Məhkəmə qərarları › İş №1(3-8)-129/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-129/2026

09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-129/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X8 ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X10 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə (Hakim Vaqif Həsənov) ##.##.1992-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ##.##.2024-cü il tarixdən cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsdə saxlandığı vaxtdan, yəni ##.##.2024-cü il tarixdən hesablanması, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olmasının nəzərə alınması hökm edilmişdir. Işin halları: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ## #### 2024-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu. Saray qəsəbəsi, Üzümçülük yaşayış massivində yerləşən zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin plastik pəncərəsini güc tətbiq edərək açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 300 manat pul, bir ədəd 260 manat dəyərində qızıl boyunbağı və bir ədəd 200 manat dəyərində qızıl üzüyü gizlin olaraq talayıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 760 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə: ## #### 2024-cü il tarixdə saat 17:00-dan 19:00-dək olan müddət ərzində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük massivində yerləşən, X3 məxsus nömrəsiz fərdi evin plastik pəncərəsini güc tətbiq edərək açmış və yaşayış sahəsinə qanunsuz daxil olaraq dolabda olan bankanın içərisində 250 (iki yüz əlli) manat məbləğdə qəpik pulları, 2250 (iki min iki yüz əlli) manat nağd pulu və 1 (bir) ədəd 1200 (min iki yüz) manat dəyərində «DELL» markalı kompyuteri gizlin olaraq talayıb zərərçəkmiş şəxs X3 ümumilikdə 3700 (üç min yeddi yüz) manat ziyan vuraraq oğurluq etmişdir. ## #### 2024-cü il tarixdə saat 10:00 radələrində zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Fatmayı kəndində nömrəsiz fərdi tikili evin daş hasardan əhatə olunmuş hasarını aşaraq evin ümumi həyətinə, sonra isə evin plastik pəncərəsini güc tətbiq edərək açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin yataq otağında olan paltar dolabının içərisindən 8000 (səkkiz min) manat nağd pulu və ümumilikdə 8000 (səkkiz min) manat dəyərində 02 cüt qızıl sırğa, 03 ədəd qızıl boyunbağı, 02 ədəd qızıl klon, 01 ədəd qolbağ, 03 ədəd qızıl üzüyü gizli olaraq talayıb, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ümumilikdə 16000 (on altı min) manat məbləğində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. ## ##### 2024-cü il tarixdə axşam saat 20:00 radələrində X1 məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış sahəsinə, pəncərədən keçməklə qanunsuz daxil olaraq, həmin evdən zərərçəkmiş şəxs1 məxsus 3850 manat pulu və 1 dəstinin qiyməti 50 manat olmaqla 100 manat dəyərində 2 dəst hərbi forma, 50 manat dəyərində 1 cüt hərbi çəkmələr, 1 ədədinin qiyməti 50 manat olmaqla 400 manat dəyərində 8 ədəd yataq dəsti, 1 ədədinin qiyməti 20 manat olmaqla 200 manat dəyərində 10 ədəd dəsmal, 1 dəstinin qiyməti 94 manat olmaqla 470 manat dəyərində 5 dəst yataq üzlüyü, 300 manat dəyərində kişi paltarları, 200 manat dəyərində qadın paltarları, 100 manat dəyərində qaşıqbıçaq-çəngəl dəstini gizli olaraq talayıb zərərçəkmiş zərərçəkmiş şəxs1 5670 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. ##.##.2024-cü il tarixdə Saray qəsəbəsi, üzümlük yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan zərərçəkmiş şəxs8 məxsus olan evin plastik pəncərəsini güc tətbiq edərək açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan çəkməcədəki qutudan 1 ədəd 350 manat dəyərində qızıl boyunbağı və 1 ədəd 250 manat dəyərində qızıl biləkliyi, yataq otağında olan rəfdəki dəftərin içərisindən 1800 manat pul, 1 ədəd 350 manat dəyərində mikrofon, 1 ədəd 150 manat dəyərində “Apple” markalı kompyuterə aid olan enerji naqili, 1 ədəd 450 manat dəyərində qol saatını oğurlayaraq zərərçəkmiş şəxs8 ümumilikdə 3350 manat ziyan vuraraq oğurluq etmişdir. ##.##.2024-cü il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanında yerləşən zərərçəkmiş şəxs5 məxsus evin plastik pəncərəsini güc tətbiq edərək açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evdən bir ədəd 300 manat dəyərində "HP" markalı kompyuter, 100 manat pul və 300 manat dəyərində qəpik pulları gizli olaraq talyıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 700 manat ziyan vuraraq oğurluq etmişdir. ## #### 2024-cü il tarixdə saat 19 radələrində zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsini güc tətbiq edərək açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki yataq otağından 8500 manat ekvivalentində 5000 ABŞ dolları və 690 manat məbləğində nağd pul, həmçinin 1 cüt 500 manat dəyərində qızıl sırğanı gizlin olaraq talayıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 ümumilikdə 9690 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. ## #### 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq Imran küçəsində zərərçəkmiş şəxs7 məxsus nömrəsiz evin plastik pəncərəsini güc tətbiq edərək açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 01 ədəd 400 manat dəyərində qızıl üzük, 01 ədəd 360 manat dəyərində bir ədəd qızıl boyunbağı, 01 ədəd 220 manat dəyərində qızıl sırğa, 07 ədəd 140 manat dəyərində gümüş üzüklər, 05 ədəd 100 manat dəyərində gümüş sırğanı gizlin olaraq talayıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 ümumilikdə 1220 (min iki yüz iyirmi) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində ##.##.2025-ci il tarixlli amnistiya aktının tətbiq olunmasını və yüngülləşdirici halların nəzərə alınaraq cəzasının çəkilməmiş hissəsindən tam azad edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, barəsində birinci instansiya məhkəməsinin hökmü ilə amnistiya tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Odur ki, amnistiya tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, cinayət əməli 8 epizoddan ibarət olmaqla 2024-cü ildə törədilmişdir. Təqsirləndirilən şəxsin iki azyaşlı övladı vardır. Barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, proses iştirakçılarının çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk əvvəl onu qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2005-ci il tarixli qərarının 2-ci bəndində qeyd göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. (## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs özünü birinci instansiya məhkəməsində qismən təqsirli bilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli olması onun özünün ibtidai istintaq zamanı və birinci instansiya məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, eləcə də məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Ona görə də Kollegiya hesab edir ki, təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə dair ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmağa cəhd göstərir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası DIN-in BƏSII-dən alınmış ##.##.2024-cü il tarixli tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 01 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və 01 il şərti sınaq müddəti ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və ##.##.2019-cu il tarixli qərarı ilə 05 ay 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə CM-in 127.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 01 il 08 ay 03 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə CM-in 29, 177.2.2, 29, 177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən həmin çəkilməmiş cəza Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli ##.##.2024-cü il tarixdən hesablanmışdır. “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2015-ci il təvəllüdlü X5 adlı övladları vardır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli ** saylı qərarında göstərilən tövsiyələrinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlər törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığını nəzərə alıb, ona cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1–ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu Cinayət Məcəlləsinin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ##### 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməli törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuş, maddi və prosessual hüquq normalarına riayət edilmiş və törətdiyi cinayət əməlinə uyğun cəza təyin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Qeyd olunan cəza cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni, ədalətli və əsaslı olmuşdur. Məhkəmə Kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin amnistiya tətbiq edilməsinə dair dəlilinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilməli olduğu halda, bu nəzərə alınmamışdır. Belə ki, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarı ilə amnistiya tətbiq edilən şəxslərin dairəsi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası CM-in 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Azərbaycan Respublikası CM-in 81.2-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 3.1-ci bəndində az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzasının 6 ay azaldılması (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) nəzərdə tutulmuşdur. Həmin Qərarın 5.3-cü bəndinə əsasən Məhkəmələr icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Qeyd olunan Qərarın 5.2.3-cü bəndində əsasən məhkəmələr bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qeyd olunan Qərarın 8-ci bəndinə əsasən “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli qərar qəbul olunduğu gündən qüvvəyə minir. Həmin Qərarın 9-cu bəndinə əsasən bu Qərarın 1–3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Göstərilən Qərarın 26-cı bəndinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində hazırki hökm çıxarılarkən, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələblərinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli əvvəlki hökmü ilə təyin edilmiş cəza birləşdirilməklə cinayətlərin məcmusu üzrə yekun cəza müəyyən edildiyi halda, həmin əvvəlki hökmə münasibətdə amnistiya aktının tətbiq edilməli olduğu nəzərə alınmamışdır. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsində mübahisələndirilməyən əvvəlki hökm üzrə müstəqil şəkildə amnistiya tətbiq edilməsinin qanuni əsasının olmamasını, lakin hazırda əvvəlki hökm üzrə cəzanın sonuncu hökmlə birləşdirildiyini nəzrə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin amnistiya hüququndan istifadə etmək imkanının, qanunçuluq və hüquqi bərabərlik prinsipinin təmin olunması məqsədilə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hökmlərin məcmusu üzrə yekun cəza təyin edilərkən amnistiyanın tətbiq olunması məqsədəmüvafiq hesab edilir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Respublikası Milli Məclisinin Qərarının 3.1 və 5.2.3-cü hissələrini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs amnistiya Qərarının 6-cı hisəsində “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1997-cü il ## ###### tarixli 793-nömrəli qanununda nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid olmadığından və ona təyin edilmiş cəzanın ## ###### 2025-ci il tarixinə çəkilməmiş hissəsi 01 (bir) ildən artıq olduğundan barəsində amnistiya aktı tətbiq edilməli və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ## ###### 2025-ci il tarixə çəkilməmiş hissəsi 6 (altı) ay azaldılaraq, həmin tarixə onun çəkilməmiş cəzası 02 (iki) il 07 (yeddi) ay 13 (on üç) gün müəyyən edilməlidir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 405 və 407ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 3.1-ci bəndi tətbiq olunsun, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ## ###### 2025-ci il tarixə çəkilməmiş hissəsi 6 (altı) ay azaldılsın. Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixinə çəkilməmiş cəzası 02 (iki) il 07 (yeddi) ay 13 (on üç) gün müəyyən edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar