Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-177/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X4 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər Nahid Mirzəyev (sədrlik edən), Nurəddin Hüseynli və İlham Cəfərzadə) ## ##### 2004-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 5-ci MKR, ev 30, mənzil 56 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətində terror aktı həyata keçirmək məqsədilə 2024-cü ilin fevral və iyun aylarında, habelə 2025-ci ilin yanvar ayında Bakı və Sumqayıt şəhərlərində olarkən istifadəsində olan mobil telefonu vasitəsilə “Google” axtarış sistemində, eləcə də “Telegram” və “Youtube” sosial şəbəkələrində beynəlxalq terrorçu təşkilatlar tərəfindən tətbiq edilən partlayıcı maddələr və qurğuların hazırlanması və istifadəsi mexanizmi, müxtəlif növ soyuq silahların, eləcə də zəhərli kimyəvi maddələrin əldə olunması, belə kimyəvi qarışıqların hazırlanması üsulu və təsiri barədə axtarışlar aparıb, həmin idman cəmiyyətinin məşq zalı barədə müfəssəl məlumatlar toplayıb orada idmanla məşğul olan hüquq mühafizə orqanlarının əməkdaşları üçün təchiz olunmuş içməli suya və qida əlavələrinə zəhərli kimyəvi qarışıq əlavə etməklə onları kütləvi şəkildə zəhərləməyin mümkünlüyünü planlaşdıraraq qəsdən terrorçuluğa, yəni odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə hazırlıq etmiş, lakin ## ### 2025-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhərində saxlanıldığından terrorçuluğa hazırlıq əməllərini iradəsindən asılı olmayaraq başa çatdıra bilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti verərək işinə yenidən baxılaraq birinci instansiya məhkəməsinin hökmünün ləğv edilib barəsində təyin edilmiş cəza müddətinin azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cinayət əməlinin törədilməsini təsdiq edən edən heç bir sübut olmadığı halda onun əvvəllər məhkum olunmaması və himayəsində azyaşlı uşağının olması nəzərə alınmadan yuxarı həddə cəza təyin etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi hökmdən apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilib, onun barəsində bəraət hökmü çıxarılmasını və apellyasiya şikayəti üzrə məhkəmə araşdırmasının tam istintaq aparılmaqla keçirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmünün öz təsdiqini tapmaması, məntiqi cəhətdən əsassız fikirlərə və yol verilməz sübutlara əsaslanması, müdafiə hüququnun kobud pozuntuları ilə qəbul edilməsi, ittihamın uydurma fikirlərə və yolverilməz sübutlara əsaslanıb, istintaq və prosessual hərəkətlərin onların keçirilməsinin kobud pozuntuları ilə aparılması səbəblərindən qanunsuzdur. Hesab edir ki, cinayət işi üzrə hökm Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə uyğun deyil, hökm əsaslandırılmayıb, hadisənin iş üçün əhəmiyyət kəsb edən baş vermə şəraiti və təqsirləndirilən şəxsin təqsirini sübut edən sübutlar, eləcə də Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməmişdir. Təqsirləndirilən şəxsin ifadəsindən özünə qarşı istifadə olunmuşdur. Bu CPM-in 91-ci maddəsinin tələbləri baxımından ziddiyət təşkil edir. Belə ki, CPM-nin 91-ci maddəsinin tələblərində qeyd olunur ki, təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Həmçinin təqsirləndirilən şəxsin ifadəsindən başqa birbaşa onun əməlini həyata keçiməsi ilə bağlı heç bir əsaslı sübut yoxdur. Hesab edir ki, birinci instansiya məhkəməsi isə yalnız təqsirləndirilən şəxsin ifadəsinə, eyni zamanda ibtidai araşdırma zamanı ifadə vermiş, lakin dəfələrlə məhkəməyə çağırılsa da gəlməyən şahid6 ifadəsinə əsaslanmışdır və bu ittiham hökmünün əsası ola bilməz. Təqsirləndirilən şəxs ilə bağlı verilmiş ittiham zamanı toplanmış sübutlardan biri də ondan ibarətdir ki, o sosial şəbəkələrdə, xüsusilə “youtube” platformasında partlayıcı maddələrin hazırlanması ilə bağh videolara baxmışdır. Bununla bağlı qeyd etmək istəyirik ki, “Youtube” video platforması açıq internet məkanında mövcuddur və təqsirləndirilən şəxs dəfələrlə vermiş olduğu ifadəsində silahlara xüsusi marağının olmasını, bununla bağh videolara baxmasını qeyd etmişdir. Özlüyündə onun bu videolara baxması onun hər hansı cinayət əməlini törədəcəyi anlamına gələcəyi arasında heç bir səbəbli əlaqə yoxdur. İbtidai araşdırma orqanı bu halı sübut kimi iş materiallarına əlavə etmiş, məhkəmə də buna sübut kimi qəbul etmişdir. Mövqeyi bundan ibarətdir ki, şəxsin hər hansı videoya baxması hələ o demək deyil ki, o, hansısa cinayət əməlini törətməyi qət etmiş və ya buna hazırlıq görmüşdür. Bu isə CPM-nn 349-cu maddəsinin tələbləri baxımından ziddiyət təşkil edir. Belə ki, hökm əsaslandırılmayıb, sübutlar kifayət deyil və bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmir. Məhkəmə baxışı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ona fiziki və psixoloji təsir göstərildiyini bildirmiş, məhz bu təzyiqlərin nəticəsi olaraq özünə qarşı ifadə verdiyini qeyd etmişdir. Bu isə CPM-nin 15-ci maddəsinin kobud pozulmasıdır, həmin normaya əsasən zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq yolverilməzdir. Qeyd olunanlara əsasən hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittiham tamamilə absurddur, onun təqsiri yoxdur, əməllərində hər hansı cinayət tərkibinin olması iş materialları ilə sübuta yetirilməmişdir. Ona verilmiş ittiham yalnız ehtimallar üzərində qurulmuşdur, yəni Təqsirləndirilən şəxs real olaraq təqsirləndirildiyi əməli etməsi ilə bağlı hansısa hərəkətləri etməsi ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Ona verilmiş ittiham yalnız sosial şəbəkələrdə hansısa videoya baxması, həmçinin tanışlarının yanında hansısa hərəkəti edəcəyini bildirməsi olub. O, real olaraq hansısa cinayətkar əmələ yol verməmiş, bununla bağlı əməli addımlar atmamışdır. Birinci instansiya məhkəməsi də bu hallara əhəmiyyət verməmiş, tam, hərtərəfli və obyektiv araşdırma aparmadan istintaq orqanının vermiş olduğu ittihamı təsdiq etmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətini dəqiqləşdirərək özünü ittiham üzrə təqsirli bilməməsini bildirib barəsində bəraət hökmünün çıxarılmasını və müdafiəçisi tərəfindən verimliş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uygun çıxış edərək, hökmün ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı X7 çıxışında apellyasiya şikayətlərinin dəlillərini qəbul etmədiyini, o cümlədən təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu bildirərək, şikayətlərin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparılmadan apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsə bəraət verilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçinin, şikayətlərin rədd edilməklə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin məzmunundan və təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı çıxışından görünür ki, apellyasiya şikayətlərində işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə bəraət verilməsi xahiş edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin təqsirləndirilən şəxsə CM-in 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə bəraət verilməsinə dair dəlili ilə razılaşmayaraq CPM-in 39, 42ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətlərində göstərilən xüsusatlar digər danılmaz sübutlarla - təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla Təqsirləndirilən şəxs CM-nin 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun CM-nin 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin, apellyasiya məhkəmə baxışında təqsirləndirilən şəxs və müdafiəçisinin çıxışlarının təqsirləndirilən şəxsin ona istinad edilən əməli törətməməsinə dair dəlilinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə toplanmış sübutlarla təkzib olunan dəlillər olmaqla, apellyasiya şikayətlərinin təmin olunaraq təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, “Mənim ittiham olunduğum cinayət əməli ilə bağlı heç bir şey etmədiyim aşkar ortadadır. Əgər cinayətə hazırlıq etmişəmsə, nəyisə hazırlamalı, almalı olardım və hazırlıq üçün məni kimsə öyrətmiş olardı, lakin ortada heç bir şey yoxdur. Sadəcə olaraq radikal fikrə meyilli olmuşam. Mənim işimdə adı şahid qismində keçən bir neçə şəxs var. Onlardan birinin adı Eldardır. O, Sumqayıtda öz işinin təbliğatını aparırdı və bizim kimi gənc insanları belə şeylərə yönləndirməyə çalışırdı. Mənim yanlışım olub ki, mən Eldar adlı şəxsə meyillənmişəm, onun yanında olmuşam, onun düşüncələrinə qulaq asmışam, bir müddət bəlkə də haqlı olduğunu düşünmüşəm. Ancaq sentyabr ayından sonra mən onun yanından uzaqlaşmışam. Məni may ayında tutdular. İttiham olunduğum əməllə bağlı ortada heç bir şey yoxdur, mən heç nə hazırlamamışam və yaxud da hazırlıq görməmişəm. Deyirlər ki, mən 2024-cü ilin yanvar ayından hazırlıq görürəm. Heç kim bir ildən yuxarı hazırlıq görmür. Bu qədər vaxta nə ehtiyac var. Əgər mən həqiqətən hər hansı bir terror təşkilatı ilə əlaqədə olsam, terror törətmək istəsəm, bu qədər vaxta nə ehtiyac var. Bu iddialar mənim özümə absurd gəlir. Mən inanıram ki, işdə olan dəlillərə baxıb bunların hamısını nəzərə alacaqsınız və ədalətli qərar qəbul edəcəksiniz. Mənə qarşı yönəlmiş ittihamı heç bir şəkildə qəbul etmirəm, provokasiya və müəyyən şeylər olub. Eldar adlı şəxs insanları, gəncləri Azərbaycandan Pakistana döyüşmək məqsədilə yığıb. Mənim işimdə şahid qismində adı keçən Tofiq Yusifli, şahid4 və s. digər adları qeyd olunan şəxslər bu məsələyə şahidlik edə bilərlər. X10 Xidmətinin X16muşam, daha sonra Şüvəlanda yerləşən təcridxanaya gətirilmişəm, ancaq həmin şəxslər Dövlət Təhlükəsizlik Xidmətinin X14 və mən onlara heç bir təsir göstərə bilmərəm. Həmçinin onların da yalan danışmaları üçün heç bir əsasları yoxdur. X10 Xidmətinin İstintaq Təcridxanasında olmuşam, mənimlə yanaşı Tofiq Yusifli və şahid4 orada fərqli otaqlardadırlar. Onlar tam izolyasiya olunmuş mühitdədirlər. Mən hal-hazırda Şüvəlanda yerləşən təcridxanadayam, onlara heç bir təsir edə bilmirəm ki, mənim lehimə və ya mənə sərf edəcək ifadə versinlər. Reallıq budur ki, bu insanların özlərini də dolduran, mənim işimdə şahid qismində adı keçən şahid6 adlı şəxsin təsiri altına düşmüşdüm, daha sonra ondan aralanmışam. O, dinin təbliğatını aparırdı, dini materiallar yayırdı, dini məzmunlu “pdf”-lər göndərirdi, dərslər keçirdi. Sumqayıtda müəyyən kafelərdə görüşmüşük, orada onunla bərabər olduğumuz və onunla həmişə məsləhət etdiyimiz göz qabağındadır. Bu gün biz hamımız içəridəyik, ancaq o çöldədir. Çox qəribə görünür, əgər biz radikalıqsa, terroristiksə, necə olur ki, bizimlə eyni fikirdə olan insan çöldədir. Halbuki həmin insan elm əhli olaraq tanınır. Özü də etiraf edir ki, 12 yaşından kiminsə yanında təhsil alıb, islam elmləri üzrə müəyyən qədər maraqlanıb. Biz də onu elm əhli olaraq qəbul edib, müəyyən suallar verib, müəyyən məsləhətlər almışıq. Dediyim kimi, müəyyən məsələlərdə açıq şəkildə təbliğat aparıb, yanlış şeylər danışırdı. Sadəcə olaraq yaşımın azlığı və təcrübəsizliyimdən dolayı radikal fikirliliyə meyl etmişəm. Mən bu hissədə özümü təqsirli bilirəm. Ancaq mən bir ildən yuxarı bir müddətdə terror törətməyə hazırlıq görməmişəm. Bu absurd bir şeydir. Mənim evimdə iki dəfə axtarış aparılıb, ancaq heç bir şey aşkar olunmayıb. Həm mənim kirayə qaldığım evdə, həm də atamın evində axtarış olub. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları evə gələndə qabaqcadan xəbər vermədən gəlir, bədahətən gəlib adamı götürür. Onlar evə gəldilər, heç bir şey tapmayıb buraxdılar. Telefonumda da pirotexniki qurğu, yəni salyutlar haqqında olan bir şey idi. Videonun özünün hansı video olduğu bəlli deyil. Sadəcə bir ədəd komentariyanışərhi götürüb cinayət işimə əlavə ediblər. İşdə dəlil o qədər azdır ki, mənim qaynatamın saqqallı şəklini mənim işimə əlavə ediblər. Ahmediminskinin şəklini mənim işimə əlavə ediblər. Təxminən 2021-ci ildə bir ədəd post paylaşmışdım, postda qara fonda ağ sözlərlə “Lə ilahə illallah” yazılıbdır. Mən haradan bilə bilərəm ki, bu İŞİD-in bayrağıdır. 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlində təzə namaz qılmağa başlamışdım. Bunlar çox absurd və mənasız iddialardır. Bu işlə bağlı provokasiya olunub. Eldar dövləti düşmən olaraq tanıyır, dövləti “tağut”, insanları, dinc əhalini “müşrik” adlandırır, onların qanının, canının halal olduğunu deyir. O insan çöldədir, ancaq mən içəridəyəm. Mən Rəbbimin yazısından razıyam. Barəmdə verilmiş ittihamı qəbul etmirəm, bu işlə bağlı heç bir hazırlıq etməmişəm. “Mən 2021-ci ildən Eldargillə eyni ideologiyaya qoşulmuşam. Dostumun dəvəti ilə Eldargilin ideologiyasına qoşulmuşam. Ona qədər dini videolara baxmışam. “Abubelet” dediyiniz şəxsin kim olduğunu bilmirəm. Öz adı Eldar olan, ləqəbi “Abdulrahman” olan şəxsi tanıyıram. Həmin şəxsin adı işimdə də qeyd olunub. Mən radikallaşdığımı fikirlərim dəyişəndə gördüm, yəni radikal fikirlərdə olmağa başlamışam. Eldar birlikdə olanda cəmiyyətin hər hansı bir təbəqəsindən narazı qalıb, haranısa partlatmaq düşüncəsini aşılamağa çalışıb. Sadəcə olaraq müəyyən, fərqli zamanlarda mən belə şeylərin yanlış olduğunu bildirmişəm. Eldar kiməsə ziyan yetirmək istəməsini danışıq əsasında dəfələrlə səsləndirib. Dövlətimizin radikalizmə olan münasibətinə əsasən, Eldar mövcud hakimiyyəti qəbul etmir və mövcud hakimiyyəti “tağut” adlandırır, hər hansı bir yollarla dəyişdirilməsinin vacib olduğunu bildirirdi. Bu iş terror da ola bilər, hamı da ölə bilər, dolayısı yollarla bu şeyləri aşılamağa çalışıb. Bu insan fərqli-fərqli ölkələrdə baş verən hadisələri misal çəkərək, bu şeyin doğru olduğunu aşılamağa çalışırdı. Məsələn haradasa terror hadisəsi baş verəndə dolayısı yolla bunu sevdirməyə, rəğbət göstərməyə, doğru olduğunu göstərməyə çalışırdı. Ancaq ağıl bu şeyin doğru olmadığını göstərir, terrorda məntiqli nə ola bilər. Müharibə ayrı bir şeydir. Müharibədə insanlar ölür. Bu müharibənin qaçınılmaz bir hissəsidir. Təbii ki, məndə harasa ziyan yetirməklə bağlı bir fikir formalaşmadı. Sadəcə müəyyən mənada fikir ortaqlığı yarandı. Eldarın dediyi, həmçinin Allahın da buyurduğu kimi doğru olan şey İslamdır. İslami düzən daha gözəl bir düzəndir. Burda olan hamı da bunu təsdiq edir, çünki hər kəs özünü müsəlman görür. Mən də o fikirlə razılaşdım ki, islami düzən daha gözəl bir düzəndir. Ancaq bunu hər hansı başqa yollarla edəcək biri adam olsaydım, 1 ildən yuxarı müddətdə gözləməzdim. Bu normal bir şey deyil ki, 1 il video izləyib haranısa partladacam. Mənim “Dinamo” idman klubu ilə heç bir əlaqəm olmayıb. Mənim qrup yoldaşım orada məşq edib, onun titulları olub. Dostumun adı Xəyal Aslanov olub. Mən dostlarla bağlı söhbət edəndə mənim bir dostumun olduğunu, onun idmançı olduğunu və prezident mükafatı aldığını bildirmişəm. Halhazırda işi işə bağlayıblar. Mən həmin idman klubuna getməmişəm, partlatmamışam və ya zəhərləmək istəməmişəm. İstəsəm ən azından yaxınlıqda bir yerdə olaram. 2024-cü ildən bu yana mən həmin idman klubunda olmamışam, 100 metr yaxınlığından keçməmişəm. Pirotexniki vasitələrə uşaqlıqdan marağım olub. Bütün oğlan uşaqlarının fişəng atmaq, xırda partlayıcılardan istifadə etmək marağı olur. Mənim də eyni ilə bu formada marağım olub. 2021ci ildən, hətta 2017-ci ildən mail adresim dəyişilməzdir. Mən həmişə pirotexniki vasitələrlə maraqlanmışam. Bu mənim maraq dairəmdə olan bir şeydir. Hər hansı bir videoyaya baxmaq əgər o sosial şəbəkədədirsə, cinayət deyil. Mən də həmin məzmunda olan videolara baxmışam. Azərbaycanın kibertəhlükəsizliyi elə işləyir ki, qadağan olunmuş nəyəsə baxmaq mümkün deyil. Mənim telefonum açıq telefondur, internetdə nə varsa ona baxmışam. Maraqlı gəldiyi üçün partlayış videosuna baxmışam, pirotexnika videolarına baxmışam. Bombanın hazırlanması və ya onun tərkib hissələrinin hazırlanması ilə bağlı internetdə heç bir şey yoxdur, mən də heç bir şeyə baxmamışam. Partlayıcı, zəhərləyici vasitələri özüm hazırlamaq istəməmişəm. Mənim pirotexniki vasitə kimi, salyuta, fişəngə marağım olub. Yeni ildə, Novruz bayramında, Qurban bayramında, Ramazan bayramında hər hansı bir bayramda atəşfəşanlıq olanda atmışam. Maraq təbii ki, bundan dolayı olub, ancaq onun tərkib hissələrini əldə etmək məsələsinə qalanda bunlar mənim qarşıma çıxmayıb. Pirotexniki vasitələr mənim qarşıma çıxmayıb. Mən görməmişəm ki, hardasa nəsə satılsın. Orada adı keçən, görmədiyim kimyəvi elementi tapmağım da müşkül bir şeydir. O satışda olmayan bir şeydir. Buna görə də alıb partlatmaq üçün nəsə əldə etməmişəm və marağında da olmamışam. Sadəcə marağım olub, xoşum gəldiyi üçün baxmışam. Rəngli fişənglərdən uşaqlıqdan xoşum gəlir, marağım olub. Bu videoya baxmışam, başqa videolara da baxmışam, ancaq nəsə hazırlamamışam. Dediyim kimi videoya baxmaq da problemli bir şey deyil, qanunla qadağan olunan bir şey deyil, internetdə olduğu üçün baxıram. Mən ali təhsil müəssisəsini bitirə bilmədim. Tutulanda 4-cü kurs tələbəsi idim. X18 Xidmətinə hazırlaşmaq istəyirdim, çünki düşünürdüm ki, universiteti bitirdikdən sonra keçid edə biləcəm və bu şeylə maraqlanırdım. Qrup yoldaşım onların məşq etdiyi zalda, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının, polis əməkdaşlarının, xüsusi təyinatlıların məşq keçdiyini demişdi. Mənə də orada məşq etmək maraqlı gəlmişdi. Oradan ağlımda qalmışdı. Hansısa danışıq əsnasında bunu Eldara bildirmişəm. Məsələni də belə bir formada yığıblar ki, guya zəhərləyib partlatmaq istəmişəm. Ancaq nə zəhər, nə zəhərin adı var. İttihamda guya ilan zəhəri ilə adam zəhərləmək istəmişəm. Bu çox absurddur, gülməlidir. Mən müsəlmanam, Allaha ibadət edirəm. İslamın vəhdət, sevgidən ibarət olduğunu düşünürəm. Olduğum yerlərdə bunu həmişə yansıtmışam. Bundan öncə universitet, işlədiyim işlərdə, hətta olduğum təcridxanada belə heç kim məndən radikallıq, aqressiya görə bilməz. Eldargilin təbliğatına düşmüşəm, bir müddət bu fikirlərlə daha qatı yanaşmışam. Çayxanada çay içirdik, çay içdiyimiz əsnada, hamımız ibadət etdiyimiz üçün bir-birimizlə daha səmimi olmuşuq, daha yaxından birbirimizi tanımağa çalışmışıq. Mən Eldarın dini elmlərə sahib olduğunu görmüşəm, danışarkən Qurandan, hədisdən danışıb, Allaha zikr edib. Beləliklə, onunla ünsiyyətim yaranıb. Əgər mənə terrorun, partlayışın, İŞİD-in doğru olduğunu desəydi, mən avtomatik onun yanından qaçardım. Bu məsələ yavaş-yavaş inandıraraq olub. O, İslamdan, dinindən bəhs edib, Qurandan ayə, peyğəmbərdən hədis gətirərək yavaş-yavaş mənim baxış bucaqlarıma, hislərimə təsir etməyə başlayıb. Bu məsələnin problemli bir məsələ olduğu görünür. Bunu normal olaraq başa düşmək mümkünsüzdür. Eldarın mənimlə birgə yönəltdiyi, istiqamət verdiyi insanlardan hansısa biri gəlib dindirilə bilər. Həmin şəxslərin çöldə olanları tutulmaqdan, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yüklənməkdən qorxa bilər. Bu bir neçə dəfə baş verib ki, şahidlər gəlib etiraf edir ki, onlara zor tətbiq olunub, fiziki təsir olub, onları sıxdıqları üçün onlar sənədləri imzalayıblar. Eyni formada bu məsələ də belədir. Açıq aşkar hər şey ortadadır. Mən vətənimi də, millətimi də sevirəm. Uşaqlıqdan da vətənpərvər bir ailədə böyümüşəm. Atam Qarabağ döyüşlərində iştirak edib. Mənim məktəbdə olan bütün çıxışlarım internet platformasında var. Hər yerdə hərbi formada olmuşam. Mən heç vaxt pul müqabilində inancımla bağlı terror törətmək üçün razılığa getmərəm. Çöldə sərbəst olan zaman elə bir razılığa getməmişəm. Son zamanlarda, əlaqəni kökündən kəsdiyim vaxtlar Eldar mənə təkliflər edib. Axırıncı dəfə 2020-ci ildə dekabr ayında fişəng almışam. Ondan sonra heç fişəng də atmamışam. İbadət etməyə yavaş-yavaş başlamışam. 2019-cu ildə bir az namaz qılmışam, daha sonra dayandırmışam. Tam şəkildə 2021-ci ilin sonlarından islamın buyurduğu kimi ibadət etməyə başlamışam. Anamı az qalsın ki maşın vururdu, bundan sonra Rəbbimə daha çox güvənməyə başladım. Evdə anam, qardaşım, atam, hamısı ibadət edir. Babamla nənəm, bacım namaz qılmır. Mənim bu il 22 yaşım olacaq. Mənim hüquq mühafizə orqanları ilə problemim olsaydı, hardasa bir dəfə olsun yazılardı, qeydə düşərdi. Hüquq-mühafizə orqanlarının mənimlə heç vaxt düşmənçiliyi olmayıb. Sizin də bildiyiniz kimi 2024-2025-ci ildə Qusar hadisələrindən sonra dini radikal fikirliliyin üzərinə düşdülər və dövlət ona yaxın olan insanlara qarşı tədbirlər görməyə başladı. Bunun nəzdində içimizdə olan adamları, bizimlə bərabər olan, bizə din öyrədən, din adı altında terrorçuluğu yaymağa çalışan Eldarın əhatəsində olan insanları götürdülər ki, onlar radikal fikirli insanlardır. Mən onlardan uzaqlaşdıqdan sonra bir qisim uşaq onun tələsinə düşmüşdü. Mən düşünürəm ki, bu Qusar hadisələrindən sonra dövlətin həyata keçirdiyi siyasətdir ki, ibadət edən, dinə marağı olan şəxsləri nəzarətdə saxlayıb tədbirlər görürlər. Mən də bu səbəbdən saxlanılmışam. Eldarla tanışlığımın dəqiq vaxtını xatırlamıram. İki ilə yaxındır ki, onu tanıyıram. Eldarı namaz qılmağa başladıqdan sonra tanımışam. İbtidai istintaq zamanı ifadə verərkən mənə təzyiqlər olub. Mən vəkilsiz olmuşam, tək olmuşam, 7 nəfər məni dindirib. Mənə təzyiq olunub, qarşıma nə qoyulubsa, hamısını imzalamışam. Mənim döyüləsi canım yox idi. Tutulduqdan sonra azadlığa çıxmaq olar, şikəst olanda isə heç kimə lazım olmursan. Mən cavanam, 20-21 yaşım var. Bu səbəbdən sənədləri imzaladım. şahid5 tanıyıram. Birlikdə görüşüb, çay içmişik. Bizim birbirimizlə düşmənçiliyimiz yoxdur. Dini baxımdan bir-birimizə daha yaxınıq. Şahid vixxxxan əzabı ilə qorxu hissinin arasında qalıb. İşdə qeyd olunub ki, 24 dekabr-25 yanvarda “Redmi Note 9” markalı telefonda axtarışlar aparmışam. Həmin tarixdə telefonda axtarışlar aparmağım qeyri-mümkündür. Çünki mən noyabr ayında artıq həmin telefonu şahid1 satmışdım. Kamran bunu öz ifadəsində vermişdi. Dövlət Təhlükəsizlik Xidməti də bunu təsdiq edib. Məni saxlayanda telefon Kamrangilin üstündə olmayıb. Bundan əvvəl bir dəfə telefonu ekspertizaya gətiriblər və həmin telefondan heç nə əldə olunmayıb. Bundan sonra həqiqətən həmin telefon mənim üzərimdə yox idi. Üstümdə olan telefonlardan isə heç nə çıxmayıb. Yenidən “Redmi Note 9” markalı mobil telefonu gətiriblər və qeyd ediblər ki, həmin telefonun içində terrorla bağlı işlər var. Noyabrın 1-də telefonun içində heç bir şeyin olmadığı ilə bağlı mənə sənəd imzalatmışdılar. Telefonu bir aydan sonra mənə qaytardılar, qaytardıqdan sonra telefonu satdım, çünki istifadə olunacaq bir şey deyildi.” Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ## ##### 2004-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2010- 2021-ci illərdə Sumqayıt şəhəri Qubadlı qaçqın məktəbində orta təhsil almışdır. 2024-cü ildə X8 ilə dini nikahla ailə həyatı qurmuşdur. O, 2021ci ildən İslam dininin sünni məzhəbinin sələfi cərəyanı üzrə ibadət etmişdir. O, 2021-ci il tarixdən Suriya Ərəb Respublikası ərazisində İraq Şam İslam Dövlətinin (İŞİD) terrorçu silahlı birləşməsinin dini əqidəsinə uyğun çıxışlar edən “Abu Hanzala”nın videolarına baxmağa və bu ideyalarla ibadət etməyə başlamışdır. O, “İŞİD” terror təşkilatının dini əqidəsində olan şəxslər tərəfindən məscidlərin “tağutlar” tərəfindən tikildiyi və ora təyin edilmiş axundlarında “tağutlar” tərəfindən təyin olunmasını əsas götürərək “tağutlar” tərəfindən tikilən məscidlərə və “tağut” adlandırdığı mövcud hakimiyyət tərəfindən təyin olunmuş axundların çıxış etdiyi məscidlərə getmədiyini, həmçinin dövləti “tağut” hesab etdiyini, dövlətin şəriət qaydalarına uyğun idarə olunmasının tərəfdarı olduğunu bildirmişdir. Bundan başqa o, İslam dinin əhli sünnə cərəyanı üzrə ibadətlə məşğul olduğunu, “X2”-ə təqlid etdiyini və bu dini cərəyanda fikirləri və ideoloji təbliğatlarına görə “İŞİD” terrorçu qruplaşmasının əqidəsi ilə oxşar dini cərəyan olmasını qeyd etmişdir. Əvvəldən silaha, partlayıcı vasitələrə marağı olduğundan o, istifadəsində olmuş “X3 9” markalı “M2003J15SC” modelli “865289057003108” və “865289057003116” “İMEİ” kodlu mobil telefonda “İŞİD” radikal terrorçu qruplaşmasının cihad videolarına baxmış, həmin videolara baxdıqdan sonra onda din uğrunda silahlı mübarizəyə xüsusi maraq yaranmışdır. Bu səbəbdən partlayıcı vasitələrin hazırlanması və soyuq silahın necə əldə edilməsi üçün axtarışlar etmişdir. Belə ki, onun bu səpkidə axtarışlar etməyinin əsas məqsədi gələcəkdə hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı Bakı şəhərində terror aktı planlaşdırmaq olmuşdur. O, 2024-cü ilin sonlarında istifadəsində olmuş “X3 9” markalı mobil telefonda problem yarandığından mobil telefonunu Sumqayıt şəhərində telefon təmiri ilə məşğul olan dostu şahid1 yanına aparmış, sonuncu isə həmin telefonda çoxsaylı problemlər olduğundan əziyyət çəkib düzəltdirməməyini məsləhət görmüş, o da Kamranın bu fikri ilə razılaşaraq telefonun müəyyən hissələrini detal kimi satmaq qərarına gəlmişdir. O, DİN və DTX-də işləyən şəxslərin onların əqidəsində olan insanlara qarşı pis münasibət göstərdiklərini düşünərək DİN “Dinamo” idman cəmiyyətində idman edən DİN və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktı törədərək onları öldürmək qərarına gəlmiş və bununla bağlı sosial şəbəkələrdə partlayıcı maddələrin hazırlanması və soyuq silahın necə əldə edilməsi haqda axtarışlar etmişdir. Hətta bu fikrini təklikdə dostu Eldara da bildirmişdir. O, Eldarla ikinci görüşündə partlayıcı ilə bu işi görməyin onun üçün təhlükəli ola biləcəyini, polis əməkdaşları tərəfindən asanlıqla müəyyən ediləcəyini bildirmiş, “Youtube” platformasında törətmək istədiyi hadisə ilə bağlı video gördüyünü, həmin video da bir şəxsin hüquq mühafizə orqanlarının əməkdaşlarını öldürmək məqsədilə tərkibində insan orqanizminə zərərli olan xüsusi zəhərli maddəni onların idman etdikləri zalda içməli suya qataraq öldürməsindən bəhs olunduğunu bildirmişdir. Beləliklə o, həmin zəhərli maddəni tapıb DİN-ə məxsus “Dinamo” idman cəmiyyətinin zalına idman etmək üçün yazılaraq, həmin zəhərli maddəni orada hamının su içmək üçün istifadə etdiyi su dispenserinə qatıb və bununla da onları zəhərləyərək öldürmək qərarına gəldiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, fikirləri və niyyətləri ilə bağlı “Xurcun” adlanan kafedə yaxın dostu şahid4 da yanında danışmışdır. Həmçinin o bildirmişdir ki, “Dinamo” idman cəmiyyətinin harada yerləşdiyini dəqiq bilməsə də, Bakı şəhərində yerləşdiyi haqda məlumatı var. “Dinamo” idman cəmiyyətində hüquq-mühafizə orqanları əməkdaşlarının idman etmələri haqda məlumatı isə orada idman edən yaxın dostu Xəyal Astanovdan öyrənmişdir. Belə ki, o, dostunun orada idman etdiyini, lakin sonuncunun onun terror törətmək niyyətindən hər hansı bir məlumatının olmadığını bildirmişdir (cild 01, iş vər. 105-108). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərmişdir ki, “Mən Raufu namaz qılan, əhli-sünnənin yolunu gedən birisi kimi tanımışam. Onunla tam ünsiyyətdə olmamışam, sadəcə bir-iki dəfə kafedə, restoranda, zikr məclislərində bir yerdə olmuşuq. Bu məsələlərlə bağlı deyə bilərəm ki, orada söhbət əsnasında danışılan bir şey olubsa da, mən burada etmək lazım olmadığını, müsəlmanların çox olduğu yer olduğunu demişəm. Tam xatırlamıram, çoxdan baş verən bir mövzudur. Orada Raufun adı hallanıb, başqa kənar şəxslərin adının hallandığını eşitməmişəm. Mənə Raufun terror aktı törətməsi ilə bağlı nəsə eşidib-eşitməməyimlə bağlı sual ünvanlanır. Mən ifadəmi unutmuşdum, ancaq sonra Raufla birlikdə kafedə oturduğumu xatırladım. Mən müsəlmanlara qarşı olan bu fikirlə razı deyildim. Buna görə də, əgər Təqsirləndirilən şəxs mənim yanımda müsəlmanlara qarşı terror aktı törətmək istədiyini desəydi, buna qarşı olduğumu ona bildirərdim. İfadəmdə yazılanlar mənim yazımdır, düzdür. Mən ifadə verəndə Təqsirləndirilən şəxs əgər bu söhbəti deyibsə də, mən etmək lazım olmadığını dediyimi söyləmişəm. Əgər Rauf o sözü işlədibsə, lazım olmadığını, etməməyi söyləmişəm. Sonrasını xatırlamıram, ancaq ifadəmdə yazdırdılar” Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərmişdir ki, “Biz Raufla Sumqayıtda eyni məhəllədə yaşayırdıq. Mən 12-ci məhəllədə, o isə Sumqayıt şəhərində yaşayış massivində yaşayır, bir-birimizi oradan tanıyırıq. Biz birlikdə toyda olmuşuq, namaz qılmışıq. Başqa heç nəyin şahidi olmamışam. Raufla dini baxışımız fərqlidir. Bu fərqliliyi bilmək üçün dini biliyə sahib olmaq lazımdır. Hər ikimiz eyni məzhəbliyik, sadəcə olaraq görüş fərqliliyimiz var. Yəni onun İŞİDlə heç bir əlaqəsi yoxdur. Rauf “Dinamo” kafesində terror törədəcəyi ilə bağlı mənə heç bir məlumat verməyib. Raufun bir az psixi problemləri var. O əsəbidir, nevroloji problemləri var. O, mənə heç bir məlumat verməyib. Rauf nevroloji xəstədir, buna görə mənim yanımda neçə dəfə dərman içdiyinin şahidi olmuşam. Nevroloji problemləri olduğu üçün onunla çox da oturubdurmurdum, ancaq Rauf yaxşı uşaqdır. Dövlət Təhlükəsizlik Xidmətində istintaqda ifadə verərkən mənə 12 saat “press” etdiriblər. Məni məcbur edib imza çəkdirdilər ki, guya Rauf haranısa partlatmaq istəyib. Raufun əleyhinə ifadə vermək üçün mənə təzyiq ediblər. Mənim özümü də cinayətlə yükləyiblər ki, guya terrorçuluğu maliyyələşdirmişəm. Mənə təzyiqlə ifadəyə imza çəkdiriblər. Rauf özü nevroloji problemləri olan uşaqdır. Təzə ailə qurub, ailəli adamdır. Məni 22 mayda dindirməyiblər, 5 mayda tutanda Sumqayıtda Dövlət Təhlükəsiz Xidmətində “press” etdiriblər, orada məcbur imza çəkdiriblər. Sonra guya məndən 22 mayda ifadə alıblar, əslində isə məndən həmin tarixdə ifadə almayıblar. İfadədəki yazını mənə məcbur yazdırıblar. Başımın üzərində 4 əməliyyatçı var idi. Harada görülüb ki, əməliyyatçı müstəntiq əvəzində gəlib ifadə alsın. İbtidai istintaq zamanı verdiyim ifadəni qəbul etmirəm. Mənə məcbur imza çəkdiriblər. Rauf xəstədir, psixoloji və nevroloji problemləri var. Onun elə bir hərəkəti olmayıb, o, dərman atmamış özünü idarə edə bilmir.” Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 sərbəst ifadəsində göstərmişdir ki, “Raufla aramızda dostluq münasibəti çoxdan var. Bizim dostluq münasibətimiz Rauf ibadət etməzdən əvvəl olub. Raufun radikal iş görməyi barədə heç bir məlumatım yoxdur. Bununla bağlı məlumatı nə görmüşəm, nə də eşitmişəm. Həftədə 4-5 dəfə görüşmüşük. Birlikdə vaxt keçirmişik, çay içmişik, ortaq dostlarımız olub, görüşmüşük. Bu hallarla bağlı heç bir şahidliyim yoxdur. Sadəcə telefonla bağlı bir problem oldu, onda məni gəlib götürdülər. Həmin vaxt Raufun məsələsini bildim. İstintaqda da mənə bildirdilər, mən yenə də fikrimi söylədim. Raufun ibadət etdiyini bilirdim. Biz ona Abdulrauf deyirik. Abdulrauf Allahın qulu deməkdir. Biz ona xitab edərkən həmişə elə xitab etmişik. Biz öz aramızda ləqəb kimi ona elə demişik. Rauf mənə “Redmi Note” markalı telefon gətirmişdi. Həmin telefonu düzəltmək qeyrimümkün idi, sonra ona da telefonu düzəltməyin qeyri-mümkün olduğunu dedim. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı iştirak etməyən şahid şahid6 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Raufla təxminən 1 il 6 ay əvvəl ortaq tanışları Əli Şabanov vasitəsilə tanış olmuşdur. O, qeyd etdiyi tarixdə Sumqayıt şəhərində fəaliyyət göstərən “Parit” kafesində dostları ilə birlikdə olarkən Raufun Əli ilə birlikdə gəldiyini və həmin vaxt tanış olduqlarını bildirmişdir. Təxminən 12 yaşında Qamət Süleymanovun yanında ərəb dili üzrə müəllim kimi fəaliyyət göstərən “Ərəb Vüqar” adı ilə tanınan müəllimin yanına getmiş, ərəb dili və İslam dininə aid müxtəlif ədəbiyyatlarla tanış olub öyrənmişdir. Bu səbəbdən Sumqayıt şəhərində yaşayan və onunla eyni əqidədə olan insanlar bir araya gələrkən dostları ondan müxtəlif hədislər danışmasını istəmişlər. O, həmin görüşlərin çox vaxt Sumqayıt şəhərində fəaliyyət göstərən “Xurcun” və ya “Dinamo” adlı kafelərdə baş tutduğunu bildirmişdir. O, Raufun da həmin görüşlərdə mütəmadi olaraq iştirak etdiyini, sonuncunun münaqişəyə meyilli, hətta Azərbaycan Respublikası ərazisində partlayış və ya oxşar hərəkətlər etməyə hazır bir insan olduğunu qeyd etmişdir. Belə ki, 2025-ci ilin yanvar ayında Sumqayıt şəhərində fəaliyyət göstərən “Xurcun” kafesində dostları ilə birlikdə olarkən müxtəlif dini söhbətlər edib yekunlaşdırdıqdan sonra Rauf ona yaxınlaşaraq təklikdə söhbət etmək istədiyini bildirmişdir. Söhbət əsnasında Rauf dini söhbətlər etdikləri şəxslərin özü də daxil olmaqla onu müəllim kimi görüb qəbul etdiklərini, lakin onun söhbətlərinin tam düzgün olmadığını qeyd etmişdir. Belə ki, o Raufdan nəyə görə söhbətlərini bəyənmədiyini soruşduqda, sonuncu “bacı”-lardan birinin polis əməkdaşları tərəfindən zorlandığını bildirmiş və hüquq-mühafizə orqanlarında işləyən şəxslərin onların əqidəsində olanlara qarşı münasibətinin pis olduğunu, bu səbəbdən onlar barəsində tədbir görmək lazım olduğunu bildirmişdir. Bununla əlaqədar o, Raufdan tədbir dedikdə nə nəzərdə tutduğunu soruşmuş, sonuncu isə sinif yoldaşının qardaşının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşı olduğunu, sinif yoldaşının özünün də “Dinamo” idman kompleksində bir müddət idman etdiyini və ora girməyin onun üçün çətin məsələ olmadığını qeyd etmişdir. Lakin o, Raufun niyyətini tam anlamadığından sonuncu ilə söhbəti davam etdirmiş və nə etmək istədiyini soruşmuşdur. Rauf da cavab olaraq internet resurslarında müxtəlif araşdırmalar apardığını və “Natrium Sulfat” maddəsinin və hazırda adını bilmədiyi kimyəvi maddələrin qarışımını etdikdə partlayıcı maddə əldə etmək olduğunu və həmin maddələrdən istifadə edərək polis əməkdaşlarının idman etdikləri “Dinamo” idman kompleksində partlayış törətmək istədiyini və hər şeyi araşdırdığını, lakin bu partlayışı tək həyata keçirməyə gücü çatmadığını bildirirək, ondan dini söhbətlər edən zamanı orada olan şəxslərə də bu ideyanı yeritməyi xahiş etmişdir. O da Raufa belə məsələlərin lazım olmadığını, dini tərəfdən də qadağan edildiyini bildirmişdir. Təxminən 5 gün sonra Sumqayıt şəhərində fəaliyyət göstərən “Dinamo” kafesində dostları ilə dini söhbəti yekunlaşdırdıqdan sonra Rauf yenə ona yaxınlaşmış və təklikdə söhbət etmək istəmişdir. Rauf onunla söhbət edərkən keçən dəfə etdikləri söhbətə geri qayıtmış və “Dinamo” idman kompleksində partlayış törətməyin hüquqmühafizə orqanları tərəfindən aşkarlanmasının nisbətən asan olduğunu və yenə müxtəlif internet resurslarında araşdırma apardığını və hazırda adını xatırlamadığı bir neçə kimyəvi maddənin adını çəkmişdir. O da həmin kimyəvi maddələrin qarışımının nə işə yaradığını soruşduq da, Rauf cavab olaraq tam araşdırma apardığını və hətta “Youtube”-da bununla bağlı videolara baxdığını qeyd etmişdir. Belə ki, video da X19 yaşayan bir qrup cinayətkarın Amerika hüquq-mühafizə orqanlarında işləyən şəxslərin idman etdikləri zala daxil olaraq idman əlavəsi kimi qəbul etdikləri dərmanların içərisinə söhbətlərinin əvvəlində qeyd etdiyi kimyəvi qarışımları əlavə etdiyini və nəticədə 40dan çox hüquq-mühafizə orqanlarında işləyən şəxs zəhərlənərək öldüyünü və hələ də cinayətkarları müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Rauf yenə “Dinamo” idman kompleksinə daxil olmağın onun üçün çətin olmadığını bildirmiş və yenə ondan dini söhbətlər zamanı bu məsələləri digər dostlarının nəzərinə çatdırmasını və bu hərəkətlərin icra olunmasında kömək göstərmələrini xahiş etmişdir. Rauf həmçinin partlayış və ya insanları zəhərləmək üçün lazım olan ilkin bütün məlumatları topladığını, sadəcə olaraq əlavə qüvvə lazım olduğunu qeyd etmişdir. O, Raufdan bu kimyəvi maddələri necə əldə edəcəyini soruşduqda isə Rauf qeyd etdiyi kimyəvi maddələri istənilən aptekdən əldə edə biləcəyini bildirmişdir. Bundan başqa o, həmin görüşlərdə Mircavad, Şabanov Əli və adını bilmədiyi, lakin əslən Qax rayonundan olan, Ramin adlı şəxslərin iştirak etdiyini, həmin şəxslərin Raufla münasibətlərinin yaxşı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası, iş üzrə dindirilmiş təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş: ##.##.2024-cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İŞİD dəstəkçisi olduğuna və naməlum vaxtda mümkün hücumu həyata keçirmək üçün istifadəsində olmuş “X3 9” markalı 865289057003108 və *************** saylı İMEİ kodlu mobil telefonda internet vasitəsilə axtarışlar edərək partlayıcı qurğuların hazırlanmasına maraq göstərdiyi müəyyən edilmişdir. ##.##.2024-cü il tarixli “Arayış”dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “X3 9” markalı “M2003J15SC” modelli, 865289057003108 və 865289057003116 İMEİ nömrəli mobil smartfonun yaddaşında ## ###### 2024-cü il tarixində naməlum internet resursunun, yaxud sosial platformanın axtarış bölməsində “İsis” (##.##.2024 20:22:06), “Bomb make” (##.##.2024 20:13:35), “Bomb” (##.##.2024 20:12:14), “Deash” (##.##.2024 20:12:01) mətnləri qeyd edilmişdir. Mobil smartfonun yaddaşında “Tap.az” mobil tətbiqində istifadəçi tərəfindən “Bıçaq”, “Picax” məzmunlu axtarışların həyata keçirilməsi, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil smartfonun yaddaşında əlində naməlum markalı odlu silah ilə çəkdiyi fotoşəkil, tapançanın texniki xüsusiyyətlərini bildirən fotoşəkil və “Youtube” media platformasında patronların quruluşunu əks etdirən videogörüntünün bir hissəsi aşkarlanmışdır. Mobil smartfonun yaddaşında ## #### 2024-cü il tarixdə yüksək ehtimalla naməlum “Telegram” kanalının “cavablar” bölməsində dərc olunmuş məlumatların tərcüməsində- “çox . sadə sxemi kondensator ilə birləşdirirsən və ona necə cərəyan verməyi fikirləşirsən, akkumulyatordan və yaxud dinamodan olar, tumbler düzəldirsən (qoruyucu) və başla düyməsini. 50-70 metr naqil götürürsən (qorxmursansa biraz qısa edirsən) və kantaldan elektrik kibrit yaradırsan (google sənə kömək edə bilər) sonra bunları alışqan qaytan üzərindən detonatora birləşdirirsən” mətnləri aşkar edilmişdir. Mobil smartfonun yaddaşında “Whatsapp Business” ani mesajlaşma tətbiqində istifadəçi Təqsirləndirilən şəxs məxsus “elektron ünvan 1” hesab vasitəsilə “elektron ünvan 2” hesab ilə aparılmış yazışmaların məzmununda- Təqsirləndirilən şəxs qaz tapançalarının alınması məqsədilə qeydiyyatdan keçdiyi mənbə və satışda olan məhsulların təklifinə dair məzmunlar müəyyənləşdirilmişdir. Sələfi məzhəbinin radikal davamçısı Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində yaratdığı “Abdurrauf Esgerzade” adlı profilinin və ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Telegram” hesablarının yüksək ehtimalla radikal fikirlərin, paylaşımların və müvafiq radikal kontingent ilə aparılmış yazışmaların və yaxud həmin məzmunlara göstərdiyi maraq səbəbindən bloka salınması istisna edilmir, sözügedən məlumatlar “DVD” diskə köçürülərək arayışa əlavə olunmuşdur. ##.##.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs danışıqlarının səs yazısına dair əməliyyat orqanından istintaqa daxil olmuş 01 ədəd “xxxx” diskə baxış keçirilmiş, ilk olaraq diskin içərisində 01 ədəd 27.298 kb yaddaşlı faylın olması, fayla daxil olduqda faylın 29:07 saniyəlik videokadrdan ibarət olması, həmin faylda Fuad Əsgərzadənin terrorçuluğa hazırlıq cəhdləri ilə bağlı danışıqlarının olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025- ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubdan görünür ki, ##.##.2004-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 30, mənzil 56 ünvanında yaşamış Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** nömrəli məktubdan görünür ki, ##.##.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Həmçinin, ittiham olunan əməli zamanı onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayətin törədildiyi dövrdə öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməi CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatsız yaşamış, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində ##.##.2025-ci il təvəllüdlü X6 adlı bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəyinə, iş üzrə sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirir və onun bu ittihamla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab edilmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində ifadə verərkən, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən – ümumilikdə ibtidai istintaq müddətində onun hüquqlarının qorunması məqsədilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin məhkəmə istintaqı zamanı qeyd etdiyi xüsusatlar barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, üzləşdiyi haqsızlıqlarla bağlı müvafiq qurumlara şikayət etməmiş, yalnız hazırki məhkəmə istintaqı zamanı bu halları qeyd etmişdir ki, məhkəmənin bu halın xüsusilə ağır cinayət törətməyə hazırlığa görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçilmiş müdafiə taktikasından irəli gələn hərəkətlər olması və ona elan olunan ittihamın əsasına məhz Rauf Fuad Əsgərzadənin ibtidai istintaq zamanı verdiyi ifadələri qoymasına dair qənaəti işin faktiki hallarına uyğundur və mövcud sübutlarla üst-üstə düşdür. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Eyni zamanda məhkəmə kollegiyası şahid şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəyə birinci instansiya məhkəməsinin verdiyi hüquqi qiymətlə razılaşır və qeyd edir ki, sözügedən şahidin təqsirləndirilən şəxslə eyni əqidə yoldaşı olması, aralarında dostluq münasibətinin olması həmin şəxsin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi halını və həmin şahidə kənar təsirin olması halını istisna etmir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı fiziki və psixoloji təsir göstərilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməsi halı müəyyən edilməmişdir. Ona görə də, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrin təzyiq altında verməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Kollegiya onu da qeyd edir ki, məhkəmənin gəldiyi nəticələrin «yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı olması» barədə CPM-nin 349.5-ci maddəsi ilə müəyyən edilən müddəa o demək deyildir ki, təqsirlilik məsələsi müzakirə edilərkən yalnız məhkəmə iclasında verilən ifadələr əsas götürülməlidir. Qanunun mənasına görə, ibtidai araşdırma dövründə verilmiş ifadələr məhkəmə iclasında tədqiq edilərkən onların işin digər halları ilə uyğun gəlməsi müəyyən edildikdə daha mötəbər sübut kimi qəbul edilə bilər. Hazırki iş üzrə təqsirləndirilən şəxsin, habelə bir sıra şahidlərin ibtidai araşdırma vaxtı verdikləri ifadələri işin məhkəmə iclasında tədqiq edilən hallarına daha uyğun və inandırıcı hesab edən birinci instansiya məhkəməsi bu halı hökmdə qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» ## ###### 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli hesab etməməsi ilə bağlı apellyasiya şikayətlərinin dəlilləri birinci instansiyası məhkəməsi tərəfindən artıq ətraflı yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu və həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında haqlı nəticəyə gəlmişdir. İşdə təqsirləndirilən şəxsin ona istinad olunan cinayət əməllərini törətməsini təsdiq edən kifayət qədər sübutlar vardır. Birinci instansiya məhkəməsi mübahisələndirilən hökmdə ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları ayrıayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi CM-nin 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə nəzərdə tutulan əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən təqsirləndirilən şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmış, gəlinən nəticə hökmdə ətraflı şərh edilməklə əsaslandırılmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətlərinin dəlilləri də birinci instansiya məhkəməsinin həmin mövqeyinin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermiş, cəza təyininin ümumi prinsiplərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin cinayətə hazırlığa uyğun ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası da, təyin edilmiş cəzanı törədilən cinayət əməllərinə adekvat hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs CM-nin 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də, apellyasiya şikayətləri təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə müasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 397, 398.1.1, 407, 410cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-177/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-177/2026
23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver