Məhkəmə qərarları › İş №1(3-8)-150/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-150/2026

02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-150/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri - Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X5 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər İlham Cəfərzadə (sədrlik edən), Nahid Mirzəyev və Nurəddin Hüseynli) ##.##.1980-ci ildə Göyçay rayonunda anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvəllər məhkum edilməmiş, subay, fərdi əməklə məşğul olan, ünvan 1 qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2024-cü il tarixdən hesablanması, barədə seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda müxtəlif növlərdə narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp” proqram təminatı vasitəsi ilə danışıb təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə ## ###### 2024-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə danışıb İran İslam Respublikası vətəndaşının istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədilə 1 ədəd ağ rəngli polietilen bağlamanın içərisində olmaqla 05 ədəd qara rəngli sellofanda hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 780 qram, 345 qram, 155 qram. 310 qram və 105 qram olmaqla, ümumi çəkisi 1695 qram olan külli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi 9.215 qram olan külli miqdarda narkotik vasitə heroini ünvan 2 ərazisində yol kənarında ağac dibində qoydurması, həmin narkotik vasitələri götürdükdən sonra İİR-nın vətəndaşının bildirəcəyi ünvana çatdırılması, bunun müqabilində narkotik vasitələrdən istifadəsi üçün bir miqdarda götürəcəyi ilə bağlı razılığa gəldikdən sonra, İran İslam Respublikası vətəndaşının ona “Whatsapp” proqram təminatı vasitəsi ilə göndərdiyi məkan üzrə həmin tarixdə, saat 19 radələrində qeyd olunan ərazini müəyyən edib sonuncunun qoydurduğu yerdən 1 ədəd ağ rəngli polietilen bağlamada külli miqdarda, narkotik vasitəni qurudulmuş marixuananı və heroini təqsirləndirilən şəxs2 vasitəsilə götürərək sərnişin qismində əyləşdikləri taksi fəaliyyəti göstərən şahid1 idarə etdiyi, Chevrolet Cobalt markalı **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoydurduqdan sonra, ## ###### 2024-cü il tarixdə saat 19:00-da Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ərazisində saxlanılaraq avtomobillə birlikdə Şabran RPŞ-nə gətirilmiş və avtomobilə baxış keçirilərkən yük yerindən bir ədəd ağ rəngli kisənin içərisində satış məqsədi ilə qanunsuz olaraq daşıyaraq saxladıqları 05 ədəd qara rəngli sellofanda hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 780 qram, 345 qram, 155 qram, 310 qram və 105 qram olmaqla, ümumi çəkisi 1695 qram olan külli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi 9.215 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri : Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünün cəza təyini hissəsindən narazı olduğunu bildirərək, himayəsində azyaşlı uşağının olması, onkoloji xəstəlikdən əziyyət çəkməsi, II qrup əlil olması nəzərə alınaraq barəsində daha yüngül cəza təyin olunmasını xahiş etmişdir. Proses iştirakçılarının çıxışları : Apellyasiya instansiyası məhkəməsinin iclasına “Whatsapp” mobil tətbiqi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirib, apellyasiya şikayətinin təmin edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinin dəlillərini müdafiə edib, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər : Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya şikayətini müdafiə edən təqsirləndirilən şəxsin və müdafiəçinin, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici, ibtidai istintaq zamanı etiraf edici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlllərini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəmə baxışında təqsirləndirilən şəxs və müdafiəçisinin çıxışlarının təqsirləndirilən şəxsin ona istinad edilən əməli törətməməsi, yəni aşkar edilmiş narkotik vasitəni satış niyyəti ilə əldə etməməsinə dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə toplanmış sübutlarla təkzib olunan dəlillər olmaqla, apellyasiya şikayətinin təmin olunaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, əməliyyat-istintaq hərəkətlərinin aparılmasının videolentə alınmış diskinə qiymət verərək, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün saxlaması barədə ifadə verməkdə məqsədi cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Mən rayonda olarkən narkotik vasitə olan marixuana axtarırdım. Tanışım olan iranlı şəxs mənə zəng edərək Şabranda nakotik vasitə olduğunu bildirdi. Nicata zəng edərək rayona getməyi təklif etdim. Rayona çatanda artıq hava işıqlanmışdı. Bağlama olan yerdə kişilər çox olduğu üçün Nicat özü düşmək istədi. Maşını açan an polislər gəldi. Nicatı da, onunla gələn dostunu da yerə yıxdılar. Məni ayrı, onları ayrı apardılar. Yolda da iranlı kişiyə mənə məcburən səs yazısı atdırdılar. Narkotik vasitə istifadəçisi deyiləm. Sadəcə yarım kilo narkotik vasitəyə görə getmişəm.” Verilən suallara cavab olaraq göstərmişdir: “Narkotik vasitə olan marixuanadan istifadə etmişəm. Nicatı 3-4 ildir ki, tanıyıram. Nicatla birlikdə narkotik vasitə marixuanadan istifadə etməmişəm. Ümumiyyətlə, narkotik vasitədən istifadə etdiyimi heç kim bilmirdi. İranlı Abbas adlı şəxslə mən İranda, onun bacısının klinikasında müalicə alarkən tanış olmuşduq. Narkotik vasitə marixuana əldə etmək üçün Abbasa müraciət etmişəm. Abbas ünvanda 6-8 bağlama qoyulacağını bildirmişdi. Narkotik vasitə marixuanaya görə heç bir ödəniş etməmişdim, pul barəsində danışmamışdıq, nisyə şəkildə ödəyəcəkdim. Rayona nə üçün getdiyimdən Nicatın xəbəri yox idi. Rayona 3 nəfər getmişdik. Nicatın narkotik vasitə olan marixuana istifadə etməsindən xəbərim yox idi. Nicatla qeyri-rəsmi ər-arvad münasibətimiz olmamışdır. Nicatın əvvəllər məhkum olunduğunu bilirdim. Polislər bizi axşamüstü saxlamışdılar. Narkotik vasitə marixuanadan 10 ilə yaxındır ki, istifadə edirəm. Narkotik vasitəni istifadə etmək üçün əldə etmişəm. İran İslam Respublikası vətəndaşı Abbasın bacısını klinikanın müdiri olaraq tanımışam. İran İslam Respublikası vətəndaşı Abbasdan yalnız narkotik vasitə olan marixuana istəmişəm. Ünvanda olan bağlamanı götürməmiş tutulmuşduq. Bağlama olan yerdə kişilər çox olduğu üçün Nicat maşından düşüb götürmək istədi. Mənim üzərimə polis şöbəsində baxış keçirilmişdir. Bağlamanı yalnız polis şöbəsində görmüşük. 3cü şəxsin bizimlə gəlmə səbəbi avtomobilin ona məxsus olması idi. Nicata rayona nə üçün getdiyimi bildirməmişdim. Polis əməkdaşlarının narkotik vasitəni haradan götürdüyünü bilmirəm. Hadisə yerində narkotik vasitəni görməmişəm. Abbasla İran İslam Respublikasında tanış olmuşam. Torbanı kimin maşına qoyduğunu görmədim.” Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Göyçay şəhərində yaşayır, ailəli olub ayrılmışdır. Uzun müddətdir ki, onkoloji xəstədir. Buna görə də narkotik vasitə olan marixuanadan istifadə edir. Xəstəliyi ilə əlaqədar o, bir il yarım, iki il bundan öncə İran İslam Respublikasında müalicə almışdır. Orada yerləşən xəstəxanalardan birində müalicə alarkən Abbas adlı şəxslə tanış olmuşdur. İran vətəndaşı olan Abbasla sonradan mobil telefonda «WhatsApp» vasitəsi ilə mütəmadi olaraq bir yoldaş kimi münasibət saxlamışdır. Abbasla «WhatsApp» vasitəsi ilə danışarkən Abbas ona xəstəlikdən sağalmasında çıxış yolu kimi marixuanadan istifadə etməyini görərək ona istifadə etməyini məsləhət görmüşdür. O da buna görə ondan marixuana haqqında maraqlanmış, marixuana olsaydı istifadə etmək istədiyini bildirmişdir. Buna görə də Abbas ona yaxın günlərdə bir söz deyəcəyini demiş, bir müddət sonra, ## ###### 2024-cü il tarixdə Abbas ona səhər saatlarında zəng etmiş, Şabran rayonu ərazisində bir bağlamada, 6-8 kiloqrama yaxın narkotik vasitənin olmasını bildirmiş, həmin bağlamanı oradan gedib Bakı şəhərinə gətirməyini, əvəzində isə ona hörmət edərək bağlamanın bir hissəsini verəcəyinə söz vermişdir. O, Abbasla razılaşmış, lakin yol pulu olmadığı üçün borc etmiş, sonra Bakı şəhərində olan tanışı, əslən Göyçay rayonundan olan Nicata zəng etmişdir. Söhbət zamanı o, Nicata bu barədə demiş, ondan Şabran rayonuna Abbasın dediyi yerə gedib bağlamanı götürməyə köməklik etməsini xahiş etmiş, Nicat da ona etiraz etməmiş, onunla razılığa gəlmişdir. Bundan sonra o, Göyçaydan yola çıxaraq Bakı şəhərinə gəlmiş, Bakıya gələndə Nicatdan zəng edərək Şabran rayonuna getməyə avtomobil tapmasını xahiş etmişdir. Nicat da tanış bir taksi tapmış, onları Şabrana aparıb gətirməyini xahiş edəcəyini ona bildirmişdir. O, Bakı şəhərinə çatdıqda, şəhərin girişində yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsinin yanından Nicata zəng etmiş, ona olduğu yeri demişdir. Nicat da bir qədər sonra həmin yerə gələcəyini demişdir. Bir qədər sonra Nicat “Chevrolet" markalı avtomobil ilə onun olduğu yerə gəlmiş, həmin vaxt sürücü Rafael adlı şəxs Nicata gecə növbəsindən çıxdığı üçün yuxusu gəldiyini demiş və avtomobilin arxa salonuna gedərək orada yatacağını bildirmişdir. Buna görə də avtomobili Nicat idarə etməyə başlamış, o da Nicatın yanındakı sərnişin yerində, qabağda oturmuşdur. Artıq yola düşdükdə o, İran vətəndaşı olan Abbasla «WhatsApp» vasitəsi ilə yazışaraq ondan narkotikin olduğu yeri soruşmuş, o da ona konum atacağını yazaraq bir qədər sonra konumu atmışdır. Konumda ünvanın ünvan 2 olmasını göstərilmiş, buna görə də o, dərhal bu barədə Nicata məlumat vermişdir. Nicatda avtomobili ünvan 2nə sürmüş, həmin yerə çatdıqda Nicat avtomobildən düşmüş, bağlamanı götürmək üçün uzaqlaşmış və bir qədər sonra əlində bir ədəd ağ rəngli kisə ilə geri qayıtdıqda olduğu yerə polis əməkdaşları gəlmiş və onları Şabran RPŞ-nə dəvət etmişlər. Şabran RPŞ-də o, müdafiəçi ilə təmin edilmiş, müstəntiq tərəfindən üzərinə şəxsi-axtarış keçirilmiş, lakin üzərindən hər hansı bir qanuna zidd əşya aşkar edilməmişdir. Bundan bir qədər sonra videoçəkilişlə “Chevrolet” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerindən bir ədəd ağ rəngli kisə, həmin kisənin içərisindən isə beş ədəd qara rəngli sellofan bağlamalar və bir ədəd kiçik həcmli, qara rəngli, sellofan bağlama aşkar edilmişdir. Böyük bağlamalara baxılarkən içərisində yaşıl rəngdə bitki kütlələri, kiçik həcmli bağlamaya baxılarkən içərisindən şəffaf rəngli sellofanın içərisində şabalıd rəngi kütlələr aşkar edilərək ekspertizaya təqdim edilməsi üçün müstəntiq tərəfindən qablaşdırılmış və götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən onlara qarşı heç bir zorakılıq hərəkətləri tətbiq edilməmişdir. Sürücünün narkotik vasitədən xəbəri olmamışdır. O, ümumiyyətlə həmin sürücünü tanımamışdır. Abbas ona 6-8 bağlamaya yaxın narkotik vasitə olan marixuana olacağını demişdir. O, Abbasla il yarım-iki il bundan öncə İran İslam Respublikasında olarkən xəstəxanada tanış olmuşdur. Abbasın dediyinə görə, o, həmin xəstəxanada işləyən həkimin qohumu olmuşdur. Lakin xəstəxananın adını və yerləşdiyi yeri xatırlamamışdır. Abbasın mobil telefon nömrəsi onun istintaqa təqdim etdiyi mobil telefonunda olmuşdur. Abbas ilk dəfə ona narkotik vasitə göndərmişdir. Narkotik vasitəni götürdükdən sonra bir qismini Abbasın dediyi yerə aparmalı, qalan hissəsini də dəmləyib çay kimi müalicə məqsədi ilə içəcəkmiş. O, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Həmin narkotik vasitələri haradan əldə etdiyini xatırlamamışdır. Nicatdan müəyyən məbləğ qarşılığında narkotik vasitəni Şabran rayonundan götürüb qayıtmaqda ona köməklik göstərməyi barədə xahiş etmişdir. Onun yaşadığı evdə iyirmidən çox pişiyi olduğundan onlara sosiska və pişik yeməyi verərkən bıçaqdan istifadə etmişdir. Buna görə də əşyalarının içərisində həmin bıçağı daşımışdır. “Şevrolet” markalı avtomobilin yük yerində aşkar edilmiş ağ kisədəki beş ədəd qara sellofan bağlamalarda olan marixuana ona aid olmuş, lakin kiçik həcmli, qara rəngli sellofan bağlamada olan heroinə bənzər kütlə ona aid olmamış, yəni onun üçün İran vətəndaşı Abbas heroin göndərməməli imiş. Həmin şəxslə bir neçə il bundan öncə İranda olarkən tanış olmuşdur. O, sadəcə tanışı olmuşdur. (II cild, iş.v: 86-89) Cinayət işinin materiallarında olan ## ###### 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istiadə edilməklə təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılmış, təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, sol yan cibindən 01 ədəd güzgü, 01 ədəd saqqız və salfet kağızları, baş nahiyəsinə taxdığı örtükdən isə 01 ədəd sancaq, 02 ədəd iynə aşkar olunmuşdur. təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və predmet aşkar edilməmişdir.(Icildi/v: 58- 59) Cinayət işinin materiallarında olan ## ###### 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İş üzrə Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ##.##.2024-cü il tarixdə ünvan 2ndə saxlanılaraq RPŞ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş şahid1 idarə eldiyi "Chevrolet Cobalt” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı şahid1, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 “Chevrolet Cobalt” markalı, **- YR-*** d.q.n. avtomobil ilə Bakı şəhərindən Şabran rayonuna gəldiklərini bildirmişlər. Avtomobilə keçirilmiş baxış zamanı təqsirləndirilən şəxs2 avtomobili Bakı şəhərindən Şabran rayonuna gəldikləri yerədək özünün idarə etdiyini, təqsirləndirilən şəxs1 avtomobildə ön sağ sərnişin oturacağında əyləşdiyini, şahid1 isə arxa, sol sərnişin oturacağında əyləşdiyini qeyd etmişdir. Avtomobilə baxış zamanı sükanın yanından 01 ədəd balaca ölçülü nazik dəmir, sağ yan sərnişin oturacağının üzərindəki təqsirləndirilən şəxs1 məxsus çantadan 01 ədəd pul qabında, içərisindəki kartlarla birlikdə 01 ədəd açılıb-bağlanan bıçaq aşkarlanaraq götürülmüşdür. Avtomobilin yük yerinə baxış zamanı 01 ədəd sintetik kisə aşkarlanmış, aşkarlanmış kisə açıldıqda içərisindən 05 ədəd qara rəngli bağlamalar və 01 ədəd qara rəngli büküm aşkarlanmışdır. Aşkarlanmış 05 ədəd bağlamaya baxış zamanı içərilərində yaşıl rəngli spesifik iyə malik kütlələr aşkarlanmışdır. 01 ədəd balaca bükümə baxış zamanı qara rəngli sellofanın içərisindən 01 ədəd rəngsiz sellofan büküm aşkarlanmış, həmin bükümün içərisində tozşəkilli qəhvəyi rəngli kütlə müəyyən edilmişdir. 01 ədəd qəhvəyi rəngli kütlə üzərindəki rəngsiz sellofan bükümlə birlikdə 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. 05 ədəd bağlama isə 01 ədəd sintetik torbaya qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış 01 ədəd zərf və 01 ədəd sintetik torabanın üzərləri yazılmış, iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür.(İ cild, iş.v : 88-89) Cinayət işinin materiallarında olan ## #### 2025-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ##.##.2025-ci il tarixdə təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Mobil telefonun ön tərəfi qara, arxa tərəfi qırmızı rəngdədir, telefonun ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadə olunması müşahidə edilmişdir. Telefonda daxil olan və gedən zənglər siyahısına baxış keçirilərkən istintaq üçün əhəmiyyət kəsb edən iki nömrə aşkar edilmişdir. Telefon nömrələrindən biri +989148596523 nömrəsindən ##.##.2024-cü il tarixdə saat 19:48-də zəngin daxil olması, bundan başqa ## ###### 2024-cü il tarixdə saat 18:39-da 051-327-54-23 nömrəsi ilə 04.50 dəqqə, ## ###### 2024-cü il tarixdə saat 22:45-də 0.31 saniyyə, 14 və ## ###### 2024- cü il tarixlərində zənglərin olunması müşahidə edilir. Baxış zamanı təqsirləndirilən şəxs1 +************ saylı mobil telefon nömrəsi İran vətəndaşı olan İranda yaşayan Abbas adlı şəxsə, 051-327-54-23 nömrəsi isə tanışı. Göyçay rayon sakini təqsirləndirilən şəxs2 aid olmasını bildirmişdir. Bundan sonra qeyd olunan mobil telefonda istifadə olunan “Watsap” proqrammına baxış keçirilmiş, qeyd olunan «WhatsApp» nömrəsinə bir çox mobil telefon nömrələrindən zənglərin olunması və mesajlanmaların qarşılıqlı göndərilməsi müşahidə olunmuş, iş üçün əhəmiyyət kəsb edən mobil nömrələrdən İran İslam Resp-na aid olan +989147087735 və +989147011841 nömrələrindən qeyd olunan mobil telefon nömrəsinə zənglərin gediş-gəlişi müşahidə edilmişdir. +989147011841 nömrəsi ilə təqsirləndirilən şəxs1 aid olan mobil telefon nömrəsinə ## ####### 2024-cü il tarixdə zənglərin olunması. ## ####### 2024-cü il tarixdə saat 19:54-də İran ləhçəsi ilə Azərbaycan dilində “salam, salam necəsən, nə kefdəsən, işlərin həll olundu? nəsə götürəsən, var, istəyən varsa götürək?” səsli mesajı və ## ###### 2024-cü il tarixdə “salam, işlərin necədir?” səsli mesajının olması müşahidə edilir. Digər +989147087735 nömrəsindən isə ## ###### 2024-cü il tarixdə saat 18:29. saat 18:36. saat 18:38. saat 18:42. saat 18:44. saat 18:45. saat 19:12. saat 19:20-də mesajların daxil olması, lakin sonradan göndərən şəxs tərəfindən silinməsi, saat 19:20 buraxılmış səsli zəngin olması müşahidə edilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs1 bildirmişdir ki, +989147087735 və +989147011841 mobil telefon nömrələri İran vətəndaşları Fərhad və Abbas adlı şəxslərin nömrələridir. +989147087735 mobil telefon nömrəsinin sahibinin adı Abbasdır. Narkotik vasitələri onun üçün Şabran rayonuna həmin şəxs göndərmişdir. “Watsap” tədbiqi praqramına baxılarkən təqsirləndirilən şəxs1 həmin proqram vasitəsi ilə ##.##.2024-cü il tarixdə səhər və günorta saatlarında təqsirləndirilən şəxs2lə əlaqə saxladığını, Nicatla aralarında olan yazışmaların və zənglərin silinməsi üçün əvvəlcədən proqrama 24 saatlıq vaxt qoyduğundan həmin zənglərin və mesajların silinməsini, buna görədə mesaj və zəngləri əks etdirən məlumatların qalmadığını bildirmişdir.(İ cild, iş.v : 249) Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyi MEM-in məhkəmə-bioloji ekspertizasının ##.##.2024-cü il tarixli */**** nömrəli rəyi ilə müəyyən edilmişdir ki. tədqiqata təqdim edilmiş bir ədəd ağ rəngli sintetik torbada 5 (beş) ədəd qara qara rəngli sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 780 qram. 345 qr, 155 qr, 310 qr və 105 qram olmaqla ümumi çəkisi 1695 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidir.(1 cild, iş.v : 97-100) Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyi MEM-in məhkəmə-kimyəvi ekspertizasının ##.##.2024-cü il tarixli */**** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 9,215 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(Icild. iş.v : 101-104) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ## ###### 2025-ci il tarixli *** saylı rəyindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli ** saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tədbiq edilməsi qaydasının təstiq edilməsi barədə” Qərarı ilə təstiq edilmiş məcburi müalicə tədbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2 bəndinə uyğun olaraq hal-hazırda təqsirləndirilən şəxs1 II dərəcəli əlil olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə tədbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.(II cild, iş.v: 01-02) Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143- 146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 istinad olunan əməllərin törədilməsində aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya məhkəmə baxışında müdafiə tərəfinin çıxışlarının təqsirləndirilən şəxsə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair əsassız ittiham irəli sürülməsi, həmin cinayətdə özünü təqsirli bilməməsi, onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunan dəlillər olmaqla, apellyasiya şikayətinin təmin olunaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla bağlı cinayət hüquq nəzəriyyəsinə görə CM-nin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinəyət əməlinin törədilməsi anlayışına istinad etməyi də zəruri hesab edir. Belə ki, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasından aydın olur ki, həmin maddədə nəzərdə tutulan cinayət əməli o zaman cinayət məsuliyyətinə səbəb olur ki, təqsirləndirilən şəxsin davranışı maddənin dispozisiyasında əksini tapmış cinayət tərkibinin obyektiv cəhətini təşkil edən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma və ya satma ilə nəticələnmiş olsun. Qeyd olunan maddədə nəzərdə tutulan cinayət əməli formal tərkibli cinayət əməli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddədə nəzərdə tutulan hərəkətləri (yaxud hərəkətlərdən birini) törətməsi faktını müəyyən etmək kifayətdir. Şərh olunan cinayətlərin kriminal nəticələri isə cinayət tərkibinin hüdudlarından kənarda qalır və yalnız məsuliyyətin fərdiləşdirilməsinə təsir göstərir. Həmin Məcəllənin 234.4.3-cü maddəsinin dispozisiyası isə yuxarıda qeyd olunan davarnışın külli miqdarda narkotik vasitəyə münasibətdə törədilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024-cü il * №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 12-ci bəndinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Həmin Qərarın 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixotrop maddələrin) heç olmasa bir növünün miqdarının adıçəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Beləliklə də müəyyən olunur ki, hazırkı cinayət işinin predmetini təşkil edən külli miqdarda narkotik vasitənin əldə edilməklə saxlanması və daşınması satış məqsədilə təqsirləndirilən şəxs1 tərəfindən əldə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni özü üçün istifadə etməsi məqsədilə əldə etməsi barədə ifadələri yuxarıda qeyd edilən hallarla tam təkzib edilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etməkdə satış məqsədinin olmaması barədə apellyasiya şikayətinin dəlillərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün irəli sürdüyü mülahizələri, həmçinin yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitənin müxtəlifliyi, külli miqdarda olması, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlilləri əsassızdır, təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirsizliyini təsdiq edən və ya əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir hal yoxdur və iş materiallarında olan sübutlarla onun CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və həmin əməllərə görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 əməli birinci instansiya məhkəməsi tərəfindən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddələrlə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı və istərsədə məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası CM-nin 145 -146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı aşağdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, təqsirləndirilən şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermiş, cəza təyininin ümumi prinsiplərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024-cü il * №-li qərarında göstərilmiş cəza təyini bağlı tövsiyyələri, həmçinin təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halların olmamasını, onun himayəsində yetkinlik yaşına çatmayan uşağının olması və II dərəcəli əlil olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alaraq təqsirləndirilən şəxstəqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddəninin sanksiyasının həddində kifayət qədər ədalətli cəza təyin edilmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 7 saata görə 77 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 193, 197, 394, 397, 398, 407, 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 7 iş saatına görə 77 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar