Məhkəmə qərarları › İş №1(3-8)-140/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-140/2026

29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-140/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 İnşallah qızının, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili Mustafa İlkin Məstan oğlunun iştirakı ilə, Rzayev İlham Gülhüseyn oğlunun və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi müdafiəçi5 oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü (hakim V.Həsənov) ilə ##.##.1974-cü ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılması və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni ##.##.2026-cı il tarixdən hesablanması və təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı bu müddətin cəzaçəkmə müddətinə daxil edilməsi, təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə həbsdə olmasının nəzərə alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökmün qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmlə həmçinin Rzayev İlham Gülhüseyn oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi müdafiəçi5 tərəfindən müştərək qaydada apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARI: təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, qabaqcadan əlbir olan qrup halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Rzayev İlham Gülhüseyn oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncunun bacısı Rzayeva İlhamə Gülhüseyn qızının rəfiqələri zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 İnşallah qızına yüksək vəzifələrdə işləyən tanışlarının vasitəsilə təqaüdlərinin bərpa ediləcəyinə dair yalan vəd verərək adma olan “Kapital Bank”a aid **************** nömrəli plastik kart hesabına zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 məxsus İlhamə Rzayeva tərəfindən ##.##.2022-ci il tarixdə saat 12:35-də göndərilən 1500 manat, ##.##.2022-ci il tarixdə saat 13:03-də göndərilən 1000 manat, ##.##.2022-ci il tarixdə saat 19:09-da göndərilən 1500 manat, ##.##.2022-ci il tarixdə saat 16:00da göndərilən 1000 manat, ##.##.2022-ci il tarixdə saat 15:53-də göndərilən 2000 manat, ##.##.2022-ci il tarixdə saat 21:04-də göndərilən 600 manat, ##.##.2022-ci il tarixdə saat 17:21də Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən “Bazar Store” marketdə olan ödəmə terminalı vastəsi ilə göndərilən 5000 manat, ##.##.2022-ci il tarixdə saat 20:46-da Bakı şəhəri, Binəqədi rayonu, Masazır qəsəbəsi, X2 həyətində yerləşən “Dream” marketdəki ödəmə terminalı vastəsi göndərilən 1500 manat, ##.##.2023-cü il tarixdə ünvan 2 ünvanından 350 manat, ##.##.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən “Bazar Store” marketdə olan ödəmə terminalı vastəsi ilə göndərilən 2650 manat, ##.##.2023-cü il tarixdə ünvan 2 ünvanında 3000 manat, ##.##.2023cü il tarixdə saat 17:20-də Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən “Bazar Store” marketdə olan ödəmə terminalı vastəsi ilə göndərilən 2400 manat olmaqla zərərçəkmiş şəxs1 9000 (doqquz min) manat, Günay Mehrahyevanm isə 13500 (on üç min beş yüz) manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə, ümumilikdə 22500 manat pul vəsaitini alıb ələ keçirərək, öz aralarında bölməklə zərərçəkmişlər zərərçəkmiş şəxs1 9000 manat, zərərçəkmiş şəxs2 isə 13500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. APELYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə barəsində aparılmış prosessual hərəkətlər milli qanunlara və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiyaya ziddir. Müstəntiqin təxəyyülünün məhsulu, xəyalları və şəxsi fikirləri əsasında tərtib edilmiş ittiham aktı ilə məhkəmə onu təqsirli bilərək məhkum etmişdir. bu cür qanunsuz ittiham olunmağı onu deməyə əsas verir ki, müstəntiq vəzifə səlahiyyətlərindən sui-istifadə, tamah, öz şəxsi mənafeyini qulluq menafeyindən üstün tutaraq qəsdən dövlətin və cəmiyyətin qanunla qorunan mənafeyinə ciddi zərbə vurmuşdur. Odur ki, bu yalnış hökmü ciddi şəkildə araşdırılmağı, insan hüquqlarını nəzərə alaraq konstitusiya naminə düzgün və ədalətli şəkildə hüquqi qiymət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi müdafiəçi5 birgə verilmiş apellyasiya şikayətində hökmün ləğv edilməsini və əməldə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri sübuta yetirilmədiyindən həmin maddələr ilə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişlər, şikayəti onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi hökmündə "məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və onlara qanunla müəyyən edilmiş qaydada təqsirləndirildikləri maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.” göstərilmişdir. Müdafiə tərəfi olaraq məhkəmənin bu mövqeyi ilə qətiyyən razılaşmırlar. Beləki, ilk olaraq qeyd edim ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Rzayev İlham Gülhüseyn oğlunu təxminən 2011ci ildən tanımış və aralarında dostluq münasibətləri olmuşdur. İlhamə Rzayevanı da İlhamın vasitəsilə tanımış, İlhamə İlhamın doğma bacısıdır. İlhamə ona 16500 manat pul vermiş, o da həmin pulu İlhama vermişdir. Ona cəmi 3000 manat pul verilmişdir. Zərərçəkmiş şəxsləri tanımır. İlk dəfə zərərçəkmiş şəxsləri məhkəmə iclası zamanı görmüşdür. İbtidai istintaq zamanı iş materialları ilə tanış olmamışdır. İlham və İlhamə bacı-qardaş ona bu oyunu qurmuşdlar. Birinci instansiya məhkəməsi hökm çıxararkən təqsirləndirilən şəxsin bu ifadəsini nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyinin tələbinə görə-hökm yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında çıxarılmalıdır. Müdafiə tərəfi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad olunan maddənin tələbləri kobud şəkildə pozulduğundan hökm məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında çıxarılmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş zərərçəkmiş şəxs2 İnşallah qızı və zərərçəkmiş şəxs1 ifadələrində İlhamə Rzayevanı tanıdıqlarını, pulları ona verdiklərini, işi onunla danışdıqlarını və onlara vədi İlhamənin verdiyini bildirərək İlhamədən şikayətmi olduqlarını göstərmiş və İlhamənin məhkəməyə gətirilməsini tələb etmişlər. Həmçinin zərərçəkmişlər ifadələrində Şamxalı tanımadıqlarını, onu məhkəmə iclaslarında tanıdıqlarını bildirmişlər. Çox təəssüflər olsun ki, birinci instansiya məhkəməsi müşavirə otağında hökm çıxararkən bu halların heç birini nəzərə almamış istintaq orqanının tərtib etmiş olduğu ittiham aktını hökmə köçürməklə ittihamedici hökm çıxarmışdır. Halbuki, ittiham aktında göstərilənlərin heç biri məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Bundan başqa müdafiə tərəfi kimi İlhamə Rzayevanın məhkəmə iclasına dəvət olunaraq dinidirilməsini tələb etmiş, məhkəmə vəsatəti təmin etmiş, lakin İlhamə məhkəm iclasına gəlməmiş, barəsində məcburi gətirilmə qərarı verilmiş və bundan sonra məhkəm iclasına gəlmiş, həmin məhkəm iclasında da həbsdə olan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmə iclasına gətirilmədiyindən iclas baş tutmamış və bundan sonrakı məhkəmə iclaslarında da İlhamə Rzayevanın iştirakı təmin edilməmiş, təqsirləndirilən şəxs2la çarpaz dindirməsi apraılmadan məhkəmə ittihamedici hökm çıxarmışdır ki, bu da hesab edirəm ki, prosessual pozuntudur, çünki, İlhamə Rzayeva iş üzrə əsas şahid olmuş və zərərçəkmişlər də birbaşa ondan şikayətçi olmuşlar. təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığından vəya sübuta yetirilmədiyindən apellyasiya qaydasında hökm ləğv edilməli, həmin maddə ilə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməlidir. Müdafiə tərəfi onu da qeyd etməyi vacib hesab edir ki, təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində xəstə və yaşlı anası vardır, daimi yaşayış yeri məlumdur, əməli sübuta yetirilməmişdir. Odur ki, bütün bu hallar müşavirə otağında yenidən qiymətləndirilməli və nəzərə alınmalıdır. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxsin müdafiəçisi Mustafa İlkin Məstan oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 İnşallah qızı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 barəsində ittiham üzrə gəldiyi əməlin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi vermiş olduğu apellyasiya şikayətində hökmün ləğv edilməsini və bəraət verilməli olmasını mübahisələndirmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə təqsirləndirilən şəxs2 barəsində iş materiallarını, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutları və məhkəmənin gəldiyi nəticələrin qanunauyğunluğunu yoxlayaraq hesab edir ki, hökm cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən, apellyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan qrup halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunur. O, özünü təqsirli bilməmiş, bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilməklə qiymətləndirilən sübutlara düzgün istinad etdilməklə, onlara hüquqi qiymət verilməsi barədə gəldiyi nəticə ilə kollegiya razılaşdığından, həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür, ancaq əməl üzrə dəyərləndirilmə aparılarkən birinci instansiya məhkəməsində tədqiq edilməklə əldə olunmuş sübutların məzmunu dəyişdirilmədən qiymətləndiriləcəkdir. Cinayət Məcəllənin 178-ci maddəsinə görə dələduzluq cinayətini etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi müəyyən etmişdir. CM-nin 178.2.1-ci maddəsində dələduzluq cinayət əməli tövsifedici əlamət kimi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə cinayət məsuliyyətinə səbəb olduğu təsbit edilmişdir. CM-nin 178.2.4-cü maddəsində dələduzluq cinayət əməli tövsifedici əlamət kimi xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olduğu təsbit edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * nömrəli, ## #### 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. X1 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-cı il tarixli ** saylı qərarının 9-cı bəndində göstərmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayət əməlini törətmədiyini mübahisələndirsə də, təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatlar məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla təkzib edilir. Belə ki, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadədən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadəsində göstərilən xüsusatların, digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid qismində dindirilən şəxsin ifadələri və aparılmış istintaq hərəkətləri nəticəsində toplanılmış sübutların müqayisəli təhlili ittihamın əsaslı olması qənaətini formalaşdırır ki, bu da müdafiə tərəfinin dəlillərinin formal mülahizə kimi dəyərlənirilməklə ittihamın əsaslılığı qənaətini formalaşdırır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış, işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə yol verməmiş, sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək dəyərləndirilmiş, yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, təqsirləndirilən şəxs2 barəsində bəraət verilməsi üçün əsaslar müəyyən edilmədiyindən, onun əməlində ittiham üzrə təsvir olunan cinayət əməlinin tərkibi olduğundan, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan qrup halında zərərçəkmiş şəxslərə qarşı dələduzluq etməsinə dair ittihamın əsaslı olması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin apellyasiya instansiyası məhkəmələrinin diqqətini ona cəlb etməyi lazım bilir ki, onlar birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarının yalnız formal mülahizələrə görə ləğv edilməsindən çəkinməlidirlər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarı). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, təqsirləndirilən şəxs2 dair hissədə Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 göstərilmiş 6 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı Mustafa İlkin Məstan oğlunun vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 66 (altmış altı) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi müdafiəçi5 oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs2 apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Mustafa İlkin Məstan oğluna 6 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar