Məhkəmə qərarları › İş №1(3-8)-187/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-187/2026

27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-187/2026 27.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X14 Müdafiəsi üzrə Idarəsinin prokuroru X4, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : ## #### 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşma bağları massivində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər İ.N.Cəfərzadə (sədrlik edən və məruzəçi) N.N.Mirzəyev və N.N.Hüseynli) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi hökm edilmişdir. IŞIN HALLARI : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi ilə bağlı şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikası vətəndaşı Ariz adlı şəxslə və qeyriləri ilə istifadəsində olan “Whatsapp" proqram təminatı vasitəsi ilə danışıb 2025-ci ilin may-iyun aylarında Iran Islam Respublikası vətəndaşı Ariz adlı şəxslə danışıqlar apararaq cinayətkar niyyətin həyata keçirilməsi üçün Iran Islam Respublikası vətəndaşı Ariz adlı şəxsin istintaqa məlum olmayan qeyri tanışları vasitəsilə qanunsuz olaraq satış məqsədilə külli miqdarda, 1 bükümdə təmiz çəkisi 7.301 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda 35 ədəd bükümdə ayrı-avrılıqda təmiz çəkiləri 521.0 qram; 14,248 qr; 9,630 qr; 9,893 qr; 14,514 qr; 9,648 qr; 14,649 qr; 14,423 qr; 9,552 qr; 9,861 qr; 10,449 qr; 9,699 qr; 8,997 qr; 9,706 qr; 9,497 qr; 10,067 qr; 9,696 qr; 9,823 qr; 15.300 qr; 5.069 qr; 4.695 qr; 9,556 qr; 9,884 qr; 9,820 qr; 9,779 qr; 9,758 qr; 14,872 qr; 10,128 qr; 10,098 qr; 9,896 qr; 10,348 qr; 4,695 qr; 4,699 qr; 4,486 qr; 5,137 qram; ümumi təmiz çəkisi 853.572 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 121,892 qram narkotik vasitə heroini Bakı şəhəri, Binə qəsəbəsi və Siyəzən rayonu ərazisində qoydurması, həmin narkotik vasitə və psixotrop maddələri götürdükdən sonra başqa şəxslərin əldə etməsi üçün ayrı-ayrı yerlərə qoyub həmin yerlərin fotoşəkillərini çəkərək ünvanları ilə birlikdə sonuncuya göndərməsi, bunun müqabilində həmin maddələrin hər qramına görə 1 manat pul, həmçinin özünə də qəbul etməyə həmin narkotik və psixotrop maddələrdən göndərəcəyi ilə bağlı razılığa gəldikdən sonra, sonuncunun ona “Whatsapp” proqram təminatı vasitəsi ilə göndərdiyi məkan yeri və fotoşəkil əsasında 2025-ci ilin may-iyun aylarında qeyd olunan əraziləri müəyyən edib külli miqdarda, 1 bükümdə təmiz çəkisi 7,301 qram psixotrop maddə metamfetamini, külli miqdarda 35 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 521,0 qram; 14,248 qr; 9,630 qr; 9,893 qr; 14,514 qr; 9,648 qr; 14,649 qr; 14,423 qr; 9,552 qr; 9,861 qr; 10,449 qr; 9,699 qr; 8,997 qr; 9,706 qr; 9,497 qr; 10,067 qr; 9,696 qr; 9,823 qr; 15,300 qr; 5,069 qr; 4.695 qr; 9,556 qr; 9,884 qr; 9,820 qr; 9,779 qr; 9,758 qr; 14,872 qr; 10,128 qr; 10,098 qr; 9,896 qr; 10,348 qr; 4,695 qr; 4,699 qr; 4,486 qr; 5,137 qram; ümumi təmiz çəkisi 853,572 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 121,892 qram narkotik vasitə heroini qoyulduğu yerlərdən götürərək başqa şəxslərin əldə etməsi üçün Sumqayıt şəhərində müxtəlif ərazilərdə qoyması məqsədi ilə əldə etdikdən sonra külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 7,301 qram psixotrop maddə metamfetaminin satışını həyata keçirmək məqsədilə üzərində, külli miqdarda 35 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 521,0 qram; 14,248 qr; 9,630 qr; 9,893 qr; 14,514 qr; 9,648 qr; 14,649 qr; 14,423 qr; 9,552 qr; 9,861 qr; 10,449 qr; 9,699 qr; 8,997 qr; 9,706 qr; 9,497 qr; 10,067 qr; 9,696 qr; 9,823 qr; 15,300 qr; 5,069 qr; 4,695 qr; 9,556 qr; 9,884 qr; 9,820 qr; 9,779 qr; 9,758 qr; 14,872 qr; 10,128 qr; 10,098 qr; 9,896 qr; 10,348 qr; 4,695 qr; 4,699 qr; 4,486 qr; 5,137 qram; ümumi təmiz çəkisi - 853,572 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 121,892 qram narkotik vasitə heroinin satışını həyata keçirmək məqsədilə idarə etdiyi «Opel Vektra» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində daşıyaraq gizlətməklə saxlamış, ## #### 2025-ci il tarixdə, saat 11:53-də Sumqayıt ŞPI-nin 2-ci PBnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Yaşma bağları massivi, dəniz kənarı yaxınlığında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibində saxladığı “Keno” markalı siqaret qutusunun içərisindən külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 7.301 qram psixotrop maddə metamfetamin, həmin vaxtı saxlanıldığı yerdə özünün iştirakı ilə idarə etdiyi «Opel Vektra» markalı **-BO-*** dövlət qeydiyat nişanlı avtomobilə baxış zamanı avtomobilin yük yerindən külli miqdarda 35 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 521,0 qram; 14,248 qr; 9,630 qr; 9,893 qr; 14,514 qr; 9,648 qr; 14,649 qr; 14,423 qr; 9,552 qr; 9,861 qr; 10,449 qr; 9,699 qr; 8,997 qr; 9,706 qr; 9,497 qr; 10.067 qr; 9,696 qr; 9,823 qr; 15,300 qr; 5,069 qr; 4,695 qr; 9,556 qr; 9,884 qr; 9,820 qr; 9,779 qr; 9,758 qr; 14,872 qr; 10,128 qr; 10,098 qr; 9,896 qr; 10,348 qr; 4,695 qr; 4,699 qr; 4.486 qr; 5.137 qram; ümumi təmiz çəkisi 853,572 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 121,892 qram narkotik vasitə heroin, səthində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzi və üzərində heroin izləri olan 1 ədəd gümüşü rəngli qaşıq aşkar olunaraq götürülümüşdür. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI : Hökmdən təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cti maddəsi ilə təqsirliyi sübuta yetirilmədiyindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilərək təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı əldə olunmuş sübutlardan müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman sonuncunun üstündən aşkar olunmuş 1 bükümdə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək olduğu sellofanla birlikdə çəkisi 8,06 qram olduğu, bundan sonra Təqsirləndirilən şəxs avtomobilin yük yerindən aşkar olunmuş 1 ədəd yaşıl rəngli sellofanda qurudulmuş marixuanaya bənzər maddə iri elektron tərəzidə çəkilərək olduğu sellofanla birlikdə çəkisi 590 qram, 34 ədəd sellofan bükümlərdə olan qurudulmuş marixuanaya bənzər maddələr iri elektron tərəzidə çəkilərək olduğu sellofanla birlikdə ümumi çəkisi 375 qram, 1 ədəd sellofan bükülüdə heroinə bənzər maddə iri elektron tərəzidə çəkilərək olduğu sellofanla birlikdə çəkisi 265 qram olduğu, həmin maddələr, elektron tərəzi və mobil telefon ayrı-ayrılıqda zərflərə qoyulub qablaşdırıldığı, möhürləndiyi, üzərlərində qeydlər aparılaraq imzalandığı, bundan başqa Təqsirləndirilən şəxs avtomobilin digər yerlərinə baxış zamanı cinayət xarakterli heç bir şey aşkar olunmadığı müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılma vaxtının iş materiallarında olduğu kimi saat 11:53-də yox həmin gün saat 8-də olduğunu bildirmiş, iş materiallarında olan çəkilişə qədər bir neçə dəfə çəkiliş aparıldığını və hər dəfə nəsə yaddan çıxdığından çəkilişin yenidən başladıldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs saxlanılma prosesinin iş materiallarında olan görüntülərdəki kimi olmadığını həqiqətdə isə səhər saat 8 radələrində polis əməkdaşlarının yaşadığı evə basqın edərək pəncərədən daxil olmuş bundan sonrakı prosesdə ona təzyiq edərək polis əməkdaşlarının dediklərini etməyə məcbur edilmişdir. ##.##.2026-cı ildə saxlanılan zaman onun yaşadığı evdə üzərində gül yazılan narkotik vasitədən başqa heç bir narkotik vasitə olmamışdır. Ittihamda verilən digər narkotik vasitələr polis əməkdaşları tərəfindən sonradan onun üzərinə və avtomobilinə qoyulmuşdur. Evinin yanında çəkiliş qurtardıqdan sonra polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmış orada təhqiqatçı tərəfindən yenidən maddi sübutlara baxış keçirildikdən sonra onu bölmənin saxlama yerinə yerləşdirmişlər. Narkotik vasitə istifadəçisi olduğundan ağrıları başlamış, bu zaman təxminən saat 18:30 radələrində adını bilmədiyi mülki formada olan polis əməkdaşı ona yaxınlaşmış 100 manat pul ödəyəcəyi təqdirdə ona istifadəsi üçün narkotik vasitə təşkil edəcəyini bildirmişdir. Rəfail üzərində pul olmadığını yalnız kart hesabında pul olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs çəkiliş zamanı təhqiqatçı tərəfindən protokollaşdırılaraq götürülən telefonunun həmin şəxs tərəfindən gətirildiyini telefonunda olan LEOBANK mobil tətbiq vasitəsilə həmin şəxsin dediyi bank hesabına 100 manat ödəniş etdikdən sonra ona istifadəsi üçün həmin şəxs tərəfindən heroin verilmişdir. Müdafıə tərəfi olaraq məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs dediklərinin yoxlanılması üçün aiddiyyəti bank sorğu verilməsi ilə bağlı vəsatət vermiş və vəsatəti məhkəmə tərəfindən təmin olunmuş və məhkəmənin sorğusuna cavab verən aidiyyəti bankın təqdim etdiyi rəsmi cavabdan müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə saat 18:27-də LEOBANK MOBIL TƏTBIQ VASITƏSILƏ Təqsirləndirilən şəxs kart hesabından ##.##.1981-ci il təvəllüdlü X5 hesabına 100 manat pul vəsaiti köçürülmüşdür. Məhkəmə prosesinin gedişatı zamanı həmin şəxsin X5 məhkəməyə çağırılıb şahid qismində dindirilməsi ilə bağlı vəsatət vermiş, təssüflər olsun ki, həqiqətin ortaya çıxmasında maraqlı olmayan məhkəmə tərkibi vəsatətini təmin etməmişdir. Müdafiə tərəfi olaraq bu vəsatətin nəyə görə təmin edilməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyini bu günə qədər görməmişdir. Məhkəmə öz hökmündə bu hissəyə hüquqi izah verməkdən çəkinmişdir. Dolayısı ilə məhkəmə araşdırması yarımçıq qalmışdır. Məhkəmə araşdırması zamanı iş üzrə şahid qismində dindirilən təhqiqatçı Qubad Vəliyev ifadəsində bildirmişdir ki, cinayət işi üzrə maddi sübut qismində tanınan sübutların gecə bölmədə qalması halında harada saxlanıldığını bilmir. Telefonun gecə kim tərəfindən götürülüb istifadə edilməsinə heç bir izah verə bilmir. Maddi sübutlara kimin müdaxilə etməsi ilə bağlı məlumatı yoxdur. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərində narkotik vasitə izləri olan gümüş qaşığın video çəkiliş zamanı çıxarmamasını heç bir halda izah edə bilmir. Qeyd olaraq bildirmək istəyir ki, iş üzrə maddi sübut qismində tanınan üzərində narkotik vasitə izləri olan gümüş qaşığı məhkəmə istintaqı dövründə görmüşlər. Bütün bu qeyd edilənləri əsas götürərək və CPM-nin 124, 125, 126, 127, 128-ci maddələri şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. Maddənin dispoziyasında aydın şəkildə qeyd edilmişdir ki, cinayət işində maddi sübut qismində tanınmış əşyanı məhkəmə tədqiqindən öncə həmin sübutla tanış olsun. Cinayət işi materiallarından və hökmdən müəyyən olunur ki, onlar həmin maddi sübutla məhkəmə istintaqı zamanı həmin maddi sübutu məhkəməyə vəsatəti əsasında gətirdikdən sonra tanış olmuşlar. Dolayısı ilə CPM-nin qeyd olunan maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Əvvəlcədən də qeyd etdiyi halları nəzərə alsalar ümumən cinayət işində maddi sübut qismində tanınmış sübutların ##.##.2025-ci il tarixdə ##.##.2026-ci il tarixdə məhkəmə ekspertiza mərkəzinə təqdim olunana qədərə harada və kimdə saxlanılması ilə bağlı əsaslı şübhələr olduğundan həmin maddi sübutların sübutu əhəmiyyəti qalmamışdır. Məhkəmənin ittihamedici hökm çıxararkən bu sübutlara əsaslanması tam qanunsuzdur. Əvəllcədəndə qeyd etdiyi kimi məhkəmə hökmü ehtimallar və şübhələr üzərində qurulmuşdur. Məhkəmə hökmündə göstərilir ki, Rəfail Ariz adlı Iranlı ilə əlaqə saxlayaraq narkotik vasitə əldə etmiş və həmin narkotik vasitəni istintaqla şəxsiyyəti müəyyən olunmayan şəxslərə satmışdır. Müdafıəçi olaraq hakimin hökmündə belə bir əsası qeyd edərək ittihamedici hökm çıxarmasını anlaya bilmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Rəfailə məxsus mobil nömrələrə daxil olan və çıxan zənglər, smslərlə bağlı aidiyyətü operatora sorğu verilmişdir. Həmin sorğuya gələn cavablarla tanış olan zaman müəyyən etdilər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı heç bir sübut yoxdur. Təssüflər olsun ki, məhkəmə ittihamedici hökm çıxararkən bu halı yenə də ehtimallara və şübhələrə əsaslanaraq qiymətləndirmişdir. Belə ki, hakim hökmündə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi yayılması ilə bağlı istintaqla şəxsiyyəti müəyyən edilməmiş şəxs və ya şəxslərlə əlaqə saxlamışdır. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi qərarından müəyyən olunur ki, X1 ilə bağlı cinayət işi başlanmış sonradan həmin cinayət işinə xitam verilmişdir. Məhkəmənin və ittiham tərəfinin Rəfailin narkotik vasitələrinin satışı ilə məşğul olması ilə bağlı iş materiallarında olan smslərə əsaslanması absurddur. Belə ki, smsləri oxuyarkən müəyyən edirlər ki, Rəfail öz istifadəsi üçün kimlərdənsə narkotik vasitə istəyir. Bu smslərə Rəfailin əleyhinə olan sübut kimi istinad edilməsi məhkəmə hökmünün qanunsuz və əsassız olmasını sübuta yetirir. Həmin şəxslərin nömrəsi və şəxslərin şəxsiyyəti məlumdur. Ona görə də məhkəmənin narkotik satılması ehtimal edilən şəxslərin müəyyən olunmaması onların xeyrinə təfsir olunmalıdır. Dolayısı ilə sübuta yetirilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmənin ehtimallara əsaslanaraq hökm çıxarması qanunsuzdur. Məhkəmə özü hökmündə qeyd edir ki, polis əməkdaşları istintaq hərəkətlərini həyata keçirərkən xırda diqqətsizliklərə yol vermişdir. Müdafıə tərəfi olaraq onlara müəyyən deyil ki, məhkəmə xırda diqqətsizlik deyərkən nəyi nəzərdə tutur. Əgər cinayət işində maddi sübut qismində tanınan və üzərində narkotik vasitə izləri olan gümüş qaşığı deyirsə bunun nəyi xırda diqqətsizlikdi. CPM-də xırda və böyük diqqətsizlik anlayışı yoxdur. CPM-də şübhələr və sübuta yetirilməyən hallar anlayışı var. Məhkəmənin istintaq zamanı polis əməkdaşlarının etdiyi qanunsuzluqlara diqqətsizlik donu geyindirməsi ədalət mühakiməsi adına böyük bir ayıbdır. Məhkəmə özü hökmdə qeyd edir ki, onlar maddi sübut qismində tanınan üzərində heroin izləri olan gümüşü qaşıqla, sübutlar vəsatəti əsasında məhkəməyə gətiriləndən sonra tanış olmuşlar. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, gümüş qaşıq xörək qaşığıdı, kifayət qədər böyükdür, heroin aşkar olunan paket isə şəffafdır və həmin qaşığın ölçüsü boydadır. Sonradan CPM-nin 128-ci maddəsinin tələblərini əsas götürərək həmin maddi sübutun subutlar siyahısından çıxarılması ilə bağlı vəsatət vermiş, təəssüfflər olsun ki, vəstatəti heç bir hüquqi əsaslanma gətirilmədən məhkəmə tərəfindən cinayət işinin yekununda müşavirə otağında qiymət veriləcəyi ilə əlaqədar təxirə salınmışdır. Hökmdən də müəyyən olunur ki, məhkəmə ittihamda qeyd olunan bütün şübhəli və sübuta yetirilməyən halları ittihamın xeyrinə təfsir etmişdir. Onun verdiyi vəsatətə CPM-nin tələblərini yox sayaraq hüquqi qiymət verməkdən çəkinmişdir. Iş materiallarından və məhkəmə istintaqı verilən ifadələrdən müəyyən olunur ki, nə ilkin axtarışı həyata keçirən polis əməkdaşları, nə də ki, təhqiqtaçı şəxsi axtarışı həyata keçirərkən üzərində narkotik vasitə heroin izləri olan gümüş qaşıq aşkar etməmişdir. Maddi sübutlar ekspertizaya göndəriləndən sonra həmin qaşığın hansı şəraitdə və haradan necə aşkar olunması ilə bağlı müdafiə tərəfi olaraq onlarda əsaslı şübhələr yaranır. Belə ki, təhqiqatçı Qubad Vəliyev məhkəmə istintaqı zamanı şahid qismində dindirilən zaman bildirdi ki, şəxsi axtarış zamanı heroin aşkarlanan paketin işində qaşıq aşkar etməmişdir. Maddi sübutları ekspertizaya təqdim edənə qədər otağında yerləşən masanın üzərində saxlamışdır. Otağına digər polis əməkdaşları görüb çıxmışdır. Əgər həmin günü maddi sübutları ekspertizaya təqdim etməmişdirsə maddi sübutları otağında seyf olan əməliyyatçıların otağına qoyur. Bu iş üzrə həmin maddi sübutları kimin otağına qoyduğunu xatırlamır. Maddi sübut qismində tanınmış və protokollaşdırılmış Rəfailə məxsus mobil telefonun həmin gün saat 18:00 dan sonra kimin tərəfindən aktiv edilərək digər şəxsin hesabına LEOBANK tətbiqi vasitəsilə 100 manat pul vəsaitinin göndərilməsinə izah verə bilmir. Bütün bu ifadələrə baxmayaraq hakimin ittihamedici hökm çıxarması anlaşılan deyil və məhkəmənin bu sübutlara absurd, ağlabatmayan izah verməsi məhkəmə tərkibinin işə nə qədər qərəzli yanaşdığını göstərir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X4 apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsin məhkum edilməsinin əsassız olmasına dair dəlillərinin rədd edilməsini, təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri, dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etməklə onu da vurğuladı ki, təqsirləndirilən şəxsin mobil telefonunda olan “WhatsApp” yazışmalarının, o cümlədən “62 dənə atacam”, “2 kq-ın pulunu istəsən atarsan” məzmunlu və s. ifadələrin onun narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olduğunu təsdiq edir. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsində müdafiə tərəfinin təqdim etdiyi dəlillər nəzərə alınmayaraq iş üzrə sübutlar düzgün qiymətləndirilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128-ci maddəsinin tələblərinə əsasən şübhəli, təqsirləndirilən şəxs və ya şahid sübutla bilavasitə məhkəmə tədqiqatından əvvəl tanış olmaq imkanına malik olmalıdır. Lakin hazırkı iş üzrə müdafiə tərəfi bəzi sübutlarla yalnız məhkəmə araşdırması zamanı tanış olmuşdur. Xüsusilə ekspert rəyi ilə müəyyən edilmiş və üzərində heroin izləri aşkar olunan qaşıqla bağlı etirazlarını bildirir və qeyd edir ki, həmin sübutla müdafiə tərəfi yalnız işin məhkəmə baxışına təyin edilməsindən sonra tanış olmuş, qaşıq əvvəlki videoçəkilişlərdə görünmür və bu sübut barədə müdafiə tərəfinə əvvəlcədən məlumat verilməmişdir. Həmçinin iş materiallarında olan ayrı-ayrı prosessual sənədlərin və ekspertiza ilə bağlı materialların sübutlar siyahısından çıxarılmasını xahiş etmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsinin qanuniliyini də mübahisələndirərək qeyd edir ki, iş materiallarının 1-ci cildinin 4-cü səhifəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı sənəd mövcuddur və qanunvericiliyə əsasən məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi qaydada aparılan müvafiq istintaq hərəkətindən sonra həmin hərəkətin qanuniliyinin yoxlanılması üçün materialların məhkəməyə təqdim edilməsi məsələsi nəzərdə tutulsa da, iş materiallarında belə qanunilik yoxlamasının aparılmasına dair məhkəmə qərarının olmaması əməliyyat-axtarış qərarının qanunsuz hesab edilməlidir. Iş materiallarında olan ## #### 2025-ci il tarixli raport, əməliyyat qərarı və əmr göstərir ki, Rəfael Məmmədov yalnız narkotik vasitələrin əldə edilməsi və saxlanılmasında şübhəli bilinmiş, onun satışı ilə bağlı heç bir dəlil yoxdur. Şahid kimi dindirilən əməliyyatçılar da onun satışla məşğul olması barədə məlumatlarının olmadığını bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2024-cü il tarixli müvafiq qərarının tələblərinə əsasən, şəxsin narkotik vasitələri satmaq məqsədilə əldə etməsi təkzibedilməz sübutlarla təsdiq olunmalıdır. Ittiham tərəfi istehlakçını müəyyən etməmişdir. Şəxsin telefonunda olan yazışmalar onun satış məqsədini təkzibedilməz şəkildə sübut etmir. Belə ki, yazışmalarda ancaq “gül” deyə bildirilən narkotik vasitədən söhbət gedir. Təqsirləndirilən şəxs “gül” deyə bilinən marixuana adlı narkotik vasitə əldə etməyə çalışmışdır, bunu özü də etiraf edir. Məhkəmədən Rəfael Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını, bu mümkün olmadıqda isə onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilərək yüngül cəza təyin olunmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətində və məhkəmə çıxışında bildirdiyi dəlillərlə razı olduğunu bildirdi. O, müdafiəçinin qaldırdığı vəsatətlərin təmin edilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı mobil telefonunda olan SMS yazışmalarının, telefon danışıqlarının və səs yazılarının ona məxsus olduğunu təsdiq etdi, həmçinin üzərində “gül” yazısı olan narkotik vasitənin ona məxsus olduğunu bildirdi, 2 qram metamfetamin və 50 qram marixuananın ona verilməli olduğunu, lakin həmin maddələrin səhv göndərildiyini qeyd etdi etdi. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə əsassız ittiham verilməsinə dair məsələ mübahisələndirildiyindən ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsinə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu bütövlükdə hazırkı qərarda təkrar sadalamağa zərurət görmür, lakin bir neçə sübuta nəzər yetirilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyaların götürülməsi haqqında" ## #### 2025-ci protokoldan və protokola əlavə edilmiş tədbirin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, ## #### 2025-ci il tarixdə Sumqayıt ŞPI-nin 2-ci PB-də xidməti otaqlda təhqiqatçı, R Qubad Vəliyev tərəfindən Sumqayıt ŞPI-nin 2-ci PB-nin əməkdaşlarının, Təqsirləndirilən şəxs və onun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə videoçəkilişlə təhqiqatçıya təqdim edilmiş içərisində Təqsirləndirilən şəxs biraz əvvəl saxlanıldığı yerdə üstünün yoxlanılması və avtomobilinə baxış zamanı aşkar olunaraq götürülmüş narkotik və psixotrop maddələrə bənzər bükümləri, elektron tərəzi, mobil telefon olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərflər təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirildiyi, hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkildiyi, həmin maddələr və elektron tərəzi ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq qablaşdırıldığı və möhürləndiyi. Təqsirləndirilən şəxs məxsus mobil telefon təhqiqatçı tərəfindən götürüldüyü, sorğu zaman Təqsirləndirilən şəxs üstündən və idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik və psixotrop maddələrin ona məxsus olduğunu, həmin maddələri Iran vətəndaşının qoydurduğu ünvanlardan əldə etdiyini bildirdiyi müəyyən olunmuşdur (cild 1, i.v. 33-36; 111). Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş “Mobil telefona baxış keçirilməsi barədə” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş "Redmi Note 13" markalı mobil telefona baxış zamanı telefonun ***-***-**-** nömrəli votsap nömrəsinə daxil olduqda orada Iran Islam Respublikasının mobil operatoruna məxsus +98 9149882412 nömrəsi arasında olan qısa yazışmalar və səsli mesajlar görünür. Qeyd olunan səsli sms-lərə baxdıqda orada: ##.##.2025-ci il tarixdə saat 07:49, 07:58. 13:55, 13:57, 13:58-də. ##.##.2025-ci il tarixdə saat 16:04, 17:20, 17:22 və 17:28-də Təqsirləndirilən şəxs öz 055-239-22-97 votsap nömrəsi ilə +98 9149882412 nömrəsinə səsli mesaj, ##.##.2025-ci ıl tarixdə saat 13:55. 13:58 və 17:26-da +98 9149882412 nömrəsindən Təqsirləndirilən şəxs 055-239-22-97 votsap nömrəsinə səsli mesajların göndərilməsi müəyyən olundu. Həmin səsli mesajları dinlədikdə Təqsirləndirilən şəxs Iran Islam Respublikasının mobil operatoruna məxsus +98 9149882412 nömrə istifadəçisi ilə aralarında sonuncu tərəfindən göndərilən narkotik və psixotrop maddələrin dövriyyəsi ilə bağlı danışıqların olması müəyyən olunmuşdur. Bundan başqa mobil telefonun votsap bölümün zənglər bölümünə baxdıqda Təqsirləndirilən şəxs Iran Islam Respublikasının mobil operatoruna məxsus +98 9149882412 nömrə istifadəçisi ilə qarşılıqlı bir-birlərinə zənglərin etmələri müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin telefonda votsap proqramında nömrəsi +98 9149882412 olan Iran Islam Respublikasının vətəndaşı Arizdən əldə etdiyi narkotik və psixtorop maddələrin başqa şəxslərin əldə etməsi üçün ərazilərə qoyması mövzusunda danışıqlar apardığı bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi üzərində 055-239-22-97 votsap nömrəsi olan "Redmi Note 13" markalı mobil telefonda əks olunmuş yuxarıda qeyd olunan məlumatlar-qısa sms yazıları, votsap zəngləri və səsli mesajlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən skrin fotoşəkilləri çəkilmiş və səsli mesajlar diskə köçürülərək protokola əlavə edilmişdir. Həmin səsli mesajların mətnindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi, yayılması ilə bağlı istintaqla şəxsiyyəti müəyyən edilməmiş şəxs və ya şəxslərlə əlaqə saxlamışdır: Təqsirləndirilən şəxs: - 62 dənəni atacam, indi nədi, nə deyil, o birisiləri atma deyərsən atmaram, at deyərsən ataram. Ataramsa da belə mənə arxayın olub malçıyla danışma ki, mən gedib mal götürəcəm və nağaracam. “300 manat mənə mütləq lazımdır, 02 kiloqramın pulunu istəsən atarsan, istəməsən atmazsan, atmasan da halal xoşun. Birincidən sən gül söhbətində ziyan eləmisən bilirəm. 300 manat qalıb da bizim aramızda 02 kilodan düzdür?. Birdəki 01 kilo qalıb. 800 manatdan 500 manat borcun qalıb, o 500 manatı istəyərsən atarsan, istəyərsən atmazsan, özün bilərsən, atmasan da halal xoşundu. Mən əziyyətimi sənə halal eliyəcəm. Mənə arxayın olub malçıyla danışma. Bu cür işlərdə normaldır, mal batırmaq olur, belə pis çıxmasın gedib yanmaq olur, mal batırmaq olmur?, hər şey olar da. 02 kiloqramı 5 gündən tez əridən olacaqdı?. 02 kiloqram 5 gündə əldə qalacaqdı? Mən sənin o 2 kiloqramını bu gün “əridəcəm” saat 3:00-da təcili 300 manat pul lazımdır mənə. Evə gedib o 62 ədəd konumu atacam. Bir də sənlə axşam danışacam, hamısını əridəndən sonra. Istəyirsən atmayım problem deyil. Necə ürəyin istəyir elə. Gedib indi sənə konumlar atıram iki saata zada. Saat 3də təcili pul lazımdı, cibimdə 11 manat pul var, Sumqayıta gedirəm bağa, gedirəm evə. Sonra istəyərsən ataram konumları, istəməzsən atmaram. Yadakı “tema”nı aparıb harasa qoyaram. Gedim görüm nə qədər qalıb. Nə isə 2 saata ya 2 saat yarıma sənə konumları atacam bu bir, ikinci də ki, istəyərsən atım, bir kəlmə deyərsən at, istəməzsən də atmaram, ya “tema”nı aparıb harasa qoyaram, gedim görüm nə qədər qalıb, yada ki istəyirsənsə atım, bir də səninlə axşam danışacam “fso”, mənə dəqiqədə bir zənglər eləmə, götürmürəmsə yenidən yığma, bu 2 kiloqram qurtarsın, mən yoxam daha, biləsən və s.; - Sabahın xeyir Nasir inşallah ki, yaxşı olarsan. Mənim səninlə axşam danışmamağımın bir dənə səbəbi bilirsən nədi?, demək olar ki, 62 ədədini yerbəyer eləmişəm. Ümumi 62 ədəd konum var məndə. Hamısını atacam indi, bir dənə evə gedim atacam. Gedim bağa atacam. Saat 5-6-ya işləmişdən bayıradayam. Bir dəfə səni “göyərti”ydi də, ziyana saldım. 02 kilonu elə bir günə həll edəcəm, əridəcəm. Heç beş günə əridilməzdi. Bu iki kilonu da verirəm, sən ayrı adamsan, mən ayrı adam. Mənə arxayın olub “tema” götürmə. Gedəcəm elə fəhləçiliyimi eliyəcəm işimi görəcəm. Mənə allaha and olsun, səni tanıya-tanıya balamın canı yalan deyirəmsə .... Dedilər günə bir manat veririk kolaya, manat yarım kolayla, patıya. 62 dənə bilirsən niyə deyirəm, 75 dənə atacaqdım, sən yazdın atma, saxladım. Birincidən hardasa 10 qram mən götürmüşəm, hardasa 12 qram da əksik gəldi. Ümumi 1 kilodan 12 qram əksikdi.... və s. Bundan başqa səs yazılarında X6 dediyi şəxslə aralarında məkanları (konumları) vaxtında ata bilmədiyinə görə yaranmış narazılıq zəminində, bundan başqa Nasir adlı şəxslə aralarında olan münasibətə görə, ancaq sonuncunun tapşırıqlarını yerinə yetirdiyinə görə digər şəxslərin təklif etdiyi narkotik vasitələri və psixotrop maddələri (kola və patı) daşımaqdan imtina etməsi, həmçinin Rafail Məmmədovun “tema” dediyi ümumi vasitələrin hissələrə bölünərək ayrı-ayrı ünvanlara çatdırılması (konumlara) məzmununda danışıqları əks olunmuşdur (cild, i.v. 128-131). Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə qərarı əsasında “xxxx” MMC-dən əldə olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə dair məlumatları əks etdirən CD diskə baxış keçirərkən ##.##.2025 - ##.##.2025-ci il aralıqda olan sms-lərdən aşağıdakı məzmunda iş üzrə əhəmiyyət kəsb edə biləcək SMS-lər müəyyən olunmuşdur: ##.##.2025 00:18:13 1.1.994552392297 1.1.994555034966 Camahatı temamı atıb bir saatdı uje mən hele cıxmqmışam evdən? ##.##.2025 00:05:40 ##.##.2025 00:05:40 1.1.994778061778 1.1.994552392297 Sənə sözüm yoxdu menim ay Rafael bukunde belə ketdi Ehtiyacl olınuyu ##.##.2025 15:35:34 ##.##.2025 15:35:34 1.1.994552392297 1.1.994558868136 Meymiyək özümüze yaraşmayan bereket edək ya neve davadit edirsen fi ##.##.2025 19:39:23 ##.##.2025*19:39:24 1.1.994552392297 1.1.994558868136 ürmürəm kimnənsə. Varyoxuna möhlət cox pis oodatkoz qoymuşanda məni ##.##.2025 20:51:07 1.1.994552392297 1.1.994514125239 Bura qəti haa yanaram ##.##.2025 14:18:39 1.1.994552392297 1.1.994558868136 Durum scnede artıq kəlmə yazım ala men. bundan sonra ki səngimdə sə ##.##.2025 14:18:40 ##.##.2025 14:18:41 1.1.994552392297 1.1.994558868136 birli ola bilmeyecem. Davaduxyahg eləmə adamı səbirdən çıxartma ##.##.2025 10:12:26 ##.##.2025 10:12:26 1.1.994552392297 1.1.994773159973 Fayqa yoxdu gelsən siqaretdä götür 2 packa ##.##.2025 10:12:53 ##.##.2025 10:12:53 1.1.994552392297 1.1.994773159973 Konkret yoxdu haa dayqa ##.##.2025 07:35:41 ##.##.2025 16:20:17 1.1.994709946325 1.1.994552392297 sabahin xeyir bagisla brat dunen senide inciddim yubandi mesele uzurli say birde olan deyil narahat olma (cild 1, i.v. 134-135). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi zamanı tədqiq edilmiş sübutlarlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam təsdiqini tapdığından müdafiə tərəfinin apellyasiya şikayətlərində istinad etdiyi dəlillər sonuncunun təqsirsizliyini sübut edən hallar kimi qəbul edilə bilməz. Belə ki, “Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli qərar). Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarlarını da nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri olduğu üçün birinci instansiya məhkəməsi də haqlı olaraq təqsirləndirilən şəxsi həmin maddə ilə təqsirli bilmiş və maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin etmişdir. Ilk növbədə qeyd edilməlidir ki, müdafiə tərəfi apellyasiya şikayətlərində və apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlarda birinci instansiya məhkəməsinin nəticələrinin ehtimallara əsaslandığını, Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq məqsədilə əldə etməsinin sübuta yetirilmədiyini, onun ilkin tutulması və şəxsi axtarışı zamanı prosessual qanunvericiliyin tələblərinin pozulduğunu, mobil telefonda olan yazışmaların onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq etmədiyini, üzərində heroin izləri aşkar edilmiş qaşığın sübutlar siyahısından çıxarılmalı olduğunu, habelə bank əməliyyatı ilə bağlı R.Qasımovun şahid qismində dindirilməsinin zəruri olduğunu bildirməklə apellyasiya icraatının qismən istintaqla aparılmasını və apellyasiya icraatında ayrı-ayrı prosessual sənədlərin və ekspert rəylərinin sübutlar sırasından çıxarılmasını xahiş etmişdir. Müdafiə tərəfinin apellyasiya araşdırılmasının qismən istintaqla aparılmasına dair istinad etdiyi halın birincisi R.Qasımovun şahid qismində dindirilməsi və bu halın əsaslandırılması zamanı ## #### 2025-ci il tarixdə saat 18:27-də təqsirləndirilən şəxsin bank kartından R.Qasımovun bank kartına 100 manat pul köçürüldüyü iddia edilsə də, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin vaxt R.Qasımovun bank kartına 100 manat köçürülməmiş, belə ki, 18:27-də Təqsirləndirilən şəxs bank kartından 100 manat adı məlum olmayan bank kartına köçürülsə də, ## #### 2025-ci il tarixdə saat 18:40-da isə R.Qasımovun bank kartından təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bank kartına 40 manat pul köçürülmüşdür (cild 2, i.v 69). Müdafiə tərəfinin iddia etdiyi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra istifadəsində olmuş mobil telefonu protokollaşdırılaraq maddi sübut kimi götürüldükdən sonra həmin günü saat 18-dən sonra kimin tərəfindən aktiv edilərək digər şəxsin hesabına LEOBANK tətbiqi vasitəsilə 100 manat pul vəsaitinin göndərilməsinə məhkəmənin izah verə bilməməsi dəlililə bağlı qeyd edilməlidir ki, məhz həmin pozuntunu müəyyən etmiş birinci instansiya məhkəməsi iş üzrə yekun məhkəmə aktı qəbul edilməklə yanaşı ##.##.2026-cı il tarixli məktubla cinayət işinin ibtidai araşdırılmasında iştirak etmiş Sumqayıt ŞPI-nin 2-ci PB-nin təhqiqatçısı X2 tərəfindən yol verilmiş pozuntu barədə Sumqayıt şəhər prokurorunun diqqətinə çatdırılmışdır (cild 2, i.v. 175-176). Müdafiə tərəfinin apellyasiya araşdırılmasının qismən istintaqla aparılmasına dair istinad etdiyi ikinci hal sübutların qiymətləndirilməsi haqqında qərarda “Tural Bayramlı” adının göstərilməsi və həmin şəxsin dindirilməsinin zəruri olmasına dair dəlilini də məhkəmə kollegiyası əsalı hesab etməmiş ona görə ki, iş materiallarında olan sübutların qiymətləndirilməsi, cinayət əməllərinin hüquqi tövsifi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında müstəntiq M.Mustafazadənin ##.##.2025-ci il tarixli qərarının nəticə hissəsində 12-ci bənddə yer alan “Təqsirlıəndirilən şəxs X1 əvvəllər narkotik vasitə əldə edib istifadə etməsi xüsusatı üzrə cinayət təqibinin başlanması rədd edilsin” cümləsində adı çəkilən X1 hazırkı cinayət işinə heç bir aidiyyətinin olmaması məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs da təsdiq etdiyi kimi həmin şəxsi tanımaması, həmin şəxsin onunla tutulmamasına dair suallara cavabı, həmçinin sübutların qiymətləndirilməsinə dair müstəntiqin ##.##.2025-ci il tarixli qərarının əsaslandırılması hissəsində qeyd edildiyi kimi, “Cinayət işinin istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində təxminən 8 ildir ki, fasilələrlə narkotik və psixotrop maddələrdən istifadə etdiyini bildirsə də, istintaqın hazırkı mərhələsində həmin maddələri aşkar etmək mümkün olmamışdır. Bu isə həmin epizodlar üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməsini mümkünsüz hesab edir. Buna görə də, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və psixotrop maddələri əldə edib istifadə etməsi xüsusatı üzrə cinayət təqibinin başlanması rədd edilməlidir” cümlələri öz əksini tapmışdır. Göründüyü kimi müdafiə tərəfinin dindirilməsinin zəruri olan X1 hazırkı cinayət işi üzrə heç bir bağlılığı olmamaqla müstəntiqin diqqətsizliyi səbəbindən adı çəkilən qərarın nəticə hissəsində 12-ci bənddə yer alması müdafiə tərəfinin apellyasiya şikayətlərinin qismən istintaqla aparılması üçün tutarlı əsas kimi qəbul edilməmişdır. Müdafiə tərəfinin apellyasiya araşdırılmasının qismən istintaqla aparılmasına dair istinad etdiyi üçüncü hal isə, iş üzrə narkotik və psixotrop maddələrin təkrar ekspertizadan keçirilməsinə dair dəlilini də məhkəmə kollegiyası əsalı hesab etməmiş ona görə ki, iş materiallarında ##.##.2025-ci il tarixli ekspert rəyi movcuddur ki, həmin rəy Sumqayıt Regional ekspertiza bölməsi tərəfindən verilmiş, hansı ki, həmin bölmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin strukturuna aid olmaqla müvafiq rəy verməyə səlahiyyətli orqandır və rəydə göstərilənlərin təkzib edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin apellyasiya şikayətlərində göstərməklə istinad etdikləri dəlillər cinayət işi üzrə toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunur. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməli yalnız onun verdiyi ifadələr əsasında deyil, cinayət işi üzrə əldə edilmiş digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Bu baxımdan müdafiə tərəfinin hökmün yalnız ehtimallara əsaslandığı barədə dəlili ilə razılaşmaq mümkün deyildir. Cinayət işi üzrə aşkar edilmiş narkotik vasitələrin miqdarı və növləri, onların təqsirləndirilən şəxsin üzərindən və ona məxsus avtomobildən götürülməsi, mobil telefonda aparılmış yazışmalar, telefon danışıqları və səs yazıları, habelə digər sübutların qarşılıqlı əlaqədə qiymətləndirilməsi nəticəsində birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin mövcudluğu barədə düzgün nəticəyə gəlmişdir. Müdafiə tərəfinin əsas dəlillərindən biri Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etməsinin sübuta yetirilməməsi və mobil telefonda olan yazışmaların yalnız onun şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək istəyini göstərməsi ilə bağlıdır. Lakin bu dəlil iş üzrə müəyyən edilmiş halların bütövlüyü ilə uzlaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə iclasında təqsirləndirilən şəxs özü mobil telefonda olan SMS yazışmalarının onun tərəfindən yazıldığını, telefon danışıqlarının və səs yazılarının ona məxsus olduğunu təsdiq etmişdir. Eyni zamanda, dövlət ittihamçısının sualına cavab verərkən 2 qram metamfetamin və 50 qram marixuananın ona verilməli olduğundan həmin narkotik və psixotrop vasitələrin götürülməsi üçün getdiyini də bildirmişdir. Bununla yanaşı, iş materiallarında olan WhatsApp yazışmalarının məzmununda narkotik vasitələrin əldə edilməsi və dövriyyəsi ilə əlaqəli ifadələrin, o cümlədən yuxarıda şırh edilən məzmunda yazışmaların olması müəyyən edilmişdir. Dövlət ittihamçısı da apellyasiya instansiyası məhkəməsində həmin yazışmaların narkotik vasitələrin qanunsuz satışı ilə bağlı olduğunu əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin yazışmaların yalnız “gül” adlandırılan marixuananın şəxsi istifadə üçün əldə olunmasına aid olması barədə izahı həmin yazışmaların digər sübutlarla birlikdə qiymətləndirilməsinə mane olmur. Təqsirləndirilən şəxsin yazışmaların və səs yazılarının ona məxsusluğunu təsdiq etməsi də nəzərə alındıqda, həmin məlumatların məzmununun yalnız müdafiə tərəfinin verdiyi subyektiv izahla məhdudlaşdırılması üçün əsas yoxdur. Müdafiə tərəfinin istehlakçının və ya narkotik vasitəni qəbul edən şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayətin törədilməsinin bütün halları yalnız narkotik və ya peixotrop vasitənin konkret son istehlakçısının müəyyən edilməsindən asılı deyildir. Hazırkı iş üzrə şəxsin satış məqsədinin müəyyən edilməsi digər sübutların, o cümlədən narkotik və psixotrop vasitələrin miqdarı, qablaşdırılması, tərəzinin olması, onların aşkar edilmə şəraiti və mobil telefonda olan yazışmaların məzmununun məcmusu əsasında qiymətləndirilməlidir. Bu sübutlar bir-birindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əlaqədə qiymətləndirildikdə müdafiə tərəfinin irəli sürdüyü “yalnız şəxsi istifadə məqsədi” versiyasını təsdiq etmir. Müdafiə tərəfinin ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxsin saxlanılması, şəxsi axtarışı və həmin vaxt müdafiəçinin iştirak etməməsi, habelə guya ona təzyiq göstərilməsi və ifadələrinin məcburiyyət altında alınması barədə dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, bu barədə iddialar iş materiallarında obyektiv sübutlarla təsdiq edilməmiş, təqsirləndirilən şəxs tərəfindən ilkin mərhələdə müdafiəçiyə, istintaq orqanına və ya digər səlahiyyətli dövlət orqanlarına müvafiq məzmunlu şikayətin verilməsi müəyyən edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə münasibət bildirilmiş və həmin ifadələrin digər sübutlarla uyğunluğu yoxlanılmışdır. Müdafiə tərəfinin şəxsi axtarışın videoçəkilişində ayrı-ayrı məqamların görünməməsi və videoçəkilişdə fasilənin olması ilə bağlı mülahizələri də özlüyündə həmin sübutların saxtalaşdırıldığını, narkotik vasitələrin sonradan təqsirləndirilən şəxsin üzərinə qoyulduğunu və ya sübutların mötəbərliyinin aradan qalxdığını təsdiq edən kifayət qədər əsas hesab edilə bilməz. Belə nəticəyə gəlmək üçün konkret və obyektiv məlumatların mövcudluğu tələb olunur. Müdafiə tərəfi isə irəli sürdüyü ehtimalları təsdiq edən belə sübutları məhkəməyə təqdim etməmişdir. Müdafiə tərəfinin üzərində heroin izləri aşkar edilmiş qaşığın sübutlar sırasından çıxarılması barədə vəsatətinə gəldikdə isə qeyd edilməlidir ki, həmin məsələ həm birinci instansiya məhkəməsində araşdırılmış, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin ayrıca vəsatətinin predmeti olmuşdur. Müdafiəçi qaşığın videoçəkilişdə görünmədiyini və onun mövcudluğundan müdafiə tərəfinin məhkəmə araşdırması zamanı xəbər tutduğunu əsas gətirmişdir. Lakin həmin halın mövcudluğu avtomatik olaraq qaşığın sübut kimi yolverilməz hesab edilməsinə əsas vermir. Sübutun mümkünlüyü və mötəbərliyi onun əldə edilməsi şəraiti, prosessual rəsmiləşdirilməsi, digər sübutlarla əlaqəsi və məhkəmə tərəfindən bilavasitə tədqiq edilməsinin nəticələri əsasında qiymətləndirilməlidir. Bu məsələ ilə bağlı birinci instansiya məhkəməsi müvafiq dindirmələr aparmış, sübutu məhkəmə baxışında tədqiq etmiş və onun mötəbərliyini şübhə altına alan əsasların olmadığı qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsində isə müdafiə tərəfinin həmin sübutun çıxarılması barədə vəsatətinin yekun məhkəmə qərarında qiymətləndirilməsi üçün müvafiq dəlillər araşdırılmışdır. Müdafiə tərəfinin ekspert rəylərinin və digər prosessual sənədlərin sübutlar siyahısından çıxarılması barədə vəsatətinə münasibətdə də qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində bu məsələ ayrıca müzakirə edilmişdir. Müdafiə tərəfi, o cümlədən məhkəməkimyəvi, məhkəmə-bioloji və məhkəmə-tibbi ekspertiza ilə bağlı sənədlərin sübutlar sırasından çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə ekspert rəyinin verildiyi qurumun müvafiq ekspertiza fəaliyyətini həyata keçirməyə səlahiyyətli olması müəyyən edilmiş, həmin rəydə əks olunan nəticələrin təkzibinə dair müdafiə tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyi nəzərə alınmışdır. Bu səbəbdən müdafiə tərəfinin ekspert rəyinin yalnız onun müdafiə mövqeyinə uyğun gəlmədiyinə görə sübut kimi qəbul edilməməli olması barədə mövqeyi qəbul edilə bilməz. Müdafiə tərəfinin Azərbaycan Respublikası CPM-in 128-ci maddəsinə istinad edərək bəzi sübutlarla məhkəmə baxışından əvvəl tanış olmadığını bildirməsi də hökmün ləğv edilməsini şərtləndirən hal kimi qiymətləndirilə bilməz. Belə ki, müdafiə tərəfi həmin sübutların məhkəmə araşdırması zamanı tədqiqində bilavasitə iştirak etmiş, apellyasiya instansiyası məhkəməsində də onların mümkünlüyü və mötəbərliyi məsələsini mübahisələndirmişdir. Beləliklə, müdafiə tərəfinin sübutlarla bağlı öz mövqeyini məhkəmə qarşısında ifadə etmək və həmin sübutların qiymətləndirilməsinə dair etirazlarını bildirmək imkanından faktiki olaraq məhrum edildiyi müəyyən olunmur. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirməklə yanaşı, üzərində “gül” yazısı olan narkotik vasitənin ona məxsus olduğunu, SMS-ləri özünün yazdığını, telefon danışıqları və səs yazılarının ona məxsus olduğunu özü də təsdiq etmişdir. Bu hallar müdafiə tərəfinin sonradan həmin elektron məlumatların təqsirləndirilən şəxslə əlaqəsinin olmadığı barədə mövqeyi ilə uzlaşmır. Bununla yanaşı, müdafiə tərəfinin apellyasiya instansiyası məhkəməsində təqdim etdiyi dəlillərin əhəmiyyətli hissəsi birinci instansiya məhkəməsində irəli sürülmüş və həmin məhkəmə tərəfindən araşdırılmış eyni halların təkrarından ibarətdir. Apellyasiya instansiyası məhkəməsində isə həmin dəlillər bir daha müzakirə edilmiş, müdafiə tərəfinin vəsatətləri üzrə ayrıca qərarlar qəbul olunmuş və onların hökmün nəticələrinə təsir edə biləcək xarakter daşımadığı müəyyən edilmişdir. Beləliklə, müdafiə tərəfinin irəli sürdüyü halların hər biri ayrılıqda və sübutların məcmusu ilə qarşılıqlı əlaqədə qiymətləndirilmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin istinad etdiyi şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması barədə ümumi hüquqi prinsipin mövcudluğunu nəzərə alır. Lakin hər bir ehtimal və ya subyektiv fərziyyə özü-özlüyündə cinayət işi üzrə “aradan qaldırılmamış şübhə” kimi qiymətləndirilə bilməz. Şübhənin hüquqi əhəmiyyət daşıması üçün onun konkret faktiki əsasları olmalı və iş üzrə mövcud sübutların məcmusu ilə aradan qaldırılmaması müəyyən edilməlidir. Hazırkı iş üzrə müdafiə tərəfinin irəli sürdüyü ehtimallar isə iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olunmur. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin təqsirliliyi barədə nəticəyə gəlinərkən yalnız ayrı-ayrı sübutlara deyil, onların məcmusuna qiymət verilmiş, təqsirləndirilən şəxsin üzərindən və avtomobilindən müxtəlif növ və əhəmiyyətli miqdarda narkotik vasitələrin və psixotrop maddənin, tərəzinin aşkar edilərək götürülməsi, elektron yazışmalar, telefon danışıqları və səs yazıları, habelə digər sübutlar qarşılıqlı əlaqədə qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin sübutların məzmununu və müdafiə tərəfinin etirazlarını yoxlayaraq birinci instansiya məhkəməsinin nəticələrindən fərqli nəticəyə gəlmək üçün əsas görmür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etmiş, sübutları qanunvericiliyin tələblərinə uyğun olaraq ayrı-ayrılıqda və məcmu halında qiymətləndirmiş, təqsirləndirilən şəxsin müdafiə mövqeyinə və irəli sürdüyü versiyalara da münasibət bildirmişdir. Hökmün nəticələri ilə iş üzrə müəyyən edilmiş faktiki hallar arasında ziddiyyət müəyyən edilmir. Bu səbəbdən müdafiə tərəfinin Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması barədə tələbi üçün əsas yoxdur. Eyni zamanda, onun əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə alternativ tələbin də təmin edilməsi mümkün deyildir. Çünki əməlin hüquqi tövsifi yalnız narkotik vasitənin faktiki olaraq təqsirləndirilən şəxs tərəfindən əldə və ya saxlanılmasına deyil, həmin əməlin hansı məqsədlə və hansı şəraitdə törədilməsini təsdiq edən sübutların məcmusuna əsasən müəyyən edilir. Hazırkı iş üzrə müəyyən edilmiş sübutların məcmusu isə müdafiə tərəfinin təklif etdiyi daha yüngül tövsif üçün əsas vermir. Nəticə etibarilə, apellyasiya şikayətlərində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmir, həmin məhkəmənin hökmünün qanunsuz və ya əsassız olduğunu təsdiq etmir və hökmün ləğv edilməsini, dəyişdirilməsini və ya təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını şərtləndirən hallar müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarlarını da nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri olduğu üçün birinci instansiya məhkəməsi də haqlı olaraq təqsirləndirilən şəxsi həmin maddə ilə təqsirli bilmiş və maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla bağlı cinayət hüquq nəzəriyyəsinə görə CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinəyət əməlinin törədilməsi anlayışına istinad etməyi də zəruri hesab edir. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasından aydın olur ki, həmin maddədə nəzərdə tutulan cinayət əməli o zaman cinayət məsuliyyətinə səbəb olur ki, təqsirləndirilən şəxsin davranışı maddənin dispozisiyasında əksini tapmış cinayət tərkibinin obyektiv cəhətini təşkil edən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma və ya satma ilə nəticələnmiş olsun. Qeyd olunan maddədə nəzərdə tutulan cinayət əməli formal tərkibli cinayət əməli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddədə nəzərdə tutulan hərəkətləri (yaxud hərəkətlərdən birini) törətməsi faktını müəyyən etmək kifayətdir. Şərh olunan cinayətlərin kriminal nəticələri isə cinayət tərkibinin hüdudlarından kənarda qalır və yalnız məsuliyyətin fərdiləşdirilməsinə təsir göstərir. Həmin Məcəllənin 234.4.3-cü maddəsinin dispozisiyası isə yuxarıda qeyd olunan davranışın külli miqdarda narkotik vasitəyə münasibətdə törədilməsini özündə ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0-cı maddəsində bu Qanunda istifadə edilən əsas anlayışlar, ö cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasını özündə ehtiva edən hərəkətlər göstərilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi (maddə 1.0.8); həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10); miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması (maddə 1.0.11) hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli * saylı Qərarının 4-cü bəndində göstərilir ki, “...Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il ## #### tarixli ***-IIQ nömrəli Qanunu (bundan sonra – ***-IIQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur...”. Məhkəmə kollegiyası göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində irəli sürdüyü dəlillərin təkzib edilməsi ilə əlaqədar yuxarıda göstərilmiş xüsusatlar əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olduğunu sübut edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə araşdıraraq əldə etdiyi sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması istintaq zamanı toplanılaraq birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara əsasən təsdiqini tapmışdır. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edib hesab edir ki, müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması barədə dəlilləri əsassızdır həm də ona görə ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları, iş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olub-olmaması, o cümlədən onu səciyyələndirən hallar müzakirə edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının orta həddinə yaxın nəzərdə tutulan cəza təyin edilmişdir ki, bu cəza da qanuni, ədalətli və cinayət əməlinə adekvat olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı qanuni əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilməsi üçün əsaslar yoxdur və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 397.1, 397.2, 398.1.1, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar