Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-136/2026 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ####### 2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında ilkin məhkəmə iclasında (videokonfrans əlaqə sistemi vasitəsilə) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli hökmü ilə (hakim Vüsalə Qasımova) Təqsirləndirilən şəxs (##.##.1978-ci ildə Şabran rayon, Gil-Gil çay qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Siyəzən rayon, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək, ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, ümumilikdə 04 (dörd) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsə alınmasının nəzərə alınması, barəsində narkomaniyadan məcburi müalicə təyin olunması, onun Respublika Narkoloji Mərkəzdə F11x2 diaqnozu ilə dispanserdə qeydiyyatda olmasının nəzərə alınması qərara alınmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, cinayət işinə yenidən baxılıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü ilə barəsində AR CM-in 234.1, 228.1-ci maddələri ilə 4 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Hökmü ədalətsiz hesab edir. Ilkin məhkəmə baxış iclasına videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilən suallar cavab olaraq bildirdi ki, tərəfindən verilmiş apellyasiya şikayəti barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 228.1-ci maddələri ilə olan cinayət işi üzrə çıxarılmış Qobustan Rayon Məhkəməsinin hökmü ilə bağlıdır. Barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verməmişdir. Ilkin məhkəmə baxış iclasında dövlət ittihamçısı X2 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 228.1-ci maddələri ilə olan cinayət işi üzrə çıxarılmış Qobustan Rayon Məhkəməsinin hökmü ilə bağlı olmasını nəzərə alaraq, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kolegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ilkin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində müxtəlif cinayət işləri üzrə iki ayrı hökm çıxarılmışdır. Həmin hökmlərdən biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, digəri isə 234.1 və 228.1-ci maddələri ilə bağlı olmuşdur. Apellyasiya şikayətinin məzmunundan görünür ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əslində onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə çıxarılmış hökmə aid olmuşdur. Lakin cəzaçəkmə müəssisəsi tərəfindən apellyasiya şikayəti səhvən başqa cinayət işi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı olan iş üzrə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş apellyasiya şikayətinin məzmunu və göstərilən dəlillər icraatda olan cinayət işi üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli hökmünə aid deyildir. Belə ki, apellyasiya şikayətində istinad edilən hallar başqa cinayəti işi ilə əlaqədardır. Qeyd edilən halı ilkin məhkəmə baxış iclasına videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs da təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-nin 391.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.5. apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında; Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsin *(***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən şikayət vermək hüququ izah olunmaqla, qərarın surəti məlumat üçün Qobustan Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 391.3.5-ci maddəsini rəhbər tutaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ####### 2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunsun. Tqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən şikayət vermək hüququ izah olunsun və qərarın surəti məlumat üçün Qobustan Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsində nəzərdə tutulmuş 1 (bir) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-136/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-136/2026
06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver