Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-174/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə Idarəsinin prokuroru X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim S.A.Səmədzadə) ## ### 1993-cü ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Yergüc kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2025-ci ildən ## #### 2025-ci ilədək həbsdə saxlandığı 02 gün və ## ### 2025-ci ildən ## ### 2025-ci ilədək həbsdə saxlandığı 02 gün, cəmi 04 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılması və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli həbsə alındığı gündən ## ###### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməsi və barəsində həbs qətimkan tədbiri seçilməsi, onun dərhal məhkəmə iclas zalından həbsə alınması, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda psixotrop maddəmetamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat PB-nin əməkdaşları tərəfindən ## #### 2025-ci il tarixdə saat 20:26-20:35 müddətində Xaçmaz rayonu, Xudat şəhəri, 28 May küçəsində yerləşən “Oba" marketin yaxınlığında yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan boz rəngli qış gödəkçəsinin sol iç cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə 1,606 qram çəkidə olan psixotrop maddəmetamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bundan başqa, o, satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda psixotrop maddəmetamfetamin i üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat PB-nin əməkdaşları tərəfindən ## ### 2025-ci il tarixdə saat 19:00-19:07 müddətində Xaçmaz rayonu, Xudat şəhəri, Osman Mirzəyev küçəsində yerləşən “Xudat ticarət mərkəzi”nin arxa hissəsində yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarın qabaq sol cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə 0,658 qram çəkidə olan psixotrop maddə-metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmünün Xaçmaz Rayon Məhkəməsinin hökmü cəza təyin edilməsinə dair hissədə dəyişdirilməsini, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini, məhkəmə belə nəticəyə gəlmədiyi halda isə, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq ona daha ədalətli cəza təyin ediməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Xaçmaz Rayon Məhkəməsi tərəfindən ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bu, onun ilk məhkumluğudur və əvvəllər heç bir cinayət törətməmişdir. Məhkəmə cəza təyin edərkən cinayəti ilk dəfə törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını nəzərə almamış, nəticədə ona həmin maddənin sanksiyası çərçivəsində ağır cəza təyin etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X1 apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri, dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə onu da vurğuladı ki, müdafiə tərəfi olaraq Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökmün cəza təyini hissəsi ilə razı deyildirlər. Hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları tam olaraq nəzərə almamış və nəticədə o, əsassız olaraq uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin iclasına audio-video yazı aparılmaqla “Whatsapp” vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərilə əlaqədar qeyd etdi ki, ilk dəfə məhkum olunması və səhhəti nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının azaldılmasını xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. CPM-nin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərində və müdafiə tərəfinin çıxışlarında göstərilən hallarla bağlı CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsinə, təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirləndirilən şəxsin cinayət əməlinə və həmin əmələ görə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı, təqsirləndirilən şəxs və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməklə təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəmə baxışında birinci instansiya məhkəməsinin məhkəmə istintaqı araşdırmasında tədqiq olunmuş sübutlara və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxsin CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi onun özünün və istintaq zamanı toplanılmış və yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu tam şəkildə hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Apellyasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə ağır cəza təyin edilməsi barədə dəlilləri ilə razılaşır. Belə ki, hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə yaxın cəza təyin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərindən irəli gələn fərdiləşdirmə prinsipini tam həcmdə təmin etməmişdir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş şəxsdir. Iş materiallarından onun şəxsiyyətini mənfi səciyyələndirən məlumat müəyyən edilmir. Həmçinin apellyasiya instansiyası məhkəməsində onun sağlamlıq vəziyyəti ilə bağlı hazırda müalicə müəssisəsində cəzasının çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın tətbiqi üçün əsaslar mövcud deyildir. Belə ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törətmiş olduğu cinayət əməli üzrə istintaq altında olmasına baxmayaraq yenidən eyni xarakterli cinayət əməli törətməsi, cəzanın məqsədlərinin təmin edilməsi və məhkumun islah olunması baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi zəruri hesab edilir. Buna görə apellyasiya şikayətinin həmin hissəsi təmin oluna bilməz. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin şəxsiyyəti, əvvəllər məhkum olunmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və saglamlıq durumu baxımından təyin edilmiş cəza müddətinin iş üzrə müəyyən edilmiş hallarla müqayisədə müəyyən qədər ağırdır. Bu səbəbdən cəzanın müddətinin azaldılması cəzanın ədalətliliyi və fərdiləşdirilməsi prinsiplərinə uyğun hesab edilir. Heç təsadüfi deyildir ki, Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il * nömrəli Qərаrının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, “...Cinаyət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinаyətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir...”. CPM-nin 346.1.11 və 346.1.12-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən müşavirə otağında təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğu, həmçinin təyin edilmiş cəzanın çəkilməli olub-olmaması məsələsi müzakirə edilməlidir. Yuxarıda qeyd olunan qanun normalarının tələblərinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğunu müəyyən etmək üçün məhkəmə cinayət qanununun törədilmiş əmələ görə cinayət məsuliyyəti nəzərdə tutan normasının sanksiyasını, konkret cəza növünün təyin olunması şərtlərini, habelə cinayət qanunun cəza təyin etmənin əsaslarını müəyyən edən normalarını (CM-nin 58-71 və 85-86-cı maddələri), həmçinin uzun müddət formalaşmış məhkəmə təcrübəsini rəhbər tutur. Ittiham hökmü çıxarılarkən cəza təyin etmə məsələsi ən mühüm məsələ olduğundan, məhkəmə cinayət qanunun bütün tələblərini nəzərə almaqla, cəzanın fərdiləşdirilməsi prinsiplərindən istifadə etməklə ədalətli, qanuni və layiqli cəza təyin etməli və bu zaman cəzanın məqsədlərinə nail olunması da diqqət mərkəzində olmalıdr. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri apellyasiya şikayətinin dəlillərilə birgə müzakirə edərək Təqsirləndirilən şəxs təyin olunmuş cəza məsələsilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hüsab edir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları müəyyən olunmuşdur. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qənaətə gələrkən həmçinin onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət – hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cinayətin törədilməsi halları, təqsirkarın şəxsiyyəti, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsi və ailəsinin həyat şəraitinə təsiri baxımından sərtliyinə görə açıq-aydın ədalətsiz cəza olmuş və ona görə də birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, qeyd olunan hökmlə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 9 (doqquz) aya endirilməklə birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbayca Respublikasının CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iki cilddən ibarət cinayət işinin materialları ilə tanış olub, məhkəmə proseslərində iştirak etdiyi cəmi 5 (beş) iş saatına görə ödənilməli olan 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397-399, 404, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 9 (doqquz) ay müddətinədək endirilsin. Hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 55 (əlli beş) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-174/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-174/2026
06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver