Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-164/2026 10.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü (hakim R.Quliyev) ilə ## ###### 1984-cü ildə Qubadlı rayonu, Qaracallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Qubadlı rayonu, Qaracallı ərazi dairəsi, Qaracallı kəndində qeydiyyatda olan və ünvan 1-də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinməsi və onun 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılması və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddətinin qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəli ## ##### 2026-cı il tarixdən hesablanması, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 01 radələrində tanışı şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girdikdən sonra birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış binasının dəhlizində yerləşən Zərərçəkmiş şəxs tərəfindən inşa edilmiş yardımçı tikilinin taxta materialından hazırlanmış qapısının asma qıfılını sındırıb açmaqla içəri qanunsuz daxil olub, ordan sonuncuya məxsus 01 (bir) ədəd 200 (iki yüz) manat dəyərində “Strım” markalı, 26-hq velosipedi və 180 (bir yüz səksən) metr uzunluqda, hər metrinin dəyəri 06 (altı) manat təşkil edən, ümumilikdə 1080 (bir min səksən) manat dəyərində əlvan metal olan misdən hazırlanmış, 32-lik elektrik naqilini gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1280 (bir min iki yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi hökmdən vermiş olduğu apellyasiya şikayətində hökmündə ləğv edilərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmiş, şikayət onunla əsaslandırmışdır ki, məhkəmə ittiham edici hökmündə göstərildiyi kimi, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 01 radələrində tanışı şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girdikdən sonra birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış binasının dəhlizində yerləşən Zərərçəkmiş şəxs tərəfindən inşa edilmiş yardımçı tikilinin taxta materialından hazırlanmış qapısının asma qıfılını sındırıb açmaqla içəri qanunsuz daxil olub, ordan sonuncuya məxsus 01 ədəd 200 manat dəyərində “Strim” markalı, 26-lıq velosipedi və 180 metr uzunluqda, hər metrinin dəyəri 6 manat təşkil edən ümumilikdə 1080 manat dəyərində əlvan metal olan misdən hazırlanmış, 32-lik elektrik naqilini gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1280 manat maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, əvvəllər “nəşə" adlı narkotik vasitədən istifadə etmiş, lakin bu vərdişi tərgitmək məqsədilə qardaşının müraciətinə əsasən hadisədən 10-15 gün əvvəl, xatırladığı qədərilə mart-aprel aylarında reabilitasiya mərkəzinə qəbul olunmuş və təxmini 3-4 ay müddətində orada qalmışdır. Həmin mərkəzdə qaldığı müddətdə onun mərkəzdən çıxışına icazə verilməmişdir. Onun müalicə xərclərini qardaşı qarşılamış, aylıq təxminən 1500 manat olmaqla ümumilikdə 5-6 min manat xərc çəkmişdir. Reabilitasiya mərkəzinə yerləşdirilməsi qardaşının təşəbbüsü və müraciəti əsasında həyata keçirilmişdir. Həmin mərkəzdə qalmasının təxminən 10-cu günü polis əməkdaşları oğurluq hadisəsi ilə bağlı həmin mərkəzə gəlmiş, onu polis idarəsinə aparmışlar. Ona orada Zaurla birlikdə oğurluq etdiyi bildirilmiş, lakin o, həm ilkin izahatında, həm də sonrakı ifadələrində hadisədə iştirak etmədiyini qeyd etmişdir. Bildirir ki, şahid1 uşaq yaşlarından tanıyır və Zaur əvvəllər SOCAR-da qaynaqçı vəzifəsində işləmişdir. Belə ki, həmin ərəfələrdə Zaur ailə üzvləri ilə mübahisə etmiş, evə getmək istəmədiyini ona bildirmiş, bu səbəbdən təxminən 1 həftə onun evində qalmışdır. Qeyd olunan oğurluq baş verən zaman o, reabilitasiya mərkəzində olmuş və həmin hadisədə iştirak etməmişdir. Həmçinin hadisə kamera vasitəsilə qeydə alınsa da, videogörüntülərdə onun olmadığı müəyyən edilir. Hadisə yerində olmasını və onunla birlikdə oğurluq etdiyini Zaur tutulduqdan sonra bildirmişdir. Halbuki, o, bununla razılaşmamış və həmin əşyaları oğurlamadığını polis əməkdaşlarına bildirmişdir. Onun barəsində cinayət işi Zaur tərəfindən verilmiş izahat əsasında açılmışdır. Üzləşdirmə zamanı da Zaurdan onun adını niyə çəkdiyini soruşmuşdur. O, bir daha vurğulayır ki, oğurluq hadisəsində iştirak etməmiş və bu barədə izahatlarında da bildirmişdir. Hüquqlarını müdafiə etdiyim şəxs daha sonra bildirmişdir ki, Zaurun narkotik vasitə istifadəçisi olduğu ona məlum olsa da, son vaxtlar istifadə edib-etmədiyindən məlumatı olmamışdır. Amid adlı şəxsi həbsdə olduğu zaman tanımış və onunla demək olar ki, hər gün görüşmüşdür. Zaur Amidlə sonradan tanış olmuş, Zaurun əvvəllər oğurluq etməsindən məlumatı olmamışdır. Velosiped Amidə veriləndə orada olmamış, Amid Zaurun sözünə görə bu məzmunda ifadə vermişdir. Velosiped Amidə verilməmişdən 01 həftə öncə Amidin dediyi yerdə olmuşdur. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, zərərçəkmiş şəxs kamera görüntülərində əşyaları Zaurun oğurladığını gördüyünü bildirmişdir. Bundan sonra zərərçəkmiş şəxs Zaurla əlaqə saxlamış, Zaur isə velosipedin Natiq tərəfindən oğurlandığını ona bildirmişdir. Həmçinin guya Zaurun ona zəng etdiyini, lakin Zaurun zənglərinə cavab vermədiyini də qeyd etmişdir. Halbuki, Zaur tərəfindən ona zəng gəlməmişdir. Zaurun əşyaları guya onun tərəfindən oğurlandığını deməsi özünümüdafiə etmək məqsədilə edilmişdir. Məhkəmə hökmündə qeyd edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli iş materialları və şahid ifadələri ilə təsdiq edilmişdir. Lakin iş üzrə şahid qismində dindirilmiş şəxs Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, Amidin velosipedi onun tanışı Elvin adlı şəxsə satmaq istədiyini bildirmişdir. Bundan sonra oraya getdikdə həqiqətən həmin velosipedin ona məxsus olduğunu, Amidin velosipedi 30 manata Elvinə satmaq istədiyini öyrənmişdir. Bundan sonra velosipedin ona məxsus olduğunu bildirib, velosipedi Amiddən geri almış, Amid isə velosipedi şahid1 adlı şəxsdən aldığını bildirmişdir. Bundan başqa şahid şahid2 ifadəsində göstərmişdir ki, velosipedi ona tanışı şahid1 satmışdır. Və guya həmin vaxt Natiq onun evinin yaxınlığındakı Oba Marketin yanında dayanmışimiş. Amma bu fakt şahid1 məhkəməyə şahid qismində verdiyi ifadəsində təsdiqlənməmişdir. O bildirmişdir ki, velosipedi Amidə satan zaman Təqsirləndirilən şəxs ümumiyyətlə o ərazidə olmamışdır. Məhkəmə şahid1 ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmə baxış iclasında verdiyi ifadələr arasında ziddiyəti aşkar etmiş, ancaq hər hansı bir əsaslandırma təqdim etmədən ibtidai istintaqdakı ifadəni daha əsaslı qəbul etmişdir. şahid1 artıq məhkum edilmişdir və məhkəmənin onun barəsində ittihamedici hökmü mövcuddur. Bildirmək istərdim ki, şahid1 şifahi sözlərdən ibarət sadəcə izahat vermişdir ki, guya velosipedi Natiqlə birlikdə olduqları zaman görmüşlər və götürmüşlər. Hətta Natiq onu sürüb gətirib Zaura təqdim etmişdir. Lakin, bunu təsdiq edəcək bir dənə sübut mövcud deyildir. İş materiallarında tədqiq edilən sübutlardan biri də şahid1 təqsirləndirildiyi cinayət işi olmuşdur ki. hansı ki, həmin cinayət işində Təqsirləndirilən şəxs şahid qismində dindirilmişdir və Zaurun üzünə qarşı bildirmişdir ki, oğurluq cinayətində onunla birlikdə olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs təqsirləndirildiyi məhkəmə baxışında şahid1 Natiqin əlehinə bir cümlə belə işlətməmişdir. Sadəcə o bilmək istəyirdi ki, niyə Natiq oğurluğu Zaur etdiyini demişdir? Bu səbəbdən də o da əsəbləşmiş və istintaqda belə bir ifadə vermişdir. Eyni zamanda məhkəmə oğurluğun törədildiyini anbaan qeydə alındığı kamera görüntülərini tədqiq etməsinə və orada oğurluq edən şəxslərin için Təqsirləndirilən şəxs olmadığını gördüyü halda onun barəsində ittihaçedici hökm çıxarması həqiqətən də suallar doğurur. Məhkəmə hökmünün 8-ci səhifəsinin sonunda məhkəmə qeyd edir ki, Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək şahid1la birlikdə hər hansı oğurluqda iştirak etmədiyinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Məhkəmənin mövqeyinin tamamilə əksinə qeyd etmək istəyirəm ki, məhkəmə bir şahid ifadəsində həqiqətən də “Bu velosipedi Natiq oğurlayıb, Görmüşəm. Natiq satıb, və ya kamera görüntülərində Natiqin görüntüsü var” deyə sübut xarakterli bir şey yoxdur. Məhkəmənin yeganə istinad etdiyi ifadələrdən biri şahid şahid2 velosipedi Zaurun satdığını bildiyini və bunu müzakirə edərkən guya X1 yanında görməsini onunla birbaşa ünsiyyətdə olmuş şəxs şahid1 təsdiq etməmişdir. şahid1 məhkəməyə verdiyi ifadəsində birmənalı şəkildə bunu təsdiq etmişdir. Lakin məhkəmə bu fakta da əhəmiyyət verməmiş, öz daxili inamına üstünlük vermişdir. Məhkəmənin hökmü əsassız olduğundan ləğv edilməlidir və Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tam şəkildə bəraət verilməldir. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün dəyişdirilməsini, hüquqlarını müdafiə edən şəxs barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Dövlət itihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxarılmasını şəxsin ittiham olunduğu əməl üzrə təqsirinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən əməldə cəzanı ağırlaşdıran halın olmamasını, yüngülləşdirən hal kimi isə zərərçəkmiş şəxsin şikayətinin olmamasını, barışmasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etmiş, təqsirləndirilən şəxs apellyasiya icraatı zamanı irəli sürülən ittiham ilə razı olduğunu bildirərək, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən, apellyasiya şikayəti əsassız hesab edilməklə formal mülahizə kimi dəyərləndirilməli, gəlinən nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Təqsirləndirilən şəxs qarşı işin halları hissəsində təsvir olunan formada zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talama ilə bağlı ittiham verilmişdir. Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilməklə qiymətləndirilən sübutlara düzgün istinad edilməklə, onlara hüquqi qiymət verilməsi barədə gəldiyi nəticə ilə kollegiya razılaşdığından, həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamasıdır. Həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrində oğurluq əməlinin müəyyən edilmiş tövsifedici əlamətləri kimi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi təsbit edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Bu cinayət əməli də mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasının talama cinayətləri növünə aid edilmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2005-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarın 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Cinayət Prosessual Məcəllənin 139.0. 139.0.1, 139.0.3 və 139.0.4-cü maddələrinin məzmununa görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edilən maddi və prosessual hüquq normalarını müqayisəli təhlil edərək, qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməsə də, onun təqsiri iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq edilir. Şahid qismində dindirilmiş şəxslərin (şahid1, şahid2) ifadələri, üzləşdirmə istintaq hərəkətləri və digər istintaq hərəkətləri nəticəsində toplanmış sübutların müqayisəli təhlili müdafiə tərəfinin dəlillərinin əsasız olması kimi dəyərləndirilməli olması qənaətini formalaşdırır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsində göstərilən halların, həmçinin onun ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu və elan olunmuş ifadəsinin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə barədə protokol və digər istintaq hərəkətləri nəticəsində toplanmış sübutların müqayisəli təhlili onun ittiham üzrə təqsirli olması qənaətini formalaşdırır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə onun “Həyat Naminə” Reabilitasiya mərkəzində yatılı qalmaqla ##.##.2025-ci il tarixədək reabilitasiya keçməsinə münasibətdə qeyd edilməlidir ki, onun həmin mərkəzdə yerləşdirilməsi ##.##.2025-ci il tarixdən başlamışdır. Oğurluq əməlinin ##.##.2025-ci il tarixdə saat 01 radələrində törədildiyini və şahid1 məhkəmə iclası zamanı “velosipedi aldıqdan məhz bir neçə saat sonra Amidə satmışdır.” deməsini nəzərə alınsa oğurluğun həmin gün səhərədək artıq baş verdiyini müəyyən edilir. Təqsirləndirilən şəxs ifadəsində hadisənin səhərisi günü saat 15-16 radələrində reabilitasiya mərkəzinə getdiyini bildirmişdir. Yəni oğurluq baş verən vaxt Təqsirləndirilən şəxs adı çəkilən reabilitasiya mərkəzində olmamışdır. Bu isə birinci instansiya məhkəməsinin müdaifə tərəfinin dəlilinə tənqidi yanaşılma barədə gəlinən nəticəni qanuni və əsaslı hesab edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarı). Bu isə onu ehtiva edir ki, istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar topladığını, birinci instansiya məhkəməsi tərəfindən isə həmin sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə dəyərləndirilmə aparıldığını təsdiq edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. DİN BƏSİİ-dən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü ilə CMnin 177.2.1, 177.2.2, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, bundan başqa Səbail rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə CM-nin 234.1 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 01 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Sumqayıt şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 1 il, 7 ay, 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sonuncu dəfə o, Sumqayıt şəhər Məhkəməsinin 25.08.2020ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 3 il, 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir (i.v. 95-96). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən cəzanı ağırlaşdıran halın olmamasını, yüngülləşdirən halın olmasını nəzərə almışdır. Lakin cəza təyin edilərkən onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almamışdır. Təqsirləndirilən şəxsin atası Şirinov həşim Həsən oğlu 1993-cü ildə Qarabağ müharibəsində şəhid olmuşdur. Bu hal onun barəsində cəza təyin edilərkən təyin edilən cəzanın ailəsinin həyat şəraitinə təsiri üzrə dəyərləndirmə aparılarkən nəzərə alınmalı olması xüsusat təşkil edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hal nəzərə alınmamışdır. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-cü maddələri ilə cəza təyin edilərkən təqsirli bilindiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, təqsirləndirilən şəxsin əməlində də cəzanı ağırlaşdıran halın olması, yüngülləşdirən hal kimi zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, barışması ilə yanaşı, onun atasının şəhid olması ilə onun barəsində cəmiyyətdən təcrid edilmədən cəza təyin edilməsinin mümkünlüyün təsbit etdiyindən, barəsində təyin edilmiş cəza azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, lakin şəxsiyyətini xarakterizə edən hallar ona azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsini istisna etdiyindən, ona 2 (iki) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə müvafiq olaraq cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün və ## ##### 2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlanıldığı, cəmi 1 ay 19 gün müddət bir günə iki gün hesabı ilə 3 (üç) ay, 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq 2 (iki) il, 2 (iki) ay, 22 (iyirmi iki) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından həbsdən dərhal azad olunmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün və ## ##### 2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlanıldığı, cəmi 1 ay 19 gün müddət bir günə iki gün hesabı ilə 3 (üç) ay, 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il, 2 (iki) ay, 22 (iyirmi iki) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını saat 22:00-dan 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından həbsdən dərhal azad olunsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qərarın təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad olunması hissəsində icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının rəhbərliyinə, təqsirləndirilən şəxsə təyin edilmiş cəza hissəsində icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-164/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-164/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver