Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-169/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil oğlunun və onun müdafiəçisi müdafiəçi1 İbrahim oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs İbrahimxəlil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə ##.##.1987-ci il tarixdə Zərdab rayonu, Alıbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 01 (bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması və 4500 (dörd min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmiş, ünvan 1 32- də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, ********* nömrəli cinayət işi barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs İbrahimxəlil oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş və icra edilməyən 4500 (dörd min beş yüz) manat məbləğində cərimə cəzası Təqsirləndirilən şəxs İbrahimxəlil oğluna hazırki hökmlə təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam toplamaq yolu ilə ona 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə və 4500 (dörd min beş yüz) manat məbləğində cərimə cəzaları təyin edilmiş, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ##.##.2026-cı il tarixindən hesablanması, Təqsirləndirilən şəxs İbrahimxəlil oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin olunmuş 4500 (dörd min beş yüz) manat məbləğində cərimə cəzası müstəqil icra olunması, Təqsirləndirilən şəxs İbrahimxəlil oğlunun başqa cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasında həbsdə olması nəzərə alınması hökm edilmişdir. Hökmlə məhkəmə məsrəfləri həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil oğlu etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs İbrahimxəlil oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs tanışlarının vasitəsilə Yasamal rayonu ərazisində yerləşən MİDA sosial evlərdə 3 və 4 otaqlı mənzillərin alınmasında köməklik edəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ##.##.2022-ci il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə, “Unibank”ın qarşısında Zərərçəkmiş şəxs həmin günün məzənnəsinə uyğun olaraq 1190 manat ekvivalentində 700 ABŞ dolları və 4850 manat, ##.##.2023-cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti “Oba” marketdə quraşdırılmış “Emanat” terminalı vasitəsilə Zərərçəkmiş şəxs onun **************** nömrəli Kapital bank hesab kartına göndərdiyi 200 manat, ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti “Oba” marketdə quraşdırılmış “Emanat” terminalı vasitəsilə Zərərçəkmiş şəxs onun **************** nömrəli Kapital bank hesab kartına göndərdiyi 400 manat, ##.##.2023-cü il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə, “Unibank”ın qarşısında Zərərçəkmiş şəxs 4000 manat, ##.##.2023-cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti “Oba” marketdə quraşdırılmış “Emanat” terminalı vasitəsilə Zərərçəkmiş şəxs onun **************** nömrəli Kapital bank hesab kartına göndərdiyi 1000 manat, ##.##.2023cü il tarixdə Zərərçəkmiş şəxs mobil tətbiq vasitəsilə Leobank kartından onun **************** nömrəli Kapital bank hesab kartına göndərdiyi 200 manat, ##.##.2024- cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti “Oba” marketdə quraşdırılmış “Emanat” terminalı vasitəsilə Zərərçəkmiş şəxs onun **************** nömrəli Kapital bank hesab kartına göndərdiyi 850 manat, həmin tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospekti, 22-ci məhəllə “Göyçay” marketdə quraşdırılmış “Mpay” terminalı vasitəsilə Zərərçəkmiş şəxs onun **************** nömrəli Kapital bank hesab kartına göndərdiyi 650 manat, ##.##.2024- cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti “Oba” marketdə quraşdırılmış “Emanat” terminalı vasitəsilə Zərərçəkmiş şəxs onun **************** nömrəli Kapital bank hesab kartına göndərdiyi 800 manat, həmin tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospekti, 22-ci məhəllə “Göyçay” marketdə quraşdırılmış “Mpay” terminalı vasitəsilə Zərərçəkmiş şəxs onun **************** nömrəli Kapital bank hesab kartına göndərdiyi 1100 manat, ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti “Oba” marketdə quraşdırılmış “Emanat” terminalı vasiləsilə Zərərçəkmiş şəxs onun **************** nömrəli Kapital bank hesab kartına göndərdiyi 1800 manat, ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti “Oba” marketdə quraşdırılmış “Emanat” terminalı vasiləsilə Zərərçəkmiş şəxs onun **************** nömrəli Kapitalbank hesab kartına göndərdiyi 1800 manat və “Milliön” terminalı vasiləsilə Zərərçəkmiş şəxs onun **************** nömrəli Kapitalbank hesab kartına göndərdiyi 200 manat, ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, “Qayalı Qold” marketdə quraşdırılmış “Mpay” terminalı vasitəsilə Zərərçəkmiş şəxs onun **************** nömrəli Kapital bank hesab kartına göndərdiyi 1000 manat, ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, 15-ci məhəllə, “Kapital Bank” Qubadlı filialının qarşısında Zərərçəkmiş şəxs həmin günün məzənnəsinə uyğun olaraq 1700 manat ekvivalentində 1000 ABŞ dolları, ##.##.2024-cü il tarixdə Zərərçəkmiş şəxs mobil tətbiq vasitəsilə Birbank kartından onun **************** nömrəli Kapital bank hesab kartına göndərdiyi 800 manat, ##.##.2024-cü il tarixdə Zərərçəkmiş şəxs mobil tətbiq vasitəsilə Birbank kartından onun **************** nömrəli Kapital bank hesab kartına göndərdiyi 300 manat, ##.##.2024-cü il tarixdə Zərərçəkmiş şəxs mobil tətbiq vasitəsilə Birbank kartından onun **************** nömrəli Kapital bank hesab kartına göndərdiyi 2000 manat, ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospekti, 22-ci məhəllə “Göyçay” marketdə quraşdırılmış “Mpay” terminalı vasitəsilə Zərərçəkmiş şəxs onun **************** nömrəli Kapitalbank hesab kartına göndərdiyi 2000 manat, ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, */** saylı binanın qarşısında Zərərçəkmiş şəxs həmin günün məzənnəsinə uyğun olaraq 850 manat ekvivalentində 500 ABŞ dolları pulunu etibardan sui- istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ümumilikdə 27.690 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil oğlu apellyasiya şikayəti verərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi və onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəymiş ziyan tam ödənilmişdir. Apellyasiya şikayəti üzrə icraat zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil oğlu apellyasiya şikayətinə əlavə verərək cinayət işini yenidən araşdıraraq hüquqi qiymət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, əvvəldən tanıdığı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətdə olduğu müddətdə aralarında alış-veriş yaranmışdır. Şəxslə onun heç bir düşmənçiliyi olmayıb. Bu barədə ibtidai istintaq zamanı Mustafa Mustafazadəyə dəfələrlə bildirmişdir. Buna baxmayaraq istintaqı öz istəkləri formada təzyiq altında aparılmışdır. Xanımın ona mesajlarından görünür ki, müstəntiq ondan alacağı puldan özünə pul istəmişdir. Aralarında olan münasibətlər zəminində kartına atdığı 15800 manat məbləğində pulu şəxsin özünə qaytarmışdır. Hətta xanımın anasının kartına köçürmüş, qalan göstərilən pullardan xəbəri olmamışdır. Bu deyəcəklərini birinci instansiya məhkəmə prosesində son söz olaraq deyəcəyini bildirsə də, məhkəmə buna şərait yaratmadan qərar qəbul etmişdir. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil oğlu və onun müdafiəçisi müdafiəçi1 İbrahim oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi və onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 çıxış edərək apellyasiya şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs İbrahimxəlil oğlunun CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, bu dəlillər özündə heç bir faktla təsdiq olunmur və formal mülahizələrdən ibarətdir. Belə ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı təqsirləndirilən şəxs son söz hüququndan istifadə etmədiyini qeyd edilmişdir. Halbuki ##.##.2026-ci il tarixə təyin edilmiş məhkəmə iclasında təqsirləndirilən şəxs son sözə hazırlaşmaq üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclası ## #### 2026-cı il tarixə, saat 12:00-a təxirə salınmışdır. İş üzrə tərəflərin iştirakı təmin olunmadığını görə ## #### 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclası ## ##### 2026-cı il tarixə, saat 11:45-ə təxirə salınmışdır. Qeyd edilən tarixə təyin edilmiş məhkəmə iclasında təqsirləndirilən şəxs yenidən son sözə hazırlaşmaq üçün vaxt verilməsini xahiş etmişdir. Bu isə göstərilən dəlilin əsassız olduğunu göstərir. Digər tərəfdən zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənildiyi göstərilsə də, bu hal heç bir sübutla təsdiq olunmur. Apellyasiya şikayətinin dəlillərindən biri olaraq təqsirləndirilən şəxs ibtidai istintaqın təzyiq altında aparıldığını göstərmişdir. Lakin apelllyasiya instansiya məhkəməsində aparılan icraat zamanıı bu təzyiqin nədən ibarət olduğunu konkret göstərməmişdir. Bundan başqa vurğulamaq lazımdır ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs müdafiəçi təmin edilmiş, təzyiqə məruz qalması barədə nə müdafiəçisinə məlumat vermiş, nə də ki, bu barədə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət (şikayət) etməmişdir. Qeyd edilənlərdən əlavə olaraq xüsusilə qeyd etmək lazımdır ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs fərqli ifadə verərək özünü təqsirli bilmişdir. Bu ifadəsində göstərdiyi hallar zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə təsdiq olunur. Bununla yanaşı təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, birinci və apellyasiya instansiya məhkəmələrində fərqli ifadə vermiş və çıxış etmişdir. Bütün sadalananlar isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmağa çalışdığını göstərir. Təqsirləndirilən şəxs İbrahimxəlil oğluna təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İbrahimxəlil oğlu Tərtər Hərbi Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70ci maddəsi tətbiq edilməklə cəzası 01 (bir) il sınaq müddəti tətbiq edilməklə şərti məhkum edilmişdir. Bakı Hərbi Məhkəməsinin ##.##.2018- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 312.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Şəhər Polis İdarəsinin ##.##.2022ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində olan cinayət işi üzrə icraata CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilib. Tərtər Hərbi Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 312.1-ci maddələri ilə təqsirli bilinərək 6000 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixdə qərarı ilə 4500 manat cərimə cəzası saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Amnistiya aktının tətbiq edilməsi barədə ##.##.2025-ci il tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs İbrahimxəlil oğlu Sumqayıt Şəhər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs İbrahimxəlil oğlunun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Eyni zamanda iş materiallarının tədqiqi zamanı təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının tətbiq edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs İbrahimxəlil oğlunun apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil müdafiəçi1 İbrahim oğluna 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-169/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-169/2026
25.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver