Məhkəmə qərarları › İş №1(3-8)-157/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-157/2026

21.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 1(3-8)-157/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr X3 (sәdrlik edәn vә mәruzәçi), Rzayev Mәhәmmәdәli Əsәd oğlu vә Əhmәdov Elman Mәmmәd oğlundan ibarәt tәrkibdә, Abdullayeva Naibә İlham qızının katibliyi, Dövlәt ittihamçısı Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru X1, Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 vә onun müdafiәçisi Bünyatov Əbülfәz İbrahim oğlunun iştirakı ilә, tәqsirlәndirilәn şәxs1 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.1 vә 177.2.3-cü maddәlәri ilә tәqsirli bilinmәsinә dair cinayәt işi üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(***)-**/**** nömrәli, ## ##### 2026-cı il tarixli hökmündәn tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdi: Siyәzәn Rayon Mәhkәmәsinin *(***)-**/**** nömrәli, ## ##### 2026-cı il tarixli hökmü ilә ## ###### 1993-cü il tarixdә Cәlilabad rayonunun Şәhriyar kәndindә doğulmuş, Azәrbaycan Respublikası vәtәndaşı, subay, orta tәhsilli, işlәmәyәn, Salyan Rayon Mәhkәmәsinin ## ##### 2022-ci il tarixli hökmünә әsasәn CM-nin 177.2.1, 177.2.2 vә 177.2.3-cü maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk, CM-nin 69.3-cü maddәsi tәtbiq edilmәklә, qәti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, Suraxanı Rayon Mәhkәmәsinin ## ###### 2024-cü il tarixli qәrarı ilә cәzasının çәkilmәmiş qalan 02 ay 10 gün hissәsindәn şәrti olaraq vaxtından әvvәl azad edilmiş, hәmçinin cәzasının müddәti başa çatdığı üçün ## ####### 2024-cü il tarixdә qeydiyyatdan çıxarılmış, mәhkumluğu olan, Cәlilabad rayonunun Günәşli kәndindә qeydiyyatda olmaqla yaşamış, barәsindә “hәbs” növündә qәtimkan tәdbiri seçilmiş tәqsirlәndirilәn şәxs1 Azәrbaycan Respublikası CM-nin 177.2.1-ci vә 177.2.3-cü maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinmiş vә 02 (iki) il 06 (altı) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, Əhmәdzadә Mәcid Namiq oğlunun cәzasını “ciddi” rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi vә cәzaçәkmә müddәtinin әvvәli tutulduğu, yәni ## ######## 2025-ci il tarixdәn hesablanması, Əhmәdzadә Mәcid Namiq oğlunun barәsindә seçilmiş “hәbs” növündә qәtimkan tәdbirinin hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn qüvvәsindә saxlanılması hökm edilmişdir. Iş üzrә maddi sübut vә mәhkәmә mәsrәflәri hәll edilmişdir. Hәmin hökmdәn narazı qalan tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 apellyasiya şikayәti verәrәk işinә әdalәtlә baxılmasını xahiş etmişdir. Apellyasiya şikayәti üzrә icraat zamanı tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 yazılı әrizә ünvanlayaraq apellyasiya şikayәtindәn imtina etdiyini qeyd etmişdir. Mәhkәmә baxış iclasında iştirak edәn tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 çıxış edәrәk apellyasiya şikayәtindәn imtina etdiyini bildirmişdir. Mәhkәmә iclasında iştirak edәn tәqsirlәndirilәn şәxsin müdafiәçisi Bünyatov Əbülfәz İbrahim oğlu vә dövlәt ittihamçısı X1 apellyasiya şikayәtindәn imtina edilmәsinin apellyasiya şikayәti vermiş şәxsin hüququ olduğunu bildirmiş vә apellyasiya şikayәtinin geri götürülmәsinә etiraz etmәmişlәr. Azәrbaycan Respublikası CPM-nın 391.11-ci maddәsinә әsasәn, apellyasiya şikayәtini vә apellyasiya protestini vermiş şәxs öz apellyasiya tәlәblәrindәn imtina etdikdә vә cinayәt prosesinin digәr iştirakçılarının apellyasiya şikayәti vә ya apellyasiya protesti olmadığı halda, mәhkәmә apellyasiya şikayәtinә vә ya apellyasiya protestinә baxılmasına xitam verilmәsi haqqında qәrar çıxarır. Apellyasiya şikayәtinә vә ya apellyasiya protestinә xitam verildiyi andan birinci instansiya mәhkәmәsinin hökm vә ya digәr yekun qәrarı qanuni qüvvәyә minir. Odur ki, mәhkәmә kollegiyası hesab edir ki, Siyәzәn Rayon Mәhkәmәsinin *(***)- **/**** nömrәli, ## ##### 2026-cı il tarixli hökmündәn tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 verdiyi apellyasiya şikayәtindәn imtina etdiyindәn, qeyd olunan apellyasiya şikayәtinin baxılmasına xitam verilmәlidir. Sumqayıt Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyası şәrh olunanları vә Azәrbaycan Respublikası CPM-in 391.3.7 vә 391.11-ci maddәlәrini rәhbәr tutaraq Qərara aldı: Siyәzәn Rayon Mәhkәmәsinin *(***)-**/**** nömrәli, ## ##### 2026-cı il tarixli hökmündәn tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinin baxılmasına xitam verilsin. tәqsirlәndirilәn şәxs1 apellyasiya instansiyası mәhkәmәsindә hüquqlarının müdafiә olunmasına görә dövlәt büdcәsindәn vәkil Bünyatov Əbülfәz İbrahim oğluna 33 (otuz üç) manat mәblәğindә pul vәsaiti Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir, ondan Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin cinayәt kollegiyasına kassasiya şikayәti vә ya kassasiya protesti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar