Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-130/2026 05.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri - Məmmədov Elçin Qüdrət oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X2 qızının katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin ## ###### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü ilə (sədrlik edən N. Hüseynli, hakimlər N.Mirzəyev və E. Məmmədov) ## ###### 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Nərəcan kəndində yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmaqla yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd olunan hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, apellyasiya şikayətinin vaxtında verə bilməməsinin səbəbi kimi hüquqi cəhətdən savadsız olduğu və vəkil ilə müqavilə bağlamağa imkanının olmadığı üçün apellyasiya şikayəti verilmə müddətini ötürdüyünü göstərmiş, buna görə də buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə yuxarıda qeyd olunan hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilərək məhkumun vəsatəti təmin edilməmişdir. (hakim Nurəddin Hüseynli) Həmin qərardan Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək vəsatətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında Təqsirləndirilən şəxs vəsatətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətini müdafiə edən Təqsirləndirilən şəxs və apellyasiya şikayətinə etiraz edən dövlət ittihamçısının çıxışlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin mübahisə edilən qərarı isə dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü elan edildiyi vaxt Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmiş, barəsində qəbul edilən hökmdən məlumatlı olmuş, ## #### 2025-ci il tarixdə hökmün surətini alması barədə qəbzə imza etmiş, apellyasiya şikayəti verilməsi qaydası və müddəti hökmün nəticəvi hissəsində öz əksini tapmışdır. Göründüyü kimi ## #### 2025-ci il tarixdə hökm Təqsirləndirilən şəxs təqdim edilməsinə baxmayaraq o hökmü aldığı gündən 20 gün ərzində deyil, 10 aydan artıq müddət keçdikdən sonra heç bir üzrlü səbəb olmadan prosessual müddətin bərpası barədə vəsatət və apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1 və 384.2-ci maddələrinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökm ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə uyğun olaraq, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, Azərbaycan Respublikası CPM-nin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətin rədd edilməsinə dair qərarı qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi dəlili hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin bu barədə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390, 391, 410-cu maddələrini rəhbər tutaraq, məhkəməsi kollegiyası, QƏRAR VERDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-130/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-130/2026
05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver