Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-125/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(012)-954/2025 hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim A.müdafiəçi1) ## ######## 2004-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Göylər ərazi dairəsidə qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, fərdi yaşayış evində yaşamış, hazırda Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2019-cu il tarixli, *(***)****/**** saylı Qərarına əsasən cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, onun cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif olunması, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, onun Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019cu il tarixli qərarı üzrə cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq, hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd diskin cinayət işinin materiallarında saxlanılması, cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlakın olmamasının nəzərə alınması hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədilə ##.##.2025-ci il tarixdə saat 21:30 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 28-də yerləşən “Asba” kişi geyimləri mağazasına müştəri qismində gələrək mağazadan hər biri 55 manat dəyərində olan 2 ədəd gödəkçəni, bir ədəd 30 manat dəyərində olan sadə cins şalvarı, bir ədəd 35 manat dəyərində olan cins şalvarı, hər biri 35 manat dəyərində olan 2 ədəd köynəyi, hər biri 45 manat dəyərində olan 2 cüt ayaqqabını və bir ədəd 10 manat dəyərində olan kəməri, ümumilikdə 345 manat dəyərində olan kişi geyimlərini və ayaqqabıları götürüb dəyərini ödəmədən mağazadan çıxıb qaçaraq açıq talayıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 345 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, ##.##.2025-ci il tarixdə saat 21:40 radələrində bir qədər əvvəl Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 28-də yerləşən “Asba” kişi geyimləri mağazasından ümumilikdə 345 manat dəyərində kişi geyimlərini açıq talayıb qaçarkən həmin mağazanın yaxınlığında üzərindən yerə düşmüş və Zərərçəkmiş şəxs götürdüyü mobil telefonu geri almaq üçün mağazanın qarşısına gəlib sonuncudan mobil telefonunu qaytarmasını tələb etmiş, Zərərçəkmiş şəxs bu barədə polisə məlumat verdiyini deməsi və mobil telefonu polisə təhvil verəcəyini bildirməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla qəsdən bir dəfə vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitasının hematoması kimi dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI : Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları, zərərçəkmiş şəxslə barışmasını, ailədə anasının tək övladı olmasını, həmçinin ürək və astma xəstəliklərindən əziyyət çəkməsini nəzərə almadan ona ağır cəza təyin etmişdir. Bu səbəbdən hökmün dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin olunmuş cəzanın daha yüngül cəza növü ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, bəraət hökmü çıxarılmasını xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, nəticədə Təqsirləndirilən şəxs əməli yanlış olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökmlə razı deyil. Hökmü qismən əsassız hesab edir. O, soyğunçuluq niyyətində olmamışdır. Geyim əşyalarını aldıqdan sonra zərərçəkən şəxsin kart hesabına pul göndərmiş, lakin kart sistemində olan problemə görə pul onun kartına köçməmişdir. Hətta Təqsirləndirilən şəxs həmin vaxtı zərərçəkən şəxsə köhnədən qalmış 10 manat borcunu nəğd şəkildə ödəmişdir. Hətta pul vəsaiti karta köçmədiyi üçün Seymur paltarları qaytarmaq üçün zərərçəkənə bildirmiş, lakin o buna etiraz etmişdir. Video görüntülərdən aydın şəkildə görünür ki, Təqsirləndirilən şəxs soyğunçuluq niyyətində olmayıb və buna cəhd belə etməyib. Iş materiallarında olan video görüntülərlə bu öz təsdiqini tapır. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamışdır. Məhkəmə CPM-nin 125, 144 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq sübutları tam və obyektiv araşdırmamış, ittihamın sübuta yetirilməsi üçün kifayət edən mötəbər sübutlar olmadan təqsirləndirilən şəxsi təqsirli bilmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri, dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri araşdırılarkən məhkəmə kollegiyası müəyyən etmişdir ki, müdafiəçinin təqdim etdiyi apellyasiya şikayətində təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması xahiş edilmiş, təqsirləndirilən şəxsin özünün verdiyi apellyasiya şikayətində isə ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi məsələsi qaldırılmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası təqsirləndirilən şəxsdən hansı mövqeni müdafiə etdiyini dəqiqləşdirərkən təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək özünün təqdim etdiyi apellyasiya şikayətini müdafiə etdiyini, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini, mümkün olduğu təqdirdə cəza müddətinin üç və ya dörd ay azaldılmasını xahiş etdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi X1 apellyasiya şikayətinin dəlillərini, eləcə də apellyasiya baxışı zamanı təqsirləndirilən şəxsin verilmiş cəza müddətinin ağır olması barədə fikirini müdafiə edib, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək ədalətli qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlillərində və müdafiə tərəfinin çıxışlarında göstərilən hallarla bağlı CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq təqsirləndirilən şəxsin cinayət əməlinə və həmin əmələ görə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Müdafiə tərəfi apellyasiya şikayətində təqsirləndirilən şəxsin özgə əmlakını talamaq niyyətinin olmadığını, geyim əşyalarının dəyərinin ödənilməsi üçün kart vasitəsilə köçürmə etməyə çalışdığını, texniki problem səbəbindən ödənişin həyata keçmədiyini, sonradan isə geyim əşyalarını qaytarmaq istədiyini göstərərək ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin özü isə apellyasiya baxışı zamanı verdiyi izahatında müdafiəçisinin bəraət verilməsi ilə bağlı mövqeyini müdafiə etmədiyini, özünün təqdim etdiyi apellyasiya şikayətini müdafiə etdiyini, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini və cəza müddətinin azaldılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlində soyğunçuluq cinayətinin tərkibinin olmaması barədə dəlilləri iş materialları ilə təkzib olunur. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlardan, o cümlədən zərərçəkmiş şəxsin ardıcıl və bir-biri ilə uzlaşan ifadələrindən, şahid ifadələrindən, hadisənin gedişini əks etdirən videogörüntülərdən və digər yazılı sübutlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mağazadan götürdüyü əşyaların dəyərinin ödənilmədiyini bildiyi halda həmin əşyaları mağazadan çıxararaq hadisə yerindən uzaqlaşmağa çalışmış, zərərçəkmiş şəxsin onu saxlamaq cəhdinə baxmayaraq qaçmış, nəticədə özgə əmlakını açıq talama əməlini başa çatdırmışdır. Videogörüntülərlə də müəyyən edilir ki, təqsirləndirilən şəxs mağazadan geyim əşyaları olan torba ilə uzaqlaşmağa çalışmış, zərərçəkmiş şəxs onun qarşısını almağa cəhd göstərdikdə isə hadisə yerindən qaçmışdır. Həmin hallar müdafiə tərəfinin göstərdiyi kimi adi mülki-hüquqi münasibət və ya texniki nasazlıq nəticəsində yaranmış anlaşılmazlıq deyil, özgə əmlakının açıq talanmasına yönəlmiş qəsdli davranış olmuşdur. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxsin sonradan zərəri ödəməsi, zərərçəkmiş şəxslə barışması və ya əşyaların pulunu ödəmək niyyətində olduğunu bildirməsi törədilmiş əməlin cinayət xarakterini aradan qaldırmır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət təqsirkarın özgə əmlakını açıq surətdə ələ keçirərək həmin əmlak üzərində sərəncam vermək üçün real imkan əldə etdiyi andan bitmiş hesab olunur. Iş materiallarından isə görünür ki, təqsirləndirilən şəxs əmlakı mağazadan çıxarmış və hadisə yerindən uzaqlaşmışdır. Müdafiə tərəfinin sübutların kifayət etməməsi, şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalı olması barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi sübutları CPM-nin 144 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırmış, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından hüquqi qiymət vermişdir. Hökmdə istinad edilən nəticələr məhkəmə iclasında bilavasitə tədqiq edilmiş sübutlara əsaslanmış, həmin sübutların bir-biri ilə uzlaşdığı müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı gəldiyi nəticələri düzgün və əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini CM-nin 180.2.1-ci maddəsindən 180.1-ci maddəsinə düzgün tövsif etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmə əlamətinin sübuta yetirilmədiyini nəzərə alaraq onun vəziyyətini yaxşılaşdıran hüquqi qiymət vermişdir. Bu hal bir daha göstərir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları obyektiv araşdırmış və təqsirləndirilən şəxsin hüquqlarının təmin edilməsinə riayət etmişdir. Cəzanın ağır olması və CM-nin 62-ci maddəsinin tətbiq edilməli olması barədə təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakter və ictimai təhlükəlilik dərəcəsini, zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını və şikayətinin olmamasını yüngülləşdirici hallar kimi nəzərə almışdır. Eyni zamanda nəzərə alınmışdır ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, cəza çəkdiyi müddətdə yenidən qəsdən cinayət törətmiş, əvvəlki məhkumluğundan nəticə çıxarmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması qanuni və ədalətli olmuşdur. Kollegiya hesab edir ki, iş üzrə müəyyən edilmiş hallar, təqsirləndirilən şəxsin şəxsiyyəti və əməli törətdiyi şərait CM-nin 62-ci maddəsinin tətbiqi üçün müstəsna hallar kimi qiymətləndirilə bilməz. Təyin edilmiş cəza törədilmiş əməlin ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli hesab edilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 83-cü maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur, iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə ağır cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 iki cilddən ibarət cinayət işinin materialları ilə tanış olub, məhkəmə prosesində iştirak etdiyi cəmi 4 (dörd) iş saatına görə ödənilməli olan 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 44 (qırx dörd) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-125/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-125/2026
14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver