Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-149/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə və təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim R.M.Quliyev) ## ###### 1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, onun, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 69.3cü maddəsinə əsasən onun ## ######## 2025-ci il tarixdən 18 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılması və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzasının müddəti qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilməsi, cəza çəkilməsi müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının onun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılması, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, onun üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, ona narkomaniyadan məcburi müalicə təyin olunması və onun, ərazi narkoloji dispanserində qeydiyyata alınması, onun üzərində şəxsi axtarış keçirilməsi, eləcə də əməliyyat-axtarış tədbirinin keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsini özündə əks etdirən 02 (iki) ədəd diskin iş materiallarında saxlanılması hökm edilmişdir. IŞIN HALLARI : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq 06 ədəd kibrit qutusunun içərisində təmiz çəkiləri 4,701 qram, 4,416 qram, 4,588 qram, 4,480 qram, 4,461 qram və 4,312 qram olmaqla xeyli miqdarda, ümumi çəkisi 26,958 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etməklə əynində olan göy rəngli cins gödəkçəsinin sol iç cibində daşıyaraq saxlamış, ## ######## 2025-ci il tarixdə, saat 19:50 radələrində Sumqayıt ŞPI-nin NMBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən "Ləzgilər" mağazasının arxa tərəfində saxlanılmaqla orada üzərinə keçirilmiş baxış zamanı həmin narkotik vasitə qurudulmuş marixuanalar əynindəki göy rəngli cins gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. APELLYASIYA PROTESTININ VƏ APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxsin müdafiəçisi Əlimərdanov Fərid Qalib oğlu apellyasiya şikayəti verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndiriiməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-ci il tarixli hökmünün, ona təqsirli bilindiyi maddə üzrə təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etməklə apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu CMin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növü təyin edilərkən, cinayət qanununun 2, 8, 41 və 58-ci maddələrində qeyd olunanların, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında 25.06.2- 023-cü il tarixli qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Hökmdən də göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə aldığını formal olaraq göstərsə də, qeyd olunanlar faktiki olaraq nəzərə almadan Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin etmişdir. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan 06 ədəd kibrit qutusunun içərisində təmiz çəkiləri 4,701 qram, 4,416 qram, 4,588 qram, 4,480 qram, 4,461 qram və 4,312 qram olmaqla xeyli miqdarda, ümumi çəkisi 26,958 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. O, cinayətkar əməlini başa çatdırmışdır. Məhkəmə baxışında ifadəsi alınmış təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ##.##.2026-ci il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən “Ləzgilər” mağazasının arxa tərəfində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanmış və üzərindən 6 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlələri 200 manata Corat qəsəbəsində tanımadığı şəxsdən əldə etmişdir. Iş materiallarından göründüyü kimi, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs narkotik mənbəyini bildiyi üçün asan və rahat şəkildə Corat qəsəbəsindən 200 manat müqabilində 6 büküm narkotik maddə olan marixuana əldə etmişdir. Bu da onun şəxsiyyətinin ictimai təhlükəliyini daha da artırmışdır. Ittiham tərəfi olaraq hesab edir ki, məhkəmə narkomaniya xəstəliyindən əziyyət çəkən, narkotikin mənbəyini bilən və istədiyi zaman narkotik maddə əldə etmə imkanına malik olan, üzərində 06 büküm marixuana saxlayan şəxsə təyin etdiyi cəza işin hallarına və şəxsiyyətinə uyğun olmamışdır. Göründüyü kimi, heç bir əsas olmadan təqsirləndirilən şəxsə məhkəmənin təyin etdiyi azadlığın məhdudlaşdırılması cəzasının uzun müddət narkotik maddə istifadə edən, məcburi müalicəyə ehtiyacı olan təqsirləndirilən şəxsi islah edəcəyini və narkotik maddələrdən istifadə etməsindən çəkindirəcəyi qərarına gəlmişdir. Hesab edir ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təqsirləndirilən şəxsi islah etməyəcəyini, tərbiyələndirməyəcəyini, habelə yeni cinayət edilməsinin qarşısını almayacağına, bu cür şəxsiyyətə malik, istədiyi zaman narkotik maddə əldə etmə imkanını və əlaqəsi olan təqsirləndirilən şəxsin azadlığın məhdudlaşdırılması cəzasının təqsirləndirilən şəxsin malik olduğu cinayətkar mühitdən - imkan, əlaqələri və şəraətindən məhrum etməyəcəyinə diqqət etməmiş, həmçinin, yüngül cəza təyin etməklə yuxarıda qeyd edilən norma və prinsipləri pozmuşdur. Ittiham tərəfi olaraq hesab edir ki, məcburi müalicəyə ehtiyacı olan təqsirləndirilən şəxs bu davranışları ilə məhkəmə tərəfindən ona azadlıqdan məhrum etmə cəzasını təyin edilməsi labüd etmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Hesab edir ki, məhkəmə qeyd edilən halları yalnız sadalamaqla heç bir əsaslandırma və əsas olmadan yüngülləşdirən hallar kimi qeyd edilməsi işin hallarına və sadalanan norma və prinsiplərə uyğun olmamışdır. Işin faktiki hallarına əsasən isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı narkotik vasitələr polis əməkdaşlarının keçirdiyi müvafiq tədbir nəticəsində aşkar edilərək götürülmüşdür. Təqsirkarın şəxsiyyətinin düzgün qiymətləndirilməsi onun törətdiyi əmələ münasibətindən, cinayət törətməyə meyilli olması, bu əməli səmimi etiraf edibetməməsindən çox asılıdır. Çünki, səmimi etiraf şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisidir. Belə bir halın mövcud olmaması isə şəxsin ona yüngül cəza növü tətbiq edilməklə islah ediləcəyinə inamı azaldır. Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, cinayət əməli polis əməkdaşlarının səyi nəticəsində aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri əldə etdiyi mənbəni qeyri dəqiq bildirməklə, şəxs barəsində anket və əlaqə məlumatlarını gizlətməklə həm ibtidai istintaq orqanına, həm də məhkəməyə düzgün olmayan məlumatlar verməklə qeyri-səmimilik göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdikdən sonra üzərində daşımaqla gizlətməsi onun xarakterini və şəxsiyyətinin ictimai təhlükəliliyini göstərməklə yanaşı onun əməlini səmimi etiraf etmək niyyətinin olmamasını aşkar göstəricisidir. Bundan əlavə, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən 06 büküm olmaqla ümumi çəkisi bükülmüş vəziyyətdə 26,958 qram çəkidə olan narkotik vasitə marixuana olmuşdur. Qanunsuz olaraq əldə edilən marixuana şəxsi istehlak miqdarından 5 dəfə çox olmaqla 6 bükümdür. Göründüyü kimi, təqsirləndirilən şəxsin ictimai təhlükəliyi daha çox olmuşdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Göründüyü kimi, məhkəmə bu halda da qanunvericiliyin tələbindən çıxış etməmiş, islah olunmayan şəxs barəsində yüngül cəza təyin etmişdir. Həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini əsaslandırılmadan hökmdə yüngülləşdirici hal kimi göstərilməsi qeyd edilən hallara uyğun olmamışdır. Belə ki, cinayət işi materiallarında olan Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin rəyinə əsasən kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu olan və narkomaniya xəstəliyindən əziyyət çəkən, üzərində 6 büküm marixuna olan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində qeyd edilən halın yüngülləşdirən hal kimi qəbul edilməsi hesab edir ki, əsassız olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs narkotik maddələrin asılılığından əziyyət çəkmiş, narkotik maddələrin istifadəsindən özünü çəkindirə bilməmiş və nəticədə asıllıq yaranmışdır. Lakin, məhkəmə həmin şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən narkotik maddələrindən istifadə etməkdən özünü çəkindirəcəyinə heç bir səbəb olmadan inanmışdır. Həmçinin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəsinin maddi büdcəsinə ziyan vurmaqla, özünün və ailəsinin şəxsi ehtiyaclarına xərcləməli olan məbləği narkotik maddəyə xərcləməklə ailəsinin maddi vəziyyətinə ciddi şəkildə mənfi təsir göstərmişdir. Lakin, məhkəmə narkotik maddələrindən asıllığı olan və əldə etdiyi gəlirləri ailəsinə deyil, narkotik maddələrə sərf etməsini nəzərə almamışdır. Iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs iradəsi zəif olmuş, sonuncu özünü narkotik maddələrin istifadəsindən çəkindirə biləmiş, uzun müddətli istifadə nəticəsində sonuncuda aslıllıq yaranmışdır. Lakin, məhkəmə həmin halları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı göstərməklə kifəyətlənmiş, həmin halın cəzanı yüngülləşdirən hal kimi qəbul etməsinin motivini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərək tətbiq etdiyi məhdudiyyətlər siyahısından görünür ki, Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən günün müəyyən saatlarında yaşadığı ünvanını tərk etməmək, Abşeron rayonunun və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmaması kimi vəzifələr qoymuşdur. Hazırkı iş üzrə məhkəmə hökmdə Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və Sumqayıt şəhərləri və Abşeron rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması müəyyən edilmişdir. Halbuki işin hallarından görünür ki, təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və onun cəza müddətində Abşeron rayonunda yaşamasını təsdiq edən, habelə Abşeron rayonunda olmasını zəruri edən hal yoxdur. Bu qaydada cəza müəyyən edilməsi isə həmin cəzanın məqsədi ilə bağlı tələbləri pozmuşdur. Ittiham tərəfi olaraq hesab edir ki, yuxarıda sadaladığı hallara görə təqsirləndirilən şəxsə məhkəmə tərəfindən günün müəyyən saatlarına kimi geniş əhatə imkanının verilməsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etmişdir. Məhkəmənin Təqsirləndirilən şəxs təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, yüngül cəza təyin edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən qeyd edilən cinayətin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni şəxsiyyətini bilmədiyi şəxslərdən almasını qeyd etməsi də inandırıcı olmamış, sonuncu narkotik maddəni əldə etdiyi şəxsi gizlətməklə həm ibtidai istintaq orqanına, həm də məhkəməyə düzgün olmayan məlumatlar verməklə qeyri-səmimilik göstərmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilərək, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlığın məhdudlaşdırılması cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növünü düzgün müəyyən etsə də, lakin cəzanın müddəti məsələsini həll edərkən azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddini təyin etməkdə haqlı olmamış, ümumiyyətlə cəzanın yuxarı həddinin təyin edilməsi zərurəti hökmdə əsaslandırılmamışdır. Göstərilənlərə əsasən, hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunveriliyinin normalarının tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında nəzərdə tutulmuş tövsiyələrə əməl etməmiş, nəticədə təqsirləndirilən şəxsə ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin etmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı dövlət ittihamçısı1 təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olmasını qeyd edərək onu da vurğuladı ki, Təqsirləndirilən şəxs əməli istintaq zamanı toplanılmış və məhkəmə istintaqı zamanı araşdırılaraq tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Eyni zamanda hökmdən verilmiş apellyasiya protestində qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün cinayət qanunu normasının düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, əlavə olaraq qeyd etdi ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunan cəzanın həddi yuxarıdır. Məhkəmə təcrübəsindən də görünür ki, bu cür işlərdə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmir, adətən az həddə cəza təyin edilir. Hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur, ilk dəfə cinayət törətmişdir, törətdiyi cinayəti etiraf etmişdir, anası ilə birlikdə yaşayırlar və evin yeganə gəlir gətirən şəxsidir. Dövlət ittihamçısı protestdə təqsirləndirilən şəxsin narkotik vasitənin mənbəyini bildiyini qeyd etmişdir. Bütün narkotik vasitə istifadə edən şəxslər onu hardan aldığını bilirlər, sadəcə bu barədə məlumat vermirlər. Təqsirləndirilən şəxs barəsində hökm çıxarıldıqdan bəri heç inzibati tənbeh belə tətbiq edilməmişdir. Apellyasiya protestinin təmin olunmamasını, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etməklə müdafiəçisinin çıxışında göstərilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etməklə onu da vurğuladı ki, o, marixuana növündə narkotik vasitədən istifadə etmiş, narkomaniyadan müalicə almağa ehtiyacı yoxdur. 6 bükümdə narkotik vasitə götürməyinin səbəbi onların ucuz olması olmuşdur. Cəzasının azaldılmasını Türkiyə Respublikasına daha tez getməsi üçün istəyir, ona görə də apellyasiya protestinin təmin olunmamasını, apellyasiya şikayətimin təmin olunmasını xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərində və müdafiə tərəfinin çıxışlarında göstərilən hallarla bağlı CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirləndirilən şəxsin cinayət əməlinə və həmin əmələ görə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin, həmçinin apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməklə təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrdən “Abşeron rayonunun ərazi hüdudları” çıxarılmaqla hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirli olması ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrar şərh olunmasına zərurət görmür. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması istintaq orqanı tərəfindən toplanılmaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutlar toplusu ilə tam sübuta yetirilmişdir. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Müdafiəçi apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinin ağır olduğunu, məhkəmənin cəzanın növünü düzgün müəyyən etsə də, cəzanın müddətini müəyyən edərkən azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddini tətbiq etməkdə haqlı olmadığını göstərərək ona ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərinə tam əməl edilmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, eləcə də təyin olunmuş cəzanın onun islah olunmasına təsiri düzgün nəzərə alınmışdır. Iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan ümumi çəkisi 26,958 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımışdır. Narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla xeyli miqdar təşkil etmiş, narkotik vasitə 06 ədəd kibrit qutusunda ayrı-ayrılıqda qablaşdırılmış vəziyyətdə aşkar edilmişdir. Bundan başqa, iş materiallarında olan narkoloji ekspertiza rəyindən görünür ki, təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir və məcburi müalicəyə ehtiyacı vardır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, məsuliyyəti ağırlaşdıran halların olmamasını da qiymətləndirmiş, bununla yanaşı onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkündür. Məhkəmə kollegiyası həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında alternativ olaraq həm azadlığın məhdudlaşdırılması, həm də azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyəti və işin halları nəzərə alınmaqla ona daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir ki, bu da təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə adekvat olmuşdur. Belə olan halda müdafiə tərəfinin cəzanın müddətinin həddindən artıq ağır olması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza nə ağırlığına görə açıq-aşkar ədalətsiz, nə də təqsirləndirilən şəxsin şəxsiyyətinə və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan cəza hesab edilə bilməz. Əksinə, təyin edilmiş cəza sosial ədalətin bərpasına, təqsirləndirilən şəxsin islah olunmasına və yeni cinayətlərin qarşısının alınmasına xidmət edən qanuni və ədalətli cəzadır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bununla yanaşı, məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestində təqsirləndirilən şəxsə təyin edilmiş cəza növünün yüngül olması barədə dəlillərilə razılaşmır, lakin təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrdə qeyd edilən “Abşeron rayonu hüdudları” ərazisində də təqsirləndirilən şəxsin sərbəst hərəkət etmək imkanı ilə razılaşmır ona görə ki, apellyasiya protestində qeyd edildiyi kimi Təqsirləndirilən şəxs həmin ərazidə yaşamasını və ya həmin ərazidə olmasını zəruri edən hər hansı halın müəyyən edilməməsinə dair dəlillər əsaslı hesab ediiməlidir. Bu qənaətə gəlinərkən o da nəzərə alınır ki, apellyasiya icraatı zamanı təqsirləndirilən şəxsin bildirdiklərindən müəyyən olundu ki, o, hazırda heç bir yerdə işləmir, 9 il bundan əvvəl Azadlıq metrosunun yanında idman zalında işləmiş, sonradan işləməməyinin səbəbi həmin vaxtdan Türkiyə Respublikasında işləməsi olmuşdur. Cəza çəkəcəyi müddətdə iş barədə onu fikirləşir ki, əmisi oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən şirkətə işə düzəlməyinə kömək edəcək və Türkiyə Respublikasına gedənədək orada işləməyi düşünür. Həmçinin müəyyən olundu ki, o, 10 il olar ki, narkotik vasitə deyil anaşa qəbul edir, anaşanın qurudulmuş marixuana olmasını bilir, amma onu həmişə yox arabir istifadə edir. Həkim rəyində xəstəliyinin göstərilməsinə baxmayaraq onu qəbul etmir. Narkotik vasitəni Corat qəsəbəsində tanımadığı şəxsdən əldə etmiş. Corat qəsəbəsinin Sumqayıt şəhəri yoxsa Abşeron rayonu ərazisi olduğunu dəqiq bilmir, amma bir tərəfinin də Abşeron rayon ərazisi olmasını bilir. Beləliklə, apellyasiya icraatı zamanı da, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yaşamaqla onun azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə Abşeron rayonu ərazisində olmasını zəruri edən hər hansı hal müəyyən edilməmişdir. Həmçinin təqsirləndirilən şəxs ifadələrində narkotik vasitəni Corat qəsəbəsində əldə etdiyini və Corat qəsəbəsinin bir hissəsinin Abşeron rayonu ərazisinə aid olduğundan, təqsirləndirilən şəxsin narkotik vasitəni məhz həmin ərazidə əldə etməsi onun orada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şəxslərlə əlaqələrinin və həmin mühitə çıxış imkanının olmasının məhdudlaşdırılması vacibdir. Bu səbəbdən hökmün təqsirləndirilən şəxsin “Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq” vəzifəsinə dair hissəsində “Abşeron rayonunun hüdudları” ifadəsinin çıxarılması zəruri hesab edilir. Bu baxımdan, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən onun Abşeron rayonu ərazisində sərbəst şəkildə hərəkət etməsinə imkan yaradılması cəzanın məqsədlərinə uyğun olmamışdır. Odur ki, məhkəmə təyin etdiyi məhdudiyyətlərin həcmini müəyyən edərkən işin konkret hallarını, təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etdiyi ərazini və onun şəxsiyyətini lazımi qaydada nəzərə almamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası dövlət ittihamçısının təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinin mümkün olması, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının qeyri-mümkünlüyü, habelə birinci instansiya məhkəməsinin cəzanın növünü düzgün müəyyən etməməsi barədə apellyasiya protestinin dəlillərini əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, törətdiyi əməli etiraf etmiş və əməl CM-in 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar nəzərə alındıqda, onun islah olunmasının yalnız cəmiyyətdən təcrid edilməklə mümkün olması barədə nəticəyə gəlmək üçün kifayət qədər əsaslar mövcud deyildir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi mahiyyət etibarilə düzgün olmuş, lakin həmin cəzanın müddəti və tətbiq olunmuş məhdudiyyətlərin dairəsi işin konkret hallarına uyğun müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilən halları, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və yeni cinayətlərin qarşısının alınmasına təsirini nəzərə alaraq hesab edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsin üzərinə qoyulan vəzifələr hissəsində dəyişdirilməli, qalan hissədə höm dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən CPM-nin 346, 356, 399.1.5, 405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməklə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əlaqədar olaraq üzərinə qoyulmuş vəzifələrdən “Abşeron rayonunun hüdudları” ifadəsi çıxarılmaqla onun üzərində Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-149/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-149/2026
21.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver