Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-171/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi2, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (hakim N.N.Xəlilova) ##.##.1988-ci ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Üçgün kəndində qeydiyyat olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, onun cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablanması, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ##.##.1992-ci ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış. Quba rayonu. Üçgün kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, onun cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablanması, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzanın icrası təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 yaşayış yerləri üzrə Quba rayon Icra və probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişlər ona görə ki, təqsirləndirilən şəxs2 ## ##### 2025-ci il tarixdə, saat 21 radələrində Quba rayonu, Qımıl kənd sakini zərərçəkmiş şəxs2 idarə etdiyi “Opel” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba rayonu, Üçgün kənd ərazisindən keçən zaman avtomobilin maqnitofonundakı musiqiyə yüksək səs verməsini bəhanə edərək yeznəsi təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs qismində birləşib kəndin birgə yaşayış və qarşılıqlı davranış qaydalarını qərəzli olaraq kobud surətdə qəsdən pozaraq zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili saxlatdırmaqla onun ünvanına nalayiq ifadələr işlədib heç bir əsaslı səbəb olmadan ictimai təhlükəli əməli dərk edib bunu arzu edərək sonuncu və həmin vaxt hadisə yerinə köməyə gəlmiş qardaşı zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib onların bədənin müxtəlif nahiyələrinə yumruqla qəsdən zərbələr endirərək zərərçəkmiş şəxs2 dərəcəsi təyin edilməyən “sağ göz orbiti ətrafında qançır - hematoma və bel nahiyəsində qançır”dan ibarət, zərərçəkmiş şəxs1 isə dərəcəsi təyin edilməyən “sol qaş üstündə qançır, sağ yanaq nahiyəsində qançırhematoma və döş qəfəsinin sol yarısında qançır”dan ibarət xəsarətlər yetirmiş, nəticədə təqsirləndirilən şəxs1 ilə bir qurup şəxs qismində birləşib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, ətrafdakı şəxslərin rahatlığının pozulmasına səbəb olan həmin qərəzli hərəkətləri ilə xuliqanlıq cinayət əməlini törətmişdir. Həmçinin təqsirləndirilən şəxs1 ## ##### 2025-ci il tarixdə, saat 21 radələrində Quba rayonu, Üçgün kəndi ərazisində qaynı təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs qismində birləşib kəndin birgə yaşayış və qarşılıqlı davranış qaydalarını qərəzli olaraq kobud surətdə qəsdən pozaraq, həmin vaxt Qımıl kənd sakini zərərçəkmiş şəxs2 idarə etdiyi “Opel” markalı, **-HA- *** dövlət qeydiyyat nişanlı avtomobilin maqnitofonundakı musiqiyə yüksək səs verməsini bəhanə edərək saxladılmasından sonra zərərçəkmiş şəxs2 və sonradan hadisə yerinə onunla birlikdə gəlmiş qardaşı zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətmiş, heç bir əsaslı səbəb olmadan ictimai təhlükəli əməlini dərk edib onu arzu etməklə zərərçəkmiş şəxs1 üzərinə zor tətbiq edərək onun bədəninin müxtəlif nahiyələrinə yumruqla qəsdən zərbələr endirməklə sonuncuya dərəcəsi təyin olunmayan “sol qaş üstündə qançır, sağ yanaq nahiyəsində qançırhematoma və döş qəfəsinin sol yarısında qançır”dan ibarət bədən xəsarətləri yetirmiş, nəticədə təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs qismində birləşib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, ətrafdakı şəxslərin rahatlığının pozulmasına səbəb olan həmin qərəzli hərəkətləri ilə xuliqanlıq cinayət əməlini törətmişdir. APELLYASIYA PROTESTININ DƏLILLƏRI : Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti verərək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmünün onların təqsirli bilindikləri maddənin sanksiyasına uyğun təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etməklə apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı tərəfindən təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri təklif edilmişdir. Əməlin hüquqi tövsifi mübahisə doğurmasa da, hesab edirəm ki, məhkəmə cəza təyini etməklə yekun qərar qəbul edərkən sübutlar Arərbaycan Respublikas; CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmadığından Quba rayun məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini; ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzalarını ağırlaşdıran halları olmaması ilə yanaşı təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əməllərindən peşiman olmalarını, himayələrində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, zərərçəkmiş şəxslər ilə barışıq əldə etmələrini, zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələblərinin olmamasını, ilk dəfə az ağır cinayət əməli törətmələrini onların cəzasını yüngülləşdirən hallar qismində qiymətləndirmiş və bu halları hökmdə əsas tutaraq onlara yüngül cəza təyin etmişdir. Sadalanan yüngülləşdirici hallardan bir qismi məhkəmə tərəfindən qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu aspektdən məhkəmə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, xarakter şəxsiyyət üçün tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi-psixoloji xüsusiyyətlərin məcmusudur. (D.G.Myers “Psixologiya” - 2010). Yəni, hər bir şəxs müxtəlif münasibətlər kontekstində fərqli formada (müsbət və ya mənfi) xarakterizə edilə bilər. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs xasiyyətnamə əsasında müsbət xarakterizə edilmişdir. Lakin, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunmasını və bu halın nəyə görə cəzanın yüngülləşdirən hal kimi qəbul etməsinin motivlərini də ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Başqa sözlə, məhkəmə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını da yalnız cəzasını yüngülləşdirən halların siyahısında qeyd etməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını, şəxsiyyətlərinin əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri- əsaslandırıcı hissəsində göstərməmişdir. Bundan başqa məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 törətdikləri əməldən səmimi peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Eyni zamanda, CM-in 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əməllərində isə belə hallar müəyyən edilməmişdir. Onların məsuliyyətini və təyin edilməli olan cəzanı yüngülləşdirmək ücün sadəcə əməllərindən peşman olmalarını bildirmələri isə, qeyd olunan əsaslara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Təqsirkarların şəxsiyyətlərinin düzgün qiymətləndirilməsi onların törətdikləri əmələ münasibətindən, bu əməli səmimi etiraf edibetməmələrindən çox asılıdır. Çünki, səmimi etiraf şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisidir. Belə bir halın mövcud olmaması isə şəxsin ona yüngül cəza növü tətbiq edilməklə islah ediləcəyinə inamı azaldır. Qeyd edilənlərlə yanaşı, məhkəmə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətmələrini də əsassız olaraq cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Işin hallarından görünür ki, sözügedən cinayət əməli hadisələrin təsadüfi axarı nəticəsində törədilməmişdir. Bu əməl, təqsirləndirilən şəxslərin düşünülmüş və təəssüf ki, qəbul edərək yaşadıqları həyat tərzi ilə əlaqədar olan, bununla da cəmiyyətdə qəbul olunmuş birgəyaşayış qaydalarına və əxlaq normalarına zidd olan ictimai təhlükəli davranışdır və sözsüz ki, qanunvericiliyə uyğun olaraq ədalətli surətdə cəzalandırılması da ictimai maraqlar baxımından önəmlidir. Başqa sözlə, təqsirləndirilən şəxslər həmin əməli müəyyən situasiya nəzərə alınmaqla zərurətdən deyil, öz hərəkətlərinin ictimai təhlükəli nəticələr verdiyini qabaqcadan bildikləri halda düşünülmüş tərzdə törətmişlər. Bu səbəbdən də, məhkəmə, cəzanı yüngülləşdirən halın elementi olan «təqsirləndirilən şəxslərin hadisələrin təsadüfi axarı zəminində cinayət törətməsini» düzgün olaraq qəbul etməmiş, lakin, bununla yanaşı, onların ilk dəfə cinayət törətmələrini əsassız olaraq cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda hesab edir ki, haqlı olmamışdır. Qeyd olunan cinayətin ictimai təhlükəli xarakteri - ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə yönəlməkdə ifadə olunan hərəkətlərlə yanaşı zərərçəkmiş şəxsin bədən xəsarətləri alması, təqsirin forması - cinayətin subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilməsində, əməlin - az ağır cinayətlər kateqoriyasına aid olması, ictimai təhlükəliliyi isə - ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə yönələn hərəkətlərlə ifadə olunmuşdur. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, CM-in 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Lakin məhkəmə CM-in 34.8-ci maddəsinin tələblərini nəzərdən qaçırmışıdır. Göründüyü kimi, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cəza təyin edilərkən məhkəmənin gəldiyi nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmiş, həmçinin, təyin edilmiş cəza cinayətin ağırlığına, cinayət işinin hallarına, məhkumların şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. APELLYASIYA PROTESTINƏ ETIRAZ : Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 apellyasiya protestinə etiraz təqdim edərək apellyasiya protesti ilə razılaşmadığını qeyd edərək etirazını onunla əsaslandırmışdır ki, işin faktiki halları təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əməlində CM-in 221.2.1-ci maddəsi üzrə xuliqanlıq cinayət tərkibinin mövcudluğunu şübhədən kənar təsdiq etmir. Hadisə daha çox konkret şəxslər arasında yaranmış şəxsi mübahisənin davamı kimi baş vermiş, zərərçəkmiş şəxslərə yetirilmiş xəsarətlər isə “dərəcəsi təyin edilməyən” qançır və hematoma xarakterli xəsarətlər kimi göstərilmişdir. Bu səbəbdən müdafiə tərəfi hesab edir ki, sübutlar əməlin cinayəthüquqi mənada xuliqanlıq kimi deyil, ən çoxu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə, nalayiq ifadələr hissəsində isə yalnız ayrıca inzibati tərkibin şərtləri mövcud olduqda IXM-in 510-cu maddəsi üzrə xırda xuliqanlıq kimi qiymətləndirilməsinə əsas verə bilər. Bu etiraz ərizəsində müdafiə mövqeyi iki istiqamətdə əsaslandırılır: birincisi, işin halları xuliqanlıq tərkibinin zəruri əlamətlərini tam sübuta yetirmir; ikincisi, apellyasiya məhkəməsi bu mövqeyi qəbul etmədiyi halda belə, protestdə tələb edilən azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün qanuni və ədalətli əsas yoxdur. Hökmün məzmunundan görünür ki, hadisə ilkin olaraq avtomobildə musiqinin yüksək səslə səsləndirilməsi barədə irad bildirilməsi, bundan sonra zərərçəkmiş zərərçəkmiş şəxs2la təqsirləndirilən şəxs2 arasında mübahisə yaranması ilə başlamışdır. Ilk epizoddan sonra zərərçəkmiş şəxs2 hadisə yerindən uzaqlaşmış, atasına zəng etmiş, daha sonra atası şahid2, qardaşı zərərçəkmiş şəxs1 və dayısı şahid3la birlikdə yenidən hadisə yerinə qayıdaraq təqsirləndirilən şəxs2 axtarmışdır. Zərərçəkmiş şəxsin hadisə yerindən getdikdən sonra öz təşəbbüsü ilə tanışları və yaxın qohumları ilə geri qayıtması, təqsirləndirilən şəxs2 axtarması, atasının Muradla danışdığı zaman zərərçəkmiş şəxs2 həmin söhbətə müdaxilə etməsi və mübahisənin bundan sonra yenidən kəskinləşməsi hadisənin hüquqi mahiyyətini dəyişir. Bu hallar hadisənin səbəbsiz, ictimai qaydaya qarşı yönəlmiş, qeyrimüəyyən şəxslər dairəsinə açıq hörmətsizlik nümayişi kimi deyil, konkret şəxslər arasında yaranmış şəxsi münaqişə kimi baş verdiyini göstərir. Əgər ilkin mübahisədən sonra zərərçəkmiş şəxs hadisə yerini tərk etmiş, lakin polisə müraciət etmək əvəzinə qohumları ilə birlikdə geri qayıdaraq Muradın harada olduğunu soruşmuş və sonrakı dava-dalaş məhz bu qarşılaşmadan sonra baş vermişdirsə, belə vəziyyətdə xuliqanlıq cinayətinin “ictimai qaydanı kobud surətdə pozma”, “cəmiyyətə açıqca hörmətsizlik” və “xuliqanlıq motivi” əlamətləri xüsusi diqqətlə və konkret sübutlarla əsaslandırılmalıdır. Hökmün təsviri-əsaslandırıcı hissəsində isə “ictimai qaydanı kobud surətdə pozma” və “cəmiyyətə açıqca hörmətsizlik” ifadələri əsasən maddənin dispozisiyasının təkrarı formasında göstərilmiş, lakin ictimai qaydanın konkret olaraq hansı müstəqil obyektiv nəticələrlə kobud pozulduğu, ətrafdakı qeyri-müəyyən şəxslər dairəsinin rahatlığının hansı real həcmdə pozulduğu və təqsirləndirilən şəxslərin niyyətinin niyə məhz ictimai qaydaya qarşı yönəldiyi kifayət qədər əsaslandırılmamışdır. Hadisənin mağazanın qarşısında və axşam saatlarında baş verməsi həmin yerin ictimai yer kimi qiymətləndirilməsinə əsas verə bilər. Lakin hadisənin ictimai yerdə baş verməsi təkbaşına CMin 221-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Xuliqanlıq tərkibi üçün ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik və təqsirkarların birbaşa qəsdinin ictimai qaydaya qarşı yönəlməsi ayrıca sübut edilməlidir. Zərərçəkmiş şəxslərin döyülməsi faktından ayrı olaraq ictimai mühitdə real pozuntu nəticəsinin yaranması başa düşülməlidir. Belə nəticələrə, məsələn, yolun və ya insanların normal hərəkətinin dayanması, mağazanın və ya digər ictimai obyektin fəaliyyətinin pozulması, ətrafdakı şəxslərin qorxu və təşviş içində hadisə yerindən uzaqlaşması, qeyri- müəyyən şəxslərin hadisəyə cəlb olunması, kütləvi narahatlıq yaranması, ictimai asayişi təmin edən normal şəraitin faktiki olaraq pozulması kimi hallar aid edilə bilər. Hazırkı işdə isə hökm və ittiham bu cür konkret nəticələri göstərmədən yalnız maddənin dispozisiyasına uyğun ümumi ifadələrlə kifayətlənmişdir. “Ətrafdakı qeyrimüəyyən şəxslər dairəsinin rahatlığının real həcmdə pozulması” dedikdə də mücərrəd şəkildə “ətrafdakı şəxslərin rahatlığı pozulmuşdur” ifadəsinin yazılması deyil, hansı şəxslərin, hansı sayda şəxsin, hansı şəraitdə, hansı müddətdə və hansı formada narahat edildiyinin konkret sübutlarla göstərilməsi nəzərdə tutulur. Məsələn, mağazanın müştərilərinin dağılıbdağılmaması, sakinlərin evlərindən çıxıb-çıxmaması, nəqliyyatın və ya insanların hərəkətinin dayanıb-dayanmaması, hadisənin qeyri-müəyyən şəxslər dairəsində real qorxu, təşviş və ya kütləvi narahatlıq yaradıb-yaratmaması sübut edilməlidir. Hazırkı işdə belə hallar hökmün təsviri-əsaslandırıcı hissəsində konkret faktlarla əsaslandırılmamışdır. “Təqsirləndirilən şəxslərin niyyətinin məhz ictimai qaydaya qarşı yönəlməsi” isə o deməkdir ki, onların birbaşa qəsdi yalnız konkret zərərçəkmiş şəxslərlə mübahisə etmək və ya həmin şəxslərə qarşı zor tətbiq etmək deyil, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirmək, ictimai yerdə səbəbsiz qalmaqal yaratmaq, özlərini ətraf cəmiyyətə qarşı qoymaq və ictimai qaydanı pozmaq olmalıdır. Bu niyyət ehtimal və ümumi mülahizə ilə deyil, davranışın motivi, hadisənin başlanma səbəbi, tərəflər arasındakı münasibət, zərərçəkmiş şəxsin özünün hadisə yerinə geri qayıtması, mübahisənin şəxsi xarakter alması və digər faktiki hallar əsasında müəyyən edilməlidir. Hazırkı işin faktiki hallarından görünür ki, ilkin epizoddan sonra zərərçəkmiş zərərçəkmiş şəxs2 hadisə yerindən uzaqlaşmış, lakin daha sonra atası, qardaşı və dayısı ilə birlikdə geri qayıdaraq təqsirləndirilən şəxs2 axtarmış, atasının Muradla danışığı zamanı zərərçəkmiş şəxs2 müdaxiləsindən sonra tərəflər arasında mübahisə yenidən alovlanmış və dava baş vermişdir. Bu hal hadisənin ictimai qaydaya qarşı səbəbsiz və qərəzli hücum kimi deyil, konkret şəxslər arasında yaranmış şəxsi mübahisənin davamı kimi qiymətləndirilməsini zəruri edir. Hazırkı işdə mağazanın fəaliyyətinin dayanması, yolun bağlanması, kütləvi qarışıqlıq yaranması, hadisəyə aidiyyəti olmayan qeyri-müəyyən şəxslərin real təhlükə və ya ciddi narahatlıq vəziyyətinə düşməsi, ətrafdakıların normal həyat ritminin nəzərəçarpacaq dərəcədə pozulması kimi müstəqil obyektiv nəticələr ittiham və hökmdə konkret göstərilməmişdir. Müdafiə tərəfinin əsas mövqeyi bundan ibarətdir ki, hazırkı işdə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əməlində CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayət tərkibi yoxdur. Əməl faktiki sübut olunmuş həddə görə iki müstəqil inzibati qiymətləndirmə çərçivəsində nəzərdən keçirilə bilər: fiziki zor tətbiqi və fiziki ağrı yetirrnə hissəsi üzrə IXM-in 157-ci maddəsi, ictimai yerdə nalayiq ifadələr işlədilməsi hissəsi üzrə isə yalnız ayrıca şərtləri sübuta yetirildiyi halda IXM-in 510-cu maddəsi. Bu mövqe IXM-in 510-cu maddəsi, IXM-in 157-ci maddəsi və CM-in 221-ci maddəsinin fərqləndirilməsinə əsaslanır. IXMin 510-cu maddəsi ictimai qaydanı pozan, lakin cinayət səviyyəsinə çatmayan nalayiq davranışları - məsələn, ictimai yerdə söyüş söymə, vətəndaşlara sataşma və ictimai sakitliyi pozan digər nalayiq hərəkətləri əhatə edir. IXM-in 157-ci maddəsi isə döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə hallarına aiddir. CM-in 221 -ci maddəsi isə yalnız ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik, xuliqanlıq niyyəti və zor tətbiqi birlikdə şübhədən kənar sübuta yetirildikdə tətbiq edilə bilər. Birincisi, hadisə konkret şəxslər arasında yaranmış mübahisə zəminində baş vermişdir. Zərərçəkmiş zərərçəkmiş şəxs2 ilkin epizoddan sonra hadisə yerindən getmiş, lakin sonradan atasını, qardaşını və dayısını çağıraraq hadisə yerinə qayıtmış, təqsirləndirilən şəxs2 axtarmış və mübahisə bu qarşılaşmadan sonra davam etmişdir. Bu hal xuliqanlıq cinayətinin əsas əlaməti olan səbəbsiz və ictimai qaydaya qarşı yönəlmiş qərəzli davranış anlayışı ilə uzlaşmır. Ikincisi, iş materiallarında zərərçəkmiş şəxslərə yetirilmiş xəsarətlər dərəcəsi təyin edilməyən qançır və hematoma xarakterli xəsarətlər kimi göstərilmişdir. Zərərçəkmiş şəxslər xəstəxanaya müraciət etmədiklərini, sonradan tərəflərlə barışdıqlarını və şikayət/tələblərinin olmadığını bildirmişlər. Bu hallar zorakılıq faktının mümkünlüyünü istisna etməsə də, onun cinayət-hüquqi mənada xuliqanlıq kimi tövsif edilməsi üçün əlavə zəruri elementləri avtomatik yaratmır. Üçüncüsü, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə faktı varsa belə, bu fakt özözlüyündə CM-in 221-ci maddəsi üzrə xuliqanlıq yaratmır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi məhz döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Hazırkı işin faktiki hallarına uyğun hüquqi tövsif, müdafiə tərəfinin fikrincə, fiziki zor tətbiqi hissəsində ən çoxu həmin maddənin tətbiqi çərçivəsində qiymətləndirilə bilər. Dördüncüsü, təqsirləndirilən şəxs2 nalayiq ifadələr işlətməsi faktı özlüyündə CM-in 221-ci maddəsi üzrə xuliqanlıq cinayət tərkibini yaratmır. Həmin ifadələr ictimai yerdə, mağazanın qarşısında səsləndirilmiş olsa belə, bu hal təkbaşına cinayət səviyyəsində xuliqanlıq demək deyil. Söyüş və nalayiq ifadələr fiziki qarşıdurmadan müstəqil olaraq ictimai qaydanı inzibati hüquq səviyyəsində real pozmuşdursa, həmin hissə yalnız IXMin 510-cu maddəsi üzrə xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Beşincisi, cinayət hüququnda təqsirin və cinayət tərkibinin zəruri əlamətləri ehtimallarla deyil, konkret, mötəbər və şübhədən kənar sübutlarla müəyyən edilməlidir. Xuliqanlıq motivi, ictimai qaydanın kobud pozulması və cəmiyyətə açıqca hörmətsizlik elementləri tam sübuta yetirilmədikdə şəxsin əməli daha ağır cinayət tərkibi üzrə deyil, faktiki sübuta yetirilən daha yüngül hüquqi tərkib üzrə qiymətləndirilməlidir. Beləliklə, ittiham və hökm üzrə ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik və ətrafdakı şəxslərin rahatlığının pozulması ifadələri konkret sübutlarla doldurulmadıqda, həmin ifadələr CM-in 221-ci maddəsinin dispozisiyasının formal təkrarı kimi qalır. Bu halda əməl CM-in 221.2.1-ci maddəsi ilə xuliqanlıq kimi deyil, iş üzrə sübuta yetirilmiş hallar çərçivəsində fiziki zor tətbiqi hissəsində IXM-in 157-ci maddəsi, nalayiq ifadələr hissəsində isə yalnız ayrıca şərtlər mövcud olduqda IXM-in 510-cu maddəsi üzrə qiymətləndirilməlidir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Məhkəmə kollegiyasının iclasında dövlət ittihаmçısı dövlət ittihamçısı1 apellyasiya protestini müdafiə edərək apellyasiya protestinin dəlillərinə uyğun çıxış etmiş, apellyasiya protestinin təmin edilməsini, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün, qanunvericiliyin müddəalarına uyğun təqsirləndirilən şəxslərə daha ağır cəza təyin edilərək dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxslıər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 apellyasiya protestinə etiraz etdiklərini və təqsirləndirilən şəxslərlə barışdıqlarının nəzərə lınmaqla şikayət və tələblərinin olmadığını ayrı-ayrılıqda bildirdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya protestinin dəlillərilə razılaşmayaraq onu da qeyd etdi ki, zərərçəkmiş şəxs məscidin yanından yüksək səslə musiqi ilə keçən zaman o, kobud olmayan müraciətlə musiqinin səsini azaltmasını bildirmiş, zərərçəkmiş şəxs ona kobud cavab verdiyi üçün onu itələmiş, daha sonra zərərçəkən üç avtomobil ilə dolu adamlarla üstünə gəlmişdir. Həmin vaxt bir qədər spirtli içki olan pivə içdiyindən zərərçəkmiş şəxsin kobud davranışı onu əsəbləşdirmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. Apellyasiya protestinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya protestinin dəlillərilə razılaşmayaraq onu da qeyd etdi ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 bildirdikləri ilə razıdır. O hadisə yerinə sonradan gəlmiş və hadisə anidən baş vermişdir. Zərərçəkmiş şəxslərlə barşmışlar, ona görə də apellyasiya protestinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 məhkəməyə təqdim etdiyi apellyasiya protestinə etiraz ərizəsi ilə eyni məzmunlu izahatr verərək apellyasiya protestinin təmin olunmamasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəхsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya protestinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı, zərərçəkmiş şəxslər, təqsirləndirilən şəхs və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfin təqdim еtdiyi və məhkəmə istintaqında təqdiq оlunmuş sübutlаrlа, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmələri və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxslərə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncuların həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində, habelə məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısının çıxışında birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əməli CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхs təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və törədilmə şəraitini tam nəzərə almamış, onlara açıq şəkildə yüngül cəza təyin etmişdir. Müdafiə tərəfi apellyasiya protestinə etirazında hadisənin şəxsi mübahisədən irəli gəldiyini, zərərçəkmişlərlə barışığın əldə olunduğunu, təqsirləndirilən şəxslərin əvvəllər məhkum olunmamalarını, zərərçəkmişlərin onlardan şikayət və tələblərinin olmamasını göstərərək protestin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər eyni məzmunlu izahatlar vermiş, zərərçəkmişlər təqsirləndirilən şəxslərlə barışdıqlarını və onlardan heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya protestində cəzanın yüngüllüyünə dair gətirdiyi dəlillər qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və 58-ci maddələrinin mənasına görə təyin edilən cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla sosial ədalətin bərpasını, məhkumun islah edilməsini və yeni cinayətlərin qarşısının alınmasını təmin etməlidir. Apellyasiya protestində də göstərildiyi kimi, cəzanın fərdiləşdirilməsi zamanı yalnız yüngülləşdirici hallar deyil, cinayətin törədilmə üsulu, ictimai təhlükəlilik dərəcəsi və digər əhəmiyyətli hallar da nəzərə alınmalıdır. Iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər cinayət əməlini bir qrup şəxs halında törətmiş, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etmiş, bununla da ictimai qaydanın kobud surətdə pozulması ilə müşayiət olunan xuliqanlıq cinayətini törətmişlər. Bu hallar törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran və cəza təyin edilərkən nəzərə alınmalı olan hallardır. Birinci instansiya məhkəməsi isə cəzanı fərdiləşdirərkən əsasən məhkumların əvvəllər məhkum olunmamalarını, ailə vəziyyətlərini və digər müsbət xarakterizəedici halları nəzərə alsa da, törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə lazımi səviyyədə qiymət verməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestində irəli sürülən azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə tələb tam əsaslı sayıla bilməz. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hər iki məhkum əvvəllər məhkum olunmamış, yaşayış yerləri üzrə mənfi xarakterizə edilməmiş, zərərçəkmiş şəxslərlə barışmış, zərərçəkmişlər məhkəmə iclasında onlardan şikayət və tələblərinin olmadığını bildirmiş, cinayət nəticəsində ağır nəticələr baş verməmişdir. Bundan əlavə təqsirləndirilən şəxslər faydalı ictimai əməklə məşğul olmamaları, hadisəni törətdikləri zamanı spirtli içki olan pivə qəbiul etmələri, hazırkı günədək də heç bir yerdə nə rəsmi, nə də ki, fərdi qaydada işləməmələri onların şəxsiyyətini səciyyələndirən və cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı olan mühüm amillərdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi islah işləri cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə münasibətdə həddən artıq yüngül olmaqla cəzanın məqsədlərinin tam həyata keçirilməsini təmin etmir. Eyni zamanda, protestdə tələb olunduğu kimi azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi də iş üzrə müəyyən edilmiş yüngülləşdirici hallara və cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkumun islah olunması, onların davranışlarına effektiv nəzarətin həyata keçirilməsi və yeni cinayət törətmələrinin qarşısının alınması baxımından azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi cəzanın məqsədlərinə daha uyğun və kifayət edən cinayət-hüquqi təsir tədbiridir. Bu cəza növü bir tərəfdən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə adekvat reaksiya verilməsini təmin edir, digər tərəfdən isə məhkumların cəmiyyətdən təcrid edilmədən islah olunmalarına imkan yaradır. Məhkəmə təcrübəsinə əsaslanan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, o cümlədən “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli * saylı Qərarında vurğulandığı kimi, cəzanın fərdiləşdirilməsi zamanı törədilmiş cinayətin motivi, üsulu və nəticələri nəzərə alınmalı, təyin edilən cəza cinayətin ağırlığına proporsional olmalıdır. Bu baxımdan, təqsirləndirilən şəxsə tətbiq olunmuş cəza növü və həddi törədilmiş əmələ uyğun hesab edilmir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı, ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq, nəticəni həmin hissədə qanuni və əsaslı hesab etmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza yüngüllüyünə görə ədalətsiz olmuş, cinayətin ictimai təhlükəliliyinə adekvat reaksiya təşkil etməmişdir. Bu səbəbdən, dövlət ittihamçısının apellyasiya protestində göstərilən arqumentlər qismən əsaslı hesab edilir və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 təqsirləndirildikləri maddə üzrə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalətli, qanuni və əsaslı hesab olunur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci mаddəsinə görə cinаyət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəаlаrı nəzərə аlınmаqlа Xüsusi hissəsinin müvаfiq mаddələrində nəzərdə tutulmuş hədlərdə ədаlətli cəzа təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslərin hazırda şikayətçi olmamalarını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, gəlinən nəticə cəza təyini hissədə dəyişdirilməli, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin edilmiş aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzaları təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş hədd çərçivəsində azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməlidir. Belə ki, CPM-nin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edir. CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya icraatı zamanı məhkəmə iclasında göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya icraatı zamanı məhkəmə iclasında göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 cinayət işinin materialları ilə tanış olub, məhkəmə prosesində iştirak etdikləri cəmi 6 (altı) iş saatına görə hər birinə ödənilməli olan 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397, 399.1.5, 404, 407, 408, 410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya protestinə əsasən cəza təyin edilməsi hissəsində dəyişdirilsin. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzası 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yeri olan ünvan 1 ünvanını hər gün saat 22.00-dən növbəti gün saat 08.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yeri olan Quba rayonunun ərazisini tərk etməmək, həmçinin ictimai iaşə obyektlərində spirtli içkilərin qadağan edilməsi, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və cəzanın icrası məhkum edilmiş şəxsin yaşayış yeri üzrə Quba rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzası 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yeri olan ünvan 1 ünvanını hər gün saat 22.00-dan növbəti gün saat 08.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yeri olan Quba rayonunun ərazisini tərk etməmək, həmçinin ictimai iaşə obyektlərində spirtli içkilərin qadağan edilməsi, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və cəzanın icrası məhkum edilmiş şəxsin yaşayış yeri üzrə Quba rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. təqsirləndirilən şəxs2 apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 66 (altmış altı) manat, təqsirləndirilən şəxs1 apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 66 (altmış altı) manat məbləğində vəsaitlərin ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya protesti qismən təmin edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-171/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-171/2026
30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver