Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-135/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin prokuroru X1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə ## ####### 1984-cü ildə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi, ev 41-də qeydiyyatda olmaqla Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələri ilə təqsirli bilinməsi və barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalında dərhal həbsə alınması, təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, ## ###### 1990-cı ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi, ev 38-də qeydiyyatda olmaqla Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələri ilə təqsirli bilinməsi və barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalında dərhal həbsə alınması, təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən təqsirləndirilən şəxs2 bacısı qızı şahid3 ilə sevgi münasibətlərində olan yetkinlik yaşına çatmayan ##.##.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdə, saat 21 radələrində Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində 41,479941N, 48,791240E koordinatlarda yerləşən onlara məxsus fərdi yaşayış evinin həyətində hasara çıxdığını görüb qardaşı təqsirləndirilən şəxs1 zəng edərək sonuncunu evə çağırdıqdan sonra təqsirləndirilən şəxs1la bir qrup şəxs halında silah qismində istifadə etdikləri kəndirlə Zərərçəkmiş şəxs əllərini bağlayaraq həmin kəndiri sonuncunun boynundan keçirib həyətdə olan sanitar qovşağına apararaq zərərçəkmiş şəxsin başını unitaza soxub çıxarmaqla, habelə bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub Zərərçəkmiş şəxs “sağ gözün alt qapaq və sağ kürək nahiyələrinin qançırları, sol tərəf sifət, döş qəfəsi, bel, sağ said və sağ əlin III barmaqlarının sıyrıqları” kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, 1 saatdan artıq müddətdə Zərərçəkmiş şəxs hərəkətini tam məhdudlaşdırmaqla, o, bir qrup şəxs halında, yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməklə, habelə silah kimi istifadə edilən əşyadan istifadə etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Məhkəmə hökmünə əsasən təqsirləndirilən şəxs1 qardaşı təqsirləndirilən şəxs2 bacısı qızı şahid3 ilə sevgi münasibətlərində olan yetkinlik yaşına çatmayan ##.##.2008ci il təvəllüdlü Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdə, saat 21 radələrində Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində 41,479941N, 48,791240E koordinatlarda yerləşən onlara məxsus fərdi yaşayış evinin həyətində hasara çıxarkən saxlayıb ona zəng etməsindən sonra evə gələrək təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında silah qismində istifadə etdikləri kəndirlə Zərərçəkmiş şəxs əllərini bağlayaraq həmin kəndiri sonuncunun boynundan keçirib həyətdə olan sanitar qovşağına apararaq zərərçəkmiş şəxsin başını unitaza soxub çıxarmaqla, habelə bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub Zərərçəkmiş şəxs “sağ gözün alt qapaq və sağ kürək nahiyələrinin qançırları, sol tərəf sifət, döş qəfəsi, bel, sağ said və sağ əlin III barmaqlarının sıyrıqları” kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, 1 saatdan artıq müddətdə Zərərçəkmiş şəxs hərəkətini tam məhdudlaşdırmaqla, o, bir qrup şəxs halında, yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməklə, habelə silah kimi istifadə edilən əşyadan istifadə etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin *(*- ***)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünü cəza hissəsində dəyişdirərək barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə müəyyən sınaq müddəti tətbiq edilməklə təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını tam və obyektiv araşdırmamış, ifadələrə səthi yanaşmış, nəticədə bir növ ittiham aktını dolayısı ilə müdafiə etdiyini nümayiş etdirmişdir. Onun cinayət əməlini etiraf edib səmimi peşmanlıq bildirməsini, ilk dəfə cinayət əməlini törətməsini, gəncliyini, zərərçəkmiş şəxslə barışmağını, ağ ciyər xəstəliyindən əziyyət çəkməsini, himayəsində xəstə valideynlərinin və mərhum bacının iki nəfər azyaşlı uşaqlarının olmasını, ağır ailə şəraitində yaşamağı, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi nəzərə almaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin *(*- ***)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünü cəza hissəsində dəyişdirərək barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə müəyyən sınaq müddəti tətbiq edilməklə təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Onun cinayət əməlini etiraf edib səmimi peşmanlıq bildirməsini, ilk dəfə cinayət əməlini törətməsini, gəncliyini, zərərçəkmiş şəxslə barışmağını, II qrup əlil olmasını, ağ ciyər xəstəliyindən əziyyət çəkməsini, himayəsində xəstə valideynlərinin və mərhum bacının iki nəfər azyaşlı uşaqlarının olmasını, ağır ailə şəraitində yaşamağı, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi nəzərə almaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməlidir. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünü cəza hissəsində dəyişdirərək barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə müəyyən sınaq müddəti tətbiq edilməklə təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Xaçmaz Rayon Məhkəməsinin *(*-***)- */**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünü cəza hissəsində dəyişdirərək barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə müəyyən sınaq müddəti tətbiq edilməklə təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmişin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 142.2.3, 145.2.4 və 145.2.6-cı maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin və protestin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Müşkür İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 yaşadığı ərazidə kənd sakinləri və qonşularla münasibəti həmişə normaldır. Barəsində hüquq-mühafizə orqanları tərəfindən Nümayəndəliyə cinayət xarakterli heç bir sorğu daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Müşkür İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 yaşadığı ərazidə kənd sakinləri və qonşularla münasibəti həmişə normaldır. Barəsində hüquq-mühafizə orqanları tərəfindən Nümayəndəliyə cinayət xarakterli heç bir sorğu daxil olmamışdır. İş materiallarında olan ## #### 2025-ci il tarixli notarial qaydada tərtib edilmiş ərizələrdən müəyyən edilir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi şahid5 təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə barışdıqlarını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. İş materiallarında olan 04 frvral 2026-cı il tarixli ərizədən müəyyən edilir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə barışdığını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Apellyasiya şikayətləri üzrə icraat zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs1 ağ ciyər vərəmi xəstəliyi (bakretioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, sağ ağ ciyərin infiltrativ vərəmi, dağılma mərhələsi VMB (+) davamlı tənəffüs yollarının digər şöbələrindən qanaxma və s.) ilə əlaqədar əlillik dərəcəsi əldə etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə sonuncunun ona qarşı şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməklə sonuncunun ona qarşı şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası əlavə olaraq təqsirləndirilən şəxs1 ağ ciyər vərəmi xəstəliyi əlaqədar əlillik dərəcəsinə malik olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş cəza cinayət törətmiş şəxsə münasibətdə onun islah edilməsi məqsədilə tətbiq edilir. Cəza tətbiq edilmədən öz məqsədinə çatdığı zaman bu tətbiq edilmə zərurətini aradan qalxır. Bu zaman şəxsə cəza tətbiq edilməsi onun islah edilməsinə deyil, ona qanunvericilikdə nəzərdə tutulmuş mahiyyətdən kənar nəticələrə xidmət edir. Buna uyğun olaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxs2 münasibətdə birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Bununla yanaşı təqsirləndirilən şəxs1 münasibətdə məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, o cümlədən sağlamlıq vəziyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarının tətbiq edilməsini məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 404, 405.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilsin. təqsirləndirilən şəxs1 Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələri üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli qərar qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulsun. Cəzanın icrası Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Qərarın bu hissəsinin icrası Sumqayıt şəhər polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı İstintaq Təcridxanasına həvalə edilsin. Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs2 apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən müdafiəçi2 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. təqsirləndirilən şəxs1 apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən müdafiəçi1 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-135/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-135/2026
11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver