Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-158/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Elçin Qüdrət oğlu və X1 ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə Idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər İ.N.Cəfərzadə (sədrlik edən və məruzəçi) N.N.Mirzəyev və N.N.Hüseynli) ##.##.1972-ci il tarixdə Abşeron rayonunun Giləzi kəndində anadan olmuş, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. IŞIN HALLARI : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ##.##.2025-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 1 ünvanında təxminən yeddi ay davam etməklə vaxtaşırı təmir işləri ilə məşğul olan qohumu ##.##.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs hamam otağındakı kanalizasiya borusunu çəkdirmək istədiyi yeri göstərdikdə sonuncunun ona görülən işlərdən başının çıxmadığını bildirdikdən sonraZərərçəkmiş şəxs bu sözlərini öz şəxsiyyətini alçaldan sözlər kimi qiymətləndirərək, bu zəmində sonuncu ilə mübahisə edən zaman Zərərçəkmiş şəxs evin hamam otağında olan şüşə banka ilə onun başına zərbə endirib, ona başın sağ təpə-gicgah nahiyəsinin şişkinlikli qançırı, sıyrığı kimi sağlamlığa zərərvurmayan xəsarət yetirməsindən əsəbiləşərək, sonuncunu qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə hamam otağının əl-üz yuyulan yerinin qarşısında olan tiyəsinin uzunluğu 121 mm, dəstəyinin uzunluğu 114 mm olan soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağını götürüb, niyyətini həyata keçirmək məqsədi ilə, bu zaman müstəsna qəddarlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif, o cümlədən həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən çoxsaylı xəsarətlər yetirməklə sonuncunun döş və qarın boşluqlarına nüfuz edərək hər iki ağciyəri, ürək kisəsini, ürəyi, periton qişasını və nazik bağırsağı zədələyərək kəskin daxili və xarici qanitirməyə səbəb olmuş kəsilmiş-deşilmiş yaralardan ölümünə səbəb olan döş qəfəsinin ön səthinin sağ iç hissəsinin 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısının yuxan bayır səthinin 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısının orta iç hissəsinin 1 ədəd, sol qoltuq nahiyəsinin 1 ədəd, sol qoltuqaltı nahiyəsinin 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısının aşağı iç hissəsinin 1 ədəd, qarının ön divarının 1 ədəd deşilmiş-kəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər, həmçinin sol qoltuq nahiyəsinin 1 ədəd, sol əlin ovuc səthində 1-ci əl daraq sümüyünün proyeksiyası səviyyəsinin 1 ədəd, sol əlin ovuc səthində, 1-ci və 2- ci barmaqlararası sahənin 1 ədəd, sol əlin 5-ci barmağının proksimal falanqa nahiyəsinin ovuc səthinin 1 ədəd, bel nahiyəsinin sağ hissəsinin orta iç səthinin 1 ədəd, sağ ayağın 4-cü barmağının proksimal falanqasınınönsəthinin 1 ədəd,sağayağın 3-cübarmağının proksimal falanqasınınönsəthinin 1 ədəd kəsilmiş yarası həm ayrı-ayırlıqda, həm də ümumilikdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarətlər, yəni kəsici- deşici xassəli cəmi 14 xəsarət yetirməklə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürüb həyatdan məhrum etmişdir. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI : Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətləri verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs barəsində daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmü cəza təyini hissəsində ədalətsiz olduğundan hökm dəyişdirilməli, təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə verilmiş cəza ilə razı deyildirlər. Yüngül cəza verilmişdir. Çünki o, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürüb. Ona görə də hesab edirlər ki, ona daha da ağır cəza verilməlidir. Hazırkı cəza törətdiyi əməl üçün yüngül cəzadır. Hesab edirlər ki, işə apellyasiya qaydasında baxılarkən bu hallar nəzərə alınmalı və ona daha da ağır cəza verilməlidir. Təqsirləndirilən müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləgv edilərək Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsinin tərkibi olmadığına görə onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilməklə barəsində həmin maddənin ən aşağı sanksiyası həddində cəza təyin edilməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı cinayət işinin materialları, o cümlədən təqsirləndirilən şəxs və şahidlərin ifadəsi ilə sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs bu barədə protokol tərtib edilməməsinə baxmayaraq həqiqətən də ## ###### 2025-ci il tarixdə polis şöbəsinə gedərək könüllü şəkildə təslim olmuşdur. Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə Təqsirləndirilən şəxs əməlində öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs əməli qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə, yəni Azərbaycan Respublikası CM-nin 120.1-ci madəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs heç bir niyyəti olmayıb və Zərərçəkmiş şəxs bıçaqla çox saylı zərbələrlə öldürmək istəməmişdir. Təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan uşağı var və onun ilk məhkumluğudur. Həmçinin II dərəcəli əlil olması bir daha təsdiq edir ki, həqiqətən Təqsirləndirilən şəxs səhhətində agır problemləri olub. Ən əsas da Zərərçəkmiş şəxs özü mübahisə yaranmasına şərait yaradaraq boş banka ilə Təqsirləndirilən şəxs baş nahiyyəsinə vurmaqla nəticədə hadisə baş vermişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı “mərhum Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, birinci Adilin bıçağı götürüb ona bıçaq zərbəsi endirməyə çalışması, bıçağı Adildən alması səbəbinin ona hücum edən Adildən özünü qorumaq istəməsi, hadisənin baş verən zaman ağlının özündə olmaması” dəfələrlə bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin an özü də vurduğu bıçaq zərbələrini dərk etmirdi. Hesab edirlər ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxsin əməlinin CM-nin 120.2.4cü maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və sonuncunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə təqsirləndirilən şəxsə ağır cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs əməlinin CM-nin 120.1-ci maddəsinə tövsif edilməklə ona yüngül cəza verilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə müdafiəçi ilə eyni fikirdə olduğunu və əlavəsinin olmadığını qeyd etdi. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclasında müdafiə tərəfinin izahatlarında CMnin 120.2.4-cü maddəsi ilə əsassız ittiham verilməsinə dair məsələ mübahisələndirildiyindən ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs CM-nin 120.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 120.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 120.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması istintaq orqanı tərəfindən toplanılmaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutlar toplusu ilə tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 120.2.4-cü maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Müdafiə tərəfinin məhkumun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin tərkibinin olmaması, əməlin CM-in 120.1-ci maddəsinə tövsif edilməli olması barədə dəlilləri iş üzrə toplanmış sübutların məcmusu ilə təkzib edilir. Belə ki, məhkəmə tərəfindən tədqiq olunmuş məhkəmə-tibbi ekspertiza rəyi, hadisə yerinə baxış protokolu, maddi sübutlar, təqsirləndirilən şəxsin həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadələr, habelə digər şahid ifadələri ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bədəninin müxtəlif nahiyələrinə, o cümlədən həyat üçün mühüm əhəmiyyət kəsb edən orqanların yerləşdiyi hissələrə ardıcıl və çoxsaylı bıçaq zərbələri endirmiş, nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 14 ədəd kəsici-deşici xəsarət yetirilmiş, həmin xəsarətlərdən bir neçəsi döş və qarın boşluqlarına nüfuz edərək ürək, ürək kisəsi, hər iki ağciyər, periton və nazik bağırsağı zədələmiş, zərərçəkmiş şəxs kəskin daxili və xarici qanaxmadan hadisə yerində ölmüşdür. Xəsarətlərin sayı, intensivliyi, bədənin həyati vacib nahiyələrinə yönəlməsi və onların xarakteri məhkumun hərəkətlərinin təsadüfi və ya nəzarətsiz davranış nəticəsində deyil, zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəlmiş qəsdlə törədildiyini, eyni zamanda əməl zamanı xüsusi amansızlıq nümayiş etdirildiyini təsdiq edir. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilməsi düzgün olmuşdur. Müdafiə tərəfinin zərərçəkmiş şəxsin əvvəlcə məhkumu şüşə banka ilə vurması, bıçağın əvvəlcə zərərçəkmiş tərəfindən götürülməsi, hadisənin qəfil münaqişə zəminində baş verməsi və məhkumun guya öldürmək niyyətinin olmaması barədə arqumentləri də hökmün dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Çünki həmin hallar məhkəmə tərəfindən araşdırılmış, onlara hüquqi qiymət verilmiş, lakin bu hallar məhkumun sonrakı hərəkətlərinin xarakterini, zərərçəkmiş şəxsə ardıcıl və çoxsaylı həyati vacib nahiyələrə bıçaq zərbələri endirməsini, habelə cinayət əməlinin başa çatdırılmasına yönəlmiş iradəsini aradan qaldırmır. Məhkumun könüllü olaraq polis orqanına müraciət etməsi, əməlindən peşman olması, əvvəllər məhkum olunmaması, ailə vəziyyəti, sağlamlıq durumu və digər şəxsiyyətini səciyyələndirən məlumatlar birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alınmışdır. Lakin həmin hallar cinayətin hüquqi tövsifinin dəyişdirilməsi və ya təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün müstəqil əsas təşkil etmir. Eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin təyin edilmiş cəzanın həddindən artıq yüngül olması və daha ağır cəza təyin edilməli olması barədə dəlilləri də əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə üsulunu, nəticələrini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olub-olmamasını, habelə cəzanın məhkumun islah olunmasına və yeni cinayətlərin qarşısının alınmasına təsirini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41 və 58-ci maddələrinin tələblərinə uyğun fərdiləşdirilmiş cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğun olmaqla ədalətlilik prinsipinə cavab verir. Iş materiallarında həmin cəzanın açıq-aşkar yüngül və ya açıq-aşkar ağır hesab edilməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını və toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 120.2.4-cü maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasının həddində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğundur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin artırılmasının işin hallarına uyğun olmadığını qeyd edir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağırlaşdırılması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə Təqsirləndirilən şəxs işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Sonuncuya təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olduğundan və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi apellyasiya şikayətində irəli sürdüyü dəlillər işin faktiki hallarına təsir edəcək hallar olmadığından əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 1-ci bəndində vurğulanır ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun və onun islah olunması məqsədinə cavab verməklə törətmiş olduğu cinayət əməlinə adekvat hesab edilir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışının təqsirləndirilən şəxsə ağır cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsi üçün, eləcə də təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin artırılması qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iki cilddən ibarət cinayət işinin materialları ilə tanış olub məhkəmə iclasında iştirak etdiyi cəmi 5 (beş) iş saatına görə ödənilməli olan 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və CPM-nin 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 55 (əlli beş) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-158/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-158/2026
30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver