Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-185/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X10 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında audio-video yazı aparılmaqla baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə (hakim Fərid Nəsimiyev) təqsirləndirilən şəxs1nnu (## ###### 1964-cü il tarixdə Ağsu rayonu, Pirhəsənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 119, mənzil 104-də qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanması, hökmün icrasının yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılması, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 07:00dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək Bakı, Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla), cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması; təqsirləndirilən şəxs2 (## #### 1981-ci il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, “Kimyaçılar” qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanması, hökmün icrasının yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılması, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 07:00dək yaşadığı Sumqayıt şəhəri, “Kimyaçılar” qəsəbəsində yerləşən fərdi yaşayış evi ünvanını tərk etməmək Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla), cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması qərara alınmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs1 ona görə məhkum edilmişdir ki, o, qəsdən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə barədə tanışları təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Zərərçəkmiş şəxs özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə hər hansı səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs almaq istədiyi ünvan 5 ünvanında yerləşən “Elmed” tibb mərkəzini “xxxx” ASCyə girov qoyulması müqabilində həmin bankdan 8 milyon manat kredit ayrılacağına dair ona yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ## ##### 2022-ci il tarixdə saat 15:18-də Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən “Palıd” marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə qabaqcadan əlbir olduğu təqsirləndirilən şəxs2 istifadəsində olan “xxxx” ASCyə aid 5103 0714 5509 **** nömrəli kart hesabına 3500 manat, ## ##### 2022-ci il tarixdə saat 12:10- da Zərərçəkmiş şəxs tərəfindən ünvan 4 ünvanında yerləşən “Rabitəbank”-ın Səbail filialının qarşısında quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə qabaqcadan əlbir olduğu təqsirləndirilən şəxs3 istifadəsində olan “xxxx” ASC-yə aid 4169 7413 2456 **** nömrəli kart hesabına 5000 manat pul köçürülməsinə nail olmuş, eləcə də həmin günü istintaqa məlum olmayan saatda ünvan 6 ünvanında yerləşən kafedə görüş zamanı Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 26.499,6 manat təşkil edən 15588 ABŞ dollar pul alınmasını təşkil edib, ələ keçirilmiş həmin pul vəsaitlərini cinayətkar qrupun digər üzvləri təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs xeyli miqdarda 34.999,6 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs2 ona görə məhkum edilmişdir ki, o, qəsdən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə barədə tanışları təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs1 nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə hər hansı səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs almaq istədiyi ünvan 3 ünvanında yerləşən “Elmed” tibb mərkəzini “xxxx” ASC-yə girov qoyulması müqabilində həmin bankdan 8 milyon manat kredit ayrılacağına dair ona yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ## ##### 2022-ci il tarixdə saat 15:18-də Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən “Palıd” marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə öz istifadəsində olan “xxxx” ASC-yə aid 5103 0714 5509 **** nömrəli kart hesabına 3500 manat, ## ##### 2022-ci il tarixdə saat 12:10-da Zərərçəkmiş şəxs tərəfindən ünvan 4 ünvanında yerləşən “Rabitəbank”-ın Səbail filialının qarşısında quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə qabaqcadan əlbir olduğu təqsirləndirilən şəxs3 istifadəsində olan “xxxx” ASC-yə aid 4169 7413 2456 **** nömrəli kart hesabına 5000 manat pul köçürülməsinə nail olmuş və həmin günü istintaqa məlum olmayan saatda ünvan 6 ünvanında yerləşən kafedə görüş zamanı Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 26.499,6 manat təşkil edən 15588 ABŞ dollar pul alıb ələ keçirməklə, cinayətkar qrupun üzvləri təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs xeyli miqdarda 34.999,6 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, hərəkətlərində CM-in 178-ci maddəsinin cinayət tərkibi olmadığı nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökm ilə razı deyil. Hesab edir ki, hökm Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124, 125 və 145-ci maddələrinin tələblərinə uyğun olmayan, tam və obyektiv araşdırılmamış sübutlar əsasında çıxarılmış, nəticədə barəsində əsassız ittiham hökmü qəbul edilmişdir. Onun hərəkətlərində CM-in 178-ci maddəsinin cinayət tərkibi yoxdur. Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə məsuliyyət üçün əsas şərt özgə əmlakını aldatma yolu ilə ələ keçirmək niyyətinin və faktiki mənimsəmənin sübuta yetirilməsidir. Lakin iş materiallarında onun hər hansı şəxsdən birbaşa pul almağı, pul vəsaitini mənimsəməyi, pulun bölüşdürülməsində iştirak etməyi, pul vəsaiti üzərində sərəncam verməyi heç bir mötəbər sübutla təsdiq olunmamışdır. Əksinə, iş materiallarından görünür ki, pul vəsaitləri əsasən digər şəxslər - Səid və Şahin tərəfindən qəbul edilmiş və idarə olunmuşdur. Onun hesabına köçürmə, maliyyə əməliyyatı və ya birbaşa maddi fayda əldə etməyi müəyyən edilməmişdir. Bu isə CM-in 178-ci maddəsi üçün zəruri olan “özgə əmlakına yiyələnmə” elementinin mövcud olmadığını göstərir. Aldatma niyyəti sübut olunmamışdır. Məhkəmə hökmündə “əvvəlcədən aldatma niyyəti” nəticəsinə gəlinmişdir. Lakin bu nəticə birbaşa sübutlarla deyil, yalnız ehtimal və hadisələrin subyektiv şərhi ilə əsaslandırılmışdır. Iş materiallarından görünür ki, tərəflər arasında bank krediti ilə bağlı real danışıqlar olmuşdur, müxtəlif şəxslərlə əlaqələr yaradılmışdır, proses müəyyən müddət davam etmişdir, zərərçəkmiş şəxs uzun müddət nəticə əldə olunacağına inanmışdır. Ən mühüm məqamlardan biri isə odur ki, zərərçəkmiş şəxs işin “dayandığını” iddia etdiyi halda belə, təxminən 5 ay sonra əlavə 5000 manat “beh” vermişdir. Əgər şəxs əvvəlcədən tam aldadıldığına inanırdısa, əlavə ödəniş etməsi məntiqsiz olardı. Bu hallar göstərir ki, münasibətlər davam edən proses xarakteri daşımışdır, tərəflər nəticənin əldə olunacağına inanmışdır, əvvəlcədən formalaşmış dələduzluq niyyəti sübuta yetirilməmişdir. Məhkəmə isə “nəticə əldə olunmaması” faktını avtomatik olaraq “əvvəlcədən aldatma niyyəti” kimi qiymətləndirmişdir ki, bu da hüquqi baxımdan düzgün yanaşma deyildir. Onun rolu yalnız tanışlıq və əlaqələndirmə xarakterli olmuşdur. Iş materiallarında onun konkret hansı hərəkətinin cinayət əməli olduğu müəyyən edilməmişdir. O, yalnız şəxsləri bir-biri ilə tanış etmiş, müəyyən əlaqələndirmə xarakterli söhbətlərdə iştirak etmiş, pulun alınması və bölüşdürülməsində iştirak etməmişdir. Iş üzrə faktiki icraçı kimi şahid1 adı çəkilmiş, müəyyən məbləğlərin birbaşa ona təqdim olunduğu göstərilmişdir. Onun isə həmin maliyyə münasibətlərində iştirakı sübuta yetirilməmişdir. Əksinə, o, öz şəxsi vəsaitindən 10500 manat Rəhmana ödəyərək, Səidə kömək etməyə çalışmışdır. “Qabaqcadan əlbir olan qrup” halı sübut olunmamışdır. Məhkəmə CM-in 178.2.4-cü maddəsini tətbiq etmişdir. Lakin iş materiallarında əvvəlcədən razılaşdırılmış plan, konkret rol bölgüsü, koordinasiya mexanizmi, vahid cinayət niyyəti sübuta yetirilməmişdir. Sadəcə bir neçə şəxsin eyni prosesdə iştirak etməsi avtomatik olaraq “qabaqcadan əlbir olan qrup” anlayışını yaratmır. Onun fəaliyyəti təşkilatçı və ya icraçı yox, ən çoxu tanışlıq və vasitəçilik xarakteri daşımışdır. Bu səbəbdən CM-in 178.2.4-cü maddəsinin tətbiqi əsassızdır. Səs yazısı mötəbər sübut hesab edilə bilməz. Iş materiallarında olan səs yazısı prosessual və texniki baxımdan etibarlı sübut hesab edilə bilməz. Belə ki, ziddiyyətli ifadələr mövcuddur. Zərərçəkmiş şəxs səs yazısını kimdən əldə etməsi barədə müxtəlif vaxtlarda bir-birinə zidd ifadələr vermişdir. Ekspertiza keçirilməmişdir. Səs yazısı üzrə heç bir fonoskopik ekspertiza aparılmamış, montaj və dəyişiklik ehtimalı araşdırılmamışdır. Aidiyyət müəyyən edilməmişdir. Səs yazısının birbaşa ona aid olması və ittihamla əlaqəsi sübuta yetirilməmişdir. Zaman uyğunsuzluğu vardır. 2024-cü ildə əldə edilmiş bu səs həmin dövrdə mövcud olmayan münasibətlərlə əlaqələndirilmişdir. Prosessual pozuntular olmuşdur. Sübutun əldə olunma qaydası tam müəyyən edilməmiş, üzləşmə və digər zəruri prosessual hərəkətlər aparılmamışdır. Bütün bunlar həmin səs yazısının mötəbər sübut kimi qəbul edilməsini mümkünsüz edir. Münasibət daha çox mülki-hüquqi xarakter daşıyır. Iş materiallarından görünür ki, kredit alınması ilə bağlı vasitəçilik münasibətləri olmuşdur. Tərəflər nəticənin əldə olunacağına inanmışdır. Ödənişlər mərhələli şəkildə həyata keçirilmişdir. Proses müəyyən müddət davam etmişdir. Bu hallar münasibətin cinayət xarakterli aldatmadan daha çox nəticə əldə olunmayan mülki vasitəçilik münasibəti olduğunu göstərir. Məhkəmə isə alternativ mülki-hüquqi izah imkanını tam araşdırmadan yalnız cinayət xarakterli yanaşmanı qəbul etmişdir. Bu hallar hökm çıxarılarkən lazımi səviyyədə nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsinin hökmünü ədalətsiz hesab etdiyindən, apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmün 1-ci səhifəsindən 18-ci səhifəsinədək ********* nömrəli cinayət işinə istinad edilir. Bu cinayət işi sübutları qiymətləndirmə qərarı və s. heç nəyə əsaslanmır. Çünki onun istifadəsində olan karta vurulan 3500 manat çekdən başqa, 35000 manata dair heç bir sübut göstərmir. Bundan öncədə 40-cı bölmədə də 35000 manata dair heç bir sübut qiymətləndirməsi olmamış və hökmün 11-ci səhifəsində Elmed klinika rəhbərinin oğlundan 30000 manat pul Rəhman aldığı təqdirdə bu barədə də ********* nömrəli cinayət işində heç bir ölçü götürülmədən Rəhman zərərçəkmiş qismində tanınmışdır. ##.##.2025-ci il tarixli sübutları qiymətləndirmə qərarında 35000 manat puldan 10000 manat onun götürməyi barədə heç bir akt sübut kimi götürülməmiş, onunla Rəhman arasında üzləşmə keçirilməmişdir. Rəhman (Əhmədov yox) Əmrahovdan götürülmüş 01 ədəd disk Ferma işi üzrə maddi sübut olduğu halda bu iş üzrə maddi sübut kimi qiymətləndirilmiş, o, Rəhmanla üzləşmə edilmədən ona ittiham elan edilmişdir. 35000 manat və Elmed klinika barədə hökmün 12-ci səhifəsində fikir aydınlığı yoxdur. Qalib səs yazısında 11000 manatı Rəhmana nə üçün verdiyin səlis ifadə etmiş və o səs yazısını o, məhkəməyə təqdim etmişdir. Nə ibtidai istintaq zamanı, nə də hökmdən əvvəl olmuş məhkəmə prosesləri zamanı onun Rəhmandan götürüb və Rəhmana geri ödədiyi akt çeklər barədə heç bir məlumat yoxdur. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini, hərəkətlərində CM-in 178-ci maddəsinin tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, hərəkətlərində CM-in 178-ci maddəsinin tərkibi olmadığını qeyd edib şikayətin təmin edilməsini, təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə edərək, təqsiri olmadığından barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təqsiri olmadığından təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona dəymiş ziyan tam olaraq ödənilməmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, şikayətlərin təmin edilməsi üçün əsaslar olmadığını, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 əməlinin iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiqini tapdığını qeyd edib, apellyasiya şikayətlərinin rədd edilməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 apellyasiya şikayətlərinin məzmunundan görünür ki, apellyasiya şikayətlərində işin faktiki halları mübahisələndirilərək onlara CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi iddia edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 göstərdiyi xüsusatlar digər danılmaz sübutlarla - zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmələri, həmin cinayət əməlinə aidiyyatları və təqsirliliklərinin tam sübuta yetirilməsinə, törətdikləri əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onların CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətmələri həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin, apellyasiya məhkəmə baxışında təqsirləndirilən şəxslər və müdafiəçilərinin çıxışlarının təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 onlara istinad edilən əməli törətməmələrinə dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə toplanmış sübutlarla təkzib olunan dəlillər olmaqla, apellyasiya şikayətlərinin təmin olunaraq təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 bəraət verilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona kreditə klinika almaq üçün 35 min manat pul verilib. O, bu işin görülməsini tanışları Şahinə və Mircəlala təklif etmişdir. Bundan sonra Tofiq adlı şəxslə telefon vasitəsilə əlaqə saxlamış, daha sonra həmin klinikanın banklara borcu olduğunu və girovda olduğunu öyrəndiyinə görə pul geri qaytarılmışdır. Yəni şikayətçiyə dəymiş ziyan ödənilib, cəmi 55 min manat pul geri qaytarılıb. Belə ki, Şahin 14 min manat, şahid3 26 min manat, Mircəlal isə 15 min manat pulu geri ödəmişdir. təqsirləndirilən şəxs3 suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Özü bankda və ya kredit təşkilatında işləmir və bu sahədə fəaliyyət göstərmir. Əvvəllər kiməsə bu sahədə kömək göstərməyib. Baş vermiş hadisə üzrə əlavə olaraq bildirmişdir ki, Şahin 2022-ci ilin mart ayında ona zəng edərək tanışına görə kömək lazım olduğunu, yəni kredit götürmək lazım olduğunu bildirmiş, o da bu təklifi tanışı Mircəlala bildirmişdir. Mircəlal bu fikrə etiraz etsə də, Şahin təkid etmişdir. Həmçinin, Şahin tanışı Rəhmanın işinə görə başqa adamlarla belə iş görmüşdür. Mircəlalın tanışı Tofiq adlı şəxs var. Həmin işi görmək üçün 35 min manatı Şahin təyin edib. O, zərərçəkmiş şəxsə 2022-ci ilin iyul-avqust aylarında pulu qaytarıb, 35000 manatdan qalıq qalan 11 min manat pulu onun əvəzindən şahid3 ödəyib. Polisə şikayət edildikdən sonra ödəniş etməyib, heç polisə şikayət edilməsindən xəbəri olmayıb. Pul alınan vaxtda orada özü, zərərçəkmiş şəxs, Mircəlal və Şahin olub. Onlar həmin pulu alıb 2 aya işi görməli idilər, lakin klinikanın banklara borcu olduğu öyrənildikdən sonra iş baş tutmamışdır. Ümumi alınmış 35 min manatın 10 mini ona aid olub, 15 min Mircəlala, 10 min isə Şahinə aid olub. O sadəcə vasitəçi olub. Tofiq və Rəhman bir-birilə əlaqə saxlayıb. 10 min manatı özünə qonarar kimi öz xərcləri üçün götürüb. Bundan başqa təqsirləndirilən şəxs3 əlavə olaraq bildirmişdir ki, aldığı 25 minin 10 minini özündə saxlayıb. Həmin 10 min manatı şəxsi ehtiyaclarına xərcləyib. 15 minini isə Ceyranbatanda Mircəlala verib. Mircəlal da həmin pulu zərərçəkmiş şəxsə qaytarıb. Ümumi məbləği Şahin müəyyən edib. təqsirləndirilən şəxs3 son söz olaraq çıxışında iş üzrə özünü təqsirli hesab etmədiyini, 35 min manat pulun zərərçəkmiş şəxsə qaytarılmasını, barəsində əsassız şikayət edilməsini, zərərçəkmiş şəxsi əlavə olaraq 15 min manat pul da almasını, həmçinin zərərçəkmiş şəxsin əlavə olaraq ondan 22 min manat pul istəməsini, lakin onun sonuncudan 22 min manat pul almamasını, ailəsinin olmasının nəzərə alınaraq məhkəmədən düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Əfrail adlı şəxs ona 2 işin görülməsi üçün müraciət etmişdir. Onlardan biri ferma işi, digəri isə Rəhmana aid iş olmuşdur. Əfrail zərərçəkmiş şəxsi gətirdikdən sonra işin həll olunması üçün Səid və Mircəlalı tapmış, Mircəlal da işin həll olunması üçün zərərçəkmişi Tofiq adlı şəxslə tanış edir. 35000 manat onlara verilməmişdən əvvəl zərərçəkmiş şəxs onun kart hesabına 3500 manat göndərmişdir. Həmin pul sənədləşmə işlərinin qaydaya salınması üçün ona verilmişdir. Ev- alqı satqısı ilə məşğul olduğu üçün sənədləşmə işini bildiyindən “Elmed” klinikasının sahibi görüşmüş və sənədlərlə tanış olduqda klinikanın çıxarışlarından birinin bank girovunda olmasını aşkarlamışdır. ##.##.2022-ci il tarixində zərərçəkmiş şəxs onun kartına 3500 manat, Səidin kartına isə 5000 manat pul göndərmişdir. Növbəti gün axşam saat 11-də Sumqayıt şəhərində “Vegas” kafesində zərərçəkmişlə görüşmüşlər. Orada klinikanın vəziyyəti və görülməli işlər barəsində danışmışlar. Nəticədə 2 nüsxədə akt tərtib edilmiş, həmin aktda 35000 manat verilməsi və heç kimin xəbərsiz iş görməməsi göstərilmişdir. ##.##.2022-ci il tarixində zərərçəkmiş şəxsin nəğd olaraq verdiyi puldan 6500 manat götürmüş, nəticədə ona 10000 manat pul çatmışdır. Qalan 25000 manat pulu isə Səid götürmüşdür. Səidin Mircəlala hər hansı məbləğ verib-verməməsindən məlumatı olmamışdır. Iş alınmadıqdan sonra iyun ayında 4800 manatı geri qaytardı, sonradan isə aldığı ümumilikdə 10 min manatın hamısını geri qaytardı. Zərərçəkmiş şəxs verdiyi pulların faizi ilə geri istəyirdi. Ondan 21 min manat, Səiddən də 21 min manat, Mircəlaldan isə 26 min manat tələb edirdi. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, ev alqısatqısı ilə məşğuldur, Yelobankdan 7 milyon manat kredit götürməyib, həmçinin, bunun üçün hər hansı səlahiyyəti yoxdur. Bu işə onu Əfrail cəlb edib. O isə Səidi bu işə cəlb edib. Səid Tofiqlə görüşmüş və işin 35 min manat dəyərində olduğunu yəqin ki, onda müəyyən ediblər. Mircəlal Tofiqə klinikada çəkiliş aparılıb dəyərləndirilməsi üçün 4500 manat pul vermişdir. Dəymiş zərər tamamilə Rəhmana ödənilib. Özü 14000 manat, Qalib Səidin əvəzinə 11 min ödəyib. Mircəlal və Tofiq isə 15 min ödəyib. Bundan başqa cinayət işi materiallarında olan səs yazısı ferma işi ilə bağlıdır. Klinika məsələsinə heç bir aidiyyəti yoxdur. təqsirləndirilən şəxs2 əlavə olaraq ifadəsində bildirmişdir ki, Səid ona qardaşının general olduğunu demişdir. Pul veriləndən səhərisi gün onu prosesdən uzaqlaşdırılmışdır. Bundan başqa iş görüləndən sonra 7 milyonun 10 faizi onlara veriləcəkdi. Həmin 10 faizin yarısından çoxu Tofiqə, qalan hissənin 10 faizi ona, həmin 10 faizi çıxmaqla qalan hissə isə Əfrayıl, Səid, Qabil, Rəhman arasında bölüşdürüləcəkdi. Rəhmanın həmin 10 faiz pulu da istəyirdi deyə sonradan o da bu bölgüyə qatılıb. Ona Hümbəti göstərməyiblər, həmçinin Tofiqi də ondan gizləyiblər. Zərərçəkmiş şəxslə Tofiqin iş münasibətləri daha çox davam edib. təqsirləndirilən şəxs2 son söz olaraq çıxışında Qalibin səsyazısını təqdim etdiyini, həmin səsyazıda Qalibin 24 min manat pulun tamamlanmasını, 11 min manat qalmasını bildirdiyini, onun isə qalan 11 min manat pulu Səidinin əvəzinə ödəməsini, Qalibin “Elmed” klinikası üçün verilməli olan 15 min manat behi verməsi və zərərçəkmiş şəxs Rəhmanın da klinika rəhbərindən həmin pulu alıb qaytarmalı olduğu halda qaytarmamasını, beləliklə, mübahisənin Qalib, o, Səid və ya Mircəlal arasında olduğunu, Rəhmanla bağlı ödənilməyən pul qalmadığını, pulların işin polis idarəsinə getməzdən əvvəl ödənilməsini, Səidin səsyazısında pulun Rəhmana yox, Qabilə ödənilməli olduğunu bildirdiyinin və müdafiəçisinin qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bu işdə heç kəsdən pul almayıb, heç bir sənədi imzalamayıb. Həmçinin, onun kimisə aldatmaq niyyəti də olmayıb. Zərərçəkmiş şəxsdən Səid 25 min manat pul alıb. Onun 4500 manatını Tofiqə ödəyib. O, Səidi əvvəllər tanıyıb, belə ki, bacısı oğlunun dostu olub və onu 3-4 dəfə görüb. Lakin Şahini tanımayıb. Düşünür ki, əvvəllər vəzifədə olduğu üçün Səid onu bu işə cəlb edib və ondan kömək istəyib. Hazırda isə təqaüddədir. Səid ona deyib ki, bir nəfər var, klinika almaq istəyir, kömək edək. O əvvəlcə etiraz edib, daha sonra ona 2-ci dəfə deyildikdən sonra razılaşıb. X5 görüşüb söhbət ediblər. Bundan sonra Aztv Tofiqə zəng edib. Tofiq ona əvvəllər demişdi ki, Iqtisadiyyat nazirliyində bir fond var və həmin fond sahibkaralara pul verir. Səidi Tofiqlə tanış etmək üçün Səidi də həmin görüşə aparıb. X9 bağda görüşüblər, Səidlə Tofiq tanış olub və bu işə başlaya bilərik deyərək razılaşıblar. Həmin görüşdə 35 min sözü keçməyib. Əvvəllər Tofiqlə belə iş görməyib. Tofiq onun yeznəsiylə bir yerdə işləyib deyə onu tanıyır. Daha sonra o, Qalib, rəhmətlik Əfrayıl, Rəhman Sumqayıt şəhərində yerləşən “Vegas” restoranında görüşüblər. Qalibi ilk dəfə burada görmüşdü. Tofiq bu görüşdə iştirak etməmişdir. Görüşdə Tofiqi o, təmsil edib. Ortaya 35 min manat məbləğ qoydular. Məbləğin bölünməsində iştirak etməmişdir. Səid 25 min manata, Şahin 10 min manata imza etmişdir. Sadəcə bilib ki, bu iş alınandan sonra nə qədərsə faiz onlara veriləcək. Həmin puldan ona heç nə verilməyib. O, Tofiqə bildirib ki, bu işə görə 35 min manat alıblar. Səid Tofiqə 4500 manat verdi. “Vegas” restoranındakı görüşdən 2-3 gün sonra Rəhmanı Tofiqlə tanış etmiş, Səid də orada olmuşdur. Rəhmana işi Tofiq görəcəyəni bildirmişdir. Bundan sonra iş başlamışdır. Bundan sonra Klinikanın ABB-də girovda olduğu məlum olmuş, bu səbəbdən 4 milyon kredit götürülməsinin mümkün olduğu bildirilmişdir. O, zərərçəkmiş şəxsə 10500 manat ödəyib, çünki Səidin ödəmə qabiliyyəti yox idi. X4 o tanış etdiyi üçün arada qalmasın deyə onun əvəzindən ödəmişdir. Həmin pulu Yelobankdan borc götürüb vermişdir. O, 35000 manatlıq akta qol çəkməyib onun iştirakı olmayıb. Vegas görüşündə klinikanın girovda olduğunu bilmirdi. Əgər 1500 manat onda olsaydı, Tofiqə 4500 manatı verəndə ondan istifadə edərdi. Bu insanları Tofiqlə o tanış edib. Tofiq indi Amerikada yaşayır ona Amerika nömrəsi ilə bir dəfə zəng edib. Tofiq Aztvdə operator işləyirdi. Zərərçəkmişə 1500 manat da ödəyib şahidi var. Əlavə olaraq təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, bu iş başlayanda heç kəsə pul deməyib. Həmin gün görüşəndə bilib ki, 1 gün əvvəl 5 min və 3 min kartlara atılıb. Akt tərtib olunanda Səid 25 minə, Şahin 10 minə qol çəkmişdir. Ona reallıqda pul gəlməyib, pul götürməyib. Rəhmanın dediyinə görə Səid 4500ü Rəhmana verib. Rəhman da Tofiqə verib. Səid bacısı oğlunun dostu olduğu üçün və ödəmə qabiliyyəti olmadığı üçün köməklik məqsədi ilə zərərçəkmişə dəymiş ziyandan ödəyib. Işin gedişində Tofiq Rəhmana 4 milyon kredit götürülməsinin mümkün olduğunu bildirmişdir. təqsirləndirilən şəxs1 son söz olaraq çıxışında barəsində olan ittihamın əsassız olduğunu, iş üzrə özünü təqsirli bilmədiyini nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər yalan ifadə verirlər. Ilk olaraq Şahin Əfrayıl vasitəsilə ona dedi ki, bu işin görülməsi üçün 50 min manat pul lazımdı. Sonra həmin pulu 35 minə endirdilər. O da 35 mini verdi. Pul bölüşdürüldü. 2 gün sonra onu Tofiqin yanına apardılar. Əhmədlidə o, Tofiq, Mircəlal görüşdülər. Üzbəüz stolda Tofiq Mircəlala dedi ki, siz niyə bu adamdan 35 min almısız. Özünə qaytarın. Bu iş alınsa olacaq, alınmasa pul qaytarılacaq. Yəni Tofiq işin alınmağına söz vermədi. 20 gün vaxt verilmişdi. Sonra 1 ay keçdi onun pulunu qaytarmadılar. Artıq pul xərclənmişdi. Dedilər ki, pul nə qədər geciksə o qədər artıqlaması ilə zərəri qarşılayacaqlar. Sonra Şahin və Səid dedi ki, pulu qaytaracağıq. Bu hadisə nəticəsində maddi və mənəvi zərərə düşmüş, 2 mağazası əlindən çıxmış, avtomobilini satmışdır. Şahinə ilkin olaraq 3500 manat pul versə də, Şahin ona bu pulun qarşılığında yeni hər hansı sənəd təqdim etməyib. Lazımi sənədləri özü Şahinə təqdim etmişdi. Şahinlə telefonla danışıb. Ona dəymiş ziyandan 13500 manatı Mircəlal və Tofiq birlikdə ödəyib. Mircəlalda ödənilməyən 1500 manat qalıb. Şahin də onun kartına 9000 manat göndərib. Şahin dedi ki, 1000 manatı Qabilə verdiyi üçün 9000 göndərib. X1 tanış edib. şahid3 ona 11 min pulu, bu işlə bağlı deyil, zərərdə olduğu üçün köməklik məqsədilə verib. Yəni bu 3 nəfər pulu ona qaytarandan sonra Qabilin 11 min manatını qaytaracaq. Çıxarışda klinikanın girovda olduğu yazılmışdı. Hümbət, yəni klinikanın sahibi ona çıxarışı verib. O da çıxarışı Əfrayıla təqdim edib. Əfrayıl da bu 3 nəfərə təqdim edib. Sonrada Şahin və Tofiq ona demişdir ki, 7 milyon alınmır. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Baş Prokurorluğa ##.##.2025-ci il tarixində şikayət ərizəsində Səiddən, klinikanın müdiri Hümbətdən şikayət etmişdir. Ərizədə Mircəlalın, Şahinin adını çəkməyib, çünki onlar pulu yavaş-yavaş qaytarırdılar. Səidi tapa bilmirdi deyə şikayət etmişdir. Əfrayıl onu Qabil vasitəsilə Şahinlə tanış etmişdir. Həmçinin, Səid onun yanında Mircəlaldan 4500 manatı alıb bank işçisinə vermişdir. Daha sonra Tofiq işin alınmadığını bildirdikdən sonra 4500 manatı qaytarılmışdır. Banka pulu işi görən adamlar vermiş, o qarışmamışdır. Mircəlalın dediyi 1500 manat pul ona verilməmişdir. Cavad və Mircəlal ona deyib ki, oktyabrın 1-nə kimi 1500 manat pul ona göndəriləcək, lakin pul ona göndərilməmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs çıxışında təqsirləndirilən şəxsin tutulmasını istəmədiyini, lakin dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, klinikanın rəhbəridir, klinika ona məxsusdur. Rəhmanı klinikanı alqı-satqı məsələləri ilə bağlı tanıyır. Klinikanı həmin vaxt satmaq qərarına gəlmişdir. Rəhman ona 10 min manat beh vermiş, daha sonra hissə-hissə 5 min manat vermişdir. Sonra Rəhman dedi ki, klinikanı almağa imkanı yoxdur, behi Rəhmana geri qaytarılıb. Rəhman onlardan Polis Idarəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxslərin heç birini indiyədək görməmişdir. Klinikanın bir hissəsi bankda girovda idi, bunu Rəhman bilirdi. Klinikanı hələ satmayıb, hazırda öz istifadəsindədir. Klinikanı 8 milyona yaxın qiymətə satışa çıxarmışdı. O, klinikanı satışa qoyduğunu cəmi 1 nəfərə demiş, o da Rəhmanı yanına gətirmiş, Rəhman pulun ödənilməsi üçün ondan 2 ay vaxt istəmişdir. Klinikanın 3 çıxarışı var, 2-si girovdadır. Rəhman onun yanına diş həkimi olan qardaşı ilə gəlmişdi. Rəhman klinikanı almaq istəyirdi. O, Rəhmanla 7 milyon 300 minə razılaşmışdı. Rəhman bankdan 6 milyon istəmişdi. 1 aydan sonra bankın nümayəndəsi gəlmişdir. Bankın nümayəndəsi qız idi və tək gəlmiş, ölçmə və qiymətləndirmə işləri aparılmamışdır. Rəhmanın yanında Tofiq adlı şəxsi görməmişdir. 15 min manat beh Rəhmana 40-cı Polis Bölməsində qaytarılıb. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Rəhman 2022-ci il Ramazan bayramı girən gün, təxmini aprelin 1-2-i 10 min manat beh verdi, ondan 5-6 ay sonra hissə-hissə 5 min manat verdi. Verilmiş 15 min manat beh qaytarılıb. Şirkətin təsisçisi, direktordur. Ixtisasca maliyyəçidir və həmin klinikada işləyir. Ilk dəfə Rəhman qardaşı ilə gəldi, klinikanı almaq üçün 10 min manat beh verdi. May ayına kimi alqı-satqı olacaq dedi. Rəhmanın niyyəti obyekti banka salmaq, onların pulunu bankdan alıb elə onlara vermək idi. Başqasından eşitmişdi ki, Rəhman bu işi görmək üçün Sumqayıtda kimlərləsə danışıb. Təqsirləndirilən şəxsləri indiyədək görməyib. Bankın nümayəndələri klinikaya gəlib qiymətləndirməyib. Klinikanın mühasibi ilə bankın nümayəndəsi dövriyyə ilə bağlı məlumat almaq üçün əlaqə saxlamışdı. Rəhman da bankla danışırdı. Rəhman bildirib ki, klinikanı ala bilmir, behi qaytarsınlar. Klinikanın çıxarışı Faiqdə olub. Çıxarışlar elektrondur və reyestr nömrəsini bilən istənilən şəxs çıxarışı əldə edə bilər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, Mircəlalla onun R olan dayısı ilə vəzifədə olarkən münasibətləri olub. Dayısı Firudinə görə Mircəlalı tanıyıb. Rusiyada 10-15 dəfə görüşüblər. Bu işlə bağlı isə 4-5 dəfə danışıblar. Mircəlal Rusiyaya müalicəyə getmişdi. Mircəlal ona demişdi ki, Rəhman onu narahat edir 1500 manat ona verəcəyi var .10 minini verib 1500 qalıb. O da deyib ki, 1500 verə bilər. Mircəlal da həmin 1500-ü ona hissə-hissə qaytarıb. Ayın axırı həmin pulu köçürüb. Rəhmanın qohumu ilə 3 nəfər telefonda videokonfransla danışıblar. Pulu karta köçürəndən sonra Mircəlal dedi ki, Rəhman yenə pul istəyir. Mircəlaldan 1500 manatın hansı işlə bağlı olduğunu soruşmayıb, maraqlanmayıb. 1500 manatı Məşədi deyilən şəxsin kartına atıb həmin pulun Rəhmana çatıb-çatmamasını bilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, Əfrayıl onun xalası oğlunun qohumudur. Atası rəhmətə gedəndə Əfrayıl onun Bərdədə yerləşən mağazasına gəlmiş və niyə zəifçilik olduğunu soruşmuşdur. O da imkanın olmadığını bildirmişdir. Əfrayıl deyib ki, Şahin adında qohum var, Kənd Təsərrüfatı Nazirliyində işləyir sənə 2 faizlə 50-100 min borc pul verə bilər. Sən də onu 10 ilə hissə-hissə qaytarmalısan. Bu iş üçün Şahin ondan 4 min manat pul istəyib. Özündə 2 min manat var idi. Rəhmandan 2 min manat istəyib. Rəhman nəyə görə ondan pul istədiyini soruşanda səbəbini izah etmişdir. Rəhman da klinika almaq niyyətinin olduğunu, ona da pul lazım olduğunu bildirmişdir. Rəhman ona zəng edərək bildirib ki, ondan 35 min manat pul istəyirlər. Pulu bir yerdə Şahinə veriblər. Şahinlə Sumqayıtda dəfələrlə öz işi ilə bağlı görüşüblər. Bundan sonra Rəhman məsələsi ortaya çıxmışdır. 35 min manat pulun alınmasında iştirak edib. Həmin puldan ona heç nə çatmayıb. 35 minə həmin iş 1 aya yekunlaşmalı idi. Rəhman dedi ki, pulu qaytarmadılar və beləcə 2 il keçdi. Şahin Rəhmana hissə-hissə 500-1000 olmaqla 9000 manat pul qaytarıb. Şahin və Əfrayıl dedi ki, bu iş 1 aya alınmasa pullar qaytarılacaq. 35 min manatdan 24 minini 3 nəfər qaytarılıb. Rəhmanın vəziyyəti pis olduğuna görə Rəhmana 11000 manat pul vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrar təsvir etməyə zərurət görmür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» ## ###### 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmələri və əməllərinin tövsifi məsələləri üzrə gəldiyi nəticəni hökmdə ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır. Bundan başqa Kollegiya təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 təqsirinin olmaması barədə müdafiə tərəfinin göstərdiyi xüsusatları, həmçinin apellyasiya şikayətlərinin dəlillərini cinayət məsuliyyətindən yayınmağa yönəlmiş ifadə, dəlil kimi qiymətləndirir və iş materiallarında olan mötəbər sübutlarla təkzib olunduğundan inandırıcı hesab etmir. Birinci instansiya məhkəməsi düzgün olaraq, hökmdə qeyd etmişdir ki, təqsirləndirilən şəxslər bank kreditinin ayrılması üçün hər hansı səlahiyyətlərinin olmamasına və əvvəllər oxşar işlərin həllində iştirak etməmələrinə baxmayaraq, 35000 manat pulun müqabilində zərərçəkmiş şəxsi həmin işin görüləcəyi vədi verərək aldatmışlar. 35000 min manat pulu tam əldə etdikdən sonra dərhal aralarında bölmələri təqsirləndirilən şəxslərin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətləri qabaqcadan əlbir olmuş bir qrup şəxs halında həyata keçirmələrini təsdiq edir. Təqsirləndirilən şəxslər “Elmed” Klinikasının əvvəldən girovda olması barədə məlumatsız olduqlarını bildirsələr də, zərərçəkmiş şəxsin və şahid qismində məhkəmədə iclasında iştirak edən klinikanın rəhbərinin ifadələri ilə həmin hal təkzib olunmuşdur. Həmçinin, təqsirləndirilən şəxs1 Səidin götürdüyü 25000 manat puldan ona heç bir məbləğ verilmədiyini bildirsə də, onun ibtidai araşdırma müddətində ifadə verərkən, üzləşdirmə zamanı, həmçinin özünün istintaq orqanına ünvanladığı ərizələrdə Səidin ona 15000 manat verdiyini etiraf etmişdir. Həmçinin, təqsirləndirilən şəxs3 da ifadələrində 25000 manatdan 15000 manatı Mircəlala verdiyini bildirmişdir. Təqsirləndirilən şəxslər kreditin ayrılması ilə bağlı öhdəliklərini yerinə yetirmək niyyətində olduqlarını bildirsələr də, həmin hal da məhkəmə araşdırması zamanı təkzib olunmuşdur. Təqsirləndirilən şəxslər 35000 manat pulu əldə etməzdən əvvəl və ya sonra kreditin ayrılması üçün real imkanları olmamış, onlar yalnız televiziya kanalında operator işləyən Tofiq adlı şəxsə müraciət etməklə kifayətlənmişlər. Nəticədə zərərçəkmiş şəxs Tofiq adlı şəxslə ilk görüşündən sonra kredit ayrılması üçün 35000 manata ehtiyac olmadığını, bank tərəfindən aparılan qiymətləndirilmədən sonra kreditin ayrılmasının mümkünlüyünü öyrənmişdir. Təqsirləndirilən şəxslər dəymiş ziyanın tam ödənildiyini bildirsələr də, hamin hal da məhkəmə araşdırması zamanı təkzib olunmuşdur. Belə ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən 13500 manat verilmiş, təqsirləndirilən şəxs2 tərəfindən isə 9000 manat kart hesabına göndərilmişdir. təqsirləndirilən şəxs1 şahid şahid2 vasitəsi ilə 13500 manatdan əlavə zərərçəkmiş şəxsə 1500 manat ödədiyini bildirsə də, şahid2 həmin 1500 manatı Məşədi adlı şəxsin kartına göndərdiyini, zərərçəkmiş şəxsə çatıb-çatmamasından xəbərsiz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslər tərəfindən qalıq zərərin şahid3 tərəfindən ödənilməsi ilə bağlı verdikləri ifadələrə münasibətdə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin məbləğin Qalib tərəfindən zərərçəkmişə verilməsi dəymiş ziyanın tamamilə ödənilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, şahid3 məhkəmə iclasında şahid kimi verdiyi ifadəsində zərərçəkmiş şəxsə 11000 manat pulu zərərçəkmiş şəxsin maddi vəziyyətinin pis olması səbəbindən verdiyini bildirmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi barədə apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə onların təqsirsizliyini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarla onların CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri və həmin əmələ görə təqsirli olmaları tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 əməlləri CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddələr ilə onlara bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı və istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 təyin edilmiş cəza məsələsini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003cü il ## #### tarixli ** saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onların şəxsiyyəti, təyin olunan cəzanın onların islah olmasına təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və onlara kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1782.1 və 178.2.4-cü maddələri ilə cəza təyin edərkən, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini CM-in 59-cu maddəsinə əsasən, onların cəzasını yüngülləşdirən hal kimi müəyyən etmiş, cəzalarını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddələr üzrə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni, ədalətli və əsaslı olmuşdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də, apellyasiya şikayətləri təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkilləri müdafiəçi2 və müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkilləri müdafiəçi2 və müdafiəçi1 məhkəmədə iştirak etdikləri cəmi 5 (beş) iş saatına görə hər birinə ayrı-ayrılıqda 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 197, 198, 397-399, 407, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkilləri müdafiəçi2 və müdafiəçi1 sərf etdikləri hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) iş saatına görə hər birinə ayrı-ayrılıqda 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-185/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-185/2026
09.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver