Məhkəmə qərarları › İş №1(3-8)-114/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-114/2026

05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-114/2026 05.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X4 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, tərcüməçi X5, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Sumqayıt şəhər * saylı Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər Hafiz Əliyev (sədrlik edən) Fəhmin Hümbətov və Aynur Rzayeva) ##.##.1989-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri, X3 qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-nin 177.2.3-cü maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.3-cü maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti cəza olaraq 07 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməkə ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi hökm edilmişdir. Işin halları : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə ## ####### 2021-ci il tarixdə saat 01 radələrində Mingəçevir şəhəri, C.Əliyev küçəsi ** saylı binanın yanında yerləşən Zərərçəkmiş şəxs məxsus '‘Dalğa” marketə, həmin marketin arxa tərəfində divara mismarlarla bərkidilmiş nəfəsliyin mismarları əvvəlcədən üzərində gəzdirdiyi mismaraçanla açıb yumruqla nəfəsliyi vuraraq nəfəsliyi marketin içərisinə saldıqdan sonra nəfəslikdən marketin sanitar qovşağından qanunsuz daxil olub marketin içərisinə daxil olaraq oradan bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 48 manat 10 qəpik təşkil edən 13 ədəd “Davidoff boz nazik”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 52 manat təşkil edən 20 ədəd “Rothmans mentor, bir ədədinin dəyiri 3 manat 50 qəpik olan ümumi dəyəri 59 manat 50 qəpik təşkil edən 17 ədəd “Vinston compact”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 25 manat 90 qəpik təşkil edən 7 ədəd “Davidoff sarı rəngli nazik”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 7 manat 40 qəpik təşkil edən 2 ədəd “Davidoff ağ nazik”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 26 manat təşkil edən 10 ədəd “Pall Mail”, bir ədədinin dəyiri 2 manat 10 qəpik olan ümumi dəyəri 25 manat 20 qəpik təşkil edən 12 ədəd "VegasBox", bir ədədinin dəyiri 2 manat 10 qəpik olan ümumi dəyəri 191 manat 10 qəpik təşkil edən 91 ədəd "Magna", bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 85 manat 80 qəpik təşkil edən 33 ədəd “Rothmans compact”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 44 manat 40 qəpik təşkil edən 12 ədəd “Kent 1”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 62 manat 90 qəpik təşkil edən 17 ədəd "Kent 4 slim”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 33 manat 30 qəpik təşkil edən 9 ədəd “Kent 8”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 51 manat 80 qəpik təşkil edən 14 ədəd “Kent 4”, bir ədədinin dəyiri 3 manat 90 qəpik olan ümumi dəyəri 156 manat təşkil edən 40 ədəd “Sobranie”, bir ədədinin dəyiri 3 manat 50 qəpik olan ümumi dəyəri 108 manat 50 qəpik təşkil edən 31 ədəd “Vinston boz nazik”, bir ədədinin dəyiri 1 manat 90 qəpik olan ümumi dəyəri 38 manat təşkil edən 20 ədəd “Arqo Blue”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 39 manat təşkil edən 15 ədəd “Vinchester compact”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 26 manat təşkil edən 10 ədəd “Vest”, bir ədədinin dəyiri 2 manat 10 qəpik olan ümumi dəyəri 42 manat təşkil edən 20 ədəd “Viceroy silver”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 85 manat 80 qəpik təşkil edən 33 ədəd “Vinchester silver nazik”, bir ədədinin dəyiri 2 manat 90 qəpik olan ümumi dəyəri 49 manat 30 qəpik təşkil edən 17 ədəd "LD nazik”, bir ədədinin dəyiri 2 manat 90 qəpik olan ümumi dəyəri 75 manat 40 qəpik təşkil edən 26 ədəd “LD compact”, bir ədədinin dəyiri 3 manat 50 qəpik olan ümumi dəyəri 49 manat təşkil edən 14 ədəd “Vinston XS compact”, bir ədədinin dəyiri 3 manat 50 qəpik olan ümumi dəyəri 21 manat edən 6 ədəd “Vinston” markalı ümumi dəyəri 1.403 manat 40 qəpik təşkil edən siqaretləri və kassadan isə 500 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1.903,40 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqa məlum olmayan Ramil adlı şəxsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 6,588 qram çəkidə narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,368 qram psixotrop maddə metamfetamini, ##.##.2021-ci il tarixdə istintaqa məlum olmayan Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiya yaxınlığında əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ## ###### 2021-ci il tarixdə saat 14:00-da Sumqayıt şəhəri, 17-ci Mikrorayon, Koroğlu prospekti ilə M.Əsədov küçəsinin kəsişməsində yerləşən “Qayalı” marketin qarşısında saxlanılaraq Baş Idarəyə gətirilib həmin tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol qolunda olan cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi külli miqdarda - 6,588 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin bir ədəd bükümdə və təmiz çəkisi - 0,368 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri : Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edilərkən cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə müəssisəsinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış ## ###### 2026-cı il tarixli 3- **/**/**/*-***/**** saylı məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2023-cü il tarixli hökmündən əlavə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2023-cü il tarixli hökmü ilə cəza təyin olunarkən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəza nəzərə alınmamış, təqsirləndirilən şəxsə CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında qəti cəza müəyyən edilməmiş, bununla da, cinayət qanunu normasını düzgün tətbiq edilməmişdir. Proses iştirakçılarının çıxışları : Dövlət ittihamçısı apellyasiya məhkəməsindəki çıxışında apellyasiya protestinin təmin olunmasını, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş cəzanın cinayətlərin məcmusu üzrə CM-nin 66.5-ci maddəsinə əsasən toplanılaraq qəti cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya protesinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya tələblərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kоllegiyаsı məhkəmə istintаqı аpаrmаdan cinаyət işinin mаteriаllаrını və apellyasiya protestinin dəlillərini аrаşdırıb, dövlət ittihamçısının, təqsirləndirilən şəxs və müdafiəçisinin çıxışlarını dinləyərək hesаb edir ki, aşağıda qeyd olunanlara görə аpellyаsiyа protesti təmin edilməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilməklə təqsirləndirilən şəxsə cinayət qanunu norması düzgün tətbiq edilməklə cəza təyin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri və işin digər materialları ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona istinad olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçininTəqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 177.2.3 və 234.4.3-cü maddələrilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən təhqiqat orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, apellyasiya protestinin dəlillərindən görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin olunmaqla dəyişdirilməsi hissəsində mübahisələndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə müəssisəsinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış ## ###### 2026-cı il tarixli 3- **/**/**/*-***/**** saylı məktubla, həmçinin işdəki hökmlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2023-cü il tarixli hökmündən əlavə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazırki hökmlə təqsirli bilindiyi cinayət əməllərini Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü çıxarılandan əvvəl törətmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmlə Təqsirləndirilən şəxs cəza təyin edərkən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərə almamış, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzanı cinayətlərin məcmusu üzrə toplamaqla ona qəti cəza təyin etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cinayət qanununun tələblərini pozaraq hazırki hökmlə təyin etdiyi cəza ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanı CM-nin 66.5-ci maddəsinə əsasən toplamamış, bununla da cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 399.1.4-ci maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası CPM-nin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının tətbiq edilməməsi və ya tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Məhkəmə kollegiyası cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilməsini qanunun tələblərinə uyğun sayır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü apellyasiya protestinə əsasən dəyişdirilməli, apellyasiya protesti təmin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş təyin edilmiş 07 il (yeddi il) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 7 saata görə 77 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Bürosunun hesabına köçürülsün. Qeyd olunanlara əsasən və CPM-nin 193, 197, 394, 397, 398, 399, 404, 405 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə əsasən cəza təyini hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə Azərbaycan Respulikası CM-nin 66.3cü maddəsinə əsasən təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2021-ci il tarixdən ## ###### 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilməsin. Təqsirləndirilən şəxs apellyasiya icraatında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Bürosunun vəkili X1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Bürosunun hesabına 77 (yetmiş yeddi) manat köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar