Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-118/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı dövlət ittihamçısı1 və məhkum təqsirləndirilən şəxs4 iştirakı ilə, təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 28, 279.1-1, 234.1-1-ci maddələri, təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 32.5, 274, 28, 279.1-1, 234.1-1-ci maddələri, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 28, 279.1-1 və 234.1-1-ci maddələri ilə məhkum olunmalarına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026cı il tarixli qərarından məhkum təqsirləndirilən şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-cu il tarixli hökmü (hakimlər N.Mirzəyev (sədrlik edən), E.Məmmədov və N.Hüseynli) ilə ## #### 1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, ünvan 1 6 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, “Yaşma bağları" adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində yaşamış təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,274, 28,279.1-1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 32.5,274-cü maddəsi ilə 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 28,279.1-1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla qəti olaraq 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2022-ci il tarixdən hesablanması, barədə seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 274, 28,279.1- 1 və 234.1-1-ci maddələri, təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 32.5,274, 28,279.1-1 və 234.1-1-ci maddələri, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 28, 279.1-1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı (hakimlər M.Rzayev (sədrlik edən), K.Muxtarov və E.Əhmədov) ilə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs6, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs5 və onun müdafiəçisi müdafiəçi4, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi5 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274, 28, 279.1-1, 234.1-1-ci maddələri, təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 32.5, 274, 28, 279.1-1, 234.1-1-ci maddələri, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 28, 279.1-1, 234.1-1-ci maddələri ilə təqsirli bilinmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı (hakimlər T.Muxtarov (sədrlik edən), N.Mövsümov və İ.Cəfərov) ilə məhkum təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 və məhkum təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il # ###### tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,279.1-1, 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 barələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ##### tarixli qərarının məhkum təqsirləndirilən şəxs1 müdafiəçisinin və məhkum təqsirləndirilən şəxs2 kassasiya şikayətlərinə münasibətdə, onlara aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdən məhkum təqsirləndirilən şəxs4 apellyasiya şikayəti və apellyasiya şikayəti üzrə prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı (hakim N.Mirzəyev) ilə təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 28, 279.1-1, 234.1-1-ci maddələri, təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 274, 28, 279.1-1, 234.1-1-ci maddələri, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 279.1-1, 234.1-1-ci maddələri ilə məhkum olunmalarına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair məhkum təqsirləndirilən şəxs4 tərəfindən verilmiş vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Məhkum təqsirləndirilən şəxs4 qərardan apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən ittiham və ya bəraət hökmü çıxarıldıqda 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, buraxılmış müddətin bərpa edilməsi üçün əsas, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin buraxılmasının üzrlü səbəblərə əlaqədar olmasıdır. Bunun üçün prosessual müddətin bərpa edilməsini xahiş edən şəxs, həmin müddətin onun iradəsindən asılı olmadan buraxılmasını sübut etməlidir. Mübahisələndirilən hökm məhkum tərəfindən qəbzə imza edilməklə ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. Həmin hökmdən apellyasiya şikayəti müddətinin axımı həmin tarixdən sallamış, ##.##.2025-ci il tarixdə başa çatmasına baxmayaraq, 1 ildən artıq müddətdən sonra, yəni ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti, ##.##.2026-cı il tarixdə prosessual müddətin bərpasına dair vəsatət yazılmış, həmin vəsatət ##.##.2026-cı il tarixdə, apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixdə cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkum səhhətinə görə apellyasiya şikayəti vermə müddətinin ötürüldüyünü mübahisələndirsə də, xəstəliyi ilə əlaqədar müalicə olması ilə əlaqədar onun iradəsini həyata keçirilməsinin mümkünsüzlüyünə dair hər hansı bir hal müəyyən edilməmişdir ki, şikayətində göstərilən hallar onun barəsində hökmdən apellyasiya şikayəti verilməsindən ötrü buraxılmış müddətin bərpasına rəvac verən hal kimi dəyərləndirilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının bərpa edilməsinə dair vəsatətin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq buraxılmış müddəti bərpa etməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci intansiya məhkəməsinin hökm və ya qərarı yalnız həmin Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 384, 386, 391 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından məhkum təqsirləndirilən şəxs4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsinə əsasən 1 (bir) ay müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-118/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-118/2026
22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver