Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-121/2026 08.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Yusifova Ayşən Hafiz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X13 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 nümayəndəsi (Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili) müdafiəçi1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında audio-video yazı aparılmaqla baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə (hakim Elşad Əliyev) Təqsirləndirilən şəxs (##.##.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, evli, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 02 (iki) günün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025- ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi, maddi zərərə görə 5100 manat və 72 manat dövlət rüsumunun təqsirləndirilən şəxsdən alınıb zərərçəkmiş (mülki iddiaçı) şəxs zərərçəkmiş şəxs2 Qürət qızına ödənilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, maddi zərərə görə 1400 manatın təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb zərərçəkmiş (mülki iddiaçı) zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, etibardan sui- istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirtmək məqsədi ilə zərərçəkmiş şəxs2 qızma özünü turizm şirkətinin rəhbəri kimi təqdim edərək şirkətini genişləndirmək niyyətində olduğunu və şirkətinə pul yatırmaqla qazanc əldə etmək barədə həqiqətə uyğun olmayan məlumatlar verərək, zərərçəkmiş şəxs2 hər qoyulan 1000 manat yatırım məbləğinə görə 10 gün ərzində 20% qədərində gəlir götürməsini təmin edəcəyinə dair yalan vəd verib aldadaraq sonuncu tərəfindən onun istifadəsində olan 5522 0993 1156 **** nömrəli «xxxx» plastik kartının hesabına ##.##.2024-cü il tarixdə yaşadığı ünvan 4 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 400 manat və 600 manat olmaqla iki dəfəyə cəmi 1000 manat, ##.##.2024-cü il tarixdə yaşadığı ünvan 4 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 1000 manat, ##.##.2024-cü il tarixdə yaşadığı ünvan 4 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 300 manat, ##.##.2024-cü il tarixdə yaşadığı ünvan 4 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 150 manat, ##.##.2024-cü il tarixdə yaşadığı ünvan 4 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 500 manat, ##.##.2024-cü il tarixdə yaşadığı ünvan 4 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 500 manat, ##.##.2024-cü il tarixdə ünvan 2 ünvanbında yerləşən “Grandmart” mağazasında quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsi ilə 500 manat, ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi ərazisindən mobil bank telefon tətbiqi vasitəsi ilə 500 manat, ##.##.2024-cü il tarixədə yaşadığı ünvan 4 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 500 manat və 150 manat olmaqla iki dəfəyə cəmi 650 manat pul vəsaitini köçürtdürərək cəmi 5100 manat məbləğində pul vəsaitini nağdlaşdırmaqla həmin məbləğdə pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirtmək məqsədi ilə zərərçəkmiş şəxs3 özünü turizm şirkətinin rəhbəri kimi təqdim edərək şirkətini genişləndirmək niyyətində olduğunu və şirkətinə pul yatırmaqla qazanc əldə etmək barədə həqiqətə uyğun olmayan məlumatlar verərək, zərərçəkmiş şəxs3 hər qoyulan 1000 manat yatırım məbləğinə görə 10 gün ərzində 20% qədərində gəlir götürməsini təmin edəcəyinə dair yalan vəd verib aldadaraq sonuncu tərəfindən onun istifadəsində olan 5522 0993 1156 **** nömrəli «xxxx» plastik kartının hesabına ##.##.2024-cü il tarixdə yaşadığı ünvan 3 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 5000 manat, ##.##.2024-cü il tarixdə yaşadığı ünvan 3 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 5000 manat, 2000 manat, 2000 manat və 1000 manat olmaqla 4 dəfəyə cəmi 10000 manat, ##.##.2024-cü il tarixdə ünvan 3 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 1500 manat köçürtdürərək cəmi 16.500 manat məbləğində pul vəsaitlərini nağdlaşdırmaqla həmin məbləğdə pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə zərərçəkmiş şəxs4 özünü turizm şirkətinin rəhbəri “Inara” kimi təqdim edərək zərərçəkmiş şəxs4 Slovakiya Respublikasına iş vizası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq sonuncu tərəfindən onun istifadəsində olan 5243 7544 4335 **** nömrəli «xxxx» plastik kartının hesabına ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi “Ideal Parfümeriya” mağazasında quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsi ilə 1500 manat pulu köçürtdürməklə nağdlaşdırıb 1500 manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə zərərçəkmiş şəxs1 özünü turizm şirkətinin rəhbəri “Inara” kimi təqdim edərək zərərçəkmiş şəxs1 Slovakiya Respublikasına iş vizası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq sonuncu tərəfindən onun Istifadəsində olan 5243 7544 4335 **** nömrəli «xxxx» plastik kartının hesabına ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi “Ideal Parfümeriya” mağazasında quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsi ilə 1500 manat, ## ###### 2024cü il tarixdə Sumqayıt şəhəri Nərimanov küçəsində yerləşən “TamStore” mağazasında quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsi ilə 50 manat məbləğində pulu köçürtdürərək cəmi 1550 manat pul vəsaitini nağdlaşdırmaqla həmin məbləğdə pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsi və mülki iddiaların rədd edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai araşdırma zamanı və cinayət işi materiallarından göründüyü kiıni hüquqlarını müdafiə etdiyi şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmir. Müdafiə tərəfi olaraq Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə razı deyillər. Hökm çıxarılarkən təqsirləndirilən şəxsin xeyrinə olan heç bir xüsusat nəzərə alınmamış, yalnız zərərçəkıniş şəxslərin əsası olmayan, heç bir sübuta söykənməyən ifadələri sübut kimi qiymətləndirilmişdir. Halbuki, zərərçəkmiş şəxslər, əsasən də zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 məhkəmə iclaslarında ifadə verərkən istintaqda verdikləri ifadənin tam əksinə ifadə veriblər. Lakin məhkəmə bu ziddiyyətin aradan qaldırılması üçün heç bir addım atmamışdır. Məhkəmə iclası zamanı qeyd edilənlərə heç bir münasibət bildirilməmişdir. Çünki hətta sonda verilən vəsatətlərə münasibət bildirməmiş və qanunsuz sahibkarlıqla bağlı qeyd olunan məsələ ilə bağlı xüsusi qərar qəbul etməmişdir. Çünki şəxs açıq aşkar fəaliyyətinin qanunsuz olmasını özü israr edirdi. Bunun üçün hansısa faktın və ya sübutun əldə olunmasına ehtiyac yox idi. Hazırki məhkəmə iclasında tərəfimizdən təqdim edilmiş sübutlar, Təqsirləndirilən şəxs, anası və həyat yoldaşı tərəfindən zərərçəkmiş şəxs2 və Mətanət Həsənliyə ödənilmiş pullar onu deməyə əsas verir ki, istintaq orqanı tərəfindən iş düzgün araşdırılmamış, təqirləndirilən şəxslər tərəfindən sübutların tədqiq edilməsinə şərait yaradılmamışdır. Zərərçəkmiş şəxslər məhkəmə iclaslarında istintaqda verdikləri ifadələri ilə xeyli ziddiyyət təşkil edən ifadələr vermişlər. Sonda isə dövlət ittihamçısı tərəfindən verilmiş suallara cavab olaraq bildirmişlər ki, istintaqda verdikləri ifadələrini təsdiq edirlər. Lakin məhkəmə bütün bunlara münasibət bildirməmişdir. zərərçəkmiş şəxs2 bildirir ki, 2024-cü ilin fevral ayında Münəvvər ona turizm şirkəti yaratdığını deyib. Işlərini genişləndirmək istədiyini qeyd edərək, ona iş birliyi təklif etmiş, 2024-cü ilin fevral-mart aylarında Münəvvər həmin fəaliyyətindən qazanc əldə edəcəyini deyib bir neçə dəfə ondan 1000-2000 manat civarında pu almış və 10-15 gün ərzində həmin pulu üzərində 200-250 manat qazancı ilə birlikdə geri qaytarmışdır. zərərçəkmiş şəxs2 faizə verdiyi pula qazanc adı verir. Halbuki, tərəflər arasında olan danışıqlarda hansısa turizm şirkətində qazanc barədə danışıq yoxdur. 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs yalnız 1000 manat məbləğində faizə pul vermişdir. Həmin pulu da Münəvvər qaytarmışdır. Artıq burada borc münasibəti, öhdəlik icra edilmişdir. Icra edilmiş öhdəliyə görə pul tələb edilməsi və şəxsin buna görə həbsdə qalması əsassız və yersizdir. Mətanətin qeyd etdiyi 5100 manat sonuncu ödəniş deyil. Bu ödənişdən sonra Münəvvər kifayət qədər pul qaytarmışdır. Həmin pulları birinci instansiya məhkəməsi nəzərə almamış, halbuki, həmin məbləğlərə dair bütün qəbzlərin “screen şotu” məhkəməyə təqdim edilmişdir. Daha sonra zərərçəkmiş şəxs2 bildirir ki, 2024-cü ilin may ayında rəfiqəsi Xəyaləyə bu barədə danışmış və oda Münəvvərin turizm şirkətinə köçürmə edib qazanc əldə etmək istədiyini bildirmişdir. Xəyalə həmin kart hesabına may ayında 1000 manat pul köçürmüş və on gün sonra Münəvvər razılşadığı kimi 200 manal qazancla pulu geri qaytarmışdır. 2024-cü ilin iyun-iyul aylarında Münəvvər yaratdığı turizm şirkətinə böyük məbləğdə pul yatırmaqla daha geniş qazanc əldə etmək mümkün olacağını demiş, bundan sonra Münəvvərin kart hesabına 5100 manat məbləğində pul ödəmişdir. Ifadənin bu hissəsinə münasibət bildirir ki, Mətanət 2024-cü ilin may ayında Rəfiqəsi Xəyaləyə bu barədə bildirdiyini qeyd edir. Lakin məhkəmə iclasında isə daha əvvəl Xəyalə və o, pullar ödədiyini qeyd edir. Halbuki, zərərçəkmiş şəxs3 də bu barədə bildirmişdir. Bundan başqa zərərçəkmiş şəxs2 bildirir ki, 2024-cü ilin iyun-iyul ayında Münəvvərə 5100 manat məbləğində pullar göndərmişdir. Belə ki, ümumilikdə həmin dövrdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 11860 manat ödəniş edilmişdir. Eyni zamanda ##.##.2026-cı il tarixdə məhkəmə iclasında zərərçəkmiş şəxs2 Münəvvərin ona dollarla 3000 ABŞ dolları əlbəəl verdiyini təsdiq etmişdir. Bu o deməkdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 faizə verdiyi pullarını faizi ilə birlikdə, hətta artıqlaması ilə qaytarmışdır. Buradan müəyyən olunur ki, hələ Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 artıq verdiyi pulları geri tələb etmək hüququ yaranır. Əgər Təqsirləndirilən şəxs dələduzluq niyyəti olsaydı, onda zərərçəkmiş şəxs2 pul qaytarmazdı. Ümumiyyətlə turizm şirkəti barədə tərəflər barədə hər hansı söhbət aparılmır. Bu barədə məlumatlar mövcud deyildir. Hər iki şəxsin bir-birinə göndərdiyi pulları qarşılıqlı təhlil etdikdə müəyyən olunur ki, burada cinayət əlaməti mövcud deyildir. zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs suallar verilərək niyə hər dəfə 1000 manat alanda üzərində 200 manat qaytardığını soruşulur. Ancaq zərərçəkmiş şəxs2 verdiyi ifadələr bunu demir. O, 5100 manat məbləğində pulu hissə-hissə verdiyini qeyd edir. Bu pulu iyun-iyul ayında ödədiyini göstərir, lakin istintaq orqanına təqdim etdiyi qəbzlərdə zərərçəkmiş şəxs2 ## ### 2024-cü il tarixə kimi hisssə-hissə 5100 manat pul köçürməsi müəyyən olunur. Iyun-iyul ayında pullar köçürməmişdir. Bundan sonra da Təqsirləndirilən şəxs mütəmadi ödənişləri geri qaytarmışdır. Təqsirləndirilən şəxs isə özünə məxsus kartla, həyat yoldaşının və anasının kartları ilə qaytardığı pullara baxanda görmək mümkündür ki, pullar hissə-hissə geri qaytarılmışdır. 5100 manata görə 11860 manat və 3000 ABŞ dolları ödənilməsi özü ittihamı əsassız edir. Təqsirləndirilən şəxs dələduzluq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs pulları hansı səbəbdən faizə götürməsini də izah edərək bildirmişdir ki, həyat yoldaşına pul lazım olmuşdur. Həyat yoldaşı digər şəxslər tərəfindən aldadılaraq 200000 manat məbləğində pulu əlindən alınmışdır. Çünki hazırda da həyat yoldaşı Çingiz Həsənalıyevin şikayət ərizəsi əsasında Yasamal rayon Polis Idarəsində araşdırma gedir. Həmin dövrdə həyat yoldaşına dəstək olmaq üçün faizə pullar götürmək məcburiyyətində qalmışdır. zərərçəkmiş şəxs2 məhkəmə iclaslarında kifayət qədər ziddiyyətli ifadələr vermiş, bir məhkəmə iclasında verdiyi ifadəni digər məhkəmə iclasında təkzib etmişdir. Onun bu şübhəli hərəkətləri ittihamı tamamilə əsassız edir. Isitintaq orqanı faizə qazanc donu geyindirərək əsassız ittiham irəli sürmüşdür. Hesab edir ki, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Lakin məhkəmə düzgün araşdırma aparmayaraq, bütün şübhələri təqsirləndirilən şəxsin əleyhinə istifadə etmişdir. Bundan başqa digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ifadəsində bildirir ki, 2024-cü ildə Mətanət Münəvvər barədə ona məlumat vermiş və 2024-cü ilin may ayında bu təklif ona maraqlı gəldiyi üçün Münəvvərin ABB banka məxsus olan kartına 1000 manat pul köçürmüş, həmin pulu bir həftə sonra 1200 manat məbləğində olmaqla Münəvvər geri qaytarmışdır. zərərçəkmiş şəxs3 ifadəsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs3 bank kartına ## ##### 2024-cü il tarixdə 1200 manat ödəniş etmişdir. 2024-cü ilin may ayında belə bir ödəniş yoxdur. ##.##.2024-cü il tarixdən zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs pullar ödəmişdir. zərərçəkmiş şəxs3 özü də ifadəsində kifayət qədər şübhəli ifadələr vermişdir. Dəqiqləşməmiş məlumatlardan istifadə etmiş, Təqsirləndirilən şəxs qaytardığı pullar barədə məlumat verməmişdir. zərərçəkmiş şəxs3 qaytarılmış və ondan qəbul edilmiş pullar barədə bildirir ki, təqdim etdikləri qəbzlərdə də şübhələr kifayət qədərdir. Çünki qəbzlərə qələm ilə özlərindən istədikləri kimi rəqəmlər və tarixlər yazmışlar. Eyni qəbzi dəfələrlə təqdim etmişlər. Daha sonra zərərçəkmiş şəxs3 qeyd edir ki, 1200 manat puldan sonra Münəvvərə pul göndərməsini ifadəsində qeyd etmir. Daha sonra qeyd edir ki, ## #### 2024-cü il tarixdə Münəvvərə 5000 manat, ## #### 2024-cü il tarixdə sonu 1496 il bitən bank kartından iki dəfə hər dəfə 5000 manat olmaqla, pul köçürmüşdür. Sonradan qızına məxsus kartdan isə 1500 manat ödəniş etmişdir. Ümumilikdə 16500 manat ödəniş etmişdir. zərərçəkmiş şəxs3 ifadəsinin bu hissəsi ilə bağlı qeyd edir ki, ##.##.2024-cü il tarixdə Münəvvərə 5000 manat məbləğində pul göndərmişdir. ##.##.2024-cü il tarixdə Münəvvərə məxsus karta 5000 manat məbləğində pul göndərmişdir. Lakin ##.##.2024-cü il tarixdə ikinci dəfə 5000 manat məbləğində pul göndərməsi ilə bağlı bildirdikləri əsassızdır. Tərəflər arasında qarşılıqlı pul köçürmə barədə məlumatları tədqiq edərkən belə bir məlumat aşkar olunmamışdır. Ümumiyyətlə zərərçəkmiş şəxs3 özünün də məhkəmədə verdiyi ifadələr arasında şübhələr çoxdur. Bu şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Ittihamın göstərdikləri ilə hazırda tədqiq edilən sübutlar arasında fərqlər mövcuddur. Istintaq əsassız olaraq hesablanma aparmışdır. ##.##.2024-cü il tarixdə olan qəbzin biri təkrar təqdim edilmişdir. Ümumiyyətlə istintaq düzgün araşdırma aparmamışdır. Şəxslər özləri dəfələrlə bildirir ki, Münəvvər öhdəlik götürmüşdür. Əgər Münəvvər öhdəlik götürmüşsə, tərəflər arasında olan münasibətlər mülki münasibətlər hesab edilir. Bundan başqa qeyd edir ki, əgər şəxs mütəmadi ödəniş edirsə, ödənişi dayandırmırsa, onun əməlində dələduzluq cinayətinin tərkibinin olmadığı müəyyən edilir. Təqsirləndirilən şəxs tərəfindən mütəmadi ödənişlər həyat keçirilmişdir. Bunu zərərçəkmiş şəxslər özləri də etiraf edirlər. Əgər Münəvvərdə zərərçəkmiş şəxslərin ödənilməmiş pulu olsaydı, onda onlar Münəvvərə yenidən pul verməzdilər. Onlar faizə pul verən şəxslərdir. Audio video görüntü ilə iclas aparılsa da, məhkəmə zərərçəkmiş şəxslərin ittiham aktında olan ifadələrini hökmə köçürərək, onlardan istifadə etmişdir. Halbuki, zərərçəkmiş şəxslər məhkəmədə müxtəlif ifadələr səsləndirmişlər. Əsas araşdırma tələb edən ödənişlərlə bağlı düzgün araşdırma aparılmamışdır. Çünki bu ödənişlər işin mahiyyətinə ciddi təsir edir. Zərərçəkmiş şəxslər mart-may aylarında ödəniş etdiklərini bildirirdilər. Bundan sonra pullarının qayıdılmamasını gösrtərsələr də polisə şikayət edilən vaxtlara kimi, hətta həmin dövrə kimi Təqsirləndirilən şəxs ödəniş elmişdir. Əgər Təqsirləndirilən şəxs niyyəti bu şəxsləri aldatmaq idisə, onda niyə mütəmadi ödənişlər edirdilər. Zərərçəkmiş şəxslər pulu Münəvvərə ödədikdən sonra Münəvvər pullarını artıqlaması ilə geri qaytarmışdır. Lakin bu günləri pullarını faizə verən şəxslər faizin adını "şirinlik" və ya “qazanc“ adlandırmaqla şəxsin əsassız təqsirləndirilməsinə gətirib çıxarmışdır. Bütövlükdə açıqlama vermişlər və həmin açıqlamalar kart hesabı ilə eynilik təşkil edir. Həmin sübutlar alınmış bank məlumatlarında da öz əksini tapmışdır. Halbuki, məhkəmə işə baxarkən qərəzli olaraq Təqsirləndirilən şəxs digər ABB banka (sonu 9081 bitən) məxsus məlumatları həmin bankdan götürməkdən imtina etmişdir. Halbuki, təqsirləndirilən şəxs öz təqsirsizliyini sübut elməyə borcu deyildir. Bu qədər ödənişlərə məhkəmə münasibət bildirməmişdir. Mətanət və Xəyalə cəmi birlikdə 25100 manat Münəvvərə köçürmə ediblər. Müdafiə tərəfi olaraq onlara geri ödənildiyinə dair 25918 manatlıq qəbz təqdim etmişlər. 3000 ABŞ dolları məbləğində pulu almağını zərərçəkmiş şəxs2 ##.##.2026-cı il tarixdə məhkəmə iclasında etiraf etmişdir. Bununla da Təqsirləndirilən şəxs tərəfindən hər iki zərərçəkmiş şəxsə ümumilikdə 30100 manat məbləğində pul köçürülmüşdür. 2500 manat məbləğində həyat yoldaşı tərəfindən terminal vasitəsi ilə ödəniş edilmişdir. Iki dəfəyə. X3 həmin tarixdə yalan məlumat verməməyə dair iltizama qol çəkmiş və andiçmə mətnini ucadan oxumasına baxmayaraq yalan məlumat verdiyini bildirmişdir. zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsində Təqsirləndirilən şəxs ilə 2024-cü ilin may ayında tanış olduğunu bildirmişdir. ##.##.2026-cı il tarixdə keçirilən məhkəmədə isə Təqsirləndirilən şəxs ilə sentyabr ayında tanış olduğunu bildirmişdir. Halbuki, sentyabr ayına kimi artıq 16000 manat məbləğində Münəvvərə pul ödəmişdir. Eyni zamanda zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 məhkəməyə saxta qəbzlər təqdim etmişlər. ##.##.2024 tarixdə Xəyalənin sonu 14 96 ilə bitən ABB bank vasitəsi ilə saat 09:47 cəmi 2 dəfə 2000 manat olmaqla köçürmə gəlib (saat 10:46 və 11:32 də). Ancaq məhkəməyə 4 dəfə eyni çek təqdim olunaraq məbləğ şişirdilib 8 min manat edilib. Real köçürmə 4 min manatdır. ##.##.2024-cü il tarixli sonu 8420 əl ilə yazdıqları 2000 manat göndərdikləri çek saxtadı. Həmin günə ABB bankın tətbiqinə aid “screen şot”u təqdim ediblər. X4 (sonu 7771 ilə bitən) xxxxa məxsus kartından zərərçəkmiş şəxs3 ABB banka məxsus (4127 2081 0361 1496) kartına ##.##.2024 tarixdə 450 manat köçürmə edilmişdir. Həmin köçürməni onlar özləri etdiyi barədə yalan məlumatı məhkəməyə təqdim ediblər. X4 (sonu 7771 ilə bitən) xxxxa məxsus kartından ##.##.2024-cü il tarixdə 300 manat zərərçəkmiş şəxs2 məxsus 4169 7388 1874 **** nömrəli Kapital banka məxsus kartına köçürmə edilmişdir. Lakin məhkəməyə əksi kimi yalan məlumat verilmişdir. ##.##.2024-cü il tarixdə Mətanət 1 dəfə 500 manat Kapital bank tətbiqi vasitəsi ilə Münəvvərə köçürmə edib. Məhkəməyə təqdim edilən çek saxtadır. Müdafiə tərəfi olaraq məhkəməyə zərərçəkmişlərin hesabına köçürülmüş cəmi 25.918 AZN məbləğində rəsmi ödəniş çekləri təqdim edilmişdir. Lakin hakim hökmün 11-ci səhifəsində bu məbləğin yalnız 15210 AZNlik hissəsini qəbul etmiş, qalan 10708 AZN-lik rəsmi çekləri heç bir hüquqi əsas göstərmədən "etibarsız” saymışdır. Bu məhkəmə tərəfindən sübutların saxtalaşdırılması və maddi ziyanın süni şəkildə şişirdilməsidir. Zərərçəkmiş zərərçəkmiş şəxs2 məhkəmədə and içərək, iltizama qol çəkərək ##.##.2026-cı il tarixdə 3000 ABŞ dolları nağd pul aldığını etiraf etmişdir (təxminən video görüntünün 59-cu dəqiqəsində). Bu ödəniş Statistika Komitəsinin arxa girişindəki binanın qarşısında baş vermişdir. Məhkəmə nə bu etirafı hökmə yazmış, nə də həmin anı əks etdirən kamera görüntülərinin tələb olunması barədə vəsatəti təmin etmişdir. Halbuki həmin tarixdə Münəvvər Mətanətə cəmi 10100 manat nəğd şəkildə pul vermişdir. Bunun 3000 dollarını iltizama qol çəkərək verdiyi ifadədə etiraf etmişdir. Həsənalıyev Çingiz 2024-cü ilin sentyabr-noyabr aylarında zərərçəkmişlər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 kartlarına terminal vasitəsilə ümumilikdə 2500 AZN (itmiş çeklər üzrə) vəsait ödəmişdir. Məhkəmədən zərərçəkmişlərin kart hesabları üzrə həmin tarixlərə çıxarışların alınmasını tələb etsələr də, məhkəmə bunu rədd etmişdir. Zərərçəkmişlərin iddia etdiyi ziyan 36550 AZN-dir. Müdafiə tərəfinin sübut etdiyi (çeklərlə 25918 + nağd 10100 + tapılmayan 2500) cəmi ödəniş isə 38518 AZN təşkil edir. Bu faktlar göstərir ki, borc tam ödənilmiş, hətta artıq ödəniş edilmişdir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi (dələduzluq niyyəti) yoxdur. Digər zərərçəkmiş şəxslərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs4 Əlipaşa oğlu pulu Təqsirləndirilən şəxs viza dəstəyi ilə bağlı hər biri 1500 manat məbləğində pul vermişdir. Həmin pulun qarşılığında Münəvvər həmin şəxslərə sənədlərin hazırlanmasında köməklik göstərmişdir. Son günə kimi də öz köməkliyini əsirgəməmişdir. Bu o deməkdir kI, həmin şəxslərin qarşısında götürdüyü öhdəliyi yerinə yetirmişdir. Buradan görünür ki, bu münasibətlər də mülki münasibətlərdir. Təqsirləndirilən şəxs həmin ödənişdən 150 manat geri ödəniş etmişdir. Bu məsələ də mülki münasibətlər qaydasında mülki məhkəmədə araşdırılmalıdır. Bu əməldə də cinayət tərkibi yoxdur. Bu hissədə də məhkəmə əsassız nəticəyə gəlmişdir. Yuxarıda göstərilən sübutlarla və qərəzli olaraq işin araşdırılmayan halları ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinin tərkibinin olmadığı təsdiq olunur. Məhkəmə istintaqı ibtidai istintaqdan asılı olmasa belə birinci instansiya məhkəməsi istintaqın etdiyi qanunsuzluqlara göz yumaraq, əsassız aparılmış ibtidai istintaqla razılaşmışdır. Halbuki, istintaqda zərərçəkmiş şəxslərin verdiyi ifadələr məhkəmədə öz təsdiqini tapmamışdır. Məhkəmənin şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni sübut sayması və bunu onun ziyanına şərh etməsi qanunsuz və əsassızdır. Çünki məhkəmə istintaqında Münəvvərin dediyi hər kəlməyə sübut təqdim etmişlər. Hətta zərərçəkmiş özü də bunu etiraf etmişdir. Sonradan dansa belə onun etirafedici ifadəsi əslində sübut sayılmalıdır. Ümumiyyətlə məhkəmənin gəldiyi nəticə tamamilə əsassız və qərəzlidir. Cinayət işinin materiallarında və məhkəmə istintaqı zamanı kifayət qədər şübhəli məqamlara rast gəlinmişdir. Həmin şübhələr təqsirləndirilən şəxsin leyhinə həll olunmalı olduğu halda əleyhinə həll olunmuşdur. Iş materiallarında olan sübutlar nəzərə alınsa, Təqsirləndirilən şəxs dələduzluq etmədiyi bir daha öz təsdiqini tapır. Nə məhkəmə, nə də ibtidai istintaq orqanı ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmamış və bütün bunlara hüquqi qiymət verilməmişdir. Ümumiyyətlə məhkəmə zərərçəkmiş şəxslərin ifadələrindəki ziddiyəti aradan qaldırmamışdır. Məhkəmə hökm çıxararkən Təqsirləndirilən şəxs xəstə yoldaşının olmasını, azyaşlı övladının olmasını nəzərə almamışdır. Məhkəmə tərəfindən iş materiallarından yalnız təqsirləndirilən şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində istifadə edilmişdir. Bütün bunlar hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs verilmiş ittihamın və çıxarılmış məhkəmə hökmünün bir daha əsassız olduğunu sübut edir. Məhkəmə tərəfindən hökm çıxarılarkən sübut kimi qəbul etdiyi ödəniş qəbzlərinə, bank məlumatlarına qiymət verilməmişdir. Ona görə qiymət verilməmişdir ki. qəbzlər Təqsirləndirilən şəxs bəraət alması üçün birbaşa mötəbər sübutlar idi. Məhkəmədə bəraətverici hökm çıxarmaq istəməmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxsin borcunun olmadığı iş materialı, qəbzlər və bank məlumatları ilə öz təsdiqini tapmışdır. Hüquqlarını müdafiə etdiyi şəxslə zərərçəkmiş şəxs arasında mülki münasibətlər olduğundan cinayət məsuliyyəti yaratmır. Ümumiyyətlə cinayət hadisəsi olmadığı halda Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması əsassızdır. Işin faktiki hallarından və sübutların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, hüquqlarını müdafiə etdiyi şəxs Münəwər Muxtarovanın əməlində cinayət tərkibi olmadığından, həmçinin təqsirliliyi sübuta yetirilmədiyindən və cinayət hadisəsi olmadığından onun təqsirli olması istisna edilir. Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı ##.##.2026-cı il tarixli hökmdə hüquqlarını müdafiə etdiyi şəxsə elan edilən ittihamı şübhə altına alan hallar nəzərə alınmamışdır. Əsassız olaraq, sübut olmadığı halda mülki iddia tam təmin edilmişdir. Çünki mülki iddia düzgün araşdırılmamışdır. Ümumiyyətlə ziddiyyətlər aradan qaldırılmamışdır. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsi və mülki iddiaların rədd edilməsi barədə hökm çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 nümayəndəsi müdafiəçi1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, təmin edilməsi üçün əsaslar olmadığını, təqsirləndirilən şəxsin əməlinin iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiqini tapdığını qeyd edib, apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayətprosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təqsirləndirilən şəxsə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi dəlili ilə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətində işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək təqsirləndirilən şəxsə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi iddia edilir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad olunan əməli törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidin ifadəsi, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında aparılan “Whatsapp” yazışmaları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad olunan əməli törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidin ifadəsi, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında aparılan “Whatsapp” yazışmaları və işin digər halları ilə Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, törətdiyi əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, apellyasiya məhkəmə baxışında təqsirləndirilən şəxs və müdafiəçisinin çıxışlarının təqsirləndirilən şəxsin ona istinad edilən əməli törətməməsinə dair dəlilinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə toplanmış sübutlarla təkzib olunan dəlillər olmaqla, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunaraq təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək Ifadəsində göstərdi ki, polis idarəsində saxlanılanda müstəntiq Əsqər onu yoldaşı və azyaşlı uşağı ilə təhdid edib, psixoloji təzyiqlər göstərməyə çalışıb, lakin bu təzyiqlər heç bir nəticə vermədi. Onun Mətanət və Xəyalə xanıma mütəmadi olaraq göndərdiyi ödənişləri olub, belə ki, keçən ilin may ayından bu ilin aprel ayına kimi onlara ödənişlər göndərmişdir. Lakin Mətanət xanımdan nə üçün ödənişin azalmadığını soruşduqda, o, göndərdiyi məbləğləri faizə çıxdığını bildirmişdir. Daha sonra bu şəxslər onun şəkillərimi sosial şəbəkələrdə paylaşdı. Daha sonra Əsqər müəllim zərərçəkmiş şəxslərin təkidi ilə onu saxlamış, amma həyat yoldaşının müvafiq qurumlara şikayət etdikdən sonra Əsqər müəllim onu buraxmışdır. hətta, Əsqər müəllimə də bildirmişdir ki, zərərçəkmiş şəxslərə ödənişlər etmişdir. Lakin, onun heç bir sözü nəzərə alınmamış, Əsqər müəllim onui ikinci dəfə saxlamış, yenə yoldaşı müvafiq orqanlara şikayət etdi və o buraxılmışdır. Ibtidai istintaq zamanı yazılan həmin ifadəni isə ailəsi olan yoldaşı və azyaşlı övladına görə imzalamalı olmuşdur. Nə turizm şikətinin rəhbəri olmamış, nə də ki, hansısa turizm şirkətində işləməmişdir.Həyat yoldaşı illərdir ki, tez-tez Avropaya gedib orada işləyirdi. Şəxsən onun özünə qarşı dələduzluq əməli törədilmişdir və ona 193000 manat məbləğində ziyan vurulmuşdur. Hal-hazırda bu məsələ ilə bağlı Yasamal rayon Polis idarəsində iş gedir və cinayət işi araşdırılır. Mətanət xanımdan aldığı ödənişləri həmin bir qrup şəxslərə, yəni Xavər Əliyev və Valeh Ağayevə vermişdir. Həmin şəxslər bu məbləğin üzərində ona pul verməli olmuşlar. Sonra gördükdə ki, onlarona pul vermirlər o şəxsi hesabımdan borca girərək faizləri ödəməyə başlamışdır.Bu məbləğ biznes üçün götürülməyib, heç onun biznesi də yoxdur. Rəfiqəsinin turizm şirkəti var, ora gedib-gələndə, orada Mətanət xanım onu görmüşdü. Biz orada söhbət edərkən Mətanət xanıma dələduzluğun qurbanı olduğum üçün faiz pula ehtiyacım olduğunu bildirdim. Mətanət xanım da gördü ki, onunmüvafiq əmakı, evi, maşını var, buna görə də ona faizlə pul vermişdir. Sonra Mətanət xanım ona bildirdi ki, Xəyalə xanımda da yaxşı pul var və onu da bu işə qoşdu. Sonradan Xəyalə adlı şəxs də bu prosesə qoşuldu. Onlardan nə qədər məbləğ götürdüyü və nə qədər qaytardığını sübut edən çek və digər sənədləri var; lazım gəldikdə görüntü (film) şəklində təqdim edə bilər. Misal üçün, müəyyən hallarda 2000 götürmüş, 3000 qaytarmış; 3000 götürmüş, 5000 qaytarmış — yəni faizlə alınan məbləğlər və qaytarılan məbləğlər konkret rəqəmlərlə mövcuddur və onlar ödədikcə mən də onlara qaytarırdım. Sonradan mən soruşanda ki, mənim borcum niyə silinmir, cavab verildi ki, “mən faizə çıxıram”. Bu iş mülki xarakterlidir. Məcid bildirir ki, guya məni sosial şəbəkədə tanıyıb, lakin bu doğru deyil. Onun dostu Zaur viza məsələləri üçün ona müraciət etdi: Zaura viza üçün dəstək vermişdir,( məsləhət), Zaur Almaniya səfirliyindən vizasını alıb getmişdir; elə oldu ki, Məcid isə həmin vaxt vizasını ala bilməmişdir. Sonradan məlum oldu ki, Zaur Avropaya gedib təslim olub, Azərbaycana qarşı çıxıb, lakin bundan xəbərsiz olmuşdur. Məcid Anar adlı dostu ilə Avropaya getmək üçün ondan yenidən kömək istəmiş; onlara bildirdim ki, Almaniya viza imkanı artıq mümkün deyil, çünki artıq 1 dəfə imtina alınıb, lakin həmin şəxs bu dəfə də başqa Avropa ölkəsinə — məsələn, Slovakiya iş vizasına müraciət etmək qərarı verdi və bunun üçün təxminən 3000 manat pul ödədilər. Sonradan Zaurla əlaqə saxlamış, o, təslim olduğunu, tez Məcidlə Anarın işini görüb onları da göndərməyini, onların da təslim olacağını istədi. Lakin, onlar Azərbaycana qarşı çıxdıqları üçün “bu işdə yoxam” demişdir. Həmin günə kimi viza almaq üçün müvafiq işlər görülmüş və müəyyən qədər də xərclər yaranmışdır, yəni həmin günə kimi aldığı pulu çəkilən xərclərə ödəmişdir. Çünki burada visa üçün dəvətnamə, rüsum və s. xərcləri ola bilər. Mən ödənişləri etdikcə və qaytardıqca, sonradan bildmişdir ki, məqsədindən fərqli fəaliyyətlər üçün ondan istifadə etmişlər. özüm dələduzluğun qurbanıdır və bu səbəbdən həmin pulları geri ala bilmir. Həmçinin Mətanət adlı xanım ona paylaşımlar və şantaj vasitəsilə təzyiq edir. Mən əməliyyat və uşaqla bağlı sağlamlıq səbəbləri üzündən müəyyən müddət narahat olmuş; bu müddətdə ödənişləri tam nəzarətdə saxlamaq mümkün olmayıb. Gecə əməliyyatdan çıxdığım gün səhər saat 8-də belə, lazım olan pulu mən onlara təqdim etmişəm. Hətta, övladım üçün qohumlarımın mənə verdikləri pulu da onlara vermişdir. Məcidə 150 manat pul göndərmiş, lakin Anarla əlaqəsi olmamışdır. o, Məcidin dostu idi. Mətanət və Xəyalə xanıma nə qədər pul borclu olduğunu bilmir. Çünki ona pul göndərdikdə faizə çıxdığını, kökdən çıxmadığını bildirirdi. Lakin əlində çeklər, bank əməliyyatlarının çıxarışları, ödəniş qəbzləri, videogörüntü materialları, sosial şəbəkə yazışmaları, screenshot-lar var. Bunları Məhkəməyə təqdim edə bilər. Nəticə olaraq, özünü dələduzluğun və şantajın qurbanı hesab edir. Xahişi odur ki, bu məsələ üzrə müvafiq yoxlamalar aparılsın, sənədlər və təqdim etdiyim sübutlar əsasında hüquqi qiymət verilsin və ona qarşı edilən zərərin ödənilməsi istiqamətində tədbirlər görülsün. Pulları ona Mətanət göndərmiş, Xəyalənin ona pul göündərdiyini bilmir, ona pulları kart vasitəsi ilə Mətanət göndərmişdir.Ən böyük məbləğ 3000 manat olmuşdur. Mətanət ona pulları qazanc məqsədi ilə faizə vermişdir.Mətanət onun şəhərin mərkəzində evi, maşını olduğunu görüb ona inanmışdır.Xəyalə xanımdan aldığı ən böyük məbləğ 4000-5000 manat olmuşdur.Cəmi göndərilən məbləğ 15000 manatdan yuxarı olub. zərərçəkmiş şəxs1 və Anar Şıxbabayevdən ümumilikdə 3000 manat pul alıb, lakin viza üçün Slovakiya səfirliyinə müraciət etməmişdir. Mətanət xanıma qaytardığı məbləğ ümumilikdə 16000 manat təşkil edir. Daha sonra təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, Mətanətin ona pulları faizə verməsini, verilmiş pulların qaytarıldığını, onun özünün də dələduzluğun qurbanı olmasını nəzərə alaraq onun barəsində bəraət hökmnün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı verdiyi öz xətti ilə yazdığı ifadəsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2017- 2019cu illər ərzində turizm şirkətində çalışmış və həmin vaxtlarda da zərərçəkmiş şəxs2 tanımışdır. Belə ki, Mətanət onun işlədiyi şirkət vasitəsi ilə bir neçə dəfə tur-paketlər sifariş vermiş və həmin vaxtlardan da Mətanətlə münasibətləri yaranmışdır. Lakin 2019-cu ildən sonra uzun müddət ərzində işləməmiş və 2024-cü ilin əvvəllərindən başlayaraq maddi vəziyyəti çətinləşməyə başlamışdır. Daha sonra isə hamilə qalmış və bununla əlaqədar pula ehtiyacları yaranmışdır. Özünə pul vəsaiti əldə etmə yollarını axtararkən ilk əvvəl Mətanəti hər hansı bir bəhanə ilə aldadıb özünə pul əldə etmək qərarına gəlmiş, bu məqsədlə 2024-cü ilin fevral Mətanətə zəng vurub özünə yeni tikinti şirkəti yaratdığını, həmin şirkəti genişləndirmək üçün pul vəsaiti lazım olduğunu, əgər yaratdığı şirkətə pul yatırarsa 15 gün ərzində ona yatırdığı pulun 20 faizi məbləğində əlavə xeyir verə biləcəyini bildirib həmçinin başqa yaxın tanışlarından da bu işə qoşulmaq istəyən varsa onları da bu işə cəlb etməyi təklif etmiş, Mətanət ona inanıb ilk dəfə ona 2000 manat pul vermiş, Mətanəıti inandırmaq üçün 10-15 gün ərzində ona verdiyi pulla bərabər 20 faiz əlavə qazanc da vermiş, bundan sonra Mətanət ona tam inanmışdır. Təxminən 2024-cü ilin iyun ayında Mətanət ona məxsus bank kartına 5100 manat pul göndərmiş, həmin pulu öz ehtiyaclarıma xərcləmişdir. Həmçinin Mətanət onun əlavə 20 faiz xeyir verəcəyinə inanaraq öz rəfiqəsi zərərçəkmiş şəxs3 ilə tanış etmiş, Xəyalə onunla danışdıqdan sonra 10 gün ərzində hər verdiyi 1000 manata görə 200 manat əlavə xeyir verəcəyinə inanıb 2024-cü ilin iyul ayında bir neçə dəfəyə onun adma olan kart hesabına ümumilikdə 16.500 manat pul göndərmişdir. Həmin pulları da öz şəxsi ehtiyaclarına xərcləmiş, daha sonra Mətanət və Xəyalə ona zəng vurub verdikləri pulları üstündə xeyiri ilə birlikdə geri istəməyə başlayanda müxtəlif bəhanələrlə onlara həmin pulları qaytarmaqdan imtina etmişdir. Bundan sonra 2024-cü ilin noyabr ayında ona zərərçəkmiş şəxs1 və Anar Şıxbabayev adlı şəxslər müraciət edərək xaricə işçi vizası düzəltmək imkanlarının olması barədə eşitdiklərini və onlara Slovakiya Respublikasında iş vizası düzəldə biləcəyi barədə soruşduqda Məcidgilə 1500 manat müqabilində onların hər birinə Slovakiya Respublikasında işləmək üçün iş vizası düzəldə biləcəyini, qeyd olunan məbləği ona ödədikdən sonra 2 ay ərzində vizalarının hazır olacağını bildirdikdə onlar inanmış və ## ###### 2024-cü il tarixdə hər biri ona məxsus kart hesabına 1500 manat pul göndərmişlər. Qeyd olunan məbləğləri də öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2025-ci ilin əvvəllərində Məcidgil onunla Bakı şəhərində görüşərək özlərinə məxsus şəxsiyyət vəsiqələrini, ümumvətəndaş pasportlarını və məhkumluqlarının olmaması barədə arayışları təqdim etmiş, o isə yanvar ayının 7-nə kimi onların vizalarının hazır olacağını bildirmişdir. Lakin həmin vaxtdan sonra onlarla görüşməkdən və telefonlarına cavab verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Münəvvər həmin tarixlərdə “xxxx” turizm şirkətində işləmiş və ona bir neçə dəfə həmin şirkət vasitəsilə viza dəstəyi göstərilməsində, hotel sifariş verilməsində köməklik etmişdir. Buna görə aralarında müəyyən münasibət yaranmış və Münəvvəri sözünə, əməlinə düz, etibarlı insan kimi tanımışdır. 2024-cü ilin fevral ayında Münəvvər ona özünün turizm şirkəti yaratdığını deyib, işlərini genişlətmək istədiyini qeyd edərək ona iş birliyi təklif etmiş, 2024-cü ilin fevral-mart aylarında Münəvvər həmin fəaliyyətdən qazanc əldə edəcəyini deyib, bir neçə dəfə ondan 1.000- 2.000 manat civarında pul almış və 10-15 gün ərzində həmin pulu üzərində 200-250 manat qazancı ilə birlikdə geri qaytarmışdır. 2024-cü ilin may ayında rəfiqəsi zərərçəkmiş şəxs3 ilə görüşüb söhbət edərkən, söhbət əsnasında ona bu barədə danışmış və o da Münəvvərin turizm şirkətinə köçürümə edib qazanc əldə etmək istədiyini bildirmişdir. Bu barədə Münəvvərə bildirəndə, Münəvvər etiraz etməyib, Xəyalənin pul köçürümü etməsi üçün özünə məxsus kart hesabının nömrəsini ona vermiş, Xəyalə həmin kart hesabına 1.000 manat pul köçürmüş və 10 gün sonra Münəvvər vəd etdiyi kimi 1.000 manatın üstündə 200 manat qazanc olaraq, Xəyalənin kart hesabına 1.200 manat pul göndərmişdir. 2024-cü ilin iyun-iyul aylarında Münəvvər yaratdığı turizm şirkətinin fəaliyyətinə böyük məbləğdə pul yatırmaqla yüksək məbləğdə qazanc əldə edəcəyini deyərək, bu məqsədlə onun kart hesabına 5.100 manat pul köçürməyi təklif edib, 10 gündən sonra həmin məbləğin üzərində ona 1.200 manat pul qaytaracağını vəd etdikdə qısa müddət ərzində bu cür böyük məbləğdə qazanc əldə etmənin xeyli sərfəli olduğunu düşünərək, Təqsirləndirilən şəxs ondan istədiyi 5.100 manat pulu onun 5522 0993 1156 **** nömrəli kart hesabına köçürmüş, 2024cü ilin iyun ayının ortalarında Münəvvər onunla əlaqə saxlayıb, iyul ayının əvvəli üçün Türkiyə Respublikasına “qaynar xətt” üzrə turpaketlərin olduğunu, həmin turpaketləri əldə edərsə, böyük məbləğdə qazanc əldə edə biləcəyini deyib, təcili olaraq 20-25 min manat məbləğində pula ehtiyacının olduğunu deyərək, verilən məbləği bir həftə-on gün müddətində hər 1.000 manata görə üstündə əlavə 200 manat qazancla geri qaytaracağını vəd etdikdə onun belə böyük məbləğdə pulu olmamış, lakin 2024-cü ilin iyun ayının axırlarında Xəyalə ilə görüşəndə ona Münəvvərin etdiyi təklif barədə danışmışdır. Münəvvərin etdiyi təklif Xəyaləyə maralı gəlmiş və o, bu barədə Münəvvərlə telefon əlaqəsi saxlayaraq danışacağını demişdir. 2024-cü ilin iyul ayının ortalarında Xəyalə onunla əlaqə saxlayaraq, Münəvərlə danışdığını, Münəvvərin ona Türkiyə Respublikasına “qaynar xətt” üzrə turpaketlər əldə etmək üçün 20.000 manat pula ehtiyacının olduğunu deyib, verdiyi məbləğin üstündə ona bir həftədən sonra hər 1.000 manata görə əlavə 200 manat qazanc verəcəyinə söz verdiyini, buna görə ## #### 2024-cü il tarixdə Beynəlxalq Banka məxsus kart hesabından mobil tətbiqi vasitəsilə X8 məxsus kart hesabına 5.000 manat, ## #### 2024-cü il tarixdə Beynəlxalq Banka məxsus kart hesabından mobil tətbiqi vasitəsilə X8 məxsus kart hesabına 10.000 manat, ## #### 2024- cü il tarixdə isə qızı Aylanın “LeoBank”a məxsus kart hesabından X8 məxsus kart hesabına 1.500 manat pul köçürdüyünü bildirmişdir. Lakin Münəvvər vəd etdiyi tarixdən 20-25 gün keçdikdən sonra onunla əlaqə saxlayanda, Türkiyədə nağdlaşdırma prosesində problemlərinin yarandığını, buna görə nə onun, nə də Xəyalənin pulunu vaxtında qaytara bilmədiyini deyib, pulu qaytarmaq üçün ona vaxt verməyi xahiş etmiş, əgər pulu düzəldə bilməsə, yaşadığı mənzili satıb pulları ödəyəcəyinə söz vermişdir. Münəvvərə inanaraq etiraz etməmiş, Münəvvər 2024-cü ilin sentyabr ayının sonuna kimi pulu qaytaracağını bildirmişdir. 2024-cü ilin oktyabr ayının ortalarına kimi gözləmiş və yenidən onunla telefon əlaqəsi saxlayanda, Münəvvər müxtəlif bəhanələr gətirməyə, növbəti ay pulu mütləq qaytaracağını bildirəndə, artıq Münəvvərin müxtəlif bəhanələrlə onu aldatdığını başa düşmüşdür. 2025-ci ilin fevral ayının əvvəlində isə o və Xəyalə danışıb rəsmi qaydada hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlmiş və Sumqayıt şəhər prokurorluğuna ərizə yazaraq, Təqsirləndirilən şəxs hərəkətlərindən şikayət etmişlər. Araşdırmanın gedişində Münəvvər ondan aldatma yolu ilə aldığı 16.500 manat məbləğində pulun 880 manatını qaytardı, qalan 15,620 manat pulu isə bu günə kimi qaytarmamışdır. 2024-cü ilin fevral ayından Münəvvərə pul vermiş, o da ona xeyir qaytarmışdır. Istintaqa almadığı pulların çeklərini təqdim etmişdir. 2024-cü ilin fevral ayından bu münasibət başladı, Münəvvərə pulu verməyə başladıq, lakin xanım onların pulunun hamısını qaytarmamış, bir az qaytarmış, daha sonra müxtəlif bəhanələr gətirib ödənişlərdən yayınmağa çalışmışdır.. Aprel ayının 13ü 600 manat, 13-ü 400 manat, 20-si 1000 manat, 24-ü 300 manat, 27-si 500 manat, yenidən 500 manat, 150 manat göndərmişəm, sonra 8 maydan etibarən Xəyalə xanımın göndərdiyi məbləğlərdir.Münəvvər ona son 5100 manatı qaytarmayıb. Münəvvərin ona verdiyi pullardan sonra Münəvvərin ona 5100 manat borcu qalıb.Bir daha qeyd etmək istəyir ki, təqsirləndirilən şəxs ona müəyyən ödənişlər etmişdir.O.zərərçəkmiş şəxs3 ilə birlikdə Təqsirləndirilən şəxs 36550 manatdan artıq pul versə də pulun bir hissəsi qaytarılsa da onun 5100 manat pulu, zərərçəkmiş şəxs3 16500 manat pulu qaytarılmamışdır. Şikayət etdiyi 5100 manat qaytarılmayan məbləğdir. Hazırda verdiyi mülki iddianın təmin edilməsini, Münəvvərdən 5100 manat pulun alınıb ona qaytarılmasını tələb edir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs məxsus kart hesablarına cəmi 5100 manat pul köçürməsini təsdiq edən pul köçürmələrinin qəbzlərinin kserosurətləri, yəni ## ##### 2024-cü il tarixdə «Mobil bank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 **** nömrəli kart hesabına 600 manat məbləğində, ## ##### 2024-cü il tarixdə «Mobil bank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 **** nömrəli kart hesabına 400 manat məbləğində, ## ##### 2024-cü il tarixdə «Mobil bank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 **** nömrəli kart hesabına 1000 manat məbləğində, ## ##### 2024-cü il tarixdə “xxxx” kommersiya bankı vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 **** nömrəli kart hesabına 300 manat məbləğində, ## ##### 2024-cü il tarixdə “xxxx” kommersiya bankı vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 **** nömrəli kart hesabına 150 manat məbləğində, ## ##### 2024-cü il tarixdə «Mobil bank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 **** nömrəli kart hesabına 500 manat məbləğində, ## ### 2024-cü il tarixdə «Mobil bank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 **** nömrəli kart hesabına 500 manat məbləğində, ## ### 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “Grandmart” mağazasında quraşdırılmış “m 10” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 **** nömrəli kart hesabına 500 manat məbləğində pulun ödənilməsi barədə qəbzlər cinayət işinə əlavə edilmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayında Mətanət ona Münəvvər adlı qadınla tanış olduğunu, həmin qadının özünə məxsus turizm şirkətinin olduğunu, onunla iş birliyi qurarsalar, qazanc əldə edə biləcəyimi deyərək, özünün bir neçə dəfə ona pul verdiyini və qazanc əldə etdiyini bildirmişdir.. Mətanətin danışdıqları maraqlı gəldiyi üçün o də qazanc əldə etmək üçün Münəvvərin hesabına pul köçürmək istədiyimi bildirmişdim. Mətanət Münəvərə zəng vurub mənim onunla rəfiqə olduğumu və onun kart hesabına pul köçürüb qazanc əldə etmək istədiyimi bildirdi. Münəvvər Mətanətə pul köçürmək üçün kart hesabı vermiş və o 2024-cü ilin may ayında Münəvvərin həmin kart hesabına 1.000 manat pul köçürmüşdür. Bir həftə sonra Münəvvər mənim Beynəlxalq Banka məxsus 4127 2081 0361 1496 kart hesabıma 1.200 manat pul köçürdü. Həmin məbləğin 1.000 manatı mənim pulum idi, 200 manatı isə qazane idi. Bildirmək istəyir ki, Mətanət onaə Münəvvərin hesabına pul köçürüb qazanc əldə etməsi barədə danışarkən, ilk əvvəl bu deyilənlərə inanmadım, buna görə ilk dəfə Münəvvərin kart hesabına 1.000 manat göndərmiş, lakin bir həftə sonra Münəvvər ona göndərdiyi pulun üstündə ona qazanc olaraq 200 manat əlavə pul göndərəndə, bu deyilənlərin həqiqət olduğuna inanmışdır. 2024-cü ilin iyun ayının sonlarında Mətanətlə görüşəndə mənə dedi ki, Münəvvər onunla telefon əlaqəsi saxlayaraq, iyul ayının əvvəli üçün Türkiyə Respublikasına "qaynar xətt üzrə furpaketlərin olduğunu, həmin turpaketləri əldə etmək üçün təcili olaraq 20 min manat məbləğində pula ehtiyacının olduğunu deyib, bir həftənin sonunda verdiyimiz məbləğin üstündə hər 1.000 manata görə əlavə 200 manat qazanc verəcəyinə söz verdiyini bildirdi. X5 dediklərini öz qulaqlarımla təkrar eşitmək üçün onun mobil nömrəsini Mətanətdən götürərək zəng vurmuş və Münəvvərlə danışanda ona demişdirdir ki, təcili olaraq 20 min manata ehtiyacı vardır, onun kart hesabına bu məbləğim göndərsə, biir həftədən sonra hər 1.000 manat pulun üstündə ona 200 manat pul qaytaracaqdır. ## #### 2024-cü il tarixdə yaşadığı ünvandan mənim Beynəlxalq Banka məxsus 4127 2081 0361 1496 kart hesabımdan mobil tətbiqi vassitəsilə X8 məxsus 5522 0993 1156 9081 kart hesabına 5.000 manat, ## #### 2024-cü il tarixdə yenə də yaşadığı ünvandan onun Beynəlxalq Banka məxsus 4127 2081 0361 1496 kart hesabımdan mobil tətbiqi vasitəsilə X8 məxsus 5522 0993 1156 9081 kart hesabına iki dəfəyə, hər dəfə 5.000 manat olmaqla, cəmi 10.000 manat və ## #### 2024-cü il tarixdə yaşadığı ünvanda olarkən, qızı Aylanın "LeoBank"a məxsus 4098 0944 2030 3248 kart hesabından X8 məxsus 5522 0993 1156 9081 kart hesabına 1.500 manat pul köçürmüşdür. Mətanət də həmin vaxt Münəvvərin kart hesabına 5.100 manat pul göndərmişdir. Münəvvərin vəd etdiyi bir həftə müddət keçəndə Münəvvərlə ilk əvvəl əlaqə saxlamamış, onun özünün onunla nə vaxt əlaqə saxlayacağını gözləmək qərarına gəlmişdir. Lakin deyilən tarixdən 20 günə yaxın müddət keçəndə onunla yenidən əlaqə saxlamış, Münəvvər ona Türkiyədə nağdlaşdırmada problemlərinin yarandığını, bu səbəbdən nə onun, nə də Mətanətin pulunu vaxtında qaytara bilmədiyini deyib, ona möhlət verməyi xahiş etmiş və əgər pulu düzəldə bilməsə, yaşadığı mənzili satışa çıxararaq, pullarını ödəyəcəyini vəd etmişdir. Ondan pulumuzu konkret olaraq hansı tarixə kimi qaytaracağını soruşanda isə Münəvvər 2024-cü ilin sentyabr ayının sonuna kimi pulu qaytaracağına söz vermişdir. Həmin vaxtdan sonra isə hər həftə müxtəlif bəhanələr gətuirməyə, növbəti həftə onun pulunu qaytaracağına söz vermişdir. Münəvvərin bu bəhanələri 2024-cü ilin sonuna kimi davam etmiş, 2025-ci ilin fevral ayının əvvəlində isə zərərçəkmiş şəxs2 ilə danışıb rəsmi qaydada hüquq mühafizə orqanlarına şikayət etmək qərarına gəldim və Sumqayıt şəhər prokurorluğuna ərizə yazaraq, Təqsirləndirilən şəxs hərəkətlərindən şikayət etmişdir. 16500 manat pulu Münəvvərə kart vasitəsi ilə göndərmişdir. Həmin puldan heç bir məbləğ ona qaytarılmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Verdiyi 16500 manat pulun ona qaytarılmasını tələb edir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qızma məxsus kart hesablarına cəmi 16500 manat pul köçürməsini təsdiq edən pul köçürmələrinin qəbzlərinin kserosurətləri, yəni ## #### 2024-cü il tarixdə «Mobil bank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 **** nömrəli kart hesabına 5000 manat məbləğində, ## #### 2025-ci il tarixdə Mobil bank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 **** nömrəli kart hesabına 5000 manat məbləğində,yenə həmin tarixdə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 **** nömrəli kart hesabına 5000 manat məbləğində, ## #### 2024-cü il tarixdə qızı Şahid məxsus “Leobank” bankına məxsus 4098 0944 2030 **** saylı kart hesabından Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 **** nömrəli kart hesabına 1500 manat məbləğində pulun ödənilməsi barədə qəbzlər cinayət işinə əlavə edilmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin noyabr ayında dostu Zaur iş vizası ilə Almaniya Federativ Respublikasına işləməyə getmiş, o da Almaniyaya getmək istəmiş, lakin ona imtina qərarı gəlmişdir. ## ###### 2024-cü il tarixdə Zaurla WhatsApp ani mesajlaşma tətbiqi üzərindən əlaqə saxlayıb danışarkən, o, “Facebook” sosial şəbəkəsində Inara adlı qadının Avropa ölkələrinə iş vizası düzəltməsi barədə reklamının getdiyini bildirmiş, o da “Facebook” sosial şəbəkəsinə baxanda, həqiqətən belə bir reklamın olduğunu görüb, oradan adını Inara kimi qeyd edən qadının WhatsApp nömrəsini götürmüş və onunla WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə səs ataraq əlaqə saxlayıb, Almaniyaya işləməyə getmək istədiyini, lakin imtina gəldiyini deyərək, Slovakiya Respublikasına iş vizası ilə gedib orada oturum aldıqdan sonra Almaniyaya getmək fikrində olduğunu bildirmiş və Slovakiya Respublikasına iş vizası almaq mümkün olub-olmadığını soruşmüşdür. Özünü Inara kimi təqdim edən qadın ona yazaraq Slovakiya Respublikasına iş vizasının alınması üçün ilkin olaraq 1.500 manat pul veriləcəyini, 2025-ci ilin yanvar ayında, bayramlardan sonra səfirliyə çağırılacağını və səfirliyə girəndə əlavə olaraq rüşvət kimi 1.000 manat pul ödəniləcəyini bildirmişdir. O, özünü Inara kimi qeyd edən qadından sənədlərə yenidən imtina veriləcəyi halda hansı tədbirlərin görükdüyünü soruşanda, o işlərini rüşvət əsasında gördükləri üçün imtina barədə söhbət ola bilməyəcəyini, əgər imtina cavabı gələrsə, verdiyi məbləğ tam şəkildə geri qaytarılacağını bildirmişdir. Bu söhbət zamanı özünü Inara kimi qeyd edən qadın ona sözünün həqiqət olduğuna inanması üçün bir neçə şəxsin iş vizasının fotolarını da göndərmiş, məsləhətləşib onunla təkrar əlaqə saxlayacağını bildirmiş və həmin gün dostu zərərçəkmiş şəxs4lə bu barədə məsləhətləşmişdir. Hər ikisi Inara adlı qadının vasitəsilə Slovakiya Respublikasına iş vizası almaq qərarına gəlmiş və ## ###### 2024- cü il tarixdə özünü Inara kimi təqdim edən qadınla WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlamış və onunla birlikdə dostu zərərçəkmiş şəxs4 də Slovakiyaya iş vizası almaq istədiyini bildirmişdir. Bundan sonra özünün və Anarın şəxsiyyət vəsiqələrinin və xarici pasportlarının, eləcə də məhkumluq barədə arayışın fotoşəkillərini ona göndərmişdir. ## ###### 2024-cü il tarixdə özünü Inara kimi təqdim edən qadın ona WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə xxxxa məxsus olan 5243 7544 4335 3634 kart nömrəsini göndərərək, 1.500 manatı həmin kart hesabına göndərməyi tapşırmış, Anarla o, hər biri Inaranın WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə göndərdiyi xxxxa məxsus 5243 7544 4335 3634 kart hesabına 1.500 manat pulu Sumqayıt şəhəri, Sülh küçəsi, “Ideal parfümeriya” mağazasında olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə köçürmüşlər. Inara onların iş vizasının 2025-ci ilin yanvar ayının 07-də hazır olacağını və həmin tarixdə Slovakiya səfirliyinə daxil olacaqlarını bildirmiş və əlavə etmişdir ki, razılaşdıqları kimi, həmin tarixdə səfirliyə çağırılarkən rüşvət olaraq oraya verəcəkləri 1.000 manat pul da üstlərində olsun. ## ###### 2024-cü il tarixdə özünü Inara kimi təqdim edən qadın WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayaraq, sənədləırin yığılmasına əlavə 50 manat pul tələb olunduğunu, birinin 50 manatını o ödədiyini deyib, əlavə 50 manatı həmin xxxx kart hesabına köçürməyi tapşırmış, o, etiraz etməyib həmin gün 50 manat pulu xxxxa məxsus 5243 7544 4335 3634 kart hesabına Sumqayıt şəhəri, Nərimanov küçəsində yerləşən “TamStore” mağazasında olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə köçürmüşdür. ## ###### 2025-ci il tarixdə özünü Inada kimi qələmə verən qadın WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayaraq səfirliyə girərkən şəxsiyyət vəsiqəsinin, xarici pasportun və məhkumluq haqqında arayışın lazım gələcəyini bildirib, həmin sənədləri təcili olaraq ona çatdırmaq lazım olduğunu demiş, o, Anara və özünə məxsus olan şəxsiyyət vəsiqələrini, xarici pasportları və məhkumluq haqqında arayışları götürüb, Inaranın konum atdığı ünvana, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehtiyev küçəsində yerləşən “AptekDokta”nın qarşısında onunla görüşmək üçün yollanmışdır. Həmin gün günorta saatlarında özünü Inara kimi təqdim edən qadınla görüşmüş, o, orta boylu, dolu bədən quruluşlu, tünd rəngdə saçları olan, təxminən 35-40 yaşlarında qadın idi. Danışığından rusdilli olub, Bakı ləhçəsi ilə danışırdı. O, görüşə tək gəlmiş, sənədləri ondan götürəndə uzağı yanvar ayının 08-də “X2 səfirliyinə içəri salmağa çalışacağam” demişdir. Bundan sonra isə 2025-ci ilin fevral ayının 05-nə kimi Anarla onun Azərbaycandan Slovakiyaya çıxışları həll olunacaqdır. Bundan sonra həmin Inara adlı qadın o və Anan Slovakiya səfirliyi adı ilə müxtəlif ünvanlara göndərmiş, o və Anar Inara adlı qadının onları aldadaraq pullarını ələ kçeirdiyini başa düşüb ## ###### 2025-ci il tarixdə Inara adlı qadının onlara qarşı dələduzluq etməsi ilə əlaqədar Sumqayıt şəhər polis idarəsinin 4-cü PBnə ərizə yazaraq şikayət etmişlər.Sonradan özünü Inara kimi təqdim edən qadının Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər.Həmin puldan Münvvər tərəfindən ona 150 manat qaytarılmışdır. Hazırda verdiyi pulun ona qaytarılmasını və verdiyi mülki iddianın təmin edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, araşdırma dövründə zərərçəkmiş şəxs1 ##.##.2024-cü il tarixdə, saat 13-15-də Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Ideal Parfymeru” mağazasında quraşdırılmış “Milli ön” ödəmə terminalından Təqsirləndirilən şəxs məxsus “xxxx” bankına aid 5243 7544 4335 3634 kart hesabına köçürmüş olduğu 1500 manat pulun qəbzinin kserosurətini materiala əlavə olunmasından ötrü təqdim etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs1 ilə bir neçə ildir dostluq münasibətləri vardır. 2024cü ilin noyabr ayında ortaq dostları Zaur iş vizası ilə Almaniyanın Frankfurt şəhərinə işləməyə getmiş, ## ###### 2024-cü il tarixdə Zaurla WhatsApp ani mesajlaşma tətbiqi üzərindən əlaqə saxlayıb danışarkən, o, “Facebook” sosial şəbəkəsində Inara adlı qadının Avropa ölkələrinə iş vizası düzəltməsi barədə reklamının getdiyini bildirdikdə ## ###### 2024-cü il tarixdə Məcid ona zəng vuraraq, “Facebook” sosial şəbəkəsinə baxdığını, həqiqətən belə bir reklamın olduğunu, orada adını Inara kimi qeyd edən qadının WhatsApp nömrəsini görüb götürdüyünü və WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə həmin qadına səs ataraq əlaqə saxladığını və Almaniyaya işləməyə getmək istədiyini, əvvəllər etdiyi müraciətinə imtina gəldiyini bildirib, Slovakiya Respublikasına iş vizası ilə gedib orada oturum aldıqdan sonra Almaniyaya getmək fikrində olduğunu izah etdiyini və Slovakiya Respublikasına iş vizası almaq mümkün olub-olmadığını soruşduğunu, Inara adlı qadının ona Slovakiya Respublikasına iş vizasının alınması üçün ilkin olaraq 1.500 manat pul veriləcəyini, 2025-ci ilin yanvar ayında, bayramlardan sonra səfirliyə çağırılacağını və səfirliyə girəndə əlavə olaraq rüşvət kimi 1.000 manat pul ödəniləcəyini yazdığını danışmış, Məciddən sənədlərə yenidən imtina veriləcəyi halda necə olacağını soruşduqda Məcid həmin sualı Inara adlı qadına verdiyini və Inaranın ona işlərini rüşvət əsasında gördükləri üçün imtina gəlməyəcəyinə, əgər imtina cavabı gələrsə, verdikləri pulların tam məbləğdə geri qaytarılacağına söz verdiyini bildirmişdir. ## ###### 2024-cü il tarixdə Məcid ona zəng vuraraq, özünə məxsus şəxsiyyət vəsiqəsinin və xarici pasportunun, eləcə də məhkumluq barədə arayışın fotoşəkillərini Inaraya göndərdiyini, indi də Inaranın ona WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə xxxxa məxsus olan 5243 7544 4335 3634 kart nömrəsini göndərib, 1.500 manatı həmin kart hesabına köçürməyi tapşırdığını bildirərək onun nə qərara gəldiyini soruşmuş, Məcidlə birlikdə Slovakiya Respublikasına iş vizasını almaq qərarına gəlib, həmin gün sənədlərini hazırlayaraq, Inara adlı qadının WhatsApp-na göndərmiş və Məcidlə birlikdə hər biri ayrı-ayrılıqda Inaranın WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə göndərdiyi xxxxa məxsus 5243 7544 4335 3634 kart hesabına 1.500 manat pulu Sumqayıt şəhəri, Sülh küçəsi, “Ideal parfümeriya” mağazasında olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə köçürmüşlər. Inara onların iş vizasının 2025-ci ilin yanvar ayının 07- də hazır olacağını və həmin tarixdə Slovakiya səfirliyinə daxil olacaqlarını, həmin tarixdə səfirliyə çağırılarkən rüşvət olaraq oraya verəcəkləri 1.000 manat pulu da özləri ilə götürməyi tapşırmışdır. ## ###### 2024-cü il tarixdə Məcid ona Inara adlı qadın WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayıb, sənədlərin yığılmasına əlavə 50 manat pul tələb olunduğunu deyərək, 50 manatı həmin xxxx kart hesabına köçürməyi tapşırdığını, onun da həmin 50 manatı xxxxa məxsus 5243 7544 4335 3634 kart hesabına köçürdüyünü bildirmişdir. ## ###### 2025-ci il tarixdə özünü Inada kimi qələmə verən qadın WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayaraq səfirliyə girərkən şəxsiyyət vəsiqəsinin, xarici pasportun və məhkumluq haqqında arayışın lazım gələcəyini bildirib, həmin sənədləri təcili olaraq ona çatdırmaq lazım olduğunu demiş, o və Məcid özlərinə məxsus olan şəxsiyyət vəsiqələrini, xarici pasportları və məhkumluq haqqında arayışları götürüb, Inaranın konum atdığı ünvana, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehtiyev küçəsində yerləşən “AptekDokta”nın qarşısında onunla görüşmək üçün yollanmışlar. Həmin gün günorta saatlarında özünü Inara kimi təqdim edən qadınla görüşmüş, o, orta boylu, dolu bədən quruluşlu, tünd rəngdə saçları olan, təxminən 35-40 yaşlarında qadın idi. Danışığından rusdilli olub, Bakı ləhçəsi ilə danışırdı. O, görüşə tək gəlmiş, sənədləri ondan götürəndə uzağı yanvar ayının 08-də “X6 səfirliyinə içəri salmağa çalışacağam” demişdir. Bundan sonra isə 2025-ci ilin fevral ayının 05-nə kimi Məcidlə onun Azərbaycandan Slovakiyaya çıxışları həll olunacaqdır. Bundan sonra həmin Inara adlı qadın o və Məcidi Sşlovakiya səfirliyi adı ilə müxtəlif ünvanlara göndərmiş, o və Məcid Inara adlı qadının onları aldadaraq pullarını ələ keçirdiyini başa düşüb ## ###### 2025-ci il tarixdə Inara adlı qadının onlara qarşı dələduzluq etməsi ilə əlaqədar Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nə ərizə yazaraq şikayət etmişlər. Sonradan özünü Inara kimi təqdim edən qadının Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs4 ##.##.2024-cü il tarixdə, saat 13-17-də Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Ideal Parfymeru” mağazasında quraşdırılmış “Milli ön” ödəmə terminalından Təqsirləndirilən şəxs məxsus “xxxx” bankına aid 5243 7544 4335 3634 kart hesabına köçürmüş olduğu 1500 manat pulun qəbzinin kserosurətini materiala əlavə olunmasından ötrü təqdim etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı mülki iddia verərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona verdiyi 5100 manat və dövlət rüsumu kimi ödədiyi 72 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı mülki iddia verərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona verdiyi 1550 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddələrlə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir və iş materiallarında olan sübutlarla onun CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Birinci instansiya məhkəməsi haqlı olaraq hökmdə qeyd etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində işin istintaqını aparan müstəntiqin onu həyat yoldaşı və azyaşlı övladı ilə təhdid etdiyi üçün etirafedici ifadələr verməsi, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ona pulları faizlə verməsi, zərərçəkmiş şəxs2 aldığı pulları tam qaytarması barədə ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəlmədiyindən, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında aparılmış “Whatsapp” yazışmaları, istintaq hərəkəti protokolları və digər istintaq materialları ilə təzkib olunduğundan, işin faktiki hallarına uyğun gəlmədiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun gəldiyindən sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı azadlıqda olmuş, buna baxmayaraq təqsirləndirilən şəxs müstəntiqin ona təzyiq edərək etirafedici ifadələr verməyə məcbur etməsi barədə hər hansı orqana şikayət etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 aldığı pulları ona tam həcmdə qaytarması, bununla bağlı məhkəmə məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərinə münasibətdə hesab etmişdir ki, təqsirləndirilən şəxs rəsmi olaraq heç bir yerdə işləməmiş, vergi ödəyicisi olmamış, özünün də ifadəsində qeyd etdiyi kimi zərərçəkmiş şəxslər aldığı pulları bir iki gün sonra faizlə geri qaytarması onun məhz zərərçəkmiş şəxslərin etibarını qazanmaqla onların əmlakını ələ keçirmək məqsədi ilə bir vasitə kimi çıxış etmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həyat yoldaşı X7 mühkəməyə təqdim etdiyi bank kartından köçürmələr edilməsinə dair çıxarışlardan görünür ki, zərərçəkmiş şəxs2 bank kartına ümumilikdə 15600 manat ödəniş edilmişdir. Lakin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə istintaqı zamanı məhkəməyə təqdim edilmiş kartdan bankdaxili karta köçürmələrə dair qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus kartlara ümumilikdə 36550 manat pul köçürülsə də, Təqsirləndirilən şəxs tərəfindən həmin vəsaitdən ona yalnız 15210 manat pul qatarılmışdır. Pulun bir hissəsini qaytarsa da, ümumiyyətlə 21500 manat pulu müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 aldığı pulları tam həcmdə geri qaytarması barədə ifadəsini işin faktiki hallarına uyğun gəlmədiyindən sübut kimi qəbul etməmiş, təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı və istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmışdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını və CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hal isə müəyyən etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. CPM-nin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təqsirləndirilən şəxsə bəraət verilməsi barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CMin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-nin 397-399, 407, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-121/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-121/2026
08.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver