Məhkəmə qərarları › İş №1(3-8)-184/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-184/2026

02.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-184/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin prokuroru X2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2, Zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi X1, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, onların nümayəndəsi İsmayılov Ceyhun Zöhrab oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Qusar Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi X1, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qusar Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə ##.##.1953-cü ildə Qusar rayonu Xurel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Qusarçay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş üzrə məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi L200” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə əsasında Qusar rayonu, Lanqu-Kuzun-Qışlaq kənd asfalt avtomobil yolunun 2-ci kilometrliyində saatda 70 km/saat sürətlə idarə edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndini və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamal və avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən qanunun tələbinə əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək Hüquqi varis idarə etdiyi motobloku arxa tərəfdən vurmuş, nəticədə Hüquqi varis idarə etdiyi motoblokun kustar üsulla hazırlanmış qoşqusunda sərnişin qismində əyləşən arvadı, ##.##.1956-cı il təvəllüdlü zərərçəkmiş şəxs3 motoblokun yoldan çıxaraq aşması nəticəsində alnında, sağ gözün bayır küncündə çoxsaylı sıyrılmış yaraları, döş qəfəsinin yuxarı şöbəsinin yan səthində, 7-8-ci qabırğalar nahiyəsinin əzilmiş yarası, sol bud sümüyünün və sol aşıq baldır oynağının oynaqdaxili sınıqları, daxili müayinədə - baş-beyin və beyincik maddəsinə qansızmaları, beyin mədəciklərdə bir neçə ml qırmızımtıl rəngli maye, sağdan 7-8-ci qabırğaların sınıqları, sağ ağciyərin deşilmiş-cırılmış yarası, döş boşluğunda qanlı maye aşkar edilməsi ilə nəticələnən xəsarətlərdən ehtiyatsızlıqdan zərərçəkmiş şəxs3 hadisə yerində ölümünə səbəb olmuş, həmçinin motoblokun arxa qoşqu hissəsində sərnişin qismində əyləşmiş ##.##.2014-cü il təvəllüdlü zərərçəkmiş şəxs1 dalağın cırılması nəticəsində baş vermiş daxili qanaxma (dalağın çırılması) ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞIR zərər vuran xəsarətlər və motoblokun arxa qoşqu hissəsində sərnişin qismində ##.##.2015-ci il təvəllüdlü Alimentov İsmayıl Valeh oğlu alt çənə sümüyünün və sol baldır sümüklərinin qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına əbəb olan sağlamlığa AZ AĞIR zərər vurmaya xəsarət almalarına səbəb olan yol hərəkət qaydalarını pozmuşdur. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi X1 apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş əsas və əlavə cəzaya və zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi X1 tərəfindən verilən mülki iddianın baxılmamış saxlanılmasına aid hissələrdə dəyişdirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi – mülki iddiaçı olaraq onun tərəfindən verilən mülki iddianın tam təmin edilməsi və bəhs edilən cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən bilavasitə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi nəticəsində ##.##.2014-cü il təvəllüdlü zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və 02.10.20215-ci il təvəllüdlü zərərçəkmiş şəxs Alimentov İsmayıl Valeh oğlunun sağlamlıqlarının pozulması və bərpası ilə bağlı əlavə çəkilən və tələb olunan xərclər, o cümlədən tibbi müayinə, müalicə və tibbi əməliyyatlar, əlavə qidalanma, dava-dərman alınması, başqasının qulluğu, sanatoriya-kurort müalicəsi üçün 30000 (otuz min) manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə öz hökmündə məhkum edilmiş şəxsə təyin olunmuş yüngüllüyünə görə açıq aşkar ədalətsiz cəzaya və mülki iddiasına münasibətdə gəldiyi nəticələri və təqsirləndirilən şəxsə cəza təyin olunması və mülki iddianın həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halları təqsirləndirilən şəxsin şəxsiyyətini, istinad etdiyi cəzanı yüngülləşdirən halları (əməlindən səmimi peşman olmasını, müsbət xarakterizə olunmasını, təqsirini etiraf edib peşmançılıq çəkdiyini bildirməsini, hadisə vaxtı vəfat etmiş şəxsin dəfn mərasiminə sərf edilmiş xərcləri ödəməsini, sonradan da zərərçəkmişlərə maddi yardım göstərməsini, yəni zərərçəkmişlərə dəymiş zərərin azaldılmasına yönəldilmiş hərəkətlərini), məhkum edilmiş şəxsin nə üçün demək olar ki ən aşağı həddə yaxın müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmasının zəruriyini və məhkum edilmiş şəxsin Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməli olmasınını) qanunvericiliyin tələbərinə uyğun olaraq tam və düzgiin əsaslandırmamış, yalnız həmin halları formal olaraq ifadə etməklə kifayətlənmiş və həmin halları təsdiq edən hər hansı bir sübuta malik olmamış, hansı mötəbər sübutlar əsasında belə bir nəticəyə gəldiyini hökmdə göstərməmiş və gədiyi nəticələri sübuta yetirməmişdir. Məhkəmənin təqsirləndirilən şəxsə cəza təyin edilərkən qanunsuz və əsassız olaraq gəldiyi nəticələr və istinad etdiyi cəzanı yüngüləşdirən hallar hakimin heç bir əsası olmayan və heç bir sübutla təsdiq olunmayan yalnız subyektiv mülahizələrindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddiaya münasibətdə prosessual hüquq normalarının tələbləri pozulmuşdir. Belə ki, məhkəmə zərərçəkmiş tərəfin ‘’əlavə sübutların tələb edilməsinə və müvafiq ekspertiza təyin olunmasına dair” verdiyi vəsatətləri qanunsuz və əsassız olaraq təmin etməmişdir. Cinayət işi üzrə materiallarda məhkumun öz əməlindən peşman olmasını təsdiq edən hər hansı bir hərəkət, həmin hərəkətin mövcudluğunu təsdiq edən heç bi sübut yoxdur və məhkəmə də bu halları təsdiq edən heç bir sübuta istinad etməmişdir. Əksinə, bəhs edilən cinayət işinin ən təkzib edilməz halı ondan ibarətdir ki, məhkum edilmiş şəxs azyaşlı zərərçəkmiş şəxslərə dəymiş ziyanın çox cüzi bir hissəsi məbləğində pul ödəmiş və azyaşlı zərərçəkmiş şəxslərin sağlamlığına dəymiş ziyanın tam aradan qaldırılması üçün hər cür maddi imkanı olduğu halda qəsdən və qərəzli olaraq bunu etməmişdir. Məhkəmənin öz hökmündə qanunsuz və əsassız olaraq cəza təyini zamanı nəzərə aldığı cəzanı yüngülləşdirən hallardan digəri guya məhkum edilmiş şəxsin öz təqsirini etiraf etməsidir. Məhkum edilmiş şəxs öz təqsirini könüllü şəkildə etiraf etməmiş, təkzibedilməz sübutların qarşısında aciz qalaraq öz təqsirini etiraf etməyə məcbur olmuşdur. Məhkəmə məhkumun öz təqsirini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunmasını və cəza təyini zamanı hansı əsasa görə daha yüngül cəza təyin olunmasına əsas verdiyini göstərməmiş və əsaslandırmamış, yalnız subyektiv mülahizə əsasında qeyd edilən nəticəyə gəlmişdir. İş materiallarında buna dair heç bir mötəbər sübut yoxdur. Məhkəmə məhkum edilmiş şəxs tərəfindən törədilən cinayət nəticəsində 1 insanın ölməsini, bir azyaşlı uşağın ağır, digər azyaşlı uşağın isə az ağır xəsarət almalarını və həmin azyaşlı uşaqların sağlamlıqlarının tam bərpa edilməsi istiqamətində heç bir əməli işin görülmədiyini və kifayət qədər maddi imkana malik olduğu halda həmin uşaqların sağlamlıqlarına dəymiş ziyanın ödənilməsi istiqamətində zəruri hesab edilən məbləğdə pul ödənilməməsini və ya uşaqların tam sağlamlığılarına qovuşması üçün zəruri hesab edilən müiayinə, müalicə və tibbi əməliyyatların həyata keçirilmədiyini nəzərə almamış və məhkum edilmiş şəxsə yüngüllüyünə görə açıq-aşkar ədalətsiz cəza təyin etmiş və maddi və prosessual normaların tələblərini kobud surətdə pozmuşdur. Birinci instansiya məhkəməsinin hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü Təqsirləndirilən şəxs təyin olunmuş əsas və əlavə cəzaya və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilən mülki iddianın baxılmamış saxlanılmasına aid hissələrdə dəyişdirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı olaraq onun tərəfindən verilən mülki iddianın tam təmin edilməsi və bəhs edilən cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən bilavasitə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi nəticəsində ona məxsus olan motoblokun və ona əlavə edilmiş qoşqunun tam yararsız vəziyyətə düşməsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 5000 (beş min) manat məbləğində pulun və Qusar rayonu Çağarqışlaq kəndində yerləşən ona məxsus bağda meyvə ağaclarına lazımi diqqət və qulluq göstərilməməsinə və vaxtında yığılmamasına görə meyvələrin məhv olması nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pulun və arvadı zərərçəkmiş şəxs3 bilavasitə yol-nəqliyyat hadisəsində ölümünə görə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pulun, ümumilikdə ona vurulmuş maddi və mənəvi ziyanın əvəzi olaraq 45000 (qırx beş min) manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə öz hökmündə məhkum edilmiş şəxsə təyin olunmuş yüngüllüyünə görə açıq aşkar ədalətsiz cəzaya və mülki iddiasına münasibətdə gəldiyi nəticələri və təqsirləndirilən şəxsə cəza təyin olunması və mülki iddianın həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan hallantəqsirləndirilən şəxsin şəxsiyyətini, istinad etdiyi cəzanı yüngülləşdirən halları (əməlindən səmimi peşman olmasını, müsbət xarakterizə olunmasını, təqsirini etiraf edib peşmançılıq çəkdiyini bildirməsini, hadisə vaxtı vəfat etmiş şəxsin dəfn mərasiminə sərf edilmiş xərcləri ödəməsini, sonradan da zərərçəkmişlərə maddi yardım göstərməsini, yəni zərərçəkmişlərə dəymiş zərərin azaldılmasına yönəldilmiş hərəkətlərini), məhkum edilmiş şəxsin nə üçün demək olara ki ən aşağı həddə yaxın müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmasının zəruriliyini və məhkum edilmiş şəxsin Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməli olmasınını) qanunvericiliyin tələbərinə uyğun olaraq tam və düzgün əsaslandırmamış, yalnız həmin halları formal olaraq ifadə etməklə kifayətlənmiş və həmin halları təsdiq edən hər hansı bir sübuta malik olmamış, hansı mötəbər sübutlar əsasında belə bir nəticəyə gəldiyini hökmdə göstərməmiş və gəldiyi nəticələri sübuta yetirməmişdir. Məhkəmənin təqsirləndirilən şəxsə cəza təyin edilərkən qanunsuz və əsassız olaraq gəldiyi nəticələr və istinad etdiyi cəzam yüngüləşdirən hallar hakimin heç bir əsası olmayan və heç bir sübutla təsdiq olunmayan yalnız subyektiv mülahizələrindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfndən məhkəməyə təqdim edilmiş mülki iddiaya münasibətdə prosessual hüquq normalarının tələbləri pozulmuşdir. Belə ki, məhkəmə zərərçəkmiş tərəfin “əlavə sübutların tələb edilməsinə və müvafiq ekspertiza təyin olunmasına dair” verdiyi vəsatətləri qanunsuz və əsassız olaraq təmin etməmişdir. Məhkəmənin öz hökmündə qanunsuz və əsassız olaraq cəza təyini zamanı nəzərə aldığı cəzanı yüngülləşdirən hallardan biri guya məhkum edilmiş şəxsin öz əməlindən peşman olmasıdır. Təqsirləndirilən şəxsin öz əməlindən peşman olmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması üçün həmin şəxsin sadəcə törədilən əməldən peşmançılıq, özü də yalnız sözdə ifadə olunan peşmançılıq çəkməsi azdır, o həm də törətdiyi cinayətin neqativ nəticələrinin aradan qaldırılmasına fəal kömək etməlidir. Bunun üçün cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna almalı, cinayətin üstünün açılmasına fəal kömək etməli, ən azından cinayət nəticəsində vurduğu ziyanı ödəməli və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmalıdır. Bəhs edilən cinayət işi üzrə materiallarda məhkumun öz əməlindən peşman olmasını təsdiq edən hər hansı bir hərəkət, həmin hərəkətin mövcudluğunu təsdiq edən heç bi sübut yoxdur və məhkəmə də bu halları təsdiq edən heç bir sübuta istinad etməmişdir. Əksinə, bəhs edilən cinayət işinin ən təkzib edilməz halı ondan ibarətdir ki, məhkum edilmiş şəxs ona mülki iddiada qeyd etdiyi maddi ziyandan hər hansı bir məbləğdə pul ödəməmiş və bunun üçün hər cür maddi imkanı olduğu halda qəsdən və qərəzli olaraq bunu etməmişdir. Məhkəmənin öz hökmündə qanunsuz və əsassız olaraq cəza təyini zamanı nəzərə aldığı cəzanı yüngülləşdirən hallardan digəri guya məhkum edilmiş şəxsin öz təqsirini etiraf etməsidir. Məhkum edilmiş şəxs öz təqsirini könüllü şəkildə etiraf etməmiş, təkzibedilməz sübutların qarşısında aciz qalaraq öz təqsirini etiraf etməyə məcbur olmuşdur. Məhkəmə məhkumun öz təqsirini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunmasını və cəza təyini zamanı hansı əsasa görə daha yüngül cəza təyin olunmasına əsas verdiyini göstərməmiş və əsaslandırmamış, yalnız subyektiv mülahizə əsasında qeyd edilən nəticəyə gəlmişdir. İş materiallarında buna dair heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində vurduğu zərərin azaldılması istiqamətində heç bir tədbir görməmiş, əksinə onun qərəzli hərəkətləri nəticəsində cinayət nəticəsində vurulan ziyanın məbləği kifayət qədər artmışdır. Bütün bunlar təqsirləndirilən şəxsin ictimai təhlükəliliyini artıran hallar kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəza şərti tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs hadisə yerindən qaçmamış, zərərçəkmiş şəxslərin həyatının xilas edilməsi üçün tədbirlər görmüş, onların müalicə xərclərinin əhəmiyyətli hissəsini ödəmiş, yas mərasimində iştirak etmiş və nəticələrin aradan qaldırılması üçün fəal davranış nümayiş etdirmişdir. Bu hallar onun şəxsiyyətini səciyyələndirən mühüm göstəricilər olmaqla cəza təyini zamanı xüsusi əhəmiyyət daşımalı idi. Məhkəmə hökmündə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin-yəni şərti məhkum etmənin tətbiqi üçün əsasların olmadığı qeyd edilsə də, həmin nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası CMnin 70-ci maddəsinə əsasən, şəxsin islah olunmasının cəzanın real çəkilməsi olmadan mümkün olduğu qənaətinə gəlinərsə, məhkəmə şərti məhkumetmə tətbiq edə bilər. Hazırkı iş üzrə cinayət ehtiyatsızlıqdan törədilmişdir, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, şəxs yaşlı və təqaüdçüdür, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərə maddi yardım göstərmişdir, nəticələrin aradan qaldırılması istiqamətində fəal davranmışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sadalanan hallar məcmu halında onu göstərir ki, təqsirləndirilən şəxsin islah olunması üçün onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur və cəzanın məqsədlərinə şərti məhkumetmə tətbiq edilməklə də nail olmaq mümkündür. Məhkəmə tərəfindən təyin edilmiş real azadlıqdan məhrum etmə cəzası isə törədilmiş əmələ və təqsirləndirilən şəxsin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair mövqe şəxsiyyətinə münasibətdə həddindən artıq ağır olmaqla ədalət və humanizm prinsiplərinə tam uyğun deyildir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi X1, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, onların nümayəndəsi İsmayılov Ceyhun Zöhrab oğlu apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişlər, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş etmişlər. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Qusar Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəza şərti tətbiq edilməsini, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi X1, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X2 çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxin hüquqi, zərərçəkmiş şəxslərin, onların qanuni nümayəndəsi və şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi X1, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis apellyasiya şikayətlərinin mülki iddia ilə bağlı dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, zərər çəkmiş şəxslərin qanuni nümayəndəsi X1 tərəfindən verilən mülki iddianın predmetini zərər çəkmiş şəxslər Alimentov İsmayıl Valeh oğlunun və zərərçəkmiş şəxs1 gələcəkdə müayinə və müalicə olunmalarına çəkilməli olan xərclərin tələbi təşkil edir. Tələb olunan maddi xərclərin miqdarı qeyri-dəqiq olduğundan həmin xərclərin miqdarını müəyyən etmək üçün müvafiq tibb müəssisələrinə sorğuların verilməsi, müvafiq ekspertizanın təyin olunması və digər araşdırmaların aparılması zəruridir və bu da cinayət işi üzrə məhkəmə baxışının həddən artıq uzanmasına səbəb ola bilər. Eyni zamanda zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilən mülki iddianın predmetini zərər çəkmiş şəxsin ölümünə və motoblokun yararsız vəziyyətə düşməsi ilə yanaşı, həm də bağ sahəsində olan meyvələrin xarab olmasına görə maddi ziyanın tələb olunması təşkil edir. Həmin halların müəyyən edilməsi də bir sıra əlavə araşdırmaların aparılmasını zəruri edir və bu da məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb olacaqdır. Bu baxımdan birinci instansiya məhkəməsi əsaslı olaraq mülki iddianı baxılmamış saxlamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 72-ci bəndində qeyd olunmuşdur ki, ...mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DIN BƏSİİ-dən alınmış ##.##.2025- ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qusarçay inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, müsbət xarakterizə olunmasını, təqsirini etiraf edib peşmançılıq çəkdiyini bildirməsini, hadisə vaxtı vəfat etmiş şəxsin dəfn mərasiminə sərf edilmiş xərcləri ödəməsini, sonradan da zərərçəkmişlərə maddi yardım göstərməsini, yəni zərərçəkmişlərə dəymiş zərərin azaldılmasına yönəldilmiş hərəkətlərini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərəçəkmişlərə 40000 manata yaxın yardım etdiyini bildirmiş, həmin məbləğin 16000 manatı zərərçəkmiş tərəfindən qəbul edilmişdir. Eləcə də, təqsirləndirilən tərəf hazırki mərhələdə də zərəçəkmişlərin müalicəsindən imtina etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını çəkməyi məqsədə uyğun hesab edir. Onun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında yeganə əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur, həmin şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar isə mövcud deyildir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi X1, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətəri təmin edilməsin. Qusar Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar