Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-182/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətinin təmin olunmamasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm ## #### 2026-cı il tarixdən etibarən qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət verilmişdir. Təqsirləndirilən şəxs verdiyi vəsatətdə və məhkəmə iclasında bildirmişdir ki, hökmün surətini aldığı tarixdən müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti verməyə imkanı olmamışdır. Belə ki, qanunvericiliklə tanış olmaq, sübutları incələmək və öz müdafiəsini təmin etmək üçün ona vaxt lazım olmuşdur. Bundan sonra o, müddət bərpa barədə ərizə verərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatət əsassız olduğuna görə təmin edilməmişdir. Həmin qərardan Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, hüquqi savadı da yoxdur. Görmə qabiliyyətində problem olduğu üçün apellyasiya şikayətinin tərtib edilməsini başqa şəxsdən xahiş etmişdir. Odur ki, şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında müdafiəçi müdafiəçi1 bildirdi ki, məhkumun hüquqi savadı yoxdur. Apellyasiya şikayətinin verilməsi müddəti üzrlü səbəbdən ötürüldüyündən müddətin bərpa edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 bildirdi ki, məhkumun bildirdiyi hallar cinayət prosessual qanunvericiliyə əsasən üzrlü səbəblər deyildir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hökmün ## #### 2026-cı il tarixdə alınmasına dair qəbz məhkəməyə daxil olmuş, bu qəbz əsasında hökm icraya yönəldilmişdir. Bundan əlavə, qeyd edilən hökm rəsmi şəkildə ona ## #### 2026-cı il tarixdə təqdim edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs 20 gün ərzində onun özü və ya müdafiəçisi tərəfindən apellyasiya şikayəti vermək imkanı olmuş, lakin o ## ##### 2026-cı il tarixdə, yəni 11 gündən sonra heç bir üzürlü səbəb olmadan prosessual müddətin bərpası barədə vəsatət və apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Konstitusyasının 72-ci maddəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1 və 384.2-ci maddələrinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə ittiham hökmü ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə uyğun olaraq, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, Azərbaycan Respublikası CPM-nin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətin rədd edilməsinə dair qərarı qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs göstərdiyi dəlillər hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətinin təmin olunmamasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya məhkəməsi, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 3 (üç) iş saatına görə 33 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390, 391, 410-cu maddələrini rəhbər tutaraq, məhkəməsi kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 3 (üç) iş saatına görə 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-182/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-182/2026
09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver