Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-144/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X12 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçiləri – “Kredo” Vəkil Bürosunun vəkili müdafiəçi2 və Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq (videokonfrans əlaqə sistemi vasitəsi ilə), məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə (hakimlər: Nurəddin Hüseynli (sədrlik edən), Nahid Mirzəyev və Ilham Cəfərzadə) Təqsirləndirilən şəxs (## ###### 1980-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Şəfəq qəsəbəsi bina 35, mənzil 30 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, şəxsiyyəti istintaqa məlum olmayan Iran Islam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun qanunsuz əldə etdiyi xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin müəyyən pul müqabilində tapşıracağı yerə çatdırmaqla satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə həmin şəxsin bir qrup şəxs halında ## ###### 2024-cü il tarixdə Cəlilabad şəhərində yerləşən “Stəkan Nəlbəki” çay evinin yaxınlığında yolun kənarına qoyduğu, ayrı-ayrılıqda çəkiləri 124,118 qram, 920 qram, 910 qram, 430 qram və 910 qram olmaqla ümumi çəkisi - 3294,118 qram olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 24,707 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1,828 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz əldə edərək Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində və ona məxsus «Renault Megane» markalı 99-SC812 dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, ## ###### 2024-cü il tarixdə Abşeron RPI-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Ayxan» yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılıb həmin gün saat 22:10-dan 22:34-ə kimi onun üzəri yoxlanılan zaman əynində olan gödəkcənin sağ yan cibindən həmin 124,118 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 24,707 qram çəkidə psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı kimi ona məxsus «Renault Megane» markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin 04 ədəd bağlamada ayrı-ayrılıqda 920 qram, 910 qram, 430 qram və 910 qram, ümumilikdə 3170 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bağlamada təmiz çəkisi 1,828 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Müdafiəçi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü işin faktiki hallarına, müdafiə tərəfindən təqdim edilmiş, məhkəmə icraatı zamanı tədqiq edilmiş sübutlara uyğun olmadan, həmin sübutlar nəzərə alınmadan, həmin sübutlara işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən mahiyyəti üzrə yanaşılmadan, hüquqi qiymət verilmədən və əsaslı, obyektiv və ədalətli hüquqi münasibət bildirilmədən, müdafiə tərəfinin işin hərtərəfli, tam, obyektiv araşdırılmasına yönəlmiş vəsatətləri təmin edilmədən qəbul edildiyindən qanunsuz, əsassız və ədalətsizdir. Müdafiəçi həmçinin hökmdə əks olunmuş ifadələrə, maddi sübutlara istinad edərək, həmçinin həm istintaq, həm də işə baxılarkən kobud prosessual pozuntulara yol verildiyini qeyd edərək, hökmün ləğv olunmasını xahiş etmişdir. Həmçinin müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökm qanunsuz, əsassız və ədalətsizdir. Çünki iş üzrə faktiki hallara, toplanmış sübutlara və qanunvericiliyin tələblərinə uyğun gəlmir. Məhkəmə araşdırması zamanı müdafiə tərəfinin təqdim etdiyi sübutlar və qaldırdığı vəsatətlər nəzərə alınmamış, işin hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmişdir. Nəticədə çıxarılmış hökm ədalət mühakiməsinin məqsədlərinə zidd olmuşdur. Təqsirləndirilən şəxs istintaqın əvvəlindən etibarən özünü təqsirli bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən kobud prosessual pozuntulara yol verilmişdir. Belə ki, iş materiallarında olan DVD diskdəki videogörüntülərdən aydın olur ki, polis əməkdaşları qara rəngli avtomobillə Təqsirləndirilən şəxs avtomobilini uzun müddət izləyərək onun hərəkətlərini nəzarətdə saxlamışlar. Bu hal “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə əsasən güdmə əməliyyat-axtarış tədbiridir. Lakin həmin tədbirin keçirilməsi üçün məhkəmə qərarı tələb olunduğu halda iş materiallarında belə bir qərar mövcud deyildir. Təqdim olunmuş əməliyyat qərarında isə ümumiyyətlə bu tədbirin keçirilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən əldə edilmiş sübutlar CPM-in 125-ci maddəsinə əsasən yolverilməz hesab edilməlidir. Istintaq hərəkətləri zamanı sübutların toplanması və rəsmiləşdirilməsi qaydaları da kobud şəkildə pozulmuşdur. Narkotik vasitələrin çəkisi ölçülməmiş, ilkin baxış zamanı metamfetamin aşkar edilməmiş, lakin sonradan ekspert rəylərində bu maddənin mövcud olduğu göstərilmişdir. Müstəntiq tərəfindən tərtib olunmuş “diskə baxış” protokolunda videogörüntülərdə əksini tapmayan hallar əlavə edilərək sənəd təhrif edilmişdir. Maddi sübutların saxlanılması və təqdim edilməsi prosesində ciddi ziddiyyətlər yaranmışdır. Bütün bunlar sübutların etibarlılığını və mötəbərliyini tamamilə aradan qaldırır. Iş üzrə müstəntiq və polis əməkdaşlarının ifadələri ilə obyektiv sübutlar arasında ciddi uyğunsuzluqlar mövcuddur. Protokollarda Təqsirləndirilən şəxs metamfetamin maddəsinin ona məxsus olduğunu bildirdiyi qeyd olunsa da, videoyazıda belə bir hal yoxdur. Polis əməkdaşları avtomobildən yalnız bir mobil telefon aşkar edildiyini bildirsələr də, videogörüntülərdə iki telefonun aşkar edildiyi açıq görünür. Təhqiqatçı tərəfindən tərtib olunmuş ilkin baxış sənədlərində metamfetamin qeyd edilmədiyi halda, sonradan ekspert rəylərində bu maddənin mövcudluğu göstərilmişdir. Bu hallar sübutların sonradan əlavə edilməsi və ya dəyişdirilməsi ehtimalını yaradır. Maddi sübutların qanuni qaydada tanınmaması da iş üzrə mühüm pozuntudur. CPM-in 128.2-ci maddəsinə əsasən hər bir əşya yalnız müvafiq qərarla maddi sübut kimi tanına bilər. Lakin iş materiallarında yalnız 1,828 qram marixuana maddəsinin bu qaydada tanındığı halda, heroin, metamfetamin və digər əşyalarla bağlı belə qərar mövcud deyildir. Buna baxmayaraq, ittiham həmin sübutlara əsaslanmışdır ki, bu da ittihamın hüquqi əsaslarının olmamasını göstərir. Ekspert rəylərində də ciddi qüsurlar mövcuddur. Məhkəmətibbi ekspert xəsarətlərin hansı şəraitdə və hansı üsulla əmələ gəldiyini əsaslandırmadan ümumi nəticələr vermiş, səlahiyyət həddini aşaraq hüquqi xarakterli qiymətləndirmə aparmışdır. Müdafiə tərəfinin ekspertin məhkəmədə dindirilməsi barədə vəsatəti isə əsassız olaraq rədd edilmişdir. Bu isə müdafiə hüququnun kobud şəkildə pozulması deməkdir. Şahid ifadələri də etibarlı hesab edilə bilməz. Polis əməkdaşlarının ifadələri eyni məzmunlu olmaqla, sözbəsöz təkrar edilmişdir. Bu hal əvvəlcədən razılaşdırılmış ifadələrdən istifadə edildiyini göstərir. Üstəlik, həmin ifadələr videogörüntülərlə təkzib olunur və onların tərəfsiz şahid kimi qəbul edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin iş üçün mühüm əhəmiyyət kəsb edən bir sıra vəsatətlərini əsassız olaraq rədd etmişdir. Bu vəsatətlər sırasında ekspertin dindirilməsi, əlavə ekspertizaların keçirilməsi, mühüm şahidlərin dindirilməsi, GPRS məlumatlarının əldə edilməsi, əməliyyat tədbirlərinin qanuniliyinin yoxlanılması ilə bağlı sorğuların göndərilməsi kimi məsələlər olmuşdur. Bu vəsatətlərin təmin edilməməsi müdafiə tərəfini sübut təqdim etmək imkanından məhrum etmişdir. Məhkəmə anten dairə məlumatlarını da düzgün qiymətləndirməmişdir. Həmin məlumatlar Təqsirləndirilən şəxs saxlanıldığı gün Binəqədi rayonunda olduğunu təsdiq etdiyi halda, hökmdə əks nəticəyə gəlinmişdir. Eyni zamanda, onun sonradan Novxanı kəndinə aparılması faktı da bu məlumatlarla təsdiq olunur, lakin məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə ilkin etirafedici ifadələrə əsassız olaraq üstünlük vermişdir. Halbuki həmin ifadələrin fiziki və psixoloji təzyiq nəticəsində verildiyi məhkəmədə bəyan edilmişdir. Bu barədə digər məhkəmə qərarlarında da qeydlər mövcud olmuşdur. Buna baxmayaraq, bu hallara hüquqi qiymət verilməmiş və təqsirsizlik prezumpsiyası prinsipi pozulmuşdur. Bundan əlavə, təyin edilmiş cəza həddindən artıq ağırdır. Məhkumun ailə vəziyyəti, himayəsində azyaşlı uşaqların olması kimi yüngülləşdirici hallar nəzərə alınmamışdır. Bu isə hökmün ədalətsizliyini daha da artırır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ədalətsiz olmuşdur, çünki məhkəmə işin faktiki hallarını tam və obyektiv araşdırmamış, müdafiə tərəfinin təqdim etdiyi sübutlara və qaldırdığı vəsatətlərə lazımi hüquqi qiymət verməmişdir. Sübutlar arasında mövcud olan ziddiyyətlər aradan qaldırılmamış, qanunsuz yolla əldə edilmiş materiallara istinad edilmiş və təqsirsizlik prezumpsiyası prinsipi gözlənilməmişdir. Nəticədə məhkəmə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmiş və əsassız ittihamedici hökm çıxarmışdır. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasında müdafiəçilər müdafiəçi2 və müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə edib, dəlillərinə uygun çıxış edərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətlərini müdafiə edərək, hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxışında apellyasiya şikayətlərinin dəlillərini qəbul etmədiyini, o cümlədən təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu bildirərək, şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsə bəraət verilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçilərinin, şikayətlərin rədd edilməklə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin məzmunundan görünür ki, apellyasiya şikayətlərində işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək təqsirləndirilən şəxsə CM-in 234.4-1-ci maddəsi ilə bəraət verilməsi iddia edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin təqsirləndirilən şəxsə CM-in 234.4-1-ci maddəsi ilə bəraət verilməsinə dair dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətlərində göstərilən xüsusatlar digər danılmaz sübutlarla - təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, həmçinin şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə araşdırmasının yekunu üzrə qərar qəbul edərkən Cinayət-Prosessual Məcəlləsinin 349-351-ci maddələri ilə müəyyən edilən normaları əsas götürür. Həmin maddələrlə müəyyən edilmişdir ki, hökm Azərbaycan Respublikası Konstitusiyasına, cinayət və cinayət-prosessual qanunlara riayət edilməklə çıxarıldıqda, habelə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni və əsaslı sayıla bilər. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bəraət hökmünə bəraət verilən şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. (Cinayət- Prosessual Məcəlləsinin 350.3 və 351.2-ci maddələri) Məhkəmə kollegiyası ilk olaraq apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq onu əsassız hesab edir və hazırki cinayət işi üzrə aşağıdakıları qeyd etməyi zəruri sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ittiham verilməsinə dair yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları tam olaraq hazırki qərarda təkrar təsvir etməyə zərurət görmür. Lakin apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsinə təkrar diqqət yetirməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir: o, noyabr ayının on doqquzu həbs edilmişdir. Həmin vaxtı həbs edilməsinin saatını dəqiq xatırlamamışdır. Onun anası infarkt keçirmişdir. Binəqədi rayonu Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsində anası yaşamışdır. Həmin günü anasına baş çəkməyə getmişdir. Həmin getdiyi saat onun yadında qalmamışdır. Anasıgildən yaşadığı ünvana getmək üçün yola çıxmışdır. Anasıgildən çıxıb avtomobilə yaxınlaşanda iki nəfər ona yaxınlaşmışdır. Ilk olaraq ondan siqaret istəmişlər. O, siqaret verəndən sonra ona “bizimlə birgə gedək” demişlər. Hara gedəcəklərini soruşduqda onun qolundan tutmuşlar. Qolundan tutaraq avtomobilə əyləşdirmişlər. Özlərini ona təqdim etməmişlər. O, Idarəyə gedənə qədər onu saxlayan şəxslərin Abşeron rayon Polis Idarəsinin əməkdaşları olduğunu bilmişdir. O, nə üçün onlarla birgə getməli olduğunu soruşduqda ona tapşırığın belə olduğunu demişlər. Haradan gəldiyini soruşmuşlar və xalasıgildən gəldiyini demişdir. Xalasıgilin evinə girmişlər. Həmin evdə yoxlanış aparmışlar. Onlara yalvararaq “evdəkilər xəstədir və orada hay-küy salmayın” demişdir. Xalasıgilə narahat olmamalarını, Faiqlə söhbət edib buraxacaqlarını demişlər. Onlara bu hərəkətlərinə görə onlardan şikayət edəcəyini demişdir. Xalasıgil kimsəyə məlumat verə bilməsin deyə onlardan iki ədəd mobil telefon götürmüşlər və onlara yarım saata Faiqi buraxacaqlarını demişlər. Sonra onu avtomobilə əyləşdirmişlər. Avtomobil Tesla markalı olmuşdur. Ona COP-29 tədbiri ilə bağlı siyahıda olduğunu demişlər. Ona içəriyə getməli olduğunu demişlər. Bu söhbətlə onu Abşeron rayon Polis Idarəsinə gətirmişlər. Polis Idarəsinə çatmamış bir yerdə avtomobili saxlamışlar. O, narazılıq etmişdir. Onlardan şikayət edəcəyini demiş və aralarında bir az mübahisə olmuşdur. Onunla həmin vaxt söhbəti Samir adlı şəxs etmişdir. Telefonlar da onlarda olmuşdur. Telefonun içərisini yoxlamışlar. Telefonda nəsə aşkar etməmişlər. Onun avtomobilini Binəqədi ərazisindən Abşeron rayon Polis Idarəsinə onlar özləri gətirmişlər. Samir adlı şəxs ona avtomobilində əyləşməsini demişdir. Iki nəfər də onunla birlikdə avtomobildə əyləşmişdir. Ona avtomobilini sürməsini demişlər. Ona “avtomobili sür söhbət edək” demişlər. Ona and içərək dekabr ayında buraxacaqlarını demişlər. Daxili Işlər Nazirliyindən belə bir göstəriş verildiyini demişlər. Daha sonra onu Masazır ərazisinə gətirmişlər. Orada da bir az söhbət etmişlər. Onların dedikləri ilə razılaşmamışdır. Ondan sonra onu X5 markalı avtomobilə əyləşdirmişlər. Həmin X5 markalı avtomobilin sahibi Samir olmuşdur. Ona hədə gəlməyə başlamışlar. Cibindən “top” çıxaracaqlarını demişlər. Ona onlarla razılaşmağı və 3-5 qramla içəriyə getməyi demişlər. Dekabr ayında onu buraxacaqlarını demişlər. Orada ona əmisi tərəfindən zəng gəlmişdir. Ondan zəng edənin kim olduğunu soruşanda əmisi olduğunu demiş və danışmaq üçün icazə istəmişdir. Əmisi ilə danışanda onu tutduqlarını deməyə ona imkan verməmişlər. Əlindən telefonu almışlar. Ondan sonra VAZ 2107 markalı avtomobil yanlarına gəlmişdir. Onu VAZ 2107 markalı avtomobilə mindirmişlər. Haraya və hansı formada Samirin getdiyini o, bilməmişdir. Samir telefonla danışmışdır. Onun kiməsə konum göndərməsini başa düşmüşdür. VAZ 2107-ni idarə edən şəxsə konuma sürməsini demişdir. Novxanı ərazisinə gəlmişlər. Hansısa evin qarşısında dayanmışlar. Evin arxasından bir ədəd çanta götürmüş və yanlarına gəlmişdir. Avtomobilə əyləşmişdir. Dəniz kənarı ilə gedəndə Socarın yanacaqdoldurma məntəqəsini keçəndən sonra sağa dönmüşlər. Orada da bir az söhbət etmişlər. Ondan sonra onu Xırdalan şəhərinə gətirmişlər. Ayxan Petrol adlanan yerin üzbəüzündə avtomobili saxlamışlar. Avtomobildən onu düşürmüşlər. Orada boş bir obyekt olmuşdur. Orada olarkən onlarla bir az artıq-əskik danışmışdır. Orada olarkən özünü artıq idarə edə bilməmişdir. Buna görə də ona əl atmışlar. Onu döymüşlər. Boş bir obyektdə onu döymüşlər. Samir ona orada bir söz demişdir. Onu hədələmişdir. O, nəyə görə onlarla razılaşdığını vəkilinə belə deməmişdir. Ondan sonra onlara “nə bilirsizsə edin” demişdir. Həmin yer Ayxan Yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yer olmuşdur. Sağ və sol ciblərinə bükümlər qoymuşlar. Avtomobilinə də narkotik qoyaraq bunların onun olduğunu bildirmişlər. Avtomobilə əyləşdirmişlər. Fərid adlı şəxs də avtomobilin arxa oturacağında əyləşmişdir. Ona artıq-əskik hərəkət etməməsini demişdir. Xırdalan dairəsinə tərəf avtomobili sürmüşdür. Azpetrol tərəfdən dönmüş və geri qayıtmışdır. Tutulduğu yerə çatanda ona burada saxlamasını demişlər. Ona avtomobildən düşməsini və ona yaxınlaşacaqlarını demişlər. Avtomobildən düşərək tutulduğu yerə getmişdir. Iki nəfər gəlmiş və guya onu saxlamışlar. Müstəntiq də hətta həmin videoya baxanda gülmüşdür. Videoçəkilişdə özlərini təqdim etmişlər. Cibindən narkotiki çıxarmışlar. Avtomobilinə baxış keçirmişlər. Videoçəkiliş onların istədiyi kimi qeydə alınmışdır. Faiqin avtomobilindən bir ədəd də telefon aşkar edildiyini deyən Fərid olmuşdur. Ondan “sənindirmi” deyə soruşanda onun olduğunu demişdir. Avtomobildən ikinci bir telefon çıxmışdır. Ondan “sənindirmi” deyə soruşanda onun olmadığını demişdir. Videogörüntüyə diqqətlə baxıldıqda həmin anda çəkilişdə bir balaca qırılma olmuşdur. Həmin mobil telefon Fərid adlı şəxsə məxsus olmuşdur. Avtomobilinə əyləşən zaman telefonunu avtomobilində düşürmüşdür. Telefona baxmış və Faiqin avtomobilində ikinci bir telefon da aşkar edilərək təqdim etmişdir. Ondan sonra onu Idarəyə aparmışlar. 20 dəqiqə polis Idarəsində olduqdan sonra onu təhqiqatçının yanına qaldırmışlar. Cəlilabadlılara məxsus olan formada ona “səndən soruşanda stəkan və nəlbəkidə denən” demişlər. Vəkili də özünü təqdim etmişdir. Təhqiqatçı sənədləri yazmışdır. Vəkili ilə söhbət etmək istədiyini demişdir. O, vəkilinə narkotiklə heç bir əlaqəsinin olmadığını demişdir. Ona “gəl sən mənə kömək elə və imza çəkməyim” demişdir. Ona “videogörüntü varmı” deyə soruşanda görüntü olduğunu demişdir. Ona “sənə münasibətdə heç bir şey edə bilmərəm” demişdir. Vəkili ona bu sözü deyəndən sonra təhqiqatçı qarşısına nə qoymuşdursa imza çəkmişdir. Onu MSY-yə aparmışlar. Üzərindən yarım saat keçmişdir. Samir və üç nəfər başqa şəxs onu oradan çıxarmışdır. Ondan sonra evə baxışa keçmişlər. Protokolda qeyd olunub-olunmadığını bilməmişdir. Vəkildən soruşanda belə bir protokola rast gəlmədiyini demişdir. Yaşadığı ünvana onu aparmışlar. Stansiya Sumqayıt adlanan ərazidə yaşamışdır. Evi axtarmışlar və heç bir şey aşkar etməmişlər. O, avtomobili aylığa almışdır. Onun evində 700 manat pulu olmuşdur. Avtomobilin aylığına 480 manat pul vermişdir. Evində olan 700 manat pulu da onlar götürmüşlər. O, tutulan zaman da üzərində 60 manat pulu olmuşdur. Üzərində olan 60 manatı özləri də təsdiqləmişlər. Evində olan 700 manatı isə inkar etmişlər. Evindən heç bir şey aşkar etmədən onu yenidən gətirmişlər. Səhəri günü onun yanına müstəntiq gəlmişdir. Müstəntiqə narkotiklə heç bir əlaqəsi olmadığını demişdir. Ona “sən nə istəyirsən, Samiri çağırım istəyirsən” demişdir. O da müstəntiqdən nə istədiyini soruşanda müstəntiq ona “bura imza çək və səni sanksiya məhkəməsinə çıxaracam” demişdir. O da imza çəkmişdir. Imza çəkəndən sonra onu prokurorluğa aparmışlar. Orada təkcə ondan nömrəsini soruşmuşlar. Başqa bir şey soruşmamışlar. Sanksiya məhkəməsində o, hakimə özünü öldürəcəyini demişdir. Ondan niyə özünü öldürəcəyini soruşduqda ona məcbur etdiklərini demişdir. Narkotikin ona məxsus olmadığını demişdir. Ondan vəkilinin və müstəntiqinin narkotikin ona məxsus olmadığını bilib-bilmədiyini soruşduqda, bildiklərini demişdir. Hakim ona narahat olmamasını, dediyi faktla bağlı prokurorluğa məlumat verəcəyini demişdir. Onu nəzarətə götürəcəklərini demişlər. 4 ay müddətinə ona həbs verilmişdir. Sanksiya məhkəməsindən sonra onu xəstəxanaya aparmışlar. Onu orada soyundurmamışlar. Həkim ondan “işgəncəmi veriblər” deyə soruşmuşdur. Polis idarəsinin əməkdaşları onun yanında olmuşlar. Ona həmin sual veriləndə durub onun üzünə baxmışdır. Ona qorxmamalı olduğunu, bunların sadəcə onu aparıb və gətirən şəxslər olduğunu demişlər. Orada xəsarətlərini deməmişdir. Özlərinin qeyd edib-etmədiklərini bilməmişdir. Oradan onu MSY-yə yenidən gətirmişlər. Sanksiya məhkəməsində onun dediklərinə görə altı və ya yeddi nəfər onun yanına gəlmişdir. Onu bir otağa salmışlar və onlardan niyə şikayət etdiyini soruşmuşlar. Ona bir sözlə işgəncə vermişlər. Çiynində və alnında əlcəyin izi olmuşdur. Onun alnının xəsarəti onu döydükləri zaman yaranmışdır. Ona “bizdən niyə şikayət edirsən” deyərək işgəncə vermişlər. Daha sonra onu Təcridxanaya aparmışlar. Gücü hara çatırsa oraya şikayət etmişdir. Onu 18:30 radələrində saxlamışlar. Onu stansiya Sumqayıt ərazisində saxlamamışlar. Onu saxladıqdan sonra Ayxan YDM-nin yanına aparmışlar. Hansı saatlarda orada olmağı onun yadında qalmamışdır. Sonradan da onu Masazıra aparmışlar. Xırdalanda yerləşən pivə zavodunun ünvanını bilməmişdir. şahid2 yanında olub-olmadığını o, xatırlamamışdır. Şahidlər gələndə o, Fərid Babayevi və Samir adlı şəxsi tanıdığını demişdir. Həmin iki nəfər onu Binəqədi ərazisindən gətirmişlər. O, məhkəmədə ifadə verəndə də onu Samirlə Fəridin tutduğunu demişdir. Samir adlı şəxsin soyadının Qurbanov olmalı olduğunu bildirmişdir. Polis Idarəsindən onu evinə aparmışlar. Onu saxlayanların birinin X4 olduğunu qeyd etmişdir. şahid4 adlı şəxsin Binəqədi ərazisində yaşadığını dediyini bildirmişdir. O, ayın on doqquzu 18:30 radələrində saxlanılmışdır. Təxmini o, 17:00 radələrində yaşadığı ünvandan çıxmışdır. Binəqədiyə tərəf getmişdir. xxxx MMC-nin onun antenini düzgün vermədiyini demişdir. O, 18:30 radələrində Binəqədidə tutulmuşdur. Heç bir şahidin düzgün formada ifadə vermədiyini bildirmişdir. Həmin gün 16:00-dan 18:00-dək o, telefondan istifadə etmişdir. Internetinin də olduğunu bildirmişdir. O, xalasıgildə saat beşdən sonra olmuşdur. Beşə on beş dəqiqə işləmiş onun anten məlumatının Stansiya Sumqayıt ərazisində göstərməsini bilmədiyini qeyd etmişdir. Həmin saatlarda ona sifariş verilmişdir. Ramana ərazisinə getmişdir. Saat iki radələrindən Stansiya Sumqayıt ərazisində olmuşdur. Ramanadan geri qayıdanda ola bilsin ki, həmin ərazidən keçmişdir. Azərcell nömrəsini iki ildir ki, istifadə etdiyini bildirmişdir. Abşeron rayon Polis Idarəsinin əməkdaşları olan Samir, Fərid və digərlərinin ##.##.2024-cü il tarixində axşam saatlarında Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində Dirçəliş 1 döngəsində yerləşən xalasına məxsus olan evdən çıxan zaman onu saxlamışlar. Onu saxladıqlarından sonra xalasının evində axtarış aparmışlar. Axtarış apardıqları zaman da iki ədəd mobil telefonu götürmüşlər. Həmin telefonların xalasının nəvələrinə məxsus olduğunu bildirmişdir. Həmin şəxslərdən birinin Asiman Muradova olduğunu demişdir. 055-343-84-34 nömrəsinin Asiman Muradovaya məxsus olduğunu qeyd etmişdir. 077- ***-**-** saylı mobil nömrədən isə xalasının digər nəvəsinin istifadə etdiyini bildirmişdir. Samir, Fərid və digər şəxslərin adlarını bilmədiyi digər şəxslərin onu saxlamış olduqlarını demişdir. ##.##.2024-cü il tarixində onu saxlayan şəxslərdən Samir adlı şəxs və Fərid adlı şəxsin olduğunu bildirmişdir. Digər şəxslərin adlarını bilməmişdir. Təxminən onu saxlayan şəxslərin sayının altı və ya yeddi nəfər olduğunu qeyd etmişdir. Samir adlı şəxsin hansısa idarənin bölmə rəisi vəzifəsində çalışdığını sonradan öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindiriləcək şəxslər bura gəldiyi zaman hansıların onun saxlanılmağında iştirak etməsini deyə biləcəyini bildirmişdir. Xalasının evində axtarış keçirdikləri zaman hər hansı bir sənəd tərtib etməmişlər. Heç bir sənəd tərtib olunmamışdır. Polis olduqları üçün istənilən formada evə girmişlər. Evdən çıxarkən də evdən iki ədəd mobil telefon götürmüşlər. Xalasının mənzilində xalası və nəvələri olmuşdur. Xalasının nəvələrinin adlarının Asiman Muradova və Aysu Muradova olduğunu qeyd etmişdir. Evdə olan mobil telefonların götürülməsinə Samir adlı şəxs göstəriş vermişdir. Heç bir yerə zəng olunmasın deyə belə bir tapşırıq vermişdir. Evdəkilərə də heç kimə heç nə deməmələrini demişlər. Faiqi də bir azdan buraxacaqlarını bildirmişlər. Telefonları da geri qaytaracaqlarını demişlər. Onu saxladıqdan sonra evə axtarış keçirilmişdir. Ondan sonra onu evdən çıxarmışlar. Qara rəngli Tesla markalı avtomobilə əyləşdirmişlər. Həmin avtomobilin Fərid adlı şəxsə məxsus olduğunu bildirmişdir. Həmin avtomobili Fərid adlı şəxs idarə etmişdir. Fərid, Samir, o və digər iki polis əməkdaşının həmin avtomobilə mindiyini qeyd etmişdir. Xalasıgilin ünvan 2 1 ünvanında yaşadığını bildirmişdir. Həmin ünvana gələnlərin Abşeron rayon Polis Idarəsinin əməkdaşları olduğunu demişdir. Onu Binəqədidən götürdüklərində COP 29 tədbiri ilə bağlı saxlanıldığını ona demişlər. Dirçəliş küçəsi döngə 1 ünvanından onu Xırdalan şəhərinə tərəf gətirmişlər. DYP-nin yanından keçəndə hətta başqa bir polis əməkdaşlarının onları saxladığını qeyd etmişdir. Fəridin idarə etdiyi avtomobili saxlamışlar. Fərid yolun əks istiqaməti ilə getdiyi üçün saxlamışlar. Ayxan YDM yanına onu gətirmişlər. Onun idarə etdiyi avtomobili ona vermişlər. Onlarla birinci razılaşmamışdır. Onlarla razılaşmadığı üçün Masazıra gətirmişlər. Avtomobilini özü idarə etmişdir. Samir adlı şəxs ön oturacaqda əyləşmişdir. Bir nəfər də arxada əyləşmişdir. Həmin vaxtı Fərid adlı şəxsin orada olmadığını bildirmişdir. Həmin vaxtı onun mobil telefonu aktiv olmuşdur. Üzərində olmamışdır. Onu tutduqları zaman üzərindən götürmüşlər. Masazırda olarkən əmisi ona zəng etmişdir. Əmisi ilə danışmışdır. Onu kimlərin saxladığını demək istədiyi zaman telefonu ondan almışlar. X2 onun əmisi olduğunu qeyd etmişdir. Əmisinin telefon nömrəsi yadında qalmamışdır. Əmisinin dəqiq ünvanını bilməmişdir. Cəlilabad rayonunda qeydiyyatda olduğunu demişdir. Türkelli kəndində qeydiyyatda olduğunu bildirmişdir. Əmisi ona zəng edəndə o, Masazırda olmuşdur. Araz marketin yaxınlığında olmuşdur. Saat təxminən 20:00 olmuşdur. Tesla avtomobilində onu Xırdalan şəhərinə gətirmişlər. Onun avtomobilini isə digər polis əməkdaşları idarə etmişlər. BMV markalı avtomobillə onu daha sonra başqa bir yerə aparmışlar. Yolda olarkən də ona narahat olmamasını, qısa müddətdə içəridən çıxacağını demişlər. Ona da COP 29-a görə içəriyə getməli olduğunu demişlər. Həmin zaman onlar Masazıra gəlmişlər. Həmin X5 markalı avtomobil də orada olmuşdur. Orada olarkən onu Samirin avtomobilinə mindirmişlər. Masazır ərazisində Araz marketin olduğunu qeyd etmişdir. Həmin yerdə yolun kənarında X5 dayanmışdır. Samir adlı şəxsin yanında tanımadığı başqa bir şəxs olmuşdur. 10 dəqiqə avtomobildə əyləşdikdən sonra VAZ 2107 markalı avtomobil yaxınlaşmışdır. Həmin avtomobilə onu əyləşdirmişlər. Samir kiminləsə danışmışdır. Ondan sonra VAZ 2107-ni idarə edən şəxs avtomobili Novxanıya sürmüşdür. Novxanıya getmişlər. Dəniz kənarı ilə gedəndə YDMnı keçəndən sonra sağa dönmüşlər. Bir evin qarşısında saxlamışlar. Samir həmin evin arxasına keçmişdir. Bir ədəd bağlama gətirmişdir. Əgər onlar Novxanıya getsələr həmin ünvanı tapa biləcəyini qeyd etmişdir. Ayxan YDM-nın qarşısına onu həmin VAZ 2107 gətirmişdir. Onu gətirən polis əməkdaşlarını gördüyü zaman onları tanıya biləcəyini demişdir. Adlarını bilməmişdir. O, iş materiallarında olan videogörüntülərlə tanış olmamışdır. Onun üzərində bir ədəd mobil telefon olmuşdur. X1 5 markalı telefon olmuşdur. Üzərində iki ədəd nömrə olmuşdur. 051-873-61-96 nömrəsinin aktiv olduğunu bildirmişdir. Digər nömrəsinin 070-892- 22-99 olduğunu qeyd etmişdir. Nömrələrin ikisinin də onun adına olduğunu demişdir. Ayxan YDM-nın yaxınlığında yerləşən boş bir obyektə onu aparmışlar. Onun avtomobilini onun yaxınlığında saxlamışlar. Çəkilişdə də bir ədəd telefon aşkar edildiyinin görünəcəyini bildirmişdir. “Kimindir” deyə soruşulduqda onun olduğunu demişdir. Oturacağın üzərindən isə bir ədəd də telefon aşkar edilmişdir. Onun olmadığını demişdir. Həmin telefonun Fəridə məxsus olduğunu qeyd etmişdir. Videoçəkilişə baxıldıqda iştirakçılarının hərəkətlərindən ikinci telefonun ona məxsus olmadığının görünəcəyini bildirmişdir. Digər telefonun markasını bilməmişdir. Onun bildiyi qədəri ilə Fərid adlı şəxsə məxsus olmuşdur. Onun telefonu avtomobildə qalmışdır. YDM-nın qarşısında protokolu tərtib etmişlər. Orada imza çəkmişdir. O, vəkili ilk dəfə təhqiqatçının otağında görmüşdür. Ona həmin şəxsin onun vəkili olduğunu demişlər. Ona vəkillərin siyahısı təqdim edilməmişdir. Şəfəq qəsəbəsinə onu apararaq evində axtarış keçirmişlər. Evə baxışda bölmə rəisi kimi tanıdığı Samir adlı şəxsin və adlarını bilmədiyi üç nəfər şəxsin olduğunu qeyd etmişdir. Gecə saatlarında evdə axtarış olmuşdur. Evində olan 700 manat pulu və uşaqlar üçün yığdığı qəpikləri götürmüşlər. Pulların şkafın üzərində olduğunu bildirmişdir. Axtarışın aparılması barədə protokol tərtib etməmişlər. Onu dörd polis əməkdaşı aparmışdır. Fərid adlı şəxs orada olmamışdır. 700 manat pulu qaytarmamışlar. Samirdən soruşanda pulları götürmədiklərini demişdir. Bank kartlarını isə anasına qaytarmışlar. Onun alnından almış olduğu xəsarəti BIT-də qeyd edib-etmədiklərini bilməmişdir. Orada olarkən ona “sözə baxsan səni döyməyəcəklər” demişlər. O, bir dəfə etap olunmuşdur. Orada onu Samir adlı şəxs qəbul etmişdir. Orada olarkən ondan niyə prokurorluğa şikayət etdiyini soruşmuşlar. Binəqədi ərazisində onun tutulmağı ilə bağlı hər hansı bir sənəd tərtib etməmişlər. Tutulmamışdan bir müddət əvvəl kimləsə dava etmədiyini, xəsarət almadığını bildirmişdir. Əlavə sualların olmadığını qeyd etmişdir. Onun istintaqının əvvəldən axıra kimi düzgün formada aparılmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində məhkəmə istinaqı zamanı verdiyi ifadəsilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Ibtidai istintaq zamanı ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır, ünvan 1 ünvanında yaşayır. O, heç vaxt narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir, və narkotik vasitələrin və psixotrop maddələrin asılılığından əziyyət çəkmir. ## ###### 2024-cü il tarixdə tanımadığı adını bilmədiyi Iran Islam Respublikası vətəndaşı ilə «WhatsApp» vasitəsi ilə danışaraq onun dediyi ünvandan, Cəlilabad şəhərində yerləşən “Stəkan Nəlbəki” çay evinin yaxınlığında yolun kənanna qoyulmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qoyulduğu yerdən götürmüşdür. Həmin şəxs götürdüyü narkotik vasitə heroini, marixuananı və psixotrop maddə metamfetamini Bakı şəhəri və Abşeron rayonu ərazisində onun deyəcəyi şəxslərə çatdıracağı qarşılığında pul verəcəyini demişdir. Narkotik vasitə heroini, marixuananı və psixotrop maddə metamfetamini qoyulduğu yerdən götürdükdən sonra bir hissəsini cibinə qoymuş, bir hissəsini isə idarə etdiyi «Renault Megane» markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub avtomobilində saxlamış, sonradan deyiləcək şəxslərə və yerlərə qoyub qazanc əldə etmək məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhərinə gətirmişdir. ## ###### 2024- cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri H. Əliyev prospektində yerləşən «Ayxan» yanacaq doldurma məntəqəsinin yaxınlığında avtomobilini saxlayaraq mağazaya daxil olmaq üçün avtomobilindən düşərkən polis əməkdaşları onu saxlamış videoçəkiliş aparmaqla üzərində şəxsi axtarış keçirmiş, idarə etdiyi avtomobilinə baxış keçirmişlər. Əynindəki gödəkcənin sağ yan cibində saxladığı narkotik vasitə heroini və psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən götürülərək kağız zərfdə qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzərini imzalamışlar. Sonra avtomobilinə baxış keçirilmiş, avtomobilinin yük yerindən narkotik vasitə olan heroin və marixuana, həmin narkotik vasitələri ölçmək üçün bir ədəd elektron tərəzi aşkar olunaraq qablaşdırılıb möhürlənmiş və imzalanaraq götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olub protokolu imzalamışdır. Bundan sonra Abşeron RPI-nə aparılmışdır. Abşeron RPI-nin inzibati binasında, xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Saxlanılarkən, üzərində şəxsi axtarış aparılarkən, Abşeron RPI-nə gətirilən zaman və Abşeron RPI-də olduğu müddətdə ona qarşı heç bir zor tətbiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərindən görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Iş materiallarından görünür ki, ##.##.2024-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Şəfəq qəsəbəsi, bina 35, mənzil 30 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Abşeron rayonu və Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat əsasında Abşeron RPI-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Ayxan» yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılıb həmin gün saat 22:10-dan 22:34-ə kimi onun üzəri yoxlanılan zaman əynində olan gödəkcənin sağ yan cibindən həmin 124,118 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 24,707 qram çəkidə psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı kimi ona məxsus «Renault Megane» markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin 04 ədəd bağlamada ayrı-ayrılıqda 920 qram, 910 qram, 430 qram və 910 qram, ümumilikdə 3170 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bağlamada təmiz çəkisi 1,828 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl ##.##.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə videoçəkilişlə şəxsi axtarış, baxış və götürmə keçirilərək narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşlarının ona fiziki və psixi təsir etmələri, ona qarşı verilmiş ittihamda göstərilən ərazidə və saatda saxlanılmaması, ittihamda göstərilən vaxtdan 4 saat əvvəl saxlanılması, polis əməkdaşlarının ona qarşı qərəzli olması və aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması ilə bağlı ifadəsi və bununla bağlı müdafiəçilərin qeyd etdiyi xüsusatlara və irəli sürdüyü arqumentlərə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri sayır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatları araşdırmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə məxsus telefon nömrələrinin anten dairə məlumatları yoxlanılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs özünün iddia etdiyi kimi Bakı şəhəri Binəqədi rayonu ərazisində 18:30 radələrində saxlanılması ona məxsus mobil telefon nömrələrinin anten dairə məlumatlarına əsasən öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxsin özünün qeyd etdiyi saatlarda Sumqyıt şəhəri ərazisində olduğu həmçinin saxlanıldığı ##.##.2024-cü il tarixdə ümumiyyətlə Bakı şəhəri Binəqədi rayonu ərazisində olmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında əməliyyat tədbirində iştirak etmiş əməliyyat müəvəkkillərinin mobil telefon nömrələrinin anten dairə məlumatlarını əldə edərək araşdırmışdır. “xxxx” MMC və “xxxx” MMC-dən əldə edilmiş məlumatlara əsasən əməliyyat müvəkkilərindən iki nəfərin ümumiyyətlə 19.11.24-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində olmadıqları müəyyən edilmişdir. Bir əməliyyat müvəkkilinin sözügedən gün Binəqədi rayonu ərazisində olduğu müəyyən edilmiş, lakin həmin əməliyyat müvəkkili Binəqədi rayonu ərazisində yaşadığını bildirmişdir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki təsirə və psixoloji təzyiqə məruz qaldığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılmış məhkəmə tibb ekspertizasının **** saylı ##.##.2024-cü il tarixli rəyinə əsasən, təqsirləndirilən şəxsin alın nahiyyəsində sıyrıqların olmasının aşkar edilməsi müəyyən edilmişdir. Həmçinin həmin rəyin nəticə hissəsində həmin sıyrıqların ##.##.2024-cü il tarixdə əmələ gələ bilməsinə dair məhkəmə tibb ekspertinin qənaətinin olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılarkən sözü gedən xəsarəti alması ekspertin rəyinə əsasən istisna olunur. Birinci instansiya məhkəməsi, düzgün olaraq əvvəllər narkotik vasitələrin dövriyyəsinə görə məhkum olunmuş, uzun müddət məhkumluq həyatı yaşamış bir şəxsin (yəni üzləşəcəyi cəzanı həddini dərk edən), xüsusilə ağır cinayət törətməklə əlaqədar ittihamı sağlamlığa zərərvurmayan, dərəcəsi təyin olunmayan xəsarətlərə görə üzərinə götürməsini inandırıcı hesab etməmişdir. Həmçinin bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hal üzrə müvafiq araşdırma aparılmış və iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ##.##.2024-cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə və digər qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması təsdiqini tapmadığından CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.. Bundan başqa təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu ərazisində qohumlarının yaşadığı ərazidə saxlanıldığını və buna görə də qohumları vasitəsilə ona təzyiq olunduğunu bildirsə də, təqsirləndirilən şəxsin özünün vəsatəti əsasında təmin olunmuş anten dairə məlumatlarına əsasən onun saxlanıldığı gün ümumiyyətlə Binəqədi rayonu ərazisində olmadığı öz təsdiqini tapmışdır. Həmçinin müdafiə tərəfi təqsirləndirilən şəxsin psixoloji təzyiqə məruz qalmasını təsdiq edən başqa mötəbər, digər sübutlarla qarşılıqlı olaraq bir-birini tamamlayan sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cinayət əməlini törətməsini etiraf etməməsini özünümüdafiə xarakteri daşıyan hərəkətlər kimi qəbul edir və onu məsuliyyətdən yayınmaq üçün verilən qeyri-səmimi ifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, hökmdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları ətraflı tədqiq və təhlil edilmiş, işdəki sübutlara düzgün hüquqi qiymət verilmişdir. Işdə təqsirləndirilən şəxsin CM-in 234.4-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən kifayət qədər sübutlar vardır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Birinci instansiya məhkəməsi polis əməkdaşlarının cinayət işinin nəticəsində maraqlı olan şəxslər olmaqla ifadələrinin mötəbər sübut kimi qəbul olunmaması barədə müdafiə tərəfinin qeyd etdiklərinə münasibətdə düzgün olaraq bildirmişdir ki, sözügedən tədbirin keçirilməsində bilavasitə iştirak edən polis əməkdaşlarının şahid qismində dindirilməsi cinayət prosessual qanunvericiliyin tələbləri baxımından qanunsuz deyildir. Yəni həmin şəxslərin iş üzrə şahid qismində dindirilməsini qadağan edən hər hansı bir norma mövcud deyildir. Birinci instansiya məhkəməsi polis əməkdaşlarının sözügedən əməliyyat tədbirini həyata keçirən şəxslər olması səbəbindən bu hala həssaslıqla yanaşmış, həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə iş materiallarında olan sübutları qarşılıqlı olaraq araşdırmış, əlavə olaraq polis əməkdaşlarının anten dairə məlumatlarını əldə edərək verdikləri ifadələrlə qarşılıqlı yoxlamış və yekunda məhkəmə əməliyyat müvəkkillərinin ifadələrinin həqiqəti əks etdirən obyektiv sübut olması qənaətinə gəlmişdir. Bundan başqa birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, əməliyyat müvəkkilləri təqsirləndirilən şəxsi saxlayarkən üzərindən aşkar edilmiş narkotik vasitəni və avtomobilindən aşkar edilmiş narkotik vasitələrin olmasını rəsmiləşdirmişlər. Lakin əldə edilmiş maddi sübutlar ekspertizaya göndərildikdən sonra təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin içindən psixotrop maddə metanfetminin aşkar edilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan xüsusata dair maddi sübutun aşkar edilməsi, təhqiqatçı tərəfindən təqdim edilmiş əşyaya baxış keçirilməsi barədə əldə olunmuş sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, bu xüsusata dair təqdim edilmiş əşyaya baxış keçirilməsi haqqında istintaq hərəkətini icra etmiş təhqiqatçını dindirmiş və belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş maddi sübuta müdaxilə edilməmişdir. Maddi sübutun tamlığı pozulmamışdır və qeyd olunan hal maddi sübutun aşkar edilməsi prosesini və sübutun mötəbərliyini şübhə altına almağa əsas vermir. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq, əməliyyat tədbirinin qanunsuz hesab edilməsi və təqdim olunmuş əşyaya baxış keçirilməsi haqqında protokolların sübut siyahısından çıxarılması barədə müdafiə tərəfinin göstərdiyi xüsusatları əsassız hesab etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin */**** saylı rəyinin sübut siyahısından çıxarılması barədə müdafiə tərəfinin vəsatətinə münasibətdə düzgün olaraq qeyd etmişdir ki, təqdim olunmuş maddi sübuta dair ekspertin verdiyi rəy təqdim olunmuş sübutun növünü, miqdarını və digər xüsusiyyətlərini müəyyən edir. Yəni ekspertizanı icra etmiş hər hansı bir ekspertin təqsirləndirilən şəxsi nədəsə günahlandırmaq və ya ittiham etmək kimi bir səlahiyyəti yoxdur. Həmçinin təqdim olunmuş sübutun qanunla dövriyyəsi qadağan olunmuş əşya olması, cinayət məsuliyyətinə səbəb olması özü özlüyündə ittihamı sübut edən dəlil deyildir. Ona görə də ekspertin cinayət işinin nəticəsində maraqlı olması və maddi sübuta müdaxilə etməsi ağlabatan olmadığından birinci instansiya məhkəməsi müdafiə tərəfinin ekspertin rəyinin mötəbər sübut hesab olunmaması və sübut siyahısından çıxarılması barədə vəsatətini əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin ##.##.2024-cü il tarixli, **** saylı məhkəmətibbi ekspertiza rəyinin mötəbərliyinə şübhə ilə yanaşaraq, ekspertin xəsarətlərin “dava-dalaş nəticəsində əmələ gələ bilməsi” barədə rəy vermək səlahiyyətinin olmaması ilə bağlı gətirdiyi dəlilləri də yoxlamış və haqlı olaraq həmin dəlilləri əsassız hesab edərək, rədd etmiş, qeyd edilən xüsusatlarla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə və "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunun tələblərinə əsasən, məhkəmə-tibbi eksperti ekspertiza təyin edilməsi haqqında qərarda onun qarşısına qoyulmuş suallara öz xüsusi tibbi bilikləri çərçivəsində cavab verir. Ekspertiza rəyində göstərilmiş "qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni ##.##.2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər" ifadəsi ekspertin hüquqi faktı (dava-dalaşın baş veribverməməsini) müəyyən etməsi demək deyildir. Bu rəy, zərərçəkmişin (və ya təqsirləndirilən şəxsin) bədənindəki küt əşyanın təsirindən yaranmış alın nahiyəsinin sıyrıqlarının dava-dalaşla əlaqəli yarana bilməsi ilə uyğunluq təşkil etməsini ehtimal etmişdir. Ona görə də tibbi ekspert belə (dava-dalaş) şəraitdə həmin xəsarətlərin alınmasının tibbi baxımdan mümkünlüyünü qeyd etmişdir. Ekspert qəti şəkildə faktı təsdiq etməmiş, xəsarətlərin xarakterinin iddia olunan şəraitə uyğunluğunu bildirərək "əmələ gələ bilərdilər" kimi ehtimal xarakterli, lakin elmi cəhətdən əsaslandırılmış ifadə işlətmişdir. Rəy ekspertin öz səlahiyyət hədləri çərçivəsində, daxili inamı və xüsusi biliklərinə əsaslanaraq qanunauyğun tərtib edilmişdir. Odur ki, məhkəmə ##.##.2024-cü il tarixli, **** saylı məhkəmə-tibbi ekspertiza rəyini cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edilmiş, elmi cəhətdən əsaslı, işin digər halları ilə uzlaşan mötəbər və aidiyyəti sübut kimi qəbul etmiş, müdafiə tərəfinin bu rəyi şübhə altına alan mülahizələrini isə özünü müdafiə xarakterli, sənədin hüquqi və tibbi mahiyyətini yanlış təfsir etmək cəhdi kimi qiymətləndirmişdir. Apellyasiya məhkəməsi müdafiə tərəfinin təqsirləndirilən şəxsin anası X5 RPI IŞ-nin müstəntiqi Məcid Məcidlidən hər hansı mobil telefon və ya telefonlar götürməməsi barədə dəlili ilə razılaşmır. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, X6 oğlu Təqsirləndirilən şəxs məxsus 02 ədəd Xiaomi markalı mobil telefonları təhvil almışdır. Həmçinin həmin əşyalarla bağlı heç bir iddiasının və tələbinin olmamasını imzası ilə təsdiq etmişdir. Əməliyyat axtarış tədbiri icra edilərkən əməliyyat çəkilişinin təqsirləndirilən şəxsə məxsus avtomobilin müşahidə edilərək, təqsirləndirilən şəxsin avtomobili saxladıqdan sonra əməliyyat müvəkillərinin ona yaxınlaşmalarının güdmə kimi qiymətləndirilməsi barədə müdafiə tərəfinin dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 32-ci bəndində göstərilmişdir ki, sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq, müdafiə tərəfinin şəxsin barəsində keçirilən əməliyyat-axtarış tədbirinin saxlanılaraq üzərinin yoxlanılması prosesinin fasiləsiz icra edilməsinin güdmə kimi qiymətləndirilməsini əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin cinayət işinin materiallarında olan sübut qismində tanıma barədə qərara dair qeyd etdiklərinə münasibətdə düzgün olaraq qeyd etmişdir ki, əməliyyat axtarış tədbirinin keçirilməsi və həmin əməliyyat nəticəsində əldə edilmiş sübutların qanuniliyi məhkəmə istintaqı zamanı araşdırılmış, məhkəmə əməliyyat tədbirinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə əməl edilməklə icra edildiyini əsas tutaraq həmin əməliyyat tədbirini qanuni hesab etmiş və buna əsasən də əldə edilmiş sübutları mötəbər sübut kimi qiymətləndirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ona qarşı verilmiş ittiham üzrə cinayət işi məhkəməyə göndərilmədən öncə cinayət işinin materialları ilə tanış olarkən maddi sübutlarla da tanış olması, təqsirləndirilən şəxsin barəsində tərtib edilmiş ittihamda üzərindən aşkar edilmiş maddi sübutların növ, say və çəkisi, həmçinin cinayət işinin materiallarında olan arayışda təqsirləndirilən şəxsin üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin ekspertiza tədqiqatından sonra qalıq qalan hissəsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə qarşı verilmiş ittiham üzrə qeyd olunan narkotik vasitələri və psixotrop maddənin mötəbər sübut kimi qəbul olunmasını və ittihamın əsasına qoyulmasını qanuni hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024-cü il 8 №- li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CMin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Həmçinin, həmin qərarın 16-cı bəndində gösətilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CMin 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1- 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib-törədilməməsi məsələsi ***-IIQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və II siyahılar) olaraq həll olunmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, aşkar olunan narkotik vasitələr və psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri iş materiallarında olan sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitələr və psixotrop maddənin külli miqdarda və şəxsi istehlak miqdarından dəfələrlə çox olması, üzərində heroin izləri olan 1 ədə elektron tərəzinin avtomobilin yük yerindən açkar edilməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələr və psixotrop maddənin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Birinci instansiya məhkəməsi də haqlı olaraq, təqsirləndirilən şəxsin ona elan olunmuş ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etməmiş, həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı ##.##.2024-cü il tarixdə şübhəli şəxs qismində və ##.##.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirmişdir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə saxlanıldıqdan sonra ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri Cəlilabad rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin anten dairə məlumatları araşdırılarkən həqiqətən də onun bir gün əvvəl Cəlilabad rayonu ərazisində olması müəyyən edilmişdir. Həmin vaxt polis əməkdaşlarında Təqsirləndirilən şəxs anten məlumatları olmamış və Təqsirləndirilən şəxs sözü gedən qadağan olunmuş vasitələri istənilən bir məkandan əldə etməsi barədə məlumat vermək imkanı olmuşdur, o zaman belə qənaətə gəlmək olur ki, təqsirləndirilən şəxs ilkin olaraq vermiş olduğu ifadələrində səmimi olmuş və özünündə ilkin ifadələrində göstərdiyi kimi polis əməkdaşları tərəfindən ona hər hansı bir təzyiq, təsir olunmamışdır. Təqsirləndirilən şəxsin təzyiqə məruz qalması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Kollegiya onu da qeyd edir ki, məhkəmənin gəldiyi nəticələrin «yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı olması» barədə CPM-nin 349.5-ci maddəsi ilə müəyyən edilən müddəa o demək deyildir ki, təqsirlilik məsələsi müzakirə edilərkən yalnız məhkəmə iclasında verilən ifadələr əsas götürülməlidir. Qanunun mənasına görə, ibtidai araşdırma dövründə verilmiş ifadələr məhkəmə iclasında tədqiq edilərkən onların işin digər halları ilə uyğun gəlməsi müəyyən edildikdə daha mötəbər sübut kimi qəbul edilə bilər. Hazırki iş üzrə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, habelə şahidlərin ifadələrini işin məhkəmə iclasında tədqiq edilən hallarına daha uyğun və inandırıcı hesab edən birinci instansiya məhkəməsi bu halı hökmdə qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsnin məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşmış və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirmişdir. Həmçinin birinci instansiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxsin özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» ## ###### 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli hesab etməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsi tərəfindən artıq ətraflı yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu və həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında haqlı nəticəyə gəlmişdir. Işdə təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən kifayət qədər sübutlar vardır. Birinci instansiya məhkəməsi mübahisələndirilən hökmdə ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları ayrıayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs AR CM-in 234.4-1-cü maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən təqsirləndirilən şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmış, gəlinən nəticə hökmdə ətraflı şərh edilməklə əsaslandırılmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin həmin mövqeyinin qanuniliyini şübhə altına almağa əsas vermir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli * nömrəli qərarının 9-cu bəndinin ikinci abzasına əsasən “Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Birinci instansiya məhkəməsi qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun qərarının tövsiyələrinə riayət etməklə təqsirləndirilən şəxsin əməlini düzgün olaraq xüsusilə külli miqdarda narkotik vasitələr və psixotrop maddənin satış məqsədi ilə əldə edib saxlanılması və daşınması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini rəhbər tutmaqla təqsirləndirilən şəxsin verilən ittiham üzrə təqsirli olması nəticəsinə gəlmişdir. Təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 234.4-1-cü maddəsinin tərkibinin olmamasına dair apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri, eləcə də apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək belə nəticəyə gəlir ki, həmin dəlillər sübutlarla, yəni cinayət işinin materialları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli, özünün ilkin ifadəsi, iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxsyə cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermiş, cəza təyininin ümumi prinsiplərini, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən himayəsində iki azyaşlı övladlarının olmasını və bir övladının institut tələbəsi olmasını (AR CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası da, təyin edilmiş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də, apellyasiya şikayətləri təmin olunmamalı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 397, 398.1.1, 407, 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə müasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-144/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-144/2026
24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver