Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-108/2026 19.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X2 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər - zərərçəkmiş şəxs3, Sultanova İlkanə Bəybala qızının, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1, zərərçəkmiş şəxslər - zərərçəkmiş şəxs3, Sultanova İlkanə Bəybala qızı və zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında ”Whatsapp” mobil tətbiqindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakim Abusət Qasımov) ## ###### 2004-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Qubadlı rayonu, Zilanlı ərazi dairəsi, Zilanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək, ona CM-nin 177.2.4-cü maddəsi ilə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 04 gün, həmçinin ev dustaqlığında olduğu 03 ay ümumilikdə 03 ay 04 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 03 il 02 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında" qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları : Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4 və 180.2.2-ci madələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, sosial şəbəkədə tanış olduğu zərərçəkmiş şəxs1 ilə ## #### 2025-ci il tarixdə saat 13:07-də sonuncunun yaşadığı ünvan 2 ünvanında olarkən, zərərçəkmiş şəxs1 mətbəxdə olmasından istifadə edərək qonaq otağında kreslonun üstündə olan içərisində 3077 manat məbləgində nağd pul olan bir ədəd 200 manat dəyərində “Etro”markalı pul qabı, 527 Azərbaycan manatı ekvivalentində 310 ABŞ dollarını və bir ədəd 2500 manat dəyərində “İphone 16 Pro Max” markalı 357192892400403 və 357192892288220 imei kodlu mobil telefon və telefonun üzərində olan 50 manat dəyərində 050-895- 85-56 mobil nömrəsi, bir ədəd “Armani” markalı 200 manat dəyərində əl çantasını, götürüb mənzildən çıxıb qaçaraq gizli olaraq talamaqla zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 6554 manat məbləgində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə ## ######## 2025-ci il tarixdə saat 17 radələrində tanışı zərərçəkmiş şəxs3 icarəyə götürdüyü “Hunday Elantra” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilə Abşeron rayonu Xırdalan şəhəri Riyad ticarət mərkəzinin qarşısında mindirib Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi dəniz kənarı çimərliyinə aparmış, oradan ## ######## 2025-ci il tarixdə saat 20:00 radələrində geri qayıdarkən zərərçəkmiş şəxs3 avtomobildən enib avtomobilin təkərinə baxmasını bildirmiş, zərərçəkmiş şəxs3 avtomobildən enib təkərə baxdıqda o, avtomobili sürətlə hərəkətə gətirib zərərçəkmiş şəxs3 gözü qarşısında sonuncuya məxsus içərisində dəyəri 2570 manat olan “İphone 15 Pro” markalı mobil telefonu, telefonun içərisində olan 5 manat dəyərində 055-233-62-01 mobil nömrəsini, telefona üzərindəki, 10 manat dəyərində olan üzlüyünü, 41 manat nağd pulu, 10 manat dəyərində olan pul kisəsini və 95 manat dəyərində “PİNKO” markalı mavi rəngli qadın əl çantasını açıq yolla talayaraq zərərçəkmiş, zərərçəkmiş şəxs3 ümumilikdə 2731 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə ## ######## 2025-ci il tarixdə saat 16 radələrində Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən “Araz” marketin arxa tərəfində idarə etdiyi “Hundai Elantra” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində əyləşmiş tanışı Sultanova İlkanə Bəybala qızından yerə nəyinsə düşdüyünü sonuncuya bildirmiş sonuncunu qabaqcadan düşünülmüş bəhanə ilə yerə endirdikdən sonra avtomobili idarə edərək oradan uzaqlaşıb İlkanə Sultanovanın avtomobilin salonunda olan 30 manat dəyərində çantasını, içərisində olan 275 manat pulu, dəyəri 1200 manat olan “Samsung Galaxy A56” markalı mobil telefonu, telefonun üzərindəki 6 manat dəyərində olan qoruyucu kabranı, telefonun içərisində olan 7 manat dəyərində mobil nömrəsini, bir ədəd 10 manat dəyərində fırçanı və 1 ədəd “xxxx” ASC-yə aid bank kartını götürüb sonuncunun gözü qarşısında açıq talayaraq zərərçəkmiş İlkanə Sultanovaya ümumilikdə 1528 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri : Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı cinayət işi üzrə ##.##.2026-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsini və Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə zərəçəkmiş şəxslərin hamısı ilə barışıq əldə olunmuş, onlara dəyən ziyan tam aradan qaldırılmışdır. Hətta zərərçəkmiş şəxslər özləri də hökmdən apellyasiya şikayəti vermişlər. Qanunvericiliyinin tələblərinə əsasən, məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növü təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, ailə vəziyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə almalıdır. Apellyasiya şikayətində “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2017ci il tarixli Sərəncamına, CM-in 41.2 və 62.1-ci maddələrinə istinad edərək, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 apellyasiya şikayəti verərək, mübahisələndirilən hökmlə razı olmadığını, təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənilməsini, əməlin ictimai təhlükəli nəticələrinin aradan qalxmasını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edərək Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı cinayət işi üzrə ##.##.2026-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə barışıq əsası ilə xitam verilməsini və ya ona həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər- Sultanova İlkanə Bəybala qızının və zərərçəkmiş şəxs1 hökmdən verdikləri apellyasiya şikayətlərinin dəlilləri də yuxarıda qeyd olunan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur. Onlar da Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə barışıq əsası ilə xitam verilməsini və ya ona həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdirlər. Proses iştirakçılarının çıxışları : Apellyasiya instansiyası məhkəməsinin iclasına ”Whatsapp” mobil tətbiqi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və təqsirləndirlən şəxsin müdafiəçisi apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətlərinin təmin edilməsini, təqsirləndirlən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs Sultanova İlkanə Bəybala qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bildirdi ki, apellyasiya şikayətində həmçinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə barışıq əsası ilə xitam verilməsini xahiş etsə də hazırda təqsirləndirilən şəxsə həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bildirdi ki, apellyasiya şikayətində həmçinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə barışıq əsası ilə xitam verilməsini xahiş etsə də hazırda təqsirləndirilən şəxsə həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin iclasına ”Whatsapp” mobil tətbiqi vasitəsi ilə qoşulmuş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təqsirləndirilən şəxsə həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayətləri və tərəflərin çıxışlarında təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 177.2.4 və 180.2.2-ci madələri ilə düzgün tövsif olunduğunu, törədilmiş cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi və xarakterini, şəxsiyyəti, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi nəzərə alınmaqla ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.4 və 180.2.2ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 177.2.4 və 180.2.2-ci madələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 177.2.4 və 180.2.2-ci madələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi, həmin əməllərə görə təqsirli olması istintaq orqanı tərəfindən toplanılmaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutlar toplusu ilə tam sübuta yetirilmişdir. Apellyasiya məhkəməsi cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməllərini CM-nin 177.2.4 və 180.2.2-ci madələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətlərindən, müdafiə tərəfinin və zərərçəkmiş şəxslərin çıxışlarından görünür ki, apellyasiya şikayətlərində cəzanın ağır olması göstərilmiş və həmin əsasla da birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək təqsirləndirilən şəхsə təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəхsə təyin edilmiş cəza məsələsini müzakirə edib qeyd edir ki, apellyasiya məhkəmə baxışında müdafiə tərəfinin çıxışlarında cəza təyin olunarkən birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanın ağır olması barədə dəlilləri əsassızdır ona görə ki, təqsirləndirilən şəхs biri oğurluq, ikisi isə soyğunçuluq olmaqla 3 epizoddan ibarət cinayət əməllərini törətmiş, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və onlarla barışıq əldə edilməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaqla hər iki əmələ görə Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. İş materiallarında təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı qanuni əsas yoxdur. Təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır olması barədə apellyasiya şikayətlərinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətlərdə sadalan hallar təqsirləndirilən şəxsə daha yüngül növdə cəza təyin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, təqsirləndirilən şəxsin şəxsiyyətinə, törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Belə ki, cəza təyininin ümumi prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi məhkuma təqsirli bilindiyi maddələrin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandıraraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə CM-nin 177.2.4 və 180.2.2-ci maddələri ilə cəza təyin edərkən CM-nin 8-ci maddəsinin tələblərinə əməl etməklə, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni cinayətlərin qəsdən törədilməsini, cinayətlərin törədilmə üsulunu kifayət qədər nəzərə almışdır ki, bu hal da təyin olunmuş cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından ədalətli olmasını istisna etmir. Belə ki, cinayət hüququnun prinsipi kimi təsbit edilən ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin diferensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı rola görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-nin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli tədqiq edilməsidir ki, bu zaman təqsirkarın həyat yolu, ictimai vəzifəyə, əməyə münasibəti, ailədə, məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırlmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edib qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən birinci instansiyası məhkəməsi tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində cəzasını ağırlaşdıran halın olmaması, eləcə də zərərçəkmiş şəxslərdən bir nəfərə münasibətdə qismən ödəniş etməklə, digər zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməməklə və ya buna cəhd etməməklə yanaşı sonuncuların ondan şikayətçi olması halını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə, cəza təyin edilmişdir ki, bu cəza da qanuni, ədalətli və törədilən cinayət əməllərinə adekvatdır. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və cəzanın təyini hissəsində mübahisələndirilən hökm dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 180.2.2-ci madələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-108/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-108/2026
19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver