Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-156/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X5 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən zərərçəkmiş hüquqi şəxs «Zarat İmport Export» MMC-nin direktoru şahid7 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə (hakim Günel Quluzadə) ## ### 1990-cı il tarixdə Laçın rayonunun Mirik kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Laçın rayonunun Mirik kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını “xxxx” rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı “Zarat İmport Export” MMC-nin təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiası təmin edilərək, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs 36570 (otuz altı min beş yüz yetmiş manat) məbləğində maddi zərərin və ödənilmiş 199,71 (bir yüz doxsan doqquz manat yetmiş bir qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı “Zarat İmport Export” MMC-nin xeyrinə ödənilməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, ## ##### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən “Zarat İmport Export” Məhdud Məsuliyyətli Cəmiyyətində rəsmi əmək müqaviləsi olmadan, şifahi razılaşma əsasında sürücü vəzifəsində işləyərkən həmin razılaşmaya əsasən maddi məsul şəxs olmaqla ona etibarnamə əsasında idarə edilməsi həvalə edilən “Kamaz 53212” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə həmin avtomobilə yüklənmiş malları sifariş vərəqəsi əsasında qeyd olunan ünvanlara çatdırıb təhvil verməli olduğu halda ##.##.2025-ci il tarixdə bunu etməyərək, həmin tarixdə ona etibar edilmiş “Zarat İmport Export” MMC-yə məxsus xeyli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə “Kamaz 53212” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə satış məqsədi ilə yüklənmiş MMC-yə məxsus bir tonunun qiyməti 2650 manat olmaqla, xxxxlikdə 36570 manat dəyərində olan 13800 kiloqram soya yağını ona tapşırılan ünvana, yəni alıcı “xxxx” MMC-yə məxsus “xxxx” MMC-nin anbarına çatdırılması öhdəliyini yerinə yetirməyi üzərinə götürərək, həmin şifahi razılaşmaya əsasən maddi məsul şəxs kimi “Zarat İmport Export” MMC-nin Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən anbarından cəmiyyətin mülkiyyətində olan və ona etibar edilmiş 13800 kiloqram soya yağını, yəni xeyli miqdarda özgə əmlakını ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmiş, bu niyyətlə ##.##.2025-ci il tarixdə, saat 15:49-da “Zarat İmport Export” MMC-nin Zarat kəndində yerləşən anbarında olan 13800 kiloqram soya yağı qeyd olunan yük avtomobilinə yükləndikdən sonra “Mal buraxılışı üçün sifariş vərəqəsi”ndə sürücü qrafasının qarşısında imza edərək malı qəbul edib “X8” MMC”-yə məxsus “xxxx” MMC-nin anbarına çatdırmaq üçün yola çıxsa da, xxxx dəyəri 36570 (otuz altı min beş yüz yetmiş) manat təşkil edən 13800 kiloqram soya yağını qeyd olunan ünvana apararaq təhvil vermək əvəzinə ələ keçirib “Zarat İmport Export” MMC-yə 36570 (otuz altı min beş yüz yetmiş) manat məbləğində ziyan vuraraq, xeyli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamış, bundan sonra qeyd olunan soya yağını əvvəlcədən tanıdığı X7 15200 manata satıb əldə etdiyi pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf etmişdir. Hökmdən narazı qalan zərərçəkmiş hüquqi şəxs «Zarat İmport Export» MMC-nin direktoru şahid7 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməsini və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən yüksək həddə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun öz qulluq mövqeyindən istifadə edərək, etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talama cinayət əməlini törətməsini, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçıya dəymiş zərərin məbləğini, həmçinin bu zərəri ödəməməsini, habelə bu istiqamətdə əməli hərəkətlər etməməsini, hazırda məhkumluğu olmayan şəxs hesab edilməsinə baxmayaraq əvvəllər də mülkiyyət əleyhinə cinayət törətdiyi üçün dəfələrlə məhkum olunduğunu hökmdə sadalamış, ancaq cəza təyin edərkən aşağı həddə cəza təyin etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən o da nəzərə alınmalı idi ki, təqsirləndirilən şəxs cəmiyyətə məxsus əmlakı mənimsədikdən sonra əldə edilmiş 15000 manat vəsaitə tam sərəncam vermədən tutulmasına baxmayaraq, ifadəsində artıq həmin vəsaiti tam xərcləmisini bildirmişdir. Halbuki həmin vəsaitə hansı şəkildə sərəncam verməsini (hara və nəyə xərclənməsini) göstərməmişdir. Halbuki cəmiyyətə vurulmuş ziyanın bir qismini ödəmək iqtidarında olmuşdur. Məhkəmə istintaqı zamanı da zərərin ödənilməsinə səy göstərməmiş, öz əməlinə tənqidi yanaşmamışdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə əldə etdiyi vəsaiti müqayisə etməklə, qısa müddətli həbsdən qarşılığı olaraq cinayət yolu ilə əldə etdiyi vəsaitə qazanc kimi yanaşmışdır. Proses iştirakçılarının çıxışları : Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüksək həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayətinin təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması barədə dəlilini əsassız hesab edib təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyi, xarakteri, və şəxsiyyəti nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərilə razılaşmayıb, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq vurğuladı ki, himayəsində azyaşlı uşağı və yaşlı anası vardır. Vurulmuş ziyanı hissə-hissə ödəməyi təklif etsə də qarşı tərəf razılaşmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinin dəlillərilə razılaşmayıb, apellyasiya şikayətinin təmin edilməməsini, təqsirləndirilən şəxsin məhkumluğunun olmamasını və digər yüngülləşdirici halları nəzərə alaraq Siyəzən Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokolları, o cümlədən ekspertiza rəyi və digər sənədlər ilə Təqsirləndirilən şəxs CM-nin 179.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 179.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 179.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 179.2.4-cü maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın cinayətin ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə görə yüngül olması barədə zərərçəkmiş hüquqi şəxsin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinin təyin edilməsi üçün əsaslar yoxdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun öz qulluq mövqeyindən istifadə edərək, etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayət əməlini törətməsini, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçıya dəymiş zərərin məbləğini, həmçinin bu zərəri ödəməməsini, habelə bu istiqamətdə əməli hərəkətlər etməməsini nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokuror da işin faktiki halları və eyni zamanda təqsirləndirilən şəxsə təyin edilmiş cəza barədə məhkəmənin gəldiyi nəticə ilə tam razılaşmış, iş üzrə apelyasiya protesti verilməmişdir. Ədalət prinsipinə görə təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngül olması səbəbindən ədalətsiz olması və Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinin tələblərini ödəməməsi barədə tutarlı dəlillər gətirilməmişdir. Zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş apelyasiya şikayətində azadlıqdan məhrumetmə cəzasının müddətinin artırılmasının hansı zərurətdən əmələ gəlməsi əsaslandırılmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixi qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhuremtmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Hazırki işin konkret hallarına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, təyin edilən cəzanı hökmdə əsaslandırmışdır. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin xxxx hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı qərarı). Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli qəsdən törədilməklə Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## #### 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, bu Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ###### 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt X3 üzərində məhkumluğu olmamışdır. İş materiallarında olan məktublar və xasiyyətnamədən, eləcə də, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Laçın rayonunun Mirik kəndində qeydiyyatda olmaqla, Abşeron rayonunun Pirəkəşkül hərbi şəhərciyi, bina 93, mənzil 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs 1992-ci ilin may ayında erməni təcavüzü nəticəsində məcburi köçkün düşmüş, məcburi köçkün kimi yaşadığı Abşeron rayonunun Pirəkəşkül hərbi şəhərciyində yerləşən orta məktəbdə tədrisə başlasa da, psixoloji problemli olduğu üçün təhsilini yarımçıq saxlamış, eyni zamanda, iki dəfə ailə qursa da, birinci nikahı rəsmi, ikinci nikahı isə qeyri-rəsmi pozulmuş, səhhətində olan psixoloji problemlə əlaqədar hərbi xidmətdə olmamış, o “xxxx” X4 konsultativ poliklinika şöbəsinin narkoloji və ruhi əsəb kabinetində qeydiyyata alınmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində ## ######## 2013-cü il təvəllüdlü Mirislam adında bir uşağı vardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən təqsirli bilindiyi cinayətin baş vermə səbəb və şəraiti, təqsirləndirilən şəxsin hərəkətlərinin məzmunu, məqsəd və motivi, o cümlədən cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM 9-cu maddə). Humanizm prinsipi cinayətdən zərər çəkən barəsində qayğı və mərhəmməti nəzərdə tutmaqla yanaşı eyni zamanda cinayətkara mərhəmətli münasibət bəslənməsini müəyyən edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində qeyd olunur ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halları məcmu halında qiymətləndirib, ədalət və humanizm prinsiplərinə uyğun olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddini cəzanın məqsədinə müvafiq hesab edir. Qeyd edilən əsaslar həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci nil tarixli Sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyininin xxxx prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsinin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin artırılması üçün əsaslar görmür və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində qəbul etdiyi, həmçinin CM-nin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin etdiyi azadlıqdan məhrumetmə cəzasının müddətinin artırılması üçün əsas olmadığından apellyasiya şikayəti təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 7 iş saatına görə 77 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 193, 197, 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 7 iş saatına görə 77 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-156/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-156/2026
09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver