Məhkəmə qərarları › İş №1(3-8)-137/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-137/2026

02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-137/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri - Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X2 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi1 İlqar oğlunun iştirakları ilə, təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim Ramiz Quliyev) ## ####### 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılaraq, onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 il 11 ay 26 gün müəyyən edilmişdir. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.16-cı və 7.4-cü bəndinə əsasən təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilərək, o, cəzadan azad edilmişdir. təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.16-cı bəndinə əsasən hazırki cinayət işi üzrə digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilərək, o, cinayət məsuliyyətindən azad edilmişdir. İşin halları : təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, sonuncu özünü Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsləri ilə yaxın münasibətdə olan şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs etibarından suiistifadə etməklə təqsirləndirilən şəxs1 torpaq sahələrinin rəsmiləşdirməsində rəsmi səlahiyyətləri olan şəxs kimi təqdim edib sonuncunun vasitəsi ilə Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən otlaq sahəsinin Zərərçəkmiş şəxs adma rəsmiləşdirilməsini təşkil edəcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs aldatmış, təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla aralarında olan telefon danışığı zamanı toprağın rəsmiləşdirmə prosesinin tərəfindən həll olacağını söylədikdən sonra, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə təqsirləndirilən şəxs2 adına və istifadəsində olan “xxxx" ASC-ə aid 5239 1517 0862 **** saylı bank kartına Zərərçəkmiş şəxs tərəfindən ## ##### 2025-ci il tarixdə 2000 manat məbləğində, həmin ilin aprel ayının sonlarında bildirdiyi istintaqa məlum olmayan bank kartına 4000 manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub 6000 manat məbləğində pul vəsaitini, 2025-ci ilin may ayının əvvəllərində istintaqa məlum olmayan tarix və vaxtda Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli, Füzuli və S.Vurğun küçələrinin kəsişməsində yerləşən “Qış” parkında 10000 manat, həmin ayın sonlarında istintaqa məlum olmayan tarix və vaxtda Sumqayıt şəhəri Bulvar küçəsində fəaliyyət göstərən “Darçın" adlı kafedə 14000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alaraq ümumilikdə 30000 manat məbləğində pul vəsaitini ələ keçirmiş, təqsirləndirilən şəxs1 həmin pul vəsaitinin 20000 manat hissəsini təqsirləndirilən şəxs2 almaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda, yəni 30000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Müdafiəçi müdafiəçi1 apellyasiya şikayəti verərək məhkəmədən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün ləğv edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü tamamilə ədalətsiz, qanunsuz qəbul edildiyi üçün ləğv edilməlidir. Belə ki, məhkəmə baxışı zaman həm təqsirləndirilən şəxs2, həm də zərərçəkmiş şəxs təqsirləndirilən şəxs1 bu işlə heç bir əlaqəsinin olmamasını, sadəcə təqsirləndirilən şəxs2 pulun Azad Abuşov tərəfindən ödəniləcəyini təşkil etmək məqsədilə bilərərkdən onun adını verdiyini bildirmiş və bu xüsusatlar da zərərçəkmiş şəxs tərəfindən təsdiq edilmişdir. Lakin buna baxmayaraq məhkəmə düzgün nəticəyə gəlməmiş sadəcə ittihamı təsdiq etməklə qərar qəbul etmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş təqsirsizlik prezumpsiyasının, Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin (ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir) ziddinə göstərmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Proses iştirakçılarının çıxışları : Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinin dəlillərini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün ləğv edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxsin əməlinin CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyinin, xarakterinin və şəxsiyyətinin nəzərə alınaraq ədalətli və qanuni cəza təyin edilmiş və “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.16-cı və 7.4cü bəndinə əsasən təqsirləndirilən şəxs1 barəsində CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilərək, o, cəzadan azad edilmişdir. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclasında müdafiə tərəfinin çıxışlarında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinin əsassız olması mübahisələndirildiyindən ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təqsirləndirilən şəxs1 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.16-cı və 7.4-cü bəndinə əsasən təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilərək, onun cəzadan azad edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu bütövlükdə hazırkı qərarda təkrar sadalamağa zərurət görmür, lakin bir neçə sübuta nəzər yetirilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək dələduzluq etmədiyini bildirmişdir. Lakin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs2 5-6 ildir ki, tanıyır. Onunla əvvəllər hərracla bağlı işlər görmüşdür. təqsirləndirilən şəxs2 dəllal işləyən vaxtlar ona müştəri tapıb gətirirmiş. Onunla bir il yarım iş görmüşlər. Lakin ondan sonra uzun müddət birlikdə iş görməmişlər. Təxminən 2025-ci ilin mart ayında təqsirləndirilən şəxs2 ona zəng etmiş və əsgərdən tanışı olan Zərərçəkmiş şəxs Cəlilabad rayonu, Göytəpə şəhərində torpağa icarə sənədi düzəltmək istədiyini, bu məsələnin həll edilməsi ilə bağlı Zərərçəkmiş şəxs onun adını verdiyini və bununla bağlı ondan nə qədər pul ala biləcəklərini soruşmuşdur. O isə hələlik dəqiq məbləğ deyə bilməyəcəklərini, təxminən 20.000-30.000 manat arası pul ala biləcəklərini, lakin dəqiq məbləğin yalnız torpağı ölçdükdən sonra bilinəcəyini bildirmişdir. Sonra onlar təqsirləndirilən şəxs2la öz aralarında razılaşmışlar ki, əgər Səxavət Zərərçəkmiş şəxs 30.000 manat pul alınarsa, 20.000 manatını ona verəcək, 10.000 manatı isə Səxavətdə qalacaq. Bundan sonra Səxavət onun nömrəsini Zərərçəkmiş şəxs göndərmişdir. O isə Zərərçəkmiş şəxs özü ilə danışıb torpağı ölçmək lazım olduğunu bildirmiş və bu iş üçün ona koordinator tanışlarının olduğunu bildirib onların nömrələrini göndərmişdir. Zərərçəkmiş şəxs həmin şəxslərlə Cəlilabad rayonuna torpağı ölçməyə getmişdir. təqsirləndirilən şəxs2 isə məsələnin nə yerdə olduğunu soruşduqda o torpağı ölçüb qurtardıqdan sonra dəqiq məlumat verə biləcəyini bildirmişdir. Torpaq ölçülüb qurtardıqdan sonra torpağın sxemini təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs göndərmişdir. Sonra təqsirləndirilən şəxs2 bildirmişdir ki, Famildən 30.000 manat pul alsın. Bundan sonra təqsirləndirilən şəxs2 Famillə danışmış, Zərərçəkmiş şəxs isə onunla razılaşaraq 30.000 manat pul vəsaitini verə biləcəyini bildirmişdir. Bundan sonra 2025-ci ilin aprelmay aylarında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs2 hissəhissə ayrı ayrı vaxtlarda ümumilikdə 30.000 manat məbləğində pul vermişdir. Həmin 30.000 manatın 20.000 manatını Bakı şəhəri, Nəsimi rayonunda yerləşən adını xatırlamadığı kafedə təqsirləndirilən şəxs2 ona əlbəəl vermişdir. Bundan sonra təxminən 2025-ci ilin iyun ayında Zərərçəkmiş şəxs ona telefonla zəng etməyə başlamışdır. O Familə 30.000 manatın hamısının onda olduğunu və işi həll edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs isə işin həll olunmasını istəmədiyini, pulun qaytarılmasını istədiyini bildirmişdir. O isə pulu ya kart hesabına ya da təqsirləndirilən şəxs2 yanında verə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ondan pulu kart hesabına atmağını istəmiş və onsuz da təqsirləndirilən şəxs2la əlaqə saxlaya bilmədiyini bildirmişdir. O hissə-hissə onun təqdim etdiyi bank kartına 10.000 manat pulu göndərmişdir, qalan 20.000 manat pulu istədikdə isə ona qalan haqq-hesabı təqsirləndirilən şəxs2la həll etməli olduğunu bildirərək qalan 20.000 manat pulu qaytarmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs sonradan bu pulla bağlı onun atasına müraciət eləsə də, atası pulun ona aid olan hissəsinin ödənildiyini və qalan pulun ödənilməsi ilə bağlı hara istəsə şikayət edə biləcəyini Zərərçəkmiş şəxs bildirmişdir. O həmçinin torpağa sənəd düzəltməklə bağlı heç bir səlahiyyətinin olmadığını, bu işləri ancaq tanışlıq vasitəsilə həll edəcəyini bildirmişdir. O həmçinin işin həll edilməsilə bağlı hər hansı dövlət orqanına müraciət etmədiyini və bu işlə bağlı ona hər hansı etibarnamə verilmədiyini bildirmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşısında ilkin verdiyi şübhəli ifadəsini təsdiq etməmiş, Zərərçəkmiş şəxs dediklərinin həqiqət olduğunu bildirmiş, təqsirləndirilən şəxs2la torpağı Zərərçəkmiş şəxs adına özgəninkiləşdirmək adı altında pulunu ələ keçirməklə bağlı aralarında razılığın olduğunu, təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs 30.000 manat pul aldığını və 20.000 manatının ona verildiyini bildirmişdir. (cild İ, iş vərəqi 204-208) İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ərizədən görünür ki, ona vurulmuş 30000 manat məbləğində maddi ziyanın təqsirləndirilən şəxs1 tərəfindən ibtidai istintaq müddətində 20000 manat, məhkəmə istintaqı müddətində isə qalan 10000 manatın ödənildiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslər barəsində şikayət və tələbinin olmadığını, yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. (cild II, iş vərəqi 62) Təqsirləndirilən şəxin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində özünün müdafiəsi üçün göstərdiyi dəlillər məhkəmə istintaqında olan digər təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri ilə, həm də istintaq materialları ilə təkzib edilməsinə və müdafiə xarakterli kimi qiymətləndirilməsinə dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə vermiş olduğu ifadələri elan edib tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi barədə özünün ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, iş üzrə digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin verdikləri ifadələri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı bildirdiklərinə gəldikdə isə yuxarıda qeyd edilən sübutlardan göründüyü kimi təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassız olmaqla özünü müdafiə xarakteri daşıdığından 1-ci instansiya məhkəməsi bu məsələyə düzgün hüquqi qiymət vermişdir. CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi, həmin əməllərə görə təqsirli olması istintaq orqanı tərəfindən toplanılmaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutlar toplusu ilə tam sübuta yetirilmişdir. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Qeyd edilənlərə əsasən müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz ona görə ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edilir. Beləliklə, məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinin, eləcə də məhkəmə iclasında qeyd etdiyi digər xüsusatların birinci instansiya məhkəməsinin hökmünün əsassız olmasına dair arqumentlərini mülahizə xarakterli dəlillər kimi qiymətləndirərək onların qəbul edilməsi üçün qanuni əsaslar müəyyən etmir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi baş vermiş cinayət hadisəsilə əlaqədar hökmündə istinad etdiyi hüquqi dəyərləndirmə əsaslı və düzgün olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəхs təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirlən şəxsin şəxsiyyətini, CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar qismində yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 02 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın könüllü olaraq tam ödənilməsini, cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası da təyin edilmiş cəzanı cinayət əməlinə adekvat hesab edir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.16-cı və 7.4-cü bəndlərini nəzərə alaraq təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməklə onun cəzadan azad edilməsinə dair düzgün yekun nəticəyə gəlmişdir. Belə ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının: 5-ci bəndinə əsasən icraatında olan bu qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 7.4-cü bəndində bu qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində amnistiya tətbiqinə məhdudiyyət qoyulduğu təsbit edilmişdir. Həmin qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəməm kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi amnistiya aktının tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladı olması, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsinə baxmayaraq o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, lakin buna baxmayaraq onun törətmiş olduğu cinayət əməli tam sübuta yetirildiyindən “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16 və 7.4-cü bəndinə əsasən onun barəsində həmin qərarın 5.1-ci bəndinə əsasən ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Şərh olunanlara əsasən və CPM-nin 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin təqsirləndirilən şəxs1 barəsindəki ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar