Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-181/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X8 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1, Zərərçəkmi şəxs İskəndərov Elbəy Famil oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə ##.##.1988-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, X5 yerləşən fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ####### 2025-cı il tarixdən ## ####### 2025ci il tarixədək 02 (iki) gün müddətə tutulması, həmçinin ## ####### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay 16 (on altı) gün, ümumilikdə 02 (iki) ay 18 (on səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasına göndərilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, vurulmuş və ödənilməmiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının zərərçəkmiş şəxslərə izah edilməsi hökm edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla və təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə ilə zərərçəkmiş şəxs3 keçmiş arvadı Əliyeva İlhamə Köçəri qızını valideynlik hüququndan məhrum edilməsi və uşaqların zərərçəkmiş şəxs3 verilməsinə dair imkanının olmasına inandırmaqla yalan vəd verib aldadaraq, həmin işin görülməsi üçün sonuncudan ## ######## 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ofisdə 2500 manat pul alıb ələ keçirərək zərər çəkmiş şəxs zərərçəkmiş şəxs3 2500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə ilə zərərçəkmiş şəxs2 banklarda hərraca çıxarılan avtomobilləri ucuz qiymətə alması imkanının olmasına inandırmaqla yalan vəd verib aldadaraq, həmin işin görülməsi üçün zərərçəkmiş şəxs2 vahid niyyətlə 2024-cü ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ofisdə 400 manat, bir neçə gün sonra eyni ünvanda həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 1530 manat təşkil edən 900 X6 dolları, bir neçə gün sonra həmin ünvanda 500 manat, bir neçə gün sonra istintaqa məlum olmayan ünvanda yerləşən terminal vasitəsi ilə onun istifadəsində olan 5239 1517 8663 **** nömrəli kart hesabına göndərilən 800 manat pulu, bir neçə gün sonra Subunçu rayonu ərazisində istintaqa məlum olmayan terminaldan eyni kart hesabına göndərilən 200 manat pulu ələ keçirərək zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 3430 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə ilə zərərçəkmiş şəxs1 qzıının oğlu zərərçəkmiş şəxs3 Şamaxı rayon polis şöbəsində olan cinayət işi üzrə həbsdən azad etdirəcəyinə dair imkanının olmasına inandırmaqla yalan vəd verib aldadaraq, həmin işin görülməsi üçün Rəfiə Rzayevadan vahid niyyətlə ## ######## 2024- cü il tarixdə Şamaxı rayon polis şöbəsinin yaxınlığında 1000 manat, həmin gün zərərçəkmiş şəxs1 qızı Şəbinə Rəhimovanın Bakı şəhəri, Xəzər Rayonu, Qala qəsəbəsində yerləşən terminal vasitəsi ilə onun istifadəsində olan 5239 1517 8663 **** nömrəli kart hesabına göndərdiyi 500 manat pulu ələ keçirərək zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 1500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə ilə İskəndərov Elbəy Famil oğlunun arvadı şahid6 Sumqayıt şəhəri, Səyid Rüstəmov adma * nömrəli uşaq incəsənət məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair imkanının olmasına inandırmaqla yalan vəd verib aldadaraq, həmin işin görülməsi üçün Elbəy İskəndərovdan vahid niyyətlə ## ##### 2025-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Şimal” Vəkil Bürosunda 30.000 manat, daha sonra həmin gün E.İskəndərovun yaşadığı ünvan 3 ünvanında özünə məxsus “Birbank” mobil tətbiqi ilə onun istifadəsində olan 5239 1517 8663 **** nömrəli kart hesabına göndərilən 1000 manat pulu ələ keçirərək zərər çəkmiş şəxs İskəndərov Elbəy Famil oğluna xeyli miqdarda, yəni 31000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə ilə zərərçəkmiş şəxs6 Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Qaçqınlar” şəhərciyindən ev verilməsinə dair imkanının olmasına inandırmaqla yalan vəd verib aldadaraq, həmin işin görülməsi üçün zərərçəkmiş şəxs6 ## ### 2025-ci il tarixdə Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən “Zeytun” restoranının qarşısında 26000 manat pul alıb ələ keçirərək zərər çəkmiş şəxs zərərçəkmiş şəxs6 xeyli miqdarda, yəni 26000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə ilə zərərçəkmiş şəxs4 tanışı X4 Sumqayıt Şəhər Məhkəməsində 152.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı baxılan cinayət işi üzrə həbslə bağlı olmayan cəza təyin etdirəcəyinə dair imkanının olmasına inandırmaqla yalan vəd verib aldadaraq, həmin işin görülməsi üçün zərərçəkmiş şəxs4 2025-ci ilin may ayının ortalarında Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Şimal” Vəkil Bürosunda 15000 manat pul alıb ələ keçirərək zərər çəkmiş şəxs zərərçəkmiş şəxs4 xeyli miqdarda, yəni 15000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə ilə zərərçəkmiş şəxs7 keçmiş arvadı Ramilə Nəcəfovanın yaşadığı evdən çıxardılmasma dair imkanının olmasına inandırmaqla yalan vəd verib aldadaraq, həmin işin görülməsi üçün ## #### 2025-ci il tarixdə zərərçəkmiş şəxs7 bacısı şahid4 ünvan 2 ünvanında mobil tətbiq vasitəsi ilə istifadəsində olan 5239 1517 8663 **** nömrəli kart hesabına göndərdiyi 1000 manat pulu ələ keçirərək zərər çəkmiş şəxs zərərçəkmiş şəxs7 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *(*- ***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirilərək cəzanın yüngülləşdirilməsi, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 dəymiş ziyanın – 3500 manatı ittihamdan xaric edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən ona təyin olunmuş 4 (dörd) il azadlıqdan məhrum etmə cəzası onun şəxsiyyətinə uyğun deyildir. Onun məhkumluğu yoxdur. Himayəsində 2 (iki) azyaşlı övladı var, ailəsinə yeganə qazanc mənbəyi odur. Törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Yuxarıda qeyd olunanların heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ona təyin olunmuş cəza dəfələrlə məhkum olunmuş şəxslərə təyin olunmuş cəzadan ağırdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 dəymiş ziyan 10000 manat qeyd olunsa da, əslində 8000 manatı işə düzəltmə, 2000 manat isə borc olduğu məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əlavə də sonuncudan 1500 manat yol xərclərinə aldığı pul da məhkəmə tərəfindən nəzərə alınmayıb. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirilərək cəzanın yüngülləşdirilməsi, zərərçəkmiş şəxs Rafiq Rzayevə dəymiş ziyanın – 3500 manatı ittihamdan xaric edilməsini xahiş etmişlər. Məhkəmə baxış iclasında iştirak edən zərərçəkmi şəxs İskəndərov Elbəy Famil oğlu çıxış edərək ona dəymiş ziyanın ödənilmədiyni, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. ##.##.2026-cı il tarixdə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 çıxış edərək ona dəymiş ziyanın ödənilmədiyni, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. ##.##.2026-cı il tarixdə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 çıxış edərək ona dəymiş ziyanın ödənilmədiyni, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş, təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixdə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edən zərərçəkmiş şəxs X2 çıxış edərək ona dəymiş ziyanın ödənilmədiyni, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X3 çıxış edərək apellyasia şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərəçəkmişlərin, şahidlərin ifadələri və digər sənədlərlə təsdiq olunur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 dəymiş ziyanın – 3500 manatı ittihamdan xaric edilməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, göstərilən məbləğ zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək və aldadaraq digər məbləğlə birlikdə almış, vahid niyyətlə əhatə olunmuş hərəkətlərin tərkib hissəsidir. Həmin məbləğ verilərkən təqsirləndirilən şəxs özünü artıq hüquqşünas olduğunu qarşı tərəfə inandırmış, bu məbləği əldə edənə qədər göstərilən “hüquqi xidmətlərə” görə zərərçəkmiş şəxs3 müəyyən məbləğdə pul almışdır. Eyni zamanda bu etibardan istifadə edərək zərərçəkmiş şəxs3 qardaşı zərərçəkmiş şəxs2 də ucuz qiymətə hərraca çıxan avtomobil təşkil edəcəyini bildirmişdir. Buna görə də, göstərilən məbləğin ittihamdan xaric edilməsinin heç bir hüquqi əsası mövcud deyildir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasi Milli Məclisin ##.##.2021-ci il tarixli “Amnistiya” Qərarinin 4-cü bəndi tətbiq edilərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış və ##.##.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; 2) Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2- ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilmiş və məhkəmə iclas zalından azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmündən verdiyi apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Elektron məhkəmə sisteminə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evli olmaqla hazırki nikahından ##.##.2024-cü il və ##.##.2023-cü il təvəllüdlü uşaqları vardır. Birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını və vurulmuş ziyan üzrə ümumilikdə 1000 manat ödəniş etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Apellyasiya şikayəti üzrə icraat zamanı təqdim edilmiş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 notarial qaydada təsdiq edilmiş ərizəsindən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanın ödənildiyi üçün heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 dəymiş ziyanın ödənilməsi, təqsirləndirilən şəxslə barışdığını da Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, təyin edilmiş cəzanın əsas məqsədlərindən biri kimi şəxsin islah olmasıdır. Bu hissədə mümkün olan cəza növü və həddi seçilməsi önəmlidir. Belə ki, bu həddin düzgün müəyyən edilməməsi, təyin edilmiş cəza şəxsin islahına deyil, hüquq pozulmasına səbəb olur, cəzanın məqsədlərinə çatmamasına, o cümlədən cəmiyyətin dövlətə və qanunvericiliyə olan inamının sarsılmasına səbəb olur. Bu baxımdan daha yüngül cəza növü ilə məqsədə çatmaq mümkün olduğu halda, daha ağır cəza növünün seçilməsi qanunvericiliyin tələbinə ziddir. Buna uyğun olaraq Təqsirləndirilən şəxs münasibətdə məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını cəza təyin edərkən nəzərə alır. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs münasibətdə cəzanın müddəti azaldılmalı, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 404, 405.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 3(üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ####### 2025-cı il tarixdən ## ####### 2025-ci il tarixədək 02 (iki) gün müddətə tutulması, həmçinin ## ####### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay 16 (on altı) gün, ümumilikdə 02 (iki) ay 18 (on səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-181/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-181/2026
06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver