Məhkəmə qərarları › İş №1(3-8)-166/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-166/2026

15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-166/2026 15.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X14 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X10 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında audio-video yazı aparılmaqla baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə (hakim Samir Ismayılov ) Təqsirləndirilən şəxs (##.##.1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, ünvan 1 ünvanında yaşamış, barəsində “ev dustqlığı” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin ləğv ediməsi, barəsində «həbs» qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, mülki iddiaçı Zərərçəkmiş şəxsin hüquqi varisi mülki iddiasının qismən təmin edilərək maddi ziyana görə 8.725 (səkkiz min iki yüz iyirmi beş) manat, dəfn, mərasim və baş daşı xərclərinə görə 3.000 (üç min) manat, mənəvi zərərə görə 1.000 (min) manat, ödənilmiş dövlət rüsmununa görə 167 (yüz altmış yeddi) manat, hüquqi yardım xərcinə görə 325 (üç yüz iyirmi beş) manat, ümumilikdə 13.217 (on üç min iki yüz on yeddi) manatın mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxsin hüquqi varisi ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Işin halları: Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, yol hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, ## ###### 2024-cü il tarixdə, saat 11:10 radələrində B1,В kateqoriyalı, BC seriyalı, ****** nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan **-RS-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 180 Minik” markalı avtomobil ilə Sumqayıt şəhəri, Nizami küçəsində üzü Azərbaycan prospekti istiqamətində təxminən 40-50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaqla, öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görmədən, həmin maddənin tələblərini pozaraq, hərəkətini davam etdirərək yol hərəkəti istismarı qaydalarını pozmuş, nəticədə idarə etdiyi avtomobilin qabaq hissəsinin yolun sağ hərəkət hissəsində dayanmış vəziyyətdə olan **-HX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin sol arxa hissəsi ilə, daha sonra **-HX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin qarşıda dayanmış vəziyyətdə olan 99- CH337 dövlət qeydiyyat nişanlı “X1” markalı avtomobilin arxa hissəsi ilə toqquşmasına səbəb olub ehtiyatsızlıqdan “Hyundai Sonata” markalı avtomobil ilə “X1” markalı avtomobillərin arasında sıxılmış vəziyyətdə qalmış piyada X5 beyin maddəsinə və beyin qişalarına qansızma, subdural hematoma, sol beyin yarımkürəsinin gicgah-təpə payının subdural hematoması, sağ ənsəboyun nahiyyəsinin yumşaq toxumalar altına qansızma, sol bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, sol baldır sümüklərinin yuxarı 1/3-nin açıq yerdəyişən sınığı, sol bayır topuğun qapalı yerdəyişən sınıqları, sağ incik sümüyünün yuxarı 1/3-nin ikiqat qapalı yerdəyişən sınığı, sol dizaltı nahiyyənin əzilmiş-cırılmış yarası kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirib Cavanşir Quliyevin almış olduğu xəsarətlər fonunda sol gicgah-təpə nahiyyəsinin subdural hematoması, beyin maddəsinə və yumşaq beyin qişasına qansızmadan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Apellyasiya şikayətinin dəlilləri: Müdafiəçi Müdafiəçi apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilməsi, ona həmin maddənin sanksiyasında nəzərə tutulmuş ən aşağı həddə cəza təyin olunması və barəsində Azərbaycan Respublikası Milli Məclisinin "Konstitusiya və Suverenlik Ili" münasibətilə amnistiya elan edilməsi haqqında" ## ###### 2025-ci il tarixli Qərarı tətbiq olunmaqla cəzadan azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxsin müalicəsi üçün 10 min manat civarında vəsaiti hadisədən sonrakı günlərdə ödəyən 65 yaşlı, II qrup əlil, məcburi köçkün olan təqsirləndirilən şəxsə qarşı belə ağır ittiham hökmünün çıxarılmasının məhkəməyə kənar təsirlərin nəticəsi olaraq qəbul edirlər. Müdafiə tərəfinin əsas arqumenti ondan ibarətdir ki, zərərçəkmiş şəxsin ölümü ilə baş vermiş yol nəqliyyat hadisəsi arasında səbəbli əlaqə yoxdur. Belə ki, işdə olan ekspert rəyinə əsasən, ölümün səbəbi sol gicgah-təpə nahiyəsinin subdural hematoması, beyin maddəsinə və yumşaq beyin qişasına qansızma olmuşdur. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra, zərərçəkmiş şəxs dərhal Sumqayıt şəhər X8, orada Sumqayıt Hospitalına aparılmış, daha sonra isə * nömrəli xəstəxanaya köçürülmüşdür. Hər üç tibb müəssisəsindən vəkil sorğusuna verilmiş cavablardan görünür ki, xəstəyə sol bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, sol baldır sümüklərinin yuxarı 1/3-nin açıq yerdəyişən sınığı, sol bayır topuğun qapalı yerdəyişən sınıqları, sağ incik sümüyünün yuxarı 1/3-nin ikiqat qapalı yerdəyişən sınığı, sol dizaltı nahiyyənin əzilmiş-cırılmış yarası dianozu qoyulmuş və bu diaqnoz ətrafında müalicə olunmuşdur. X6 beyin maddəsinə və beyin qişalarına qansızma, subdural hematoma, sol beyin yarımkürəsinin gicgah-təpə payının subdural hematoması xəsarətini hansı şəraitdə alması iş materiallarından aydın olmur. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iş materiallarından və şahidlərin ifadələrindən də göründüyü kimi, zərərçəkmiş şəxs biri sedan digəri cip olmaqla iki avtomobil arasında sıxılmış vəziyyətdə ayaq üstə qalmışdır. Onun bu vəziyyətdə sol gicgah-təpə nahiyyəsindən xəsarət alması mümkün deyildir. Hətta o, həmin xəsarəti almışdırsa, bununla bağlı heç bir müayinə və müalicə aparıImadığı üçün onun ölümünə səbəb həkim səhvidir. Məhkəmə iclasında ekspert qismində iştirak edən şahid2 açıq-aşkar bildirmişdir ki, mərhumun ölümünə səbəb həkim səhvidir. Ekspert həmçinin qeyd etmişdir ki, bu barədə özü müstəntiqə demişdir. Müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş komission ekspertizanın - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi X4” X2 ##.##.2026-cı il tarixli, T**/**** saylı rəyindən görünür ki, əqdim edilmiş tibbi sənədlərin təhlili zamanı sol gicgah-təpə nahiyyəsinin subdural hematoması, beyin maddəsinə və yumşaq beyin qişasına qansızma ilə əlaqədar müayinə və müalicə barədə hər hansı bir məlumata rast gəlinmədi. Aparıldığı təqdirdə belə baş beyində aşkar edilən travmatik dəyişiklik, aşağı ətrafların ağır travması, septik şok və qanqrena, şəkər xəstəliyi ilə müştərək getdiyindən mərhum C.M.Quliyevin ölümünün qarşısının alına bilməsi haqqında birmənalı fikir söyləmək mümkün deyildir. Ekspert rəyi ilə sübut olunur ki, mərhuma sol gicgah-təpə nahiyyəsinin subdural hematoması, beyin maddəsinə və yumşaq beyin qişasına qansızma ilə əlaqədar müayinə və müalicə təyin olunmamışdır. Bu, açıq-aşkar həkim səhvidir. Təyin olunsaydı ölümün qarşısı alma bilərdimi, sualına qəti cavab verilməsə də, şübhələr təqsirləndirilən şəxsin xeyrinə yozulmalıdır. Zərərçəkmiş şəxsin sol gicgah-təpə nahiyyəsinin subdural hematoması, beyin maddəsinə və yumşaq beyin qişasına qansızma xəsarətini necə almasının mexnizmi iş materialları ilə müəyyən olunmur. O, xəstəxanada çarpayıdan yıxılmaqla da həmin xəsarəti ala bilərdi. Göründüyü kimi, mərhumun hadsisə zamanı sol gicgah-təpə nahiyyəsinin subdural hematoması, beyin maddəsinə və yumşaq beyin qişasına qansızma xəsarətini almasına dair işdə mötərbər sübut yoxxdur. Odur ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsüf edilməli, ona həmin maddənin sanksiyasında nəzərə tutulmuş ən aşağı həddə cəza təyin olunmalı, barəsində Azərbaycan Respublikası Milli Məclisinin "Konstitusiya və Suverenlik Ili" münasibətilə amnistiya elan edilməsi haqqında" ## ###### 2025-ci il tarixli Qərarı tətbiq olunmaqla cəzadan azad edilməlidir. Müdafiə tərəfi mülki iddia ilə bağlı qeyd edir ki, qiymətlər şişirdilmiş qiymətlərdir. Fakturaya baxdıqda bəlli olur ki, xəstənin aldığı xəsarətə aid olmayan müalicələr aparılmış, təyinatlar yazılmış, hər gün qan analizlərinin götürüldüyü yazılmış, minlərlə əlcək, min metrlərlə tənzif və s. Bu kimi kiçik xərc aparan ləvazimatlar dəfələrlə yazılmaqla qiyməti şişirdilmişdir. Hesab edirik ki, xəstəyə əsas müayinə və müalicəni təyin etməyən həkim səhvinə yol verən müəssisənin təqdim etdiyi faktura hazırki cinayət işi çərçivəsində deyil, ayrıca mülki icraat çərçivəsində araşdırma tələb etdiyindən mülki iddia baxılmamış saxlanılmalıdır. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsindəki çıxışında müdafiəçi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunsa da, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilməsi, ən aşağı həddə cəza təyin olunaraq, barəsində Azərbaycan Respublikası Milli Məclisinin "Konstitusiya və Suverenlik Ili" münasibətilə amnistiya elan edilməsi haqqında" ## ###### 2025-ci il tarixli Qərarı tətbiq olunmaqla cəzadan azad edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu qeyd edib, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi və əlavə olaraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olduğunun nəzərə alınmmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya tələblərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, hökmün dəyişdirilməklə, Təqsirləndirilən şəxs əməlinin təqsirli bilindiyi CMnin 263.2-ci maddəsindən həmin məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçisinin, hökmün dəyişdirilmədən saxlanması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü təyin olunmuş cəzanın ağırlığına görə dəyişdirilməlidir. Məhkəmə kollegiyası məhkəmə araşdırmasının yekunu üzrə qərar qəbul edərkən CPMnin 349-351-ci maddələri ilə müəyyən edilən normaları əsas götürür. Həmin maddələrlə müəyyən edilmişdir ki, hökm Azərbaycan Respublikası Konstitusiyasına, cinayət və cinayətprosessual qanunlara riayət edilməklə çıxarıldıqda, habelə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni və əsaslı sayıla bilər (CPM-nin 349.4 və 249.5-ci maddələri). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bəraət hökmünə bəraət verilən şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir.(CPM-nin 350.3 və 351.2-ci maddələri). Məhkumun müdafiəçisinin apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətində işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək məhkumun əməlinin CM-in 263.1-1-ci maddəsinə tövsif edilərək, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri, məhkəmə-tibbi və kompleks məhkəmə-tibbi ekspertizalarının rəyləri, yol nəqliyyat hadisəsinin video görüntüləri və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, o, “Mercedes Benz” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. ## ###### 2024-cü il tarixdə həmin avtomobili 40-50 km/saat sürətlə idarə edən zaman Sumqayıt şəhəri, Nizami küçəsində “Al market”in yaxınlığında huşunu itirdiyi üçün anidən idarətetməni itirmiş və bu an avtomobilinin qabaq sağ hissəsi ilkin olaraq həmin marketin qarşısında yolun sağ kənarında dayanıqlı vəziyyətdə olan “Hyundai Sonata” minik markalı avtomobilin sol arxa hissəsinə çırpılmışdır. Daha sonra isə həmin avtomobilin ön hissəsi zərbənin təsirindən öz qarşısında dayanıqlı vəziyyətdə olan “Hyundai Santafe” markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə baş verdikdən sonra özündə olmamış, avtombildən necə düşməsini də dəqiq bilmir. Bir qədər sonra ona məlum olmuşdur ki, avtomobillərin arasında bir nəfər şəxs sıxışaraq qalmış və xəsarət almışdır. Hadisə baş verikdən sonra oraya polis əməkdaşları, həmçinin xəsarət alan şəxs olduğu üçün TTYS avtomobili yaxınlaşmış, daha sonra isə xəsarət alan şəxs xəstəxanaya aparılmışdır. Daha sonra iki avtomobilin arasında sıxılmış vəziyyətdə qalan şəxsin X5 olduğunu bilmişdir. Cavanşirin ayağında sınıq olduğu üçün X5 Sumqayıt Hospitalda birinci dəfə ## ###### 2024-cü il tarixdə əməliyyat etmişlər və əməliyyatdan sonra həkim vəziyyətinin yaxşı olduğunu demişdir. ## ###### 2024-cü il tarixdə X5 yenidən Sumqayıt Hospitalda əməliyyat olunmuşdur. # ###### 2025-ci il tarixdə Cavanşir Quliyevi yaxınları Sumqayıt şəhər * saylı xəstəxanaya köçürmüşlər. ## ###### 2025-ci ildə polis idarəsindən ona X5 öldüyü barədə məlumat verilmişdir. Həmçinin bildirmişdir ki, hadisədən sonra bir nəfər qadın onu avtomobildən huşsuz vəziyyətdə çıxardığını sonradan bilmişdir. Hadisə vaxtı özü hər hansı bədən xəsarətləri almamışdır. Onun halı pisləşdiyi üçün huşunu itirmiş, nəticədə avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarında dayanmış vəziyyətdə olan avtomobilə çırpılmışdır. Hadisədən sonra mərhum uzun müddət xəstəxanada yalnız ayağında olan xəsarətlərə görə müayinə və müalicələr almış, bu müddət ərzində onun baş nahiyyəsi üzrə hər hansı müayinə və müalicələr aparılmamışdır. Mərhumun ölüm səbəbi isə baş nahiyyəsindən aldığı xəsarətə görə olmuşdur. Bu göstərilənlər isə onu deməyə əsas verir ki, mərhum onun törətdiyi yol nəqliyyat hadisəsinə görə deyil, başqa şəraitdə aldığı xəsarətə görə və həkimlərin səhlənkarlığına görə vəfat etmişdir. O, X6 əməliyyatı və xəstəxana xərcləri ilə bağlı ##.##.2026-cı il tarixə kimi ümumilikdə üçün 9.620 manat pul ödəmişdir. Həmin vaxtdan sonra isə maddi vəziyyəti imkan vermədiyi üçün əlavə ödənişlər edə bilməmişdir. Mərhum şəxs vəfat edən zaman yas yerinə getmək niyyətləri olsa da, ona məlumat vermişlər ki, mərhumun yaxınları onların yas yerinə getməsini istəmirlər, ona görə də o və ya digər yaxın şəxsləri yas yerinə getməmişlər. Yaxın ətrafında olan şəxslər vasitəsi ilə mərhumun yaınlarına bir neçə dəfə xəbər göndərərək barışıq təklif etsə də, barışıq baş tutmamışdır. Bundan əlavə təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş məhkəmənin icraatında olduğu 09 aya yaxın müddət ərzində zərərçəkmiş şəxsin yaxın qohumları ilə barışıq əldə etməsi üçün hər hansı cəhd etməmişdir. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı zərərçəkmiş şəxsin hüquqi varisi, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxsin hüquqi varisi mülki iddia tələbini qəbul etmədiyini qeyd edərək bildirmişdir ki, X6 əməliyyatı və xəstəxana xərcləri ilə bağlı ##.##.2026-cı il tarixə kimi ümumilikdə üçün 9.620 manat pul ödəmişdir. Hesab edir ki, həmin məbləğ mərhumun əməliyyatı və digər zəruri xəstəxana xərclərinin tam ödənilməsinə kifayət edir. Belə ki, xəstəxana xərclərinin bir qismi sığorta şirkəti tərəfindən qarşılanmış və xəstəxana tərəfindən ümumi xərclərə bir qədər endirim edilmişdir. Bundan əlavə isə nəzərə almaq lazımdır ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, xəstəxanada mərhuma yol nəqliyyat hadisəsinə aidiyyəti olmayan digər xəstəliklərə görə də müayinə və müalicələr tətbiq edilmiş, əsassız və şişirdilmiş xidmətlər sənədlərdə göstərilmişdir. Ona görə də mülki iddia tələbini ümumiyyətlə qəbul etmir, hesab edir ki, ##.##.2026-cı il tarixə kimi ödədiyi 9.620 manat pul bu xərclərin qarşılanması üçün kifayət edir. Ona görə də ona qarşı olan mülki iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxin əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibinin olmamasına dair müdafiəçinin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair ifadəsinə münasibət bildirmişdir. Belə ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, hadisənin onun iradəsindən asılı olmayan səbəblərdən, o cümlədən huşunu itirməsi nəticəsində baş verməsi, xəstənin ölümünə həkim səhvinin səbəb olması barədə verdiyi ifadələr iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunur və həmin ifadələr özünü müdafiə xarakteri daşıyır. Belə ki, birinci instansiya məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərmişdir ki, X6 Mürvət oğlu onun atasıdır. ## ###### 2024-cü il tarixdə təxmini saat 11 radələrində özünə məxsus avtomobil ilə Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində olan zaman bacısı qızı Ruqiyyə ona zəng etmiş və Sumqayıt şəhəri icra hakimiyyətinin yaxınlığında atası Cavanşirin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almasını bildirmişdir. O, bunu eşitdikdən sonra dərhal həmin yerə gəlmişdir. Yolda olan zaman qardaşı Ceyhun ona zəng etmiş və atasını Sumqayıt şəhər TTY Xəstəxanasına gətirildiyini bildirmişdir. Bundan sonra o, Sumqayıt şəhər TTY Xəstəxanasına gəlmiş və orada atasının ayaqlarının əzilmiş vəziyyətdə olduğunu görmüşdür. Orada o, hadisənin Sumqayıt şəhəri, Nizami küçəsində yerləşən “Al market”in qarşısında baş verdiyini və atasının baş vermiş hadisə zamanı iki maşının arasında sıxılmış vəziyyətdə qalması nəticəsində xəsarət almasını müəyyən etmişdir. O, həmin gün atasının vəziyyətinin yaxşı olmadığını görmüş və atasını Sumqayıt Hospitala yerləşdirmişdir. Atası Sumqayıt Hospitalda ## ###### 2025-ci il tarixdə, növbəti gün bir daha əməliyyat olunmuşdur. Sumqayıt Hospitalda müalicə ödənişli olduğu üçün və həmin vaxt maddi imkanları aşağı olduğu üçün onlar məcburiyyət qarşısında qalaraq # ###### 2025-cü il tarixdə atası Cavanşiri Sumqayıt şəhər * saylı xəstəxanaya köçürmüşlər. ## ###### 2025-ci ildə isə atası Sumqayıt şəhər * saylı xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişmişdir. Hadisəni törədən Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixə kimi xəstəxana xərclərini qarşılasa da, sonradan hər hansı xərcin qarşılanmasında iştirak etməmiş və atasının vəziyyəti ilə ümumiyyətlə maraqlanmamışdır. Atası vəfat etdikdə də Təqsirləndirilən şəxs və ya onun yaxınları yas yerində iştirak etməmişlər yaxud sonradan da olsa onlara baş sağlığı verməmişlər. Aradan keçən bir ildən artıq müddətdə, uzun çəkən məhkəmə prosesləri zamanı da Təqsirləndirilən şəxs onlara baş sağlığı verməmiş və ümumiyyətlə heç barışığa belə cəhd etməmişdir. Onun atası Sumqayıt şəhərində kifayət qədər tanınmış bir şəxs olmuşdur. Hazırda hara getsə hər kəs atasını vuran adamın onlarla barışıb-barışmamasını, qapılarına gəlibgəlməməsini, məhkəmə işinin nə yerdə qalmasını maraqlanır. O, isə atasını vuran adamın heç nə olmamış kimi azadlıqda gəzməsini kiməsə deməyə utanır. Təqsirləndirilən şəxs bir dəfə də olsa ona başsalığı verib üzrxahlıq etməmişdir, əksinə həmişə barəsində olan cinayət işini həll etdiyini deyir. Bundan əlavə zərərçəkmiş şəxsin hüquqi varisi, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxsin hüquqi varisi mülki iddia ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ##.##.2024-cü il tarixdə törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində atası X5 aldığı xəsarətlər nəticəsində ##.##.2025-ci il tarixdə xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs atası Cavanşir Quliyevin müalicəsini öz maddi hesabına ödənilməsini öhdəsinə götürmüş və ## ###### 2024-cü il tarixədək 1500, 500, 2000, 680, 2800 və 300 manat olmaqla 7780 manat məbləğində pulu Sumqayıt Hospital tibb müəssisəsinə ödəmişdir. Bundan başqa 2-3 dəfə olmaqla xəstəyə maddi yardım köstərilməsi üşün 1520 manat məbləğində ona əllə pul vermişdir. Ümumilikdə tibb müəssisəsinə və ona əllə verdiyi pul daxıl olmaqla ümumi məbləğ 9300 manat təşkil edir. ##.##.2025-ci il tarixdən sonra sürücü Allahverdi Hüsenov onlarla əlaqəsini kəsmişdir. Atasının müalicəsi ilə maraqlanmamış, müalicəsini davam etdirməsindən imtina edib heç bir maddi köməklik göstərməmişdir. Bundan sonra, yəni ##.##.2024-cü ildən başlayaraq atası Cavanşir Quliyevin müalicə ilə əlaqədar olaraq ##.##.2024-cü ildə 2000, ##.##.2024 cü ildə 1000, ##.##.2024-cü ildə 1200, ##.##.2024-cü ildə 1200, ##.##.2024-cü ildə 500, ##.##.2025-ci ildə 1100, ##.##.2025-ci ildə 1000 və ##.##.2025-ci ildə 2245 manat olmaqla, ümumilikdə 10245 (on min iki yüz qırx beş) manat məbləğində pulu müvafiq qəbzlərlə Sumqayıt Hispital tibb müəssisəsinə ödəmişdir. Bundan başqa atasının dəfninə 700 manat (onun içində qəbrin qazılması işləri, mərhumun meydinin nəqliyyat vasitəsi ilə daşınması, meyidin yuyulması, ölünü götürməyə görə mollaya ödənilər pullar daxildir) pul xərcləmişdir. Bundan başqa atasının Mirvari mərasim evində keçirilən 3 günlük mərasiminə görə 5800 manat və 40 günlük mərasimin keçirilməsinə görə 3500 manat olmaqla, ümumilikdə 9300 manat pul xərcləmişdir. Bundan başqa mərhumun baş daşının hazırlanmasına görə 4000 manat məbləğində pul ödəmişdir. Bu barədə olan qəbzi məhkəmə istintaqı zamanı məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2024-cü ildən atası Cavanşir Quliyevin müalicəsi ilə maraqlanmaması, atasının ölməsinə kimi xəstəxanaya gedib baş çəkməməsi, ailələrinin digər üzvləri ilə əlaqə saxlamaması, saymamazlıq edərək hüzür mərasiminə gəlib başsağlığı verməməsi, zərərçəkmişin taleyinə biganə və laqeyd yanaşması, indiyə kimi onları saymayab barışıq istəməyə cəhd etməməsinə görə böyük sarsıntılar keçirməklə, əsəblərinin korlamasına səbəb olmasına görə 5000 manat məbləğində mənəvi ziyan vurmuşdur. Göstərilən halları nəzərə alaraq mülki cavabdeh Təqsirləndirilən şəxs atasının müalicəsinə görə Sumqayıt Hospital tibb müəssisəsinə ödədiyi 10245 manat, dəfninə xərclədiyim 700 manat, 3 günlük mərasiminin keçirilməsinə görə xərclədiyi 5800 manat və 40 günlük mərasiminin keçirilməsinə görə 3500 manat, baş daşına görə ödədiyim 4000 manat olmaqla, 24.245 manat maddi ziyandan mülki cavabdehin ##.##.2024-cü il tarixədək mənə atamın müalicəsinə görə əllə verdiyi 1520 manat nəzərə alındıqdan sonra (24.245-1520 manat) qalan 22.725 (iyirmi iki yeddi yüz iyirmi beş)manat maddi, 5000 (beş min) mənəvi ziyanın, mülki iddianı qaldırmağa görə ödədiyim 167 (yüz altmış yeddi) manat dövlət rüsumunun və hüququ yardım almağıma görə ödədiyim 325 manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ##.##.2025-ci il tarixli */*** nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz” markalı, 10-RS- 229 dövlət qeydiyyat nişanı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi X4 ##.##.2025-ci il tarixli, ** saylı rəyindən görünür ki, X6 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Beyin maddəsinə və beyin qişalarına qansızma, subdural hematoma, sol beyin yarımkürəsinin gicgah-təpə payının subdural hematoması, sağ ənsə-boyun nahiyyəsinin yumşaq toxumalar altına qansızma, sol bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, sol baldır sümüklərinin yuxarı 1/3-nin açıq yerdəyişən sınığı, sol bayır topuğun qapalı yerdəyişən sınıqları, sağ incik sümüyünün yuxarı 1/3-nin ikiqat qapalı yerdəyişən sınığı, sol dizaltı nahiyyənin əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni ##.##.2024 ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdirlər, həyatidirlər və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. X6 bədəni üzərində olan xəsarətlərin xarakteri və yerləşməsi bud və baldır nahiyyəsinin maşınların iki bərk küt hissəsi ilə sıxılmasına və sonradan başın arxaya doğru əyilərək sağ boyun-ənsə nahiyyəsinin, arxadakı maşının küt hissəsinə dəyməklə törənməsinə uyğun gəlir. X6 ölümünə səbəb sol gicgah-təpə nahiyyəsinin subdural hematoması, beyin maddəsinə və yumşaq beyin qişasına qansızma olmuşdur. Ölüm Sumqayıt şəhər * saylı xəstəxanada ##.##.2025-ci il tarixdə saat 11:20 radələrində baş vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi X4” X2 ##.##.2026-cı il tarixli, T**/**** saylı rəyindən görünür ki, 1948-ci il təvəllüdlü X6 adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Mərhum C.M.Quliyevin meyitinin məhkəmə-tibbi ekspertizası zamanı beyin maddəsinə və beyin qişalarına qansızma, sol beyin yarımkürəsinin gicgah- təpə payının subdural hematoması, sol bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, sol baldır sümüklərinin yuxarı 1/3-nin açıq yerdəyişən sınığı, sol bayır topuğun qapal, yerdəyişən sınıqları, sağ incik sümüyünün yuxan 1/3-nın ikiqat qapalı yerdəyişən sınığı ilə müşayiət olunan aşağı ətrafların qanqrenası, septik şok, sol dizaltı nahiyyənin əzilmiş-cırılmış yarası aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyati olub, böyük fiziki qüvvəyə malik küt əşyaların təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni ##.##.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yaranmağa uyğun gəlir və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Meyit əlamətləri ölümün qərarda göstərilən vaxtda, yəni ##.##.2025-ci Il tarixdə saat 11:.20 radələrində * saylı Sumqayıt şəhər xəstəxanada baş verməsini inkar etmir. Mərhum C.M.Quliyevin ölümünə səbəb ağır septik şok fonunda beyin maddəsinə və beyin qişalarına qansızma, sol beyin yarımkürəsinin gicgah-təpə payının subdural hematoması olmuşdur. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərdən sol bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, sol baldır sümüklərinin yuxarı 1/3-nin açıq yerdəyişən sınığı, sol bayır topuğun qapalı yerdəyişən sınıqları, sağ incik sümüyünün yuxarı 1/3-nin ikiqat qapalı yerdəyişən sınığı, sol dizaltı nahiyyənin əzilmiş-cırılmış yarası xarakter və yerləşməsinə əsasən bud və baldır nahiyyəsinin iki bərk küt əşya ilə sıxılmasına, beyin maddəsinə və beyin qişalarına qansızma, sol beyin yarımkürəsinin gicgah-təpə payının subdural hematoması, sağ ənsə boyun nahiyəsinin yumşaq toxumalar altına qansızma isə başın arxaya doğru əyilərək sağ boyun-ənsə nahiyyəsinin bərk küt səthə dəyməklə törənməsinə uyğun gəlir. Təqdim edilmiş tibbi sənədlərin təhlili zamanı sol gicgah-təpə nahiyyəsinin subdural hematoması, beyin maddəsinə və yumşaq beyin qişasına qansızma ilə əlaqədar müayinə və müalicə barədə hər hansı bir məlumata rast gəlinmədi. Aparıldığı təqdirdə belə baş beyində aşkar edilən travmatik dəyişiklik, aşağı ətrafların ağır travması, septik şok və qanqrena, şəkər xəstəliyi ilə müştərək getdiyindən mərhum C.M.Quliyevin ölümünün qarşısının alına bilməsi haqqında birmənalı fikir söyləmək mümkün deyildir. Iş materiallarında olan kompleks məhkəmə-tibbi ekspertizasının rəyindən aydın şəkildə görünür ki, mərhumun ölümünə səbəb olmuş beyin maddəsinə və beyin qişalarına qansızma, sol beyin yarımkürəsinin gicgah-təpə payının subdural hematoması kimi xəsarətlər birbaşa ## ###### 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmışdır və həmin xəsarətlərin əmələ gəlmə mexanizmi mərhumun iki nəqliyyat vasitəsi arasında sıxılması və baş nahiyəsinin küt səthə dəyməsi ilə uyğunluq təşkil edir. Eyni zamanda ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, qeyd olunan xəsarətlər həyati təhlükəli olmaqla sağlamlığa ağır zərərvurma kateqoriyasına aiddir və ölümün baş verməsi ilə birbaşa səbəbli əlaqəsi olmuşdur. Ekspert rəyində həmçinin göstərilmişdir ki, baş beyində aşkar edilən travmatik dəyişikliklər digər ağır xəsarətlərlə – aşağı ətrafların çoxsaylı sınıqları, septik şok, qanqrena və yanaşı xəstəliklərlə birlikdə inkişaf etmişdir ki, bu hallar da bütövlükdə ölümün baş verməsinə səbəb olan patoloji prosesin tərkib hissəsi olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq öz qərarında göstərmişdir ki, tibbi yardımın göstərilməsində müəyyən çatışmazlıqların mövcud olması ehtimalı olmuş olsaydı belə, bu təqsirləndirilən şəxsin məsuliyyətini istisna etmir. Belə ki, hüquqi baxımdan səbəbli əlaqə yalnız o halda hesab oluna bilər ki, üçüncü şəxslərin hərəkətləri nəticənin yaranmasında müstəqil və həlledici rol oynasın. Halbuki, mövcud iş üzrə ekspert rəyləri ilə təsdiq olunur ki, mərhumun aldığı xəsarətlər məhz yol-nəqliyyat hadisəsi zamanı yaranmış və həmin xəsarətlər həyat üçün təhlükəli olmaqla ölümə səbəb olan prosesin başlanğıcını təşkil etmişdir. Bu baxımdan, sonradan göstərilən tibbi yardımın səviyyəsi təqsirləndirilən şəxsin törətdiyi əməllə nəticə arasındakı səbəbli əlaqəni aradan qaldırmır. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrar təsvir etməyə zərurət görmür. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan əsaslar yoxdur. Beləliklə, məhkəmə kolegiyası iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, yolnəqliyyat hadisəsinin videogörüntüləri, ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə bildirdiyi xüsusatlara tənqidi yanaşaraq, bu xüsusatların təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-in 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini rəhbər tutmaqla məhkumun verilən ittiham üzrə təqsirli olması nəticəsinə gəlmişdir. Kollegiya qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən məhkum edilmiş şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsif olunması və təqsirinin sübut olunmaması səbəbindən iş üzrə çıxarılmış hökmün ləğv olunması barədə müdafiəçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ####### 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bu əməli törətməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, yol-nəqliyyat hadisəsinin videogörüntüləri, ekspert rəyləri, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübuta yetirdiyi tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapdığından, onun təqsirsiz olmasına əsas verən sübutlar olmadığından təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində əməlin tövsif edilməsi dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ədalətliliyini nəzərdən keçirərək onu da qeyd edir ki, işin halları təqsirləndirilən şəxsə daha yüngül növdə cəza təyin edilməsinə əsas verir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etsə də, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, təqsirləndirilən şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət verməmiş, cəza təyininin ümumi prinsiplərini nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasının həddində kifayət qədər ədalətli cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydaların möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla yanaşı, həmçinin məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərməlidir. Bu baxımdan ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amil kimi təqsirkarın şəxsiyyəti hərtərəfli təhqiq edilməli, onun xidməti vəzifəyə, əməyə, ictimai qaydalara münasibəti, təyin olunacaq cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri aydınlaşdırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini, II qrup əlil olmasını və mərhum zərərçəkmiş şəxsin tibbi xərclərini qismən qarşılamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, CM-in 61-ci maddəsinə əsasən barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi Sumqayıt şəhər * saylı Notariat ofisində təsdiq olunmuş ## ### 2026-cı il tarixli ərizəsinin məzmunundan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmişdir, şikayət və tələbi yoxdur, həmçinin mülki iddiadan imtina edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddasinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cöründüyü kimi, qanunvericilik Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə dörd il altı aydan yuxarı cəza təyin olunmasını qadağan etdiyindən, hökmlə həmin maddə ilə təyin olunmuş beş il bir ay müddətə azadlıqdan məhrum etmə cazası azaldılmalıdır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli, * №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası həmçinin verilmiş mülki iddia üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işi materialları apellyasiya məhkəməsinin icraatında olarkən zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı Zərərçəkmiş şəxsin hüquqi varisi notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddia tələbindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmçin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa,iş üzrə icraata xitam verilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina barədə ərizə mülki iddiaçının iradə ifadəsini ehtiva etdiyindən qəbul edilməli, mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdiyi halda dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də, apellyasiya şikayəti təmin olunmamalı, lakin hökm təyin olunmuş cəzanın ağırlığına görə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 186.1, 394, 397, 398, 405, 407, 410-cu maddələrini rəhbər tutaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ##### 2026-ci il tarixdən ## #### 2026-cı il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 03 (üç) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə və Sumqayıt şəhər Probasiya Idarəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar