Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-161/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət Ittihamının Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi7, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs5 və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi2, tərcüməçi Ali Shokrinin iştirakları ilə, təqsirləndirilən şəxs5 206.3.2, 234.4-1 və 318.2-ci maddələri ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi7, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs5 müdafiəçisi müdafiəçi6 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər A.Ə.Əliyev (sədrlik edən və məruzəçi) N.N.Hüseynli və T.Ş.Quliyev) ##.##.1983-cü il tarixdə Iran Islam Respublikasının Gülüstan vilayətinin Bəndərtürkmən şəhərində anadan olmuş, Iran Islam Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, fərdi qaydada balıqçılıqla məşğul olmuş, Iran Islam Respublikası, Gülüstan vilayəti, Bəndərtürkmən şəhəri, Şəhid Arraxi prospekti, Sahil küçəsi, ev 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4-1 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respulikası CM-nin 66.3cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs5 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, və cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs5 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, ##.##.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Yasamal rayonu ** nömrəli tam orta məktəbdə xadimə işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsiilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ##.##.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə eyni zamanda təqsirləndirilən şəxs4 və təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4-1 və 318.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişlər, lakin hökmün onlara aid hissəsindən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs5, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 məhkum olunmuşlar ona görə ki, Iran Islam Respublikasının ərazisində xüsusilə külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edilib saxlanılmaqla daşınaraq Azərbaycan Respublikasının ərazisinə dövlət gömrük nəzarətindən kənar göndərilməsi ilə bağlı ## #### 2024cü il tarixdən etibarən Iran Islam Respublikasının vətəndaşları təqsirləndirilən şəxs5, təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs3, ibtidai istintaqla şəxsiyyətləri dəqiq müəyyən edilməmiş X1, Vəkili Həmid Rəcəbməmməd, X3, Quli Murad, "Seyid” ləqəbli şəxs və digərləri ilə, eləcə də, Azərbaycan Respublikası vətəndaşları təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1, X5 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar sövdələşmə əldə etmişlər və ümumilikdə 4 (dörd) ədəd motorlu üzmə vasitələri olan qayıqlarla daşınmasına razılaşmaqla Azərbaycan Respublikasının vətəndaşları təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1, X5 və qeyriləri ilə birlikdə istintaqla şəxsiyyəti dəqiq müəyyən edilməyən Iran Islam Respublikasının vətəndaşı Rza Ətayi adlı şəxs və qeyrilərinin təşkilatçılığı ilə təqsirləndirilən şəxs5, təqsirləndirilən şəxs4 və təqsirləndirilən şəxs3 və digərlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında ## #### 2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini nəzarətburaxılış məntəqələrindən kənarda və müəyyən edilmiş sənədlər olmadan keçərkən qanunsuz olaraq əldə etməklə üzərlərində gəzdirib istifadə etdikləri, Azərbaycan Respublikasının ## ###### 2003-cü il tarixli ***-IIQ nömrəli "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunu ilə dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına aid edilmiş 1 (bir) ədəd "Thuraya XT-Lite” markalı peykrabitəsi üçün nəzərdə tutulmuş mobil cihazın Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə qaçaqmalçılıq etmələrinə köməkçilik etmişlər. Bununla da, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 istintaqla şəxsiyyəti dəqiq müəyyən edilməyən Iran Islam Respublikasının vətəndaşı Rza Ətayi adlı şəxs və qeyrilərinin təşkilatçılığı, təqsirləndirilən şəxs5, təqsirləndirilən şəxs4 və təqsirləndirilən şəxs3 və digərlərinin icraçılığı ilə Azərbaycan Respublikasının vətəndaşı X5 və qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 4 (dörd) ədəd kisələrdə nəm halda ümumi çəkisi 151.381 qram (151 kiloqram 381 qram), ümumi quru çəkisi 69.146 qram (69 kiloqram 146 qram) olan narkotik vasitə-qurudulmuş marixuananın və 1 (bir) ədəd "Thuraya XT-Lite” markalı peykrabitəsi üçün nəzərdə tutulmuş mobil cihazın Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə qaçaqmalçılığa köməkçilik etmiş, təqsirləndirilən şəxs5, təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs3, X5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda olan 4 (dörd) ədəd kisələrdə 69.146 qram (69 kiloqram 146 qram) çəkidə qurudulmuş marixuananı – narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış və göndərmişdirlər (ittihamın mahiyyəti tam şəkildə birinci instansiya məhkəməsinin hökmündə öz əksini tapmışdır). APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI : Hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi7, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs5 müdafiəçisi müdafiəçi6 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi7 apellyasiya şikayətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü hüquqlarını müdafiə etdiyi şəxsə dair hissədə ləğv edərək təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasını xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi materiallarından göründüyü kimi hüquqlarını müdafiə etdiyi şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilmir. Cinayət məsuliyyətinə cəlb edilərkən təqsirləndirilən şəxsin xeyrinə olan heç bir xüsusat nəzərə alınmamışdır. Məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılması üçün kifayət qədər əsaslar aşkar edilmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmənin hökmününün apellyasiya qaydasında ləğv edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış, birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında qanunda göstərilən sübutlarla təsdiq edilməmiş, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edilmiş, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməmiş, habelə tətbiq edilməli olmayan cinayət qanunu norması tətbiq edilmişdir. təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyi üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ləğv edilməli, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi7 apellyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs1 ittihamın predmeti olan narkotik vasitələrlə əlaqəsini təsdiqləyən heç bir sübut iş materiallarında mövcud deyildir. Belə ki, narkotik vasitələri qanunsuz olaraq dövlət sərhəddindən keçirdikləri iddia olunun təqsirləndirilən şəxs5, təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs3 hər biri məhkəmə iclası zamanı onlara verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs1 tanımırlar. Həmçinin Xəzər dənizindən aşkar edilən narkotik vasitələrin onlara məxsus olmadığını bildirmişlər. təqsirləndirilən şəxs5, təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs3 hər biri məhkəmə iclasında ibtidai istintaq zamanı onlara təzyiq olunduğunu, tərtib edilən ifadələrin tərcüməçi tərəfindən yalnış tərcümə edildiyini bildirmiş, hətta məhkəmə iclasında iştirak edən həmin tərcüməçiyə etiraz etmişdirlər. Cinayət işi materiallarında narkotik vasitələrin məhz onlar tərəfindən Azərbaycan Respublikasının ərazisinə gətirildiyini, Xəzər dənizinə atıldığını təsdiqləyən heç bir sübut mövcud deyildir. Məlikəmə yalnız ehtimallara və təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı təzyiq altında verdikləri ifadələrə istinadən narkotik vasitələrin onlara məxsus olduğu qənaətinə gəlmişdir. Narkotik vasitələrin kimə məxsus olması, hansı üsulla Azərbaycan Respublikasının sərhəddinə keçirilməsi müəyyən edilmədiyi üçün təqsirləndirilən şəxs1 barəsində ehtimallarla ittiham hökmü çıxarmaq qanunvericiliyin tələblərinə ziddir. Həmçinin onu da qeyd edir ki, iş materiallarında olan "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında ## ###### 2024-cü il tarixli protokoldan və ## #### 2024-cü il tarixli satış çekindən görünür ki, X5 təqsirləndirilən şəxs2 ilə birlikdə ## #### 2024-cü il tarixdə saat 23:18-də Kürdəxanı qəsəbəsində yerləşən "xxxx” mağazasına daxil olaraq 347manat məbləğində 20 ədəd araqlar və digər ərzaqlar alaraq saat 23:47-də mağazadan çıxıb maşına minərək getmişlər. DSX əməkdaşlarının ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər olmuşdur. Onlar ibtidai istintaq zamanı təqsirləndirilən şəxs1 saxlanıldığı an guya narkotik vasitə daşımaq üçün gəldiyini etiraf etdiyini bildirsələr də, məhkəmə istintaqı zamanı bunun əksinə təqsirləndirilən şəxs1 yalnız spirtli içki vermək üçün getdiyini dediyinə dair ifadə vermişlər. Bu da müdafiə etdiyi şəxsə elan edilmiş ittihamlara əsaslı şübhələr yaradır, həmçinin ibtidai istintaq orqanının ilkin izahatları hansı üsulla formalaşdırdığını təsdiqləyir. Həmçinin şahid1 da şahid qismində məhkəmə istintaqı zamanı verdiyi ifadə ibtidai istintaq orqanın şahidlərin ifadəsini özünün istədiyi kimi formalaşdırdığını aşkar edir. təqsirləndirilən şəxs1 narkotik vasitələrin daşınmasından xəbəri olduğunu və narkotik vasitənin qəbul edilməsi ilə bağlı digər şəxslərlə razılıq əldə etdiyini məhkəmə sübuta yetirə bilməmişdir. Bundan başqa məhkəmə kollegiyası israrla təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verməyə məcbur edildiyi ilkin ifadəsini əsas götürmüşdür. Halbuki yuxarıda qeyd olunan xüsusatlarla həmin ilkin ifadənin yalan olduğu, məcburiyyətdən verildiyi kifayət qədər sübut olunur. Belə ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda hökm əsaslı hesab edilir. Məhkəmə tərəfindən CPM-nin 349.5.1-ci maddəsinin şərtləri nəzərə alınmamışdır. Bütün bunlar hüquqlarını müdafiə etdiyi şəxsə elan edilmiş ittihama əsaslı şübhələr yaradır. Buna görə də məhkəmə istintaqı zamanı ittihamın sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxs1 xeyrinə təfsir olunmalı idi. təqsirləndirilən şəxs1 3-cü qrup əlildir. Bu onun ilk məhkumluğudur. Onun əməlində cinayət tərkibi olduğunu fərz edilsə belə qeyd edilən hallara ona cəza təyin edilərkən istinad edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs5 müdafiəçisi müdafiəçi6 apellyasiya şikayətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü dəyişdirib, təqsirləndirilən şəxs5 qarşı irəli sürülmüş ittihamın dəyişdirilməsini, CM-nin 206.3.2 və 234.4.1-ci maddələrinin ittihamdan çıxarılmasını xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs5 barəsində azadlıqdan məhrum etmə cəzası çıxarılmasına baxmayaraq, ittiham fərziyyələr əsasında yaranmışdır. Təqsirləndirilən şəxsin hər hansı cinayəti törətməsi cinayət işinin materiaları ilə sübuta yetirilməmişdir. Hazırki cinayət işində tənqsirləndirilən şəxsə onun təqsirliliyi zor tətbiq etməklə, süni şəkildə boynuna qoyulmuşdur. Belə ki, məhkəmə prosesində qeyd etdiyi kimi, ittiham aktına əsasən cinayət işinin başlanmasına səbəb Iran Islam Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmələri idi. Onunla əlaqədar daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Istintaq və Təhqiqat idarəsində toplanmış ilkin araşdırma materialları, əsas isə Iran Islam Respublikası vətəndaşları təqsirləndirilən şəxs5, təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs3 və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında digərlərinin köməkliyi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmələri cinayətlərinin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Həmin ittiham həqiqətə uyğun olduğu üçün onlar tərəfindən müzakirə edilməmişdir. Sonra, sərhəd əməkdaşları, 1-2 gün keçdikdən sonra dənizdə tapılan yiyəsiz narkotik vasitəni ittihama əlavə edərək, müdafiə etdiyi təqsirləndirilən şəxs5 qarşı zor tətbiq edərək, guya ona məxsus olduğunu etiraf etməyi məcbur etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 338-ci maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Belə ki, məhkəmə istintaq zamanı, müdafiə etdiyi təqsirləndirilən şəxs5 ifadə verərkən bildirmişdir ki, təqsirləndirilən şəxs3 xahişinə əsasən o dənizdə qalan digər iranlılara kömək etmək üçün dənizə çıxmışdır. Texniki problemlər ucbatından ## #### 2024-cü il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil oldu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Heç bir narkotik vasitəsinə onun aidiyyəti yoxdur. Müdafiə etdiyi Əbrüntən Nurinin dediklərini, digər təqsirləndirilən təqsirləndirilən şəxs3 tam şəkildə təsdiq etmişdir. Saxlanılan vaxtı onların qayığında qadağa edilmiş heç bir əşya olmamışdır. Nəticədə barəsində CM-nin 32.5, 318.2 və 318.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Istintaq orqanları tərəfindən irəli sürülən ittihama əsasən bir-iki gündən sonra dənizdə tapılmış narkotik ilə dolu kisələr müdafiə etdiyi təqsirləndirilən şəxs5, təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs3 və qeyrilərinin adlarına yazılmışdır. Təqsirləndirilən şəxsin etirafına əsasən istintaq etirafı təsir nəticəsində əldə etmişdir. Dənizdə tapılanın müdafiə etdiyi şəxsə nə aidiyyəiti olduğu ona məlum deyil. Məhkəmə iclasında nümayiş olunan videogörüntülər disklər düzgün cinayət işinə əlavə edilməmişdir. Belə ki, hadisə iyun ayında axşam təxminən 18-19 saatlarda, yəni işıqlı vaxtında baş verməsinə baxmayaraq, çəkilişlərin aparılması qaranlıq vaxtına aid idi. Diskdə olan çəkilişlər kimə aid olduğunu bilmək mümkün deyil, hesab edilir ki, həmin disklər heç bir hüquqi faktı sübut edə bilməz. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ona aid olan hissədə dəyişdirilməsi və barəsində bəraət verilməsinə dair yeni hökm qəbul edilməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində ittiham hökmünün çıxarılması üçün onun təqsirinin mötəbər, qanuni qaydada əldə edilmiş, bir-biri ilə uzlaşan və məhkəmə baxışı zamanı tədqiq edilərək təsdiqini tapmış sübutlarla sübuta yetirilməsi zəruridir. Halbuki, onun təqsirli olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəmə istintaqı zamanı əldə edilməmiş, tədqiq olunmuş sübutların heç biri onun ittiham olunan əməli törətməsini təsdiq etməmişdir. Buna baxmayaraq, məhkəmə yalnız ehtimallara, fərziyyələrə və sübuta yetirilməmiş mülahizələrə əsaslanaraq barəsində ittiham hökmü çıxarmış, bununla da Konstitusiya və beynəlxalq konvensiyalarla təmin olunmuş fundamental hüquqlarını pozmuşdur. Iş materiallarından da aydın görünür ki, o, qeyd olunan əməlin törədilməsində heç bir formada iştirak etməmişdir. O, saxlanıldığı yerə yalnız taksi sürücüsü kimi spirtli içkilərin çatdırılması məqsədilə getmişdir. Hər hansı narkotik vasitənin və ya psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması və ya keçirilməsi ilə bağlı nə niyyəti olmuş, nə də bu barədə hər hansı şəxs ilə danışığı və ya razılaşması olmuşdur. Bu hal onu saxlayan, üzərində şəxsi axtarış aparan və avtomobilinə ilkin baxışı həyata keçirən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrlə də təsdiq edilmişdir. Həmin ifadələrdən aydın olur ki, saxlanıldığı zaman nə üzərində, nə avtomobilində, nə də ətrafında hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə həmin mühüm halları nəzərə almamış, yalnız ehtimallara və fərziyyələrə əsaslanaraq barəsində əsassız və qərəzli ittiham hökmü çıxarmışdır. Bu isə cinayət mühakimə icraatının əsas prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasının kobud şəkildə pozulması deməkdir. Cinayət- Prosessual Məcəlləsinin tələblərinə əsasən, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada tam sübuta yetirilmədikcə o, təqsirli hesab edilə bilməz. Təqsirləndirilən şəxsin təqsiri ilə bağlı aradan qaldırılması mümkün olmayan bütün şübhələr onun xeyrinə həll edilməlidir. Eyni zamanda cinayət və cinayət-prosessual qanunvericiliyinin tətbiqi zamanı mövcud olan aradan qaldırılmamış şübhələr də təqsirləndirilən şəxsin xeyrinə şərh olunmalıdır. Təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübut etməyə borclu deyildir. Təqsiri sübuta yetirmək və müdafiə tərəfinin irəli sürdüyü dəlilləri təkzib etmək vəzifəsi tam həcmdə ittiham tərəfinin üzərinə düşür. Məhkəmə ibtidai istintaq zamanı verdiyi ilkin ifadəyə istinad edərək onun narkotik vasitələrin əldə edilməsində iştirak etmək məqsədilə həmin yerə getdiyi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə istintaqı zamanı da izah etdiyi kimi, həmin ifadə həqiqəti əks etdirmir. Həmin ifadə ona fiziki və mənəvi təzyiq göstərilməsi, işgəncə tətbiq edilməsi nəticəsində, yəni qanunun tələbləri pozulmaqla əldə edilmişdir. Istər Azərbaycan Respublikasının qanunvericiliyinə, istərsə də beynəlxalq hüquq normalarına əsasən, işgəncə, zorakılıq, hədə-qorxu və ya digər qanunsuz üsullarla əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Belə sübutların ittihamın əsasını təşkil etməsi hüququn fundamental prinsiplərinə ziddir. Ona köməkçilik formasında istinad edilən Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri üzrə də cinayət tərkibi mövcud deyildir. Belə ki, saxlanıldığı zaman üzərində, avtomobilində və ya ətrafında hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, eyni zamanda Azərbaycan Respublikasının gömrük sərhədindən malların gömrük nəzarətindən kənar və ya gizli yolla keçirilməsində hər hansı formada iştirak etdiyi sübuta yetirilməmişdir. Bu səbəbdən də, 206.3.2-ci maddədə nəzərdə tutulmuş cinayətin törədilməsinə köməklik göstərdiyi barədə nəticəyə gəlmək üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlar onun əməllərində Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4-1-ci maddələrinin tərkib əlamətlərinin mövcud olduğunu təsdiq etmir. Ona qarşı irəli sürülmüş ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş, ittiham yalnız ehtimal və fərziyyələrə əsaslanmışdır. Buna görə də, barəsində çıxarılmış ittiham hökmü ləğv edilməli və onun barəsində bəraət hökmü çıxarılmalıdır. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətlərinin dəlillərinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının əsassız olmasını qeyd edərək onu da vurğuladı ki, təqsirləndirilən şəxslərin əməlləri istintaq zamanı toplanılmış və məhkəmə istintaqı zamanı araşdırılaraq tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən törətmiş olduqları cinayət əməlləri CM-nin müvafiq maddələri ilə düzgün tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailələrinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməməsi səbəbindən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, avtomobildə spirtli içki aşkar olunması və s. kimi spirtli içki ilə bağlı dəlillər o demək deyil ki, təqsirləndirilən şəxslərin narkotik vasitələrdən məlumatları olmamışdır. Spirtli içki narkotik vasitələrin dövriyyəsindən kənar olaraq hədiyyə kimi də şərtləşdirilə bilər. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi7 apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq vurğuladı ki, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs1 narkotik vasitədən xəbəri olmamışdır. O, həmin əraziyə narkotik vasitə üçün getmədiyini bildirmişdir. təqsirləndirilən şəxs1 2 oğlu narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar törədilmiş cinayətlərlə bağlı məhkum olunmuşdur. Iran Islam Respublikasının vətəndaşı təqsirləndirilən şəxs1 ilə həmin ərəfələrdə əlaqə saxlayıb onun köməyə ehtiyacı olubolmadığını maraqlanır, köməklik edirdi. Daha sonra bir dəfə təqsirləndirilən şəxs1 spirtli içki istəmişdir, təqsirləndirilən şəxs1 da ona spirtli içki göndərəcəyini qəbul etmişdir. təqsirləndirilən şəxs1 da təqsirləndirilən şəxs2 tapşırır. təqsirləndirilən şəxs1 heç Xəzər dənizi sahilinə getdiklərini belə bilmirdi, həmin əraziləri tanımırdı. təqsirləndirilən şəxs1 avtomobildən düşmür, avtomobildə olduğu halda əməliyyat müvəkkilləri ona yaxınlaşırlar. Əməliyyat müvəkkilləri narkotik vasitələrin Iran Islam Respublikasının vətəndaşı olan şəxslər tərəfindən dənizə atılmasına dair görüntülər olduğunu bildirsilər də, buna dair görüntülər yoxdur. Təqdim edilən görüntülərdən də narkotik vasitələrin dənizə atılması görünmür. Xəzər dənizində tapılan bütün narkotik vasitələri bu şəxslərə aid etmişlər. Hazırki ittiham ehtimal və fərziyyələrə əsaslanır. Apellyasiya instansiyası məhkəməsinin iclasına audio-video yazı aparılmaqla “Whatsapp” vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, əlavə olaraq vurğuladı ki, müdafiəçisinin bildirdikləri ilə razıdır. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs5 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, əlavə olaraq vurğuladı ki, o, balıqçıdır və çox vaxt dənizdə olur. Bir tanışı dənizə gedib geri qayıtmamışdı. Qohumu ondan onu axtarmasını xahiş etdi. Onlar da həmin adamı axtarmaq üçün yola çıxdılar. X6 Sistemi (GPS — X8) onun telefonunda xarab olduğu üçün yolu azmış və əvvəlcə təxmin edirdi ki, Türkmənistan Respublikası ərazisinə doğru irəliləyir. Lakin, bilmədən Azərbaycan Respublikası ərazisinə gəlmişdir. O özünü sadəcə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətində təqsirli bilir. X2 Respublikası vətəndaşı olan şəxslər ondan 1 gün sonra gecə vaxtı tutulmuşlar. Onun sonuncularla əlaqəsi olmamışdır. Onun telefonunda da heç bir narkotik vasitə ilə bağlı danışıq, ünvan mesajı və s. aşkar olunmamışdır. 8 nəfər şahidlərdən heç biri narkotik vasitə gördüyünü deməmişdir. O heç vaxt narkotik vasitə görməmiş, onun necə olduğunu belə bilmir. Məhkəmədən göstərdiklərindən əlavə anasının xəstə olmasını, qızının yenicə toy mərasimi olmasını nəzərə almağı, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs5 müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq vurğuladı ki, təqsirləndirilən şəxs5 dənizə Bərdinəzərin xahişi ilə itən balıqçı qayığının axtarışını aparmaq üçün getmişdir. Onun narkotik vasitədən məlumatı yoxdur. təqsirləndirilən şəxs5 özünü Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətində təqsirli bilsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-ci maddəsində nəzərdə tutulmuş bu əməl yalnız qəsdən törədilməlidir. Ehtiyatsızlıqdan törədildikdə cinayət tərkibi yaranmır. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onu da əlavə etdi ki, o dənizə narkotik vasitə üçün getməmiş, yalnız Esmiranın xahişinə görə Irandakı tanışına araq göndərilməsi üçün əvvəldən tanımadığı Vüqar Hüseynovun təkidilə araq dolu qutunu dənizin içinə aparılmasında kömək etmiş və həmin vaxt onlar sərhədçilər tərəfindən tutulmuşlar. Ədalətli qərar qəbul edlməsini xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq vurğuladı ki, tək adamın 60 kq-dan çox narkotik vasitəni götürməsi inandırıcı deyildir. Narkotik vasitənin çəkisinə diqqət yetirdikdə onu deməyə əsas verir ki, hüquqlarını müdafiə etdiyi şəxs oraya narkotik vasitə üçün getməmiş, yalnız araq aparmışdır. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri, eləcə də müdafiəçilər tərəfindən apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirildiyindən ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxslərin törətmiş olduğu əməllərin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzalara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfin təqdim еtdiyi və məhkəmə istintaqında təqdiq оlunmuş sübutlаrlа və işin faktiki halları ilə təqsirləndirilən şəxslərin müəyyən edilmiş cinayət əməllərini törətmələri və təqsirliliklərinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxslərə ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə sonuncuların həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmalarına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxslərin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu bütövlükdə hazırkı qərarda təkrar sadalamağa zərurət görmür, lakin bir neçə sübuta nəzər yetirilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisinə ünvanlanmış ## #### 2024-cü il tarixli raportdan görünür ki, ## #### 2024-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla pozaraq Azərbaycan Respublikasına gəlmiş Iran Islam Respublikası vətəndaşları sərhəd gözətçi gəmisi tərəfindən təqib edilən zaman 01 (bir) ədəd göy rəngli və 03 (üç) ədəd narıncı rəngli bağlamalar dənizə atılmış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 4-cü Sahil nəzarəti şöbəsinin 25-ci (Yaşma) sahil nəzarəti bölməsinin 67-ci körpüsündə əraziyə baxış qrupu sərhəd naryadı xidməti tərəfindən əraziyə baxış keçirilərkən 67-ci yanalma körpüsündən 02 (iki) kilometr sağ cinahda sahil xəttində 01 (bir) ədəd göy rəngli və 03 (üç) ədəd narıncı rəngi bağlamalar aşkar edilmiş, baxış zamanı bağlamaların içərisində ümumi çəkisi 165.990 qram olan narkotik vasitələr aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş ## #### 2024-cü il tarixli “mobil telefon cihazına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs1 məxsus olan 01 (bir) ədə “Samsung” markalı, “Galaxy A10” modelli, göy rəngli, 02 (iki) sim kartlı telefon aparatında 01 (bir) ədəd Azərbaycan Respublikasının mobil operatoruna aid ***-***-**-** saylı mobil telefon nömrəsi quraşdırılmışdır. Mobil telefonun “Kontakt” bölümündə yaddaşda saxlanılan digər adlarla yanaşı Iran Islam Respublikasına məxsus “+98-937-360-21-51” saylı mobil telefon nömrəsi “Irancavidd” adı ilə, “+98-922-107¬55-19” saylı mobil telefon nömrəsi “X4” adı ilə, Azərbaycan Respublikası mobil operatoruna mexsus “+994-50-797-53-17” saylı mobil telefon nömrəsi “Seyid Iran” adı ilə, “+994-70-267-66-83” saylı mobil telefon nömrəsi “Yorgan Iran” adı ilə, “+994-70-598¬99-66” saylı mobil telefon nömrəsi “Ziyad” adı ilə qeyd olunmuşdur. Mobil telefonun votsap mobil tətbiqinin söhbətlər bölümündə “Ziyad” adlı şəxsin istifadəsində olan Azərbaycan Respublikası mobil operatoruna məxsus “+99470-598-99-66” saylı mobil telefon nömrəsindən təqsirləndirilən şəxs1 məxsus mobil telefon nömrəsinə «uje gelirler olar», «cetini sudan cixdilar», «vsyoda», «seyid melumat vermir sene situasiya barede?», «noldu?», «hardasan?» və «seher iwe gedessen?» məzmunlu ismarıclar göndərilmişdir. Mobil telefonun daxil olan və çıxan zənglər bölümündə digər adlarla yanaşı “Ziyad” adlı kontakdan müxtəlif tarixlərdə daxil olan və çıxan zənglər mövcuddur. Mobil telefonun votsap mobil tətbiqinin daxil olan və çıxan zənglər bölümündə digər adlarla yanaşı iş üçün əhəmiyyət kəsb edən “Ziyad” və “X4” adlı kontaklardan müxtəlif tarixlərdə daxil olan və çıxan zənglər mövcuddur. Mobil telefonun “Xəritə” mobil tətbiqində ən son “40 21'20.3''N, 49 57 42.8°E” kordinatları axtarış edilmişdir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş ## #### 2024-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş təqsirləndirilən şəxs5 müdafiəçisi və tərcüməçinin iştirakları ilə ona təqdim olunmuş torbaların içindən 03 (üç) ədəd narıncı rəngli torbaları tanıyaraq, həmin torbalarda olan narkotik vasitələri özünün də içərisində olduğu qayıqla Xəzər dənizi vasitəsi ilə Azərbaycan Respublikasına gətirdiklərini, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən təqib olunan zaman yaxalanmamaq üçün bağlamaları dənizə atdıqlarını, içərisində narkotik vasitə olan göy rəngli bağlamanın isə onun olduğu qayıqda deyil, dəstə üzvləri tərəfindən başqa qayıqda gətirildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş ## #### 2024-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş təqsirləndirilən şəxs3 müdafiəçisi və tərcüməçinin iştirakları ilə ona təqdim olunmuş torbaların içərisində 01 (bir) ədəd göy rəngli torbanı tanıyaraq həmin torbada olan narkotik vasitələri qayıqla Xəzər dənizi vasitəsi ilə Azərbaycan Respublikasına gətirdiklərini, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən təqib olunan zaman ələ keçməmək üçün bağlamanı dənizə atdıqlarını bildirmişdir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş ## #### 2024-cü il tarixli “əşyanın fotoşəkil üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş təqsirləndirilən şəxs4 müdafiəçisi və tərcüməçinin iştirakları ilə qaçaqmalçılıq yolu ilə Xəzər dənizində qayıq vasitəsi ilə Azərbaycan Respublikasına gətirdikləri və sərhədçilər tərəfindən tutularkən dənizə atdıqları narkotik vasitə ilə dolu olan 03 (üç) ədəd narıncı rəngli torbaları tanımış, özü içərisində narkotik vasitələr olan və dənizə atdıqları torbaları fotoşəkil üzərində qələmlə işarələmiş və həmin işarələnmiş fotoşəkil protokola əlavə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxslərin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi, həmin əməllərə görə təqsirli olmaları istintaq orqanı tərəfindən toplanılmaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutlar toplusu ilə tam sübuta yetirilmişdir. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini, məhkumun apellyasiya instansiyası məhkəməsində verdiyi izahatları, müdafiəçinin çıxışını, dövlət ittihamçısının mövqeyini və cinayət işinin materiallarını birlikdə araşdıraraq həmin şikayətin təmin edilməsi üçün qanuni əsasların mövcud olmadığı qənaətinə gəlmişdir. Belə ki, müdafiə tərəfi apellyasiya şikayətində təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə bağlı hər hansı cinayətkar niyyətinin olmadığını, onun yalnız "Seyid" adlı şəxsin xahişi ilə spirtli içkilərin göstərilən ünvana çatdırılması məqsədilə hadisə yerinə getdiyini, narkotik vasitələrin gətiriləcəyindən xəbərsiz olduğunu, digər təqsirləndirilən şəxsləri tanımadığını, videogörüntülərin və şahid ifadələrinin də bunu təsdiq etdiyini, buna baxmayaraq birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət vermədiyini və nəticədə əsassız ittiham hökmü çıxardığını göstərsə də, məhkəmə kollegiyası həmin arqumentlərlə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi hökm qəbul edərkən müdafiə tərəfinin istinad etdiyi halları araşdırmış, təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahid ifadələrini, maddi sübutları, baxış və götürmə protokollarını, ekspertiza rəylərini, elektron məlumatları və iş üzrə toplanmış digər sübutları ayrı-ayrılıqda və onların məcmusu şəklində qiymətləndirərək düzgün nəticəyə gəlmişdir. Hökmdə də göstərildiyi kimi, məhkumun müdafiə tərəfinin irəli sürdüyü versiyası yoxlanılmış, lakin həmin versiya iş üzrə mövcud digər sübutların məcmusu ilə təkzib olunduğundan inandırıcı hesab edilməmişdir. Müdafiə tərəfinin təqsirləndirilən şəxs1 yalnız spirtli içkilərin çatdırılması məqsədilə hadisə yerinə getməsi barədə dəlili də hökmün ləğvi üçün əsas vermir. Çünki cinayət işi üzrə sübutlar məhkəmə tərəfindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əlaqədə qiymətləndirilmiş və müəyyən edilmişdir ki, onun hadisə yerində olması təsadüfi xarakter daşımamış, cinayət planının həyata keçirilməsi ilə əlaqədar digər iştirakçıların hərəkətləri ilə uzlaşmışdır. Bu baxımdan müdafiə tərəfinin həmin halı cinayət məsuliyyətini tam istisna edən hal kimi təqdim etməsi iş materialları ilə təkzib edilir. Apellyasiya şikayətində digər təqsirləndirilən şəxslərin onu tanımaması, xxxxə aid videogörüntülərin araq alınmasını təsdiq etməsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının ifadələrində ziddiyyətlərin olması barədə göstərilən xüsusatlar da məhkəmə kollegiyası tərəfindən yoxlanılmaqla kollegiya hesab edir ki, həmin hallar ayrı-ayrılıqda qiymətləndirildikdə belə, məhkumun təqsirliliyi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Çünki cinayət işi üzrə nəticə yalnız həmin sübutlara deyil, qarşılıqlı surətdə bir-birini tamamlayan digər mötəbər sübutların məcmusuna əsaslanmışdır. Ayrı-ayrı sübutların müdafiə tərəfinin mövqeyinə uyğun şərh edilməsi həmin sübutların üstün tutulmasını zəruri etmir. Müdafiə tərəfinin məhkəmənin ibtidai istintaqda verilmiş ifadələrə üstünlük verməsi barədə arqumenti də əsassızdır. Birinci instansiya məhkəməsi heç bir sübuta qabaqcadan müəyyən edilmiş üstünlük verməmiş, bütün sübutları Cinayət-Prosessual Məcəlləsinin 33, 144 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv qiymətləndirmiş, qəbul etdiyi nəticələri hökmdə kifayət qədər əsaslandırmışdır. Apellyasiya şikayətində göstərilən dəlillər isə həmin sübutlara verilmiş qiymətlə razılaşmamaqdan ibarət olub, məhkəmənin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olmasını təsdiq etmir. Kollegiya həmçinin nəzərə alır ki, müdafiə tərəfi apellyasiya şikayətində istinad etdiyi halların bir qismini birinci instansiya məhkəməsində də irəli sürmüş, həmin dəlillərə hökmdə ətraflı hüquqi qiymət verilmişdir. Apellyasiya baxışı zamanı isə həmin qiymətləndirmənin yanlış olduğunu göstərən yeni sübutlar və ya yeni faktiki hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin Azərbaycan Respublikası Konstitusiyasının 60 və 63cü maddələrinə, Cinayət-Prosessual Məcəlləsinin 28, 33, 139, 144 və 145-ci maddələrinə istinad etməklə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilmədiyi, ittiham hökmünün ehtimallara əsaslandığı və təqsirsizlik prezumpsiyasının pozulduğu barədə dəlillərini də əsassız hesab edir. Belə ki, həmin hüquq normaları cinayət mühakimə icraatı zamanı şəxsin təqsirinin yalnız qanuni yolla əldə edilmiş, məhkəmə iclasında bilavasitə tədqiq olunmuş və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsi də hökm qəbul edərkən məhz həmin tələblərə əməl etmiş, iş üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq onların hər birinə ayrıca və qarşılıqlı əlaqədə hüquqi qiymət vermişdir. Hökmün məzmunundan da görünür ki, məhkəmənin gəldiyi nəticələr ayrı-ayrı ehtimallara və ya fərziyyələrə deyil, iş üzrə tədqiq edilmiş sübutların məcmusuna əsaslanmışdır. Bu səbəbdən müdafiə tərəfinin göstərdiyi hüquq normalarının pozulması barədə arqumentlər öz təsdiqini tapmır. Müdafiə tərəfinin təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasına dair tələbi də əsaslı hesab edilə bilməz. Çünki cinayət-prosessual qanunvericiliyin tələblərinə görə bəraət hökmü yalnız şəxsin cinayət hadisəsinə aidiyyətinin müəyyən edilmədiyi, cinayət hadisəsinin baş vermədiyi, əməldə cinayət tərkibinin olmadığı və ya şəxsin təqsirinin mötəbər sübutlarla təsdiq edilmədiyi hallarda çıxarıla bilər. Hazırkı cinayət işi üzrə isə məhkəmə kollegiyası belə halların mövcud olmadığını, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin iş üzrə sübutların məcmusu ilə təsdiq edildiyini müəyyən etmişdir. Həmçinin müdafiə tərəfinin alternativ olaraq təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə mövqeyi də əsaslı deyildir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi əsaslarını rəhbər tutmuş, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilmə üsulunu, iş üzrə müəyyən edilmiş bütün cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, təyin edilmiş cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və yeni cinayətlərin qarşısının alınmasına xidmət etdiyi barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya həmin cəzanı aşkar surətdə ədalətsiz hesab etməyə əsas verən hər hansı hal müəyyən etmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətində irəli sürdüyü, onun təqsirinin mötəbər sübutlarla təsdiq olunmadığı, hadisə yerinə yalnız taksi sürücüsü kimi spirtli içkilərin çatdırılması məqsədilə getdiyi, üzərində və idarə etdiyi avtomobildə narkotik vasitənin aşkar edilmədiyi, ibtidai istintaq zamanı verdiyi ifadənin fiziki və mənəvi təzyiq nəticəsində alındığı, həmçinin barəsində yalnız ehtimal və fərziyyələrə əsaslanan ittiham hökmü çıxarıldığı barədə dəlilləri iş materialları ilə müqayisəli şəkildə yoxlayaraq onların əsassız olması qənaətinə gəlir. Belə ki, birinci instansiya məhkəməsi hökm çıxararkən yalnız təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəyə istinad etməmiş, iş üzrə toplanmış və məhkəmə iclasında bilavasitə tədqiq edilmiş bütün sübutları ayrı-ayrılıqda və onların məcmusu şəklində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qiymətləndirmişdir. Hökmdə ətraflı göstərildiyi kimi, təqsirləndirilən şəxs2 cinayətkar qrupun digər üzvləri ilə əvvəlcədən əldə olunmuş ümumi razılaşma əsasında narkotik vasitələrin qəbul ediləcəyi sahildə gözləməsi, cinayət planında ona ayrılmış funksiyanı yerinə yetirməsi, cinayətkar qrupun digər üzvləri ilə əlaqələndirilmiş şəkildə hərəkət etməsi, narkotik vasitələrin qəbul edilməsini təmin etmək məqsədilə hadisə yerində olması və cinayətkar niyyətin həyata keçirilməsində köməkçilik etməsi bir-birini tamamlayan sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya şikayətində göstərilənin əksinə olaraq, təqsirləndirilən şəxsin üzərində və ya avtomobilində narkotik vasitənin aşkar edilməməsi özü-özlüyündə onun cinayət məsuliyyətindən azad edilməsinə əsas vermir. Çünki ona Cinayət Məcəlləsinin 32.5-ci maddəsi ilə köməkçilik formasında ittiham verilmiş, ittihamın mahiyyəti narkotik vasitələrin bilavasitə onun üzərində saxlanılması ilə deyil, cinayətkar qrupun əvvəlcədən razılaşdırılmış planının həyata keçirilməsinə yardım göstərməsi ilə əlaqələndirilmişdir. Bu baxımdan cinayətin obyektiv və subyektiv əlamətlərinin mövcudluğu yalnız narkotik vasitənin onun üzərində aşkar olunması meyarı ilə müəyyən edilə bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş materiallarına əsasən cinayətkar qrupun Azərbaycan Respublikasında narkotik vasitələri qəbul etməli olan üzvləri sırasında təqsirləndirilən şəxs2 da olduğu, onun digər iştirakçılarla əvvəlcədən əlaqələndirildiyi, narkotik vasitələrin gətiriləcəyi koordinatlar barədə məlumatlandırıldığı, hadisə vaxtı narkotik vasitələri qəbul etmək məqsədilə sahildə gözlədiyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərkən "Dayan" əmrinə tabe olmayaraq dənizə doğru qaçmağa cəhd etdiyi müəyyən edilmişdir. Bu hallar məhkəmə tərəfindən digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilmiş və təsadüfi xarakter daşımadığı qənaətinə gəlinmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadənin qanunsuz üsullarla alınması barədə iddiasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, bu iddia iş üzrə obyektiv məlumatlarla təsdiq olunmur. Birinci instansiya məhkəməsi həmin arqumenti araşdırmış, ifadələrin əldə olunma şəraitini yoxlamış və onların yolverilməz sübut hesab edilməsi üçün Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş əsasların müəyyən edilmədiyi nəticəsinə gəlmişdir. Eyni zamanda, ittiham hökmü yalnız həmin ifadə üzərində deyil, iş üzrə toplanmış digər sübutların məcmusu əsasında çıxarıldığından, apellyasiya şikayətində bu xüsusatla bağlı irəli sürülən dəlillər hökmün qanuniliyini və əsaslılığını şübhə altına almır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, onların hər birinə hüquqi qiymət vermiş, müdafiə tərəfinin irəli sürdüyü arqumentləri müzakirə etmiş və qəbul etməməsinin səbəblərini hökmdə kifayət qədər əsaslandırmışdır. Apellyasiya şikayətində göstərilən hallar isə əsasən birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış eyni dəlillərin təkrarından ibarət olmaqla, həmin sübutlara verilmiş hüquqi qiymətin dəyişdirilməsini zəruri edən yeni faktiki və ya hüquqi əsaslar müəyyən etmir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir və apellyasiya şikayətinin həmin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs5 narkotik vasitələrin sonradan aşkar edilməsi, həmin narkotik vasitələrin məhkuma aid olmaması, ibtidai istintaqda verilmiş etirafedici ifadələrin təzyiq nəticəsində əldə edilməsi və videomaterialların sübut kimi yolverilməzliyi barədə dəlillərini yoxlayaraq onların hökmün ləğvi üçün əsas yaratmadığı qənaətinə gəlir. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin təqsirliliyi barədə nəticəyə yalnız bir sübuta və ya etirafedici ifadəyə əsasən deyil, məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusu əsasında gəlmiş, hər bir sübuta ayrı-ayrılıqda və qarşılıqlı əlaqədə hüquqi qiymət vermişdir. Apellyasiya şikayətində göstərilən hallar isə həmin sübutların yenidən fərqli qaydada qiymətləndirilməsi tələbindən ibarət olub, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin səhv olduğunu təsdiq edən yeni faktiki və ya hüquqi əsasları ehtiva etmir. Məhkəmə kollegiyası göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrdə irəli sürdükləri dəlillərin təkzib edilməsi ilə əlaqədar yuxarıda göstərilmiş xüsusatlar əməllərində CM-nin ittiham edildikləri maddələrdə nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olduğunu sübut edir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxslərin ittiham olunduqları maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onların əməllərini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş apellyatorların şikayətlərində qeyd etdikləri dəlillər şəxsi mülahizələrə əsaslanmaqla iddia edilən hallardır ki, həmin dəlillər hazırkı hökmün ləğv edilməsi üçün hüquqi əsasa malik deyillər. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, birinci instansiya məhkəməsində hazırkı cinayət işinə baxılarkən təqsirləndirilən şəxslərin şəxsiyyəti və törətmiş olduqları cinayətlərin ictimai təhlükəliliyi nəzərə alınaraq təqsirləndirilən şəxslərə qanuna uyğun cəza təyin edilmişdir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Həmin Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilən Plenum qərarının tövsiyəsinə görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxslərə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir ki, müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında təqsirləndirilən şəхslərin verilmiş ittiham üzrə əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması barədə dəlilləri əsassızdır həm də ona görə ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları, iş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olub-olmaması, o cümlədən onları səciyyələndirən hallar müzakirə edilməklə təqsirləndirilən şəхslərə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir ki, bu cəza da qanuni, ədalətli və cinayət əməlinə adekvat olmuşdur. Beləliklə, məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlillərinin, eləcə də apellyasiya icraatı zamanı məhkəmə iclasında səsləndirdiyi digər xüsusatların hazırkı ittihamın əsassız olmasına dair arqumentlərini mülahizə xarakterli dəlillər kimi qiymətləndirərək onların qəbul edilməsi üçün qanuni əsaslar müəyyən etmir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi baş vermiş cinayət hadisəsilə əlaqədar hökmündə istinad etdiyi hüquqi dəyərləndirmə əsaslı və düzgün olmuşdur. Məhkəmə kollegiyası işin faktiki hallarını və toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərə təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəхslərə cəza təyin olunarkən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, o cümlədən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq onlara qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Iş materiallarında təqsirləndirilən şəxslərə təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının yüngülləşdirilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CMnin 8.1-ci, 41.2 və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirləndirilənin şəxsiyyətinə uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxslərə əsassız olaraq cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçilər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs5 apellyasiya icraatı zamanı məhkəmə iclasında göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya icraatı zamanı məhkəmə iclasında göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 on cilddən ibarət cinayət işinin materialları ilə tanış olmaları və məhkəmə proseslərində iştirak etdikləri cəmi 10 (on) iş saatına görə hər birinə ödənilməli olan 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun və Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi7, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs5 müdafiəçisi müdafiəçi6 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs5 apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 110 (yüz on) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. təqsirləndirilən şəxs2 apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 110 (yüz on) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-161/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-161/2026
30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver