Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-189/2026 15.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında (videokonfrans əlaqə sistemi vasitəsi ilə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə (hakim Günel Ismayılova) Təqsirləndirilən şəxs (##.##.1976-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 2, mənzil 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) günün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, başqa cinayət işi üzrə həbsdə olmasının nəzərə alınması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan metadonu əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 02 (iki) ədəd həbdə, xeyli miqdarda, təmiz çəkisi 0,08 qram narkotik vasitə olan metadon əldə etməklə əynindəki şalvarın sağ kiçik yan cibində saxlamaqla daşımış, ## ####### 2025-ci il tarixdə, saat 18:55 radələrində Sumqayıt ŞPI-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, “Qayalı Market’in arxasında saxlanılmaqla orada üzərinə keçirilmiş baxış zamanı 02 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan narkotik vasitə metadon əynindəki şalvarın sağ kiçik yan cibindən aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, tam araşdırma aparılmaqla əməlinə düzgün hüquqi qiymət verilməsini və ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan qərar qəbul etmişdir. Yəni ki, 2023-cü ilin noyabr ayından cinayət işi aparılan zaman o, digər CM-in 234.1-ci maddəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2024-cü il tarixli hökmü ilə 9 ay müddətinə təyin olunan cəzasını * saylı Cəzaçəkmə Müəssisəsində çəkmişdir. Qeyd olunan cəza müddətini Abşeron Rayon Məhkəməsi cəza təyin edərkən nəzərə almamışdır. O, özünü bu əməldə təqsirli bilmir. Şahidlər Tərlan və Elxan məhkəməyə çağırılmamışlar. Eyni zamanda polis əməkdaşları şahid kimi dindirilməmişlər. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasına videokonfrans vasitəsilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təqsiri olmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, hüquqlarını müdafiə etdiyi şəxsin təqsiri olmadığından Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxışında təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu bildirərək, şikayətin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsə bəraət verilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçinin, şikayətin rədd edilməklə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin məzmunundan və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarından görünür ki, işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi iddia edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla – təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstündə yoxlama aparılması, təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi protokolları, ekspert rəyləri, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstündə yoxlama aparılması, təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi protokolları, ekspert rəyləri və işin digər halları ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 5-6 il əvvəldən narkotik vasitə istifadəçisi olmuşdur və sonuncu dəfə təxminən 2025-ci il dekabrında “kakos” və “patı” adlı narkotik vasitə istifadə etmişdir. Həmin narkotik vasitəni isə Bakıdan tanımadığı şəxsdən 10 manata almışdı. ##.##.2025-ci il tarixdə, nahardan sonra, saat təxminən 4-5 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində öz binalarının qarşısında “Esmira” adlı marketə gedərkən 2 nəfər polis əməkdaşı yaxınlaşaraq onlarla birlikdə bölməyə getməyi bildirmişlər. Nə ilə bağlı olduğunu soruşduqda isə ona bölmədə deyəcəklərini söyləmişlər. Onlarla birlikdə qara “Mercedes” markalı avtomobilə minmiş və 7-8 dəqiqə sonra Sumqayıt şəhəri, Nasosnu qəsəbəsində “Qayalı Market”in yaxınlığında 5-6 nəfər polislərin oturduğu böyük otağa aparmışlar. Polis Bölməsində həyat yoldaşı xəstə olduğundan bir neçə dəfə qonşularla mübahisə edib, 102-yə yığdığı üçün onları problemli vətəndaş kimi qeyd etmişdilər. Polis əməkdaşları onlarla bağlı materialları qarşısına qoymuş və ona həyat yoldaşının qarşısını almağı, özünə isə narkotik vasitəni götürməyi məcbur etmişlər. Götürmədiyi halda külli miqdarda narkotiklə yükləyəcəklərindən qorxduğu üçün qəbul etmişdir. Hətta həyat yoldaşını bundan əvvəl dəlixanaya aparmışlar və orda qısa müddət qaldıqdan sonra evdə müalicə almağa davam etmişdir. Onu saxlayan polislər Sumqayıt ŞPI-nin 2-ci PB-nin əməkdaşları olmuş, onlardan Elsevər adlı polis əməkdaşını tanımışdır. O, saxlanılarkən yanında heç kəs olmamışdır. Bundan başqa, şahid şahid3 ifadəsi ilə bağlı təqsirləndirilən şəxs suala cavab olaraq şahidin düz dediyini söyləmişdir. Daha sonra növbəti məhkəmə iclasında polis əməkdaşları ilə üz-üzə qalmamaq üçün həmin cavabı verdiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış və döyülmüşdür. Lakin, xəsarətlərlə bağlı heç kimə bildirməmişdir. Polislərin təzyiqindən qorxduğu üçün məhkəmə zalında onlarla üzbəüz qalmaq istəməmiş, istintaq zamanı çəkilişdə də o səbəbdən üzərində narkotik vasitə olmasını təsdiq etmişdir. Istintaq zamanı müdafiəçi ilə görüş istəsə də görüş verməmişlər. Hadisə ilə bağlı Alqayıt adlı şahidi də vardır. Lakin, şahidin yalnız adını bilir, soyadı və ata adı, ünvanını bilmir. Son söz olaraq məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir Təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə vermiş olduğu həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ## ####### 2025-ci il tarixdə saat 18:55 radələrində tək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, “Qayalı Market”in arxasında piyada keçən zaman iki nəfər mülki geyimli şəxs, bir nəfər polis formasında olan şəxs ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını deyərək, xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etmişlər. Onlar üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu deyib, hüquqlarını izah edərək, üzərində qanunla qadağan olunmuş hansı əşyalar olduğunu soruşmuşlar. O əynində olan şalvarın sağ kiçik yan cibində saxladığı şəffaf rəngli sellofan bükümdə iki ədəd tablet narkotik vasitə olan metadonu polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi iki ədəd tablet elektron tərəzidə çəkilərək 1,13 qram olması müəyyən olunmuş və qablaşdırılmışdır. Üzərinə baxış keçirilən zaman 01 ədəd “Honor” markalı mobil telefon aşkarlanmış və götürülmüş, üzərindən aşkar olunan 46 manat pul isə özünə qaytarılmışdır. Həmçinin, sənədləşmə işləri aparmaq üçün onlarla birlikdə Sumqayıt Şəhər Polis Idarəsinin 2-ci Polis Bölməsinə gəlmişdir. Polis Bölməsində otaqların birində polis əməkdaşlarının və ona təqdim olunmuş vəkil X1 iştirakı ilə və onun razılığı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları onu saxlayan zaman üzərindən aşkar olunan narkotik vasitə olan metadon bir daha onun iştirakı ilə elektron tərəzidə ölçülmüş, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən yenidən qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. O, həmin narkotik vasitəni Bakı şəhəri, 20 Yanvar metrostansiyası ərazisində tanımadığı şəxsdən hər bir tableti 15 manata olmaqla, ümumilikdə 30 manata almışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis Idarəsinin 2-ci PB-nin baş əməliyyat müvəkkili şahid3 ifadəsində göstərmişdir ki, ## ####### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, “Qayalı Market”in arxasında əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün saat 18:55 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, “Qayalı Market”in arxasından piyada keçən zaman videoçəkiliş aparmaqla ona yaxınlaşaraq saxlamış və özlərini təqdim edib, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan kiçik cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxan zaman içərisində iki ədəd tabletdə qəhvəyi rəngli həblərdən ibarət narkotik vasitə olan metadona bənzər maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəzi vasitəsilə çəkilərək çəkisi müəyyən edildikdən sonra qablaşdırılıb götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, qanunla qadağan edilmiş narkotik vasitə və ya digər maddə aşkar olunmamışdır. Sonra isə digər sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis Idarəsinin 2-ci PB-yə aparmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis Idarəsinin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri şahid2 və şahid1 şahid şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid şahid2 suala cavab olaraq təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən narkotik vasitə verilməsi və ona təzyiq edilməsi ilə bağlı ifadənlərin yalan olduğunu, belə bir halın baş vermədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrar təsvir etməyə zərurət görmür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Kollegiya onu da qeyd edir ki, məhkəmənin gəldiyi nəticələrin «yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı olması» barədə CPM-nin 349.5-ci maddəsi ilə müəyyən edilən müddəa o demək deyildir ki, təqsirlilik məsələsi müzakirə edilərkən yalnız məhkəmə iclasında verilən ifadələr əsas götürülməlidir. Qanunun mənasına görə, ibtidai araşdırma dövründə verilmiş ifadələr məhkəmə iclasında tədqiq edilərkən onların işin digər halları ilə uyğun gəlməsi müəyyən edildikdə daha mötəbər sübut kimi qəbul edilə bilər. Hazırki iş üzrə təqsirləndirilən şəxsin, habelə bir sıra şahidlərin ibtidai araşdırma vaxtı verdikləri ifadələri işin məhkəmə iclasında tədqiq edilən hallarına daha uyğun və inandırıcı hesab edən birinci instansiya məhkəməsi bu halı hökmdə qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı cinayət əməlini törətməsini etiraf etməməsini özünümüdafiə kimi qəbul etmiş və onu məsuliyyətdən yayınmaq üçün verilən qeyri-səmimi ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, hökmdə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni əldə etməsi halları ətraflı tədqiq və təhlil edilmiş, işdəki sübutlara düzgün hüquqi qiymət verilmişdir. Işdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi olmadan əldə etməsini və saxlamasını təsdiq edən kifayət qədər sübutlar vardır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsi axtarış keçirilməsi barədə ## ####### 2025-ci il tarixli protokolun həqiqiliyini şübhə altına qoyan və onun əsassızlığını təsdiq edən hər hansı sübut cinayət işinin materiallarında müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Birinci instansiya məhkəməsi haqlı olaraq hökmdə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi (saxlanılarkən üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşı tərəfindən ona verilməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünü yoxlama aparılması, təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis Idarəsinə gətirildikdən sonra müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Eyni zamanda, cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünü yoxlama aparılması, şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından da görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək istintaq dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və vəsatət verməmiş, bu barədə yalnız məhkəmə iclasında qeyd etmiş və qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan videogörüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan iç cibindən 2 ədəd üzərinə “FM40” rəqəmləri yazılmış dairəvi formada qəhvəyi rəngli metadona bənzər maddəni özü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim olunan möhürlənmiş zərflərdəki psixotrop maddəyə bənzər kütlələrin onun üzərindən aşkar edildiyini, həmin kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri şəxsi istifadəsi üçün aldığını qeyd etmiş, həmçinin, Sumqayıt şəhər Polis Idarəsində müdafiəçinin sualına cavab olaraq ona qarşı heç təsir və təzyiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri daşıyır və məhkəmə iclasında bu ifadələri (saxlanılarkən üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşı tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan metadonu əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, göstərilən xüsusatlar məhz təqsirləndirilən şəxsin söylədikləri əsasında formalaşdırılan, heç bir sübuta söykənməyən və cinayət işinin materialları ilə təsdiq olunmayan subyektiv fikirlərdir. Belə ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını bildirsə də, bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamış və məhkəmə istintaqı zamanı belə bir halın mövcud olduğunu təsdiq edən heç bir sübut tədqiq olunmamışdır. Əksinə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ##.##.2025-ci il tarixdə şübhəli şəxs və ##.##.2025-ci il tarixdə təqsirləndirlən şəxs qismində verdiyi ifadələrində polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təzyiq olunmadığını bildirmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, həmçinin daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən ona təyin olunmuş müdafiəçisi yanında olmuş, lakin təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, iş materiallarında mövcud olan sənədlərdə bu barədə heç nə qeyd etməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 25-ci bəndinə qeyd olunmuşdur təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirsizliyini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarla onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini rəhbər tutmaqla təqsirləndirilən şəxsin verilən ittiham üzrə təqsirli olması nəticəsinə gəlmişdir. Müdafiə tərəfinin çıxışlarının təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 234.1ci maddəsinin tərkibinin olmamasına dair dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermiş, cəza təyininin ümumi prinsiplərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası da təyin edilmiş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Apellyasiya şikayətinin dəlillərinə ümumi qiymət verən məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 397, 398.1.1, 407, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxsin apellyasiya şikayətinə müasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-189/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-189/2026
15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver