Məhkəmə qərarları › İş №1(3-8)-120/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-120/2026

18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-120/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər N.N.Mirzəyev (sədrlik edən və məruzəçi) N.N.Hüseynli və İ.N.Cəfərzadə) ## ###### 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsi, Sakit Məhəllə yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli ##.##.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan «Rza» adlı Iran Islam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, «Rza» adlı şəxsin tapşırığı ilə xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qoyulacağı yerdən götürüb deyiləcək yerlərə yerləşdirməklə Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək və bunun müqabilində satacaqları hər 1 qram heroinə görə 1 manat, hər 1 qram metamfetaminə görə isə 1 manat 50 qəpik məbləğində ona pul veriləcəyinə dair ümumi razılığa gəlmiş, bu məqsədlə ## ###### 2024-cü il tarixdə ümumi cinayətkar niyyətə uyğun olaraq bir qrup şəxs halında «Rza» adlı Iran Islam Respublikası vətəndaşı ilə «Whatsapp» sosial şəbəkəsində əlaqə saxladıqdan sonra sonuncunun həmin gün Abşeron rayonu, Qobu qəsəbəsi, Qamışlıq adlanan ərazidə qoyduğu xüsusilə külli miqdarda 2412,952 qram (2 kq 412,952 qr) çəkidə narkotik vasitə- heroini və xüsusilə külli miqdarda 608,439 qram çəkidə psixotrop maddə metamfetamini götürərək satış məqsədi ilə qanunsuz əldə edib yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, nömrəsiz fərdi evə daşıyıb evdə hissələrə ayırmış, 01 ədəd şəffaf polietilen torbada 380 qram, 05 ədəd üzəri ağ rəngli yapışqan lentlə bağlanmış bükümlərdə, onlardan 04 ədədində hər birində 02 ədəd büküm olmaqla, digər birində isə 03 ədəd büküm olmaqla ümumilikdə 11 ədəd bükümdən: 06 ədədində ayrı-ayrılıqda çəkiləri 49,681 qram, 40,197 qram, 38,764 qram, 19,691 qram, 40,143 qram, 39,963 qram olmaqla ümumilikdə 608,439 qram çəkidə xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini, 05 ədədində ayrı-ayrılıqda təmiz çəkiləri 55,188 qram, 59,222 qram, 39,694 qram, 58,839 qram, 200,009 qram olmaqla ümumilikdə 412,952 qram çəkidə külli miqdarda narkotik vasitə - heroini 01 ədəd qara rəngli sellofan torbanın içərisinə yerləşdirərək əlində saxlamış, 01 ədəd üzərində sarı rəngli it rəsmi olan torbada isə 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram, 500 qram, 500 qram, 500 qram olmaqla ümumilikdə 2000 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroini, «KIA K5 MINIK» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük hissəsinə yerləşdirib saxlamış, daxil olmuş məlumat əsasında Abşeron Rayon Polis Idarəsinin X2 əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı ## ###### 2024-cü il tarixdə, saat 02:30 radələrində Abşeron rayonu Qobu qəsəbəsi, Sakit məhəllə yaşayış massivində saxlanılaraq qeyd edilən avtomobilində Abşeron Rayon Polis Idarəsinin X2 inzibati binasına gətirilib, orada həmin gün saat 04:30-dan 04:53-ə kimi üzərində şəxsi axtarış keçirilərkən əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbanın içərisindən 01 ədəd şəffaf polietilen torbada 380 qram, 05 ədəd üzəri ağ rənli yapışqan lentlə bağlanmış bükümlərdə, onlardan 04 ədədində hər birində 02 ədəd büküm olmaqla, digər birində isə 03 ədəd büküm olmaqla ümumilikdə 11 ədəd bükümdən: 06 ədədində ayrı-ayrılıqda təmiz çəkiləri 49,681 qram, 40,197 qram, 38,764 qram, 19,691 qram, 40,143 qram, 39,963 qram olmaqla ümumilikdə 608,439 qram çəkidə xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin, 05 ədədində ayrı-ayrılıqda çəkiləri 55,188 qram, 59,222 qram, 39,694 qram, 58,839 qram, 200,009 qram olmaqla ümumilikdə 412,952 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, «KIA K5 MINIK» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən nəqliyyat vasitəsinin yük hissəsindən 01 ədəd üzərində sarı rəngli it rəsmi olan torbada 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram, 500 qram, 500 qram, 500 qram olmaqla ümumilikdə 2000 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə - heroin, üzərində heroin və metamfetamin izləri olan 02 ədəd elektron tərəzi və 01 ədəd üzərində «ELÇIN ALIZADE» sözləri, içərisində riyazi hesablamalarla gəlirlər barədə qeydlər aparılmış göy rəngli kitabça aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü apellyasiya qaydasında ləğv edərək, cinayət işi istintaqla aparılaraq Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü işin faktiki hallarına uyğun olmayıb, məhkəmənin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən bir sıra sübutlara lazımi hüquqi qiymət verilməmiş və nəticədə cinayətprosessual qanunun tələbləri pozulmuşdur. Təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri qanunsuz əldə etməsi, saxlaması və daşıması mötəbər, kifayət edən və birbiri ilə uzlaşan sübutlarla təsdiq olunmur. Ittiham əsasən aşkar edilmiş narkotik vasitələrə, mobil telefon yazışmalarına, polis əməkdaşlarının ifadələrinə və təqsirləndirilən şəxsə məxsus qeyd kitabçasına əsaslandırılmışdır. Lakin həmin sübutların heç biri nə ayrılıqda, nə də məcmu halında irəli sürülmüş ittihamı təsdiq etmir. Narkotik vasitələr təqsirləndirilən şəxs saxlanıldığı yerdə deyil, polis bölməsinə aparıldıqdan təxminən iki saat sonra aşkar olunmuş, bu isə sübutların əldə edilməsinin qanuniliyinə və mötəbərliyinə ciddi şübhələr yaratmışdır. Bununla bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent qərarlarına istinad edilərək sübutların əldə edilmə şəraitindəki qüsurların ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olduğu bildirilmişdir. Polis əməkdaşları şahid2 və şahid1 ifadələri arasında ziddiyyətlərin mövcud olduğu, onlardan birinin narkotik vasitənin təqsirləndirilən şəxsin cibindən, digərinin isə əlində olan sellofan torbadan təqdim edildiyini göstərdiyi, bu ziddiyyətlərin məhkəmə tərəfindən aradan qaldırılmadığı qeyd edilmişdir. Cinayət işi materiallarında olan "Whatsapp" yazışmalarında narkotik vasitələrin satışı, satışdan gəlir əldə edilməsi və ya həmin fəaliyyətin təşkili ilə bağlı hər hansı məlumat yoxdur. Təqsirləndirilən şəxsə məxsus qeyd kitabçasında olan qeydlərin isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə deyil, onun əvvəllər məşğul olduğu maliyyə əməliyyatları və kriptovalyuta alqı-satqısı ilə bağlı olduğu, həmin qeydlərin satış məqsədini təsdiq edən sübut kimi qiymətləndirilə bilməyəcəyi bildirilmişdir. Bundan başqa təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadənin polis əməkdaşlarının fiziki və psixoloji təzyiqi nəticəsində alındığı, sonradan həmin ifadədən imtina etməsinə baxmayaraq məhkəmənin bu xüsusata lazımi hüquqi qiymət verməmişdir. Işin qismən məhkəmə istintaqının aparılması, mobil telefonun tədqiqi, anten dairə məlumatlarının əldə olunması, videogörüntülər üzrə ekspertiza təyin edilməsi və əlavə şahidlərin dindirilməsi barədə vəsatətlərinin təmin edilməməsi müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlillərinin, eləcə də müdafiə tərəfinin apellyasiya şikayətilə əlaqədar məhkəmədə bildirdiklərinin əsassız olduğunu, məhkum olunmuş şəxsin əməlinin CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, əlavə olaraq vurğuladı ki, təqsirləndirilən şəxsə verilən ittiham əsassızdır. Istintaq zamanı psixoloji təzyiq səbəbindən müəyyən ifadələrin alınması qanuna zidd qiymətləndirilməli və onun barəsində bəraət hökmü çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edib, əlavə olaraq vurğuladı ki, narkotikdən istifadə etmiş və saxlanılan gün üstündə narkotik vasitə olmasa da, bir neçə gün əvvəl onlayn qaydada almiş olduğu 2 qram narkotikdən bir qədər istifadə etdikdən sonra evdə 1,5 qram narkotik qaldığını demiş, polis əməkdaşları digər narkotik vasitənin harda olmasını soruşanda, başqa narkotik vasitənin olmadığını söyləsə də, onu X1 apararaq orada psixoloji təsir göstərməklə ittihamda qeyd edilən narkotiklərin guya ondan götürülməsini qeyd etmişlər. Istintaq zamanı ondan aşkar edilmiş kitabça onun 10 il əvvəlki işilə bağlı qeydləridir. Həmin qeydləri saxlama səbəbi ilə bağlı bildirir ki, kitabçanı üzərində daşımamış, evə qoymuş və uzun müddətdir ki, evdə idi. Ona məxsus olan bir qeydi evdə saxlaması qeyri-adi bir hal deyildir. Verilən ittihamla razı deyil və müdafiəçisinin bildirdikləri əsasən bəraət verilməsini xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin başlıca dəlili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi halda həmin maddə ilə məhkum edilməsinin qanunsuz olmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1ci maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, onun barəsində bəraət hökmünün çıxarılması üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə, daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini zəruri sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu tam şəkildə hazırkı qərarda təkrar sadalamağa zərurət görmür, lakin bir neçə sübuta nəzər yetirilməsini zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “Raport”dan göründüyü kimi, həmin tarixdə Abşeron Rayon Polis Idarəsinə 1993-cü il təvəllüdlü, Abşeron rayonu, Qobu qəsəbəsi, “Sakit” məhəllə adlanan ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, i.v. 3). Birinci instansiya məhkəməsində tədqiq edilmiş cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə haqqında” qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə onun ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 1, i.v. 4). Birinci instansiya məhkəməsində tədqiq edilmiş cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş ##.##.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə, nəqliyyat vasitəsinə baxış keçirilmə aparılması haqqında” protokoldan göründüyü kimi, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, nəqliyyat vasitəsinə isə baxış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan paketi təqdim edərək həmin paketin içində olan ağ kağıza bükülmüş beş ədəd bükümdə olan kütlələri və bir ədəd şəffaf sellofan paketdə olan kütləni təqdim edərək həmin bükümlərdəki kütlələrin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olmalarını, bir ədəd şəffaf sellofan paketdə olan kütlənin isə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan paketin içində olan ağ kağıza bükülmüş beş ədəd bükümlər və bir ədəd şəffaf sellofan paketdə olan kütlə qablaşdırılmış, DIN-in *** saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs icarəyə götürüb sürdüyü ağ rəngli, “Kia Optima” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində də narkotik vasitə olan heroin olduğunu, avtomobilinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Daha sonra X2 inzibati binasının qarşısında park edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı, Təqsirləndirilən şəxs özünə məxsus avtomobilin yük yerində olan üzərində sarı rəngli it rəsmi olan sellofan paketin içində olan iki ədəd tərəzi və bir ədəd göy rəngli, üzərinə "Elçin Alizade" yazılmış içində qeydlər olan kitabçanı, dörd ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli kütləni təqdim edərək həmin kütlələrin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində sarı rəngli it rəsmi olan sellofan paketin içində olan iki ədəd tərəzi və şəffaf sellofana bükülmüş dörd ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış, DIN-in *** saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd, göy rəngli, üzərinə "Elçin Alizade” yazılmış içində qeydlər olan kitabça sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülərək qablaşdırılmış, DIN-in *** saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlələri və psixotrop maddə olan metamfetaminə bənzər kütlələri ##.##.2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində tanımadığı Iran Islam Respublikasının vətəndaşından aldığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Çəkilişin əks olunduğu DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, i.v. 28-29). Birinci instansiya məhkəməsində tədqiq edilmiş cinayət işinin materiallarında olan məhkəmətibbi ekspertizasının ##.##.2024-cü il tarixli, **** nömrəli rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir (cild 1, i.v. 107- 108). Birinci instansiya məhkəməsində tədqiq edilmiş cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan göründüyü kimi, şəxsi axtarış və götürmə aparılması zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd «IPHONE XS MAX» markalı mobil telefona istintaq zamanı baxış keçirilmiş, baxış zamanı mobil telefonun yaddaş qurğusunda «Euro» adı ilə qeydə alınmış «+98-919-583- 1976» mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə ##.##.2024-cü il tarixdə, ##.##.2024-cü il tarixdə, ##.##.2024-cü il tarixdə, ##.##.2024-cü il tarixdə və ##.##.2024-cü il tarixdə zəng edildiyi müəyyən edilmişdir. Bundan başqa telefonun «Sohbetler» hissəsinə daxil olduqda «Euro» adlı kontaktla əlaqə saxlanılması müşahidə edilir. «Euro» adlı kontaktın üzərinə basaraq daxil olduqda səsli mesajlar, görüntülü və səsli danışıqlar, o cümlədən fotoşəkillər, xəritə-məkan linkləri, mətn mesajları müşahidə edilir. Mesajların bir hissəsi silinmiş və bir neçə yerdə «bu mesaj silindi» ifadəsi qeyd edilmişdir. «Euro» adlı kontaktın profilinə daxil olduqda həmin profilin Iran Islam Respublikası ölkə kodlu «+98- 919- 583-1976» mobil nömrəsi ilə qeydiyyatdan keçirildiyi müəyyən edildi. Təqsirləndirilən şəxs 10 dəfə səsli mesaj, 5 ədəd fotoşəkil, 5 ədəd xəritə-məkan məlumatını «+98-919-583-1976» mobil nömrəsinə göndərməsi müəyyən edilmişdir. Həmin səslərin məzmunlarında olan ifadələr: Səs 1: «Qaqa, evdəliklərləyəm, bir dənə gedim evdəkiləri düşürdüm atacam, Saray tərəfə gedirəm» Səs 2: «Qaqa, evdəliklərləyəm, yolum biraz uzaqdır, qoy gedim çatım atacam, biraz səbirli ol» Səs 3: «Hə qaqa yarım saat çəkəcək, dedim axı evdəkilərləyəm, səbirli ol da biraz» Səs 4: «Hə qaqa səhv getdiye» Səs 5: «Gözdə qaqa o biriləri də həll edirəm» Səs 6: «Hə atıram qaqa indi atıram» Səs 7: «Hə qaqa nə idi» Səs 8: «Qaqa evdəkiləri düşürdürdüm, düşürddüm, qoyuram 2 dəqiqəyə» Səs 9: «Hə yaxşı qaqa yaxşı bildim» Səs 10: «Hə yaxşı qaqa evə çatdım, 15-20 dəqiqə gözlə atacam» Həmçinin «+98-919-583-1976» mobil nömrəsindən Təqsirləndirilən şəxs mobil nömrəsinə «WhatsApp» sosial şəbəkəsindən 5 dəfə səsli mesaj göndərilmişdir. Həmin səslərin məzmunlarında olan ifadələr: Səs 1: «Yazısın atda bu neçə dənədi» Səs 2: «Yüz əlli dənə, əlli dənə yoxumuzduki» Səs 3: «Hacı qado alım o qırx, iyirmi varha, yaman tələsir» Səs 4: «Ə telefonu da açmırsan, ürəyimi yeyirəm, arada bir əl qağza, arada söz at» Səs 5: «Ədə qoymaya görə demirəm, ürəyimi yeyirəm ay mass, ən birinci qırx, iyirmini at, ondan sonra bir dənə qırx-altmışı at, onun ikisini gizləyəcəksənha, dərin yerə qoy sübhə yaxın götürəcəklər, sübh görürəcəklər» Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs «Kontaktlar» bölməsində «+98-919-583-1976» mobil nömrəsini «Euro» adı ilə qeyd etsə də, həmin nömrənin «Rza» adlı Iran Islam Respublikasının vətəndaşına məxsus olmasını bildirmişdir. Həmin mobil nömrəni «Euro» formasında qeyd etməsinin səbəbinin diqqət çəkməməsi üçün etdiyini bildirmişdir. Şəkil və videofaylların saxlanıldığı «Qalereya» bölməsinə daxil olduqda 149 ədəd fotoşəkil müəyyən edilmiş, həmin şəkillərdən 11-i müxtəlif boş ərazilərin fotoşəkilləridir. 1 ədəd fotoşəkildə isə 7 ədəd ağ rəngli yapışqan lentlə bükülmüş və hər birinin üzərində rəqəmlər qeyd edilmiş bükümlər vardır. Bükümlərin üzərində «30- 70», «20-40», «40-60», «50-100», «40-60», «40-200», «40-60» rəqəmləri alt alta yazılmışdır. Baxışın əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, i.v. 140-149). Birinci instansiya məhkəməsi iş üzrə toplanmış bütün sübutları Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq ayrı-ayrılıqda və onların məcmusu əsasında qiymətləndirmiş, təqsirləndirilən şəxsin müdafiə mövqeyini, ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahid ifadələrini, baxış, şəxsi axtarış və götürmə protokollarını, ekspert rəylərini, maddi sübutları, mobil telefon məlumatlarını və digər sübutları qarşılıqlı əlaqədə təhlil etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər mahiyyət etibarilə birinci instansiya məhkəməsində araşdırılmış və hökmdə hər birinə ətraflı hüquqi qiymət verilmiş halların təkrarından ibarətdir. Apellyasiya baxışı zamanı həmin nəticələri təkzib edən, yaxud hökmün qanuniliyini və əsaslılığını şübhə altına alan hər hansı yeni sübut təqdim edilməmişdir. Müdafiə tərəfinin narkotik vasitələrin polis bölməsində aşkar edilməsi, polis əməkdaşlarının ifadələri arasındakı ziddiyyətlər, "Whatsapp" yazışmaları, qeyd kitabçasının məzmunu, ibtidai istintaq zamanı verilmiş ifadələrin guya təzyiq altında alınması, habelə əlavə istintaq hərəkətlərinin aparılması barədə vəsatətlərin təmin edilməməsi ilə bağlı arqumentləri məhkəmə kollegiyası tərəfindən yoxlanılmış və belə qənaətə gəlinir ki, birinci instgansiya məhkəməsində həmin vəsatətlər müzakirə edilməklə təmin edilməməsi onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi və bununla bağlı bildirdiklərinə (üzərindən və avtomobilindən aşkar olunan külli miqdarda narkotik vasitə və psixotrop maddələrin, o cümlədən tərəzilərin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə və idarə etdiyi avtomobilə qoyulması, əslində ittihamda göstərilən saatdan əvvəl - ## ###### 2024-cü il tarixdə, saat 22:30 radələrində tutulması, əlində olan sellofan torbada üzüm olması, evində olan 1,5-2 qram narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsi, polis əməkdaşlarının təsiri nəticəsində tanımadığı şəxsə səsli mesajlar göndərməsi, o cümlədən polis əməkdaşlarının fiziki təzyiqi və döyülməsi nəticəsində məcbur qalıb aşkar olunan narkotik vasitə və psixotrop maddələri boynuna alması) tənqidi yanaşılaraq qeyd edilir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası müdafiə tərəfinin arqumentlərinin hökmün ləğv edilməsi üçün CPM-də nəzərdə tutulmuş əsasları yaratmadığı qənaətinə gəlir. Kollegiya onu da nəzərə alır ki, təqsirləndirilən şəxsin apellyasiya baxışı zamanı verdiyi izahatlar da iş üzrə digər mötəbər sübutlarla təsdiq olunmamış, əksinə, iş üzrə mövcud olan sübutların məcmusu ilə təkzib edilmişdir. Həmçinin apellyasiya baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi vəsatətlər müzakirə olunmuş, onların birinci instansiya məhkəməsində araşdırıldığı və hökmdə hüquqi qiymət verildiyi müəyyən edildiyindən əsaslı olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi zamanı Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl etmiş, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunmuş və qanuni qaydada əldə edilmiş sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyi iş üzrə toplanmış sübutların məcmusu ilə ağlabatan şübhədən kənar sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaqda müdafiəçinin iştirakı ilə özünü təqsirli bilmiş, narkotik vasitələri "Rza" adlı şəxsdən götürdüyünü, hissələrə ayırdığını, avtomobilə yerləşdirdiyini, satmalı olduğunu ətraflı izah etmişdir. Sonradan isə bu ifadədən tam imtina etmişdir. Apellyasiya icraatı zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ondan götürülmüş kitabçanın 10 il əvvəl birjayla məşğul olmaqla kriptovalyuta-bitcoin alqı-satqısına dair edilən qeydlər olmasını vurğulasa da, kitabçada edilən qeydlərin əksəriyyəti isə yaxın keçmişə, yəni ##.##.2024-cü ildən sonraya aid olan qeydlərin olması, o cümlədən kitabçanın 8-ci səhifəsində «Son Şans» sözünün yazılmaqla, kitabçanın 9-10, 17, 37-44 səhifələrində rəqəmlərlə hesablamalar barədə qeydlər aparılmaqla, 75-ci səhifənin arxa hissəsində «Təqsirləndirilən şəxs» ifadəsi 2 dəfə alt-alta, «faiz 10.000», «Günel 2500», «intiq 3000», «Tur 2650+890», «kapilk 460» ifadələri qeyd edilmişdir (cild 1, i.v. 150-151). Beləliklə, kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin sonradan, yəni məhkəmə istintaqı zamanı irəli sürdüyü müdafiə mövqeyi onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi təfsilatlı ifadəsi ilə ziddiyyət təşkil edir. Sonrakı mərhələdə həmin istintaqda verdiyi ifadədən imtina etməsi özü-özlüyündə həmin ifadələri sübutlar sırasından çıxarmır və iş üzrə digər sübutların məcmusu ilə birlikdə qiymətləndirilməsinə dair birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuşdur. Təqsirləndirilən şəxsin fiziki təzyiq göstərilməsi barədə iddiaları obyektiv sübutlarla təsdiq edilməmişdir. Onun öz izahatından da görünür ki, hər hansı xəsarət almamış, bu barədə tibbi sənəd təqdim etməmiş, həmin halın araşdırılmasını təsdiq edən hər hansı sübut əldə olunmamış, əksinə işdə olan ekspert rəyilə də təsdiq edilir ki, onun bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya instansiyası mərhələsində də təqdim etdiyi vəsatətlər iş üzrə artıq araşdırılmış halların yenidən tədqiq edilməsinə yönəlmiş, onların təmin olunması iş üzrə müəyyən edilmiş faktiki halların dəyişməsinə səbəb ola biləcək yeni hallar ortaya qoymamışdır. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edib hesab edir ki, müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması barədə dəlilləri əsassızdır ona görə ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları, iş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müzakirə edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası da təyin edilmiş cəzanı cinayət əməlinə adekvat hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı qanuni əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və hazırda apellyasiya baxışı zamanı bir daha qiymətləndirilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə qiymətləndirərək apellyasiya şikayətinin təmin edilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışları konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması və ya yüngül cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 397.1, 397.2, 398.1.1, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar