Məhkəmə qərarları › İş №1(3-8)-133/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-133/2026

14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-133/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Abdullayeva Naibə Ilham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə ##.##.1985-ci ildə Özbəkstan Respublikası, Cizan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi hökm edilmişdir. Iş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Işin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan, “Şəhram” adlı Iran Islam Respublikası vətəndaşı ilə danışıb xüsusilə külli miqdarda psixotrop maddə və narkotik vasitələrin hər bir kiloqramına görə 500 manat pulun müqabilində qoyulduğu yerdən götürüb deyiləcək yerlərə qoyması barədə ümumi razılığa gəlmiş, bu məqsədlə bir qrup şəxs halında «Şəhram» adlı şəxsin +989147002600 mobil nömrənin «Whatsapp» tətbiqi vasitəsi ilə ## #### 2025-ci il tarixdə onun 077-303-06-29 nömrəsinin vatsapına göndərdiyi məkanla təyin olunmuş Sumqayıt şəhəri, X4 qəsəbəsi ərazisində yolun kənarına qoydurduğu 1 ədəd polietilen bağlamada ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı»na (Siyahı İ) daxil edilmiş çəkisi 3580,081 qram olan xüsusilə külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, çəkisi 482,859 qram olan külli miqdarda qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, üzərində «Methadon 40» əmtəə göstəricisi olan 313 ədəd konvalyutlarda ümumilikdə 3130 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 125,2 qram olan külli miqdarda metadon həblərini, çəkisi 160 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 1766, mənzil 263-ə daşıyıb orada hissələrə ayıraraq üzərində «Methadon 40» əmtəə göstəricisi olan 2 ədəd konvalyutda 20 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan metadon tərkibli həbləri cibinə qoymaqla üzərində, 1 ədəd bükümdə çəkisi 11,164 qram külli miqdarda narkotik vasitə heroini sellofan bağlamada mənzilindəki dolabın siyirməsində plasmas qutunun içərisində, qalan narkotik vasitə və psixotrop maddələri yəni çəkisi 3580.081 qram olan xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini, çəkisi 471,695 qram külli miqdada narkotik vasitə heroini, üzərində «Methadon 40» əmtəə göstəricisi olan 311 ədəd konvalyutlarda ümumilikdə 3110 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 124,4 qram olan külli miqdarda metadon həblərini, çəkisi 160 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qara rəngli idman çantasında qardaşı X1 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən fərdi evin həyətində olan dəmir hamam vannasının altında gizlədərək saxlamış, ## #### 2025-ci il tarixdə saat 11:25 radələrində Azərbaycan Respublikası DIN-nin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospekti * saylı binanın yaxınlığında idarə etdiyi «Wolksvagen» markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında piyada hərəkətdə olarkən saxlanılaraq orada həmin gün saat ll:30-dan saat 11:36-dək üstünün yoxlanılması zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən «Methadone 40» əmtəə göstəricisi olan 2 ədəd konvalyutda 20 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan həblər aşkar olunaraq götürülmüş, bundan sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 12:30-dan saat 12:38-dək yaşadığı ünvan 1-ə baxış keçirilərkən mənzildə olan dolabın siyirməsində plastmas qutunun içərisində kağız və sellofan kəsiyi bükümündə 1 ədəd bağlamada 11,164 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüş, bundan sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 15:20-dən saat 15:54-dək Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsi ev 37-yə baxış keçirilərkən evin həyətində hamam vannasının altında saxladığı 1 ədəd qara rəngli idman çantasının içərisindən 3 ədəd bağlamada hər bağlamanın içərisində 2 ədəd büküm olmaqla ümumi 6 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 9,656 qram, 9,353 qram, 19,207 qram, 18,987 qram, 12,461 qram, 14,017 qram və 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 48,014 qram və 340 qram, ümumi 471,695 qram külli miqdarda qəhfəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni cinsli olan narkotik vasitə heroin, 13 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 97,242 qram, 97,623 qram, 97,493 qram, 97,199 qram, 201,745 qram, 98,065 qram, 97,826 qram, 97,911 qram, 202,029 qram, 202,810 qram, 290,138 qram, 990 qram, 1010 qram, ümumi çəkisi 3580,081 qram xüsusilə külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni cinsli olan psixotrop maddə metamfetamin, üzərində «Methadone 40» əmtəə göstəricisi olan 311 ədəd konvalyutda ümumilikdə 3110 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 124,4 qram külli miqdar təşkil edən xarici əlamətlərinə görə və təsiredici maddəsinin miqdarına görə eyni olan narkotik vasitə metadon həbləri, 1 ədəd polietilen bağlamada 160 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd üzərində metamfetamin və heroinin izləri olan «Fuzion 200gx0,01g» markalı qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsi, barəsində irəli sürülmüş ittiham daha yüngül maddəyə tövsif edilməsi və yüngülləşdirici hallar nəzərə alınmaqla cəzanın minimum həddə təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üzərində yalnız 11 qram narkotik vasitə və metadon həbləri olmuş, digə narkotik vasitələr isə polis əməkdaşları tərəfindən qoyulmuş, təzyiq və təhdidlər nəticəsində həmin vasitələrin ona məxsus olduğunu etiraf etməyə məcbur qalmışdır. Məhkəmə araşdırması zamanı bu hallar lazımi qaydada nəzərə alınmamışdır. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsi, barəsində irəli sürülmüş ittiham daha yüngül maddəyə tövsif edilməsi və yüngülləşdirici hallar nəzərə alınmaqla cəzanın minimum həddə təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X2 çıxış edərək apellyasiya şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onda sadəcə 2 kiloqram narkotik vasitə olması, ittihamda çox qeyd olunması, növbəti məhkəmə iclaslarında isə “üzərində sadəcə 11 qram narkotik vasitə və metadon listləri olması, polis əməkdaşlarının ona təsir göstərməsi, həyətdəki narkotik vasitəni oraya polis əməkdaşlarının qoyması, ona təhdidlər edildiyinə görə məcbur qalıb narkotik vasitələri boynuna götürməsi ilə bağlı göstərdiklərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, onun öz müdafiəsi üçün bu qisimdə gətirdiyi dəlillər iş materialları ilə, həmçinin təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi və şahidlərin verdiyi ifadələr ilə təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tarixdə axşam idarə etdiyi Volksvagen markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəhramın ona atdığı məkana gedib 1 ədəd polietilen kisəni tapıb götürmüşdür. Həmin kisənin içərisinə baxanda sellofan bağlamada qurudulmuş marixuana, heroin və el arasında şüşə kimi deyilən metamfetamin, çoxlu sayda metadon həbləri olduğunu görmüşdür. Şəhramla əlaqə saxlayıb narkotik vasitə olan kisəni götürdüyünü bildirmiş, Şəhram demişdir ki, özü onunla əlaqə saxlayanda dediyi çəkidə narkotik vasitə heroini, metadon həblərini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini aparıb lazımı yerə qoyub ona desin. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai isitntaq zamanı verdiyi ifadəsində narkotik vasitənin əldə edilməsi, saxlaması ilə bağlı xüsusatları bir-bibri ilə bağlı, ən xırda detallara kimi anlatmış və həmin xüsusatlar iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsləri inandırıcı olmaqla daha mötəbər sübut kimi qəbul edilmədir. Digər tərəfdən Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası DIN-nin Baş Əməliyyat və Statistik Informasiya Idarəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, onun əməlində cinayətin residivinin olmasını nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X3 qızına 66 (altmış altı) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar