Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-116/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru X2, məhkum təqsirləndirilən şəxs1 və müdafiəçisi - Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş vəsatətin təmin edilməməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında (videokonfrans əlaqə sistemi vasitəsi ilə) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum təqsirləndirilən şəxs1 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti və apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair vəsatətlə (ərizə ilə) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə vəsatət təmin edilməmişdir (hakim Nahid Mirzəyev). Həmin qərardan məhkum təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından narazı olduğundan, işə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair məhkum və müdafiəçisinin, apellyasiya şikayətinin rədd edilib, qərarın dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı cinayət prosessual qanunvericiliyi nəzəriyyəsində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara istinad etməyi zəruri hesab edir. Belə ki, cinayət prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Azərbaycan Respublikası CPM-nin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Iş materiallarında olan qəbzdən göründüyü kimi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünün Azərbaycan və Rus dillərində olan surətləri ## ####### 2024-cü il tarixdə təqsirləndirilən şəxs1 təqdim olunmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən həmin hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı həmin tarixdən başlamış, ## ####### 2024-cü il tarixdə başa çatmış, hökm təqsirləndirilən şəxs1 münasibətdə ## ####### 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Iş materiallarından həmçinin görünür ki, məhkum təqsirləndirilən şəxs1 müddətin bərpasına dair vəsatəti (ərizəsi) ##.##.2026-cı il tarixdə, apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixdə yazılmış, həmin vəsatət (ərizə) ##.##.2026-cı il tarixdə, apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixdə cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, vəsatət (ərizə) ##.##.2026-cı il tarixdə, apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olaraq qeydə alınmışdır. Beləliklə də iş materialları ilə müəyyən olunur ki, məhkum təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddət keçdikdən təxminən 1 il 4 ay sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Azərbaycan Respublikası CPM-nin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Istinad edilən qanun normasının mənasına görə müddətin buraxılması üzrlü səbəblərdən olmalıdır. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qanunvericiliyin yuxarıda şərh olunan normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum təqsirləndirilən şəxs1 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ olmuş, lakin həmin müddəti üzrsüz səbəbdən keçirməklə apellyasiya şikayəti verdiyindən və müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı bir sübut vəsatətinə əlavə etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq sonuncunun müddətin bərpasına dair vəsatətini təmin etməmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyası apellyasiya şikayətinin dəliləri ilə razılaşmayaraq hesab edir ki, müddətin bərpa olunması üçün əsaslar yoxdur. Odur ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum təqsirləndirilən şəxs1 apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 2 (iki) iş saatına görə 22 (iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197, 198, 202, 203, 384.1, 384.2, 386, 391 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 2 (iki) iş saatına görə 22 (iyirmi iki) manat məbləğində vəsait Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsində nəzərdə tutulmuş 1 (bir) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-116/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-116/2026
22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver