Məhkəmə qərarları › İş №1(3-8)-111/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-111/2026

16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-111/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X1 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 nümayəndəsi 20 Saylı Vəkil Bürosunun vəkili müdafiəçi2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Zəfər” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 nümayəndəsi müdafiəçi2 tərəfindən və təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim Firuzə Kərimova) ## ###### 1968-ci il tarixdə Xocalı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi işlə məşğul olmuş, Xocalı rayonunda qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin ## #### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Mamedov İlqar Natiq oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında tanışı zərərçəkmiş şəxs4 20000 manat pulun müqabilində Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq adlanan ərazidə 3 sot torpaq sahəsində yerləşən birmərtəbəli yeni inşa edilmiş fərdi yaşayış evinin özünə məxsus olmasına və həmin evi sonuncuya satacağına, evin sənədlərini zərərçəkmiş şəxs4 adına keçirəcəyinə dair yalandan vəd verib, ##.##.2023-cü il tarixdə 10000 manat pulun qarşılığında Təqsirləndirilən şəxs mülkiyyətində olmuş Mercedes markalı avtomobili, Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq adlanan ərazidə 10000 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 20.000 manat məbləgində əmlakını birlikdə alıb ələ keçirərək vədinə əməl etməyərək zərərçəkmiş zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Mamedov İlqar Natiq oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında zərərçəkmiş şəxs2 məxsus tikinti materialları mağazasının işçisi Bəndaliyev İlham Həsənalı oğluna pulunu sonra ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin fevral ayından həmin ilin aprel ayınadək olan müddət ərzində sonuncunun işlədiyi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Mir inşaat” adlı tikinti materialları mağazasından ümumilikdə 39.860 manat dəyərində tikintidə istifadə olunacaq tikinti materiallarını birlikdə götürərək pulunu ödəyəcəyinə dair yalan vəd vermiş, lakin heç bir ödəniş etməyərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs2 39.860 manat məbləgində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Mamedov İlqar Natiq oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır qəsəbəsində 1,5 sot torpaq sahəsində qısa müddətdə 1 mərtəbəli fərdi yaşayış evinin 40000 manata inşa etdirib təhvil verəcəyinə vəd verib aldadaraq, ##.##.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən * saylı notariat ofisində podrat müqaviləsi bağlayaraq orada 24000 manat, həmin ilin aprel ayı ərzində Abşeron rayonu, Masazır qəsəbəsində 10400 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumi 34400 manat pulu birlikdə alıb vədinə əməl etməyərək, zərərəkmiş zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Mamedov İlqar Natiq oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında zərərçəkmiş şəxs3, ümumilikdə 40.000 manat müqabilində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,03 hektar torpaq sahəsində olan fərdi yaşayış evini təmir etdirməklə, o cümlədən həmin torpaq sahəsinin və evin onun mülkiyyətinə veriləcəyinə dair Daşınmaz Əmlak Xidmətindən çıxarış əldə etməklə ona satacağına dair yalan vəd verib aldadaraq ilk dəfə zərərçəkmiş şəxs3 ## ###### 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri * saylı notariat ofisində 20.000 manat, ## ##### 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla 20.300 manat nağd pulunu birlikdə alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş, nəticədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 40.300 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya apellyasiya şikayətlərinin dəlilləri : Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 1 (***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslərin heç bir əlaqələrinin olmadığı, heç bir zaman onlar arasında görüşün belə olmamağı, zərərçəkmiş şəxslərin məhz təqsirləndirilən şəxsə pul vermələri heç bir epizodda öz əksini tapmadığı halda təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmışdır. Belə ki, məhkəmə iclasına dəvət edilmiş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş zərərin Mamedov İlqar Natiq oğlu tərəfindən ödənildiyini, hazırda Təqsirləndirilən şəxs şikayət və tələbinin olmamasını bildirmişdir. Həmçinin məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən zərərçəkmiş şəxs3 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını,ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmş şəxs zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Mamedov İlqar Natiq oğlu və X2 ilə ev almaq üçün əlaqədə olmuş və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs sonradan tanımışdır. Qeyd edir ki, zərərçəkmiş şəxs2 Hadi qızının ümumiyyətlə zərərçəkmiş şəxs qismində tanınması qanunsuzdur. Belə ki, digər təqsirləndirilən Mamedov İlqar “Mir İnşaat” tikinti materialları mağazasından 2023-cü ilin yanvar ayından 2023-cü ilin mart ayının 7-nə qədər olan tarixədək mağazanın əvvəlki sahibi olan İlham adlı şəxslə aralarında razılaşaraq nisyə tikinti materialları götürmüşdür. Üzləşmə istintaq hərəkətləri zamanı Mamedov İlqar həmin mağazadan götürdüyü nisyə malların borcunu İlhamın tam ödədiyini bildirmişdir. Bununla yanaşı qeyd edir ki, zərərçəkmiş şəxs2 Hadi qızının həmin şifahi alqı-satqıdan 20 gün sonra mağazanın rəhbəri kimi adına VÖEN rəsmiləşdirilmişdir. Belə olduğu halda hesab edir ki, zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanına bilməz. Bununla yanaşı qeyd edir ki, həmin mağazada satılan nisyə materialların məhs Təqsirləndirilən şəxs tərəfindən götürüldüyünü və ya qəbul edildiyini sübut edəcək heç bir qəbz və ya Rəfailin imzası mövcud deyildir. Şahid qismində dindirilmiş X4 nədənsə bəzi qərarlarda zərərçəkmiş kimi tanınmış, lakin üzləşmə istintaq hərəkəti zamanı şahid qismində tanınmış və bundan başqa onun anası zərərçəkmiş şəxs1 da zərərçəkmiş şəxs qismində tanınmışdır. Buna səbəb zərərçəkmiş şəxslərin heç birisinin Rəfaili həqiqətən də tanımamaları və öz növbəsində Təqsirləndirilən şəxs də onları tanımamasıdır. Bundan əlavə qeyd edir ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İlham Bandəliyev öz ifadəsində bildirimişdir ki, “Mir İnşaat” mağazası ona məxsusdur və pullar ona ödənilməlidir. Belə olduğu halda zərərçəkmiş şəxs qismində tanınmış zərərçəkmiş şəxs2 Hadi qızının zərərçəkmiş şəxs qismində tanınması və onun vermiş olduğu ifadələr qanunsuzdur və heç bir əsasa söykənmir və bu epizod üzrə icraata xitam verilməlidir. Zərərçikmişlərin nümayəndəsi müdafiəçi2 apellyasiya şikayəti verərək, zərərçəkmişlərə vurulan ziyan ödənmədiyindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cəzanın yuxarı həddinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları : Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edib, birinci instansiya məhkəməsi hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını və nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında nümayəndə müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edib, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cəzanın yuxarı həddinin təyin edilməsi barədə qərar qəbul edilməsini və müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihаmçısı müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını, işdə olan sübutların birinci instansiya məhkəməsində araşdırılaraq təsdiq edilməsilə, təqsirləndirilən şəxsin əməlinin CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunduğunu, lakin zərərçəkmiş şəxslərə vurulmuş ziyanın həcmi, zərərçəkmiş şəxslərdən ikisinə münasibətdə zərərin ödənilməməsi və onların şikayətçi olmaları nəzərə alınmadan təqsirləndirilən şəxsə aşağı həddə cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün təqsirləndirlən şəxsə təyin edilmiş cəza hissəsində dəyişdirilməsini, ona birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, müdafiə tərəfinin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi və zərərçəkmiş şəxslkərin nümayəndənin apellyasiya şikayətinin qismən təmin olunmasına etirazının olmamasını bildirdi. Məhkəmə kollegiyasının iclasına “whatsapp” mobil tətbiqi vasitəsilə qoşulmuş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə məhkəmə iclasının gəlməyən zərərçəkmiş şəxslərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclasındakı çıxışlarında təqsirləndirilən şəxsə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə əsassız ittiham verilməsinə dair məsələ mübahisələndirildiyindən ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxslərin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngüllüyünə görə dəyişdirilməli və təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasının nisbətən yuxarı həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni hazırki iş üzrə məhkm olunmuş digər təqsirləndirilən şəxs İlqar Mamedovun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələr ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi, həmin əmələ görə təqsirli olması istintaq orqanı tərəfindən toplanılmaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutlar toplusu ilə tam sübuta yetirilmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətindən və çıxışlarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə əsassız ittiham verilməsi mübahisələndirilir və həmin əsasla da birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı üçün barəsində bəraət hökmünün çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə tənqidi yanaşaraq qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Belə ki, cinayət işinin apellyasiya baxışı zamanı, Təqsirləndirilən şəxs barəsində bəraətin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilmiş hallar müəyyən edilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla onun barəsində cinayət təqibini istisna etmir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz ona görə ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edilir. Beləliklə, məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinin, eləcə də məhkəmə iclasında səsləndirdiyi digər xüsusatların hazırkı ittihamın əsassız olmasına dair arqumentlərini mülahizə xarakterli dəlillər kimi qiymətləndirərək onların qəbul edilməsi üçün qanuni əsaslar müəyyən etmir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi baş vermiş cinayət hadisəsilə əlaqədar hökmündə istinad etdiyi hüquqi dəyərləndirmə əsaslı və düzgün olmuşdur. Zərərçəkmiş şəxslərin nümayəndəsinin apellyasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cəzanın yuxarı həddinin təyin edilməsi barədə dəlilləri ilə qismən razılaşır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs4 ziyanın ödənilərək barışıq əldə etməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı olması, eyni zamanda Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq ona CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını müəyyən etmiş olsa da, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cəza təyin edərkən CM-nin 8-ci maddəsinin tələblərinə əməl еtməyərək, törətdiyi cinayətin хaraktеrini və ictimai təhlükəlilik dərəcəsini, yəni cinayətlərin qəsdən törədilməsini, zərərçəkmiş şəxslərin hər birinə xeyli miqdarda ziyan vurmasını, eyni zamanda vurulmuş ziyanın zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 tam və ya qismən ödənilməməsi və ya ödənilməsinə cəhdin olmamasını, həmin zərərçəkmiş şəxslərin ondan şikayətçi olmalarını və zərərçəkmiş şəxslərlə barışmamasını, təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərdən peşman olmamasını kifayət qədər nəzərə almamışdır ki, bu hal da təyin olunmuş cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması və zərərçəkmiş şəxslərin hüquqlarının bərpa olunması baxımından ədalətli olmasını istisna edir. Belə ki, cinayət hüququnun prinsipi kimi təsbit edilən ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin diferensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı rola görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-nin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli tədqiq edilməsidir ki, bu zaman təqsirkarın həyat yolu, ictimai vəzifəyə, əməyə münasibəti, ailədə, məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırlmalıdır. Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il * nömrəli Qərаrının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...Cinаyət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinаyətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir...”. CPM-nin 346.1.11 və 346.1.12-ci maddəsinə tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən müşavirə otağında təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğu, həmçinin təyin edilmiş cəzanın çəkilməli olub-olmaması məsələsi müzakirə edilməlidir. Yuxarıda qeyd olunan qanun normalarının tələblərinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğunu müəyyən etmək üçün məhkəmə cinayət qanununun törədilmiş əmələ görə cinayət məsuliyyəti nəzərdə tutan normasının sanksiyasını, konkret cəza növünün təyin olunması şərtlərini, habelə cinayət qanunun cəza təyin etmənin əsaslarını müəyyən edən normalarını (CM-nin 58-71 və 85-86-cı maddələri) rəhbər tutur. İttiham hökmü çıxarılarkən cəza təyin etmə məsələsi ən mühüm məsələ olduğundan, məhkəmə cinayət qanunun bütün tələblərini nəzərə almaqla, cəzanın fərdiləşdirilməsi prinsiplərindən istifadə etməklə ədalətli, qanuni və layiqli cəza təyin etməli və bu zaman cəzanın məqsədlərinə nail olunması da diqqət mərkəzində olmalıdr. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxs iki zərərçəkmiş şəxsə qarşı müvafiq olaraq 34400 və 39860 manat məbləğində ziyan vurmaqla cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması istiqamətində nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya baxışında hər hansı bir hərəkət etməmiş, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasın təyin edərkən dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir addım atmaması, törətmiş olduğu cinayət əməllərinə görə peşman olmaması halını nəzərə almamışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunvericiliyinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hərəkətlərdə özünü göstərməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs hər iki zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması istiqamətində nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya baxışında hər hansı bir cəhd etməmişdir. Qeyd olunanlardan göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətinə düzgün qiymət verməmiş, cəza təyin etmə barədə CMnin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələrini nəzərə almayaraq Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini kifayət qədər nəzərə almamış və nəticədə ona törədilmiş cinayətlərin ağırlığına və şəxsiyyətinə uyğun olmayan azadlıqdan məhrumetmənin nisbətən aşağı həddində cəza təyin etmişdir. Məhkəmə kollegiysı yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin etdiyi azadlıqdan məhrumetmə növündə cəzanın həddi ilə sosial ədalət bərpa olunmadığından, habelə törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakterinə uyğun olmayan yüngül cəza olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, yəni cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun yuxarıda qeyd olunan Qərаrının 1ci bəndində məhkəmələrə o da tövsiyyə olunmuşdur ki, “...hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər...”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2012-ci il tarixli qərarında da vurğulanır ki, “...cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir...”. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında isə vurğulanır ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü cəza təyini hissəsində qanuni və əsaslı hesab edilməməlidir. Ona görə də kollegiya hesab edir ki, təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılmaqla, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının müddətləri çərçivəsində artırılmalıdır. CPM-nin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edir. CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası belə qənatə gəlir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngüllüyünə görə dəyişdirilməli və təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasının nisbətən yuxarı həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397-399, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmişlər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü zərərçəkmişlər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar