsasları, bank və xarici əməliyyatların izi, tərəflər arasında münasibətlərin sivil/kommersiya xarakteri, həmçinin CM-in 178-ci maddəsi üzrə ilkin dələduzluq niyyəti (əmlakı qəbul edərkən) mötəbər sübutlarla təsdiq edilməmişdir. Nəticədə hökm CPM-in 28.5-ci maddəsinin tələb etdiyi sübut standartını pozaraq mülahizə üzərində qurulmuşdur. Hökm müdafiə sübutlarının rədd edilməsini aydın əsaslandırmır. Bu, Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının (sübutların təsviri, rədd səbəblərinin göstərilməsi) tələblərinə də ziddir. Hökmdən həmçinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, # #### 2026-cı il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi (12 il) həcmində cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdən narazıdır. Hesab edir ki, təyin edilmiş cəza törədilmiş cinayət əməlinə münasibətdə yüngüldü, cəza məqsədini təmin etmir və cəza şəxsin islah olunması üçün kifayət deyil. Onun ittiham olunduğu maddə üzrə nəzərdə tutulmuş cəza beş ildən on iki ilədək olsa da, məhkəmə əsassız humanistlik edib yüngül cəza təyin etmişdir. Bu səbəbdən də hökmdən apellyasiya şikayəti verib Təqsirləndirilən şəxsnun ittiham olduğu maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddində cəza təyin edilməsini xahiş edir. Çünki o etibarından sui-istifadə edərək aldatma yolu ilə ona aldığı pulu tam şəkildə geri qaytarmamışdır. Bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs ondan “Dubay-Moskva" karqosu vasitəsi ilə ehtiyat hissələri aparacağı adı altında şərikli iş təklif edib 120000 (yüz iyirmi min) ABŞ dolları məbləğində pulunu almış, uzun müddətdən sonra atası şahid2 bu pulun 30000 (otuz min) manatını geri qaytarmışdır. Qalan məbləğ isə bu günə kimi qaytarılmamışdır. Azərbaycan Respublikası CMin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özü və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya məhkəməsindəki çıxışında verilmiş apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək, həmin şikayətlərin təmin edilməsini, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkib əlamətləri olmadığına görə Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, eyni zamanda zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun şikayətinin təmin edilməsini, hazırda ona dəymiş ziyan tam ödənilmədiyindən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, # #### 2026-cı il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi (12 il) həcmində cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamçısı dövlət ittihamçısı1 təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə etiraz edərək, təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu bildirərək, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5 və X3 vəkili nümayəndə2 təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, # #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətlərinin məzmunundan görünür ki, apellyasiya şikayətlərində işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək təqsirləndirilən şəxsə CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsi iddia edilir. Zərərçəkmiş şəxsin apellyasiya şikayətinin məzmunundan görünür ki, işin faktiki halları və əməlin töfsifi mübahisələndirilməmiş, sadəcə məhkəmə tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngüllüyü mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətlərinin dəlilləri, daha sonra isə zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsi müzakirə edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətlərinin təqsirləndirilən şəxsə CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətlərində göstərilən xüsusatlar digər danılmaz sübutlarla təqsirləndirilən şəxsin özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, o cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlarla tamamilə təkzib edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “iş üzrə zərərçəkmiş şəxs3 ilə bağlı epizodla bağlı qeyd etmək istərdim ki, guya mən Türkiyə Respublikasından sümüklərin yağa və una çevrilməsi ilə bağlı avadanlığın alınması ilə bağlı onu aldatmışam. Guya mənə 1 500 000 avro pul verilmişdir, o vəsaitdən 1 303 745 avro bank hesabına qoyulmuşdur, 1 100 000 avro köçürülmüşdür, 203 745 avronu mən çıxarmışam, 197 000 avro-nu da nağdlaşdıraraq guya dələduzluq etmişəm. Adi riyazi hesablama aparsaq, 1 500 000 mənə verilmişdir, 1 100 000 də köçürülmüşdür, yəni, mübahisələndirilən məbləğ 400 000 avro-dur və ittihamda səhvə yol verilmişdir. Ittihamda avadanlığın qiyməti 1 480 000 avro göstərilmişdir və onun 1 100 000 avrosu köçürülmüşdür, mən 11 tır avadanlığı gətirib təhvil vermişəm, niyə istintaq zamanı digər xərclər araşdırılmamışdır?. Hansı ki, o xərclər, nəqliyyat xərcləridir. Avadanlıqlar mənə Türkiyə Respublikasının Bursa şəhərində təhvil verilmişdir və ondan sonrakı xərclər alıcıya məxsus olmuşdur. Avadanlıqlar 4 000 avro-dan 11 tır - 44 000 avro xərclə Azərbaycana daşınmışdır, müvafiq sənədlərlə Azərbaycan Respublikasında gömrüyə təhvil verilmişdir. Nəqliyyat xərcləri mənim tərəfimdən çəkilmişdir. Ittiham aktında 11 tır avadanlığı təhvil verdiyim qeyd olunub, amma gömrük rüsumları qeyd olunmayıb. Gömrük rüsumu 18 faiz ədv, 18 faiz gömrük rüsumu olmaqla 411 840 avro təşkil edir. Habelə, həmin avadanlıqların quraşdırılması üçün “xxxx” şirkətinin “genel müdürü” və baş mühəndisi mənim dəvətim ilə Azərbaycana gəlmiş və Qaradağda sümük emalı zavodunun layihə sənədlərinin hazırlanmasında iştirak etmişdir və bu, sərhəd keçmə arayışları və şəkillərlə öz təsdiqini tapır, bunun üçün 10 000 avro mənim tərəfimdən pul xərclənmişdir. “xxxx” Şirkəti Qaradağda sümük emalı zavodunun layihə sənədlərini, avadanlıqların yerləşmə sənədləri, elektrik layihə sənədləri işlənib və oraya 450 000 avro pul köçürülmüşdür və fakturaları da vardır. Ümumilikdə bu epizodla bağlı 2, 015 840( iki milyon on beş min səkkiz yüz qırx) avro mənim tərəfimdən pul xərclənmişdir. Istintaq zamanı vəsatət verməyimə baxmayaraq heç bir nəqliyyat xərci və. s araşdırılmamışdır. Hesab edirəm ki, burada dələduzluqdan söhbət gedə bilməz, digər xərclər nəzərə alınmamışdır. Mən 1 303 745 avro vəsaiti almışam, amma bu pul zərərçəkmiş şəxs3 alınmayıb, başqa şəxsdən alınıb, zərərçəkmiş şəxs3 ilə bağlı şəxsdən almışam. Onun 1 100 000-ni köçürülüb, 203 745-ni nağdlaşdırmışam. Ittiham aktında transfer xərci, komissiya göstərilməmişdir. 197 000 avro xərclərlə bağlı nağlaşdırmışam. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki,“aramızda olan şifahi razılaşmaya əsasən mənə 1 100 000 verilib, mən öz adıma olan bank hesabına köçürmüşəm. Həmin vəsait avadanlıqların alınması ilə bağlı Türkiyəyə köçürülüb. Qalan 900 000 isə nəqliyyat xərcləridir, Türkiyədən iki nəfər mütəxəssis gətirilib. 44 000 avro nəqliyyat xərci, 10 000 avro mütəxəssislərin gətirilməsi üçün xərclənmişdir. Qaradağda tikilən sümük emalı zavodunun bütün layihə sənədləri işlənmişdir. 411 000 gömrük rüsumu ödənilmişdir. Avadanlıqları təhvil vermişəm. Layihə sənədlərinin işlənməsinə 450 000 avro pul ödəmişəm. Nofəl ilə aramızdakı razılaşma rəsmiləşdirilməmişdir. Mən bu işdə şərik idim. 11 tır avadanlıq özlərindədi. 203 000 vəsaiti nağlaşdırmışam. X1 Nofəllinin adından 1 100 000 avro vermişdir. Nağd şəklində verilmişdir. Aygül və Ziya adlı şəxslərə müvafiq şəxslərlə tanış olmaq üçün 280000 avro vermişəm. Həmin şəxslərdən şikayət etmişəm, pulumu geri alacam. xxxxdan 203 745 avro geri çəkmişəm. Aygül və Ziya adlı şəxslərə verdiyim pulun bu iş aidiyyəti yoxdur. 1 milyon kredit götürmüşəm. Müvafiq şəxslərə pul verməyimin səbəbi mənə işə 50 faiz şərik olmağım ilə bağlı vəd verməkləri idi. Ibtidai istintaq zamanı gömrük, bank xərclərinin araşdırılması ilə bağlı vəsatət versəm də, araşdırılmamışdır. Işi zərərçəkmiş şəxs3 izah etmirdim, direktor mən idim və işi mən icra edirdim. zərərçəkmiş şəxs3 xxxx şirkətinə nə qədər pulun köçürüləcəyini demişdim. xxxx şirkətinə avadanlığın qalanının göndərilməməsini özüm demişdim. Şirkətə 380 000 borc qalıb. Şirkətlə müqavilənin dəyəri 1 480 000 avro idi. Mənə gömrük xərcləri ilə bağlı 411 800 avro verməli idilər. Vermədiklərinə görə mən də dayandırmışam. Mənim faizimi də vermirdilər. Mənə demişdilər ki, sənin burada heç bir payın yoxdur, özümüz hamısını icra edəcəyik. Məndən şikayət etməmişdilər, bir il sonra şikayət ediblər. Mən Mellissa şirkətində direktor olmuşam. Mənə direktor kimi niyə maaşımı vermirdilər. Meyjoy içkisi ilə bağlı pul almışam. Kömür işi ilə bağlı bütün layihə icra olunub, digərləri icra olunmayıb. Kömür işi ilə bağlı avadanlıqları işlək vəziyyətdə təhvil vermişəm, 102 000 dollar dəyərində avadanlığı vermişəm, lakin, rəsmi olaraq 30 000 dollar köçürülüb. 113 000 dolların 65 000-i qaytarılıb, 48 000-i qalıb, qaytarmamışam. 48 000-nin 9 000-ni Fəridə qaytarmışam, 39 000-i qalıb, digər proyektə xərcləmişəm. Meyjoy və banan epizodları ilə bağlı özümü qismən təqsirli bilirəm. zərərçəkmiş şəxs4 göbələk “parnik”ləri, meyvə ixracı və meyvə qurutma avadanlığının alınması üçün 300 000 dollar almışam, bu epizodla bağlı heç bir iddia ilə razı deyiləm, orada bütün proyekt icra olunmuşdur. Meyvələr alınıb Rusiyaya ixrac olunub. Pulu təhvil verilməyib, Rusiyadakı müştəri tərəfi ilə bağlı problem yarandı. Gedən mallar şaxtaya düşdüyünə görə xarab oldu. Lakin bununla bağlı sübut təqdim edə bilmirəm. Bundan əlavə mən göbələk istixanalarını qurdurub təhvil vermişəm. RusiyadakI müştəri tərəfi Mahir adlı şəxs idi. Göbələk istixanaları FE qrup MMC-nin balansında olub, lakin zərərçəkmiş şəxs4 ərazisində qurulub. Meyvə qurutma avadanlıqları FE qrup MMCnin adından Avro Lizinq ASC-dən alınıb. Hər ay pul ödənilməli idi, hər ay pul ödənilməyib. Mən alıb gətirib təhvil vermişəm. Mən pulu aldıqdan 4-5 ay sonra ölkədən çıxmışam. Mən 2017-ci ilin aprelin axırında Rusiyaya getmişəm. X4 bu işlə bağlı heç bir şərikliyim olmayıb. 117 000 zərərçəkmiş şəxs4 alınıb. 117 000 qeyd olunan 300 000 içində idi. Meyvə qurutma avadanlığını Türkiyədən almalı idim. Ikinci əl avadanlıq almağım ilə bağlı şifahi razılaşma olmuşdur. Meyvə qurutma avadanlığını Avro Lizinqdən almışam. Onun qiyməti 670 000-dir. 50 000-ə ikinci əl almışam və ikinci əl aldığımı bilirdilər.” Birinci instansiya məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki,“mənə dəymiş zərər təxminən 200 000 dollardır. Təqsirləndirilən şəxs “meyjoy” enerji içkisinin distributorluğunu mənim adıma almışdı. Enerji içkilərinin Türkiyədən alınıb Rusiyaya ixrac edilməsi lazım idi. Bu səbəblə məndən 75 000 manat aldı, daha sonra gömrük xərclərini məndən aldı və 114 000 manat oldu. Daha sonra 38 000 gətirib qaytardı. Lakin daha sonra yenə də pul verdim.Türkiyədən gündə 10 ton fındıq qabığından kömür istehsal edən kömür avadanlığı gəlməli idi. Avadanlığın qiymətini Elnur 170 000 dollar demişdi. Daha sonra bizim pulu verib, avadanlığı gətirəndən sonra məlum olmuşdur ki, avadanlığa heç 30 000 verməyib. Elnur çıxıb getdikdən sonra bizə məlum oldu ki, avadanlıq gündə 500 kq istehsal edən ucuz avadanlıqdır. Anar adlı şəxs, Elnur və mənim bu haqda söhbətimiz olmuşdur və özü də etiraf etmişdir, pulu banka qoyub geri çəkmişdilər, mənə də çek göstərmişdilər .Banqladeşdən banan alqı-satqısı ilə bağlı məsələ də isə Banqladeşdən olan şəxslə danışdım və aldadıldığımızı öyrəndim.” Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, “mənə dəymiş zərər təxminən 200 000 dollardır. Şikayətçiyəm. Gətirilən avadanlıq 2-3 dənə və özlərinin sözünə görə 30 000 dəyərdə idi. 170 000-i vurduqdan sonra geri çəkdiklərini demişdilər. 102 000 dolları nağd şəkildə vermişəm. Avadanlıqların gətirilməsi ilə bağlı gömrük xərclərinin sənədləri Elnurdadır, yəqin ki, avadanlıqları o gətirib. Avadanlıqların 30 000 olduğunu özünün deməsinə əsasən deyirəm, istintaq zamanı avadanlıqların dəyəri ilə bağlı məndən sənəd tələb edilməyib. Türkiyədən gələn mütəxəssislərin xərcini mən çəkmişəm. O xərclərin heç birini Elnur çəkməyib. Həmin avadanlıqların içərisində işləməyən avadanlıqlar var idi. Avadanlığın işlək vəziyyətdə təhvil verilməsi vəzifəsi məndə idi. Şirkəti ona görə təsis etmişdik ki, sən meyvələri satacaqsan və pulları gətirəcəksən, amma, elə oldu ki, sən meyvələri satdın və pulları isə gətirmədin. Sən pul qoysa idin, şərik olacaqdın, lakin sən pulları götürüb qaçdın.” Birinci instansiya məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “hadisədən 10 ildən çox keçdiyindən dəqiq xatırlamasam da xatırladığım qədəri ilə dəymiş zərər yarım milyon avrodur. “xxxx” adlı şirkətdən müəyyən avadanlıqların Azərbaycana gətirilməsi üçün Elnura 1.5 milyon avro pul vermişdik. Elnur həmin pulu bank vasitəsilə Türkiyəyə köçürməli idi. Həmin pulun bir hissəsini köçürmüş, bir hissəsini isə mənimsəmişdir. Bankın adı isə “Nikoil” bank idi. Daha sonra bizə məlum olmuşdur ki, pulu banka köçürmüş, bir hissəsini yenidən bankdan geri çıxarmışdır.” Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, “təxminən 1 milyonluq avadanlıq gətirilmiş, təxminən yarım milyon pul isə mənimsənilmişdir. Elnur bizim şirkətə direktor təyin edilmişdi və nümayəndəmiz olduğundan müvafiq hətəkətləri o icra edirdi. Şikayətçiyəm. Mən Elnuru 2010-cu illərin əvvəllərindən tanıyıram. Pul da həmçinin 2010-cu illərin əvvəllərində verilmişdir. Qeyd olunan işlə bağlı təklif Elnurdan gəlmişdir. 2010-cu illərin əvvəllərində Elnur direktor təyin olunmuşdur və qazancdan asılı olaraq ona maaş verirdik. Avadanlığın gətirilmə xərclərini biz ödəyirdik, pulun daxilində idi. Avadanlıqların hamısının gəlməməsindən şübhələnərək xxxx şirkəti ilə danışdıq və məlum oldu ki, şirkətə pulun hamısı ödənilməmişdir. Elnurun xxxxdan pul geri çıxardığını həmin bankdan aldığımız çeklər əsasında qeyd edirəm, həmin çekləri istintaq zamanı təqdim etmişik. Pulların verilməsi məzənnəsini tam xatırlamıram, avro verildiyini xatırlayıram, sonrakı hərəkətləri bilmirəm. Bankın transfer xərcləri və.s hamısı verilən pula daxil idi. Qaradağdakı zavodun layihə xərclərini kimin işlədiyindən xəbərim yoxdur. Türkiyəli mütəxəssislərin Azərbaycana gəlməsi və onların xərclərinin Elnur tərəfindən ödənilməsi ilə bağlı məlumatım yoxdur. Nəqliyyat xərclərini pulların verilməsi zamanı müzakirə etmişdik və lazımi məbləği siz qeyd etmişdik, biz isə o məbləğdə pul vermişdik. Elnurun qeyd etdiyi xərclər verilən pula daxil idi. Verilən pul ilə Elnur müvafiq avadanlıqları Türkiyədən gətirib Qaradağdakı zavodda quraşdırmalı və həmin zavodun direktoru olmalı idi. Türkiyə şirkəti ilə bağlanan müqaviləni tam xatırlamıram. Elnur həmin zavodda direktor olası idi, hansı ki, iş kifayət qədər gəlirli idi və Elnur iş artıq başladıqdan sonra faiz alacaqdı. Dəymiş zərərdən mənə pul ödənilməmişdir, şikayətçiyəm. Istintaqa verdiyim ifadəni təsdiq edirəm. Avadanlıqların hamısı gəlmədiyindən gələn avadanlıqlarla fəaliyyətə başlaya bilmədik və buna görə də, bizə dəyən zərər əslində 1.5 milyon avrodur.” Birinci instansiya məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “məndən iş adı ilə 120 000 dollar alınmış, uzun bir müddət sonra Elnurun atası Fizuli tərəfindənn 30 000 manat geri qaytarılmışdır. Mən pulu 4 dəfəyə, evlərində vermişəm. Iş “Dubay-Moskva” karqosu idi, ehtiyat hissələri aparılacaqdı, işi şərik olaraq danışmışdıq. Elnurun Ilqar adlı başqa şəriki də var idi, pulu verib işə qoşulacaqdım. Pulu 2 dəfə dostum Firuz ilə göndərmişəm, 2 dəfə isə özüm vermişəm. May ayında 30 000, iyun ayında 20 000, təxminən avqust-sentyabr aylarında 20 000, noyabr ayında isə 30 000 dollar vermişəm. Elnurun deməsinə əsasən Elnurun atasına vermişəm. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, “şikayətçiyəm. Mən Elnurun 2018-ci ildən tanıyıram. Mənim mühasibatlıq işlərimi aparan Gilas adlı şəxs əvvəllər Elnurun da işini aparmışdır. Onun vasitəçiliyi ilə tanımışam. Mənim nömrəmi Elnura vermişdir. Elnuru ilk dəfə 2019-cu ildə görmüşəm, pulları isə 2021- ci ildə vermişəm. Iş təklifini Elnur etmişdir. Mən 2023-cü ildə Elnurun axtarışda olduğunu bilmişəm. Mən pulları verdiyim zaman Elnur Moskvada olmuşdur. Mən Elnur ilə Moskvada görüşmüşəm. Mən Elnurla tanış olduqdan sonra iş təklifləri edirdi, lakin, mən qoşulmurdum. Karqo işini isə 2021-ci ildə təklif etmişdir. Pulları Elnurun atasına verdiyim zaman qəbz və.s imzalatmamışam, etibar etmişəm. Mən Elnur ilə 2019-cu ildə görüşmüşəm. Elnurun tütün işi ilə bağlı işini həll etmişəm və mənə 20 000 göndərmiş və həmin işin faizi olduğunu demişdir. Nəriman adlı şəxsdən 10 000 dollar götürməmişəm. Polisə 2023cü ildə müraciət etmişəm. Pulları 2021-ci ilin axırında verib bitirdim, daha sonra isə yalan vədlərlə məni gözlətdi, mənə Türkiyədən Ilham adlı şəxsdən pulları götürə biləcəyimi dedi, mən Türkiyəyə getdim və məcbur qalıb Türkiyədə də Elnurdan şikayət etdim. 120000 dollardan 30000 manat ödənilmişdir. Qalan məbləğin ödənilməsi ilə bağlı şikayətçiyəm.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, o cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə apellyasiya şikayətlərinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlilləri əsassızdır, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin maddə üzrə onun təqsirsizliyini təsdiq edən və ya ona bəraət verilməsi üçün heç bir hal yoxdur və iş materiallarında olan sübutlarla onun CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Apellyasiya məhkəməsinin Cinayət Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini rəhbər tutmaqla təqsirləndirilən şəxsin verilən ittiham üzrə təqsirli olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmaması səbəbindən iş üzrə çıxarılmış hökmün ləğv olunması barədə təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CMin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı və istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməli törətməsi təqsirləndirilən şəxsin özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, o cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlarla öz əksini tapdığından, onun təqsirsiz olmasına əsas verən sübutlar olmadığından təqsirləndirilən şəxs və müafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin bəraət hökmünün çıxarılması barədə dəlilləri əsassız hesab edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarının 31-ci bəndində həmçinin göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Məhkəmə kollegiyası eyni zamanda zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayətinin təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngül olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, şikayətdə sadalan hallar təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsinə əsas vermir. Belə ki, hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyini zamanı himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, yetkinlik yaşına çatmayan uşağının olmasını 59.2-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini isə 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hal isə müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Ədalət prinsipinə görə təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydaların möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla yanaşı, həmçinin məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərməlidir. Bu baxımdan ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amil kimi təqsirkarın şəxsiyyəti hərtərəfli təhqiq edilməli, onun xidməti vəzifəyə, əməyə, ictimai qaydalara münasibəti, təyin olunacaq cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri aydınlaşdırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli, * №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs və müdafiəçisi, eləcə də zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunması üçün əsaslar yoxdur, odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, # #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 394, 397, 398, 407, 410cu maddələrini rəhbər tutaraq Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli, # #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi müdafiəçi4 və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-106/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-106/2026
09.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver