Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-123/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə ##.##.2000-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Mənzil Kommunal Sahəsində bağban işləyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalında dərhal həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasına göndərilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 455 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, ## ######## 2025-ci il tarixdə, saat 21:24-də Sumqayıt şəhəri, 18-ci məhəllə, ** saylı tam orta məktəbin arxa hissəsində Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən sağ əlində ağ rəngli torbada qara rəngli sellofana bükülmüş təmiz çəkisi 455 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət verilməsinə dair hökm qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin * saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə MKS-nə heç bir şikayət ərizəsi daxil olmamışdır. * saylı MKS-də sosial işçi kimi fəaliyyət göstərir. İş fəaliyyəti haqqında heç narazılıq yoxdur. Yaşadığı məhlədə qonşular arasında hörməti vardır. Müsbət xarakterizə olunur. Eyni zamanda tərəfimizdən təqdim edilmiş tibbi sənəddə Təqsirləndirilən şəxs Sumqayıt şəhər X4 qeydiyyatda olması və orada mütəmadi müalicə alması barədə arayış təqdim edilmişdir. Hökm çıxarılan zaman bu hal nə iş materiallarında nəzərə alınmışdır nə də, məhkəmə hökmündə göstərilməmişdir. Bundan əlavə məhkəməyə müdafiə tərəfinin təqdim etdiyi ##.##.2025-ci il tarixli vəsatətlə məhkəmədən ünvan 1 ünvanında yerləşən Zeytun 7 Aptekin təhlükəsizlik kameralarının ## ######## 2025-ci il tarix saat 17:00- 18:00 aralığmdakı hər iki kamera görüntülərinin məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin məhkəmə tərəfindən bununla bağlı hər hansı bir münasibət bildirilməmişdir. Halbuki, təqsirləndirilən şəxs dəfələrlə onun qeyd edilən tarixdə və saatda məhz yaşadığı əraziyə yaxın olan Fəxri Marketə getməsi və oradan tutularaq polis bölməsinə aparılmasını bildirmişdir. Lakin bu fakt məhkəmə tərəfindən düzgün araşdılmış və qiymətləndirilməmişdir. Eyni zamanda qeyd edilməsi vacibdir ki, şəxs ona hökmün qəbul ediləcəyindən öncə amnistya aktının tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Beləki, Təqsirləndirilən şəxs qardaşı X3 verilmiş xidməti xasiyyətnamədə onun 19-## ######## 2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunun ərazisində qeyriqanuni silahlı birləşmələrə qarşı aparılan antı-terror əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. Eləcə də, təqsirləndirilən şəxsin anası və atası Ermənistanın soydaşlarımıza qarşı etnik təmizləmə aparması nəticəsində öz dədə-baba torpaqlarından deportasiya olunması nəticəsində Ermənistan SSRİ-nin ərazisindən qovulmuş və Sumqayıt şəhərində məskunlaşmışlar. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayəti törətdiyini etiraf etmir. İstintaqda verdiyi ifadəsindən imtina etmiş və məhkəmədəki ifadəsini təsdiqləmişdir. Sumqayıt şəhər Məhkəməsinin hakimi bu halları düzgün qiymətləndirməmiş və araşdırmanı düzgün aparmamışdır. Məhz bu səbəbdən də qəbul edilən hökm əsassız və ədalətsizdir. İş materiallarında olan bu qədər uyğunsuzluqlar, o cümlədən şübhəli məqamlar müdafiə tərəfi olaraq hesab edirik ki, məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət verilməsinə dair hökm qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X2 çıxış edərək apellyasiya şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən dəlillər işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı zamanı təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünü yoxlama aparılması, təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrinə törətdiyi əməli etiraf etmiş, detallı şəkildə cinayət hadisəsi ilə bağlı xüsusatları anlatmışdır. Bu göstərdikləri yuxarıda sadalanan subutlarla da dəstəklənmişdir. Ona görə də, məhkəmə ibitdai istintaq zamanı verdiyi ifadələri daha inandırıcı və mötəbər hesab edir. Eyni zamanda məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və vəsatət verməmiş, bu barədə yalnız məhkəmə iclasında qeyd etmiş və qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Əlavə olaraq iş materiallarına əlavə edilmiş maddi sübut olan DVD diskində olan video görüntülərdə də müəyyən edilir ki, təqsirləndirilən şəxs ağ rəngli gödəkçəsindən yaşıl rəngli sellofanda olan qara rəngli sellofana bükülməklə üzəri yapışqan lentlə sarılmış halda olan bükümü təqdim etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs həmin bükümün nə olduğu soruşulduqda marixuana olduğunu saxlanmazdan əvvəl, Bakı şəhəri ərazisindən tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını qeyd etmiş, həmçinin, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PBda müdafiəçinin sualına cavab olaraq ona qarşı heç təsir və təzyiq edilmədiyini bildirmişdir. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla heç bir halla öz təsdiqini tapmır. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin * saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə MKS-nə heç bir şikayət ərizəsi daxil olmamışdır. * saylı MKS-də sosial işçi kimi fəaliyyət göstərir. İş fəaliyyəti haqqında heç narazılıq yoxdur. Yaşadığı məhlədə qonşular arasında hörməti vardır. Müsbət xarakterizə olunur. Hərbi hissə komandiri tərəfindən X3 verilmiş xidməti xasiyyətnamədə onun 19-## ######## 2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunun ərazisində qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan antı-terror əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. AZ-II seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 ##.##.2004-cü il tarixdə doğulmuşdur, anası X1r. AZ-II seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2000-ci il tarixdə doğulmuşdur, anası X1r Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyildir. Birinci instansiya məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qardaşının antiterror əməliyyatlarında iştirak etməsi, əvvəllər məhkum edilməməsi və müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Ancaq məhkəmə cinayətin xarakterini, yəni Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin növünü və çəkisini cəza təyinində nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan marixuana 455 qram olmaqla kifayət qədər çox olmaqla, külli miqdarın yaranmasına əsas olan 500 qram çəkiyə yaxın olmuşdur. Bununla yanaşı “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən bu Qərarın 1–3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Hazırkı iş üzrə amnistiya aktının tətbiq edilməsinin hüquqi əsası mövcud deyildir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-123/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-123/2026
14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver