Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-179/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Siyəzən Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Elmar İsmayılov tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü (hakim B.Ələkbərov) ilə ## #### 1985-ci il tarixdə Şabran rayonunun Zarat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olan, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla, yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya apellyasiya şikayəti və dövlət ittihamçısı Elmar İsmayılov tərəfindən apellyasiya protesti verilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni, 02 (iki) ədəd gümüşü rəngli, 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,056 qram, 0,190 qram, ümumi təmiz çəkisi 0,288 qram maddələr, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və xeyli miqdarda, yəni, 01 (bir) ədəd gümüşü rəngli, 01 (bir) ədəd qızılı rəngli, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,073 qram, 0,074 qram, 0,052 qram, ümumi təmiz çəkisi 0,199 qram maddələr, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Siyəzən rayon polis idarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ###### 2025-ci il tarixdə, saat 00:18 dəqiqədə Siyəzən rayonu, Zarat kəndi ərazisində, Quba- Bakı yolunun kənarında “Nəqliyyatın tərəzisi” adlanan yerin yaxınlığında saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzəri yoxlanılan zaman, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret kağızında olan bükülüdən 02 (üç) ədəd gümüşü rəngli, 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,056 qram, 0,190 qram, ümumi təmiz çəkisi 0,288 qram olan narkotik vasitə heroin və 01 (bir) ədəd gümüşü rəngli, 01 (bir) ədəd qızılı rəngli, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,073 qram, 0,074 qram, 0,052 qram, ümumi təmiz çəkisi 0,199 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. APELLYASİYA PROSESTİNİN VƏ ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsi hökmdən apellyasiya şikayəti verərək, barəsində olan cinayət işinə yenidən baxılaraq daha yüngül qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı hökmdən apellyasiya protesti verərək, hökmün ləğv edilməsini və Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasına uyğun təklif etdiyi həddə cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmiş, protesti onunla əsaslandırmışdır ki, məhkəmə yalnız təqsirləndirilən şəxsin məhkəmədə verdiyi məqsədyönlü təkzib ifadələrini əsas götürmüş, cinayət işi üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə onun ifadələrini təhlil etməmiş, sonda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satmaq niyyətində olmasına dair ibtidai istintaq ərəfəsində toplanmış kifayət qədər sübutların məcmusuna hüquqi qiymət vermədiyindən yanlış nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları olmuşdur. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması özü-özlüyündə həmin şəxs tərəfindən narkotik vasitələrin məhz satış məqsədi ilə etməklə saxlamasını heç də inkar etmir. Həmçinin, şəxsin narkotik vasitə və psixotrop maddəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onu satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitəni və psixotrop maddənin hazırlaması üçün hər hansı avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə və psixotrop maddənin əldə edilməsi mümkündür və istisna olunmur. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs asanlıqla narkotik vasitə və psixotrop maddə əldə etmək imkanına malik olan şəxsdir, bu halı üzərində ## ###### 2025-ci il tarixdə ümumilik 7 büküm (heroin və metamfetamin) aşkar edilməsi də təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun ödənilmədiyi və ya götürülmədiyi halda, əvvəlki məhkumluğunun da narkotik vasitələrin satış məqsədilə əldə edilməsi və üzərində saxlamaqla, daşıma cinayət əməli ilə bağlı olması, təqsirkarın əmək fəaliyyəti və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə şəxsin öz əməlinə heç bir tənqidi münasibətinin formalaşmamasını nəzərə almamışdır. Siyəzən Rayon Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verilmişdir. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin təmin edilməsini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə təqsirinin sübut olunmamasına görə tövsif edilməli olması, tövsif edilən əməl üzrə isə əməlinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətin residivinin olmasını və yüngülləşdirən hal kimi isə himayəsində biri azyaşlı olmaqla, iki övladının olmasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin ittiham üzrə gəlinən nəticədən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, işinə yenidən baxılaraq, barəsində daha yüngül cəza təyin edilməsini, dövlət ittihamçısı isə apellyasiya protesti verərək, ittiham olunan əməl üzrə təqsirli bilinməli olmasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutları və məhkəmənin gəldiyi nəticələrin qanuna uyğunluğunu yoxlayaraq hesab edir ki, apellyasiya protesti təmin edilməməli, apellyasiya şikayəti əsaslı hesab edilməli, gəlinən nəticə cəza təyini hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya protestinin və şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Siyəzən RPŞ-nin CAB-ın rəisi Zəkiyev İkraməddin İmaməddin oğlu məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Siyəzən rayonunun sakini kimi tanısa da, ona qarşı düşmənçilik və ədavəti olmamışdır. ## ###### 2025ci il tarixdə əməliyyat aparatına Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra, həmin tarixdə, saat 00:18 radələrində o, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Ülvi İsayev və CAB-ın əməliyyat müvəkkili şahid3 ilə birlikdə Bakı-Quba-Rusiya yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində, yolun kənarında “Nəqliyyatın tərəzisi” adlanan yerin yaxınlığında olarkən Təqsirləndirilən şəxs orada olduğunu görüb video çəkiliş vasitəsilə ona yaxınlaşmış, habelə sonuncuya özlərini təqdim edib narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar əsaslı şübhələr olduğunu bildirməklə, şəxsi axtarış keçirməli olduqlarını qeyd etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş və təklif əsasında əynində olan qara rəngli gödəkcənin sol yan cibində saxladığı bir ədəd siqaret kağızında olan bükülünü təqdim etmişdir. Həmin bükülü tərəfindən açılmış, içərisinə baxış keçirilərkən oradan hər biri 3 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Beləliklə, təqdim edilmiş qeyd olunan vasitələr boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, video çəkiliş yekunlaşmış, habelə Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə gətirilmiş, orada İB-nin baş müstəntiqi Turab Rzazadə tərəfindən video çəkilişlə təqdim olunmuş zərfə və diskə baxış keçirilmiş, sözügedən predmetlər yenidən müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, istər əvvəllər, istərsə də, Təqsirləndirilən şəxs saxlanılarkən sonuncu barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə kifayət qədər əməliyyat məlumatı daxil olsa da, həmin vaxt gecə saatları olduğundan onun üzəri yoxlanıldıqdan sonra, yaşadığı evə baxış keçirilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. ## ###### 2025-ci il tarixdə əməliyyat aparatına Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra, həmin tarixdə, saat 00:18 radələrində o, RPŞnin NMQ-nun əməliyyat müvəkkili Ülvi İsayev və CAB-ın rəisi İkraməddin Zəkiyev ilə birlikdə Bakı-Quba-Rusiya yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində, yolun kənarında “Nəqliyyatın tərəzisi” adlanan yerin yaxınlığında olarkən Təqsirləndirilən şəxs orada olduğunu görüb video çəkiliş vasitəsilə ona yaxınlaşmış, habelə sonuncuya özlərini təqdim edib, narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar əsaslı şübhələr olduğunu bildirməklə, üzərinə şəxsi axtarış keçirməsinin zəruriliyini qeyd etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş, habelə təklif əsasında əynində olan qara rəngli gödəkcənin sol yan cibində saxladığı bir ədəd siqaret kağızında olan bükülünü təqdim etmişdir. Həmin bükülü RPŞ-nin CAB-ın rəisi İkraməddin Zəkiyev tərəfindən açılmış, habelə içərisinə baxış keçirilərkən oradan hər biri 3 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən üzərindən 80 manat pul aşkar olunsa da, əhəmiyyət kəsb etmədiyindən həmin məbləğ sonuncunun özünə qaytarılmışdır. Beləliklə, təqdim edilmiş qeyd olunan vasitələr boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, video çəkiliş yekunlaşmış, habelə Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə gətirilmiş, orada İB-nin baş müstəntiqi Turab Rzazadə tərəfindən video çəkilişlə təqdim olunmuş zərfə və diskə baxış keçirilmiş, təqdim edilmiş predmetlər yenidən müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, rəhbərlik tərəfindən göstəriş verilmədiyindən onun yaşadığı evə baxış keçirilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili İsayev Ülvi Teyyub oğlu məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. ## ###### 2025ci il tarixdə əməliyyat aparatına Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra, həmin tarixdə, saat 00:18 radələrində o, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili şahid3 və CABın rəisi İkraməddin Zəkiyev ilə birlikdə Bakı-Quba-Rusiya yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində, yolun kənarında “Nəqliyyatın tərəzisi” adlanan yerin yaxınlığında olarkən Təqsirləndirilən şəxs orada olduğunu görüb video çəkiliş vasitəsilə ona yaxınlaşmış, habelə sonuncuya özlərini təqdim edib, üzərində şəxsi axtarışın keçirməsinin zəruriliyi qeyd edilmişlər. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş, habelə təklif əsasında əynində olan qara rəngli gödəkcənin sol yan cibində saxladığı bir ədəd siqaret kağızında olan bükülünü təqdim etmişdir. Həmin bükülü RPŞ-nin CAB-ın rəisi İkraməddin Zəkiyev tərəfindən açılmış, habelə içərisinə baxış keçirilərkən oradan hər biri 3 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən üzərindən 80 manat pul aşkar olunsa da, əhəmiyyət kəsb etmədiyindən bu pul sonuncunun özünə qaytarılmışdır. Beləliklə, təqdim edilmiş qeyd olunan vasitələr boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, video çəkiliş yekunlaşmış, habelə Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə gətirilmiş, orada İB-nin baş müstəntiqi Turab Rzazadə tərəfindən video çəkilişlə təqdim olunmuş zərfə və diskə baxış keçirilmiş, təqdim edilmiş predmetlər yenidən müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, həmin vasitələri kimlərə satmasına dair informasiya olmamışdır. Cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 06 (altı) ədəd büküm...” sözlər və imzalar olan kağız paketdəki, 02 (iki) ədəd gümüşü rəngli kağız bükümdə və 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,056 qram, 0,190 qram olmaqla, ümumi təmiz çəkisi 0,288 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroinlər kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Bundan başqa, 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə 01 (bir) ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,073 qram, 0,074 qram, 0,052 qram olmaqla, ümumi təmiz çəkisi 0,199 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata hər bir obyektdən 0,02 qram olmaqla, cəmi 0,06 qram narkotik vasitə heroin istifadə olunduqdan sonra, onun qalıq çəkisi 0,228 qram, eyni qaydada psixotrop maddə metamfetamin istifadə olunduqdan sonra isə, metamfetaminin qalıq çəkisi 0,139 qram təşkil etmişdir. Cinayət işinin 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 X2-X3 Ekspert komissiyası tərəfindən ## ###### 2026-cı il tarixdə verilmiş **** nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 9-10-cu vərəqələrində olan ## ###### 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan, eləcə də işin 15-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd DVD diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün saat 00:18-dən saat 00:32-dək olan müddət ərzində Bakı-Quba-Rusiya yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində, yolun kənarında “Nəqliyyatın tərəzisi” adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs üstündə yoxlama aparılan zaman sonuncu ittihamın əsasını təşkil edən, əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı bir ədəd siqaret kağızında olan bükülüdən, hər biri üç ədəd olmaqla, ümumilikdə altı ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etmişdir. Yoxlama zamanı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Cinayət işinin 114-cü vərəqəsində olan ## ###### 2026-cı il tarixli maddi sübut kimi tanımaq haqqında, eləcə də cinayət işinin 162-171-ci vərəqələrində olan ## ###### 2026-cı il tarixli sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, qalıq çəkisi 0,228 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 0,139 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün Siyəzən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd DVD Disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Siyəzən Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-**/**** saylı hökmünün və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsinin ## ##### 2020-ci il tarixli, **/****** nömrəli məktubunun surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sözügedən hökmlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmçinin bu hökmlə Siyəzən Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilmiş, onun üzərində qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə və 3 000 manat miqdarında cərimə cəzası saxlanılmış, həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması hökm olunmuş, habelə o, ## ##### 2020-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azadlıqdan məhrum etmə cəzası üzrə cəza çəkməkdən azad edilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ###### 2025-ci il tarixli tələbnaməsindən, cinayət işinin 86-92-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-**/**** saylı hökmündən, işin 126130-cu vərəqələrindəki ## ####### 2024-cü il tarixli, *(***)-****/**** saylı qərarından, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən rayon icra və probasiya şöbəsinin ## ###### 2026-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarının surətindən və ## ###### 2026-cı il tarixli, *-**-**-**/*-*****/**** nömrəli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin ## #### 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, sözügedən Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə və 3 000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması hökm olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2024cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 3 ay 4 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti ## ###### 2025-ci il tarixdə başa çatsa da, 3000 manat cərimə cəzasından heç bir vəsait ödəməmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilməklə, Siyəzən rayon icra və probasiya şöbəsinin ## ###### 2026-cı il tarixli qərarına əsasən həmin hökm üzrə ona təyin olunmuş cərimə növündə cəzadan azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilməklə ## ###### 2026-cı il tarixdə qeyd edilən hökm üzrə ona təyin olunmuş cərimə növündə cəzadan azad edilsə də, o, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunarəkən, əvvəlki hər iki məhkumluğu üzrə cərimə cəzasını ödəməmiş yenidən qəsdən hazırkı cinayəti törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olan şəxsdir. Cinayət işinin 74-77-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-**/**** saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində ## #### 2009-cu il təvəllüdlü İlkanə adında və ## ######## 2015-ci il təvəllüdlü Ayan adında iki övladı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 234.2-ci maddəsinə görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” * nömrəli, “14 ” iyun 2024-cü il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CMin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hər hansı əməlin cinayət hesab edilməsi həmin əməli törədən şəxsin barəsində mühüm cinayət-hüquqi nəticələr törətdiyindən cinayət-hüquqi məsuliyyətə səbəb olan hansı hərəkət və ya hərəkətsizlik, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qanunda dəqiq və aydın göstərilməlidir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarı) Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarı). Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır (Cinayət Məcəlləsinin 3-cü maddəsi). Bununla əlaqədar kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham verilərkən üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin miqdarı, bükümlərin sayına istinad edilmişdir. Həmin halların şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında protokollara, ekspert rəyləri, maddi sübutlar və digər istintaq hərəkətləri nəticəsinə dair protokollarla təsdiq edildiyi ittiham tərəfi göstərmişdir. Müdafiə tərəfi isə narkotik vasitə və prixotrop maddənin satış məqsədi ilə deyil, şəxsi istifadə üçün əldə edildiyini mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır (CM-nin 3cü maddəsi). Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Cinayət Prosessual Məcəllənin 139.0. 139.0.1, 139.0.3 və 139.0.4-cü maddələrinin məzmununa görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə nəticəyə gələrkən onun üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin olan metamfetaminin miqdarına və bükümlərdə olmasına istinad edərək, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən başqa sübutlar əldə etməmişdir. Narkotik vasitə və psixotrop maddənin vasitənin çəkisi və büküm formasında olması özlüyündə təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə üzərində gəzdirilməsi anlamına gəlmir. Belə ki, təqsirkarın narkotik vasitə və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, eləcə də onların hazırlanması üçün avadanlığın olması zəruridir. Lakin ittiham tərəfi qeyd edilən xüsusatı təsdiq edəcək əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin, yəni opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olması ona dəlalət edir ki, onun satış məqsədi ilə deyil, istifadə etmək üçün psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il qərarında qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (Cinayət Prosessual Məcəllənin 351.2-ci maddəsi). Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə ittiham tərəfinin gəldiyi nəticə əsaslı şübhə yaratmayan mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslandığından, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin əməlinin tövsüf edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya protestinin əməlin tövsüf edilməsi barədə dəlillərini formal mülahizə kimi dəyərləndiririr. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törədilmiş əmələ görə təyin edilmiş cəzaya gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ###### 2025-ci il tarixli tələbnaməsindən, cinayət işinin 86-92-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-**/**** saylı hökmündən, işin 126130-cu vərəqələrindəki ## ####### 2024-cü il tarixli, *(***)-****/**** saylı qərarından, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən rayon icra və probasiya şöbəsinin ## ###### 2026-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarının surətindən və ## ###### 2026-cı il tarixli, *-**-**-**/*-*****/**** nömrəli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin ## #### 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, sözügedən Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə və 3 000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması hökm olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2024cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 3 ay 4 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti ## ###### 2025-ci il tarixdə başa çatsa da, 3000 manat cərimə cəzasından heç bir vəsait ödəməmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilməklə, Siyəzən rayon icra və probasiya şöbəsinin ## ###### 2026-cı il tarixli qərarına əsasən həmin hökm üzrə ona təyin olunmuş cərimə növündə cəzadan azad olunmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində ## #### 2009-cu il təvəllüdlü İlkanə adında və ## ######## 2015-ci il təvəllüdlü Ayan adında iki övladı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən cəzanı ağırlaşdıran və yüngülləşdirən halın olmasını nəzərə almışdır. Törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, narkotik vasitənin və psixotrop növü, miqdari və şəxsiyyətini xarakterizə edən, o cümlədən cəzanı yüngülləşdirən hallar ilə yanaşı, cəzanı ağırlaşdıran halların olması nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddə üzrə təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddi CM-nin 65.2ci maddəsinin tələbləri riayət edilməklə təyin edilməli olsa da, təyin edilən cəzanın həddi cəzanın məqsəd və prinsipləri baxımından ədalətli hesab edilməməlidir. Belə ki, cəza sitəm xarakter daşımamaqla, qisas məqsədi ilə təyin edilməməklə, şəxsin islah olunmasına yönəldilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 45-ci bəndinə görə məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü təyin edilmiş cəzanın müddəti hissəsində qanuni və əsaslı hesab edilməməli, təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il, 6 (altı) ay müddətinə endirilməli, apellyasiya şikayəti isə təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə müvafiq olaraq cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Bununla yanaşı kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş 4 iş saatı həcmində hüquqi yardımla bağlı müdafiəçi1 vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 44 manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Siyəzən Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il, 6 (altı) ay müddətinə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Dövlət ittihamçısı Elmar İsmayılov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil müdafiəçi1 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-179/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-179/2026
17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver