Məhkəmə qərarları › İş №1(3-8)-145/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-145/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-145/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü (hakim S.İsmayılov) ilə ##.##.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ### 2025-ci il tarixdən hesablanması, seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmdən təqsirləndirilən müdafiəçisi müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq ümumilikdə 7,372 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, ## ### 2025-ci il tarixdə saat 20:27-də Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “Dədə Qorqud" şadlıq evinin yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı 01 (bir) ədəd siqaret qutusunun içərisində ümumilikdə 13 (on üç) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,670 qram, 0,460 qram, 0,479 qram, 0,642 qram. 0,513 qram, 0,518 qram, 0,668 qram, 0,590 qram, 0,608 qram. 0,457 qram, 0,528 qram, 0,758 qram, 0.481 qram, ümumi təmiz çəkiləri 7,372 qram xeyli miqdarda bioloji tərkiblərinə görə öz aralarında eynilik təşkil edən bitki mənşəli kütlələr, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 (bir) ədəd səthində iz formasında narkotik vasitə marixuana hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi hökmdən apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində əməlində cinayət tərkibi olmadığına görə bəraət hökmünün çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs məhkum edilir ondan ötrü ki, o guya istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq ümumilikdə 7,372 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış,## ### 2025ci il tarixdə saat 20:27-də Sumqayıt şəhəri,Sülh küçəsi ərazisində yerləşən “Dədə Qorqud” şadlıq evinin yaxınlığında Sumqayıt şəhər Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı 01 (bir) ədəd siqaret qutusunun içərisində ümumilikdə 13(on üç)ədəd kağız bükümündə, xeyli miqdarda bitki mənşəli, tərkibində narkotik maddə olan çətənə (kannabis) lıitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 (bir) ədəd səthində iz formasında narkotik vasitə marixuana hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə saat 16:00-dan “Dədə Qorqud” şadlıq evində keçirilən toy məclisində iştirak edərək artıq miqdarda spirtli içki qəbul etmiş, sərxoş vəziyyətdə olmuş,buna görə də tanımadığı şəxslərin avtomaşına baxış keçirməsini anlamamış, başa düşmədiyindən onların avtomaşına əyləşməsi tələbindən imtina etmiş, sərxoşluq dərəcəsinin müəyyən edilməsi üşün müayinə olunmamış, fiziki təzyiqlər edildiyindən, çarəsiz qalaraq məzmununu bilmədiyi sənədlərə imza etdiyini bildirmişdir. Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri tərəfindən ## ### 2025-ci il tarixdə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs “üstünün yoxlanılmasına dair” protokol tərtib edilmişdir. “Yoxlama” 20:27-də başlanıb 20:38-də başa çatmışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və qeyrilərinin antenna məsafələrinin müəyyən edilməsinə dair aktdan məlum olur ki, ## ### 2025-ci il saat 20:38-dən 20:56-yadək Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 6-cı məhəllə,M.Hüseynzadə küçəsində olubdur. Digər tərəfdən 2025-ci il ## ### saat 22:00-dan 22:00-dək Sumqayıt şəhər Polis İdarəsinin baş təhqiqatçısı X6 tərəfindən müdafiəçi Bünyadov Adil İbrahim oğlu və digər şəxslərin iştirakı baxış keçirilmişdir. Lakin ## ### 2025-ci il tarixdə şübhəli şəxs kimi dindirilmişdir. Azərbaycan Respublikasının CPM-nın 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarını kobud pozmaqla əldə edilmiş məlumatların, sənədlərin sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işinin istintaqı zamanı şahid kimi dindirilmiş şahid2, X3, X4 ifadələri ilə təsdiq olunur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs onlarla billikdə ##.##.2025-ci il tarixdə “Dədə Qorqud” şadlıq evində Elşad adlı qonşularının toy ziyafətində iştirak etdiklərini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyini, sərxoş olduğunu bildirmişlər. Ali Məhkəmənin *(***)-***/**** saylı qərarı vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından cinayət tərkibinin subyektiv cəhətinin (niyyət və məqsəd) sübuta yetirilməsi məsələsində çox mühüm hüquqi mövqeləri əks etdirir. Qərarda vurğulanır ki, bir əməlin daha ağır maddə ilə tövsif edilməsi uçun təkcə xarici əlamətlər (məsələn, bükümlərin sayı və ya tərəzi) kifayət deyil. "Cinayət tərkibinin subyektiv cəhəti, o cümədən şəxsin niyyəti və konkret cinayətkar məqsədi yalnız ehtimallara deyil, təkzibedilməz və mötəbər sübutlar məcmusuna əsaslanmalıdır. Maddi sübutların (məsələn, narkotik vasitənin qablaşdırılma forması) mövcudluğu özlüyündə satış məqsədini birbaşa təsdiq edən mütləq fakt hesab edilə bilməz." İttihamda 13 büküm və tərəzi "satış məqsədi" üçün əsas gətirilir. Lakin Ali Məhkəmənin bu mövqeyi imkan verir ki, apellyasiya şikayətində bu faktların satış niyyətini" birbaşa sübut etmədiyi, şəxsin bu maddələri şəxsi istehlak uçun saxlaması ehtimalının aradan qaldırılmadığı vurğulansın. Ali Məhkəmənin *(***)-***/**** saylı qərarı vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından cinayət tərkibinin subyektiv cəhətinin (niyyət və məqsəd) sübuta yetirilməsi məsələsində çox mühüm hüquqi mövqeləri əks etdirir. Təqsirləndirilən şəxs işində "satış məqsədi" ittihamına qarşı bəraət və ya əməlin tövsifinin dəyişdirilməsi (CM-nin 234.1-ci maddəsinə) üçün bu qərardan istifadə oluna biləcək birbaşa sitatları və hüquqi arqumentlər bunlardan ibarətdir. Belə ki, "Satış məqsədi"nin sübuta yetirilməsi barədə (Subyektiv cəhət) Qərarda vurğulanır ki, bir əməlin daha ağır maddə ilə tövsif edilməsi üçün təkcə xarici əlamətlər (məsələn, bükümlərin sayı və ya tərəzi) kifayət deyil: "Cinayət tərkibinin subyektiv cəhəti, o cümlədən şəxsin niyyəti və konkret cinayətkar məqsədi yalnız ehtimallara deyil, təkzibedilməz və mötəbər sübutlar məcmusuna əsaslanmalıdır. Maddi sübutların (məsələn, narkotik vasitənin qablaşdırılma forması) mövcudluğu özlüyündə satış məqsədini birbaşa təsdiq edən mütləq fakt hesab edilə bilməz." Bu sitatın Təqsirləndirilən şəxs işinə tətbiqi: İttihamda 13 büküm və tərəzi "satış məqsədi" üçün əsas gətirilir. Lakin Ali Məhkəmənin bu mövqeyi imkan verir ki, apellyasiya şikayətində bu faktların "satış niyyətini" birbaşa sübut etmədiyi, şəxsin bu maddələri şəxsi istehlak üçün saxlaması ehtimalının aradan qaldırılmadığı vurğulansın. Maddi və Prosessual normaların uzlaşması haqqında Qərarda aşağı instansiya məhkəmələrinin formal yanaşması tənqid olunaraq qeyd edilir: "Məhkəmələr əməlin hüquqi qiymətləndirilməsi zamanı formal xüsusiyyətlərlə kifayətlənməməli, işin bütün hallarını, o cümlədən şəxsin həyat tərzini, əvvəlki davranışlarını və əməliyyat məlumatlarının dürüstlüyünü hərtərəfli yoxlamalıdırlar. Sübutların yetərliliyi prinsipi pozulduqda, yaranan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir." Bu sitatın Təqsirləndirilən şəxs işinə tətbiqi: Əgər istintaq materiallarında Samirin kiməsə narkotik satması, satış üçün müştəri axtarması və ya satış barədə danışıqları yoxdursa, təkcə "saxlama" faktından "satış məqsədi" çıxarmaq bu qərardakı hüquqi mövqeyə ziddir. Səhv tövsifin fəsadları haqqında Ali Məhkəmə bu qərarla müəyyən etmişdir ki: "Əməlin tövsifi zamanı xüsusi subyekt və ya niyyət məsələsində yol verilmiş səhv, maddi hüquq normasının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilir və bu, çıxarılmış hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsasdır." Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserin **** saylı ##.##.2025-ci il tarixli məktubunda qeyd olunur ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon,ev 1, mənzil 18-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə sərxoşluq vəziyyətinin müayinəsi ilə əlaqədar dispanserdə tibbi müayinədən keçməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə dəlillər obyektiv həqiqtə uyğun deyildir. Onun qeyd olunan cinayəti törətməsinə dair heç bir mübahisəsiz, mötəbər subut yoxdur. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə təqsirləndirilən şəxs ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunmaması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halın olmamasını və yüngülləşdirən hal kimi isə ilk dəfə məhkum edilməsini və evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin ittiham üzrə gəlinən nəticədən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutları və məhkəmənin gəldiyi nəticələrin qanuna uyğunluğunu yoxlayaraq, hökmün cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin X16 baş əməliyyat müvəkkili X1 ifadəsindən görünür ki, ##.##.2025-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, satışı və saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı 3-cü PB-nin əməliyyat müvəkkilləri şahid4 və şahid3 da iştirak etmişdir. ##.##.2025-ci il tarixdə təxmini saat 20-21 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, “Dədə Qorqud” şadlıq evinin yaxınlığında saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuş, sonuncu isə əynində olan şalvarın cibində olan elektron tərəzini və 01 ədəd siqaret qutusunu təqdim edərək qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 90 manata tanımadığı İran İslam Respublikasının vətəndaşının atdığı məkan vasitəsilə əsasında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən götürdüyünü bildirmişdir. Həmin bükümlərdə olan maddələr çəkilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Aşkar edilmiş elektron tərəzi də müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra şübhəli şəxs və aşkar edilmiş kütlələr qablaşdırılmış formada Sumqayıt ŞPİ-yə aparılmış, idarədə şübhəli şəxsə vəkil təqdim edilmiş, vəkilin iştirakı ilə qablaşdırılmış kütlənin olduğu zərf və elektron tərəzi təhqiqatçıya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra hər hansı etiraz etməmiş və ya yayınmaya cəhd etməmişdir. Törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlayarkən sonuncunun avtomobilini görməmişlər və ya avtomobildə hər hansı axtarış aparmamışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin X16 əməliyyat müvəkkilləri şahid4 və şahid3 digər şahid X1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişlər ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 13 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, onları şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə əvvəllər qonşu binalarda yaşamışlar və eyni məktəbdə paralel siniflərdə təhsil almışlar. Onların münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya pis münassibətləri olmamışdır. Samir musiqi avdanlıqlarının çatdırılıb quraşdırılması işi ilə məşğuldur. Sonuncu dəfə ##.##.2025-ci il tarixdə saat təxminən 13-14 radələrində Elşad adlı qonşusunun toy şənliyində iştirak etmək üçün Sumqayıt şəhəri ərazisində yerləşən “Dədə Qorqud” şadlıq evinə getmiş, həmin məclisdə digər şəxslərlə birlikdə Samir Sadıqov da iştirak etmişdir. O, toyda Samirlə görüşmüş və ayrı-ayrı masalarda əyləşmişlər. Həmin vaxt o, spirtli içki qəbul etməmiş, lakin Təqsirləndirilən şəxs toyda spirtli içki qəbul etmiş, bir neçə dəfə onun əyləşdiyi masaya yaxınlaşaraq eyni masada əyləşdiyi şəxslərlə spirtli içki qəbul elmişdir. O, toy şənliyində saat təxminən 16-17 radələrinədək iştirak etmiş, bundan sonra toy şənliyindən çıxıb yaşadığı məhəlləyə qayıtmışdır. Toy şənliyindən çıxanda Təqsirləndirilən şəxs hələ də orada olmuşdur. Bundan sonra onlardan məluamtsız olmuşdur. Həmin günün axşamı hazırda kim olmasını xatırlamadığı qonşulardan birindən Samirin narkotik vasitə ilə bağlı tutulduğunu eşitmişdir. Lakin, həmin şəxs hadisənin hansı şəraitdə baş verməsi barədə ona başqa heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs spirtli içki qəbul etməsindən məlumatı olsa da, onun qanunsuz olaraq əldə eldiyi narkotik vasitə və ya psixotrop maddənin qəbulu, üzərində gəzdirilməsi və satışı ilə məşğul olması barədə hər hansı məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Tağıyev İlkin Fərman oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla qonşudur. ##.##.2025-ci il tarixdə saat təxminən 15:00 radələrində Elşad adlı qonşusunun toy şənliyində iştirak etmək üçün Sumqayıt şəhəri ərazisində yerləşən “Dədə Qorqud” şadlıq evinə getmiş və toyda spirtli içki qəbul etmişdir. Təqsirləndirilən şəxs onun əyləşdiyi stolun yanındakı stolda Emin və Turalla birlikdə əyləşmişdir. Daha sonra təxmini saat 21 radələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmasını eşitmiş və bundan sonra taksi ilə oradan getmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitəsində istifadə etməsindən məlumatsız olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş İsmayılov Aslan Şakir oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs səs avadanlıqlarının quraşdırılması işi ilə məşğuldur və onunla 12 ildir birlikdə işləyir. O, ##.##.2025-ci il tarixdə Elşad adlı şəxsin toy şənliyində iştirak etmək üçün Sumqayıt şəhəri ərazisində yerləşən “Dədə Qorqud” şadlıq evinə getmiş və saat 18-19 radələrində çıxmışdır. Toydan çıxan zaman Təqsirləndirilən şəxs toyda görməmişdir. Səs avanlıqları Təqsirləndirilən şəxs avtomobilində olmuş və onlar həmin günün səhəri Şuşada keçirilən tədbirdə iştirak etməli olmuşlar. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmasını eşitdiyi üçün avadanlıqları necə götürməli olmasını Elşaddan soruşmuş, Elşad ona polis əməkdaşı Rafiqin yanına getməyi demişdir. O da Sumqayıt ŞPİ-yə müstəntiq Rafiqin yanına getmiş, Rafiq avtomobilin açarlarının Şərail adlı əməkdaşda olmasını bildirmişdir. O da Şərailin yanına getmiş, Şərail bir nəfərə zəng etmiş, həmin şəxs zəng əsasında “Niva” markalı **BB*** dövlət qeydiyyat nişanlı avtomobillə Samirin avtomobilini saxladığı yerə gələrək avtomobilin qapısını açmış, o səs avadanlıqlarını həmin şəxsin nəzarəti altında götümüş, bundan sonra həmin şəxs Samirin avtomobilinin qapısını bağlayıb oradan getmişdir. O, avtomobildən səs avadanlıqlarını götürərkən avtomobilin içərisi səliqəli olmuş, dağınıq vəziyyət müşahidə etməmişdir. Cinayət işinin 1-ci cild 08-09-cu vərəqələrində olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında ##.##.2025-ci il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində yerləşən “Dədə Qorqud” şadlıq evinin yaxınlığında saxlanılmış, sonuncu əynində olan şalvarın sağ cibində olan siqaret qutusunun içərisində 13 bükümdə olan bitki mənşəli kütləni və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 9,40 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlələr və elektron tərəzi xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələrin narkotik vasitə olan qurudulmuş marixuna olmasını, onları İran İslam Respublikası vətəndaşının göndərdiyi məkan əsasında Abşeron rayonu, Masazır qəsəbəsində Romi restoranının yaxınlığında yol kənarından 90 manat pul müqabilində götürdüyünü, elektron tərəzini isə aldığı marixuanaları çəkmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Video görüntülərdə Təqsirləndirilən şəxs aşkar sərxoşluq vəziyyəti müəyyən edilmir, öz fikirlərini sərbəst və məntiqli şəkildə izah edir. Cinayət işinin 1-ci cild 30-31-ci vərəqələrində olan “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülüməsi” haqqında ##.##.2025-ci il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs daha öncədən təqdim etdiyi qablaşdırılmış kütlə olan zərf və elekton tərəzi təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs zərfin içərisində narkotik vasitə olan qurudulmuş mariuxiuana olmasını, həmin narkotik vasitələrin və elektron tərəzinin onun üzərindən aşkar edilməsini, narkotik vasitələri İran İslam Respublikası vətəndaşının göndərdiyi məkan əsasında Abşeron rayonu, Masazır qəsəbəsində Romi restoranının yaxınlığında yol kənarından 90 manat pul müqabilində götürdüyünü, elektron tərəzini isə aldığı marixuanaları çəkmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Video görüntülərdə Təqsirləndirilən şəxs aşkar sərxoşluq vəziyyəti müəyyən edilmir, öz fikirlərini sərbəst və məntiqli şəkildə izah edir. Cinayət işinin 1-ci cild 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının ## ### 2025-ci il tarixli *-**-**/*-**/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: üzərində AR DİN “Zərflər üçün № ***” möhür əksi. “İçərisində 13 (on üüç) büküm marixuanaya bənzər ot kütləsi, elektron tərəzi; Saxlanılan şəxs: /imza/ Təqsirləndirilən şəxs; 1. şahid4 /imza/;

2. şahid3; Tərtib etdi baş ə/m /imza/ Ş.Quliyev” əl yazıları olan zərfdəki 13 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,670 qram, 0,460 qram, 0,479 qram, 0,642 qram, 0,513 qram, 0,518 qram, 0,668 qram, 0,590 qram, 0,608 qram, 0,457 qram, 0,528 qram, 0,758 qram, 0,481 qram, ümumi təmiz çəkisi 7,372 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, həmin marixuana külələləri bioloji tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd elektron tərəzinin səthində narkotik vasitə marixuana hissəcikləri iz formasında müəyyən edildi. Elektron tərəzinin narkotik vasitə marixuana hissəcikləri iz şəklində olduğundan təmiz, çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mükün deyildir. Qeyd. Marixunanın ümumi çəkisi 7,372 qram, tədqiqata sərf edildi – 0,13 qram (hər.ob.0.01 qram), qalıq 7,242 qram. Cinayət işinin 1-ci cild 120-ci vərəqələrində olan “xxxx” MMC-dən əldə olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə dair məlumatları əks etdirən CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxx” mobil operatoruna məxsus *** *** ** ** saylı nömrənin AA3807627 seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, ##.##.1989-cü il təvəllüdlü, ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı *** *** ** ** saylı mobil nömrədən istifadə edən şəxslə ##.##.2025-ci il tarixdə saat 00:09:13 radələrindən ##.##.2025-ci il tarixdə saat 10:33:08 radələrinədək olan dövr ərzində “xxxx” və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirilmiş və "SMS” mətnləri göndərilmişdir. *** *** ** ** saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə ##.##.2025-ci il tarixdə saat 18:28:07-dən 19:55:15-dək Sumqayıt şəhəri, 3-cü mikrorayon, 19A, 12 mərtəbəli bina, 20:38:26-dan 23:59:14-dək ünvan 2 ünvanlarında yerləşən antendən şəbəkəyə qoşulduğu müəyyən edilmiş, diskə baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən digər hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə istintaqı zamanı “xxxx” MMC və “xxxx” MMC-dən əldə edilmiş disklərə baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən digər hər hansı məlumat aşkar edilməmişdir. Bundan əlavə “xxxx” MMC-nin məktubunda qeyd edilmişdir ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləmədiyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallarından, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Cinayət işinin 1-ci cild 167-168-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8-X7 ekspert komissiyasının ##.##.2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 165-166-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ##.##.2025-ci il tarixli *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmadı. Cinayət işinin 2-ci cild 27-28-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin komisyon ambulator məhkəmə psixatrik ekspertizasının ##.##.2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cild 96-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ##.##.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cild 157-159-cu vərəqələrində olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla iki azyaşlı uşağı var. Uşaqların təvəllüdləri müvafiq olaraq ##.##.2022-ci il və ##.##.2024-cü il. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğunun ##.##.2026-cıil tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası CPMnin 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, onun bədənində aşkar edilmiş xəsarətlərlə bağlı hissədə əlavə araşdırma aparılmasının təmin edilməsi üçün materialın surəti Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Araşdırmanın nəticəsindən narazı qaldığı halda şikayət etmək hüququ Təqsirləndirilən şəxs izah edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış və Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji dispanserin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adlı şəxs ## ### 2025-ci il tarixdə dispanserdə müayinə olunmamış, lakin Respublika Narkoloji Mərkəzi PHŞ-i Ambulator məcburi X7nın ##.##.2025-ci il tarixli, 3944 № li rəyi əsasında 10.2025-ci il tarixdə “kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə qeydiyyata götürülmüşdür. Sumqayıt şəhər Prokurorluğundan daxil olmuş ##.##.2025-ci il tarixli, *-*-***/*-****** nömrəli məktuba baxılmanın nəticəsində dair Sumqayıt ŞPİ TİQ-in inspektoru Z.Ağayev tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs übədəni üzərində aşkar edilmiş xəsarətlərlə bağlı hissədə əlavə araşdırma aparılması üçün toplanmış material həmin hissədə Sumqayıt ŞPİ-ə göndərilmişdir. Aparılmış araşdırma zamanı Sumqayıt ŞPİ əməkdaşları tərəfindən vət. Təqsirləndirilən şəxs qarşı hüqudazidd davranışlara yol verilməsi, sonuncunun təhrif olunmuş məlumat və izahat verməklə məsuliyyətdən boyun qaçırmaq istəməsi və bədəni üzərində aşkar edilmiş dərəcəsi təyin olunmayan xəsarət izlərinin qeyrimüəyyən şəkildə əmələ gəlməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 234.2-ci maddəsinə görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” * nömrəli, “14 ” iyun 2024-cü il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CMin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hər hansı əməlin cinayət hesab edilməsi həmin əməli törədən şəxsin barəsində mühüm cinayət-hüquqi nəticələr törətdiyindən cinayət-hüquqi məsuliyyətə səbəb olan hansı hərəkət və ya hərəkətsizlik, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qanunda dəqiq və aydın göstərilməlidir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarı) Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarı). Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır (Cinayət Məcəlləsinin 3-cü maddəsi). Bununla əlaqədar kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham verilərkən üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı, bükümlərin sayı və elektron tərəzinin olmasına istinad edilmişdir. Həmin halların şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında protokollara, ekspert rəyləri, maddi sübutlar və digər istintaq hərəkətləri nəticəsinə dair protokollarla təsdiq edildiyi ittiham tərəfi göstərmişdir. Müdafiə tərəfi isə təqsirləndirilən şəxsin üzərində narkotik vasitə və elektron tərəzinin olmadığını, təqsirləndirilən şəxsə fiziki zorakılıq və psixoloji təzyiq nəticəsi edildiyini mübahisələndirmişdlər. Təqsirləndirilən şəxsin fiziki təzyiqə məruz qalması ilə bağlı Baş Prokurorluğun Xidmət araşdırmalar İdarəsi təərfindən araşdırılma aparılmış və cinayət işinin başlanması rədd edilmiş, üzərində aşkar edilmiş xəsarətlər ilə bağlı isə Sumqayıt ŞPİ tərəfindən əlavə araşdırma nəticəsində qeyri-müəyyən şəraitdə əmələ gəldiyi müəyyən edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 ## ###### 2021-ci il tarixli qərarının 25-ci bəndinin ikinci yarımbəndində qeyd edilmişdir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” iş üzrə (32132/07) ## #### 2014cü il tarixli qərarında qeyd olnmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər. Həbsdə polis nəzarəti altında olan insanların işində olduğu kimi, sözügedən hadisələr bütünlükdə və ya qismən dövlət orqanlarının müstəsna səlahiyyəti daxilində olduqda, belə saxlanma zamanı yaranan xəsarətlərlə bağlı ciddi fakt prezumpsiyası yaranır”. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkəmə istintaqı zamanı verilmiş təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsdən ilkin etirafedici ifadələrin fiziki və psixoloji təzyiq altında alınması barədə dəlilləri əsassız hesab etməklə və həmin ifadənin digər sübutlarla müqayisəli təhlili nəticəsində təqsirli bilinməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, təqsirləndirilən şəxsin cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmişdir. Məhəkmə istintaqı zamanı tədqiq edilmiş sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək dəyərləndirilmə aparılarkən, yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad edildiyi və əməldə cinayət tərkibinin olmamasının istisna edilməsi qənaəti formalaşır. Bu isə onu təsdiq edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşılmaqla, təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etmə, saxlaması və daşıması nəticəsinə dair birinci instasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini formal mülahizə kimi dəyərləndiririr. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olduğundan, həmin hissədə də gəlinən nəticə ilə razılaşır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən cəzanı ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə almışdır. Müdafiə tərəfi təqsirləndirilən şəxsi xarakterizə edən halları cəzanı yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınmadığı mübahisələndirilsə də, təqsirli bilindiyi maddə üzrə üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona təyin edilmiş cəzanın həddi nəzərə alınarsa, birinci instansiya məhkəməsi cəza təyin edərkən, cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrinin tələblərinə uyğun törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almış, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini müzakirə etmişdir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Bununla yanaşı kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş 7 iş saatı həcmində hüquqi yardımla bağlı müdafiəçi1 vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 77 (yetmiş yeddi) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil müdafiəçi1 7 (yeddi) iş saatına görə 77 (yetmiş yeddi) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar