Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-163/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 nümayəndəsi zərərçəkmiş şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (Hakim Kərimova Firuzə Şahin qızı) ##.##.1957-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, hazırda işsiz, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 1 1, nömrəsiz evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayət əməlini törətməkdə təqsirli bilinməsi, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, verilmiş ittihamdan Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi xaric edilməsi, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 il, 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli çəzakmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: İttiham aktına əsasən Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qiyabi formada təhsil aldığı Rusiya Federasiyasının Beynəlxalq Hüquq İnstitutunun Tula Filialının bakalavr diplomunun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində tanınmasına köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin yay aylarında özünə müraciət edən zərərçəkmiş şəxs2 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə zərərçəkmiş şəxs2 məxsus diplomun tanınmasını (nostrifikasiya) təmin etmək imkanına malik olduğunu 2022-ci ilin yay aylarında aralarında olan mobil telefon ilə danışıqları zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni bakalavr diplomunun Elm və Təhsil Nazirliyində tanınması üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin yay aylarında yaşadığı ünvan 1 1, nömrəsiz evin yaxınlığında 3.000 manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxs2 alıb şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs2 məxsus 3.000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi X1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası müddətinin Şirvan Apellyasiya Məhkəməsində azaldılmasına köməklik göstərilməsi barədə 2024-cü ilin fevral ayında özünə müraciət edən Eşqin Əliyevin atası Masallı rayon sakini zərərçəkmiş şəxs1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək hüquq mühafizə, eləcə də məhkəmə orqanlarında yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Eşqin Əliyevə təyin edilmiş cəza müddətinin azaldılmasını təmin etmək imkanına malik olduğunu zərərçəkmiş şəxs1 2024-cü ilin fevral ayında istifadəsində olan mobil telefon ilə danışıqları zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Eşqin Əliyevin xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun cəzasının Şirvan Apellyasiya Məhkəməsində azaldıması üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirməklə zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə zərərçəkmiş şəxs1 oğlu zərərçəkmiş şəxs2 tərəfindən özünün adına olan “xxxx” ASC- yə məxsus 412720********** nömrəli bank kartına ##.##.2024-cü il tarixdə 3000 manat, ##.##.2024-cü il tarixdə 3000 manat, özünün istifadəsində olan “xxxx” ASC-yə məxsus 409858********** nömrəli bank kartına ##.##.2024- cü il tarixdə 1000 manat zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 1 ünvanından internet bankçılıq proqramı vasitəsilə, “xxxx” ASC-yə məxsus 412720********** nömrəli bank kartına ##.##.2024-cü il tarixdə 2000 manat, eyni tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat pul vəsaitinin zərərçəkmiş şəxs2 tərəfindən Masallı rayonu Xıl kəndində yerləşən “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə köçürülməsinə nail olub şəxsi ehtiyaclarına sərf etməklə, eyni niyyətlə cinayət əməlini davam etdirərək Eşqin Əliyevin cəza müddətinin azaldılmasına görə əlavə tədbirlər görülməsi üçün əlavə olaraq özü vasitəsilə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2024-cü ilin iyul ayının sonlarında aralarında olan telefon danışığı zamanı zərərçəkmiş şəxs1 aldatmaqla bildirməklə sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncunun və zərərçəkmiş şəxs2 özünün eyni bank kartlarına 2024-cü ilin ikinci yarısında ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə cəmi 3000 manat təşkil edən əlavə pul vəsaitini zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 1 ünvanından internet bankçılıq proqramı vasitəsilə köçürülməsinə də nail olub, həmin pul vəsaitlərini qeyd edilən ərəfədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində quraşdırılmış bankomatlarda müxtəlif vaxtlarda nağdlaşdıraraq ümumilikdə vahid niyyətlə zərərçəkmiş şəxs1 məxsus 13000 (on üç min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, 69 yaşı olmasını, bir nəfər zərərçəkmiş şəxs olmasını nəzərə alaraq barəsində amnistiya aktının tətbiq edilməklə cəza müddətinin azaldılmasını, qalan cəza müddətini alternativ cəza növü tətbiq etməklə hökmün dəyişdirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsə CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cəzanın yuxarı həddində ağır cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdən narazıdır. Belə ki, onun dedikləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. O, əvvəllər məhkum olunsa da məhkumluğu ödənilmişdir. 69 yaşı var. Ağır ürək xəstəsi, yüksək qan təzyiqindən əziyyət çəkir. O, həkim nəzarəti ilə müalicə alır. Zərəri verdiyini və şəxsin bunu almasını göstərən şəxsin ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanı ödəməmiş, lakin məhkəmə ona maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəzanı vermişdir. Bundan başqa, o mülki iddia ilə məhkəməyə müraciət etmiş, lakin hakim mülki iddianı ümumiyyətlə hökmdə göstərməmiş və qiymət verməmişdir. Məhkəmə iclasının audio-video yazılarına baxılsa o zaman mülki iddianın verilməsi təsdiq olunacaqdır. Hakim cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini mütləq nəzərə almalıdır, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllərdə məhkum olunmuşdur və islah olunmamışdır. İslah olunmayan şəxsə yenidən sanksiyada nəzərdə tutulmuş yüngül cəza verilməsi Cinayət Məcəlləsinin tələblərinə ziddiyyət təşkil edir. Bundan başqa, 2 il 4 ay cəza verilməsi Cinayət Məcəlləsinin ədalət prinsipinin pozulmasıdır, əvvəllər məhkum olunmuş şəxslə ümumiyyətlə məhkum olunmamış şəxslərə eyni cəza verilməsi qanunsuz hökm qəbul edilməsini göstərir. Ümumiyyətlə məhkəmədə 2 il ərzində cinayət işinə baxılmışdır, hakim qərəzli olaraq işi süründürmüş və nəticədə qanunsuz hökm qəbul etmişdir. Proses iştirakçılarının çıxışları: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, o heç kimə rüşvət verməmiş və onlardan da rüşvət almamışdır. Əvvəllər məhkum olunmuşdur. Özünü təqsirli bilir. Ona vaxt verilərsə, kredit götürmək yolu ilə dəymiş zərərin bir hissəsini ödəyə bilər. Hazırda nağd formada ödəniş etmək imkanı yoxdur. Qeyd olunanları nəzərə alaraq tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilərək təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsini və zərərçəkmiş şəxsin vermiş olduğu apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 nümayəndəsi zərərçəkmiş şəxs1 apellyasiya instansiyası məhkəməsində çıxışında bildirdi ki, təqsirləndirilən şəxsin dediklərinin heç biri həqiqətə əsaslanmır. Bununla bağlı sms yazışmaları da mövcuddur. Belə ki, o, ondan məhkəmədə dəymiş zərərin məbləğinin cəmi 2000 manat olmasını deməyini istəmişdir. Ona təyin edilmiş cəzanın artırılmasını istəyir. Çünki o, islah olunmur. 2 il ərzində məhkəmə araşdırması davam etsə də, o heç bir ödəniş etməmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs əvvəllər də məhkum olunmuşdur. Dəymiş zərərin ümumi məbləği 16 000 manatdır. Hesab edir ki, təyin edilmiş cəza qanuni və əsaslıdır. Ona görə təyin edilmiş cəzanın yüngülləşdirilməsi, yaxud ağırlaşdırılması üçün əsaslar mövcud deyil. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etsə də, mübahisələndirilən hökm həmin Qərarın qəbul edildiyi tarixdən 4 ay keçdikdən sonra qəbul edilib. Bundan başqa dəymiş zərərdən heç bir ödəniş edilməyib və hazırki işin halları həmin Qərarda sadalanan xüsusi hallar sırasına daxil deyil. Beləliklə, apellyasiya şikayətlərinin təmin olunmamasını və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, proses iştirakçılarının çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayətləri ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qərarından görünür ki, Gözəlova Sevinc Oruc qızı barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə Binəqədi rayonu ərazisində saxlanılaraq Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. “xxxx” ASC-dən götürülmüş Təqsirləndirilən şəxsn istifadəsində olan 4127-2081-3257- **** saylı bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu kompakt diskə ##.##.2024-cü il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin kart hesabına “xxxx” ASC-in “Birbank” tətbiqi vasitəsi ilə ##.##.2024-cü il tarixdə saat 12:43-də 3000 manat, ##.##.2024-cü il tarixdə saat 09:45-də 3000 manat pul vəsaiti köçürülmüş, eyni kart hesabına ödəniş terminalları vasitəsi ilə ##.##.2024-cü il tarixdə saat 11:06-da 2000 manat, ##.##.2024-cü il tarixdə saat 14:22-də 500 manat, ##.##.2024-cü il tarixdə saat 16:14də 500 manat pul vəsaiti köçürülmüşdür. “xxxx” ASC-dən götürülmüş Təqsirləndirilən şəxsn istifadəsində olan ******CGYVDB**** saylı bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu kompakt diskə ##.##.2024-cü il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxx” ASC-in “Birbank” tətbiqi vasitəsi ilə ##.##.2024-cü il tarixdə saat 09:50-də 1000 manat pul vəsaiti köçürülmüşdür. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ##.##.2024- cü il tarixli *-**-**/*-***/**** saylı məktubundan görünür ki, zərərçəkmiş şəxs2 ##.##.2021-ci il tarixdə X5 Hüquq İnstitutundan əldə etdiyi Hüquqşünaslıq ixtisası üzrə kvalifikasiyanın (Diplom Nq 1377245788533) tanınması ilə bağlı Agentliyə müraciət etmiş, müraciət nəticəsində diplomun tanınması imtina edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə mötəbər sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, onun əməli düzgün hüquqi qiymət verilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, işdəki sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlmişdir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli və ## #### 2015-ci il 7 № -li qərarların tövsiyələrini nəzərə alır. (## ### 2023-cü il tarixli dəyişiklik nəzərə alınmaqla) Qərarın 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin IX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 36-cı bəndində məhkəmələrə izah olunmuşdur ki, Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün tövsif edərək onu təqsirli bilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün qismən etirafı, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi və elan edilmiş ifadələri, şahid ifadələri, iş materiallarında mövcud olan səs yazıları, qəbzlər, bank kartından çıxarışlar və digər mötəbər sübutlarla tam öz təsdiqini tapır. Bununla yanaşı, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs zərərçəkmiş zərərçəkmiş şəxs2 qarşı olan epizod üzrə cinayət əməlinin 2022-ci ilin yay aylarında baş verdiyini, həmin hadisənin törədildiyi vaxtdan iki ildən artıq müddətin keçdiyini və bununla da cinayət məsuliyyətinə cəlb etmə müddətinin bitdiyini düzgün müəyyən etmişdir. Məhkəmə qeyd olunan epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin (təkrarən törədildikdə) xaric edilməsi barədə hüquqi cəhətdən əsaslandırılmış nəticəyə gəlmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğu məsələsini, cəzanın yüngülləşdirilməsi və ağırlaşdırılmasına dair apellyasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə tam əməl etmişdir. Belə ki, məhkəmə tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, dəymiş ziyanın ödənilməməsi, habelə iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcud olmaması düzgün qiymətləndirilmiş və nəticədə Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə müvafiq olaraq qanuni, həmçinin ədalətli cəza təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2009-cu il tarixdə Bakı Ağır Cinayətlərin Məhkəməsinin hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 il A.M.E cəzasına məhkum edilmiş, ##.##.2016-cı il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. ##.##.2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə CMin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il A.M.E. cəzasına məhkum edilmişdir. ##.##.2020-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, ##.##.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlmişdir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgə əmlakının ələ keçirilməsi üsulu və zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsi təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinə imkan vermir. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanın məqsədləri baxımından onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi tam qanuni, ədalətli və əsaslı olmuşdur. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növünün və ya həddinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin Məhkəmə Kollegiyası onu da qeyd edir ki, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmişdir. Bu səbəbdən də ona təyin edilmiş cəzanın həddinin endirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunan Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməlləri törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuş və törətdiyi cinayət əməlinə uyğun cəza təyin edilmişdir. Təyin edilmiş cəzanın növünün dəyişdirilməsi, cəzanın daha da yüngülləşdirilməsi üçün əsas yoxdur. Bundan başqa təqsirləndirilən şəxsin barəsində amnistiya aktının tətbiq edilməklə cəza müddətinin azaldılmasına dair dəlilinə münasibətdə qeyd edilməlidir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 7.4-cü bəndinə əsasən bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslərə bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi barəsində tətbiq edilmir. Eyni zamanda zərərçəkmiş şəxs apellyasiya şikayətində mülki iddia ilə məhkəməyə müraciət etdiyini, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin iddiaya hökmdə qiymət verilmədiyini iddia etsə də, cinayət işinin materiallarında olan ## ##### 2026-cı il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 mülki iddiası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 188.3-cü maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətlərin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz/ Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-163/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-163/2026
30.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver