Məhkəmə qərarları › İş №1(3-8)-190/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-190/2026

29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-190/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili Mustafa İlkin Məstan oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü (hakim F.Kərimova) ilə ## ####### 1999-cü ildə Sabirabad rayonu, Nəsimi kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Sabirabad rayonu, Nəsimi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 01 il 02 ay 04 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 02 il 04 ay 08 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal azad edilməsi, eyni zamanda barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs1 üzərinə Sabirabad rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00dək yaşadığı Sabirabad rayonu, Nəsimi kəndi ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, təqsirləndirilən şəxs1 cəzasının əvvəlinin Sabirabad Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmlə həmçinin təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən apellyasiya protesti verilmişdir. İŞİN HALLARI: Hökmə əsasən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona görə məhkum edilmişdir ki, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2024-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən zərərçəkmiş şəxs6 məxsus yeni inşa edilmiş yaşayış olmayan evin hasarını keçib birinci mərtəbədəki otağın pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq oradan 1 ədəd 50 manat dəyərində direli, 50 manat dəyərində 5 qutu şurupları, 1 ədəd 200 manat dəyərində qaynaq aparatını, 1 ədəd 30 manat dəyərində baltanı, 1 ədəd 100 manat dəyərində samovarı və 1 ədəd 70 manat dəyərində qaz balonunu cəmi 500 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2025-ci il tarixdə saat 17:30 radələrində zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən yeni inşa edilmiş fərdi yaşayış evinin pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq oradan 1000 manat dəyərində 1 ədəd “Acer” markalı notebooku və 20 manat dəyərində 2 ədəd elektrik uzadıcılarını cəmi 1020 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2025-ci il tarixdə saat 23 radələrində zərərçəkmiş şəxs4 məxsu Abşeron rayonu, Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən fərdi yaşayış evinin hasarını keçməklə evin 1-ci mərtəbəsindəki pəncərəni açmaq yolu ilə evə qanunsuz daxil olaraq evin 2-ci mərtəbəsində divara bərkidilmiş 1200 metr uzunluğunda müxtəlif ölçülü 800 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə həmkəndlisi təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2025-ci il tarixdə İsgəndərov Əziz Sərvər oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Natavan küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin hasarını keçməklə evin mətbəxinin pəncərəsinin dəmir baraqlığını əyib pəncərəni açmaq yolu ilə birlikdə evə qanunsuz daxil olaraq 1-ci mərtəbədə yataq otağındakı dolabdan 1450 manat nağd pulu və 1 ədəd 1200 manat dəyərində qızıl boyunbağını cəmi 2650 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə həmkəndlisi təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2025-ci il tarixdə saat 18 radələrində zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinin hasarını keçdikdən sonra evin 1-ci mərtəbəsinin pəncərəsini açmaq yolu ilə birlikdə evə qanunsuz daxil olaraq evin 2-ci mərtəbəsində yerləşən yataq otağından 1 ədəd qızılı rəngdə «VMF» markalı 1200 manat dəyərində kişi qol saatını, 1 ədəd «Raymond Weil» markalı 1605 manat dəyərində qol saatını, 4 ədəd 170 manat dəyərində gümüş boyunbağıları, 1 ədəd 280 manat dəyərində kulonu, 1 cüt 583 əyarlı 2 qram 190 manat dəyərində qızıl sırğanı, 1 ədəd 3 qram 583 əyarlı 285 manat dəyərində qızıl üzüyü, 1 tay 50 manat dəyərində qızıl sırğanı cəmi 3780 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə həmkəndlisi təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2025-ci il tarixdə saat 01 radələrində zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən bağ evinin həyətinə qonşuluqdakı evin hasarından keçməklə, oradan isə həyətdə yerləşən qaraja birlikdə qanunsuz daxil olaraq oradan oradan 300 manat dəyərində 110 metr uzunluğunda 6 mm-lik elektrik naqilini, 2 ədəd qaynaq aparatının və evin arxa hissəsindəki saxlanc yerindəki qaynaq aparatının üzərindəki ümumilikdə 66 metr uzunluğunda 50 mm-lik 500 manat dəyərində elektrik naqillərini kəsib götürməklə cəmi 800 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı hökmdən apellyasiya şikayəti verərək, hökmün təqsirləndirilən şəxs1 aid hissədə ona təqsirli bilindiyi maddələr üzrə təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmiş, apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasındə nəzərdə tutulan daha yüngül cəza növü təyin edilərkən, cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun, Ali Məhkəmənin Plenumunun qərarlarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Hökmdən göründüyü kimi, təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmənin bu mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına əsasən, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına əsasən müəyyən edilir. Hökmdən görünür ki, təqsirləndirilən şəxs1 törətdiyi cinayətin obyekti mülkiyyət əleyhinə olan münasibətlərdir. təqsirləndirilən şəxs1 oğluna CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamda Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan cinayət "iqtisadi sahədə olan cinayətlər bölməsinin mülkiyyət əleyhinə olan cinayətlər" kateqoriyası aid olmaqla əməlin ictimai təhlükəliliyi ilk növbədə cinayətin obyekti ilə bağlıdır. Belə ki, burada obyekt qismində mülkiyyət münasibətləri çıxış edir. Mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriya olmasını və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində mülkiyyət toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunması öz əksini tapmışdır. Eyni zamanda da cinayət qanunvericiliyi də mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə olunmasını nəzərdə tutur. Qeyd olunan cinayətin ictimai təhlükəli xarakteri, yəni qəsdin obyekti - cəmiyyətin iqtisadi özülünü təşkil edən mülkiyyət münasibətləri, təqsirin forması - cinayətin qəsdən törədilməsi, cinayətin az ağır cinayətlər kateqoriyasına aid olması, ictimai təhlükəliyi isə - yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakının oğurlanmasıdır. Hökmdən göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlində peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. İş materiallarından göründüyü kimi, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hərəkətlərində könüllü gələrək təqsirini boynuna alması kimi yüngülləşdirici hal olmamış, onun törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olmuş, o cinayətin üstünün açılmasında köməklik etməmiş, ibtidai istintaq orqanı tərəfindən toplanmış təkzib olunmaz mötəbər sübutlarla ifşa olunduqdan sonra törətdiyi cinayət əməlini etiraf etmiş, məhkəmə istintaqı zamanı isə səmimiyyət görünüşü yaratmaqla cəzasını yüngülləşdirmək məqsədi ilə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirkarın şəxsiyyətinin düzgün qiymətləndirilməsi onun törətdiyi əmələ münasibətindən, bu əməli səmimi etiraf edibetməməsindən çox asılıdır. Çünki, səmimi etiraf şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisidir. Belə bir halın mövcud olmaması isə şəxsin ona yüngül cəza növü tətbiq edilməklə islah ediləcəyinə inamı azaldır. Lakin, məhkəmə əsassız olaraq təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi bu məlumatları onun təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsi kimi qiymətləndirmiş və düzgün olmayaraq məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almışdır. Bundan başqa məhkəmə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini göstərərək bunu cəza təyini zamanı yüngülləşdirici hall kimi nəzərə almaqda haqlı olmamışdır. Belə ki hökmdən görünür ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyan məhkəmə istinaqı başlanıldıqdan sonra təqsirləndirilən şəxs tərəfindən deyil, onun qohumları tərəfindən qaytarılmışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 isə vurulmuş ziyan ödənilməmişdir. zərərçəkmiş şəxs4 məhkəməyə teleqrama ünvanlayaraq ona vurulmuş ziyanın ödənilmədiyini, lakin şikayətinin olmadığını bildirmişdir. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, CM-in 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Lakin məhkəmə CM-in 34.8-ci maddəsinin tələblərini nəzərdən qaçırmışdır. Eyni zamanda məhkəmə cəza təyin edərkən, zərərçəkmiş şəxslərə tam həddə ziyanın ödənilməməsini, təqsirləndirilən şəxs1 6 epizod üzrə yaşayış və qeyri- yaşayış yerlərinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməlini törətməsinin yüksək ictimai təhlükəliyini nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə qanunvericiliyin tələbindən çıxış etməmiş, islah olunmayan şəxs barəsində yüngül cəza təyin etmişdir. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Mustafa İlkin Məstan oğlu apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 barəsində ittiham hökmünün çıxarılması gəldiyi nəticəni təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxslərin əməlində cəzanı ağırlaşdıran halın olmamasını, yüngülləşdirən hal kimi isə zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsini, onlarla barışıq əldə etməsini nəzərə almışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən dövlət ittihamçısı təqsirləndirilən şəxs1 barəsində hissədə cəza təyini hissəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə iş materiallarını, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutları və məhkəmənin gəldiyi nəticələrin qanunauyğunluğunu yoxlayaraq hesab edir ki, qərar cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən, apellyasiya protesti təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və protestin dəlilləri ilə bağlı fikirlərini dinləyərək qeyd edir ki, təqirləndirilən şəxs təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və aparılmış istintaq hərəkətlərinin nəticəsində toplanılmış sübutların müqayisəli təhlili nəticəsində təsdiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təqsirliliyinə dair birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinin tələblərinə əməl edərək, ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinmələri haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmişdir. Hazırkı cinayət işi ilə bağlı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları sübut edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi mübahisələndirilmir. Apellyasiya protestində təyin edilmiş cəza mübahisələndirilir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü yalnız apellyasiya protestinin dəlilləri hüdudunda yoxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## #### 2025-ci il tarixli arayışdan aydın olur ki, təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Təqsirkar şəxs barəsində cəzanın tətbiqi əsasları müzakirə edilərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənlər müzakirə edilməklə cinayət qanunvericiliyində də yüngül cəza növündən ağır cəza növünə cəzaların iyerarxiyası təsbit edilmişdir ki, yüngül cəza növünün tətbiqi mümkün olmadıqda digər cəza növünün tətbiqi məsələsi həll edilməlidir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır, lakin bu məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya protestinin cəzanın ağırlaşdırılması ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs1 barəsində cəza təyin edilməsi qənaətinə gələrkən əməlində cəzanı ağırlaşdıran halın olmamasını və yüngülləşdirən halın olmasını nəzərə almışdır. Onun təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri üzrə azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmuşdur. təqsirləndirilən şəxs1 6 epizod üzrə təqsirli bilinmiş, həmin epidozlar üzrə dəymiş zərər onun tərəfindən ödənilmişdir. Zərərin ödənilməsi şəxsin şəxsin əməlinə tənqidi münasibətinin göstəricisi olmaqla onun islah olunmağa meyilli olmasını təsdiq edən hal kimi dəyərləndirilməklə, cəza təyini zamanı nəzərə alınmalı olan xüsusatlardandır. Bu həm də onun əməlindən peşmanlığın məntiqi nəticəsidir. İttiham tərəfi zərərçəkmiş şəxslərə dəymiş zərərin onun tərəfindən deyil, qohumları tərəfindən ödənildiyini mübahisələndirsə də nəzərə almamışdır ki, zərərin ictimai təhlükəli əməl nəticəsində yarandığı və məhz həmin əmələ görə yaranmış zərərin əvəzinə görə ödənilmişdir. Onun törətmiş olduğu ictimai təhlükəli əməlin zərərli nəticələrinin aradan qaldırılması onun mənafeyi naminə iradəsi əsasənda edilmiş hərəkət olduğundan, həmin zərərin qohumlar tərəfindən aradan qaldırılmasının mübahisələndirilməsi formal mülahizə kimi dəyərləndirilməlidir. Bundan əlavə S.A.Hadlının onun bir qrup şəxs halında ictimai təhlükəli əməli törətməsi mübahisələndirilsə də, həmin hal əməlin tövsif edici halı kimi nəzərə alınmış, bu zaman da hər bir təqsirkar şəxs üçün cəza təyin edilərkən əməlin xarakteri, ictimai təhlükəlik dərəcəsi ilə yanaşı, onların hər birində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar fərdi olaraq nəzərə alındığından, istinad edilən hal üzrə dəlillər əsaslı hesab edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran halların olmaması, yüngülləşdirən halların olması, zərərli nəticələrin aradan qaldırılmaqla, zərərçəkmiş şəxslərlə barışması və sonuncuların ona münasibətdə şikayət və tələbinin olmamasını cəza təyini zamanı ədalət, humanizm və qanunçuluq prinsipləri baxımından kollegiya məqsədə müvafiq hesab etməyərək, protestin dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara əsasən apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə təqsirləndirilən şəxs S.A.Hadlının hüquqlarının müdafiəsinin təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində cinayət işinin həcmi, işin halları nəzərə alınmaqla göstərilmiş hüquqi yardım 10 iş saatı həcmində dəyərləndirilməli və həmin hüquqi yardımla bağlı Mustafa İlkin Məstan oğlunun vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 110 (bir yüz on) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407.2 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cəza təyin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya protesti təmin edilməsin. təqsirləndirilən şəxs1 apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Mustafa İlkin Məstan oğluna 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar