Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-162/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri - Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X2 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Qusar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Qusar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ilə (hakim Əli Cəlilov) ## #### 1981-ci il tarixdə Qusar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş (Qusar rayon məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 05 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş) məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilməsi, məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2026cı il tarixdən hesablanması, ##.##.2023-cü il tarixdən Sumqayıt şəhər ND-da (F19x2) diaqnozu dispanser qeydiyyatında olmasının nəzərə alınması hökm edilmişdir. İşin halları : Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, ##.##.2025-ci il tarixdə istintaqa məlum olmayan mənbədən əldə etdiyi psixotrop maddə olan metanfetamini qanunsuz olaraq Qusar şəhəri, Qusarçay çayının sağ sahilində yerləşən meşə massivində üzərində saxlamaqla daşımış, bu zaman, yəni ##.##.2025ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, saxlanılması və gəzdirilməsində şübhəli bilinərək saxlanılmış, əynində olan şalvarın sağ yan cibinə baxış zamanı 01 ədəd bükümdə təmiz çəkisi 1,116 qram olan, ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və 0,04 qram narkotik maddə olan metadon tərkibli həbi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları : Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək CM-nin 234.1 maddəsi ilə özünü təqsirli bilməsi, atasının onkoloji xəstə, anasının yaşlı olması nəzərə alınaraq barəsində təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi və ya barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, təqsirləndirilən şəxsin əməlindən peşman olması və atasının onkoloji xəstə olması nəzərə alınmaqla barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi və ya barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirlən şəxsə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi və ya barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi haqqında qərar qəbul edilməsi barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, şəxsiyyəti, onun eyni əmələ görə məhkumluğunun olması nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər : Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, təqsirləndirilən şəxsin və müdafiəçisinin, eləcə də dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilmişdir. Onun əməli səmimi etirafından başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində də mübahisələndirilmir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağır olması barədə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə sadalanan hallar təqsirləndirilən şəxsə daha yüngül növdə cəza təyin edilməsi və ya barəsində təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsinə əsas vermir. Apellyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya şərti tətbiq edilməsi cəzanın ümumi məqsəd və prinsipləri baxımından əsaslı və ədalətli olmadığından, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin etmişdir və məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı məqsədəmüvafiq hesab edir. Beləliklə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağır olması barədə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə sadalan hallar təqsirləndirilən şəxsə daha yüngül növdə cəza təyin edilməsi və ya barəsində təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsinə əsas vermir. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs analoji cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və məhkumluğunun ödənilməməsini nəzərə almışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 1 (029)- **/**** saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 il, 05 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Həmin hökm ##.##.2023cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 1 (***)-**/**** saylı hökmü ilə 02 il, 05 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəza müddəti müddəti bitdiyi üçün ##.##.2025-ci il tarixdə həmin hökmlə bağlı Qusar rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu olsa da, həmin məhkumluq azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlıdır. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamışdır.Lakin hazırkı cinayət əməlini törədildiyi vaxt Təqsirləndirilən şəxs məhkumluğunun olması onun şəxsiyyətini səciyyələndirilən hallar kimi qəbul edilir və ona dəlalət edir ki, birinci instansiya məhkəməsinin sonuncuya təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” ## ### 2009-cu il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs əvvəlki cinayətə görə təyin edilmiş cəzasını çəkib qurtarandan sonra məhkumluq ödənilmədən yenidən cinayət törətməsi onu göstərir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Apellyasiya şikayətinin dəlillərində və müdafiə tərəfinin çıxışlarında təqsirləndirilən şəxsə cəza təyin edilərkən cəzanı yüngülləşdirilən halların nəzərə alınmamasına münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş çərçivədə cəza təyin etmişdir ki, məhkəmə kollegiyası da təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş psixotrop maddə-metamfetaminin cəmi çəki miqdarının 1,116 qram; narkotik maddə olan metadon tərkibli həbin isə cəmi çəki miqdarının 0,04 qram olması, üzərindən həm psixotrop maddə metamfetaminin, həm də narkotik maddə olan metadon tərkibli həbin aşkar olmasını, onun əvvəllər də CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsini nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir və cəzanın yüngülləşdirilməsinə dair dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61, 65-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. İş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi və ya barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə ağır cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi və ya barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Qusar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 6 iş saatına görə 66 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 193, 197, 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Qusar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 6 iş saatına görə 66 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-162/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-162/2026
09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver