Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-159/2026 10.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Mehtiev Xəyal Akif oğlunun və müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## ##### 2026cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü (hakimlər N.Mirzəyev (sədrlik edən), N.Hüseynli və İ.Cəfərzadə) ilə ## ######## 1994-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ##.##.2025-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd qara rəngli sellofan bükümün içərisində 03 ədəd olmaqla - 01 ədəd ağ rəngli sellofana bükülmüş külli miqdarda 4,515 qram çəkidə ağ rəngli, kristalşəkilli madddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini, 01 ədəd göy rəngli sellofona bükülmüş külli miqdarda 3,806 qram çəkidə tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və 01 ədəd ağ rəngli sellofana bükülmüş xeyli miqdarda 15,345 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində daşıyaraq üzərində saxlamış, ##.##.2025-ci il tarixdə 22:41də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində piyada hərəkətdə olduğu zaman Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanılıb üzəri yoxlanılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan içərisində 01 ədəd ağ rəngli sellofana bükülmüş 4,515 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd göy rəngli sellofana bükülmüş 3,806 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd ağ rəngli sellofana bükülmüş 15,345 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmişdir. Hökm ədalətli deyildir. Buna görə də barəsində olan cinayət işinə yenidən baxılaraq ədalətli qərar qəbul edilmişdir. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham üzrə gəldiyi nəticəni əməlin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək onun işinə yenidən və ədalətlə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən, apellyasiya şikayəti əsassız hesab edilməklə formal mülahizə kimi dəyərləndirilməli, gəlinən nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Təqsirləndirilən şəxs qarşı satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini, külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda qurudulmuş marixuana əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham verilmiş, ittiham üzrə onun tədqiq edilmiş sübutlarla satış məqsədi olmadan külli miqdarda psixotrop maddə metamfetamini, külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda qurudulmuş marixuana maddə əldə edib saxlaması və daşımasının sübuta yetirildiyindən barəsində qeyd edilən hökm çıxarılmışdır. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul etməmiş, göstərilən narkotik vasitələr ona məxsus olmamış, özünü yalnız narkotik vasitə istifadəçisi kimi təqsirli bildiyini mübahisələndirmişdir. Birinci instansiya məhkəməsinin Xəyal Mehiyevin qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilməklə qiymətləndirilən sübutlara düzgün istinad edilməklə, onlara hüquqi qiymət verilməsi barədə gəldiyi nəticə ilə kollegiya razılaşdığından, həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin əsassızlığı üzrə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun * saylı, ## #### 2024-cü il tarixli qərarının 14-cü bəndində qeyd edilmişdir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixotrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda bel ə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Şəxs satış məqsədi olmadan müxtəlif vaxtlarda (ayrıca əməllər kimi) həm CM-in 234.1-ci, həm 234.1- 1-ci, həm də 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməsinə, məsələn, xeyli miqdarda qurudulmuş marixuana əldə edib saxlaması cinayətini başa çatdırdıqdan sonra külli miqdarda həmin və yaxud başqa növ narkotik vasitəni əldə edib saxlamasına (cinayətlərin real məcmusuna) görə cinayət məsiliyyətinə cəlb olunduqda, onun əməlləri bu cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Buna görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində cəzalandırılmasını xahiş etsə də, ilkin araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirli bilindiyi maddə üzrə əməlin törədilməsini etiraf etmişdir. Onun həmin ifadəsi şahid qismində dindirilmiş şəxslərin ifadələri, aparılmış istintaq hərəkətləri nəticəsində əldə edilmiş sübutlar, o cümlədən ekspertiza rəyi üzrə müəyyən edilən hallar bir-birini tamamladığından, həmin sübutların müqayisəli təhlili bir-biri arasında ziddiyyətli hal yaratmadığından, onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadənin məsuliyyətdən yayınmaqdan ötrü özünü müdafiə xarakterli ifadə kimi dəyərləndirilməli olmasını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin mötəbər sübut kimi digər sübutlarla birgə qiymətləndirilməli olması qənaətini qaçılmaz edir. Belə ki, onun təqsirli bilindiyi maddə üzrə təqsirli bilinməsindən ötrü maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət edir. Onun üzərindən qeyd edilən psixotrop maddənin aşkar edilməsi əsaslı şübhə yaratmayan mötəbər sübutlarla təsdiq edilir ki, cinayət tərkibinin elementlərinin kompleks müqayisəli təhlili onun əməlində cinayət tərkibinin yarandığı qənaətini formalaşdırır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsini ona psixoloji təzyiq nəticəsində verdiyini mübahisələndirsə də, həmin xüsusatlar ilə bağlı cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də təzyiq edilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edildiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 ## ###### 2021-ci il tarixli qərarının 25-ci bəndinin ikinci yarımbəndində qeyd edilmişdir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” iş üzrə (32132/07) ## #### 2014cü il tarixli qərarında qeyd olnmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər. Həbsdə polis nəzarəti altında olan insanların işində olduğu kimi, sözügedən hadisələr bütünlükdə və ya qismən dövlət orqanlarının müstəsna səlahiyyəti daxilində olduqda, belə saxlanma zamanı yaranan xəsarətlərlə bağlı ciddi fakt prezumpsiyası yaranır”. Belə olan halda məhkəmə kollegiyası ibtidai istintaq zamanı təqsirləndirilən şəxsdən ilkin etirafedici ifadələrin psixoloji təzyiq altında alınması barədə dəlilləri əsassız hesab etməklə, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı sübutların müqayisəli təhlili nəticəsində təqsirli bilinməsi qənaətinə gəlinməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Eyni zamanda, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən CM-in 234.1-ci maddəsi ilə ona ittiham irəli sürüləcəyinə dair aldadıldığını bildirsə də, iş materiallarında olan tələbnamədən və barəsində olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də məhz eynicinsli cinayətlərin törədilməsinə görə təqsirli bilinərək məhkum olunmuşdur. Bu hal isə onu deməyə əsas verir ki, şəxs ən azından narkotik vasitənin nə olmasından, hansı miqdarın külli miqdar təşkil etməsindən xəbərdardır. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Qeyd edilərlən üzrə dəyərlnədirilmə aparılması nəticəsində o qənaət formalaşır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış, işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə yol verməmiş, sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək dəyərləndirilmiş, yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası ittiham üzrə gəlinən nəticənin əsaslı olması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum olunmuşdur. İlk dəfə Biləsuvar Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmünə əsasən CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 03 il 08 ay 27 günə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə cəzası 03 il 05 ay 27 günə endirilmiş, daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsi ilə, yəni hökmləri məcmusu ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə cəzasının bitməsinə 05 ay qalmış vaxtından əvvəl şərti olaraq azad olunmuş, ##.##.2023-cü il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır (cild 01, iş vər. 144-155). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən də, əməldə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, əməlin ictimai təhlükəliliyi və xarakteri, onun şəxsiyyəti, islah olunmasına təsiri, onun və digər şəxslərin yeni cinayət əməli törətməsindən çəkindirilməsi nəzərə alınmışdır. Bundan əlavə təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd təşkil edıı ki, bu da cəmiyyətdə mənfi emosiyalar doğurmaqla onun şəxsiyyətini, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsiri cəzanın məqsəd və prinsipləri baxımından ədalətli hesab edilməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarları). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı gəldiyi nəticəni qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara əsasən apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizə kimi dəyərləndirildiyindən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş 4 iş saatı həcmində hüquqi yardımla bağlı müdafiəçi1 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına 44 (qırx dörd) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil müdafiəçi1 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-159/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-159/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver