Məhkəmə qərarları › İş №1(3-8)-109/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-109/2026

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-109/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi –Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü (hakim S.İsmayılov) ilə ##.##.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, təkbaşına himayəsində biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 6, mənzil 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 02 (iki) gün, həmçinin ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək axtarışda olan şəxs kimi tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılması, seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 6, mənzil 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 18200 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)****/**** saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə dəfələrlə inzibati məsuliyyətə cəlb olunmasına, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası İXMin 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək ##.##.2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən ##.##.2025ci il tarixədək 4.885 (dörd min səkkiz yüz səksən beş) manat məbləğində borcunu zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs hökmündən apellyasiya şikayəti verərək, hökmün dəyişdirilərək ŞTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, azadlıqdan məhrum etmə cəzası növündə daha ağır cəza verməsini və qalıq borc məbləğinin tutularaq mənə ödənməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cinayət əməlinə düzgün qiymət verməyib, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, azadlıqdan məhrum etmə cəzası növündə daha ağır cəza verməli olduğu halda, yüngül cəza vermişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 18200 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə dəfələrlə inzibati məsuliyyətə cəlb olunmasına, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək ##.##.2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən ##.##.2025-ci il tarixədək 4.885 (dörd min səkkiz yüz səksən beş) manat məbləğində borcunu zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yekun məhkəmə aktını qərəzli olaraq icra etmir. Qətnamə üzrə icra vərəqəsi Sumqayıt şəhəri üzrə icra İdarəsinə göndərilmiş, Anara dəfələrlə bu barədə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də, ödəməli olduğu pulu ödəməmişdir. Təqsirləndirilən şəxs dəfələrlə Azərbaycan Respublikası İXM-nin 528.1 və 528.1- 1-ci maddələri ilə inzibati xətani törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər işlədiyi şirkətdən 2200 manat əmək haqqı aldığı üçün icra sənədi üzrə tələb onun əmək haqqına yönəlmiş, lakin sonuncu ona pul ödəməməsi üçün öz ərizəsi ilə işdən azad edilmişdir. Hazırda Təqsirləndirilən şəxs çox yaxşı maddi imkanı və aylıq gəliri var, istəsə ödənişləri edə bilər, lakin qərəzli olaraq borcunu ödəmir. Təqsirləndirilən şəxs uşaqlarının olmasını əsas gətirir, lakin nəzərə almaq lazımdır ki, mənim də övladım var, mənə də pul lazımdır və maddi vəziyyətim yaxşı deyil. Təqsirləndirilən şəxs qətnamə üzrə qalıq 4.885 manat borc üzrə uzun müddətdir ki, heç bir ödəniş etmir. Uzun müddətdir ki, davam edən məhkəmə proseslərində yalan vədlər verərək ödəniş edəcəyini bildirsə də, yenə ödəniş etməmişdir. Bütün bunlar onun qərəzli olmasını bir daha təsdiq edir. Göstərilən halları nəzərə alaraq borcun ödənilməsinin təmin edilməsini, əks halda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham üzrə gəldiyi nəticəni ittiham üzrə əməlin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halın olmamasını və yüngülləşdirən hal kimi isə təkbaşına himayəsində biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan üç uşağı olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan zərərçəkmiş şəxs təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, təyin edilmiş cəzanı mübahisələndirmişlər. Təqsirləndirilən şəxs apellyasiya şikayəti üzrə barəsində təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini xahiş etdiyini bildirmişdir.. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən, apellyasiya şikayəti əsassız hesab edilməklə formal mülahizə kimi dəyərləndirilməli, gəlinən nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və şikayətin dəlilləri ilə bağlı fikirlərini dinləyərək müəyyən edir ki, hazırkı cinayət işi ilə bağlı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları sübut edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi mübahisələndirilmir. Apellyasiya şikayətində təyin edilmiş cəza mübahisələndirilir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü yalnız apellyasiya şikayətinin dəlilləri hüdudunda yoxlanılmalıdır. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, оnun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq оrqanı tərəfindən tоplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunmuş və düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə tövsif edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi əməlin tövsifi, sübutların tədqiqi və qiymətləndirilməsi zamanı cinayət qanununa və cinayət prosessual qanunvericilik normalarına düzgün riayət etmiş, səhvə yol verməmişdir. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası ittiham üzrə gəlinən nəticənin əsaslı olması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə bağlı isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olduğundan, həmin hissədə gəlinən nəticə ilə razılaşır. Cinayət işinin 268-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə olunmuş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Abidinov Təqsirləndirilən şəxs Aynurə Eyvaz qızı ilə evli olmaqla himayəsində biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan üç uşağı var (uşaqların təvəlllüdləri müvafiq olaraq ##.##.2009-cü il, ##.##.2011-ci il və ##.##.2019-cu il). Cinayət işinə əlavə olunmuş AZ-II№****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 (Təqsirləndirilən şəxs arvadı) ##.##.2022-ci il tarixdə kəskin ürək çatışmazlığından ölmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Təqsirkar şəxs barəsində cəzanın tətbiqi əsasları müzakirə edilərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənlər müzakirə edilməklə cinayət qanunvericiliyində də yüngül cəza növündən ağır cəza növünə cəzaların iyerarxiyası təsbit edilmişdir ki, yüngül cəza növünün tətbiqi mümkün olmadıqda digər cəza növünün tətbiqi məsələsi həll edilməlidir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır, lakin bu məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin cəzanın ağırlaşdırılması ilə bağlı dəlilinə hüquqi qiymət verərək hesab edir ki, təyin edilmiş cəzanın ağırlaşdırılması barədə şikayətin dəlilləri əsaslı hesab edilməməlidir. Belə ki, CM-nin 306.1-ci maddəsi üzrə cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddə üzrə təyin edilməsi cəzaların iyerarxiyası üzrə dördüncü cəza növü təyin edilmişdir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halın olmaması və barəsində təqsirli bilindiyi maddə üzrə cəzanın sitəm xarakteri daşımadan təyin edilməli nəzərə alınarsa sərt cəza növünün tətbiq edilməsi istisna edilməlidir. Əməli xarakterizə edən hallar isə cəzanı ağırlaşdıran hallar kimi dəyərləndirilə bilməz. Çünki əməldə cəzanı ağırlaşdıran halların dairəsi cinayət qanunu normasında dəqiq və anlaşılan hal kimi təsbit edilmiş, həmin hallara aid edilməyən hər hansı bir hal cəzanı ağırlaşdıran hal kimi dəyərləndirilə bilməz. Bundan əlavə cəza təyin edilərkən əməlində ağırlaşdıran halların olmaması və yüngülləşdirən halların olması üzrə dəyərləndirilərkən, həmçinin ailəli olmaqla təyin ediləcək cəzanın onun islah olunması ilə birgə, ailəsinin həyat şəraitinə də təsiri nəzərə alınmalı olan xüsusatlardandır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamaqla, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Arvadı vəfat etmiş və üç övladı onun himayəsindədir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin sosial-psixoloji təsiri nəinki onun özündə, həmçinin ailəsinin də həyatına öz təsirini qaçılmaz edir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ailəsinin hansı psixoloji sarsıntı, mənəvi əzab və stress keçirməsi mübahisə edilə bilməz. Buna görə qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə görə məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların olması, cəzanın onun və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınarsa təqsirli bilinmiş əmələ görə təyin edilmiş cəzanın növü və həddi qanunçuluq, ədalətlilik və humanizm baxımından qanuni və əsaslı hesab edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın həddinin artırılmasını ədalət, humanizm və qanunçuluq prinsipləri baxımından məqsədə müvafiq hesab etməyərək, zərərçəkmiş şəxsin şikayətinin dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara əsasən apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 55 (əlli beş) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar