Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-152/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri - Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X4 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi İslah qızının iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (hakim Elşad Əliyev) ##.##.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum olunmuşdur ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 05 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,178 qram, 1,985 qram, 2,148 qram, 1,858 qram, 2,105 qram, ümumi təmiz çəkisi 10.274 qram olan, bioloji tərkiblərinə görə öz aralarında eynilik təşkil edən və tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, ## ###### 2025-ci il tarixdə saat 18:32də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə baxış aparılan zaman həmin narkotik vasitə olan qurudulmuş marixuana əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləvğ edilməsini və ya dəyişdirilməsini, əməlinin daha yüngül maddə ilə tövsif edilməsini, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini və şərti məhkum etmənin tətbiq olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə razı deyildir və həmin qərarı əsassız və ədalətsiz hesab edir. Belə ki, iş materiallarında narkotik vasitənin satışı məqsədilə saxlanılması və ya satılması faktı sübuta yetirilməmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən daha ağır maddə tətbiq edilmişdir. İş üzrə sübutlar tam və obyektiv araşdırılmamış, müdafiə tərəfinin təqdim etdiyi hallar nəzərə alınmamışdır. Bu səbəbdən hesab edir ki, onun əməlinə hüquqi qiymət düzgün verilməmiş və ona təyin olunmuş cəza ağır olmuşdur. Proses iştirakçılarının çıxışları: Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmur, lakin narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları narkotik vasitə onun qarşına qoyub demişlər ki, “denən mənimdir”, o da ilk dəfə başına belə bir şey gəldiyi üçün videoçəkiliş aparılan zaman narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiqləyən hər hansı sübut olmaması, onun barəsində daxil olmuş əməliyyat məlumatının yalnız narkotik vasitəni üzərində gəzdirməsi və saxlaması ilə bağlı olduğu nəzərə alınaraq onun əməlinin CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ekspert rəyi və iş materiallarında olan digər sübutlarla ittiham tam sübuta yetirilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsi haqqında çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilməli və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olması mötəbər sübutlarla təsdiqini tapmışdır. Lakin, məhkəmə kollegiyası ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan və 1-ci instansiya məhkəməsində araşdırılan sübutlarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibinin olmadığı, onun əməlində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi müəyyən edildiyi halda həm ibtidai istintaq, həm də işə baxan birinci instansiya məhkəməsi digər sübutlarla uzlaşmayan təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması barədə” protokol, “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokol, ekspertiza rəylərinə istinad etməklə kifayətlənmiş və iş üzrə düzgün nəticəyə gəlinməsi və təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 05 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,178 qram, 1,985 qram, 2,148 qram, 1,858 qram, 2,105 qram, ümumi təmiz çəkisi 10.274 qram olan, bioloji tərkiblərinə görə öz aralarında eynilik təşkil edən və tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmasına dair təqsiri əldə edilmiş sübutlarla yəni, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahidlər şahid2 və şahid1 ifadələri ilə, cinayət işinin materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” ## ###### 2025-ci il tarixli protokol, məhkəmə-bioloji ekspertizasının ## ###### 2025-ci il tarixli, **/**** saylı rəyi və məhkəmə-narkoloji ekspertizasının ##.##.2026-cı il tarixli, **** saylı rəyi, habelə iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi zamanı səhvə yol verilmişdir. Belə ki, təqsirləndirilən şəxs ittiham olunmuşdur ona görə ki, o, satış məqsədilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxil edilmiş narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində ## ###### 2025-ci il tarixdə saat 18:32-də Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən beş ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,178 qram, 1,985 qram, 2,148 qram, 1,858 qram, 2,105 qram, ümumi təmiz çəkisi 10.274 qram olan, bioloji tərkiblərinə görə öz aralarında eynilik təşkil edən və tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, ##.##.2025- ci il tarixdə saat 18:32 radələrində Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində piyada hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onun üzərinə videoçəkilişlə baxış keçirtmişdirlər. Baxış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu beş ədəd kibrit qutusunda narkotik vasitə «qurudulmuş marixuana» aşkar edilərək götürülmüşdür. Bundan sonra onlar onu Pİ-nə dəvət etmişdirlər, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər * saylı Vəkil Bürosunun vəkili Kazımov İsməli Əlican oğlu təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif edilən zaman üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirmişdir. Bundan sonra üzərinə tərəflərindən şəxsi axtarış davam etdirilən zaman üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmişdir.Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilli, R şahid2 üzərində müfaviq qeydlər aparılmış və DİN-in *** saylı möhürü ilə möhürlənmiş zərfi təqdim edərək, həmin zərfin içərisində o saxlanıldığı vaxtda və yerdə üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən beş ədəd kibrit qutusunda narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin aşkar edildiyini, həmin “marixuana”ya bənzər bitki kütləsinin elektron tərəzidə çəkilərək çəkisinin 26,47 qram olduğu müəyyən edildiyini bildirmişdir. Həmçinin əynindəki gödəkçənin sol yan cibindən bir ədəd «Redmi» markalı mobil telefonu və telefonun araxasmda «Leobank» a aid kart təqdim edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə olan “marixuana” olduğunu, həmin bitki kütləsini tanımadığı şəxsdən 60 manat pul qarşılığında şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman ona məxsus Redmi markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilirək ifadəsində göstərdi ki, həmin gün, yəni ## ###### 2025-ci ildə * nömrəli avtobusla işə gedərkən polis əməkdaşları avtobusu saxlatdılar, onu avtobusdan düşürtdülər, daha sonra isə öz maşınlarına mindirmişlər. Sumqayıt şəhəri, 5-ci məhəlləyə gəlmişlər. Orada polis əməkdaşları 5 karopka narkotik vasitə olan marixuananı gətirib qarşına qoyublar və ona demişlər ki, “denən mənimdir”,o da təzyiq altında olduğu və ilk dəfə başına belə bir şey gəldiyi üçün videçəkiliş aparılan zaman demişdir ki, “hə, mənimdir”. Çünki orada 5 nəfər başının üzərində durmuşdu və dediyi kimi, ilk dəfə idi. Belə ki, o narkotik vasitə istifadəçisi olmuş, amma oradakı 5 karopka narkotik vasitə onun olmayıb və o heç vaxt satışla məşğul olmamışdır.Təxminən 1 il olar ki, narkotik vasitə istifadə edir. Narkotmik vasitələri tanımadığı şəxslərdən əldə edir.Həmin şəxsə pul atmış, həmin şəxsdə konum atmış, deyilən yerdən gedib narkotikanı götürmüşdür.Həmin şəxsi instaqramda tapmışdır.Polis əməkdaşları ona söyüş söyməmiş, onu döyməmişlər. Sadəcə olaraq 5 nəfə olduqları üçün narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadələr vermişdir.Narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoyublar. Polis idarəsində çəkiliş aparılarkən vəkilə narkotikanın ona məxsus olmamasını demişdir. Həmçinin müstəntiq ondan ifadə alarkən narkotik vasitənin ona məxsus olmadığını demişdir.Polis əməkdaşları ilə ədavəti, düşmənçiliyi yoxdur. Polis əməkdaşlavrının nə üçün ona qarşı belə hərəkət etmələrinin səbəbini izah ed bilmir.Müstəntiqə ifadə verərkən, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən narkotik vasitənin oqa məxsus olmadığını, narkotik vasitənin ona məxsus olmadığını, yükləmə olduğunu demişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, lakin narkotikanın satışı ilə məşğul olmadığını,ilk dəfə məhkum olunduğunu nəzərə alaraq onun barəsində ədalətli hökmünün çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, daşıması, istifadə etməsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı müvafiq əməliyyat- axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, saat 18:20-də tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş və o, onlar tərəfindən saat 18:32-də Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılmışdır. . Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra o ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsində, daşınmasında şübhəli olduğunu bildirərək saxlanıldığı yerdə üzərinə baxış keçiriləcəyini bildirmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində qanunla istifadəsi, əldə olunması, daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdirlər. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən beş ədəd kibrit qutusunu və bir ədəd Redmi Not-11 markalı mobil telefonu onlara təqdim etmişdir. Tərəflərindən həmin kibrit qutularına baxış keçirilən zaman içərisində narkotik vasitə olan marixuanaya bənzər ot kütləsinin olması müəyyən edilmişdir. Həmin marixuanaya bənzər maddə kütlələri tərəflərindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 26,47 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddə kütləsini necə və haradan əldə etdiyini soruşmuşdurlar. O, həmin maddə kütlələrinin narkotik vasitə marixuana olduğunu, Sumqayıt şəhəri ərazisindən tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra həmin kibrit qutuları ağ rəngli zərfə qoyularaq tərəflərindən qablaşdırılmış və möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ona məxsus mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün tərəflərindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onlar Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdirlər. İdarənin inzibati otaqlarından birində təhqiqatçı Səadət Qənbərov tərəfindən sənədləşmə prosesi davam etdirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və ona hüquq və vəzifələri yenidən izah edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitəni tutulduğu gün Sumqayıt şəhəri ərazisindən tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 də şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun analoji ifadə vermişdir. İş materiallarında olan Sumqayıt ŞPİ NMB-nin əməliyyat müvəkkili, R şahid2 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli raportdan görünür ki, ##.##.2003-cü ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” ##.##.2025- ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının ## ###### 2025-ci il tarixli, **/**** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan respublikası DİN Zərflər üçün №***”-li dairəvi möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs ....” yazıları və imzalar bir ədəd zərfin içərisində 05 (beş) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,178 qram, 1,985 qram, 2,148 qram, 1,858 qram, 2,105 qram; ümumi təmiz çəkiləri 10,274 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, həmin marixuana kütlələri bioloji tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin materiallarına əlavə edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 06 dekabk 2025-ci il tarixli protokollara əlavə edilmiş 1 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş DVD diskin hər iki tərəfi gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görünən IMG_2721 rəqəmləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 05 dəqiqə 26 saniyədən ibarətdir. Videogörüntünün ilk saniyələrində həmin diskə daxil olaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, qaranlıq hava şəraitində Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı şahid2 həmin şəxsə özünü təqdim etməsi bildirir, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığı, üzərində baxış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs isə göy rəngli şalvarının sağ yan cibindən beş ədəd kibrit qutusunu və bir ədəd mobil telefonu çıxararaq təqdim edir. Həmin kibrit qutularına baxıldıqda içərisində ot kütlələrindən ibarət narkotik vasitə olan marixuanaya bənzər maddənin olması müşahidə olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin qutularda narkotik vasitə marixuana olduğunu, həmin maddəni Sumqayıt şəhəri ərazisindən 60 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin qutular elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 26,47 qram olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs üzərində baxış aparılır, qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin materiallarına əlavə edilmiş “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş DVD diskin hər iki tərəfi gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görünən Whatsapp Video 2025-12-07 at 13.04.07 rəqəmləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 05 dəqiqə 33 saniyədən ibarətdir. Videogörüntünün ilk saniyələrində təhqiqatçı Səadət Qənbərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlamasında şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi, həmçinin özünün seçdiyi vəkil İsməli Kazımovu təqdim edir və polis əməkdaşlarına da özlərini təqdim etmələrini bildirir, onlar da özlərini təqdim edirlər. Sumqayıt ŞPİnin NMB-nin əməkdaşı şahid2 bir ədəd zərfi təqdim edərək həmin zərfin içərisində beş ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər maddənin olduğunu, həmin maddənin saxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürüldüyünü bildirir. Soğru zamanı Təqsirləndirilən şəxs həmin zərfin içrisindəki beş ədəd qutuda olan marixuananın ona məxsus olduğunu, saxlanılan zaman polis əməkdaşları tərəfindən onun üzərindən götürüldüyünü, həmin maddəni ##.##.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisindən 60 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, qanunla qadağa olunmuş əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi X1 Ambulator Məcburi-X5 Məhkəmə-narkoloji ekspertizasının ##.##.2026cı il tarixli, **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABNOİDLƏRİN və Psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan ASLILIQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində verilmiş ##.##.2026-cı il tarixli tələbnamədən görünürki, o, əvvəllər məhkum olunmamışdır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən Sumqayıt şəhəri Narkoloji Dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiomi Redmi” markalı mobil telefona Sumqayıt ŞPİ-də xidməti otaqda baxış keçirilmiş və baxış zamanı telefonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil, telefon nömrələri və ya videogörüntülər müəyyən olunmamışdır. Yuxarıda sadalanan sübutlara əsaslanan birinci instansiya məhkəməsi aşağıdakı nəticəyə gəlmişdir: “Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadəsi həqiqəti əks etdirmir və cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana 5 kibrit qutusunda olmaqla saxlanılarkən həmin narkotik vasitələri üzərində saxlamış, cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələrindən və polis idarəsində əməliyyat tapşırığına verilmiş cavabdan da görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində nrakotik vasitəlrin satışı ilə məşğul olmuşdur.Odur ki, məhkəmə hesab edir ki, narkotik vasitə olan qurudulmuş marixuananın arı-ayrı bükümlərə bölünməsi, narkotik vasitəni yaşadığı ünvanda, başqa yerdə gizlədib saxlamaq imkanı olduğu halda üzərində saxlayıb daşıması məhz onun narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib üzərində saxlamasını təsdiq edir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPMin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il * №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirlən şəxsi “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.2-ci maddəsi təqsirli bilinməsi və məhkum olunması nəticəsinə gələrkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışlar. Belə ki, təqsirləndirilən şəxs barəsindəki əməliyyat məlumatı narkotik vasitəni üzərində gəzdirməsi və saxlaması barədə olmasına baxmayaraq “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” ##.##.2025-cı il tarixli qərarda əməliyyat məlumatından fərqli olaraq onun qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib, qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində gəzdirməsi və saxlaması barədə məlumat daxil olması qeyd edilmişdir. Həmçinin şahidlər də ifadələrində Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik maddə və psixotrop maddələri əldə etməsi, daşıması, istifadə etməsi və satışı ilə bağlı əməliyyat məlumatının olmasını qeyd etsələr də satışla bağlı hər hansı sübutun olmamasını birinci instansiya məhkəməsi nəzərə almamışdır. Həmçinin cinayət işinin materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiomi Redmi” markalı mobil telefona baxış keçirilən zaman telefonun yaddaşında onun narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən, iş üçün əhəmiyyətli olan mətnlər, fotoşəkil, telefon nömrələri və ya videogörüntülər müəyyən olunmamışdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitə olan qurudulmuş marixuananın satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən saxlanılmamış, polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsi ## ###### 2025-ci il tarixdə saat 18:32-də Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində saxlanılıb Sumqayıt ŞPİ-yə aparılmış və orada üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən ittihamda qeyd edilən narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlarla təqsirləndirilən şəxsin “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak məqsədilə əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi kifayət qədər sübuta yetirilir. Ona görə də onun əməli CM-nin 234.2-ci maddəsindən, CM-in 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə cəzalandırılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri ətraflı nəzərə alınaraq onun cəza çəkmədən islah olunmasını qeyri mümkün edən amillər kimi qiymətləndirilməlidir. Bir sözlə, təqsirləndirilən şəxsin islah olunması sonuncuya təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının real çəkilməsi ilə mümkündür, bu, daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar. Beləliklə, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-155)-79/2026 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və həmin maddə ilə cəza təyin olunmalıdır. CPM-in 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya protestinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi İslah qızına dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 7 iş saatına görə 77 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197, 198, 394, 397, 398, 399, 404, 405, 407, 408 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-155)-79/2026 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi İslah qızına sərf etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 7 iş saatına görə 77 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-152/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-152/2026
09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver