Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-154/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1, Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndələri nümayəndə1 və nümayəndə3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə ## ####### 1985-cı il tarixdə Quba rayonu Qrız-Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, üç az yaşlı uşağı olan, hazırda işləməyən və Quba rayonu Qırız Dəhnə kəndində daimi pasport qeydiyyatında olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin ## ##### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsi və onun dərhal məhkəmə zalından həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilməsi, əlavə cəzanın əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş üzrə məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs sərxoş halda nəqliyyat vasitəsini idarə etməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, ## ###### 2024-cü il tarixdə saat 23:30 radələrində “GREAT WALL WİNGLE” markalı AZ **-ZY-*** qeydiyyat nişanlı pikap avtomobilini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmaqla sərxoş halda və həmin qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla nəqliyyat vasitəsini yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə Bakı- Quba yolunun Quba şəhəri, Heydər Əliyev prospektindən keçən hissəsində, “Lukoil” yanacaq doldurma məntəqəsi yaxınlığında Bakı şəhəri istiqamətində idarə edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, sürücünün hərəkət və hərəkətsizliyində hadisənin baş verməsi arasında səbəbli əlaqəsi olmaqla, texniki imkanları olmasına baxmayaraq, göstərilən qanunun tələblərinə riayət etməməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, qarşıda sola dönmək üçün dönmə işıq siqnalını yandıraraq hərəkət edən nəqliyyat vasitəsinin onun hərəkətdə olduğu zolağa daxil olduğunu nəzərə alaraq, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, cinayətkarcasına etinasızlıq edib qarşıdakı yol ayrıcında sola dönmək üçün hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai İ30” markalı, AZ 77- CU-441 qeydiyyat nişanlı minik avtomobili ilə toqquşaraq sürücü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan aldığı xəsarətlərin təsirindən ## ###### 2024-cü il tarixdə Qusar RMX-da ölməsinə səbəb olmuşdur. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisənin baş vermə mexanizmin müəyyən edilməsi ilə bağlı şahidlərin və heç təqsirləndirilən şəxsin özünün dindirilməsinə ehtiyac olmadığı halda istintaq və məhkəmə çoxsaylı şəxsləri dindirmişdir. Halbuki hadisənin necə baş verməsini tam aydınlıqla və müxtəlif rakruslardan göstərən çoxsaylı videogörüntülər vardır. İş materiallarında olan müstəntiqin müşahidə kamerası vidoegörüntülərinə baxış keçirilməsi haqqında ##.##.2024-cü il tarixli protokolundan, düzdür deyə bilərsiniz ki, artıq bu məslələrə aydınlıq gətirilib, amma gətirilmiş aydınlıq müstəntiqin sözün əsl mənasında saxtakarlıqlarını, özbaşınalığını aradan qaldırırmı? Təbii ki, qaldırmır və qaldıra da bilməz! cəzasızlıq və fikrincə özbaşınalıq şəraitində fəaliyyət göstərən istintaqçı bu protokolla kifayətlənir və hadisənin videogörüntüsünü, video-texniki ekspetizaya təqdim etməyə belə lüzum görümür. Onunla bir mövqedən çıxış edən ekspert də göstərir ki, videogörüntü ona təqdim edilmədiyindən, müstəntiqin yolnəqliyyat hadisələri təyin etmə haqqında qərarında göstərdiyi xüsusatları, yəni ölmüş zərərçəkənin idarə etdiyi avtomobilin toqquşmadan əvvəl dayanmış vəziyyətdə olması barədə istintaqçının məlumatını mötəbər sübut kimi qəbul etmişdir. Hərçənd ki istintaqçının qərarda əks etdirdiyi məlumat yalandır və toqquşmadan əvvəl həmin avtomobil hərəkətdə olmuşdur. Nəyə görə o, bu hala kifayət qədər geniş yer vermişdir? Ona görə ki, nə hörmətli məhkəmə, nə hörmətli dövlət ittihamçısı, istintaqçının bu özbaşınalığına bu günə kimi lazımi reaksiya verməmiş, mahiyyəti üzrə vəzifə saxtakarlığı olan bu halı araşdırmaq üçün istintaqçını çağırıb dindirməmişdir. Məhkəmənin iş üzrə kompleks məhkəmə yol-nəqliyyat hadisələri və video-texniki ekspertizasının təyin edilməsi haqqında ##.##.2025-ci il tarixli qərarın təsviri hissəsində yalnız bir fikir var: ibtidai istintaq zamanı müstəntiq ekspertiza təyin edilməsi haqqında öz qərarında ölmüş zərərçəkənin avtomobilinin dayanmış vəziyyətdə olmasını göstərmiş, məhkəmə istintaqı zamanı isə videogörüntüdən həmin avtomobilin hərəkətdə olması müəyyən edilmişdir. Məhkəmə yalnız istintaqın axırına yaxın bu halı görmüş, bu hal onun diqqətini cəlb etmiş və ekspetiza təyin etmişdir. Birinci instansiya məhkəməsi cinayət işində hər şeyin qaydasında olduğunu və aşkar etdiyi bu halı araşdırmaqla, məhkəmə nöqteyi nəzərdən obyektiv məhkəmə araşdırmasını başa çatdırdığını hesab etmişdir. Qərarda göstərilmiş suallar heç bir halda müdafiəçisi olduğu şəxsin təqsirlilik məsələsini həll etmir. Müdafiəçisi olduğu sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə nə vaxt yaranması nə vaxta qədər davam etməsi və ümumiyyətlə təhlükə anı dedikdə yol-nəqliyyat hadisələri sahəsində nə başa düşülür? Yol-nəqliyyat hadisələri sahəsində təhlükə anının bir anlayışı, bir tərifi var. Yol-nəqliyyat hadisələri ilə bağlı təhlükə anı dedikdə hər hansı bir maneənin (avtomobilin, yaşlı insanın, uşağın, heyvanın, qayadan qopmuş dağ parçasının, digər nəqliyyat vasitəsinin və sair) avtomobilin hərəkət trayektoriyası ilə kəsişməyə doğru yerdəyişməyə başladığı an başa düşülür. Görəsən bu tərifi, bu anlayışı olduğu kimi mahiyyəti üzrə hamı qəbul edə bilirmi? Nəyə görə məhkəmənin kompleks ekspertiza təyin etmə barədə ##.##.2025-ci il tarixli qərarında təhlükə anı ilə bağlı heç bir fikir yoxdur. Mərhum sürücü Zərərçəkmiş şəxs hətta sola dönmə işığını yandıraraq, öz hərəkət zolağı ilə hərəkətini davam etdirməsi və hətta tədricən sürətini azaltması belə ondan soldakı hərəkət zolağı ilə irəliləməkdə davam edən Təqsirləndirilən şəxs üçün hər hansı təhlükəsizlik tədbirləri görmək öhdəliyi yaratmır. Ona görə ki, mərhum sürücü Zərərçəkmiş şəxs sola dönməzdən əvvəl əmin olmalı idi ki, o öz manevri ilə hərəkətin digər iştirakçıları, yəni Təqsirləndirilən şəxs hərəkəti üçün heç bir təhlükə yaratmır və yalnız ona yol verdikdən sonra sola manevrə başalaya bilərdi. Lakin o belə etmir və qəflətən sola sərt dönmə əməliyyatına başlayaraq, Təqsirləndirilən şəxs hərəkət zolağına daxil olur və nəticədə toqquşma baş verir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */****-*/**** nömrəli rəydə qeyd olunur ki, videotexniki ekspertizanın tədqiqatından məlum olur ki, Great Wall markalı avtomobil yolun sol tərəfi ilə hərəkətdə olarkən qarşıda ona nəzərən sağ tərəfində hərəkətdə olan Hyundai İ30 markalı avtomobil sola doğru dönmə əməliyyatı aparmışdır.Göstərilən vəziyyətdə sürücü Quliyev idarə etdiyi Hyundai İ30 markalı avtomobili sola istiqamətləndirməzdən əvvəl sola dönmə işıqlarını yandırmaqla bərabər hərəkətin təhlükəsizliyini təmin etmək şərti ilə hərəkət hissəsinin sol kənar vəziyyətini tutmalı idi. Yəni sürücü Quliyev əvvəlcədən arxadan onunla eyni istiqamətdə yolun sol tərəfi ilə avtomobilin hərəkətdə olmasını nəzərə alaraq sola doğru istiqamətlənməməli, həmin avtomobilə yol verdikdən sonra hərəkət hissəsinin sol kənar vəziyyətini tutumalı və həmin hissədən sola dönmə manevrini başa çatdırmalı idi. Lakin sürücü Quliyev Hyundai İ30 markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən avtomobili sola istiqamətləndirməsi və bu zaman arxadan onunla eyni istiqamətdə yolun sol tərəfi ilə hərəkətdə olan Great Wall markalı avtomobillə toqquşması faktları onu izah edir ki, Hyundai İ30 markalı avtomobilin sürücüsü Quliyevin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə də, sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə, Zərərçəkmiş şəxs sola doğru manevrə başladığı andan yaranmış və toqquşma anınadək davam etmişdir. Məhkəmə istintaqı zamanı bu kimi halları hörmətli məhkəmə diqqətinə çatdıraraq bu işi peşəkarcasına araşdıracağına və iş üzrə qanuni, ədalətli qərar qəbul etmək fikrində olacağına inanaraq iş üzrə əlavə kompleks məhkəmə video-texniki və yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqında vəsatət vermiş lakin məhkəmə vəsatəti təmin etməmişdir. Sonuncu ekspertiza rəyinə əsasən, əgər mərhum Zərərçəkmiş şəxs sola istiqamətləndiyi andan, iki avtomobilin arasında məsafə 38,3 metrdən kiçik olmuşdursa, sürücü Təqsirləndirilən şəxs hadisənmin qarşısını almağa texniki imkanı olmamış, yox 38,3 metrdən böyük olmuşdursa onda o, bu hadisədə təqsirlidir. Yol-nəqliyyat hadisələri ekspeti görün necə ustaqlıqla hörmətli məhkəmənin və proses iştirakçılarını həqiqətin araşdırılmasından uzaqlaşdırmaq məqsədi ilə rəyinin nəticə hissəsindən istinad nöqtəsi kimi hörmətli məhkəməni ayrıcı zolağın üzərində olan işıq dirəkləri arasında olan məsafələrə yönəldir. Hörmətli məhkəmə də bu incəliyi görməyərək, hadisə yerinə çıxır və ehtimallar əsasında 38,3 metrdən böyük məsafə müəyyən edərək, Təqsirləndirilən şəxs təqsirliliyi barədə nəticəyə gəlir. Əgər yol-nəqliyyat hadisələri eksperti Sahib Qədirovun bu fikirlərini yazdığı rəyin nəticə hissəsində bir neçə sətir yuxarıda video-texniki ekspert cənab Lətif Əliyev öz tətqiqatının nəticə hissəsində yazırsa ki, videoyazılardakı görüntülərə görə baş vermiş yol-nəqliyyat hadisəsi iştirakçılaraınm hərəkət vaxt parametrlərini müəyyən etmək mümkün olmadı, onda hörmətli məhkəmə peşəkar ekspertdən də irəli gedərək, bu məsafə parametrlərini necə müəyyə etdi? Kimsə demək istəyir ki, Lətif Əliyev videogörüntü üzərində diqqətlə tədqiqat aparakən, o işıq dirəklərini istinad nöqtəsi kimi görmürmüdü? Təbii ki görürdü! Görürürsünüzmü neə tragi-komik vəziyyət yaranır?! Beləliklə məhkəmə istintaqı zamanı yuxarıda istintaq tərəfindən yol verilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs dindirilmiş və bütün ziddiyətlər qeyd olunmaqla iş üzrə komleks məhkəmə komisiyon video-texniki və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi haqqında qərar qəbul edilməsi barədə vəsatət verilmişdir. Lakin işə baxan hakim istintaq tərəfindən yol verilmiş qanunsuzluqlara, ifadələrdə olan ziddiyətlərə heç bir əhəmiyyət vermədən, heç bir əsaslandırma aparmadan vəsatətin rədd edilməsi barədə qərar qəbul etmiş, nəticədə günahsız bir insana 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə qanunsuzluğa yol vermişdir. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi, Təqsirləndirilən şəxs 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə isə zərərçəkmişin ölümü kimi son dərəcə ağır nəticə mövcud olsa da, məhkəmə tərəfindən təyin edilmiş cəza bu nəticənin ağırlığına adekvat olmamışdır. Dövlət ittihamçısı tərəfindən 7 il, zərərçəkmiş tərəfin çıxışında isə 8 il azadlıqdan məhrum etmə cəzası təklif edildiyi halda, məhkəmə tərəfindən heç bir kifayət qədər əsaslandırma olmadan 6 il cəza təyin edilməsi ədalət prinsipi ilə uzlaşmır və qərarın motivasiyasının yetərsiz olduğunu göstərir. Qeyd edilməlidir ki, zərərçəkmiş tərəf üçün bu hadisə geri dönməz itki ilə nəticələnmişdir və Zərərçəkmiş şəxs həyatı artıq bərpa olunmaz şəkildə itirilmişdir. Belə bir vəziyyətdə təqsirləndirilən şəxsin minimuma yaxın cəza ilə cəzalandırılması cəmiyyətin ədalət hissinə və hüquq sisteminə olan etimadına mənfi təsir göstərir. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxış iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndələri nümayəndə1 və nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi, Təqsirləndirilən şəxs 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası ilk öncə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verməyi zəruri hesab edir. İlk öncə bildirmək lazımdır ki, məhkəmə araşdırmasının əsas məqsədi və mahiyyəti obyektiv həqiqətin müəyyən edilməsidir. Daha sonra müəyyən edilmiş həqiqətə əsasən hüquqi qiymətləndirmə aparır. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı ekspertiza rəyi verilərkən hadisə yerinin video görüntülərinin ekspertizaya təqdim olunmamış və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi barədə qərarda mərhum zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs avtomobilinin dayanmış vəziyyətdə olmasının qeyd olunmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi həqiqətin düzgün müəyyən edilməsi üçün kompleks məhkəmə-yol nəqliyyat hadisələri və video texniki ekspertiza təyin etmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ## ###### 2025-ci il tarixli 8/2039- */**** №-li rəyində göstərilmişdir ki, 1.2. Ekspertizaya təqdim olunmuş 02 ədəd üzü ağ rəngli optik diskdə qeydə alınmış “WhatsApp Video 2025-04-30 at 11.07.46”, “WhatsApp Video 2025-04-30 at 10.37.40” “WhatsApp Video 2025-04-30 at 10.37.39” adlı videoyazılardakı görüntülərə görə baş vermiş yol-nəqliyyat hadisəsi iştirakçılarının hərəkət və vaxt parametrlərini müəyyən etmək mümkün olmadı.
3. Hyundai i30 markalı **CU*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
4. Great Wall markalı **ZY*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən; - məhkəmə tərəfindən videotexniki ekspertiza tədqiqatında göstərilən şəkil 2-də olan vəziyyət, yəni Hyundai i30 markalı avtomobil sola istiqamətləndiyi anda Great Wall markalı avtomobilin toqquşma yerinə nəzərən yerləşmə vəziyyəti (ayrıcı zolağın üzərindən olan işıq dirəkləri arasında olan məsafələr və Great Wall markalı avtomobilin işıq dirəklərinə nəzərən yerləşmə vəziyyəti nəzərə alınmaqla) bərpa olunmaqla təhlükə yaranan anda Great Wall markalı **ZY*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 38,3 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. - məhkəmə tərəfindən videotexniki ekspertiza tədqiqatında göstərilən şəkil 2-də olan vəziyyət, yəni Hyundai i30 markalı avtomobil sola istiqamətləndiyi anda Great Wall markalı avtomobilin toqquşma yerinə nəzərən yerləşmə vəziyyəti (ayrıcı zolağın üzərindən olan işıq dirəkləri arasında olan məsafələr və Great Wall markalı avtomobilin işıq dirəklərinə nəzərən yerləşmə vəziyyəti nəzərə alınmaqla) bərpa olunmaqla təhlükə yaranan anda Great Wall markalı **ZY*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 38,3 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs tormozlama əməliyyatı aparmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuş, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və sürücü Təqsirləndirilən şəxs hərəkətlərində Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. ## ###### 2025-ci il tarixli 8/2039-*/**** №-li rəydə göstərilmiş halların aydınlaşdırılması üçün məhkəmə tərkibi proses iştirakçıları ilə birlikdə hadisə yerinə baxış keçirərək sözügedən ekspert rəyində istinad edilmiş * nömrəli şəklə əsasən təhlükənin yarandığı yerdən toqquşmanın baş verdiyi yerədək olan məsafəni ölçmüş və məsafənin 53,50 metr olması müəyyən olunmuşdur. Müşahidə kamerasının görüntülərindən çıxarış olunmuş 02 ədəd DVD diskinə ## ###### 2024-cü il tarixdə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, ## ###### 2024-cü il tarixdə saat 23.30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi GREAT WALL WİNGLE” markalı, AZ **-ZY-*** qeydiyyat nişanlı pikap avtomobili ilə Quba şəhəri, Heydər Əliyev prospektində, əvvəlcə “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı yol ayrıcına çatmamış yüksək sürətlə hərəkətdə olaraq bir neçə avtomobili ötüb sürətlə onların yanından keçir, daha sonra isə onunla eyni hərəkət zolağında hərəkəti yüksək sürətlə davam etdirərək həmin hərəkət zolağındakı “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınındakı yol ayrıcında sola dönmək istəyən, eləcə də arxa qırmızı işıqları yanıb söndüyü görünən Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai İ30” markalı, AZ **-CU-*** qeydiyyat nişanlı minik avtomobillə toqquşaraq onu yoldan vurub çıxararaq həmin maşını sürtərək yolun ortasındakı elektrik dirəyinə vurub onu aşırtmaqla yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur. Verilmiş apelyyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər formal mülahizələrdən ibarətdir. İbtidai araşdırma zamanı müstəntiq tərəfindən düzgün müəyyən edilməmiş yol-nəqliyyat hadisənin halları birinci instansiya məhkəməsi tərəfindən müəyyən etmiş, hadisənin detallarını dəqiqləşdirərək həmin detallar üzrə məhkəmə araşdırması həyata keçirilmişdir. Bu zaman məhkəmə kollegiyası müstəntiqin dindirilməsi zəruri hesab olunmur. Eyni zamanda birinci instansiya məhkəməsi ədalət mühakiməsini tam, hərtərəfli və obyekti həyata keçirilmiş, təqdim edilmiş ekspert rəyi və hadisə yerinə baxış əsasında müəyyən edilmiş faktlar əsasında yekun məhkəmə aktı qəbul etmişdir. Bu baxımdan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış ## #### 2025-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan övladlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi yardım göstərməklə, barışığa cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, onun əməlində cinayətin residivinin olmasını nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı:
Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.