Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-141/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bünyatov Adil İbrahim oğlunun, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə ## ###### 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri. Novxanı bağlar ərazisi ev 3562E-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 41A məhəllə, ev 213. mənzil 2də və yaşaymış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət ona təyin olunan 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmış və üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsi və onun dərhal məhkəmə zalından həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş üzrə maddi sübut məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə ünvan 2 ünvanında yerləşən 0.025 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 76.6 m2 təşkil edən bağ evinin özünə məxsus olması barədə Zərərçəkmiş şəxs həqiqətə uyğun olmayan məlumatlar verməklə, həmin bağ evini ilkin ödəniş kimi 20000 (iyirimi min) manat, qalan hissəsi isə aylıq hissə-hissə ödənildikdən sonra, ümumilikdə 80000 (səksən min) manata satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi tam şəkildə əvvəlcədən verinə yetirmək niyyətində olmadan bunun müqabilində Zərərçəkmiş şəxs 2023-cü ilin avqust ayının əvvələrində ünvan 1 ünvanında yerləşən mənzildə 3000 (üç min) manatı ## ###### 2023-cü il tarixdə, saat 21:43-də həmin ünvandan mobil tətbiq vasitəsi ilə istifadəsində olan bank kartının bank hesabına köçürülmüş 3500 (üç min beş yüz) manatı 2023-cü ilin avqust ayının sonlarında Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində şahid5 vasitəsi ilə 1000 (bir min) manatı, ünvan 1 ünvanında yerləşən mənzildən mobil tətbiq vasitəsi ilə istifadəsində olan bank kartının bank hesabına ## ######## 2023-cü il tarixdə, saat 21:51-də köçürülmüş 1000 (bir min) manatı, ## ######## 2023-cü il tarixdə, saat 23:52-də köçürülmüş 2000 (iki min) manatı, ## ######## 2023- cü il tarixdə, saat 13:20-də köçürülmüş 1200 (bir min iki yüz) manatı, 2023-cü ilin sentyabr ayının sonlarında Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən Səməd marketin yaxınlığında 3500 (üç min beş yüz) manatı, 2023cü ilin oktyabr ayının əvvələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən kafedə 4800 (dörd min səkkiz yüz) manatı, 2023- cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayınadək olan müddətdə hissə-hissə olmaqla 380 (üç yüz səksən) manatı, ünvan 1 ünvanında yerləşən mənzildən mobil tətbiq vasitəsi ilə istifadəsində olan bank kartının bank hesabına ## ####### 2023-cü il tarixdə, saat 10:53-də köçürülmüş 70 (yetmiş) manatı, ## ###### 2023-cü il tarixdə, saat 14:30-da köçürülmüş 200 (iki yüz) manatı, ## ###### 2023-cü il tarixdə, saat 15:08-də köçürülmüş 400 (dörd yüz) manatı, ## ###### 2023-cü il tarixdə, saat 16:00-da köçürülmüş 100 (bir yüz) manatı, ## #### 2024-cü il tarixdə, saat 22:15-də köçürülmüş 30 (otuz) manatı, ## #### 2024-cü il tarixdə, saat 12:02-də köçürülmüş 50 (əlli) manatı, ## #### 2024-cü il tarixdə, saat 16:27-də köçürülmüş 350 (üç yüz əlli) manatı, ## #### 2024-cü il tarixdə, saat 11:41-də köçürülmüş 30 (otuz) manatı, ## #### 2024-cü il tarixdə, saat 19:10-da köçürülmüş 50 (əlli) manatı, ## ##### 2024-cü il tarixdə, saat 21:57-də köçürülmüş 200 (iki yüz) manatı, ümumilikdə isə 21860 (iyirimi bir min səkkiz yüz altımış) manat məbləğində, yəni xeyli miqdarda pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirsə də, iradəsindən asılı olmayan səbəblərə görə əməlini tam başa çatdıra bilməmiş, bununlada zərərçəkmiş şəxsə külli miqdarda maddi zərər vurub dələduzluq etməyə cəhd etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxsə İ dəfə müstəntiqin yayında 5000 (beş min) manat ödənilmiş, qəbz işə əlavə edilmiş, məhkəmə prosesi ərzində zərərçəkmiş şəxsə müxtəlif vaxtalarda 2000 (iki min) manat, 2000 (iki min) manat, 10000 (on min) manat, 2950 (iki min doqquz əlli) manat, ümumilikdə 21950 (iyirmi min doqquz əlli) manat pul ödənilmişdir. Məhkəmə prosesində zərərçəkmiş şəxs onun barəsində dedikləri yüksək fikirləri, onun azadlığa buraxılması barədə fikirləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bünyatov Adil İbrahim oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs çıxış edərək apellyaisya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X2 çıxış edərək apellyasia şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 29, 178.3.2-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin və protestin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, həmin dəlillərdə dəymiş ziyanın tam ödənildiyini göstərsə də, bu hal iş materiallarında, o cümlədən zərərçəkmiş şəxs tərəfindən verilmiş izahatda öz təsdiqini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən dəymiş ziyanın tam ödənilməsi üçün şərait yaradılması baxmayaraq dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan sənədlərin tədqiqi nəticəsindən və zərərçəkmiş çəkmiş şəxsin izahatından müəyyən olunur ki, zərərçəkmiş şəxsə dəymiş ziyan məbləğindən (21860 manat) 11310 (on bir üç yüz altmış) manat ödənilmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət–hüquqi normaların işığında apellyasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisəli təhlil etməklə aşağıdakılar qeyd etməyi zəruri hesab olunmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tümen şəhəri, Mərkəzi (Tsentralnıy) rayon Məhkəməsinin ##.##.2008- ci il tarixli hökmü ilə RF-si Cinayət Məcəlləsinin 126 m. 2 h. "a" bəndi, 126 m. 2 h. "d" bəndi, 126 m. 2 h. "z" bəndi, 163 m. 3 h. "b" bəndi, 69 m. 3 h. ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Tümen şəhəri, Lenin rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli qərarı ilə RF-si Cinayət Məcəlləsinin 79cu maddəsinə əsasən ##.##.2015- ci il tarixdə 2 ay 10 gün müddətinə ona təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad edilmişdir Apellyasiya instansiya məhkəməsi dəymiş ziyanın qismən ödənilməsini təqsirləndirilən şəxsin əməlində cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, dəymiş ziyanın tam ödənilməməsini, zərərçəkmiş şəxslə barışmamasını, təqsirləndirilənin şəxsiyyətini nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Bünyatov Adil İbrahim oğluna 66 (almış altı) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-141/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-141/2026
02.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver