Məhkəmə qərarları › İş №1(3-8)-153/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-153/2026

03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-153/2026 03.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X10 Müdafiəsi üzrə Idarəsinin prokuroru X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 Çərkəz oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 Çərkəz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər İ.N.Cəfərzadə (sədrlik edən və məruzəçi) N.N.Mirzəyev və N.N.Hüseynli) ## ####### 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli ##.##.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq, xüsusilə külli miqdarda, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1071,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə edib daşımaqla yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsində yerləşən tikilidə gizlətməklə saxlamış, ünvan 1 ünvanına daxil olma və baxış keçirilməsinə icazə verilməsi haqqında Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** saylı qərarına əsasən ## #### 2024-cü il tarixdə, saat 12:15 radələrində Sumqayıt ŞPI-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı həmin evin həyətyanı sahəsində yerləşən tikiliyə baxış keçirilmiş və baxış zamanı həmin tikilinin içərisindən 1 (bir) ədəd bükümdə, xüsusilə külli miqdarda, 1071,4 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 Çərkəz oğlu apellyasiya şikayəti verərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittihamı mötəbərliyi ciddi şübhə doğuran sübutlara əsaslandığından onun haqqında apellyasiya baxışını qismən istintaq aparmaqla, bəraət hökmü çıxarılmasını və qətimkan tədbirini ləğv edərək məhkəmə iclas zalında həbsdən azad edilməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə ibtidai istintaq tam, hərtərəfli və obyektiv aparılmamış, Təqsirləndirilən şəxs təqsirliliyi mötəbər və kifayət qədər sübutlarla təsdiq edilməmiş, iş üzrə əldə edilmiş bir sıra sübutlar isə cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə əldə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına daxil olma və baxış keçirilməsinə icazə verilməsi üçün Sumqayıt Şəhər Polis Idarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili şahid7 tərəfindən ## #### 2024-cü il tarixdə verilmiş vəsatət qanunun tələblərinə uyğun əsaslandırılmamışdır. Belə ki, vəsatətdə əməliyyat-axtarış tədbirinin keçirilməsinin zəruriliyi, həmin tədbirlə hansı nəticənin əldə edilməli olduğu, həmin nəticənin başqa üsullarla əldə edilməsinin nə üçün mümkün olmadığı, tədbirin hansı müddətdə, harada və hansı üsullarla həyata keçiriləcəyi və digər zəruri məlumatlar göstərilməmişdir. Sumqayıt şəhər prokurorunun ## #### 2024-cü il tarixli təqdimatında ilkin vəsatətdə göstərilən məlumatlardan kənara çıxılaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və kultivasiyası ilə məşğul olması barədə də məlumat göstərilmiş, Sumqayıt Şəhər Məhkəməsinin həmin tarixli qərarında isə əməliyyat-axtarış tədbirinin zəruriliyi lazımi qaydada əsaslandırılmamış və qərarın qüvvədə olma müddəti müəyyən edilməmişdir. Müdafiə tərəfinin fikrincə, bu pozuntular həmin vəsatətin, təqdimatın və məhkəmə qərarının, habelə onların əsasında əldə edilmiş sübutların yolverilənliyini şübhə altına alır. Yaşayış sahəsinə daxil olmağa icazə verən məhkəmə qərarı ## #### 2024-cü il tarixdə qəbul edilsə də, həmin qərar yalnız ## #### 2024-cü il tarixdə, yəni 13 gün sonra icra olunmuşdur. Müdafiə tərəfinə görə, əgər Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlaması və satması barədə dəqiq və etibarlı əməliyyat məlumatı mövcud olmuşdursa, tədbirin 13 gün ərzində həyata keçirilməməsi ağlabatan deyildir və bu hal ilkin əməliyyat məlumatının mötəbərliyinə şübhə yaradır. ## #### 2024-cü il tarixdə yaradılmış əməliyyat qrupunun tərkibinə əməliyyat-axtarış fəaliyyətinin subyekti olmayan müstəntiq Mustafa Mustafazadə də daxil edilmiş və faktiki olaraq əməliyyat-axtarış tədbirinin keçirilməsi ona həvalə olunmuşdur. Məhkəmənin qərarı yalnız yaşayış sahəsinə daxil olma və baxış keçirilməsinə icazə verdiyi halda, müstəntiq tərəfindən faktiki olaraq axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Buna əsas kimi müstəntiqin Təqsirləndirilən şəxs evdə hər hansı qanunsuz əşyanın və ya narkotik vasitənin olub-olmamasını soruşması və belə əşyanı könüllü təqdim etməsini təklif etməsi göstərilmişdir. Baxışın gedişi zamanı ev və həyətyanı sahə tam və ardıcıl şəkildə yoxlanılmamış, evdə və həyətdə olan bir sıra əşyalara, dolablara, paketlərə, otaqların ayrı-ayrı hissələrinə və digər mümkün saxlanc yerlərinə baxılmamış, buna baxmayaraq narkotik vasitənin yerləşdiyi yerə çatdıqda həmin yer birbaşa yoxlanılmışdır. Müdafiə tərəfi bunu polis əməkdaşlarının evə və narkotik vasitənin yerləşdiyi yerə əvvəlcədən bələd olmalarının göstəricisi kimi qiymətləndirmişdir. Videoçəkilişdə evin həyətində olan stulların sayının və yerlərinin dəyişməsi, habelə baxışda iştirak edən şəxslərin hamısının videoçəkilişdə aydın görünməməsi də qeyd olunmuş və bu hallar videoçəkilişdən əvvəl evə digər şəxslərin daxil olması və müdaxilə etməsi ehtimalını təsdiq edən hallar kimi görünü. ## #### 2024-cü il tarixdə rəsmi videoçəkilişlə baxış keçirilməzdən əvvəl polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmuş, evdə qanunsuz axtarış aparmış, heç bir narkotik vasitə aşkar etməmiş, bundan sonra evin yenidən səliqəyə salınmasını və videoçəkilişlə təkrar baxış keçirilməsini təşkil etmişlər. Təqsirləndirilən şəxs mövqeyinə görə, sonradan aşkar edilmiş narkotik vasitə də məhz polis əməkdaşları tərəfindən həmin tikiliyə yerləşdirilmişdir. Bu xüsusatla bağlı Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdə rəsmi baxışdan əvvəl və sonradan Daxili Işlər Nazirliyinin “102” xidmətinə zəng etməsini göstərir, həmin zənglərin səs yazılarının əldə edilərək araşdırılmasının hadisələrin faktiki ardıcıllığını müəyyən etmək baxımından əhəmiyyətli olduğunu bildirirlər. ## #### 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə barədə” protokol da qanunun tələblərinə uyğun tərtib edilmədiyi, protokolun prosessual hərəkət başa çatdıqdan dərhal sonra hadisə yerində deyil, sonradan polis orqanında hazırlanması, əməliyyat qrupuna daxil olmayan bəzi polis əməkdaşlarının tədbirdə iştirak etməsi və götürülmüş əşyaların qablaşdırılması qaydalarının pozulması göstərilir. Narkotik vasitə aşkar olunduqdan sonra həmin maddənin yerləşdirildiyi zərfin bütün proses iştirakçıları tərəfindən imzalanmaması, eləcə də Təqsirləndirilən şəxs məxsus mobil telefonun dərhal qablaşdırılaraq möhürlənmədən götürülməsi də maddi sübutların bütövlüyünə və sonradan onlara müdaxilə edilməməsinə şübhə yaradan hallar kimi qiymətləndirilir. Mobil telefonda aşkar edilmiş videogörüntülərin telefona hansı şəraitdə daxil olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs isə həmin görüntülərin telefonuna polis əməkdaşları tərəfindən sonradan yerləşdirildiyini bildirmişdir. Müdafiə tərəfinin mövqeyinə görə, videogörüntülər 2022-2023-cü illərdə çəkilmiş, görüntülərdə olan narkotik vasitələr isə Təqsirləndirilən şəxs ərinə aid olmuş və ## #### 2024-cü il tarixdə onun yaşadığı ünvandan aşkar edilmiş heroinlə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs tutulmasından dərhal sonra hüquqlarının lazımi qaydada izah edilmədiyi, müdafiəçinin yardımından vaxtında istifadə etmək imkanının təmin olunmadığı və onun müdafiə hüququnun pozulduğu da qeyd edilir. Bundan başqa, iş materiallarına Təqsirləndirilən şəxs adından tərtib edilmiş, lakin özü tərəfindən imzalanmamış ## #### 2024-cü il tarixli “izahat”ın əlavə edildiyi, onun isə belə izahat vermədiyini bildirdiyi göstərilir. Həmin sənədin qanunda nəzərdə tutulmuş qaydada alınmış şübhəli şəxsin ifadəsi olmadığı və sübut kimi istifadə edilə bilməyəcəyini qeyd edirlər. ## #### 2024-cü il tarixli məhkəməkimyəvi ekspertiza rəyinin də əsaslı olmadığı qənaətindədirlər. Belə ki, ekspert tədqiqata təqdim edilmiş nəm halda olan qəhvəyi rəngli maddənin çəkisini 1071,4 qram müəyyən etməklə həmin çəkini heroinin “təmiz çəkisi” kimi göstərmiş, halbuki narkotik vasitənin təmiz və qarışıq vəziyyətdə çəkisi ayrılıqda müəyyən edilməli idi. Bu səbəbdən aşkar edilmiş maddənin dəqiq təmiz çəkisinin müəyyən olunması üçün təkrar məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinin zəruridir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs dair ambulator məhkəmə-narkoloji ekspertizasının rəyində onun narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi barədə göstərilən məlumatların da həqiqətə uyğun olmadığı, Təqsirləndirilən şəxs belə məlumatlar vermədiyi və bu hissədə ekspert rəyinin əsaslılığına şübhə yarandığı qeyd olunur. Bundan əlavə, müdafiəçi ## #### 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarla bağlı da prosessual pozuntuya yol verildiyini göstərərək qeyd edir ki, eyni tarixli iki müxtəlif qərar mövcud olmuş, ilkin qərarda “qanunsuz olaraq” ifadəsi göstərilməmiş, sonradan həmin ifadənin əlavə edildiyi başqa məzmunlu qərar iş materiallarına daxil edilmişdir. Bu ittiham sənədinə sonradan müdaxilə edilməsi kimi qiymətləndirilir və həmin qərarın etibarsız hesab edilməli olduğunu bildirilir. Həmçinin birinci instansiya məhkəməsinin sübutları birtərəfli qiymətləndirildiyi, əsasən əməliyyat tədbirində iştirak etmiş və işin nəticəsində maraqlı olan polis əməkdaşlarının ifadələrinə üstünlük verildiyi, Təqsirləndirilən şəxs və onun müdafiə mövqeyini təsdiq edən şahidlərin ifadələrinə isə əsassız olaraq tənqidi yanaşıldığı bildirilir. Polis əməkdaşlarının ifadələrində əməliyyat qrupuna kimin rəhbərlik etməsi, tədbirdə kimlərin iştirak etməsi, evin qarşısında və həyətində kimlərin olması və digər hallar barədə ziddiyyətlər mövcuddur. Belə ki, X1 və digər müdafiə şahidlərinin ifadələri Təqsirləndirilən şəxs polis tərəfindən əvvəlcədən izlənildiyini və polis əməkdaşlarının hadisədən əvvəl həmin ərazidə olduqlarını göstərdiyi halda, birinci instansiya məhkəməsi həmin ifadələri əsassız olaraq mötəbər hesab etməmiş, narkotik vasitənin birbaşa Təqsirləndirilən şəxs yaşadığı evin daxilindən deyil, həyətyanı sahədə yerləşən tikilidən aşkar edilməsi, həmin əraziyə digər şəxslərin də daxil olmaq imkanının olması nəzərə alınaraq aşkar edilmiş maddənin məhz ona məxsus olmasının kifayət qədər sübuta yetirilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi və saxlamasının da mötəbər sübutlarla təsdiqlənmədiyi, iş üzrə narkotik vasitənin satılması faktının, alıcıların və ya satışla bağlı konkret hərəkətlərin müəyyən edilmədiyi bildirilir. Birinci instansiya məhkəməsi iş üzrə mövcud ziddiyyətləri Təqsirləndirilən şəxs xeyrinə şərh etməyərək müdafiə tərəfinin qaldırdığı vəsatətlərə və irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verməmiş, zəruri təkrar ekspertizanın keçirilməsini təmin etməmiş və cəza təyin edərkən məsuliyyəti yüngülləşdirən halları kifayət qədər nəzərə almamışdır. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı X2 apellyasiya şikayətinin dəlillərinin, eləcə də apellyasiya şikayətilə əlaqədar müdafiə tərəfinin məhkəmədə bildirdiklərinin əsassız olduğunu, şikayətin dəlillərilə razı olmadıqlarını, istər dəlillərə münasibət bildirərkən, istərsə də, vəsatətlə bağlı mövqeyini qeyd edərkən bildirmiş, bu baxımdan məhkum olunmuş şəxsin əməlinin CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının ## #### 2026-cı il tarixli iclasında müdafiəçi apellyasiya şikayətini müdafiə edərək şikayətdəki əsas dəlilləri, o cümlədən ## #### 2024-cü il tarixli vəsatət, təqdimat və məhkəmə qərarının əsaslandırılmaması, qərarın 13 gün sonra icra olunması, müstəntiqin əməliyyat tədbirinə cəlb edilməsi və baxış adı altında axtarış aparılması barədə mövqeyini təkrarlamış, hökmün ləğv edilməsini xahiş etmişdir. Həmin iclasda Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə etdiyini və müdafiəçisi ilə razı olduğunu bildirməklə narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşlarının bükümü ondan xəbərsiz evə qoyduqlarını, iş materiallarındakı videoçəkiliş zamanı polislərin evə ikinci dəfə daxil olduqlarını, ilk daxilolmanın qanunsuz olduğunu göstərməklə suallara cavab verərkən polis əməkdaşlarının ilk dəfə evdə axtarış aparıb heç nə tapmadıqlarını, sonra guya bunu rəsmiləşdirmək üçün videoçəkilişlə yenidən daxil olacaqlarını dediklərini, narkotik vasitəni həyətdəki tikilidən çıxardıqlarını, ərinin 2022-ci ildə narkotik vasitə ilə bağlı tutulduğunu, həmin işə xitam verildiyini, 2024-cü ildə isə yenidən tutulub məhkum edildiyini, ərinin əvvəlki işinə görə polis əməkdaşlarının ona qərəzli ola biləcəyini bildirmişdir. O, ibtidai istintaqdakı «15 il əvvəl narkotik vasitə satmışam, sonra tövbə etmişəm» məzmunlu ifadə vermədiyini, işdəki videonu ərinin çəkdiyini, Iradə adlı şəxsin videonu ərinin dostuna, sonuncunun isə polisə ötürdüyünü, bu videoya görə tutulduğunu vurğulamaqla barəsində əsassız qərar verildiyini qeyd etməklə müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirmişdir. ## ######## 2026-cı il tarixli yekun iclasda müdafiəçi məhkəmə istintaqı aparılmasına dair vəsatət vermiş, birinci instansiyada dindirilmiş şəxslərin yenidən dindirilməsini istəsə də, dövlət ittihamçısı həmin şəxslərin birinci instansiya məhkəməsində dindirildiyini və təkrar dindirməyə zərurət olmadığını bildirərək vəsatətin təmin edilməməsini xahiş etmiş, məhkəmə kollegiyası vəsatəti əsassız hesab edərək təmin etməmişdir. Məhkəmə çıxışında müdafiəçi birinci instansiya məhkəməsinin əsasən polis əməkdaşlarının ifadələrinə istinad etdiyini, həmin əməkdaşların işin nəticəsində maraqlı olduqlarını, narkotik vasitənin evdə deyil, hər tərəfi açıq həyətyanı tikilidə tapıldığını, əlavə şahid X1 məhkumun xeyrinə ifadəsinə əsassız olaraq tənqidi yanaşıldığını göstərərək hökmün ləğv olunmasını və bəraət hökmü çıxarılmasını xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin başlıca dəlili sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi halda həmin maddə ilə məhkum edilməsinin qanunsuz olmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4-1ci maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, onun barəsində bəraət hökmünün çıxarılması üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə, daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini zəruri sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu tam şəkildə hazırkı qərarda təkrar sadalamağa zərurət görmür, lakin bir neçə sübuta nəzər yetirilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” ##.##.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirən 01 ədəd “DVD diskdən görünür ki, müstəntiq özünü və polis əməkdaşlarını təqdim edərək Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazasının qarşısında dayandıqlarını, məhkəmə qərarı əsasında sonuncunun yaşadığı evə baxış keçiriləcəyini bildirib yaşıl rəngli darvazanı döyüb ev sahibini çağırır. Həyət darvazasını açan qadına özünü təqdim edib həmin qadından özünü təqdim etməsini xahiş edir, həmin qadın özünü Təqsirləndirilən şəxs olduğunu və həmin ünvanda yaşadığını bildirir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)***/**** saylı qərarı elan və təqdim edərək, yaşadığı ünvanda külli miqdarda narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması ilə bağlı Sumqayıt ŞPI-in CAŞ-na daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə yaşadığı ünvana daxil olma və baxış keçirilməsinə icazə verildiyini bildirir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını, həyətə girişlə üzbəüz evdə yaşadığını və girişdən sağ tərəfdə yerləşən tikilinin "yay mətbəx"i olduğunu bildirir. Bundan sonra polis əməkdaşları və Təqsirləndirilən şəxs birlikdə həyətdə girişlə üzbəüz yerləşən evə daxil olurlar, həmin evdə yerləşən 2 yataq və 1 qonaq otağına, sanitar qovşağı və mətbəxə baxış zamanı cinayət xarakterli hər hansı bir əşya va ya predmet aşkar olunmur və götürülmür. Bundan sonra həyətdə yerləşən mətbəxə daxil olurlar, girişdə otaqda yerləşən masanın üzərində 1 ədəd "Redmi" markalı mobil telefon aşkar olunur. Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus və 055-442-29-73 nömrəsi olduğunu, 2-ci nömrəni isə xatırlamadığını bildirir. Bundan sonra həmin otağa bitişik ağ rəngli plastik qapıdan içəri daxil olduqda kiçik mətbəx müəyyən olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin kiçik mətbəxə bitişik girişdən sağ tərəfdə yerləşən kiçik ölçülü tikilinin hamam üçün nəzərdə tutulduğunu və təmir olunmadığını bildirir, həmin kiçik tikiliyə daxil olub baxdıqda dolablar və müxtəlif ev-məişət əşyalarının olması müəyyən olunur. Həmin kiçik tikilidə girişdən sağ tərəfdə divarın aşağı hissəsində ağ rəngli selofan torba aşkar olunur, həmin selofan torbanın içərisinə baxdıqda şəffaf yapışqan lentlə bükülmüş 1 ədəd bükülünün olması müəyyən olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükülünün ona məxsus olmadığını bildirərək heç bir əsas olmadan verilən sonrakı sualları cavablandırmaqdan yayınaraq baxışın normal keçirilməsinə mane olmaq məqsədilə inspektor-kriminalist Elnur Qocayevin əlində olan videoçəkiliş apardığı "Samsung" markalı mobil telefona əl ataraq yerə salmağa çalışsa da baxış iştirakçıları tərəfindən qollarından tutulub saxlanılır və özünü təmkinli aparması barədə tutulan iradlara məhəl qoymayaraq aqressiv formada ucadan nalayiq ifadələr işlətməklə baxışın normal keçirilməsinə mane olmağa çalışır. Bundan sonra aşkar olunmuş bükülünün içərisinə baxıldıqda qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunur. Həmin maddə aşkar olunduğu ağ rəngli selofana qoyulub elektron əl tərəzisində çəkilərək çəkisinin 1,195 kiloqram olması müəyyən edilir. Həmin kütlə ekspertizaya təqdim olunması məqsədilə qablaşdırılır, daha sonra kağız zərfə qoyularaq üzərində qeydlər aparılmaqla qablaşdırılır və möhürlənir. Baxış zamanı aşkar olunmuş Təqsirləndirilən şəxs məxsus 1 ədəd "Redmi" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılır. Baxış zamanı Təqsirləndirilən şəxs ünvanından aşkar olunmuş maddənin ona məxsus olmadığını, polislər tərəfindən qoyulduğunu və zərfin üzərində imza etməyəcəyini bildirir. Bundan sonra keçirilən baxış zamanı kiçik mətbəxdə cinayət xarakterli digər əşya va ya predmet aşkar olunmur və götürülmür. Sonda isə çəkiliş dayandırılır (cild 1, i.v. 11-13, 202-203). Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzəri skoçla bağlanmış sellofan bükülünü və bir ədəd qara rəngli sellofan bükülünü açması müəyyən olunur. Təqsirləndirilən şəxs qara rəngli sellofan bükülünü elektron tərəzi vasitəsilə çəkən zaman çəkisinin 36,1 qram olmasını müəyyən edir və həmin bükülünü açdıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müşahidə olunur. Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər sellofan bükülüdəki kütləni tərəzi vasitəsilə çəkərək çəkisinin 1 kiloqrama yaxın olduğunu bildirir. Həmçinin Təqsirləndirilən şəxs sellofan kəsiklərini göstərərək onların üzərində narkotik vasitə “kakos”, yəni heroin izlərinin olduğunu bildirir. Videogörüntüyə baxılan zaman Təqsirləndirilən şəxs elektron tərəzi vasitəsilə qara rəngli sellofan bükülünü də çəkməsi müəyyən olunur (cild 1, i.v. 61-62). Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş “Mobil telefona baxış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus telefon “Redmi Note 11” markalı olmaqla tünd boz rənglidir, arxa hissəsində zavod üsulu ilə "Redmi” və digər yazılar qeyd olunmuşdur. Mobil telefona baxış keçirilən zaman “Qalereya” bölməsində çəkiliş tarixi ##.##.2024-cü il, saat 1:50 kimi qeyd olunmuş 1 dəqiqə 46 saniyə müddətində və çəkiliş tarixi ##.##.2024-cü il, saat 1:53 kimi qeyd olunmuş 1 dəqiqə 04 saniyə müddətində videogörüntülər aşkar olundu. Həmin videogörüntülərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzəri skoçla bağlanmış sellofan bükülünü və bir ədəd qara rəngli sellofan bükülünü açması müəyyən olunur. Təqsirləndirilən şəxs qara rəngli sellofan bükülünü elektron tərəzi vasitəsilə çəkən zaman çəkisinin 36,1 qram olmasını müəyyən edir və həmin bükülünü açdıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müşahidə olunur. Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər sellofan bükülüdəki kütləni tərəzi vasitəsilə çəkərək çəkisinin 1 kiloqrama yaxın olduğunu bildirir. Həmçinin Təqsirləndirilən şəxs sellofan kəsiklərini göstərərək onların üzərində narkotik vasitə "kakos”, yəni heroin izlərinin olduğunu bildirir. Videogörüntüyə baxılan zaman Təqsirləndirilən şəxs elektron tərəzi vasitəsilə qara rəngli sellofan bükülünü də çəkməsi müəyyən olunur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin video təxminən 2022-ci ildə çəkilmiş, videoda görünən böyük bağlamada narkotik vasitə olan qurudulmuş marixuana, kiçik bükümdə isə narkotik vasitə olan heroin olmuş, həmin maddələri Iran Islam Respublikasında yaşayan Iradə adlı qadın tanımadığı şəxsin vasitəsilə ona vermiş, o, isə həmin narkotik vasitələri Iradənin dediyi tanımadığı şəxsə vermiş, onun bununla bağlı heç bir təmənnası olmamış, Iradənin xahişinə əsasən bunu etmişdir (cild 1, i.v. 229). Müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsində təyin edilmiş təkrar ekspertiza ilə bağlı Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş fiziki-kimyəvi ekspertizasının ## ###### 2026-cı il tarixli, */** nömrəli rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş... qeydli kağız paketdəki bükümdə ilkin tədqiqatdan sonra hal-hazırda qalıq təmiz çəkisi 1070 qram olan maddə kütləsi tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Ekspert təcrübəsində və bilavasitə mərkəzin laboratoriyasında aparılan elmi-tədqiqatlardan irəli gələrək bildirilir ki, tədqiqata təqdim edilən külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin narkotik vasitə-tiryəkin asetiləşdirilmə, yəni tiryəkə tərkibində asetil qrupu olan prekursor maddələr əlavə edilməklə qızdırılma və digər kimyəvi müdaxilələr nəticəsində əldə olunur. Kustar hazırlanmada bu maddələrdən artıq miqdarda istifadə etdikdə heroin külli miqdar təşkil etdiyi halda müəyyən vaxt ərzində heç bir kənar müdaxilə olmadan kütlədaxili reaksiya nəticəsində nəmlənməyə məruz qalır. Narkotik vasitə-heroinin quru və nəm halda olarkən digər üzvi maddələr kimi çəkisində fərq yaranır. Qurutma prosesində heroin kütləsini təşkil edən kimyəvi komponentlər termiki təsir nəticəsində parçalanır və bu halda həmin kütlənin həm çəkisində, həm də kimyəvi tərkibində fərq əmələ gəlir. Bundan əlavə kütlənin xarici əlamətlərində (rəngində və konsistensiyasında) əsaslı dəyişiklik yaranır. Tədqiqat obyektlərinin fiziki və kimyəvi xüsusiyyətlərinin əhəmiyyətli dərəcədə dəyişdirilməsi yolverilməz hesab olunduğundan təqdim olunmuş narkotik vasitə heroin quru və nəm halda olarkən çəkisinində fərq müəyyən edilmir (cild 2, i.v. 58-63). Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırkı işdə birinci instansiya məhkəməsinin nəticəsi təkcə polis əməkdaşlarının ifadələrinə söykənməmişdir. Həmin nəticənin sübut bazasını ## #### 2024-cü il tarixli baxış və götürmə protokolu və onun fasiləsiz videoçəkilişi, Sumqayıt Şəhər Məhkəməsinin əvvəlcədən qəbul edilmiş ## #### 2024-cü il tarixli qərarı əsasında aşkar edilmiş maddənin qablaşdırılması və ekspertizaya təqdim olunması barədə sənədlər, ## #### 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertiza rəyi, # ###### 2026-cı il tarixli fiziki-kimyəvi ekspertiza rəyi, məhkumun mobil telefonuna və elektron məlumat daşıyıcısına baxış protokolları, videolarda məhkumun narkotik vasitəni açması, tərəzidə çəkməsi və onun xüsusiyyətləri barədə danışmasını əks etdirən görüntülər, məhkumun həmin görüntülərin özünün iştirakı ilə çəkildiyini inkar etməməsi, eləcə də baxışda iştirak etmiş şəxslərin mahiyyət etibarilə uzlaşan ifadələri təşkil etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırılmış, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymət verilmiş, yekun nəticə isə sübutların məcmusuna əsaslanmaqla formalaşdırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaqla, cinayət-prosessual qanunun tələblərinə cavab verir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Iş materiallarından müəyyən olunur ki, yaşayış sahəsinə daxil olma və baxış özbaşına deyil, bu barədə əvvəlcədən qəbul edilmiş məhkəmə qərarı əsasında həyata keçirilmişdir. Məhkəmə qərarının qəbul edildiyi tarixlə tədbirin faktiki keçirildiyi tarix arasında 13 günlük müddətin olması özü-özlüyündə həmin qərarın qüvvəsini aradan qaldıran və ya sonradan keçirilmiş prosessual hərəkətin nəticələrini avtomatik olaraq yolverilməz sübuta çevirən hal kimi qəbul edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində əməliyyatı keçirən əməkdaşların tədbirdən qabaq həmin ünvanın ətrafında olmalarını göstərən mobil rabitə məlumatları da araşdırılmış və məhkəmə həmin halı yaşayış sahəsinə əvvəlcədən qanunsuz daxil olmanın sübutu deyil, keçiriləcək tədbirlə əlaqədar hazırlıq hərəkətlərinin aparılması ilə əsaslandırmışdır. Əhəmiyyətli olan odur ki, iş üzrə narkotik vasitənin faktiki aşkar edilməsi və götürülməsi videoçəkilişlə qeydə alınmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs məhkəmə qərarının elan edilməsi, onun həmin ünvanda yaşadığını təsdiq etməsi, yaşayış sahəsinə baxış keçirilməsinə etiraz etməməsi, əvvəlcə yaşayış evinin otaqlarına, daha sonra isə həyətdə yerləşən və onun tərəfindən “yay mətbəxi” kimi təqdim olunan tikiliyə baxılması, məhz həmin tikilidən sellofan torbanın içərisində yapışqan lentlə bükülmüş kütlənin aşkar olunması, həmin kütlənin açılması, çəkilməsi və qablaşdırılması müşahidə olunur. Bu obyektiv görüntülər narkotik vasitənin aşkar edilməsinin yalnız polis əməkdaşlarının sonradan verdiyi ifadələrinə əsaslanan hadisə olmadığını göstərir. Müdafiəçinin faktiki olaraq “baxış” deyil, “axtarış” aparılması, habelə müstəntiqin əməliyyataxtarış fəaliyyətinin subyekti olmadığı üçün tədbirdə iştirak edə bilməməsi barədə dəlilləri də işin nəticəsinə təsir edən kobud prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Hərəkətin hüquqi mahiyyətinin müəyyən edilməsində onun adlandırılması deyil, faktiki gedişi və məqsədi nəzərə alınmalıdır. Iş materiallarından müəyyən edilir ki, konkret ünvana daxil olma və baxış üçün məhkəmə qərarı olmuş, bu qərar təqdim edilmiş və tədbirin gedişi videoya alınmışdır. Narkotik vasitə gizli konstruksiyanın sökülməsi, kilidli saxlanc yerinin zorla açılması və ya şəxsin iradəsinin əksinə aparılan ayrıca axtarış tədbiri nəticəsində deyil, həyətyanı sahədə yerləşən tikilinin baxışı zamanı aşkar edilmişdir. Müdafiə tərəfinin proses iştirakçılarının dairəsi və ayrı-ayrı polis əməkdaşlarının tədbirdə iştirakı ilə bağlı göstərdiyi xüsusatlar da aşkar edilmiş maddənin mənşəyinə, bütövlüyünə və ekspertizaya təqdim edilənədək eyniliyinə şübhə yaradan konkret faktlarla təsdiqlənməmişdir. Məhkəmə kollegiyası narkotik vasitənin polis əməkdaşları tərəfindən əvvəlcədən həmin tikiliyə qoyulması barədə Təqsirləndirilən şəxs versiyasını da inandırıcı hesab etmir. Bu versiya məhkum tərəfindən irəli sürülsə də, onu təsdiq edən obyektiv və mötəbər sübut əldə olunmamışdır. Tədbirdə iştirak etmiş polis əməkdaşları məhkəmədə narkotik vasitənin onlar tərəfindən yerləşdirilməsi iddiasını inkar etmiş, ünvana tədbirdən əvvəl daxil olmadıqlarını bildirmişlər. Evə və həyətdə yerləşən yay mətbəxinə baxışın aparılmaına dair videoçəkilişi də narkotik maddənin aşkar olunduğu məqamı əks etdirir. Təqsirləndirilən şəxsin qızları X3 və X4 polis əməkdaşlarının videoçəkilişdən əvvəl evə daxil olaraq axtarış aparmaları barədə ifadələri birinci instansiya məhkəməsi tərəfindən nəzərdən keçirilmiş, lakin digər sübutlarla təsdiq edilmədiyinə görə ittiham sübutlarının məcmusunu aradan qaldıran məlumat kimi qəbul edilməmişdir. Onların təqsirləndirilən şəxsin yaxın qohumları olmaları ifadələrinin əvvəlcədən sübut qüvvəsini aradan qaldırmasa da, həmin ifadələr iş üzrə digər obyektiv məlumatlarla birlikdə qiymətləndirilməlidir. Bu baxımdan məhkəmənin həmin ifadələri digər sübutlardan təcrid olunmuş şəkildə həlledici hesab etməməsi əsaslıdır. Eyni qaydada, əlavə şahid X1 ifadələri də narkotik vasitənin polis əməkdaşları tərəfindən həmin tikiliyə yerləşdirilməsini və ya videoçəkilişdən qabaq qanunsuz axtarış aparılmasını təsdiq etmir. Həmin şahid polis əməkdaşlarının Təqsirləndirilən şəxs axtardıqlarını bildirsə də, onun ifadələrindən görünür ki, gördüyü şəxslərin polis əməkdaşları olmasını konkret məlumat əsasında deyil, öz ehtimalı ilə müəyyən etmiş, həmin şəxslərin Təqsirləndirilən şəxs evinə daxil olmasını və ya oraya hər hansı əşya yerləşdirməsini görməmişdir. Buna görə də həmin ifadə müdafiənin əsas versiyasını təsdiq edən birbaşa sübut hesab edilə bilməz. Müdafiəçinin polis əməkdaşlarının işin nəticəsində maraqlı şəxslər olmaları səbəbindən onların ifadələrinin ümumiyyətlə mötəbər sübut kimi istifadə edilə bilməməsi barədə dəlili də qəbul edilə bilməz. Şəxsin polis əməkdaşı olması onun ifadəsini özlüyündə yolverilməz və ya qeyri-mötəbər sübuta çevirmir. Belə ifadələr də digər sübutlar kimi mənbəyi, məzmunu, digər məlumatlarla uyğunluğu və bütövlükdə iş üzrə sübutlar sistemində yeri baxımından qiymətləndirilməlidir. Hazırkı işdə polis əməkdaşlarının narkotik vasitənin aşkar edilməsi barədə ifadələri təcrid edilmiş vəziyyətdə qalmamış, maddənin aşkar olunmasını əks etdirən videoçəkiliş, baxış və götürmə protokolu, ekspertiza rəyləri və digər materiallarla təsdiqlənmişdir. Buna görə yalnız həmin şəxslərin polis əməkdaşları olması əsası ilə onların ifadələrinin sübutlar sırasından çıxarılması üçün hüquqi əsas yoxdur. Müdafiə tərəfinin narkotik vasitənin aşkar edildiyi yerin “ev deyil, hər tərəfi açıq həyət” olması və buna görə həmin maddənin Təqsirləndirilən şəxs məxsusluğunun sübuta yetirilməməsi barədə dəlili də iş materiallarına uyğun deyil. Narkotik maddə ümumi istifadədə olan küçə və ya Təqsirləndirilən şəxs faktiki nəzarətindən kənar ərazidən deyil, onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən və baxış zamanı özünün “yay mətbəxi” kimi təqdim etdiyi tikilinin daxilindən aşkar edilmişdir. Bu hal maddənin aşkar edildiyi yerin təqsirləndirilən şəxsin faktiki istifadə və nəzarət dairəsində olduğunu göstərən mühüm fakt kimi digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Mobil telefondan və elektron məlumat daşıyıcısından aşkar edilmiş videogörüntülərlə bağlı dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin görüntülərin əhəmiyyəti yalnız onların çəkiliş tarixindən ibarət deyildir. Videogörüntülərdə Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər maddələrin bükümlərini açması, elektron tərəzi vasitəsilə çəkisini müəyyən etməsi, maddənin çəkisi, nəmliyi və qablaşdırılması barədə məlumatlı şəkildə danışması və heroini narkotik istifadəçiləri arasında işlədilən ifadə ilə adlandırması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs özü də həmin görüntüdə olan şəxsin özü olduğunu və videoda narkotik vasitələrin əks olunduğunu mahiyyət etibarilə inkar etməmiş, yalnız görüntünün daha əvvələ, yəni 2022 və ya 2023-cü ildə çəkildiyini və maddələrin əri və ya Iradə adlı şəxsə bağlı olduğunu bildirmişdir. Hətta onun özünün verdiyi bu izah belə narkotik vasitələrin xarakteri və dövriyyəsi barədə əvvəlcədən məlumatlı olmasını istisna etmir. Videogörüntülərin mobil telefona sonradan polis tərəfindən yerləşdirilməsi barədə iddia isə ehtimal səviyyəsində qalmış, telefona konkret hansı müdaxilənin, kim tərəfindən, nə vaxt və hansı üsulla edildiyini göstərən obyektiv texniki sübut təqdim olunmamış, əksinə iş materialında olan “Mobil telefona baxış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokoldan göründüyü kimi Təqsirləndirilən şəxs məxsus telefon “Redmi Note 11” markalı mobil telefona baxış keçirilən zaman “Qalereya” bölməsində çəkiliş tarixi ##.##.2024-cü il, saat 1:50 kimi qeyd olunmuş 1 dəqiqə 46 saniyə müddətində və çəkiliş tarixi ##.##.2024-cü il, saat 1:53 kimi qeyd olunmuş 1 dəqiqə 04 saniyə müddətində videogörüntülər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məxsus yaşayış evinə və həyətyanı sahəsində keçirilən baxış isə ## #### 2024-cü il tarixdə saat 12.15 radələrində Sumqayıt ŞPI-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı həmin evin həyətyanı sahəsində yerləşən tikilinin içərisindən 1 (bir) ədəd bükümdə, xüsusilə külli miqdarda, 1071,4 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Maddi sübutların qablaşdırılması və telefonun götürülməsi zamanı müdafiənin göstərdiyi ayrı-ayrı çatışmazlıqlar da sonradan telefondakı məlumatların dəyişdirildiyini və ya maddi sübutun əvəzləndiyini təsdiq edən konkret sübutla müşayiət olunmur. Buna görə həmin arqumentlər yalnız fərziyyə əsasında iş üzrə sübutların bütövlükdə etibarsız sayılmasına səbəb ola bilməz. Aşkar olunmuş maddənin çəkisi və məhkəmə-kimyəvi ekspertiza rəyi barədə etirazlar da hökmün ləğvi üçün əsas yaratmır. ## #### 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertiza rəyi təqdim edilmiş 1071,4 qram maddənin kustar üsulla hazırlanmış narkotik vasitə — heroin olduğunu müəyyən etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində sonradan müdafiə tərəfinin vəsatəti əsasında aparılmış fiziki-kimyəvi ekspertizanın # ###### 2026-cı il tarixli rəyi də tədqiqata təqdim edilən qalıq maddənin narkotik vasitə heroin olduğunu təsdiq etmiş, narkotik vasitənin nəm və quru vəziyyətdə çəkisinin dəyişməsi məsələsinə elmi izah vermişdir. Beləliklə, müdafiənin maddənin nəm olması səbəbindən ilkin ekspertiza rəyinin bütövlükdə etibarsız olması barədə dəlili sonrakı ekspert tədqiqatının nəticələri ilə aradan qaldırılmışdır. Müdafiə hüququnun pozulması, tutulduqdan dərhal sonra müdafiəçinin iştirakının təmin edilməməsi və Təqsirləndirilən şəxs imzalamadığı “izahat”ın iş materiallarına əlavə edilməsi barədə dəlillərə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin məhkum edilməsinin əsasında həmin imzasız izahat dayanmır. Ittiham hökmünün qanuniliyi təqsirləndirilən şəxsin bu sənəddə guya etiraf xarakterli məlumat verməsinə deyil, yuxarıda göstərilmiş müstəqil sübutların məcmusuna əsaslanır. Buna görə həmin sənədin prosessual statusu barədə müdafiənin etirazı qəbul edilsə belə, bu hal özü-özlüyündə ittiham sübutlarının qalan hissəsini aradan qaldırmır və işin yekun nəticəsini dəyişdirəcək əhəmiyyətə malik deyil. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə saxlamasının sübuta yetirilməməsi barədə dəlil də əsaslı deyildir. Satış məqsədinin müəyyən edilməsi yalnız narkotik vasitənin faktiki satışının qeydə alınmasını və ya konkret alıcının müəyyən olunmasını tələb etmir; bu nəticə işin bütün faktiki hallarının məcmusundan çıxarıla bilər. Hazırkı işdə söhbət şəxsi istifadə üçün səciyyəvi sayıla biləcək miqdardan deyil, xüsusilə külli miqdarda - 1 kiloqramdan artıq heroindən gedir. Bununla yanaşı, telefon materiallarında Təqsirləndirilən şəxs narkotik vasitənin çəkilməsi, bükümlər və heroinin xüsusiyyətləri barədə məlumatlı hərəkətləri əks olunmuşdur. Bu hallar məcmu şəkildə qiymətləndirildikdə narkotik vasitənin təsadüfən və ya yalnız şəxsi istehlak məqsədi ilə saxlanılması versiyasını istisna edir və birinci instansiya məhkəməsinin satış məqsədinin mövcudluğu barədə nəticəsini əsaslandırır. Məhkəmə kollegiyası bununla yanaşı nəzərə alır ki, apellyasiya baxışı zamanı müdafiə tərəfinə şikayətin dəlillərini təqdim etmək, həmin dəlilləri əsaslandırmaq və məhkəmə qarşısında müvafiq vəsatətlər qaldırmaq imkanı verilmişdir. ## ######## 2026-cı il tarixli məhkəmə iclasında müdafiəçinin məhkəmə istintaqının aparılması və birinci instansiya məhkəməsində artıq dindirilmiş şəxslərin yenidən dindirilməsi barədə vəsatəti müzakirə edilmiş, təqsirləndirilən şəxsin fikiri və dövlət ittihamçısının mövqeyi dinlənilərək məhkəmə həmin şəxslərin birinci instansiyada bilavasitə dindirildiyini nəzərə alaraq onların yenidən dindirilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir. Müdafiə tərəfinin həmin şəxslərin təkrar dindirilməsinin iş üçün hansı yeni, əvvəllər araşdırılmamış əhəmiyyətli halı müəyyən edəcəyini əsaslandırmaması nəzərə alınmaqla bu prosessual qərar müdafiə hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirliliyinə dair nəticəyə ehtimallara deyil, məhkəmə baxışında bilavasitə tədqiq edilmiş və biri digərini tamamlayan sübutların məcmusuna əsasən gəlmiş, müdafiə tərəfinin əsas versiyalarını araşdırmış və onlara qiymət vermişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitə heroini əldə etməsi, daşıması və saxlaması barədə birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar iş materialları ilə təsdiqləndiyindən onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə hüquqi tövsifi düzgündür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Təyin olunmuş cəzaya münasibətdə də hökmün dəyişdirilməsi üçün əsas müəyyən edilmir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almış, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmiş, cəzanı ağırlaşdıran hal müəyyən etməmiş və CM-in 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə - 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Bu səbəbdən təyin edilmiş cəzanın həddən artıq ağır və ya ədalətsiz hesab edilməsi üçün də əsas yoxdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı qanuni əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və hazırda apellyasiya baxışı zamanı bir daha qiymətləndirilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə qiymətləndirərək apellyasiya şikayətinin təmin edilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışları konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması və ya yüngül cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 397.1, 397.2, 398.1.1, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi müdafiəçi1 Çərkəz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar