Məhkəmə qərarları › İş №1(3-8)-134/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-134/2026

14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-134/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər N.N.Hüseynli (sədrlik edən və məruzəçi) A.Ə.Əliyev və İ.N.Cəfərzadə) ##.##.1968-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 2 11 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 25 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzaını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması və onun, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir (əkmiş və yetişdirmişdir). Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2025-ci ilin yaz-yay aylarında əkin mövsümündə yaşadığı ünvan 4 ünvanında yerləşən evin həyətyanı sahəsindəki yarımtikilidə torpağa qəsdən əkib onlara aqrotexniki qaydada qulluq edərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, bu fakt ## #### 2025-ci il tarixdə saat 01:10-01:40 müddətində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evin həyətyanı sahəsindəki yarımtikiliyə keçirilmiş baxış zamanı torpağa əkilmiş ümumi təmiz çəkisi 14996 qram olan yaş vəziyyətdə 22 ədəd və torpaqdan çıxarılmış ümumi təmiz çəkisi 214 qram olan qurudulmuş vəziyyətdə 04 ədəd olmaqla, ümumilikdə 26 ədəd ümumi təmiz çəkisi 15210 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir (əkmiş və yetişdirmişdir). APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən narazı olmasını onunla əsaslandırmışdır ki, barəsindəki cinayət işinə baxılarkən bir sıra ciddi prosessual pozuntulara yol verilmiş, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Onun həbs olunması zamanı saxlanılma protokolu qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, faktiki saxlanıldığı vaxt düzgün qeyd olunmamışdır. Həmçinin, iş materiallarında narkotik tərkibli çətənə bitkisinin sayı və miqdarı həqiqətə uyğun olmayan şəkildə artıq göstərilmişdir. Bundan əlavə, ibtidai istintaq zamanı ona psixoloji təzyiqlər göstərilmiş, müxtəlif sənədlərə təzyiq altında imza etdirilmiş, həmçinin videoçəkiliş zamanı polis əməkdaşlarının dediklərini təkrarlamağa məcbur edilmişdir. Bu hallar ibtidai istintaqın qanuni və obyektiv aparılmadığını təsdiq edir. Ibtidai istintaq zamanı verdiyi ifadələrlə məhkəmə baxışı zamanı verdiyi ifadələr arasında mövcud olan ziddiyyətin səbəbi də məhz ibtidai istintaq mərhələsində təzyiq altında ifadə verməsi, məhkəmə baxışı zamanı isə sərbəst şəkildə ifadə verməsi olmuşdur. Lakin məhkəmə iş üzrə mövcud ziddiyyətləri, müdafiə tərəfinin dəlillərini və istintaq zamanı yol verilmiş prosessual pozuntuları lazımi qaydada araşdırmadan, yalnız şahid ifadələrinə və istintaq orqanının ittiham mövqeyinə əsaslanaraq barəsində ağır və ədalətsiz hökm çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır. Hesab edir ki, barəsində çıxarılmış hökm qanunilik, obyektivlik və ədalət prinsiplərinə uyğun deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilərək barəsində qanuni, əsaslı və ədalətli qərar qəbul edilməsinə köməklik göstərilməsini xahiş edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq onu da qeyd etdi ki, ittihamda göstərilən 22 ədəd narkotik tərkibli çətənə bitkisi tam olaraq ona məxsus olmamışdır. Belə ki, həmin bitkilərdən yalnız 11 ədədi ona məxsus olmuş, qalan 11 ədəd isə polis əməkdaşları tərəfindən əlavə edilmişdir. O, bu hal ilə bağlı etirazını ibtidai istintaq zamanı da bildirmişdir. Məhkəmə kollegiyasının suallarını cavablandırarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, barəsində bəraət hökmünün çıxarılmasını deyil, iş üzrə obyektiv araşdırma aparılaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, təqsirləndirilən şəxsin hazırkı ifadələrindən görünür ki, o, ittihamda göstərilən çətənə bitkilərinin sayına etiraz edir. Müdafiə tərəfi hesab edir ki, həmin halın obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsində dindirilmiş polis əməkdaşlarının yenidən məhkəmə iclasına çağırılıb dindirilməsi zəruridir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri, dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etməklə müdafiəçi tərəfindən verilmiş şifahi vəsatətə etiraz edərək əlavə olaraq bildirdi ki, polis əməkdaşlarının yenidən dindirilməsi və məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla davam etdirilməsi üçün əsas yoxdur. Həmin polis əməkdaşları birinci instansiya məhkəməsində artıq dindirilmiş və onların ifadələri məhkəmə tərəfindən qiymətləndirilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və müdafiə tərəfinin vəsatətinin rədd olunmasını xahiş edir. Məhkəmə kollegiyası, müdafiəçinin məhkəmə baxışının qismən məhkəmə istintaqı aparılmaqla davam etdirilməsi barədə şifahi vəsatətini müzakirə edib, proses iştirakçılarının vəsatətə münasibəti dinlənildikdən sonra vəsatətdə qeyd edilənlərin məhkəmə baxışının qismən istintaqla keçirilməsi üçün əsaslı hesab edilmədiyi qənaətinə gələrək vəsatətin təmin edilməməsi barədə qərar qəbul etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisələndirildiyindən, CPM-nin 397.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ilk növbədə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı qismən etirafedici və ibtidai istintaqdakı tam etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ardıcıl ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu bütövlükdə hazırkı qərarda təkrar sadalamağa zərurət görmür, lakin bir neçə sübuta nəzər yetirilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş ##.##.2025-ci il tarixli “Raport”dan görünür ki, Xaçmaz rayonu, Xudat şəhəri, Niyazi küçəsi, ev 11-də yaşayan, ##.##.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri, Niyazi küçəsi, ev 11-dəki, həyətyanı sahəsində yerləşən yarımçıq tikilidə tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə etibarlı mənbədən əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş ##.##.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Əməliyyat qrupunun üzvləri videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs baxış keçirilməzdən əvvəl ondan həmin fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkilməsi barədə məlumat əldə edildiyi və əraziyə baxış keçirilməsinə etirazın olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs həmin fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs bitkiləri təqdim etmək üçün əraziyə daxil olmuş, həmçinin iştirakçılar da həmin ərziyə gəlmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımtikiliyə gələrək 22 ədəd torpaqda əkilmiş və 04 ədəd qurudulmuş vəziyyətdə oan çətənə bitkilərinə bənzər kolları təqdim edərək, həmin ərazidə 26 ədəd çətənə bitkisini əkdiyini bildirmişdir. X2 həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldılmasını və suvarılmasını bildirmişdir. Əspəndi Əspəndiyev həmin bitkiləri 22 ədəd və 04 ədəd sayaraq sintetik torbaya qoymuş və təhqiqatçı Elvin Əliyev tərəfindən möhürlənmiş, imzalanaraq baxış yekunlaşmışdır. CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin kultivasiya edilməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq əməliyyat-axtarış tədbirləri keçirilmiş, baxış aparılmış, baxış zamanı aşkar olunmuş bitkilər götürülərək ekspertizaya təqdim edilmişdir. Iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizanın rəyinə əsasən aşkar olunmuş bitkilərin ümumi sayı 26 ədəd, ümumi təmiz çəkisi isə 15210 qram olmaqla narkotik tərkibli çətənə (kannabis) bitkiləri olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həm təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələr, həm şahid ifadələri, həm də iş üzrə toplanmış digər sübutlar müqayisəli şəkildə araşdırılmış, həmin sübutlara CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası da həmin qiymətləndirmə ilə razılaşır və hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirliliyi iş üzrə toplanmış mötəbər, bir-biri ilə uzlaşan və qarşılıqlı surətdə birbirini tamamlayan sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Apellyasiya şikayətində saxlanılma protokolunun qanunsuz tərtib edilməsi, faktiki saxlanılma vaxtının düzgün göstərilməməsi, ibtidai istintaq zamanı təzyiqə məruz qalması və ona müxtəlif sənədlərin məcbur imzalatdırılması barədə dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, təqsirləndirilən şəxs tutulduqdan sonra müdafiəçi ilə təmin edilmiş, prosessual hüquqları izah olunmuş və istintaq hərəkətləri qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində də ibtidai istintaq zamanı ona təzyiq göstərilmədiyini, sərbəst ifadə verdiyini və onu döyən və ya incidən olmadığını bildirmişdir. Bu səbəbdən apellyasiya şikayətində göstərilən həmin dəlillər sonradan məsuliyyətdən yayınmaq məqsədilə seçilmiş müdafiə mövqeyi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin apellyasiya baxışı zamanı yalnız 11 ədəd çətənə bitkisinin ona məxsus olması, qalan bitkilərin isə polis əməkdaşları tərəfindən əlavə edilməsi barədə dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarında olan baxış protokolu, videogörüntülər, aqronom-mütəxəssisin rəyi, ekspertiza rəyləri və şahid ifadələri ilə müəyyən olunur ki, aşkar olunmuş bitkilər eyni ərazidə kompakt şəkildə əkilmiş, aqrotexniki qulluq edilmiş vəziyyətdə olmuşdur. Videogörüntülərdə və digər sübutlarda həmin bitkilərin sonradan əlavə edilməsinə və ya əraziyə yerləşdirilməsinə dəlalət edən hər hansı hal müəyyən edilmir. Eyni zamanda təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində aşkar olunmuş 26 ədəd çətənə bitkisinin ona məxsus olduğunu, həmin bitkiləri şəxsi istifadəsi üçün özü əkdiyini və onlara qulluq etdiyini etiraf etmişdir. Həmin ifadə iş üzrə digər sübutlarla, o cümlədən baxış protokolu, videogörüntülər, şahid ifadələri və ekspertiza rəyləri ilə təsdiq olunur. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəni daha səmimi və obyektiv ifadə kimi qəbul etməsini əsaslı hesab edir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 237.2.3-cü maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edib hesab edir ki, sonuncunun apellyasiya şikayətinin və apellyasiya məhkəmə baxışında müdafiə tərəfinin çıxışlarında cəzanın ağır olması barədə dəlilləri əsassızdır ona görə ki, apellyasiya şikayətində konkret əsasa söykənməyən və məhkəmə baxışında apellyatorun yalnız şəxsi mülahizələrə əsaslanan hallara istinad edilməklə göstərilməklə yanaşı, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi, birinci instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qənaətinə gəlinmişdir ki, həmin dəlillər təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas kimi qiymətləndirilə bilməz, ona görə də məhkəmə kollegiyası təyin edilmiş cəzanı cinayət əməlinə adekvat hesab edir. Məhkəmə kollegiyası işin faktiki hallarını və toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur, iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 iki cilddən ibarət cinayət işinin materialları ilə tanış olub, məhkəmə prosesində iştirak etdiyi cəmi 4 (dörd) iş saatına görə ödənilməli olan 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 44 (qırx dörd) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar